Məhkəmə qərarları › İş №2(107)-300/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-300/2023

14.09.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-300/2023 14.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Qanunsuz tikilinin sökülməsi, torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, X10 qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(051)-1584/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz tikilinin sökülməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 tərəfindən İddiaçı koorperativinə məxsus torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin, hasarın və digər tikililərin, Cavabdeh2 tərəfindən İddiaçı koorperativinə məxsus torpaq sahəsində inşa edilmiş yarımçıq tikilinin cavabdehlərin vəsaitləri hesabına sökülməsi, tikinti materiallarının torpaq sahəsindən çıxarılaraq əvvəlki vəziyyətə gətirilməsi və cavabdehlərin torpaq sahələrindən çıxarılmaları haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 28 sentyabr 1990-cı il tarixli 311 saylı qərarı ilə yaradılması və nizamnaməsi təsdiq olunmuş təmsil etdiyi İddiaçınə 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarla şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən 10,0 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 14 noyabr 1991-ci il tarixli, 606 saylı qərarı ilə İddiaçınə Bozdağ tərəfindən verilmiş torpaq sahəsi 1.0 ha azaldılmış və həmin ərazi (1.0 ha) “İlkin” kiçik müəssisəsinə fəaliyyəti dövründə istifadə üçün verilmişdir. Qalan torpaq sahəsi isə kooperativin idarəçiliyində olmuşdur. DƏDRX-nin 17 saylı Ərazi İdarəsinin 30 yanvar 2018-ci il tarixli məktubu əsasında təmsil etdiyi hüquqi şəxsə məlum olmuşdur ki, kooperativin istifadəsinə ayrılmış torpaq sahəsinin 700 kv.m hissəsi Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 saylı qərarı əsasında Mingəçevir şəhər sakini Cavabdeh2 satılmış və DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən onun adına 29 noyabr 2017-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11640229 №-li çıxarış verilmişdir. Kooperativin istifadəsinə ayrılmış torpaq sahəsinin 600 kv.m hissəsi isə Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 saylı qərarı əsasında Mingəçevir şəhər sakini Cavabdeh1 satılmış və DƏDRXnin 17 saylı Ərazi İdarəsi tərəfindən onun adına 14 iyun 2017-ci ildə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarış verilmişdir. Havarlı Bələdiyyəsinin həmin qərarları qanunsuz olduğuna, yəni İddiaçı qanuni istifadəsində olan torpaq sahələrinin Havarlı Bələdiyyəsinə heç bir aidiyyəti olmadığına və Mingəçevir şəhərinin inzibati ərazisinə aid olduğuna görə İddiaçı tərəfindən cavabdeh Yevlax rayonu Havarlı Bələdiyyəsinə, üçüncü şəxslər DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsinə, Cavabdeh2, Cavabdeh1 qarşı Şəki İnzibati Məhkəməsində “torpaq sahələrinin satılmasına dair Havarlı Bələdiyyəsinin qərarlarının etibarsız hesab edilməsi” barədə iddia qaldırılmış və Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2-l(116)-16/2021 saylı qərarı ilə iddia tələbi təmin edilərək Cavabdeh1 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 nömrəli və Cavabdeh2 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 nömrəli qərarları etibarsız hesab edilmişdir. Qərardan verilən apelyasiya şikayətləri təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli qərarı qanuni qüvvəyə minərək cavabdehlərin adlarına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışlar və hüquqların dövlət qeydiyyatı DƏDRX-nin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən ləğv edilmişdir. Eyni zamanda Şəki İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2-l(116)58/2020 saylı qərardadı ilə işə mahiyyəti üzrə baxılıb qurtaranadək mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması tərəflərə və üçüncü şəxslərə qadağan edilmişdir. Lakin cavabdehlərə tikinti aparmalarının dayandırmaları barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 İddiaçınə məxsus torpaq sahəsində başa çatmış yaşayış evi, Cavabdeh2 isə pəncərəbaşı hissəyə qədər yarımçıq ev tikmiş və hər ikisi tikililəri sökməkdən imtina etmişlər. Odur ki, məhkəmədən, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh1 məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli, 368 nömrəli qərarına əsasən Havarlı Bələdiyyəsinin mülkiyyətində 600 kv.m olan torpaq sahəsi ona satılmış və həmin alqı-satqı müqaviləsinə əsasən DƏDRXin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən onun adına 14 iyun 2017-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarış verilmişdir. Həmçinin, ona torpaq sahəsi satılmamışdan əvvəl alqı-satqı ilə nəzərdə tutulmuş torpaq sahəsi ilə bağlı DTXK-nın rəyi alınmışdır. Həmin torpaq sahəsinin dəyəri bələdiyyənin hesabına ödənilmiş və bundan sonra A sariyalı 170416 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. "Tacir” kooperativi tərəfindən Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il 368 nömrəli və 379 nömrəli qərarlarının ləğvi ilə bağlı iddia etdiyi torpaq sahələri Yevlax rayonu Havarlı kəndində yerləşən Tərəvəzçilik-Südçülük sovxozuna məxsus olmuşdur. Bununla bağlı Torpaqdan istifadə hüququna dair Dövlət Aktı mövcuddur. Tərəvəzçilik-Südçülük sovxozu Dövlət aktı ilə təhkim edilmiş torpaq sahəsindən 1998-cı ilədək təsərrüfat kimi istifadə etmişdir. 1998-ci ildə Respublika ərazisində aparılan torpaq islahatı ilə əlaqədar dövlət aktındakı torpaqların mülkiyyət növləri dəqiqləşdirilmiş və Aqrar İslahat Komissiyasının qərarları ilə təsdiqləndikdən sonra torpaq payı almaq hüququ olan vətəndaşların mülkiyyətinə verilmişdir. Həmin ərazidə sonradan Havarlı Bələdiyyəsi yaradılmış və bələdiyyə mülkiyyətində olan torpaq sahələri kimi bələdiyyəyə təhvil verilmişdir. Torpaq sahələri Mingəçevir şəhərinin inzibati ərazisinə daxil edilməsinə baxmayaraq, yenə də Yevlax rayonu Havarlı kənd bələdiyyəsinin mülkiyyətinə aid olan torpaq sahələridir. Qeyd edilən mübahisəli ərazidən əvvəllər da fərdi yaşayış evinin tikintisi məqsədi ilə vətəndaşların mülkiyyətinə torpaq sahələri verilmiş və DT və XK tərəfindən torpaq sahələrinə dair plan və ölçülər verilmişdir. Torpaq mülkiyyətçiləri həmin ərazidə yaşayış evləri inşa etmiş və həmin əmlaklar müxtəlif vaxtlarda vahid daşınmaz əmlak kimi dövlət reyestrində qeydiyyata alınmışdır. O da həmin ərazidən həyətyanı torpaq sahəsi almış, lakin maddi vəziyyəti ilə əlaqədar işləmək üçün Rusiyaya Federasiyasına getdiyi üçün həmin hüquq dövlət reyestrində qeydiyyata alınmamışdır. Bununla belə "Tacir” kooperativinə ayrılmış olan torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmədiyindən, Yevlax rayonu Havarlı Bələdiyyəsi tərəfindən Havarlı Bələdiyyəsinin istifadəsində olan ərazidən ayrı-ayrı vətəndaşların mülkiyyətlərinə verilmiş həyətyanı torpaq sahələrinin Mingəçevir şəhərinin inzibati ərazisinə daxil olduğunun iddia edilməsi, həmçinin Yevlax rayon Havarlı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 368 nömrəli və 379 saylı qərarlarının və həmin qərarların hüququ nəticələrinin ləğv edilməsi barədə qaldırdığı iddia əsassız olsa da, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edilmişdir. Hazırda o, mübahisəli torpaq sahəsində öz vəsaiti hesabına fərdi yaşayış evi inşa etdirmiş və ailəsi ilə birlikdə orada yaşayır. Onun başqa torpaq sahəsi və yaşayış evi yoxdur. Belə olan halda yeganə yaşayış evinin sökülməsi, onun özünün və ailəsinin əlverişsiz vəziyyətə düşməsinə səbəb olacaqdır. Hesab edir ki, iddiaçı tərəf vaxtında məlumat vermədiyinə və susduğuna görə ona qarşı iddia qaldırmaq hüququnu itirmişdir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.

5. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir.

6. Məhkəmə işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Mingəçevir Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(051)-1584/2022 saylı qətnaməsi ilə, iddia tələbinin təmin edilməsi, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə Azelektroizolyasiya zadonunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən İddiaçı kooperativə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 600 kv.m hissəsindən Cavabdeh1, 700 kv.m hissəsindən isə Cavabdeh2 çıxarılsın, həmin torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikililər cavabdehlərin vəsaiti hesabına sökülməsi və tikinti materialları həmin torpaq sahəsindən çıxarılaraq əvvəlki vəziyyətə qaytarılması qət edilmişdir.

8. Birinci intansiya məhkəməsi müəyyən etmişdir ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarı ilə İddiaçınə şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən 10 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 14 noyabr 1991-ci il tarixli, 606 saylı qərarı ilə İddiaçınə Bozdağ tərəfindən verilmiş torpaq sahəsi 1.0 ha azaldılmış və həmin ərazi (1.0 ha) “İlkin” kiçik müəssisəsinə fəaliyyəti dövründə istifadə üçün verilmişdir. Qalan torpaq sahəsi isə kooperativin istifadəsində olmuşdur. İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin 700 kv.m hissəsi Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 saylı qərarı əsasında Cavabdeh2 satılmış və DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən onun adına 29 noyabr 2017-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 11640229 №li çıxarış verilmişdir. Kooperativin istifadəsinə ayrılmış torpaq sahəsinin 600 kv.m hissəsi isə Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 saylı qərarı əsasında Cavabdeh1 satılmış və DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən onun adına 14 iyun 2017-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarış verilmişdir. Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2- 1(116)-16/2021 saylı qərarı ilə Cavabdeh1 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 nömrəli və Cavabdeh2 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 nömrəli qərarları etibarsız hesab edilmişdir. Şəki İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2-1(116)58/2020 saylı qərardadı ilə mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması cavabdehlərə qadağan edilmişdir. Lakin cavabdehlərə tikinti aparmalarını dayandırmaları barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 İddiaçınə məxsus torpaq sahəsində başa çatmış yaşayış evi, Cavabdeh2 isə yarımçıq tikili inşa etmişlər. Hazırda Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən cavabdehlərin adlarına verilmiş hüquqmüəyyən edici sənədlər ləğv edilməsinə baxmayaraq, mübahisəli torpaq sahəsinin 600 kv.m və 700 kv.m hissələri cavabdehlərin sahibliyində və istifadələrindədir. İddiaçı dəfələrlə zəbt edilmiş torpaq sahəsindən könüllü olaraq çıxmaqlarını və oradakı tikililəri sökməklərini cavabdehlərə təklif etmiş, lakin cavabdehlər bundan imtina etmişlər.

9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə mübahisənin düzgün həll edilməsi üçün mübahisəli torpaq sahəsinin hansı hüquqi statusda olmasının müəyyən edilməsini zəruri hesab edir.

10. Belə ki, işdə olan sənədlərə əsasən mübahisəli torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Lakin işin müəyyən olunmuş halları ilə təsdiq edilir ki, mübahisəli torpaq sahəsi Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə İddiaçı qanuni sahibliyinə və istifadəsinə verilmişdir. Ona görə də onun həmin torpaq sahəsinə gözlənilən mülkiyyət hüququ vardır.

11. Məhkəmə işin müəyyən edilmiş həmin hallarına qiymət verərək hesab etmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsi üzərində Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 433 saylı qərarına əsaslanan hüququ mülkiyyət hüququ kimi qiymətləndirilməli, bununla bağlı mübahisəyə mülkiyyət hüququna dair normalar əsasında qiymət verilməlidir. Çünki həmin qərarda torpaq sahəsi İddiaçı qanuni istifadəsinə verilmişdir.

12. Ona görə də məhkəmə hesab etmişdir ki, İddiaçı mübahisəli torpaq sahəsinə mövcud olan hüquq müəyyənedici sənədi, yəni Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 433 saylı qərarı mülkiyyət hüququna dair sənəd kimi qəbul edilməli və onun həmin sənədlə təsbit olunmuş hüquqları mülkiyyət hüququ kimi qəbul edilərək müdafiə edilməlidir.

13. Məhkəmə, həmçinin qeyd etmişdir ki, Şəki İnzibati Məhkəməsinin 03 mart 2021ci il tarixli 2-1(116)-16/2021 saylı qərarı qanuni qüvvəsini almış və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən icra edilərək Cavabdeh2 və Cavabdeh1 adlarına verilmiş Yevlax rayonu Havarlı kəndində yerləşən 0.07 ha torpaq sahəsinə dair A216503 seriyalı, **********88 reyestr nömrəli çıxarış və 0.06 ha torpaq sahəsinə dair A170416 seriyalı, **********73 reyestr nömrəli çıxarış ləğv edilmişdir. Ona görə də həmin məhkəmə qətnaməsi hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir.

14. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015- ci il tarixli qərarına əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.

15. Ona görə də məhkəmə hesab etmişdir ki, həmin mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsində olduğundan, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq mülkiyyət hüququnun müdafiəsi qaydasında qorunmalıdır. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüququnu pozmuşdur.

16. Məhkəmə, işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlmişir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak mənsubiyyəti ilə bağlı mübahisədir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin əşya hüquq münasibətlərini tənzimləyən hüquq normaları əsasında həll olunmalıdır.

17. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

18. Göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni cavabdehin sahibliyi qanunsuz olmalıdır.

19. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdehlərə münasibətdə tətbiq olunan normada göstərilən şərtlər hazırkı iş üzrə məcmu halında mövcuddur. Belə ki, mübahisəli torpaq sahəsi iddiaçının qanuni istifadəsində olmasına baxmayaraq, həmin torpaq sahəsinin 600 kv.m hissəsi Cavabdeh1, 700 kv.m hissəsi isə Cavabdeh2 istifadəsində və sahibliyindədir. Şəki İnzibati Məhkəməsinin qərarı ilə Cavabdeh1 600 kv.m., Cavabdeh2 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin qərarları etibarsız hesab edilmiş və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən cavabdehlərin adlarına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışlar ləğv edilmişdir. Hazırda cavabdehlərin həmin torpaq sahələri üzərində heç bir əşya hüquqları qeydiyyata alınmamış və onların sahibliyi qanunsuzdur. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır.

20. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlmişdir ki, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə Azıelektroizolyasiya zadonunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən Tacir kooperativə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 600 kv.m hissəsindən Cavabdeh1, 700 kv.m hissəsindən isə Cavabdeh2 çıxarılmalı, həmin torpaq sahəsi üzərində inşa edilmiş qanunsuz tikililər cavabdehlərin vəsaiti hesabına sökülməli və tikinti materialları həmin torpaq sahəsindən çıxarılaraq əvvəlki vəziyyətə qaytarılmalıdır.

21. Məhkəmə öz mövqeyini “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.8-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1, 157.2,152.1, 152.2, 152.3-ci maddələrinə, “Torpaq islahatı haqqında” AR Qanunun 9, 10, 84, 111-ci maddələrinə, “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarı, “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007–ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə, “Qarrax Çexiyaya qarşı” iş üzrə qərarları, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.

23. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının subyektiv hüququ mövcud olmasada onun iddia tələbi qanunsuz olaraq təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Eyni zamanda həmin qərarda qeyd olunur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa aydın olur ki, hazırki iş üzrə iddiaçı hazırkı tələblə bağlı iddia vermək üçün subyektiv hüquqa malik deyildir. Həmçinin iddiaçı əmlakın qanunsuz sahiblikdən tələbi üzrə müddəti ötürsədə, məhkəmə bu hala qiymət verməmişdir.

24. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmayıb. Təqdim etdiyi sübutlara (şahid ifadələri və qiymətləndirilmə hesabatları) qiymət verilməmiş, iş birtərəfli olaraq cavabdehlərin leyhinə əsaslandırılmışdır. Qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. İddiaçının mülkiyyət üzərində hüququnun olub olmaması aydınlaşdırılmayıb. İddiaçı tərəfindən mübahisələndirilən torpaaq sahəsi üzrə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin həqiqiliyi və qüvvədə olması aydınlaşdırılmayıb.

25. Odur ki, qeyd edilənləri nəzərə alaraq, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1584/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etirazında Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1584/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(051)-1584/2022 saylı qətnaməsinin ləğv edilməsini, İddiaçı ona qarşı iddiasının rədd edilməsini xahiş etmişdir.

28. İddiaçı nümayəndəsi Vəkil Cavabdeh1 verdiyi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(051)-1584/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

29. Cavabdeh2 digər Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.2-ci maddəsinə əsasən mülkiyyətşi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.

31. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84–cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111–ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2–ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

32. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun; 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

33. “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də, şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əlaqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir. Sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması, əmlak sahibinin hüquqlarının da mülkiyyətçinin hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur.

34. “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli, “Burdov Rusiyaya qarşı” iş üzrə xx.xx.2009-cu il tarixli, “Qarrax Çexiyaya qarşı” iş üzrə 27 may 2003-cü il tarixli qərarlarında X11 Məhkəməsi qeyd etmişdir ki, tələbin hüquqi cəhətdən reallaşması kifayət qədər müəyyən edilirsə, real mövcud olan əmlakı əldə etməyə gələcəkdə qanuni olaraq gözləmək hüququ “İnsan Hüquqları və X3 Haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsi baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir.

35. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”.

36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

37. “X4rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

Apellyasiya baxışının hədləri

38. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

40. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

41. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

42. Cavabdeh Niftəliyev X7 Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(051)- 1584/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın Cavabdeh2 aid təmin edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh1 münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(051)-1584/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə qismən ləğv edilməklə, həmin hissədə yeni qətnamə qəbul edilməlidir.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

45. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarı ilə İddiaçınə şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən 10 ha torpaq sahəsi ayrılmışdır. Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 14 noyabr 1991-ci il tarixli, 606 saylı qərarı ilə İddiaçınə Bozdağ tərəfindən verilmiş torpaq sahəsi 1.0 ha azaldılmış və həmin ərazi (1.0 ha) “İlkin” kiçik müəssisəsinə fəaliyyəti dövründə istifadə üçün verilmişdir. Qalan torpaq sahəsi isə kooperativin istifadəsində olmuşdur. İddiaçı istifadəsinə ayrılmış torpaq sahəsinin 600 kv.m hissəsi Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 saylı qərarı əsasında Cavabdeh1 satılmış və DƏDRX-nin 17 saylı Ərazi İdarəsi tərəfindən onun adına 14 iyun 2017-ci il tarixdə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* №-li çıxarış verilmişdir. Şəki İnzibati Məhkəməsinin 03 mart 2021-ci il tarixli 2- 1(116)-16/2021 saylı qərarı ilə Cavabdeh1 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 nömrəli qərarı etibarsız hesab edilmişdir. Şəki İnzibati Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2-1(116)58/2020 saylı qərardadı ilə mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması cavabdehə qadağan edilmişdir. Lakin cavabdehə tikinti aparmalarını dayandırmaları barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 İddiaçınə məxsus torpaq sahəsində başa çatmış yaşayış evi inşa etmişdir.

46. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının əmlakın qanunsuz sahiblikdən tələbi üzrə müddəti ötürsədə, məhkəmənin bu hala qiymət verməməsinə dair dəlilini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsinə əsasən mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə həmin tələblərə iddia müddəti şamil edilmir.

47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmaması, təqdim etdiyi sübutlara (şahid ifadələri və qiymətləndirilmə hesabatları) qiymət verilməməsinə dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

48. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdeh birinci instansiya məhkəməsinin bütün iclaslarının vaxtı və yeri barədə məlumatlandırılmış, məhkəmə iclaslarında iştirak etmiş, ona prosessual hüquq və vəzifələri izah edilmiş, iddia tələbinə münasibətini bildirmiş, məhkəmə tərəfindən tərəflərə öz dəlillərini təqdim etmələri üçün şərait yaradılmışdır. Lakin iş materiallarından Cavabdeh1 məhkəməyə şahid və qiymətləndirmə rəyi təqdim etməsi müəyyən edilməmişdir.

49. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının mülkiyyət üzərində hüququnun olub olmamasının, iddiaçı tərəfindən mübahisələndirilən torpaq sahəsi üzrə təqdim edilmiş hüquqmüəyyənedici sənədlərin həqiqiliyinin və qüvvədə olmasının aydınlaşdırılmamasına dair dəlillərini də əsassız hesab edərək qeyd edir ki, iddiaçı təşkilata ayrılmış torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaması işin mübahisəsiz halıdır. Həmçinin iddiaçıya ayrılmış torpaq sahəsinə dair sənəd X6 filialından təqdim edilməklə, əvvəlki inzibati məhkəmə araşdırması zamanı da tədqiq edilmiş, onun qeyri-həqiqiliyinə, qüvvədə olmamasına əsas ola biləcək hallar müəyyən edilməmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının subyektiv hüququnun mövcud olmamasına, qətnamənin tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamasına dair dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin həmin dəlilləri qismən əsaslıdır.

51. Belə ki, işdə olan Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarının çıxarışından görünür ki, şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədilə İddiaçınə Azərelektroizolyasiya zadonunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən 10 ha torpaq sahəsi ayrılmışdır.

52. İşdə olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-16/2021 saylı qərarından görünür ki, Cavabdeh1 600 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 368 nömrəli və Cavabdeh2 700 kv.m torpaq sahəsinin satılması barədə Yevlax rayon Havarlı Bələdiyyəsinin 30 dekabr 2006-cı il tarixli 379 nömrəli qərarları etibarsız hesab edilmişdir.

53. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(107)- 270/2021 saylı qərarından görünür ki, cavabdeh Yevlax rayonu, Havarlı Bələdiyyəsi, 3-cü şəxs DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsi və Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 21(116)-16/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

54. İşdə olan Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(116)-58/2020 saylı qərardadından görünür ki, işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək mübahisəli torpaq sahəsində tikinti işlərinin aparılması tərəflərə və üçüncü şəxslərə qadağan edilmişdir.

55. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********58 saylı məhkəmə qərarının icrasına dair bildirişdən görünür ki, Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-16/2021 saylı qərarı icra olunaraq inzibati iş üzrə tərəflər olan Cavabdeh2 və Cavabdeh1 adına tərtib olunmuş hər iki daşınmaz əmlaklara dair hüquqların dövlət reyestrindən çıxarışlar ləğv edilərək bu barədə məlumatlar Milli Qeydiyyat Sistemində daxil edilmişdir.

56. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********99 saylı sorğunun cavablandırılması barədə məktubundan görünür ki, Cavabdeh2 və Cavabdeh1 adlarına verilmiş Yevlax rayonu Havarlı kəndində yerləşən 0.07 ha torpaq sahəsinə dair A216503 seriyalı, **********88 reyestr nömrəli çıxarış və 0.06 ha torpaq sahəsinə dair A170416 seriyalı, **********73 reyestr nömrəli çıxarış ləğv edilmişdir.

57. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

58. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçınə torpaq sahəsi Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə ayrıldığından, Mingəçevir şəhər XDS İcraiyyə Komitəsinin 14 noyabr 1991-ci il tarixli, 606 saylı qərarı ilə İddiaçınə Bozdağ tərəfindən verilmiş torpaq sahəsi 1.0 ha azaldıldıqdan sonra digər torpaq sahəsi iddiaçının qanuni sahibliyində qaldığından iddiaçının qanuni sahibliyində olan torpaq sahəsi üzərində subyektiv hüququnun olmaması barədə apellyasiya şikayətində göstərilənlər əsassızdır.

59. Lakin məhkəmə kollegiyası həmin dəlillərin iddiaçının ona ayrılmış torpaq sahəsinin hüdudları xaricindəki torpaq sahəsinə subyektiv hüquqa malik olmaması və iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudları xaricindəki torpaq sahəsinə münasibətdə gəlinən nəticədə qətnamənin tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamasına dair hissəsi ilə razılaşır.

60. Belə ki, məhkəmə kollegiyası tərəfindən mülki işin daha obyektiv araşdırılması üçün eksperiza təyin edilmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. 25 iyun 2023-cü il tarixli, 10/3984 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21-3-35/2- 1822/2023 saylı mütəxəssis rəyinə əsasən, Mingəçevir şəhər XDS İcariyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarına əsasən şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədi ilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən İddiaçı ayrılmış torpaq sahəsinin naturada göstərilmiş koordinatları müəyyən edilmişdir. Mingəçevir şəhər XDS İcariyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarına əsasən şəhər əhalisinin meyvə-tərəvəz təminatını yaxşılaşdırmaq məqsədi ilə Azərelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən Havarlı arxının cənub hissəsindən İddiaçı ayrılmış və İddiaçı nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsinin koordinatları və ölçüləri müəyyən edilmişdir. Mingəçevir şəhər XDS İcariyyə Komitəsinin 27 dekabr 1990-cı il tarixli 433 saylı qərarına əsasən İddiaçı ayrılmış torpaq sahəsinin daxilin yerləşən 0.0548 ha hissəsi naturada Cavabdeh1 tərəfindən istifadə edildiyi və istifadə edilən sahədə tikinti işləri aparılmışdır. Cavabdeh tərəfindən istifadə edilən torpaq sahəsində tikilmiş tikililərlə aid məlumatlar tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. İddiaçınə ayrılmış torpaq sahəsində Cavabdeh1 tərəfindən aparılmış tikinti işlərinin hansı tarixdə inşa olunmasına dair metodika olmadığından, həmin tikilinin nə zaman inşa olunmasını müəyyən etmək mümkün olmamışdır.

61. Bir sözlə ekspertiza tədqiqatı zamanı və ekspertin istinad etdiyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 17 saylı Yevlax Ərazi İdarəsinin 04 may 2023-cü il tarixli mütəxəssis rəyi ilə Cavabdeh1 tərəfindən İddiaçınə ayrılmış torpaq sahəsinin 548 kv/m hissəsindən istifadə edildiyi, Cavabdeh1 tərəfindən məhz həmin 548 kv/m torpaq sahəsində tikinti işlərinin aparıldığı, məhkəmənin çıxarılmasını qət etdiyi 600 kv/m torpaq sahəsinin 52 kv/m hissəsinin isə iddiaçıya ayrılmış torpaq sahəsinin hüdudları xaricində yerləşməsi müəyyən edilmişdir.

62. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

63. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin Cavabdeh1 İddiaçı kooperativə ayrılmış torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən çıxarılmasına dair hissədə gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin hissədə qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki hallar aydınlaşdırılmamış, həmin hissədə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır.

64. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Cavabdeh1 qarşı təmin olunmuş 52 kv/m, yəni, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İ.Ağayevin tərtib etdiyi 04 may 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:2000 olmaqla koordinatları (1) X 6777134.91 Y 4514568.63 döngə nöqtələri 1-2 arasındakı 143.6 metr məsafənin, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə Azelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən İddiaçı kooperativə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən çıxarılmasında səhv nəticəyə gəlmişdir.

65. Ona görə də kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, 2(051)-1584/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə qismən, iddianın Cavabdeh1 qarşı təmin olunmuş 52 kv/m, yəni, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İ.Ağayevin tərtib etdiyi 04 may 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:2000 olmaqla koordinatları (1) X 6777134.91 Y 4514568.63 döngə nöqtələri 1-2 arasındakı 143.6 metr məsafənin, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə Azelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən İddiaçı kooperativə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən çıxarılmasına aid hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qeyd edilən hissədə rədd edilməli, qətnamə cavabdehin apellyasiya şikayətlərinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.

66. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Məhkəmə kollegiyası apellyasiya şikayətini qismən əsaslı hesab etdiyindən və iş üzrə 129,60 manat mütəxəssis xərci bütünlükdə İddiaçı tərəfindən ödənildiyindən məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərcinin 90 manatı Cavabdeh1, 10 manatı isə İddiaçındən tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilməlidir.

68. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1584/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə qismən, iddianın Cavabdeh1 qarşı təmin olunmuş 52 kv/m, yəni, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İ.Ağayevin tərtib etdiyi 04 may 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:2000 olmaqla koordinatları (1) X 6777134.91 Y 4514568.63 döngə nöqtələri 1-2 arasındakı 143.6 metr məsafənin, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə Azelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən İddiaçı kooperativə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən çıxarılmasına aid hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi Cavabdeh1 52 kv/m, yəni, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətininin 17 saylı Yevlax Ərazi İdarəsinin mühəndisi İ.Ağayevin tərtib etdiyi 04 may 2023-cü il tarixli mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilənlərə uyğun olaraq M 1:2000 olmaqla koordinatları (1) X 6777134.91 Y 4514568.63 döngə nöqtələri 1-2 arasındakı 143.6 metr məsafənin, Mingəçevir şəhər XDS İcraiyyə komitəsinin torpaq sahəsi ayrılması barədə xx.xx.1990-cı il tarixli 433 saylı qərarı ilə Azelektroizolyasiya zavodunun yardımçı kənd təsərrüfatının sol sahilində yerləşən sahəsindən, Havarlı arxının cənub hissəsindən İddiaçı kooperativə ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüdudları xaricində yerləşən hissəsindən çıxarılmasına aid hissədə təmin edilməsin. Qətnamə Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat ekspertiza xərcinin 90 manatı Cavabdeh1, 10 manatı isə İddiaçındən tutulub dövlət büdcəsinə (Az.MEM VÖEN **********, X2, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ**********00000039 44 SWİFT BİK CTREAZ22 hesaba) ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar