Məhkəmə qərarları › İş №2(107)-305/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-305/2022

15.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-305/2022 15.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh5 qarşı “torpaq sahəsinə gedən yolun məcburi qaydada açılması, maneələrə son qoyulması, meyvə ağaclarının cavabdehin vəsaiti hesabına çıxarılması” tələbinə dair ilk, Cavabdeh5 İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X4 qarşı “pul” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsinə gedən yolun məcburi qaydada açılması, maneələrə son qoyulması, meyvə ağaclarının cavabdehin vəsaiti hesabına çıxarılması, pul) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X13 İddiaçı, Cavabdeh5 iddiası üzə Cavabdeh1 (həmçinin 3-cü şəxs Cavabdeh3 nümayəndəsi), onların vəkili Vəkil2; Cavabdeh5, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh5 qarşı “torpaq sahəsinə gedən yolun məcburi qaydada açılması, maneələrə son qoyulması, meyvə ağaclarının cavabdehin vəsaiti hesabına çıxarılması” tələbinə dair ; Cavabdeh5 İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X4 qarşı “pul” barədə iddia tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(054)-37/2021 nömrəli qətnaməsindən Cavabdeh5 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 15.04.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 16.12.1997-ci il tarixli 53 nömrəli qərarı ilə X6, X7, X10, Cavabdeh2, İddiaçı, Cavabdeh1 və Cavabdeh3 (cəmi 7 nəfər) mülkiyyətinə Oğuz rayonu Xaçmaz Qışlaq kəndi ərazisindən 4 ayrı-ayrı ərazidə yerləşən cəmi 4,66 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. X26 69C nömrəsi ilə göstərilən torpaq sahəsi 0,6158 hektardan ibarətdir. 04.07.2013-cü il tarixli AZ-İ 541322 nömrəli və 05.08.2020-ci il tarixli AZ-İİ 065312 nömrəli ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 15.04.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adları qeyd edilən mülkiyyətçilərdən X7 26.06.2013-cü il tarixdə, X6 isə 25.07.2018-ci il tarixdə vəfat etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 05.04.2021-ci il tarixli **********48 nömrəli sorğuya cavab məktubundan, həmin məktuba əlavə edilmiş mütəxəssis rəyindən, torpaq sahəsinin yerləşmə sxemindən və aktdan müəyyən edilir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətində olan, 15.04.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,62 hektar torpaq sahəsinin sənəd üzrə koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin koordinatları üst-üstə düşmür. Torpaq sahələri arasında konfiqurasiya fərqi vardır. 69C nömrəsi ilə göstərilən 0,62 hektar torpaq sahəsinə gediş-gəliş yolu həmin torpaq sahəsinin sənəd üzrə şimal-şərq sərhədi boyunca yerləşir. Oğuz rayonu Padar - Böyük Söyüdlü yolunun mübahisə predmeti olan ərazidən keçən hissəsinin uzunluğu 480 metrdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi həmin yolla həmsərhəddir. Qeyd olunan yola çıxış hissədə torpaq sahəsinin eni (yolun torpaq sahəsindən keçən hissəsinin uzunluğu) 25,80 metr, yolun sənəd üzrə eni isə 13,60 metrdir. İddiaçının mülkiyyətində olan torpaq sahəsi (JN - 69C) cavabdehin istifadə etdiyi torpaq sahələrinin sərhədlərinin hüdudları daxilində yerləşir. Cavabdehin istifadə etdiyi torpaq sahələri dəmir tor ilə bərkidildiyindən iddiaçının yola çıxışına maneə yaranmışdır. İddiaçının iddia etdiyi torpaq sahəsinin və yolun koordinatları tərtib edilən sxemdə göstərilmişdir (İş üzrə müayinə və tədqiqat xərci cəmi 95 manat təşkil edir). Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin mütəxəssisi tərəfindən verilmiş məlumat məktubundan, həmin məktuba əlavə edilmiş kompleks yerquruluğu layihəsindən çıxarışdan müəyyən edilir ki, İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş, Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,62 hektar torpaq sahəsinə mütəxəssis tərəfindən baxış keçirilmişdir. Həmin mülkiyyət sənədi DWJ məlumatlarında öz əksini tapmışdır. Dövlət Aktında göstərilmiş koordinatlar faktiki ərazidən sürüşmə ilə 12 metr şimala, 18 metr qərbə düşür. Baza məlumatlarında göstərilmiş ölçülərlə faktiki ərazidə torpaq sahəsinin sərhədləri müəyyən olunmuşdur. İstinad nöqtəsi torpaq sahəsinin cənub-qərb hissəində 1 nöqtəsi olmaqla 1- dən 2-yə 25,8 metr, 2-dən 3-ə 238,6 metr, 3-dən 4-ə 25,6 metr, 4-dən 1-ə 241,5 metr ölçüdə sərhədlər dəqiqləşdirilmişdir. Mülki işin birinci instansiya məhkəməsində araşdırılması ilə əlaqədar mübahisə predmetinə aid olan əraziyə tərəflərin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin mütəxəssisinin iştirakı ilə yerində müayinə keçirilmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, İddiaçı və digər şəxslərin mülkiyyətində olan, 15.04.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,62 hektar torpaq sahəsində cavabdeh tərəfindən bağ sahəsi salınmış, qeyd olunan ərazi həmin təyinat üzrə suvarma sistemi, beton dirəklər və digər lazımi avadanlıqlarla təchiz edilmişdir. Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,62 hektar torpaq sahəsi üç tərəfdən - şimal, qərb və cənub istiqamətindən cavabdeh tərəfindən salınmış bağ sahələri ilə əhatə olunmuşdur. Hazırda 0,62 hektar torpaq sahəsi də cavabdehin istifadəsindədir və cavabdehin istifadə etdiyi torpaq sahələrini əhatə edən ərazi bütövlükdə dəmir tor ilə əhatəyə alınmışdır. Mülki işin birinci instansiya məhkəməsində araşdırılması ilə əlaqədar hazırki iddianın predmetinə aid olan 0,62 hektar torpaq sahəsində həyata keçirilmiş yaxşılaşdırma və artırma işlərinə çəkilən xərclər, həmin yaxşılaşdırma və ya artırmaların ayrılmasının mümkün olub-olmaması, ayrılma mümkün olduğu halda çəkiləcək xərclər, əmlakın məhv olma riski, maddi zərər (əldən çıxmış fayda) miqdarı və sair məsələlərlə bağlı mütəxəsssis rəyi verilməsi üçün X31 İnkişaf Mərkəzinə müvafiq sorğu göndərilmişdir. Həmin orqandan verilmiş 25.08.2021-ci il tarixli sorğuya cavab məktubu və məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Oğuz rayonu Xaçmaz Qışlaq kənd sakini İddiaçı və başqalarının mülkiyyətində olan JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 69C nömrəsi ilə qeyd edilən 6158 kv.metrdən ibarət hissəsində “storinad” alma sortu əkilmişdir. Ərazidə intensiv bağ mövcud olduğuna görə ağaclar 4 x 1,25 sxemi ilə əkilmişdir. Sözügedən sahənin eni 25 metr, uzunluğu 241 metrdir və həmin sahəyə 25 metr uzunluğunda 60 cərgə bağ düşür. Qeyd olunan sahənin sərhədləri daxilində 120 beton dirək və 1440 ağac yerləşir. Həmin ərazidə mövcud olan ağaclar iki illikdir (2019-cu ilin mart ayında əkilmişdir). Həmin ərazidəki ağacların digər sahəyə köçürülməsi mümkündür. Hər ağacın başqa sahəyə əkilməsi xərci, təxminən, 2-3 manat arasında dəyişə bilər. Lakin həmin ağacların sahədən köçürülməsi yalnız 1440 ağacın ərazidən çıxarılıb başqa sahədə əkilməsi ilə məhdudlaşmır. Belə ki, ağaclar köçürüldükdən sonra 69C nömrəli sahə ilə sərhəd boyu 11 metr enində yollar salınmalıdır. Bu da 22 metr enində, 241 m uzunluğunda əlavə bağın sökülməsinə səbəb olacaq və əlavə 120 beton dirəyin, 1050 ədəd ağacın köçürülməsi, əlavə beton dayaq ankerlərin basdırılmasına ehtiyac yaradacaqdır. Ağacların bir sahədən digər sahəyə köçürülməsi zamanı ağacların məhv olma riski çox yüksəkdir. Bu risk, təxminən, 30-50 % arasında dəyişə bilər. Çünki ağaclar alınarkən onların kökləri xüsusi orqanik məhlula salınıb saxlanılır, torpağa əkildikdə həmin effektiv mikroorqanizmlər canlanır və ağacların kök sisteminin formalaşmasına təkan verir. Buna görə də ağacların köçürülməsi zamanı ağacların məhv olma faizi yüksək olacaqdır. Çünki ağacların kökləri və budaqları budanır. Həmin ərazidə əkilmiş alma ağacları üçüncü ildən tam məhsula düşür və məhsuldarlıq həmin növ intensiv bağlarda hər hektara 70-150 ton arasında dəyişir. Əgər ağacın yeri dəyişdirilərsə, ağacın əkildiyi ildən yaşı hesablanır və tam məhsula düşməsi üçün üç il vaxt keçməlidir. İntensiv bağlarda bir hektarda 5000 ağac, məhsuldarlığın isə hər hektara 70- 150 ton arasında olmaqla, hər ağacdan əldə ediləcək məhsul minimum 15 kq olması nəzərə alınarsa, dəymiş zərər 6158 kv.metr sahədən 1440 x 15 = 21.600 kq təşkil edər. 69C nömrəli sahədən kənarda məcburiyyət qarşısında əlavə sökülən 1050 ağaca görə isə bir ildə dəymiş zərər 1050 x 15 = 15.750 kq məhsul olacaqdır. Həmin ağacların məhsula düşməsinin üç il gecikməsi isə üç ildə dəymiş zərər (15.750 + 21.600) x 3 = 37.350 x 3 = 112.050 kq məhsul olar. 6158 kv.metr sahənin daxilində 120 beton dirək basdırılmışdır. Həmin dirəklər bu sahədən çıxarılarkən beton dirəklərin yerdə olan hissəsi qırılır və bu dirəklərin bağda istifadəsi mümkün olmayacaq. Beton dirəklərin basdırılmasına görə fəhlələrə hər dirək üçün 2 manat haqq ödənilir. Ərazidə hər cərgədə dörd sıra paslanmayan polad məftil çəkilmişdir ki, bu da, təxminən, 6000 metr polad məftil deməkdir. Həmin məftil söküldükdən sonra bağda istifadəyə yararlı deyildir. Məcburiyyət qarşısında yolların salınması üçün söküləcək 22 metr bağ sahəsindən isə 22 x 4 x 60 = 5280 metr məftil yararsız vəziyyətə düşəcəkdir. 6158 kv.metr ərazidə 1500 metr suvarma borusundan istifadə olunmuşdur və həmin suvarma sisteminin çəkilməsi xərcləri haqqında dəqiq məlumat yoxdur. Bu sahə üzrə mütəxəssis rəyinə ehtiyac vardır. 69C nömrəli sahədəki suvarma sistemi söküldükdə, ondan yuxarıda qalan 40 metrlik bağ sahəsinin 11 metri yola ayrıldıqdan sonra orada 29 metr suvarma boruları qalır. Bu borulardan gələcəkdə həmin ərazinin suvarılmasında istifadə etmək mümkün olmayacaq və təzyiq nəticəsində yararsız vəziyyətə düşəcəkdir. Çünki, bağa su verilən ana xətt bütov bağ boyu borular üçün nəzərdə tutulmuşdur. Bu da həmin ana xəttin yenidən çəkilməsinə ehtiyac yaradacaqdır. X31 İnkişaf Mərkəzinin hazırki mütəxəssis rəyini vermiş əməkdaşı X11 birinci instansiya məhkəməsinin iclasında həmin rəyin məzmununa uyğun şərh verərək rəydə qeyd edilən faktları təsdiq etdiyini bildirmişdir. Mülki işin birinci instansiya məhkəməsində araşdırılması ilə əlaqədar mübahisə predmetinə aid olan 0,62 hektar torpaq sahəsinin boş torpaq sahəsi kimi və hazırki vəziyyətdə likvid və orta bazar dəyəri ilə bağlı mütəxəsssis rəyi verilməsi üçün “X3” MMCnə müvafiq sorğu göndərilmişdir. Həmin orqandan verilmiş 21.10.2021-ci il tarixli sorğuya cavab məktubu və məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, aparılmış araşdırma və hesablamalar əsasında müəyyən edilmişdir ki, JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında göstərilən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 69C nömrəsi ilə qeyd edilən 6158 kv.metrdən ibarət torpaq sahəsinin üzərində yaxşılaşdırma işləri aparılmadan həmin torpaq sahəsinin dəyəri 1847 manat təşkil edir. Torpaq sahəsinin üzərində aparılmış yaxşılaşdırma işləri 2500 manat təşkil edir. Torpaq sahəsində salınmış meyvə bağı ilə birgə hazırda bağ sahəsinin real bazar dəyəri 55.163 manat təşkil edir. “X3” MMC-nin direktoru X16 məhkəmə iclasında mütəxəssis rəyinin məzmununa uyğun şərh verərək rəydə qeyd edilən faktları təsdiq etməklə yanaşı göstərdi ki, məhkəmənin sorğusu əsasında mübahisə predmetinə aid olan əraziyə baxış keçirilərkən qeyd olunan ərazidə intensiv bağ sahəsi salındığı müəyyən edilmişdir. Eyni zamanda, torpaq sahəsi müayinə edilərkən həmin ərazidə bağ salınmazdan əvvəl şumlama işlərinin aparıldığı, zərərvericilərə qarşı dərmanlama və digər profilaktik tədbirlərin həyata keçirildiyi, bağ salındıqdan sonra da intensiv bağlar üçün qaydalara uyğun olaraq orqanik fosfor gübrəsi ilə mütəmadi şəkildə gübrələndiyi aşkar olunmuşdur. Bağ sahəsi salınarkən intensiv bağlar üçün il ərzində 5 hektar əraziyə birinci mərhələdə 600-800 kq, ağac əkiləndən sonra isə 300 kq orqanik fosfor gübrəsi istifadə olunur. Bu cür münbitləşdirilmə işləri ilk üç il ərzində müntəzəm olaraq həyata keçirilməklə, üç il sonra torpaq sahəsinə çəkilən xərclər azalır və tədrici olaraq gübrələmə işinə ehtiyac qalmır. Bağ sahələrində intensiv qaydada yerinə yetirilən münbitləşdirilmə işləri 5-8 il, bəzən daha artıq müddət ərzində öz funksiyasını saxlayır. Belə yaxşılaşdırma və münbitləşdirmə, həmin torpaq sahəsindəki meyvə ağacları çıxarılıb aparılacağı təqdirdə də, torpaq sahəsinin yenidən istifadəsi zamanı istənilən məhsulların yetişdirilməsi vəziyyətində də yararlı və faydalıdır. İntensiv bağlarda torpaq sahəsinin münbitləşdirilməsi üçün hər hektara bir ildə orta hesabla 1500-1600 manat vəsait sərf edilir və bu qayda ilə 0,62 hektar torpaq sahəsinə üç il ərzində sərf edilən vəsaitin miqdarı ən azı 2500 manat təşkil edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş: X8 ifadə verərək göstərmişdir ki, Cavabdeh5 Oğuz rayonu Xaçmaz Qışlaq kəndi və digər yaxın ərazilərdə satın aldığı torpaq sahələrinin sənədləşmə işlərini o təşkil etmişdir. X29 kəndinin sakinlərindən, təxminən, 170-180 ailənin, o cümlədən, hazırki iş üzrə iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahələrini şifahi razılaşma ilə satın almışlar. Həmin torpaq sahələrinin alqı-satqı müqavilələrinin bağlanması üçün tələb olunan sənədlərdə xeyli çatışmazlıqlar, məsələn, vəfat etmiş mülkiyyətçilərin vərəsəlik məsələlərinin həlli, mülkiyyətçilərdən bəzilərinin Oğuz rayonundan, hətta respublikadan kəndarda yaşamaları və sair problemlər olduğuna görə alqı-satqı müqavilələrinin dərhal rəsmiləşdirilməsi mümkün olmamış, rəsmiləşdirmə işləri tədricən həyata keçirilmişdir. İddiaçı və onun digər ailə üzvlərinin adına tərtib edilmiş Dövlət Aktının da əsli 2018-ci ilin sonlarında ona verilmiş və bir müddət onda olmuşdur. X26 adları qeyd edilən şəxslərdən iki nəfər vəfat etmiş olduğundan o, vəfat etmiş mülkiyyətçilərin vərəsəlik məsələsinin həlli üçün Dövlət Aktını geri qaytarmışdır. Təxminən, 20 gün sonra həmin torpaq sahəsinin mülkiyyətçilərindən olan İddiaçı və Cavabdeh1 Dövlət Aktında adı qeyd edilən mərhum nənələrindən qalan mirasın qəbulu məsələsi ilə bağlı öz əmiləri və bibiləri ilə razılığa gələ bilmədiklərini demişlər. Bundan sonra onlar həmin torpaq sahəsində bağ salmaq fikrindən vaz keçmiş, lakin İddiaçı və Cavabdeh1 digər ərazilərdə meyvə ağaclarının əkildiyini, bağ salındığını görüb Dövlət Aktının əslini ona göndərərək öz torpaq sahələrini satmaq istədiklərini, ancaq vərəsəlik məsələsini həll edə bilmədiklərini deyib rəsmiləşdirmə olmadan torpaq sahəsinin dəyəri ödənilməklə satın alınmasını təklif etmişlər. Dövlət Aktının əslini birinci dəfə ona, dəqiq xatırlamasa da, İddiaçı və ya Cavabdeh1 şəxsən vermiş, ikinci dəfə isə Xaçmaz Qışlaq kəndinin sakinlərini təmsil edən şəxs kimi Əbülfət Salehov adlı şəxs gətirmişdir. Lakin Cavabdeh5 torpaq sahələrinin satın alınması qaydasını, daha çox xərc tələb olunsa belə, yalnız mülkiyyət hüququ əldə etməklə həyata keçirilməsini tapşırdığından o, belə bir təkliflə razılaşmamışdır. X24 torpaq sahəsinin mülkiyyətçilərinin həmin torpaq sahəsini satmaq fikrinin qəti olduğunu və vərəsəlik məsələsinin həll edilməsinə də çalışıb nail olacaqlarını təkidlə demiş, hətta o, bununla bağlı tələb olunacaq sənədlərin siyahısını da yazıb vermiş, bundan sonra Dövlət aktının əslini qəbul etmişdir. Bundan sonra həmin torpaq sahəsində ağac əkilərək bağ sahəsi salınmışdır. Təxminən, iki il keçəndən sonra 2020-ci ilin sonlarında Cavabdeh1 onun mobil telefonla mesaj göndərərək Cavabdeh5 qarşı iddia tələbi ilə məhkəməyə müraciət etdiklərini bildirmiş və özlərinə məxsus Dövlət Aktının əslini ondan tələb edib almışdır. Qeyd olunan Dövlət Aktının əsli ayrı-ayrı vaxtlarda iki dəfə onda olmuş, birinci dəfə Dövlət Aktı, təxminən, 10-15 gün ərzində onda qaldıqdan sonra qaytarmışdır. Həmin vaxt Dövlət Aktını alqı-satqıdan imtina etmək məqsədi ilə deyil, vərəsəlik məsələsinin həlli üçün qaytarılmışdır. İkinci dəfə isə Dövlət Aktının əslini 2020-ci ilin sonlarında şəxsən Cavabdeh1, onun tələbi ilə qaytardığını dəqiq xatırlayır. X17 ifadə verərək göstərmişdir ki, o, Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yaşayır , İddiaçı və digər ailə üzvləri onun qonşularıdırlar. Cavabdeh5 Xaçmaz Qışlaq kəndində torpaq sahələrini satın alarkən o, 2019-cu ilin əvvəllərində qeyd olunan ərazidə təsərrüfatın işçiləri üçün ev inşa edilməsində iştirak etmişdir. Eyni zamanda, həmin şirkətdə inşaat işlərində işlədiyi vaxtlarda kənd sakinlərindən mülkiyyət sənədlərinin toplanıb təqdim edilməsində müəyyən vasitəçilik işlərini də yerinə yetirmişdir. Təxminən, 2-3 il əvvəl, dəqiq tarixi xatırlamasa da, 2019-cu ilin ilk aylarında, hələ şirkətdə işlədiyi vaxtlarda İddiaçı və Cavabdeh1 ona demişlər ki, Cavabdeh5 və onun işçiləri tərəfindən onlara məxsus torpaq sahəsində digər qonşu torpaq sahələri kimi bağ salınır, ancaq torpaq sahəsinin satın alınması ilə bağlı onlar arasında razılaşma olmamışdır. O, torpaq sahəsinin mülkiyyət sənədini verməsini təklif etmiş və demişdir ki, sənəd əsasında torpaq sahəsinin yeri müəyyən edilə bilər. Elgün X12 vermiş, həmin vaxt onlara məxsus torpaq sahəsində müəyyən işlər görülməyə başlansa da, hələ ağac əkilməmişdi. O həmin sənədi Cavabdeh5 təmsil edən şəxs kimi tanıdığı Ramiz Əliyarova təqdim edəndə İddiaçı və Cavabdeh1 özlərinə məxsus torpaq sahəsinin dəqiq yerini tanımaq istədiklərini bildirmişdir. Ancaq həmin vaxt Dövlət Aktının əslini, yaxud surətini verdiyini dəqiq xatırlamır. Eyni zamanda, Ramiz Əliyarovla aralarında torpaq sahəsinin satın alınması, alqı-satqı dəyəri, vəfat etmiş mülkiyyətçilərin vərəsəliyi ilə bağlı məsələnin həlli üçün zəruri olan sənədlərlə bağlı söhbət edib-etmədiyi yadında deyildir. X1 ifadə verərək göstərmişdir ki, Cavabdeh5 onun qohumudur. Cavabdeh5 Oğuz rayonu Xaçmaz Qışlaq kəndi və digər yaxın ərazilərdə satın aldığı torpaq sahələrində bağ salınmasında və digər təsərrüfat işlərində yaxından iştirak etmişdir. Həmin torpaq sahələrində 2019-cu ilin mart ayında ağac əkilmişdir. Təsərrüfat işlərinə yeni başladıqları vaxtlarda İddiaçı və Cavabdeh1 həmin əraziyə gəlib ona demişlər ki, özlərinə məxsus torpaq sahəsi ilə bağlı Nəcəf Hüseynovla aralarında razılaşma yoxdur. O həmin şəxslərdən özlərinə məxsus torpaq sahəsini satıbsatmadıqlarını soruşduqda, onlar 10.000 manata satmaq istədiklərini demişlər. O, belə bir qiymətə torpaq satın almadıqlarını demiş, bundan sonra İddiaçı və Cavabdeh1 çıxıb getmişlər. Buna baxmayaraq bir müddət sonra onlar özlərinə məxsus torpaq sahəsinin mülkiyyət sənədinin əslini Ramiz Əliyarova göndərərək torpaq sahəsini satmaq istədiklərini bildirmişlər. Torpaq sahələri satın alınarkən bütün mülkiyyətçilərlə, o cümlədən, İddiaçı və Cavabdeh1 ilə də əvvəlcə şifahi razılaşma olmuş, sonra bağ sahəsi salınmağa başlanmışdır. 2020-ci ilin sonlarınadək heç bir mülkiyyətçi tərəfindən narazılıq və ya müqavilə bağlamaqdan imtina edilməsi halları olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən tutulmuş və mülkiyyətlərində olan torpaq sahəsinə gedən yolun məcburi qaydada açılmasına və maneələrə son qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş məhkəmənin icraatında olduğu müddət ərzində İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin məzmununun dəqiqləşdirilməsi və tələbin həcminin artırılması barədə ərizə təqdim edərək Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yerləşən, onun və digər ailə üzvlərinin mülkiyyətində olan, 15.04.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,6158 hektar torpaq sahəsinə gedən, Cavabdeh5 tərəfindən tutulmuş yolun məcburi qaydada açılması və həmin torpaq sahəsindən istifadə edilməsinə maneələrə son qoyulması, 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağaclarının Cavabdeh5 vəsaiti hesabına çıxarılması barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh5 da cavabdehlər İddiaçı, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mübahisə predmetinə aid olan torpaq sahəsində çəkilmiş xərcin əvəzi olaraq cəmi 80.309 (səksən min üç yüz doqquz) manat dəyərində pul məbləği və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş məhkəmənin icraatında olduğu müddət ərzində Cavabdeh5 da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə iddia tələbinin həcminin azaldılması və artırılması barədə ərizələr təqdim edərək mübahisə predmetinə aid olan torpaq sahəsində çəkilmiş xərcin əvəzi olaraq cəmi 80.631 (səksən min altı yüz otuz bir) manat dəyərində pul məbləği və 30 (otuz) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutuaraq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 29.07.2021-ci il tarixli qərardadı ilə hər iki mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. İddiaçı tələbi onunla əsaslandırılmışdır ki, Oğuz rayon Aqrar İslahat Komissiyasının 16.12.1997-ci il tarixli 53 nömrəli qərarı ilə Oğuz rayonu Xaçmaz Qışlaq kəndində 4 ayrıayrı ərazidə yerləşən cəmi 4,66 hektar torpaq sahəsi onun və ailə üzvlərinin paylı mülkiyyətinə verilmişdir. Onların ailəsi 7 nəfərdən ibarət olmuşdur. Qeyd edilən torpaq sahəsinə dair onların adına 15.04.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı tərtib edilərək onlara təqdim edilmişdir. 15.04.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,6158 hektar torpaq sahəsi digər qonşu mülkiyyətçilərə verilmiş torpaq sahələrinin əhatəsindədir və həmin mülkiyyətçilər öz torpaq sahələrini hazırki iş üzrə Cavabdeh5 satmışlar. Cavabdeh alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahələrinin ətarfını dəmir tor ilə əhatəyə almış və bu səbəbdən onların öz mülkiyyətlərində olan, Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,6158 hektar torpaq sahəsindən istifadə etmək imkanları məhdudlaşdırılmışdır. Belə ki, cavabdeh satın aldığı torpaq sahələrinin ətarfını dəmir tor ilə hasarlayarkən onların mülkiyyətində olan 0,6158 hektar torpaq sahəsinə gedən, əvvəllər mövcud olmuş yol hasardan içəridə qalmış və bu səbəbdən onların həmin torpaq sahəsi ilə əlaqələri kəsilmişdir. Əvvəllər mövcud olmuş yol yerinin açılması ilə əlaqədar cavabdehlə danışıqlar aparsalar da, nəticəsi olmamışdır. 15.04.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adları qeyd edilən digər mülkiyyətçilərdən X7 26.06.2013- cü il tarixdə, X6 isə 25.07.2018-ci il tarixdə vəfat etmişlər. Paylı mülkiyyətində olan torpaq sahəsindən hazırda yalnız o özü istifadə etdiyindən 15.04.1998- ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında adları qeyd edilən digər mülkiyyətçilər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 və X10 iddiaçı kimi işə cəlb olunmamışlar. Cavabdeh yolu bağlamaqla yanaşı, onların mülkiyyətlərində olan torpaq sahəsinə çoxillik meyvə ağacları əkmiş, bununla da, onları mülkiyyətlərinə verilmiş torpaq sahəsindən bütövlükdə məhrum etmişdir. Hesab edir ki, həmin ağaclar da cavabdehin öz vəsaiti hesabına çıxarılmalıdır. O, son vaxtlaradək həmin ərazidən taxıl məhsulları istehsalı üçün istifadə etmişdir və bundan sonra da taxıl əkib-becərmək istəyir. Ona görə də o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh5 tələbini onunla əsaslandırılmışdır ki, 2018-ci ilin ortalarında Oğuz rayonu Xaçmaz Qışlaq kəndində, təxminən, 170 hektar torpaq sahəsində meyvə bağı əkmək üçün Xaçmaz Qışıaq kəndinin sakinləri ilə torpaq sahəsinin bir hektarı 2500-3000 manat olmaqla, şifahi qaydada razılaşaraq həmin torpaq sahələrində meyvə tingləri əkilmiş və ərazi dəmir torla əhatəyə alınmışdır. Sonradan cavabdeh və ailə üzvləri istisna olmaqla, digər bütün sakinlərlə hissə-hissə alqı-satqı müqavilələri bağlanmış, torpaq sahələri onun xüsusi mülkiyyətinə keçmişdir. Cavabdeh İddiaçı ilə də 2018-ci ilin sonlarında ailə üzvlərinin birgə mülkiyyətində olan, Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yerləşən 0,62 hektar torpaq sahəsinin alqı-satqısına dair şifahi razılıq əldə edilsə də, cavabdehlərin ailə üzvlərindən X6 və X7 vəfat etdiklərindən həmin şəxslərin vərəsəlik işinin açılmalı olması ilə əlaqədar olaraq razılaşma müddətində cavabdehlərlə alqı-satqını rəsmiləşdirmək mümkün olmamışdır. Ancaq cavabdeh İddiaçı və digər ailə üzvlərinin, təxminən, 3 ilə yaxın müddət ərzində həmin torpaq sahəsinə dair hər hansı bir iddiaları olmamış və vərəsəlik işi açıldıqdan sonra alqı-satqının rəsmiləşdiriləcəyi bildirilmişdir. Buna baxmayaraq 26.11.2020-ci ildə İddiaçı Oğuz Rayon Məhkəməsinə müraciət edərək mülkiyyətlərində olan torpaq sahəsinə gedən yolun aşılması və maneələrin aradan qaldırılması tələbinə dair iddia qaldırmış və daha sonra iddia tələbini artıraraq onun tərəfindən əkilmiş çoxillik meyvə ağaclarının çıxarılmasını tələb etmişdir. 2018-ci ildə cavabdeh İddiaçı ilə şifahi razılıqdan sonra ona və ailə üzvlərinə məxsus torpaq sahəsində çoxillik meyvə ağaclarının əkininə başlamaqla həmin işlərə xeyli xərc çəkilmişdir. Cavabdehlərin ailə üzvlərinə məxsus 0,62 hektar torpaq sahəsində 1440 ədəd çoxillik meyvə ağacı əkilmiş hər meyvə tinginin qiyməti 6,70 ABŞ dolları olmaqla 9584 ABŞ dolları - manat ekvivaleni ilə 16.401 manat; 1440 ədəd çoxillik meyvə ağacının əkilməsi üçün hər ağaca 2 manat olmaqla 2880 manat; 190 ədəd beton dirək alınmış, daşınması və basdırılması daxil olmaqla hər bir beton dirək 25 manata başa gələrək 4750 manat; 3 ton yanmış məftil alınmış, məftilin bir kiloqramı 2,70 manat olmaqla 8100 manat; İsrail dövlətinin istehsalı olan suvarma siteminə 1 metr 6 manat olmaqla 1900 metr üçün 11.400 manat və 1 metr suvarma sisteminin quraşdırılmasına 0,50 manat olmaqla 950 manat; ağacların əkilməsi zamanı və son 27 ay ərzində gübrə və dərmana 24.000 manat; işçi pulu günə muzd 15 manat olmaqla bir işçi üçün 27 ay x 30 gün = 810 gün olmaqla cəmi 12.150 manat pul xərclənməklə ümumilikdə 80.631 (səksən min altı yüz otuz bir) xərc çəkilmişdir. Bundan əlavə, cavabdehin digər mülki iş üzrə iddiası məhkəmə tərəfindən təmin ediləcəyi tədqirdə cavabdehlərə məxsus torpaq sahəsinin ətrafının əhatəyə alınmasına (241 + 239 = 480 metr) bir metr üçün dəmir tor, beton dirək, armatur və beton palçıq üçün 40 manat olmaqla cəmi 19.200 manat əlavə xərc çəkilməsi tələb olunur. Eyni zamanda, əkilmiş çoxillik meyvə ağaclarının gövdələrinin şaxələnməsi ilə əlaqədar olaraq ağacların başqa yerə köçürülməsi mümkün deyildir. Çünki ağaclar artıq 3 ildir əkilmişdir və onların gövdələri şaxələndiyindən yerdəyişmə olarsa, onların bitmə ehtimalı 15-20% olacaqdır. Belə olan halda, ona dəymiş maddi ziyanın miqdarı daha artıq olacaqdır. Oğuz Rayon Məhkəməsinin (hakim K.Süleymanov) 22 oktyabr 2021-ci il tarixli, 2(054)-37/2021 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməsi, Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yerləşən, İddiaçı və digərlərinin mülkiyyətində olan, 15.04.1998ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,6158 hektar torpaq sahəsinə gedən, Cavabdeh5 tərəfindən tutulmuş yolun məcburi qaydada açılması, həmin torpaq sahəsindən istifadə edilməsinə maneələrə son qoyulması; 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağaclarının Cavabdeh5 vəsaiti hesabına çıxarılması; İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 10 manat dövlət rüsumu məbləğinin Cavabdeh5 tutularaq İddiaçı ödənilməsi; Cavabdeh5 iddia tələbinin qismən təmin edilməsi 0,6158 hektar torpaq sahəsində ayrılması mümkün olmayan yaxşılaşdırmalara çəkilmiş xərclərin əvəzi olaraq İddiaçı və Cavabdeh1 2500 manat maddi zərər məbləği və ödənilmiş dövlət rüsumu məbləğinin 1 manatdan ibarət hissəsi olmaqla, cəmi 2501 manat müştərək qaydada tutularaq Cavabdeh5 ödənilməsi; Cavabdeh5 tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilən 30 manat dövlət rüsumu məbləğinin 29 manatdan ibarət hissəsinin Cavabdeh5 aid edilməsi, iş üzrə 95 manat müayinə və tədqiqat xərcinin Cavabdeh5 tutularaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin hesabına ödənilməsi; Qətnamənin hər iki iddia tələbinə aid hissələrdə eyni vaxtda icra edilməsi, Cavabdeh5 iddia tələbinin maddi zərər məbləğinin digər hissəsində, həmçinin, digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və X4 dair hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh5 iddiaçı və digər şəxslərin ümumi paylı mülkiyyətində olan 0,6158 hektar torpaq sahəsindən qanunsuz olaraq istifadə etdiyinə görə İddiaçı iddia tələbinin 0,6158 hektar torpaq sahəsinə gedən, cavabdeh tərəfindən tutulmuş yolun məcburi qaydada açılması və həmin torpaq sahəsindən istifadə edilməsinə maneələrə son qoyulmasına dair hissəsi təmin edilməlidir. Məhkəmə İddiaçı iddia tələbinin 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağaclarının cavabdehin vəsaiti hesabına çıxarılmasına dair hissəsi ilə bağlı qeyd edir ki, 0,6158 hektar torpaq sahəsinə dair tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı, icarə və ya digər hər hansı müqavilə və Cavabdeh5 həmin torpaq sahəsindən istifadə etməsi üçün digər hər hansı hüquqi əsas mövcud olmamasına baxmayaraq, habelə, cavabdeh torpaq sahəsində intensiv bağ salmaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxs kimi iddiaçı və digər şəxslərin ümumi paylı mülkiyyətində olan 0,6158 hektar torpaq sahəsinin onun xüsusi mülkiyyətinə keçməsi üçün torpaq sahəsinin özgəninkiləşdirilməsinin və digər mülkiyyət hüquqlarının həyata keçirilməsinin qanunvericilikdə nəzərdə tutulan qaydalarını bildiyi və ya bilməli olduğu halda, bu qaydalara riayət etmədən, yalnız şifahi danışıq və razılaşmaların məzmununa əsaslanaraq özgəsinin - hazırki iş üzrə iddiaçı və digər şəxslərin ümumi paylı mülkiyyətində olan 0,6158 hektar torpaq sahəsində bağ sahəsi salaraq çoxillik meyvə ağacları əkmiş, zəruri avadanlıqlar quraşdırmış və digər təsərrüfat işlərini yerinə yetirmişdir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı və digər şəxslərin ümumi paylı mülkiyyətində olan 0,6158 hektar torpaq sahəsində ağac əkilməsi üçün Cavabdeh5 hər hansı hüquqi əsasının mövcud olması müəyyən edilmədiyindən 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağacları da həmin ərazidən çıxarılmalı və bu məhz cavabdehin vəsaiti hesabına yerinə yetirilməlidir. Məhkəmə araşdırması zamanı mütəxəssis rəyi və işin faktiki halları ilə müəyyən edildi ki, mübahisə predmetinə aid olan 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağacları, suvarma sistemi, beton dirəklər, polad məftil, dəmir tor və sair avadanlıqlar həmin əmlaka, yəni ayrıldığı torpaq sahəsinə zərər yetirmədən ayrıla bilən yaxşılaşdırmalara və artırmalara aiddir. Həmin yaxşılaşdırmaların ayrılması nəticəsində bu yaxşılaşdırmaları və artırmaları həyata keçirən şəxsə, yəni hazırki iş üzrə Cavabdeh5 müəyyən qədər maddi zərər dəyəcəyi, həmin əmlakların digər yerdə təkrar istfadəsinin riskli olma ehtimalı olsa da, hər bir halda, bu yaxşılaşdırmaları və artırmaları əmlakdan ayırmaq mümkün hesab edilir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Cavabdeh5 iddia tələbinin 0,6158 hektar torpaq sahəsində çəkilmiş xərclərlə bağlı maddi zərər tələbinin həmin torpaq sahəsindən ayrılması mümkün olan bütün əmlaklar - torpaq sahəsində əkilmiş çoxillik meyvə ağacları, suvarma sistemi, beton dirəklər, polad məftil, dəmir tor və sair avadanlıqlar, habelə, ayrılması mümkün olan digər bütün yaxşılaşdırma və artırmalara çəkilmiş xərclərlə bağlı maddi zərərin tutulmasına dair hissəsi əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə Cavabdeh5 iddia tələbinin digər hissəsi, yəni torpaq sahəsindən ayrılması mümkün olmayan yaxşılaşdırmalara dair hissəsi ilə bağlı qeyd edir ki, cavabdeh 2019-cu ilin əvvəllərində mübahisə predmetinə aid olan 0,6158 hektar torpaq sahəsindən istifadə etməyə başlayarkən həmin torpaq sahəsindən uzun müddət ərzində istifadə edib gəlir götürməyi düşünmüş, bu məqsədlə həmin ərazidə çoxillik meyvə ağacları əkmiş, torpaq sahəsindən bu təyinat üzrə istifadə etmək üçün torpaq sahəsinin münbitləşdirilməsinə və yaxşılaşdırılmasına da müəyyən qədər vəsait sərf etmişdir. Cavabdeh5 torpaq sahəsinin bundan sonra özünün istifadəsində olacağına və həmin torpaq sahəsinin öz adına rəsmiləşdiriləcəyinə vicdanlı şəkildə güvənmiş, həmin torpaq sahəsində uzunmüddətli istifadə üçün nəzərdə tutulan və hazırda ayrılması mümkün olmayan yaxşılaşdırma tədbirlərini yerinə yetirmişdir. Mübahisə predmetinə aid olan 0,6158 hektar torpaq sahəsi İddiaçı və digər şəxslərin ümumi paylı mülkiyyətində olmaqla, qeyd olunan torpaq sahəsini satmaq və ya icarəyə vermək torpaq sahəsinin mülkiyyətçiləri kimi onlarınözünün müstəsna hüquqları olsa da, İddiaçı və Cavabdeh1 əvvəlki rəftara zidd hərəkət etməklə, Cavabdeh5 mənafeyinə zərər vurulmasına bilavasitə səbəb olmuşlar. Hazırki mülki işin məhkəmə araşdırması zamanı mütəxəssis tərəfindən torpaq sahəsi müayinə edilərkən mübahisə predmetinə aid olan 0,6158 hektar torpaq sahəsində bağ salınmazdan əvvəl şumlama işlərinin aparıldığı, zərərvericilərə qarşı dərmanlama və digər profilaktik tədbirlərin həyata keçirildiyi, bağ salındıqdan sonra da intensiv bağlar üçün qaydalara uyğun olaraq orqanik fosfor gübrəsi ilə mütəmadi şəkildə gübrələndiyi aşkar olunmuşdur. Mütəxəssisin rəyinə görə bağ sahəsi salınarkən intensiv bağlar üçün il ərzində 5 hektar əraziyə birinci mərhələdə 600-800 kq, ağac əkiləndən sonra isə 300 kq orqanik fosfor gübrəsi istifadə olunur. Bu cür münbitləşdirilmə işləri ilk üç il ərzində müntəzəm olaraq həyata keçirilməklə, üç il sonra torpaq sahəsinə çəkilən xərclər azalır və tədrici olaraq gübrələmə işinə ehtiyac qalmır. Bağ sahələrində intensiv qaydada yerinə yetirilən münbitləşdirilmə işləri 5-8 il, bəzən daha artıq müddət ərzində öz funksiyasını saxlayır. Belə yaxşılaşdırma və münbitləşdirmə, həmin torpaq sahəsindəki meyvə ağacları çıxarılıb aparılacağı təqdirdə də, torpaq sahəsinin yenidən istifadəsi zamanı istənilən məhsulların yetişdirilməsi vəziyyətində də yararlı və faydalıdır. İntensiv bağlarda torpaq sahəsinin münbitləşdirilməsi üçün hər hektara bir ildə orta hesabla 1500-1600 manat vəsait sərf edilir və bu qayda ilə 0,62 hektar torpaq sahəsinə üç il ərzində sərf edilən vəsaitin miqdarı ən azı 2500 manat təşkil edir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, 0,6158 hektar torpaq sahəsindən ayrılması mümkün olmayan yaxşılaşdırmalarla bağlı Cavabdeh5 dəymiş 2500 manat maddi zərər məbləği, həmin zərərin vurulmasında təqsirkar olan şəxslər tərəfindən ödənilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh5 mənafeyinə maddi zərər vurulması məhz İddiaçı və Cavabdeh1 əvvəlki rəftara uyğun olmayan və hüquqzidd hərəkətləri nəticəsində baş vermişdir. Hazırki vəziyyətdə də 0,6158 hektar torpaq sahəsinin mülkiyyətçilərindən yalnız İddiaçı və Cavabdeh1 həmin torpaq sahəsinin boşaldılması və qeyd olunan ərazidə əkilmiş ağacların cavabdehin vəsaiti hesabına çıxarılmasında iddialı olmaqla 0,6158 hektar torpaq sahəsinin qaytarılmasını tələb edirlər. 0,6158 hektar torpaq sahəsinin mülkiyyətçiləri isə torpaq sahəsinin alqısatqısı ilə bağlı hər hansı danışıq və ya razılaşmada iştirak etməmiş, hazırda da Cavabdeh5 qarşı hər hansı tələb irəli sürməmiş, eyni zamanda, torpaq sahəsinin qaytarılmasını tələb etdikləri barədə iddiaçı olduqlarını bu və ya digər şəkildə nümayiş etdirməmişlər. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, 0,6158 hektar torpaq sahəsindən ayrılması mümkün olmayan yaxşılaşdırmalarla bağlı Cavabdeh5 dəymiş 2500 manat maddi zərər məbləği məhz İddiaçı və Cavabdeh1 müştərək qaydada tutularaq Cavabdeh5 ödənilməli, iddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, hər iki iddia tələbinin, həmin iddia tələbləri üzrə təmin edilmiş hissələrin bir-biri ilə əlaqədar olması nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinin tələbinə əsasən qətnamə hər iki iddia tələbi üzrə eyni vaxtda icra edilməlidir. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.7, 6.1.8, 152.1 157.2, 157.7, 394, 646.1, 646.2 və 648.1-ci maddələrinə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan Cavabdeh5 və Cavabdeh5 iddiası üzrə Cavabdeh1 apellyasiya şikayəti vermişdir. Cavabdeh5 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisə predmetini təşkil edən Oğuz rayonun Xaçmaz Qışlaq şəndində yerləşən İddiaçı və onun ailə üzvlərinə məxsus 15 aprel 1998-ci il tarixli JN-0069 (KOD: ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən aktda qeyd edilən mülkiyyətçilərin payları müəyyənləşdirilmədən ümumi mülkiyyətə verilmişdir. Onlara qarşı qaldırılan iddia tələbində digər payçılarında maraqlarını və hüquqlarını İddiaçı Mülki Prossesual Məcəllənin tələblərinə əsasən etibarnamə olmadan müdafiə etmişdir. Hesab edirlər ki, sözü gedən JN-0069 (KOD: ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında birgə mülkiyyətçi kimi adları qeyd olunan X6, X5, X10, Cavabdeh2, Cavabdeh1, Məmmədova (Salamzadə) Afaq Gülağa qızının bir başa maraqlarına toxunduğundan həmin şəxslər üçüncü şəxs qismində işə cəlb edilməliydilər. Çünki 2018-ci ilin ortalarında Oğuz Rayonunun Xaçmaz Qışlaq kəndində təxmini 170 hektar torpaq sahəsində meyvə bağı əkmək üçün Xaçmaz Qışıaq kəndinin sakinləri ilə şifahi qaydada razılıq əldə olunanda həmin şəxslərin heç bir etirazı və pretenziyaları olmamış və hal-hazıradək İddiaçı başqa digər mülkiyyətçilərin hər hansi bir iddia və tələbləri yoxdur. Halbuki, bizim qaldırdıqları iddiada Ülvi Salmanzadədən başqa onun ailə üzvləridə cəlb olunmuş və onlardan Cavabdeh1 və digər mülkiyyətçilər ilə birlikdə vəya ayrılıqda onlara qarşı iddia qaldırmamışlar. Belə olan halda həmin şəxslər öz mülkiyyətində olan torpaq sahələrinin ayrı-ayrılıqda onlarla alqı-satqı edilməsi ehtimalıda mövcuddur. Həmin şəxslərin mövqeyləri məhkəməyə işin tam hərtərəfli və obyektiv araşdırılması üçün açıq və aydın olmalıdır. Birinci instansiya məhkəməsi bu halı nəzərə almamış, Ülvi Salmanzadə və Cavabdeh1 başqa digər mülkiyyətçilərin məhkəmədə iştrakını təmin etmədən çəkişmə pirinsipinində tələblərini pozmuşdur. Bununla məhəkəmə Mülki prosessual məcəllənin həm çəkişmə pirinsipinin tələblərini həm də maraqlarına toxunan şəxslərin işə cəlb olunması barədə olan tələblərini pozmuşdur. Məhəkəmə iclasında İddiaçı qaldırdığı iddia nəticəsində Cavabdeh5 mənafeyinə maddi zərər vurulması məhz İddiaçı və Cavabdeh1 əvvəlki rəftara uyğun olmayan və hüquqzidd hərəkətləri nəticəsində baş vermişdir. Həmçinin Məhkəmə araşdırması zamanı mütəxəssis rəyi və işin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisə predmetinə aid olan 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağacları, suvarma sistemi, beton dirəklər, polad məftil, dəmir tor və sair avadanlıqlar həmin əmlaka, yəni ayrıldığı torpaq sahəsinə zərər yetirmədən ayrıla bilən yaxşılaşdırmalara və artırmalara aiddir. Həmin yaxşılaşdırmaların ayrılması nəticəsində bu yaxşılaşdırmaları və artırmaları həyata keçirən şəxsə, yəni hazırki iş üzrə Cavabdeh5 müəyyən qədər maddi zərər dəyəcəyi, həmin əmlakların digər yerdə təkrar istfadəsinin riskli olma ehtimalı bildirilsə də nədənsə, bu yaxşılaşdırmaları və artırmaları əmlakdan ayırmaq mümkün hesab edərək onlara dəymiş ziyanı ədalətli hesablamamışdır. Məhkəmə araşdırması zamanı mübahisə predmetinə aid olan 0,62 hektar torpaq sahəsinin boş torpaq sahəsi kimi və hazırki vəziyyətdə likvid və orta bazar dəyəri ilə bağlı mütəxəsssis rəyi verilməsi üçün “X3” MMC-nə müvafiq sorğu göndərilmişdir. Həmin orqandan verilmiş 21.10.2021-ci il tarixli sorğuya cavab məktubu və məktuba əlavə edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, aparılmış araşdırma və hesablamalar əsasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin üzərində yaxşılaşdırma işləri aparılmadan həmin torpaq sahəsinin dəyəri 1847 manat təşkil edir. Torpaq sahəsinin üzərində aparılmış yaxşılaşdırma işləri 2500 manat təşkil edir. Torpaq sahəsində salınmış meyvə bağı ilə birgə hazırda bağ sahəsinin real bazar dəyəri 55.163 manat təşkil edir. Mütəxəssis rəyindəndə aydın görünür ki, 1847 manat dəyəri olan torpaq sahəsinə 55163 manat xərc çəkilmişdir. Bundan başqa həmin bağ sahəsindən ağacların çıxarılacağı təqdirdə dəyə biləcək mümkün zərəri X31 İnkişaf Mərkəzinin 25.08.2021-ci il mütəxəssis rəyi ilə tam əhatə edilmişdir. Bütün göstərilən xüsusatlardan bir daha aydın olur ki, məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsi nəticə hissəsi ilə uzlaşmır. Qeyd edilənlərə əssən Oğuz Rayon Мəhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(054)-37/2021 saylı qətnaməsinin ləğv edilərək, yeni ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onlar həmin torpaq sahəsini 09 mart 2019-cu il tarixdə alqı-satqı yolu ilə Cavabdeh5 satmışlar. Cavabdeh alqısatqı yolu ilə əldə etdiyi torpaq sahəsinin ətrafını dəmir tor ilə hasarlamış və bu səbəbdən mülkiyyətlərində olan və 69C planşetində yerləşən 6158,00 kv. m. torpaq sahəsindən istifadə etmək imkanları demək olar ki, əllərindən alınmışdır. Beləki, cavabdeh alqı-satqı yolu ilə əldə etdiyi torpaq sahəsinin ətrafını hasarlayarkən əvvəllər mülkiyyətlərində olan torpaq sahəsini gedən yol hasarın içərisində qalmış və bu səbəbdən torpaq sahəsi ilə olan əlaqələri tam kəsilmişdir. Bundan sui-istifadə edən Cavabdeh5 Hüsen oğlu orada çoxillik meyvə ağacları əkmişdir. Əvvəllər mövcud olmuş yol yerinin açılması və əkilmiş meyvə ağaclarının onlara məxsus olan torpaq sahəsindən çıxarılması ilə bağlı cavabdehlə danışıqlar aparsalar da nəticəsi olmamışdır. Həmçinin qeyd edir ki, mülkiyyətçilərdən ailə başçısı olan Salamova (Məhiyeva) Nuriyə Zərbalı qızı 25 iyul 2018-ci ildə, X7 isə 26 iyun 2013-cü il tarixdə vəfat etmişdir. Digər mülkiyyətçi X14 09 aprel 2020-ci il tarixdə ərə getmiş və ərə getdikdən sonra ərinin soyadını-Məmmədova soyadını qəbul etmişdir. Onu da qeyd edir ki, paylı mülkiyyətdə olan torpaq sahəsindən yalnız o, istifadə edir. Ona görə də digər mülkiyyətçilər iddiaçı kimi işə qatılmamışlar. Lakin sonradan Cavabdeh5 pul tələbinə dair qarşılıqlı iddia verərək qardaşı Cavabdeh1 da cavabdeh kimi göstərmişdir. Məhkəmə qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarına istinad etməmiş və ona görə də məhkəmənin sözü gedən qətnaməsi bədii əsər təsiri bağışlayır. Qeyd edirlər ki, əsassız olaraq məhkəməyə dəvət edilərək dindirilmiş şahidlər Cavabdeh5 işçiləridir. Bu baxımdan onların ifadələrinə məhkəmə tənqidi yanaşmalı idi. Lakin, məhkəmə bunu etməmişdir. Məhkəmə məhkəmə prosesinin gedişində ekspert və mütəxəssis rəyləri almış və həmin rəyin nəticəsi olaraq Cavabdeh5 vicdanlı sahib kimi qəbul etmişdir. Birincisi, onu qeyd edirlər ki, Mülki Məcəllənin 168-ci maddəsində vicdanlı sahibin mülkiyyətçi qarşısında məsuliyyətinin olmaması adlı norma olsa da həmin maddə ləğv edilmişdir. Ona görə də hesab edirlər ki, mülki qanunvericilikdə vicdanlı sahibə aid norma yoxdur. İkincisi, Azərbaycan Respublikası MM-nin 166.3-cü maddəsinə görə yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu etimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Torpaq sahəsinin mülkiyyətçisi və sahibi olmaları məhkəmə qətnaməsində mübahisə doğurmayan məsələdir. Yəni, məhkəmə ona görə Cavabdeh5 iddiasını qismən təmin etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinin mülkiyyətçisi və sahibi onlardır. Məhkəmə konkret olaraq yuxarıda qeyd edildiyi kimi qətnamə qəbul edərkən qətnaməni qanuni şəkildə əsaslandırmaq üçün hər hansı bir maddi və prosessual hüquq normasına istinad etməmiş və nəticədə öz mülahizəsinə əsaslanan qətnamə qəbul etmişdir. Beləki, Cavabdeh5 qarşılıqlı iddiasını qismən təmin edərkən “X3” MMC-nin direktoru X9 rəyinə istinad etmiş və qətnamədə göstərmişdir ki, Cavabdeh5 orada münbitləşdirmə işləri aparmış və bu münbitləşdirmə 5-8 il ərzində öz funksiyasını saxlayır. Həmin rəydə maddi zərərin miqdarı 2500 manat müəyyən edilmişdir. Belə bir qətnamənin qəbul edilməsi ziddiyyət yaratmışdır beləki, məhkəmə bir tərəfdən mübahisə predmeti olan torpaq sahəsini onların mülkiyyəti kimi qəbul etmiş, digər tərəfdən Cavabdeh5 vicdanlı sahib kimi tanmışdır. Məhkəmənin belə bir nəticəyə gəlməsi Azərbaycan Respublikası MPM-nin 217- 218-ci maddələrini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli Qərarının tələblərinə əməl etməməsi deməkdir. Qətnamədə 2500 manat “zərər” vurulmasından söhbət gedirsə, deməli deliktdən söhbət gedir. Deliktin anlayışı Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsində verilmişdir. Həmin maddədə göstərilir: “mülki hüquq pozuntusu (delikt) hüquqa və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddənin məzmunundan aydın olur ki, zərərin əsasını qəsd təşkil edir və guya onlar hər hansı bir hüquqa zidd hərəkət etmişlər və bunun nəticəsində Cavabdeh5 ziyan vurmuşlar. Qeyd edilənlərə əsasən Oğuz Rayon Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli, 2(054)-37/2021 saylı qətnaməsinin qismən, yəni 0,6158 hektar torpaq sahəsində ayrılması mümkün olmayan yaxşılaşdırmalara çəkilmiş xərclərin əvəzi olaraq İddiaçı və Cavabdeh1 2500 manat maddi zərər məbləği və ödənilmiş dövlət rüsumu məbləğinin 1 manatdan ibarət hissəsi olmaqla, cəmi 2501 manat müştərək qaydada tutularaq Cavabdeh5 ödənilməsi hissədə ləğv olunmasına və bütölükdə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh5 iddiasının təmin olunmamasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı (həmçinin 3-cü şəxs Cavabdeh3 nümayəndəsi) izahat verərək bildirmişdir ki, cavabdenh Cavabdeh5 onlara məxsus olan torpaq sahəsini qanunsuz zəbt edərək istifadə etmişdir. Onların arasında heç bir rəsmi alqı-satqı müqaviləsi olmayıb. Dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh torpaq sahəsindən çıxmamış, əksinə həmin torpaqda alma və armud ağacları əkmişdir. Hesab edir ki, cavabdeh onlara məxsus torpaq sahəsindən qanunsuz istifadə etdiyindən sonuncuya heç bir məbləğ ödəməməlidir. Əgər cavabdeh tərəf onlara 15000 manat məbləğində pul ödəyərsə, qarşılqılı razılığa gələ bilər. Ona görə də hazırki iş üzrə ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 (həmçinin 3-cü şəxs Cavabdeh4 nümayəndəsi) özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə, qarşı tərəfin vermiş olduğu apellyasiya şikayətinə isə etiraz edərək bildirmişdir ki, Cavabdeh5 heç bir əsas olmadan onların torpağını zəbt edərək qanunsuz istifadə etmişdir. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və Cavabdeh1 vəkili Vəkil2 Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, qanunvericiliyin tələbinə görə daşınmaz əmlakın alqı-satqısı notarial qaydada həyata keçirilir. Lakin tərəflər arasında belə bir müqavilə olmadığından cavabdehin hərəkətlərini qanuni hesab etmək olmaz. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin Elgün və İddiaçılərdən pulun tutulmasının təmin edilmiş hissəsində ləğv olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh5 özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o təkcə qarşı tərəfin deyil, bir çox insanların torpağını əvəzini ödəməklə almış və hissə-hissə sənədləşdirmişdir. Qarşı tərəfin sənəndi də 2 ildən çox müddət onda olub. Lakin sənəddə problem olduğundan vaxtında rəsmiləşdirə bilməmişdir. O, qarşı tərəfin hərəkətinə inanaraq həmin torpaq sahəsini əkibbecərmiş, xeyli məbləğdə xərc çəkmişdir. Bu gün də qarşılıqlı razılığa gəlməyə razıdır, lakin əks tərəf onunla heç cür razılaşmır. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh5 nümayəndəsi və vəkili Nümayəndə özləri tərəfindən verilmiş apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs qarşı tərəfdən torpağı əvəzi tam ödənilməklə şifahi qaydada almış, qarşı tərəfə etibarına inanaraq həmin torpaq sahəsinə aqrotexniki qulluq göstərməklə xeyli məbləğdə xərc çəkmiş, hətta çoxillik ağaclar əkmişdir. Həmin ağaclar bar vermək ərəfəsində olduğu bir halda, qarşı tərəf sənədləşmə aparmaqdan yayınaraq xeyli məbləğdə pul tələb edir. Hansıki mübahisəli ərazinin haqqı tam olaraq ödənilmişdir. Əgər ödənilməsəydi bu qədər vaxt gözləməzdilər. Onlar bu gün də qarşılıqlı razılığa gəlməyə hazırdırlar. Yəni qarşı tərəfin arzu etdiyi ərazidə bir hektar torpaq alıb verməyə və yaxud 2500-3000 manat civarında pul ödəməyə hazırdırlar. Lakin əks tərəf bununla razılaşmayaraq xeyli məbləğdə, 15000 manat pul tələb edir, hansıki Oğuz rayonunda bu qiymətə torpaq yoxdur. Odur ki, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edir və özlərinin apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə digər 3-cü şəxslər səbəbini bildirmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 139.1-ci maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqısatqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi sonuncu Oğuz Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(054)-37/2021 nömrəli qətnaməsinin tam ləğv olunmasını xahiş etsə də, şikayətin dəlillərində İddiaçı iddiasının təmin olunmuş, özünün iddiasının isə təmin olunmamış hissəsini mübahisələndirmişdir. Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə Cavabdeh5 iddiasının təmin olunmuş hissəsinə yönəlmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya dəlilləri həcmində yoxlamağı zəruri hesab edir. Bu mövqe həm də, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. . Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Oğuz Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(054)-37/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından müəyyən edildi ki, iddiaçı Oğuz rayonu Xaçmaz Qışlaq kəndində yerləşən, onun və digər ailə üzvlərinin mülkiyyətində olan, 15.04.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,6158 hektar torpaq sahəsinə gedən, Cavabdeh5 tərəfindən tutulmuş yolun məcburi qaydada açılmasını və həmin torpaq sahəsindən istifadə edilməsinə maneələrə son qoyulmasını, 0,6158 hektar torpaq sahəsində əkilmiş çoxillik meyvə ağaclarının Cavabdeh5 vəsaiti hesabına çıxarılmasını tələb edir. İddiaçı öz tələbinin əsası kimi mübahisə predmetinə aid olan ərazinin onun və ailə üzvlərinin mülkiyyətində olduğuna və həmin əraziyə dair cavabdehlə aralarında qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı, icarə və ya digər hər hansı müqavilənin mövcud olmadığına istinad edir. İşin mübahisələndirilməyən halından göründüyü kimi Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, 15.04.1998-ci il tarixli JN - 0069 (KOD ********) nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 69C nömrəsi ilə göstərilən 0,62 hektar torpaq sahəsi aqrar islahat komissiyasının müvafiq qərarı ilə İddiaçı və digər şəxslərin mülkiyyətinə verilmişdir. Hazırda 0,62 hektar torpaq sahəsi faktiki olaraq cavabdehin istifadəsindədir və cavabdehin istifadə etdiyi torpaq sahələrini əhatə edən ərazi bütövlükdə dəmir tor ilə əhatəyə alınmışdır. Qeyd olunan ərazidə cavabdeh tərəfindən bağ sahəsi salınmış, çoxillik ağaclar əkilməklə, həmin ərazi təyinat üzrə suvarma sistemi, beton dirəklər və digər lazımi avadanlıqlarla təchiz edilmişdir. Tərəflər arasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada alqı-satqı, icarə və ya digər hər hansı müqavilə bağlanmamışdır. İşin mübahisələndirilən halı ondan ibarətdir ki, Cavabdeh5 İddiaçı tərəfindən verilmiş iddianı qəbul etməməklə, etirazını onunla əsaslandırır ki, sözügedən torpaq sahəsində yaxşılaşdırma və ya artırma işləri aparmış, həmin sahəyə aqrotexniki qulluq göstərməklə xeyli xərc çəkmişdir İşin faktiki halınadn göründüyü kimi, Cavabdeh5 mübahisələndirdiyi halın biri də ondan ibarətdir ki, o torpaq sahəsini məhz qarşılqılı razılıq əsasında, əvəzini ödəməklə əldə etmiş, həmin torpaqdan istifadə etməklə faktiki sahibliyi həyata keçirmişdir. Sonradan iddiaçı tərəf öhdəlikdən yayınmışdır. Qeyd olunan torpaq sahəsi onun istifadəsinə verilərkən ərazi tamamilə boş olmuş, həmin ərazidə heç bir əkili, o cümlədən də meyvə ağacları mövcud olmamışdır. Cavabdeh5 də həmin ərazidə xeyli sayda meyvə tingləri əkib-becərmiş, zəhmət və xərc tələb edən aqrotexniki qulluq göstərməklə həmin ağacları bu illər ərzində məhsul (bar) verən bir vəziyyətə gətirib çıxarmışdır. İşin bu halı məhkəmə kollegiyasının iclasında iddiaçı tərəfindən də mübahisləndirilməmişdir. Artıq həmin meyvə ağacları bəhər, qazanc verən bir ərəfədə iddiaçı tərəf mübahisə edərək həmin torpağın Cavabdeh5 adına rəsmiləşdirməkdən imtina etməklə yanaşı, torpağın geri qaytarılmasında, yolun açılmasında israrlıdır. Məhz bundan sonra Cavabdeh5 öz zəhmət və gəliri, xərci sayəsində əkib-becərdiyi, faktiki olaraq özünə məxsus olan və öz mülkiyyəti sayılan ağacları çıxarmaq hüququna malik olsa da, torpağa göstərilmiş aqrotexniki xərcin, həmçinin digər xərclərin dəyərini geri tələb etmək hüququnun daşıyıcısıdır. Cavabdeh5 mübahisənin bu hissəsinin qarşı tərəfin onunla qarşılıqlı razılığa gəlməməsi ilə əlaqələndirmişdir. İşin faktiki halları ilə müəyyən olunur ki, təxminən 3-4 il bundan əvvəl tərəflər öz aralarında şifahi razılığa gələrək hazırki mübahisəli torpaq sahəsini boş, üzərində heç bir ağac olmayan bir şəkildə Cavabdeh5 faktiki istifadəsinə vermiş, iddiaçı da həmin ərazinin artıq ona məxsus olduğunu zənn edərək xeyli sayda çoxillik ağaclar (meyvə tingləri) əkmiş və uzun zaman həmin torpağa və meyvə ağaclarına öz zəhmət və gəliri sayəsində aqrotexniki qulluq göstərməklə məhsuldar bir vəziyyətə salmış, müasir suvarma sistemi çəkmişdir. Buradan da göründüyü kimi Cavabdeh5 həmin torpaq sahəsinə sаhiblik etməsi heç də özbаşınа bаş verməmişdir. Çünki bu qədər müddət ərzində kiminsə iradəsinə zidd torpaq sahəsinə daxil olmaq, aqrotexniki qulluq göstərmək, ağaclar əkmək, müasir suvarma sistemi çəkmək heç də ağlabatan və inandırıcı görünmür. Göründüyü kimi sonuncu da öz aralarındakı danışığı, etimadlı münasibəti alqı-satqı kimi qiymətləndirərək, torpağı artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən işlər görmüş və sonda həmin ərazini mövcud vəziyyətə gətirib çıxara bilmişdir. Əlavə olaraq məhkəmə kollegiyası qeyd edir ki, eyni coğrafi zonadan olan hər iki tərəfin meyvə ağaclarının əklib-becərilməsi, məhsuldar bir vəziyyətə gəlib çıxması, torpağa aqrotexniki qulluq göstərməsi üçün nə qədər zəhmət, xərc tələb etdiyini, illər lazım olduğunu, meyvə ağaclarının tam məhsuldar bir vəziyyətə çatması üçün neçə illər lazım olduğunu bildiyi bir halda Cavabdeh5 həmin torpaq sahəsinə və orada olan ağaclara özbaşına qulluq etməsi və bu qədər xərc çəkməsi də inandırıcı görünmür. Buradan da bir daha məntiqi nəticəyə gəlinir ki, həmin ərazi Cavabdeh5 istifadə və sahibliyinə heç də qısa müddətə deyil, uzun müddət üçün verilmişdir ki, sonuncu bu qədər xərc çəkmişdir. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, torpağın mülkiyyətçisi olan Ü.Salmazadə və digərləri torpaq sahəsinin əvvəlki vəziyyəti ilə bağlı mülkiyyət hüquqna malik olsalar da, onun üzərində Cavabdeh5 tərəfindən öz xərci, gəliri və zəhməti hesabına əklib-becərilmiş ağaclara, o cümlədən aqrotexniki qulluqla bağlı çəkilmiş xərclərə dair heç bir subyektiv hüququn sahibi deyillər. Ona görə də torpaq sahsəsinin başqasının hesabına yaxşılaşdırılmış vəziyyətdə birdən-birə Ü.Salmazadə və Cavabdeh1 ixtiyarına verilməsi onların əsassız varlanması kimi qiymətləndirilə bilər. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələblərinə hüquqi qiymət verib, hər iki iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(054)-37/2021 nömrəli qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya sonda qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Kollegiya belə qənaətə gəlir ki, Elgün Salmzadə tərəfindən verilmiş apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsi 5000 manatdan az olduğundan, hazırki qətnamədən sonuncu tərəfindən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh5 və Cavabdeh1 (Cavabdeh5 iddiası üzə cavabdeh) tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(054)-37/2021 nömrəli qətnaməsi apellyatorlara münasibətdə, mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən tərəflər ( Cavabdeh5), üçüncü şəxslər, tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti (elektron kabinet və vəkil vasitəsilə) verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar