Məhkəmə qərarları › İş №2(107)-298/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-298/2023

26.01.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-298/2023 26.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 İbrahim oğlu, İddiaçı3 və X2 cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılma və ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X4 iştirakı ilə, İddiaçılar İddiaçı2 İbrahim oğlu, İddiaçı3 və X2 cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılma və ziyan tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(035)-164/2022 nömrəli qətnaməsindən İddiaçı2 İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyənetdi: İddiaçılar İddiaçı2 İsravıl oğlu. İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh5, Cavabdeh2. Cavabdeh1, Cavabdeh3, Cavabdeh6 Cahanuk-qızı, Cavabdeh7 (X3 varisi) və Cavabdeh4 qarşı “49 N°-li mülklərinin 36876.47 kv.m və 49Q Nb-li mülklərinin 21300.27 kv.m, cəmi 5.82 ha torpaq sahələrindən cavabdehlərin istilada etmələrinə qadağan qoyulması; cavabdehlər tərəfindən onların torpaq sahəsinin özbaşınalıqla zəbt olunması, onların kobud və pis rəftara məruz qalması, mülkiyyət hüquqlarının kobudcasına pozulmuş hesab edilməsi; Cavabdeh1 maddi ziyana görə 1250 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 2250 manat pulun, 1500 kq arpanın və 200 ədəd yonca otu bağının alınıb onlara verilməsi; cavabdehlər Cavabdeh3 və Cavabdeh6 onların 49 JNb-li mülkün 36876.47 kv.m torpaq sahəsindən çıxarılması, vurduqları maddi ziyanın əvəzi olaraq 1000 manat, dövlət rüsumuna görə 30 manat, hüquqi yardım göstərdiyinə görə nümayəndəyə verilməsi üçün 500 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 2530 manat məbləğində pulun alınıb onlara verilməsi; 5.82 ha pay torpaq sahəsinə dair Dövlət Reyestrinən Çıxarışın verilməsi üçün tələb olunan xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 üzərinə qoyulması; Cavabdeh2 maddi ziyana görə 1700 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 2700 manat pulun alınaraq onlara verilməsi; cavabdehlər Cavabdeh7 Ağa baba oğlu (X3 varisi) və Cavabdeh4 torpaq sahəsindən çıxarılması; onların 49 JMb- li mülkünü zəbt edən Cavabdeh5 21300.27 kv.m torpaq sahəsindən çıxarılması, maddi ziyana görə 15000 manat, mənəvi ziyana görə 10000 manat, cəmi 25000 manat pulun alınaraq onlara verilməsi və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında İddiaçı1 soyadının “Əkbərov” deyil “İbrahimov” kimi düzgün yazılması barədə ədalətli, əsaslı və qanuni qətnamə çıxarılmasını xahiş etmişlər. Zərdab Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(035)-164/2022 nömrəli qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən iddiaçılardan müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SEİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı2 İbrahim oğlu аpellyаsiyа şikаyəti vermişdir. Mülki işə baxılması Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və X5 həvalə edilmişdir. Apellyasiya şikayəti mümkün hesab edilmiş və məhkəmə baxışı 22 fevral 2023-ci il tarixdə saat 10:15-ə Şəki Apellyasiya Məhkəməsinin binasına (16 nömrəli zal) təyin edilmişdir. Zərdab Rayon Məhkəməsinin hakimi X12 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, hazırki mülki iş Şəki Apellyasiya Məhkəməsinə göndərildikdən sonra həmni iş üzrə digər iddiaçılar İddiaçı3 və X6 həmin iş üzrə Zərdab Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(035)-164/2022 nömrəli qətnaməsinin surətinin onlara verilməsini xahiş etmişlər. Həmin iş üzrə çıxarılmış qətnamənin surətinin cavabdehlərə verilməsi məsələsinə baxılması üçün 2(035)-164/2022 nömrəli mülki işin Zərdab Rayon Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Göründüyü kimi, qətnamənin surətinin proses iştirakçılarına verilməsi məsələsinə baxılması məqsədilə mülki iş Zərdab Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(107)-298/2023 nömrəli mülki iş Zərdab Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(035)-164/2022 nömrəli qətnaməsinin surətinin proses iştirakçılarına verilməsi məsələsinə baxılması məqsədilə Zərdab Rayon Məhkəməsinə qaytarılması üçün baxışdan çıxarılsın və Zərdab Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar