Məhkəmə qərarları › İş №2(107)-298/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-298/2020

22.07.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-298/2020 22.07.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Hüseynov Mirbahəddin Mirdamət oğlunun sədrliyi və məruzəsində, hakimlər Hüseynov Elçin Şirin oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimli Şükür Sahib oğlunun katibliyi, İddiaçı və onun vəkili X4, cavabdehlər X6, Cavabdeh3 və Həsənov Sərdar Köçəri oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Həsənov Sərdar Köçəri oğlu və Həsənov Baris Köçəri oğluna qarşı “Qax rayon AİK-nın 1998-ci il 28 iyun tarixli 07 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 2.57 ha torpaq sahəsinə cavabdehlərə məxsus torpaq sahələrindən ən münasib olan zəruri keçid üçün yolun verilməsi tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-12/2019 nömrəli qətnaməsindən cavabdeh Həsənov Baris Köçəri oğlu tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Qax Rаyоn Məhkəməsinin (hаkim M.İ.Qarayev) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiа qismən təmin еdilmiş, Qax rayon AİK-nın 1998-ci il 28 iyun tarixli 07 saylı qərarı ilə iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.57 ha torpaq sahəsinə cavabdeh Həsənov Baris Köçəri oğluna məxsus torpaq sahəsindən ən münasib hesab edilməklə zəruri keçid (gediş-gəliş) üçün yol verilməsiqət edilmişdir. İşin halları İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Qax rayon X3 xx xxxx 1998-ci il tarixli 07 saylı qərarına əsasən JN-246 nömrəli Dövlət Aktı ilə onun və ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 2.57 ha torpaq sahəsinə gedən və X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Həsənov Sərdar Köçəri oğlu tərəfindən zəbt edilmiş yolun açılması, yolda olan qanunsuz maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, Həsənov Baris Köçəri oğlunun cavabdehlər siyahısına əlavə edilməsi və Qax rayon AİK-nın 1998-ci il 28 iyun tarixli 07 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 2.57 ha torpaq sahəsinə cavabdehlərə məxsus torpaq sahələrindən ən münasib olan zəruri keçid üçün yolun verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Qax rayon X3 xx xxxx 1998-ci il tarixli 07 saylı qərarına əsasən onun və ailə üzvlərinin ümumi mülkiyyətinə “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə 2.57 ha pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi hazırda da onun və ailə üzvlərinin mülkiyyətindədir. Lakin torpaq sahəsinə gediş-gəliş məhdudlaşdırılmış, cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Həsənov Sərdar Köçəri oğlu və Həsənov Baris Köçəri oğlu tərəfindən onun torpaq sahəsinə gedən yol zəbt olunmuşdur. Nəticədə o, öz torpaq sahəsindən lazımi qaydada istifadə edə bilmir. Belə ki, indiyədək həmin torpaq sahəsinə gediş-gəliş üçün Turaclı kənd sakini, bağ qonşusu olmaqla qardaşı olan cavabdeh Həsənov Baris Köçəri oğlunun torpaq sahəsindən istifadə etmişdir. Lakin son zamanlar digər torpaq sahəsi ilə bağlı aralarında mübahisə olduğu üçün həmin torpaq sahəsindən istifadə etmir. İki övladı var və özü onkoloji xəstədir. Gələcəkdə öz torpaq sahəsinə gediş-gəlişlə bağlı qonşuların ona problem yaradacağından narahatdır. Ona görə də məhkəmədən Qax rayon AİK-nın 1998-ci il 28 iyun tarixli 07 saylı qərarı ilə onun və ailə üzvlərinin ümumi mülkiyyətinə verilmiş 2.57 ha torpaq sahəsinə cavabdehlər X6, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Həsənov Sərdar Köçəri oğlu və Həsənov Baris Köçəri oğluna məxsus torpaq sahələrindən ən münasib olan zəruri keçid üçün yolun verilməsi barədə qətnamə çxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdeh X6 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının tələbini əsassız hesab edir. İddiaçının gediş-gəliş üçün tələb etydiyi torpaq sahəsi yol üçün nəzərdə tutulmayıb və özünün mülkiyyətində olan torpaq sahəsidir. İddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh2, Cavabdeh3, Həsənov Sərdar Köçəri oğlu da cavabdeh X1 izahatı ilə eyni məzmunlu izahat verərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-12/2019 nömrəli qətnaməsindən nаrаzı qalan cavabdeh Həsənov Baris Köçəri oğlu apelyаsiyа şikаyəti verərək həmin qətnаmənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xаhiş etmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh Həsənov Baris Köçəri oğlu apelyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, məhkəmə işin hallarını düzgün müəyyən etməmiş, tərəflərin qarşılıqlı münasibətinə və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. İddiaçının torpaq sahəsinə ən münasib olan zəruri keçid üçün yolun haradan verilməsini müəyyən etmək üçün məhkəmə tərəfindən müvafiq ekspertiza təyin edilməmişdir. Məhkəmə düzgün olmayan qətnamə qəbul etmişdir ki, bununla da onun və ailə üzvlərinin torpaq üzərində mülkiyyət hüquqları kobud şəkildə pozulmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili X8 apelyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-12/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər X6, Cavabdeh3 və Həsənov Sərdar Köçəri oğlu apelyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-12/2019 nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş cavabdeh Həsənov Baris Köçəri oğlu və onun vəkili X7 apelyasiya şikayətinin təmin edilməsini, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-12/2019 nömrəli qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdilər. Məhkəmə kollegiyasının hazırkı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər Cavabdeh2, Cavabdeh4, Həsənov Baris Köçəri oğlu və onun vəkili X7 məhkəmə iclasına gəlməmişlər. Cavabdeh Həsənov Baris Köçəri oğlu teleqramla məhkəmə kollegiyasına müraciət edərək hərarətinin olması, həmçinin vəkili X2 digər məhkəmədə məhkəmə prosesində iştirak etməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəklərindən işin başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Həmçinin cavabdeh Həsənov Baris Köçəri oğlunun vəkili X7 da ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək Azərbaycan Respublikası Ali Məhkəməsində xx xxxx 2020ci il tarixə təyin edilmiş məhkəmə prosesində iştirak etməsi ilə əlaqədar məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. İddiaçı cavabdeh B.Həsənovun xəstə olmadığını və işi yubatmaq üçün məhkəmə iclasına qəsdən gəlmədiyini, özünün isə onkoloji xəstə olduğunu və məhkəmə iclasına çətinliklə gəldiyini bildirərək cavabdeh B.Həsənovun və vəkilinin iştirakı olmadan məhkəmə baxışının davam etdirilməsini və yekunlaşdırılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər də məhkəmə baxışının cavabdeh B.Həsənovun və vəkilinin iştirakı olmadan davam etdirilməsini və yekunlaşdırılmasını xahiş etdilər. Məhkəmə kollegiyası cavabdeh Həsənov Baris Köçəri oğlunun məhkəmə iclasına gəlməməsinin üzrlü səbəblə bağlı olmasını təsdiqləyən sübut təqdim etməməsini, habelə onun və vəkili X2 əvvəlki məhkəmə iclasında iştirak edib işin mahiyyətinə dair öz mülahizələrini bildirdiklərini, habelə məhkəmə iclasına gəlmiş şəxslərin xahişini nəzərə alaraq, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, cavabdeh Həsənov Baris Köçəri oğlu və vəkili X2, habelə cavabdehlər Cavabdeh2 vəCavabdeh4iştirakı olmadan apelyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, cavabdeh Həsənov Baris Köçəri oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-12/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Qax rayon İHB-nın Turaclı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 381 saylı arayışdan görünür ki, İddiaçı Qax rayonu Turaclı kəndində yaşayır. İş materiallarında olan JN-246, KOD 40317018 nömrəli Dövlət Aktının surətindən görünür ki, Qax rayonu Turaclı kəndində yerləşən 2.57 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvləri X9, X10 və X5 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisinin rəyindən görünür ki, JN-246, KOD 40317018 nömrəli Dövlət Aktı əsasında iddiaçı Sürəyya Köçəri qızı və onun ailə üzvləri X9, X10 və X5 mülkiyyətində olan 2.57 ha torpaq sahəsinə gediş-gəliş yolu həqiqətən də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Həsənov Sərdar Köçəri oğlu tərəfindən zəbt olunmamışdır, həmin Dövlət Aktındə və DWG xəritəsində mübahisələndirilən ərazi gediş-gəliş yolu kimi göstərilməmiş və həmin torpaq sahəsinə gediş-gəliş yoluna cavabdehlər tərəfindən maneələr yaradılmamışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı və ailə üzvlərinin ümumi-birgə mülkiyyətlərində olan torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş yolu cavabdehlər bağlamamışlar. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisinin rəyi ilə JN-246, KOD 40317018 nömrəli Dövlət Aktı əsasında İddiaçı və onun ailə üzvləri X9, X10, X5 mülkiyyətində olan 2.57 ha torpaq sahəsinə gediş-gəliş yolunun həqiqətən də cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Həsənov Sərdar Köçəri oğlu tərəfindən zəbt olunmadığı, mübahisələndirilən ərazinin gediş-gəliş yolu olmadığı və həmin torpaq sahəsinə gediş-gəliş yoluna cavabdehlər tərəfindən maneələr yaradılmadığı öz təsdiqini tapmışdır. Həmçinin məhkəmədə müəyyən edilmişdir ki, iddiaçı son bir ilə qədər özünün və ailə üzvlərinin ümumi-birgə mülkiyyətində olan torpaq sahəsinə gediş-səliş yolu kimi cavabdeh Baris Həsənova məxsus torpaq sahəsindən istifadə etmişdir. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Həsənov Sərdar Köçəri oğluna münasibətdə rədd edilmiş, həmin torpaq sahəsinə gediş-gəliş yolu kimi ən münasib keçid yolu cavabdeh Həsənov Baris Köçəri oğluna məxsus torpaq sahəsi hesab edilmiş və iddiaçıya onun əvvəl gediş-gəliş yolu kimi istifadə etdiyi Baris Həsənova məxsus torpaq sahəsi ən münasibi olmaqla oradan zəruri keçid (gediş-gəliş) üçün yol verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq xx xxxxxx 2020-ci il tarixli qərardadla iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 4612 nömrəli ekspert rəyindən görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Şəki LTİ-nin mühəndisi Eldar Həsilovun tərtib etdiyi mütəxəssis rəyində göstərilmişdir ki, Qax rayonu Turaclı kəndində “Torpağa mülkiyyət hüququna dair” JN-2xx xxx 40317018 nömrəli Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.57 ha torpaq sahəsinə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Elektron Baza məlumatlarında öz əksini tapan Kompleks yerquruluşu layihələrində yol nəzərdə tutulmamışdır, lakin ona qonşu pay torpaq sahələrinə ümumi istifadə üçün gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Qax rayonu Turaclı kəndində “Torpağa mülkiyyət hüququna dair” JN- 2xx xxx 40317018 nömrəli Dövlət Aktına əsasən İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.57 ha torpaq sahəsinə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Elektron Baza məlumatlarına əsasən digər mülkiyyətçilərdən fərqli olaraq həmin əraziyə hər hansı bir hissədən yol mövcud deyildir; - İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.57 ha torpaq sahəsinə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Elektron Baza məlumatlarında öz əksini tapan Kompleks yerquruluşu layihələrində yol nəzərdə tutulmamışdır və iddiaçıya qonşu torpaq sahələrindən keçməmək şərtilə gediş-gəliş yolunun verilməsi Kompleks yerquruluşu layihələrinə əsasən mümkün deyildir; - İddiaçı və ailə üzvlərinin onların mülkiyyətinə verilmiş 2,57 ha torpaq sahəsinə gediş-gəliş üçün əgər qonşu torpaq sahələrindən servitut qaydasında zəruri keçid yolunun verilməsi lazım gələrsə, bunun üçün ən münasib hansı variant ola bilər sualının cavablandırılması ekspertin səlahiyyətləri xaricindədir. İddiaçı və cavabdehlərin naturada istifadə etdikləri torpaq sahələri, yol və Kompleks yerquruluşu layihələrində göstərilən cavabdehlər və iddiaçının torpaq sahələri mütəxəssis rəyinə əlavə edilmiş sxemlərdə göstərilmişdir. Ekspert rəyindən göründüyü kimi, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.57 ha torpaq sahəsinə gediş-gəliş yolu nəzərdə tutulmamış, lakin ona qonşu (cavabdehlərə məxsus) pay torpaq sahələrinə ümumi istifadə üçün gediş-gəliş yolu nəzərdə tutulmuşdur. Eyni zamanda, iddiaçıya qonşu torpaq sahələrindən keçməmək şərtilə gediş-gəliş yolunun verilməsi mümkün deyildir. Belə olduğu halda iddiaçıya öz torpaq sahəsinə gediş-gəliş üçün qonşu torpaq sahələrindən servitut qaydasında zəruri keçid yolu verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsinin tələbinə görə, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən, əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətlərinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir; daha sonra tələb keçidin daha az zərər vurduğu qonşulara yönəldilir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Həmin Məcəllənin 255-ci maddəsinə əsasən: 255.1. Servitut daşınmaz əşyanın digər daşınmaz əşya mülkiyyətçisinin xeyrinə elə yüklü edilməsidir ki, bu zaman ona (digər daşınmaz əşyanın mülkiyyətçisinə) ayrı-ayrı hallarda əşyadan istifadə etməyə icazə verilir və ya daşınmaz əşyanın mülkiyyətçisinə müəyyən hərəkətləri yerinə yetirməyə və ya mülkiyyət hüququndan irəli gələn digər hüquqları həyata keçirməyə icazə verilmir. 255.2. Daşınmaz əşyanın servitutla yüklülüyü həmin əşyanın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. 255.4. Servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. 255.6. Servitut yalnız o zaman baş tuta bilər ki, bu, servitutu almış şəxsə öz daşınmaz əşyasından istifadə etməkdə lazımi güzəştlər və imkanlar yaratsın. 255.7. Servitutla yüklü edilmiş daşınmaz əşyaya hüquqlar başqa şəxsə keçdikdə servitut saxlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinə əsasən:

1. Servitut – bir və ya bir neçə qonşu (özgə) torpaq sahələrindən məhdud istifadə hüququdur. Torpaq sahəsi üzərində servitutla bağlı münasibətlər bu Məcəllə və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə nizama salınır.

2. Servitut – torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri arasında razılaşma ilə, yaxud məhkəmənin qərarı ilə müəyyən edilə bilər.

3. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Torpaq Məcəlləsinin 54-cü maddəsinin 4-cü bəndində torpaq sahəsinə müəyyən edilə bilən servitutlar sadalanmışdır ki, onlardan da biri torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsilə keçmək üçün müəyyən olunan servitutdur. Şərh edilən qanun normalarından göründüyü kimi, iddiaçı ona mülkiyyətində olan torpaq sahəsinə gediş-gəliş üçün daha münasib olan qonşu torpaq sahəsindən zəruri keçid yolunun verilməsini tələb etməkdə haqlıdır. Ekspertiza rəyinə əlavə edilmiş yerquruluşu sxemlərindən görünür ki, iddiaçının torpaq sahəsi ilə qonşu (sərhədi) olan torpaq sahələri cavabdehlər Həsənov Sərdar Köçəri oğluna və Həsənov Baris Köçəri oğluna məxsusdur (onlar iddiaçının qardaşlarıdır). Həmin sxemdən görünür ki, Həsənov Baris Köçəri oğluna məxsus torpaq sahəsinin ölçüsü daha böyükdür və həmin torpaq sahəsindən zəruri keçid verilməsi ona daha az zərər vurar. Digər tərəfdən, son bir ilədək iddiaçı öz torpaq sahəsinə gediş-gəliş üçün Həsənov Baris Köçəri oğluna məxsus torpaq sahəsindən istifadə etmişdir və mövcud olmuş yolun bərpası daha məqsədəuyğundur. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 2.57 ha torpaq sahəsinə cavabdeh Həsənov Baris Köçəri oğluna məxsus torpaq sahəsindən ən münasib hesab edilməklə zəruri keçid (gediş-gəliş) üçün yol verilməsi qənaətinə gəlməkdə haqlı olmuşdur. Azərbаycаn Respublikаsı MPM-in 14.2-ci mаddəsinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələblərinin və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyаsı hesab edir ki, cavabdeh Həsənov Baris Köçəri oğlu tərəfindən verilmiş apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-12/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Həsənov Baris Köçəri oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(024)-12/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya icraatında məhkəmə xərclərini təşkil edən 50 (əlli) manat pul vəsaiti tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına, 85,44 manat (səksən beş manat 44 qəpik) pul vəsaiti isə tutulub Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin bank hesabına köçürülsün. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar