Məhkəmə qərarları › İş №2(107)-304/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-304/2021

25.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-304/2021 25.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu, Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Həsənzadə Haqverdi Nəbi oğlunun katibliyi, İddiaçı və Cavabdehəddin oğlunun iştirakı ilə, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(019)-33/2020 saylı qətnaməsindən Cavabdehəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Cavabdehəddin oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Balakən rayonu Qullar kənd sakini Cavabdehəddin oğlunun onun mülkiyyətində olan Balakən rayonu Qullar kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehəddin oğlunun onun xüsusi mülkiyyətində olan Balakən rayonu Qullar kəndində yerləşən 0.0993 ha həyətyanı torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(019)-33/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdehəddin oğlu İddiaçı xüsusi mülkiyyətində olan, Balakən rayonu Qullar kəndində yerləşən 0.0993 ha həyətyanı torpaq sahəsindən çıxarılması; hazırki iddianın qaldırılması üçün ödənilmiş 10 manat dövlət rüsumu Cavabdehəddin oğlundan alınaraq, İddiaçı ödənilməsi; iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50,0 manat Cavabdehəddin oğlundan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Büdcə təsnifatının kodu:142319 Büdcə səviyyəsinin kodu:3 SAP (XİİS) hesabı Adı Dövlət X2 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SVVİFT BİK CTREAZ Məhkəmə Ekspertizası Mərkəzi VÖEN ********** Hesab AZ34CTRE******************** saylı hesabına ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdehəddin oğlu tərəfindən apelyasiya şikayəti verilmişdir. Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, Balakən rayon Qullar Bələdiyyəsinin xx xxxxx 2013-cü il tarixli 04 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün 0.10 ha torpaq sahəsi ayrılmışdır. Zəruri hərəkətlərin aparılması üçün bələdiyyənin hesabına və digər bank hesablarına müvafiq ödənişlər etmişdir. Lakin sonradan Balakən rayon Qullar Bələdiyyəsi ona məxsus torpaq sahəsini xx xxxxxxxx 2015-ci il tarixli qərarı ilə iddiaçıya satmışdır. Bundan əlavə birinci instansiya məhkəməsi Balakən rayon Qullar Bələdiyyəsini də işə cəlb etməli olduğu halda cəlb etməmişdir. Ona görə də qeyd edilənlərin nəzərə alınaraq Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(019)-33/2020 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdehəddin oğlu apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(019)-33/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş Azərbaycan Respublikası Balakən rayon Qullar Bələdiyyəsinin “30” “Aprel” 2013-cü il “ 04 ” saylı protokolundan çıxarışdan görünür ki, Qullar Bələdiyyəsinin mülkiyyətində olan, K.P.İ fonduna aid torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0,10 ha olmaqla 1 sahə üçün ayrı-ayrılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanması məqsədilə DTXK -nin Balakən rayon şöbəsinə müraciət edilməsi barədə Qullar Bələdiyyəsinin sədri R.M.Ömərovun verdiyi məlumatın nəzərə alınması, Qullar Bələdiyyəsinin mülkiyyətində X.Saramanövun həyətyanı sahəsinə bitişik sökülmüş sarayaltı torpaq sahəsindən fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satışa çıxarmaqdan ötrü hər biri 0,10 ha olmaqla 1 sahə üçün ayrı-ayırılıqda plan və ölçülərin (kadastr) işlənib hazırlanmasının DTXK-nin Balakən rayon şöbəsindən xahiş edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X10ndən, bələdiyyənin mülkiyyətinə aid torpaq sahəsinin qeydiyyata alınıb çıxarışın və məhdudlaşdırmaya (yüklülüyə) dair arayışın verilməsini təmin etməsinin xahiş edilməsi, qərardan çıxarışın DTXK- nin Balakən rayon şöbəsinə göndərilməsi vəsənədlərin hazırlanmasına başlanması işinin bələdiyyə qulluqçusu M.C.Bodurovaya həvalə edilməsi, qərarın icrasına nəzarətin Qullar Bələdiyyəsinin üzvü X7 həvalə edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* №-li reyestr nömrəsi **********57 olan, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli Çıxarışdan görünür ki, Balakən rayonu Qullar kəndi 0.0993 ha yaşayış məntəqəsinə aid torpaq 69 №li reyestr kitabının 38 №li vərəqində xx.xx.2018-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Balakən Rayon Məhkəməsinin xx xxxx 2019cu il tarixli, 2(019)-604/2019 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Balakən rayon Qullar kənd Bələdiyyəsinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X8, Balakən rayon X9 və İddiaçı qarşı 4-Ə-517 nömrəli xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilə əsasında verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olunmuş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(107)-2769/2019 saylı qətnaməsindən görünür ki, iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(019)604/2019 saylı qətnaməsinin iddiaçı X3 münasibətdə dəyişdirilmədən, onun apellyasiya şikayəti isə təmin edilmədən saxlanması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki İnzibati Məhkəməsinin xx.xx.2020-ci il traixli, 2-1 (116)- 630/2020 №-li qərardadından görünür ki, iddiaçı Azərbaycan Rekspublikası Balakən rayonu Qullar Bələdiyyəsinin cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı X4rşı (üçüncü şəxslər İddiaçı və X5) «4-ə-517 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən texniki səhv olaraq xx.xx.2018-ci il tarixdə tərtib edilmiş AN 322240 saylı «torpaq sahəsinin planı və ölçüsü» sənədinin ləğv edilməsi, iş üzrə üçüncü şəxs İddiaçı Qullar Bələdiyyəsi tərəfindən satılmış 0.10 ha torpaq sahəsinə naturada yenidən «Torpaq sahəsinin planı və ölçüsü» sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiası və iddiaçı X1 cavabdeh Balakən rayonu Qullar Bələdiyyəsinə qarşı (üçüncü şəxs İddiaçı) «Qullar Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış 4-ə-517 saylı xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız (qanunsuz) hesab edilməsi, həmin müqavilə əsasında DƏDRX 18 saylı X10 tərəfindən tərtib edilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin 18 saylı X6 üzərinə qoyulması» barədə qarşılıqlı iddia ərizəsi mümkün sayılmamışdır. Həmin qərardaddan apellyasiya şikayəti verilməmiş və bu qərardad qanuni qüvvəyə minmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2004-cü il tarixli müqavilədən görünür ki, Qullar kəndinin sökülmüş saray yerindən bələdiyyə mülkiyyətinə aid 025 ha torpaq sahəsi xx xxxxxx 2004-cü il tarixdən xx xxxxxx 2004-ci il tarixə qədər 1 hektarı 162000 min manat hesabı ilə cəmi 40500 manat pulu ödəmək şərti ilə Cavabdehəddin oğluna icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxx 2020ci il tarixli, 28993 saylı rəyindən görünür ki, Balakən rayonu Qullar kəndində yerləşən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə İddiaçı adına qeydiyyata alınmış 0.10 ha həyətyanı torpaq sahəsinin naturada ölçüsü 0.10 hektardır və hüquqmüəyyənedici sənədlərə uyğundur. Balakən rayonu Qullar kəndində yerləşən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə İddiaçı adına qeydiyyata alınmış 0.10 ha həyətyanı torpaq sahəsi Cavabdehəddin oğlu tərəfindən tam istifadə edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair xx.xx.2020-ci il tarixli, 28993 №-li bildirişindən görünür ki, iş üzrə aparılmış məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50,0 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyasının iclasında iş materiallarının tədqiqi nəticəsində müəyyən edildi ki, Qullar Bələdiyyəsinin xx xxxxxxxx 2015-ci il tarixli 10 saylı iclasının qərarı ilə İddiaçı 0.10 ha torpaq sahəsi satılması qərara alınmışdır. Bu torpaq sahəsinin Plan ölçü sənədi və “Çıxarış” alındıqdan sonra xx xxxxxx 2018-ci il tarixdə Balakən rayon Qullar Bələdiyyəsi ilə İddiaçı arasında 0.10 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra öz adına DƏDRX X10 tərəfindən adına seriya RX ******* saylı “Çıxarış” verilmiş və həmin çıxarışda 0,0993 ha həyətyanı torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin buna baxmayaraq Cavabdehəddin oğlu iddiaçıya məxsus torpaq sahəsini dəmir torla hasara almışdır və həmin torpaq sahəsindən qanunsuz istifadə edir. İş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx xxx 2020-ci il tarixli, 28993 saylı rəyi ilə müəyyən olunur ki, Balakən rayonu Qullar kəndində yerləşən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə İddiaçı adına qeydiyyata alınmış 0.10 ha həyətyanı torpaq sahəsinin naturada ölçüsü 0.10 hektardır və hüquqmüəyyənedici sənədlərə uyğundur. Balakən rayonu Qullar kəndində yerləşən RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə İddiaçı adına qeydiyyata alınmış 0.10 ha həyətyanı torpaq sahəsi Cavabdehəddin oğlu tərəfindən tam istifadə edilir. Həmin torpaq sahəsi hazırda cavabdeh Azərbaycan Cavabdehəddin oğlunun qanunsuz sahiblik və istifadəsindədir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Torpaq Məcəlləsi: Maddə 5.

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllə: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh sözügedən torpaq sahəsinin Balakən rayon Qullar Bələdiyyəsinin xx xxxxx 2013-cü il tarixli 04 saylı qərarı ilə ona fərdi yaşayış evinin tikintisi üçün verildiyini bildirsə də, bunu təsdiq edən hər hansı bir dəlili məhkəmə kollegiyasına təqdim etməmişdir. Bundan əlavə cavabdeh Balakən rayon Qullar Bələdiyyəsinin də işə cəlb edilməli olduğunu bildirsə də buna zərurətin olduğunu əsaslandıra bilməmişdir. Belə ki, iddia tələbini irəli sürən şəxs torpaq sahəsinin mülkiyyətçisidir. Bələdiyyənin işə cəlb edilməsi hazırkı mübahisənin həllinə hər hansı bir təsir göstərməyəcək. Ona görə də şikayətin həmin dəlili əsassızdır. Bundan əlavə cavabdeh həmin torpaq sahəsindən istifadə etməsinə əsas verəcək hər hansı bir hüquqi sənəd məhkəmələrə təqdim etməmişdir. Yəni cavabdehin etirazının heç bir faktiki və hüquqi əsası yoxdur. Bundan başqa Qullar Bələdiyyəsinin xx xxxxxxxx 2015-ci il tarixli 10 saylı iclasının qərarı ilə İddiaçı 0.10 ha torpaq sahəsi satılması qərara alınmışdır. Bu torpaq sahəsinin Plan ölçü sənədi və “Çıxarış” alındıqdan sonra xx xxxxxx 2018-ci il tarixdə Balakən rayon Qullar Bələdiyyəsi ilə İddiaçı arasında 0.10 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra öz adına DƏDRX X10 tərəfindən adına seriya RX ******* saylı “Çıxarış” verilmiş və həmin çıxarışda 0,0993 ha həyətyanı torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin buna baxmayaraq Cavabdehəddin oğlu iddiaçıya məxsus torpaq sahəsini dəmir torla hasara almışdır və həmin torpaq sahəsindən qanunsuz istifadə edir. Beləliklə qeyd edilənlərə əsasən məhkəmə kollegiyası heab edir ki, şikayətin dəlilləri əsassız hesab olunmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayətedici hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(019)- 33/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdehəddin oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tаrixli, 2(019)-33/2020 saylı qətnаməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov

Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar