Məhkəmə qərarları › İş №2(107)-301/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-301/2021

04.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-301/2021 04.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(046)-1198/2020 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək icarəsində olan və Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən 01 ha torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-1198/2020 saylı qərardadına əsasən torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə baxılanadək Göyçay rayonu Çayarxı kəndi ərazisində yerləşən və İddiaçı məxsus 01 ha torpaq sahəsində yetişən meyvələrin yığımının Cavabdeh qadağa qoyulmuşdur. Cavabdeh şikayətlə məhkəməyə müraciət edərək Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-1198/2020 saylı qərardadının ləğv edilməsini və İddiaçı iddianın təmin etmək üçün tədbirlər görülməsi haqqında ərizəsinin təmin rədd edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh şikayətində tələbini belə əsaslandırmışdır ki, icarə müqaviləsində qeyd olunan ərazi 20 ildir ki, onun istifadəsindədir və bu müddət ərzində ailə üzvləri ilə birlikdə həmin ərazini kol-kosdan təmizləyərək münbitləşmə işləri aparmış və 200-dək müxtəlif növ meyvə ağacları əkmişdir. Göyçay rayonunun Qarabaqqal Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli 11 saylı qərarı və 2001ci il tarixli 34 saylı icarə müqaviləsi ilə 1.1 ha torpaq sahəsi 15 il müddətinə müvəqqəti olaraq ünvan 1 mənzil 88 ünvanda yaşayan İddiaçı istifadəsinə kənd təsərrüfatı məhsulları istehsal etmək məqsədi ilə verilmişdir. Lakin icarədar İddiaçı heç vaxt bu torpaqdan istifadə etməmiş və öz aralarında razılaşma əsasında onun istifadəsinə vermişdir. 2001-ci ildə Göyçay rayonu Qarabaqqal Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 34 saylı icarə müqaviləsinin müddəti 2016-cı ildə başa çatmışdır. İcarə müqaviləsinin müddəti başa çatdıqdan sonra həmin torpaq sahəsi şəriksiz və mübahisəsiz onun istifadəsindədir. Lakin onun məlumatı və razılığı olmadan və 20 ildir onun istifadəsində olan qeyd olunan torpaq sahəsi Göyçay rayon Qarabaqqal Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli icarə müqaviləsi ilə 20 il müddətinə iddiaçının istifadəsinə verilmişdir. Qarabaqqal Bələdiyyəsinin xx.xx.2019-cu il tarixli 3M-335 nömrəli icarə müqaviləsi əsasında İddiaçı 20 il müddətinə icarəyə verdiyi Çayarxı ərazisdindəki 1,0 ha. torpaq sahəsi 20 ildən artıqdır ki, onun istifadəsindədir. Buna görə də qərardadın ləğv edilməsi və ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-1198/2020 saylı qərаrdаdı ilə verilmiş şikayət təmin edilməmiş, şikаyətin mülki işlə birlikdə bаxılmаsı üçün Şəki Apellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etməmiş və hansı səbəbdən iştirak etməmələri barədə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-1198/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1, 158.1.2, 158.1.3-cü mаddələrinə əsаsən iddiаnı təmin etmək üçün cаvаbdehdə və yа digər şəxslərdə olаn cаvаbdehə məxsus əmlаk üzərinə həbs qoyulа, müəyyən hərəkətləri etməyi cаvаbdehə qаdаğаn edə, mübаhisə predmetinə аid olаn müəyyən hərəkətləri etmək bаşqа şəxslərə qаdаğаn edilə bilər. Məhkəmə kollegiyası şikayətə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Odur ki, kollegiya şikayətin dəlillərinin formal müahizələrlə əsaslandırılması qənaətinə gələrək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi üçün kifayətedici əsaslar mövcud deyildir. Eyni zamanda kollegiya qeyd etməyi lazım bilir ki, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardadı müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-1198/2020 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-1198/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 157, 159, 160, 264, 268, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(046)-1198/2020 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Rövşən Rəfiyev Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar