Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-302/2024 25.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Məcidov Ələddin Tofiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(046)-639/2023 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Dövlət Aktına əsasən mülkiyyətdə olan Göyçay rayonu Xəlitli kəndində yerləşən 1.07 ha torpaq sahəsinin 0.25 ha hissəsindən cavabdehin çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 7 sentyabr 2023-cü il tarixli, 2(046)-639/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Göyçay rayonu Xəlitli kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-193 nömrəli dövlət aktına əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1.07 ha torpaq sahəsinin 0.20 ha hissəsindən Cavabdeh çıxarılması, dövlət rüsumu kimi ödənilmiş 100 manat və 95 manat məhkəmə xərcinin Cavabdeh alınaraq İddiaçı verilməsi, iş üzrə ekspertiza xərci olan 100 manatın Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE**********0002088501 nömrəli hesabına keçirilməsi qət edilmişdir. 23 oktyabr 2023-cü il tarixdə Cavabdeh apellyasiya şikayəti vermişdir. Göyçay Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli, 2(046)-639/2023 saylı qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli 2(046)-639/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)639/2023 saylı 7 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə vəsatət vermişdir. Cavabdeh vəsatəti belə əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(046)-639/2023 saylı qətnaməsi ilə Göyçay rayonu Xəlitli kəndində yerləşən torpağa mülkiyyət hüququna dair JN-193 nömrəli dövlət aktına əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1.07 ha torpaq sahəsinin 0.20 ha hissəsindən çıxarılması qət edilmişdir. Məhkəmənin sözügedən qətnaməsindən qanunla müəyyən edilmiş qaydada və müddətdə apellyasiya şikayəti verilmişdir. Göyçay rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli 2(046)-639/2023 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Qərardadda göstərilən nöqsanların aradan qaldırılması və MPM-də nəzərdə tutulan formada və qaydada yeni apellyasiya şikayəti tərtib edilməsi üçün kifayət qədər vaxt tələb olunmuşdur. Həmin müddət ərzində qərardadda göstərilən nöqsanlar aradan qaldırılmış və qanunla müəyyən edilmiş qaydada yeni apellyasiya şikayəti tərtib edilmişdir. Buna görə də vəsatətin təmin edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(046)-639/2023 saylı qərardadı ilə Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)-639/2023 saylı 7 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi, mülki işə apellyasiya qaydasında baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı həmin qərardaddan şikayət vermişdir. Göyçay Rayon Məhkəməsinin 18 dekabr 2023-cü il tarixli, 2(046)-639/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X4 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Kollegiya qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)639/2023 saylı 7 sentyabr 2023-cü il tarixli qətnaməsi Cavabdeh poçt vasitəsi ilə göndərilmiş, xx.xx.2023-cü il tarixdə onun tərəfindən xəbərnaməyə imza edilməklə qəbul edilmişdir. Cavabdeh tərəfindən Göyçay Rayon Məhkəməsinin 2(046)-639/2023 saylı 7 sentyabr 2023-cü-cı il tarixli qətnaməsindən xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Göyçay Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti forma və məzmununa riayət edilmədiyinə görə geri qaytarılmışdır. Göyçay Rayon Məhkəməsinin 2(046)639/2023 saylı xx.xx.2023-cü il tarixli qəradadı 11 noyabr tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Yəni cavabdeh verdiyi apellyasiya şikayətində olan nöqsanlardan həmin tarixdə xəbər tutmuşdur. Hazırki apellyasiya şikayəti və prosessual müddətin bərpası barədə ərizə isə məhkəməyə 4 dekabr 2023-cü il tarixdə verilmişdir. Kollegiya qeyd edir ki, Göyçay Rayon Məhkəməsinin 2(046)639/2023 saylı xx.xx.2023-cü il tarixli qəradadı 11 noyabr tarixdə cavabdehin elektron kabinetinə yerləşdirilməsinə baxmayaraq 13 noyabr 2023-cü il tarixədək cavabdeh apellyasiya şikayətini verməmiş, lakin müddətin bitməsindən 21 gün sonra apellyasiya şikayəti vermişdir. Göründüyü kimi, cavabdehin apellyasiya şikayətinin müddətini 21 gün ötürməsi, həmin müddətin bərpası barədə vəsatətdə hər hansı bir sübutla əsaslandırılmamışdır. Ona görə də müddətin bərpası barədə vəsatət təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(046)-639/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar vardır. Ona görə də, şikayət təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(046)-639/2023 saylı qərardadı ləğv edilməli, Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)639/2023 saylı 7 sentyabr 2023-cü-cı il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 400, 403- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2023-cü il tarixli, 2(046)-639/2023 saylı qərardadı ləğv edilsin. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 2(046)639/2023 saylı 7 sentyabr 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-302/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-302/2024
25.01.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver