Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-301/2025 27.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: işə bərpa) X8 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və X1 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(063)-1083/2024 nömrəli qətnaməsindən Cavabdeh1n direktoru Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları
1. İddiaçı 1988-ci il tarixdə Cavabdeh1ndə müəllim vəzifəsinə təyin edilmişdir. Cavabdeh Ucar rayonu Qazyan kənd 1 nömrəli tam orta məktəbin drektoru Cavabdeh2 27 iyun 2024-cü tarixli, 46 nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdehə qarşı əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun işdən azad edilməsinə dair Cavabdeh1n direktoru Cavabdeh2 imzası ilə təsdiqlənmiş 27 iyun 2024-cü il tarixli əmrinin ləğv edilməsini, onun Cavabdeh1ndə müəllim vəzifəsinə bərpa edilməsini, ona məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxxxxx 1963-cü il tarixdə Ucar rayonunda anadan olmuşdur. 1988-ci il tarixdə Cavabdeh1ndə müəllim vəzifəsinə təyin edilmişdir. Bundan sonra heç bir qanuni əsas olmadan o, Cavabdeh1 drektoru Cavabdeh2 imzası ilə təsdiqlənmiş 27 iyun 2024-cü il tarixli əmri ilə qanunsuz olaraq işdən azad edilmişdir. O, bu əmri qanunsuz və əsassız hesab edir. Belə ki, o, 1988-ci il tarixdən 27 iyun 2024-cü il tarixə kimi Cavabdeh1ndə müəllim vəzifəsində qüsursuz işləmiş, indiyə qədər heç bir intizam tənbehi almamış, işdən azad edildiyi tarixə kimi fasiləsiz işləmiş, işlədiyi müddətdə hər hansı bir nöqsana yol verməmiş, intizam tənbehinə məruz qalmamış, işlədiyi müddət ərzində əmək vəzifələrini yerinə yetirərkən heç bir qanun pozuntusuna yol verməmiş, əksinə olaraq kollektivin və rəhbərliyin hörmətini, etimadını qazanmışdır. Həmçinin, işlədiyi iş onun yeganə qazanc mənbəyidir. Hesab edir ki, onun işdən azad edilməsinə dair Cavabdeh1 drektoru Cavabdeh2 imzası ilə təsdiqlənmiş 27 iyun 2024-cü il tarixli əmri qanunsuzdur. Belə ki, ona sertifikasiyadan keçməyə görə bildiriş göndərilməmiş, onun sertifikasiyadan məlumatı olmamış, ona sertifikasiyadan keçməyə görə əlavə vaxt verilməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Gönürdüyü kimi onun 16 sentyabr 2023-cü il tarixdə 60 yaşı tamam olmuşdur. Əmək qanunvericiliyinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olduğundan, 27 iyun 2024-cü il tarixli əmrlə onun işdən azad edilməsi qanunsuzdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallanını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. O, 13 iyul 2024-cü il tarixdə işdən azad olunmağma dair əmrin ləğv edilməsini, işə bərpa edilməyini və məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsi mübahisəsi ilə əlaqədar Cavabdeh1nə rəsmi qaydada təkliflə müraciət etmişdir. Bundan sonra o, Şəki 1 saylı Mediasiya Təşkilatına müraciət edərək işdən azad olunmağına dair əmrin ləğv edilməsini, işə bərpa edilməyini və məcburi iş buraxmağa görə əmək haqqı ödənilməsi mübahisəsi ilə əlaqədar mediatorun təyin edilməsini xahiş etmiş, Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən Rauf Abdullayev mediator təyin edilmişdir. O, ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin cavabdehin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etməmişdir. X2 tərəfindən ona ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 19 avqust 2024-cü il tarixli arayış vermişdir. Mediasiya təklifini göndərdiyi 13 iyul 2024-cü il tarixdən iddia müddətinin axımı mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayışı aldığı 19 avqust 2024-cü ilə qədər dayandırılmışdır. Bu səbəbdən hesab edir ki, onun tərəfindən iddia müddəti ötürülməmişdir.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı Ucar rayon Qazyan kənd 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləmiş və təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün 27 iyun 2024-cü il tarixdə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. İddiaçı da yuxarıda göstərilən tələbləri irəli sürərək məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir.
5. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 27 iyun 2024-cü il tarixli, 46 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən iddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir.
6. Qeyd olunan əmrdən görünür ki, İddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanılması məqsədilə 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-2-ci maddəsinin 3-1-ci hissəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
7. Ucar Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(063)-1083/2024 nömrəli qətnaməsi ilə (hakim Hilal Xəlilov) iddia təmin olunmuş, Cavabdeh1n direktoru Cavabdeh2 İddiaçı ilə (Cavabdeh1n ibtidai sinif müəllimi) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən bağlanmış əmək müqaviləsinin 27 iyun 2024-cü il tarixdən ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli, 46 saylı əmri ləğv edilmiş, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Cavabdeh1nə ibtidai sinif müəllimi vəzifəsinə-işə bərpa edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68, 70, 71 və 300-cü maddələrinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İş materiallarında olan İT-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, 46 nömrəli, 27 iyun 2024-cü il tarixli əmr ilə təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə keçirilmiş təkrar sertifikatlaşmada iştirak etməyən məktəbin ibtidai sinif müəllimi təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İş materiallarında olan Ucar rayonu Qazyan kənd 1 nömrəli tam orta məktəbin drektoru Cavabdeh2 27 iyun 2024-cü tarixli, 46 nömrəli əmrinin surətindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlığının yoxlanması məqsədi ilə 8 iyun 2024-cü il tarixində keçirilmiş təkrar sertifaktlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifaktlaşdırma Qaydası” ilə müəyyən olunmuş təkrar sertifaktlaşmada iştirak etməyən Cavabdeh1n ibtidai sinif müəllimi İddiaçı təkrar sertifaktlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsi 27 iyun 2024-cü il tarixdən ləğv edilmişdir. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı Ucar rayonu, Qazyan kəndində qeydiyyatdadır və xx xxxxxxxx 1963-cü ildə doğulmuşdur.
10. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1n direktoru Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi аpellyаsiyа şikаyətləri vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh1n direktoru Cavabdeh2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, iddiaçı qanunvericiliyin tələblərini pozaraq və ona tanınmış imkandan sui-istifadə edərək xx.xx.2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmada da iştirak etməmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2-ci, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci və Əmək Məcəlləsinin 67-2-ci maddələrində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil m ü ə s s i s ə l ə r i n d ə ) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nda sertifikatlaşdırmadan keçirilməyən təhsilverənlərin siyahısı qeyd olunmuşdur. Eyni zamanda, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması qeyd olunmuşdur. Sertifikatlaşdırmada iştirakı könüllü olanlarla sertifikatlaşdırmadan keçirilməyənləri bir-birindən fərqləndirmək lazımdır. Sertifikatlaşdırmada iştirakın könüllü olması o deməkdir ki, 60 və daha yuxarı yaşda olan şəxslər sertifikatlaşdırmaya məcburi cəlb edilmirlər, könüllü olaraq sertifikatlaşdırmada iştirak edə bilərlər. Lakin, iştirak etdikdən sonra sertifikatlaşdırmanın nəticələri həmin şəxslər üçün məcburi xarakter daşıyır. Könüllü olaraq iştirak etdiyi sertifikatlaşdırmadan keçdikdə, onun əmək haqqına əlavələr tətbiq edilir, keçmədikdə isə əmək müqaviləsinə xitam verilir. Yəni könüllü iştirakın müsbət və mənfi nəticələri vardır. Bundan başqa, sertifikatlaşdırmada iştirakda könüllülük prinsipi yalnız əsas sertifikatlaşdırma prosesinə aiddir. Çünki sertifikatlaşdırma imtahanı bir dəfə keçirilir. Təkrar sertifikatlaşdırma güzəşt olaraq, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərə şamil edilir. Ona görə də, təkrar sertifikatlaşdırmada könüllülük prinsipi tətbiq edilə bilməz. "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət t ə h s i l müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma QaydasTnın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci maddəsinə əsasən dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsin 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2.5-ci maddəsinə və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28- cü maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Azərbaycan Respublikasının Əmək Məcəlləsin 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin "c" bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
12. Ona görə də, Ucar Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(063)- 1083/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və üzərlərinə qoyulan tələbin götürülməsini xahiş etmişdir.
13. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Ucar rayonu Qazyan kənd 1 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli 46 nömrəli əmri təklikdə mübahisələndirilə bilməz. Çünki həmin əmr Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövls Agentliyinin “Təkrar sertifikatlaşdırmadan keçməyənlər barədə” 27 iyun 2024 tarixli 3-29-69/3-2-13 F/2024 nömrəli əmrinin əsasında və həmin əmrin icrası məqsədilə verilmişdir. Belə ki, Agentliyin adıçəkilən əmri ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin əmək müqavilələri 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi tabe qurumlara tapşırılmışdır. Qeyd olunan tapşırığın icrası ilə bağlı təkrar sertifikalaştırmadan keçməyən Cavabdeh1n ibtidai sinif müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi həmin məktəbin direktorunun xx.xx.2024-cü il tarixli 46 nömrəli əmri ilə 27 iyun 2024-cü il tarixindən ləğv edilmişdir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin 27 iyun 2024 tarixli 3-29- 69/3-2-13 F/2024 nömrəli əmri də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təkrar sertifikatlaşdırmaıın test mərhələsinin nəticələri barədə” 25 iyun 2024-cü il tarixli 3- 29/3- 2- 439F/2024 nömrəli əmrinin əsasında verilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təkrar sertifikatlaşdırma ın test mərhələsinin nəticələri barədə” 25 iyun 2024-cü il tarixli 3-29/3- 2-439F/2024 nömrəli əmri ilə “8 iyun 2024-cü il tarixində təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən təhsilverənlərin siyahısı” təsdiq edilmiş, təkrar sertifikatlaşdırmanın test mərhələsindən keçməyən təhsilverənlərin əmək müqavilələrinin 2024-cü ilin 27-28 iyun tarixlərində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsinin təmin edilməsi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlə Agentliyin tapşırılmışdır. Beləliklə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən əmək müqaviləsi ləğv edilmiş işçi keçirilmiş sertifikatlaşdırmanın nəticələrini mübahisələndirməlidir (Əmək Məcəlləsinin 67-ci maddəsinin 5-ci hissəsi). Çünki onun əmək müqaviləsi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qəbul edilmiş müvafiq qərar əsasında ləğv edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Qeyd”inə əsasən bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlətməktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı (dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərə münasibətdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi) başa düşülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhs müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 4.1-ci bəndinə əsasən sertifikatlaşdırma Şurasının təqdim etdiyi sertifikatlaşdırmanın nəticələri barədə məlumat əsasında Nazirlik sertifikatlaşdırmadan keçən və keçməyən təhsilverənlərin siyahısını hazırlayaraq, Nazirliyin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlə Agentliyinə və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinə göndərir. Beləliklə, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinin əsası peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təkrar sertifikatlaşdırmaıın test mərhələsinin nəticələri barədə” 25 iyun 2024-cü il tarixli 3- 29/3- 2-439F/2024 nömrəli əmri olmuşdur. Məhkəmə qeyd olunan halları nəzərə almamış, ərazi aidiyyatı qaydalarını pozmuş və işə bərpa etmək haqqında səlahiyyəti olmadığı halda bu barədə qətnamə qəbul etmişdir. Sertifikatlaşdırılmadan keçmək hər bir təhsilverənin vəzifəsidir (“Təhsil haqqında” Qanunun 33.3.9-cu, “Ümumi təhsil haqqında” Qanunur 23.3.2-ci maddələri). “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2-ci maddəsinin, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikas ınn Qanununun 28.1-ci maddəsinin və Əmək Məcəlləsinin 67-2-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixl 155 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın tələblərinə uyğun olaraq, dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlər məcburi sertifikatlaşdırmadan keçməlidir və sertifikatlaşdırmadan keçməyən şəxslərin pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ yoxdur. İddiaçı Cavabdeh1n ibtidai sinif müəllimi (təhsilverən) olduğu üçün məcburi sertifikatlaşdırmadan keçməli idi. İddiaçı xx xxxxxxxx 1963-cü ildə doğulmuşdur. Sartifikatlaşdırmada iştirak edəcək təhsilverənlərin qeydiyyatının aparılması vaxtı və sertifikatlaşdırmanın keçirilməsi vaxtı onun 59 yaşı var idi. İddiaçıŞəxsi kabinet”inə xx.xx.2023-cü il tarixdə sertifikatlaşdırmanın keçirilməsinin vaxtı və yeri barədə bildiriş göndərilmiş, xx.xx.2024-cü il tarixdə də sertifikatlaşdırma imtahanı keçirilmişdir. Lakin iddiaçı 59 yaşının olmasına baxmayaraq həmin imtahanda iştirak etməmiş və yuxarıda qeyd olunan qanunvericilik aktlarının tələblərini pozmuşdur. Buna baxmayaraq, onun sertifikatlaşdırmada iştirak etməməsi üzrlü hesab olunmadığı halda, humanizm nümayiş etdirərək onun 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmişdir. Üzrsüz səbəbdən sertifikatlaşdırmada iştirak olunmaması, işçiyə təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ verilmədən onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsinə əsas verir. Lakin iddiaçı qanunvericiliyin tələblərini pozaraq və ona tanınmış imkandan suiistifadə edərək xx.xx.2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmada da iştirak etməmişdir. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 36-2-ci, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1-ci və Əmək Məcəlləsinin 67-2-ci maddələrində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı il; təsdiq edilmiş "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nda sertifikatlaşdırmadan keçirilməyən təhsilverənlərin siyahısı qeyd olunmuşdur. Eyni zamanda, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması qeyd olunmuşdur. Sertifikatlaşdırmada iştirakı könüllü olanlarla sertifikatlaşdırmadan keçirilməyənləri bir-birindən fərqləndirmək lazımdır. Sertifikatlaşdırmada iştirakın könüllü olması o deməkdir ki, 60 və daha yuxarı yaşda olan şəxslər sertifikatlaşdırmaya məcburi cəlb edilmirlər, könüllü olaraq sertifikatlaşdırmada iştirak edə bilərlər. Lakin, iştirak etdikdən sonra sertifikatlaşdırmanın nəticələri həmin şəxslər üçün məcburi xarakter daşıyır. Könüllü olaraq iştirak etdiyi sertifikatlaşdırmadan keçdikdə, onun əmək haqqına əlavələr tətbiq edilir, keçmədikdə isə əmək müqaviləsinə xitam verilir. Yəni könüllü iştirakın müsbət və mənfi nəticələri vardır. Bundan başqa, sertifikatlaşdırmada iştirakda könüllülük prinsipi yalnız əsas sertifikatlaşdırma prosesinə aiddir. Çünki sertifikatlaşdırma imtahanı bir dəfə keçirilir. Təkrar sertifikatlaşdırma güzəşt olaraq, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərə şamil edilir. Ona görə də, təkrar sertifikatlaşdırmada könüllülük prinsipi tətbiq edilə bilməz. "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası"nın 5.2-ci bəndinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
14. Ona görə də Ucar Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(063)- 1083/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişlər.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək, apellyasiya şikayətlərinin təmin edilməməsini, Ucar Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(063)-1083/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 10-cu maddəsinə əsasən a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək əmək müqaviləsi üzrə işçinin əsas vəzifəsidir. 68-ci maddəsinin 1-ci bəndinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci bəndinə əsasən a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. 70-ci maddəsinin “c” bəndinə görə, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2-ci maddəsinin 2-ci hissəsinə əsasən hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikatlaşdırılması keçirilmir. 67-2-ci maddəsinin 3-cü hissəsinə və həmin Məcəllənin 67-2-ci maddəsinin 3-1-ci hissəsinə əsasən ilk dəfə işə qəbul olunanlar üç il müddətində, eləcə də azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər sertifikatlaşdırmaya cəlb edilmirlər. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
18. Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1-ci maddəsinə əsasən hamilə qadınlar; 36-2.3.2-ci maddəsinə əsasən uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3-cü maddəsinə əsasən ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 36-2.3.4-cü maddəsinə əsasən azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 36-2.3-1-ci maddəsinə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. 36-2.4-cü maddəsinə əsasən sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. 36-2.5-ci maddəsinə əsasən üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh1n direktoru Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X6 Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(063)-1083/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiklərindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
23. Məhkəmə kollegiyası apellyasiya şikayətlərində göstərilənlərə münasibət bildirərək qeyd edir ki, həm Cavabdeh1n direktoru Cavabdeh2, həm də üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi şikayətlərində İddiaçı şəxsi kabinetinə xx.xx.2023-cü il tarixində sertifikatlaşdırmanın keçirilməsinin vaxtı və yeri barəsində bildiriş göndərildiyini qeyd etsələr də həmin bildirişin İddiaçı şəxsi kabinetinə göndərildiyini və yerləşdirildiyini təsdiq edən sənəd və ya sübut təqdim edə bilməmişlər.
24. Bundan başqa, Cavabdeh1n direktoru Cavabdeh2 apellyasiya şikayətində qeyd etmişdir ki, Sertifikatlaşdırmada iştirakın könüllü olması o deməkdir ki, 60 və daha yuxarı yaşda olan şəxslər sertifikatlaşdırmaya məcburi cəlb edilmirlər, könüllü olaraq sertifikatlaşdırmada iştirak edə bilərlər. Lakin, iştirak etdikdən sonra sertifikatlaşdırmanın nəticələri həmin şəxslər üçün məcburi xarakter daşıyır. Lakin məhkəmə kollegiyası hesab edir ki, həmin dəllillər də əsassızdır. Belə ki, İddiaçı sertifikatlaşdırmanın keçirilməsinin vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmədiyindən, bununla bağlı bildiriş göndərilmədiyindən İddiaçı imtahanın keçiriləcəyi ilə məlumatlı olmamış və imtahanda ümumiyyətlə iştirak edə bilməmişdir.
25. Bundan başqa, üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin apellyasiya şikayətinin ərazi aiddiyətinin pozulmasına dair dəlilinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, həmin dəlil də əsassızdır. Belə ki, İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən cavabdeh qismində Cavabdeh1 qeyd etmişdir. Baxmayaraq ki, əmək müqaviləsinin 27 iyun 2024-cü il tarixdən ləğv edilməsi barədə 27 iyun 2024-cü il tarixli, 46 saylı əmrin verilməsinə əsas Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Təkrar sertifikatlaşdırmaıın test mərhələsinin nəticələri barədə” 25 iyun 2024-cü il tarixli 3-29/3- 2- 439F/2024 nömrəli əmri olmuşdur, iddiaçı Cavabdeh1n direktoru Cavabdeh2 verdiyi 27 iyun 2024-cü il tarixli, 46 saylı əmri mübahisələndirmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi isə birinci instansiya məhkəməsi tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Mülki-prosessual qanunvericiliyinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbini irəli sürərkən ərazi aidiyyəti qaydalarına riayət etmişdir.
26. Göstərilənlərə əsasən, Cavabdeh1n direktoru Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri əsassızdır.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh1n direktoru Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(063)-1083/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1n direktoru Cavabdeh2 və üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Ucar Rayon Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, 2(063)-1083/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.