Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-296/2023 17.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Quluzadə Rahul Teyyuf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması, maddi və mənəvi ziyan, ekspertiza xərci və dövlət rüsumu tələbinə dair mülki iş üzrə İddiaçı Zərdab Rayon Məhkəməsinin hakimi X2 verdiyi etiraz ərizəsinə baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, “torpağa mülkiyyət hüququna dair” JN-0018 saylı Dövlət Aktı ilə onların mülkiyyətinə verilmiş torpaq sahəsindən cavabdehin çıxarılması, maddi zərərə görə 40000 manat, dövlət rüsumuna görə 30 manat pulun cavabdehdən onun xeyrinə alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd edilən mülki işə baxılan zaman İddiaçı hakim (məhkəmə sədrinə) X2 etiraz etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, hakim T.Qubadov 2(035)-05/2022 (2(035)-247/21) saylı mülki işə iki ildən artıq qərəzli baxır. Belə ki, Cavabdeh Ucar Ərazi idarəsini və qeyrilərini ələ aldığı üçün Ucar Ərazi idarəsinin mütəxəssis rəyində “1,92 ha əvəzinə 1,37 ha zəbt olunub” qərəzli, əsas qanunsuz saxta rəy yazılıb, digərində isə “torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında JN-18 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə verilmiş 8,38 ha torpaq sahəsinin 1,92 ha hissəsi mübahisəli ərazidən 155 metr şimalda təsbit edilərək göstərilmişdir. Naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində tərtib olunmuş sxem əlavə olunur. Bu sxem hüquqların Dövlət qeydiyyatına alınması üçün əsas deyildir” təkrarən qərəzli, əsassız və qanunsuz saxta rəy yazılıb. Halbuki, Ucar Ərazi idarəsinin mütəxəssisləri tərəfindən 8,38 ha torpaq sahəsi üzrə onun xüsusi mülkiyyət hüququ naturada aparılmış çöl-ölçmə işləri və kameral araşdırma nəticəsində rəsmiləşdirilmişdir. X6 isə təkrarən yazılan qərəzli, əsassız və qanunsuz saxta “mütəxəssiz rəyinin ekspert rəyi ilə təsdiq olunması üçün AR ƏN-nin MEM-nə göndərir. Odur ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından o əsaslı və qanuni şikayət vermişdir. Çox təəssüflər olsun ki, poçtun qəbzini təqdim etsə də, hakim T.Qubadov və Mahır Əsədli özünün qulluq mövqeyindən irəli gələn hüquqi dəlillərlə əsaslandıraraq qərəzli, əsassız və qanunsuz qərardad çıxarıb, onun aldığı gündən 10 gün müddət ərzində, müddətin son günündə sifarişli məktubla poçta verdiyi şikayətini əsassız və qanunsuz olaraq müddəti ötürülmüş hesab ediblər, təmin etməyiblər və kassasiya şikayəti verilə bilməz yazıblar. Onun vəsatətinə əsasən təkrar ekspertiza keçirilməsinə baxmayaraq, Zərdab Rayon Məhkəməsinin hakimi T.Qubadov özünün qulluq mövqeyindən irəli gələn hüquqi dəlillərlə əsaslandıraraq qərəzli, əsassız və qanunsuz qərardad çıxarıb, guya Cavabdeh vəsatətinə əsasən təkrar ekspertiza keçirilməsini yalan məlumatla qərardadda yazıb. Zərdab Rayon Məhkəməsinin təktərkibli hakimi Tahir Qubadov qərəzli və işin nəticəsi ilə maraqlı olduğu üçün qulluq mövqeyindən sui-istifadə edərək dələduzları və oğruları müdafiə edir, 2020-ci il tarixdən bu günə kimi 4 ay əvəzinə qanunvericiliyin tələblərinə zidd olaraq hazırki mülki iş üzrə 2.5 il ərzində işin həllinə dair qətnamə çıxarmayıb, bizi süni süründürməçiliyə məruz qoyub və onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar yaratmışdır. Buna görə də, Zərdab Rayon Məhkəməsinin təktərkibli hakimi Tahir Qubadovun 2020-ci ildən 4 ay əvəzinə 2,5 il ərzində 2(035)-05/2022 saylı mülki işə qərəzli baxdığını, onun mülkiyyət hüququnu tanımadığını və Cavabdeh tanıtmadığını, işin nəticəsində dolayı yolla maraqlı, onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsaslar olduğunu, bu hallara görə onun hakim kimi işə baxılmasında iştirak etməsinə yol verilmədiyini və onun ona qəti etiraz etdiyini nəzərə alaraq, bu mülki işin Zərdab Rayon Məhkəməsindən alınması, mahiyyəti üzrə tam, hərtərəfli və obyektiv baxılması, ədalətli, əsaslı və qanuni qətnamə çıxarılması üçün digər qonşu rayon məhkəmələrindən birinə həvalə edilməsi barədə ədalətli, əsaslı və qanuni qərardad çıxarılmasını xahiş edir. Beləliklə, İddiaçı Zərdab Rayon Məhkəməsinin hakimi (məhkəmə sədri) X2 verdiyi etiraz müzakirə edilməsi üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bununlа bаğlı məhkəmə kоllegiyаsı qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmiş etirazın həll edilmə qaydası Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 22-ci mаddəsi ilə tənzimlənir. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Həmin Məcəllənin 19.2-ci maddəsinə əsaən, aşağıdakı hallarda hakim işə baxılmasında iştirak edə bilməz və ona etiraz edilə bilər: 19.2.1. o, əvvəllər tərəflərdən birinin nümayəndəsi təyin edilmişsə və ya işdə şahid, ekspert, mütəxəssis, tərcüməçi, məhkəmə iclasının katibi kimi iştirak etmişsə; 19.2.2. o, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin qohumudursa və qohumu olmuşsa; 19.2.3. o, şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, etiraz etmə və ya özü-özünə etiraz etmə yazılı formada əsaslandırılmalı və işə mahiyyəti üzrə baxılmağa başlanana qədər edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 19-20-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən etirazlar əsassızdır və etirazlarda qeyd edilən əsaslar müəyyən edilmədiyindən etirazların təmin edilməsi üçün qanuni əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, etirazların dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş etiraz əsaslandırılmadığından və etirazın təmin edilməsi üçün sübutlar təqdim olunmadığından təmin edilməməlidir. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 22.6-cı maddəsinə əsasən etiraz etmə və ya özü-özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 22, 263 və 264-cü maddələrini rəhbər tutaraq məhkəmə kоllegiyаsı qərara aldı: İddiaçı Zərdab Rayon Məhkəməsinin hakimi (məhkəmə sədrinə) X2 verdiyi etiraz təmin edilməsin. Mülki iş baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Hakim Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-296/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-296/2023
17.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver