Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-305/2025 03.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: Evdən və həyətyanı torpaq sahəsindən çıxarılma) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X22 (sədrlik edən və məruzəçi), X29 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X31 oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(037)-1174/2024 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları və əmlakları ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə onun mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən 0,06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində inşa edilmiş 58,2 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evinə dair onun mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarış verilmişdir. Cavabdeh olan qardaşı qızı Cavabdeh2 rəsmi nikahda olduğu əri Cavabdeh1 ilə son iki ildən çoxdur onun və oğlunun yaşadığı iki otaqlı fərdi yaşayış evinə yerləşərək evi tərk etmək istəmirlər. Belə ki, mülkiyyətində olan 0,06 hektar həyətyanı torpaq sahəsində yaşadığı evdən başqa boş olan iki fərdi yaşayış evi də mövcuddur. Cavabdehlərə köçüb boş evlərdən birində yaşamaları təklif edilsə də qəbul etmirlər. Bu səbəbdən o, yanında qalan oğlunu evləndirə bilmir. Cavabdehlər mülkiyyətində olan fərdi yaşayış evinə qanunsuz girib yaşamaqla onun mülkiyyət hüququnu pozmuşlar. Cavabdehlərin övladları və əmlakları ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə onun mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçının vəkili/nümayəndəsi Vəkil2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, iddia tələbinin mahiyyəti üzrə fikirlərini bildirməmişlər. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını qərara almışdır.
5. Cavabdeh2 vəkili/nümayəndəsi Vəkil1 iddia tələbini qəbul etmədiyini bildirmiş və izahat verərək göstərmişdir ki, Cavabdeh2 iddiaçının qardaşı qızıdır. X4 rayonu Notariat Ofisinə müraciət edərək 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X5 miras qalmış, İsmayıllı şəhəri Q.Aslanov küçəsi dalan 5, ev 1 ünvanda yerləşən, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini və 0,06 hektar həyətyanı torpaq sahəsini tam olaraq adına keçirmiş və həmin miras əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 01 may 2024-cü il tarixli, hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır. Bundan dərhal sonra X21 həmin əmlakı İsmayıllı rayon Notariat Ofisində təsdiq etmiş, 16 may 2024-cü il tarixli, reyestrdə 40-472 nömrə ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında iddiaçıya hədiyyə vermişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 07 iyun 2024-cü il tarixli, hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla iddiaçının həmin miras əmlak üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə mübahisali miras ǝmakın yerləşdiyi ünvan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 göstərilsə də Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlarda həmin ünvan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 kimi göstərilmişdir. Miras qoyan mərhum X1 iddiaçını evləndirmiş, İsmayıllı şəhəri, T.İsmayılov küçəsi, ev 3 ünvada həyətyanı torpaq sahəsi almasına və fərdi yaşayış evi tikməsinə yardım etmiş, X13 da ailə həyatı quraraq başqa ünvanda yaşamasına yardım etmişdir. X14 mərhum X3 oğlu olduğundan bütün əmlakını ona vermiş, hətta bundan ötrü adına notarial qaydada təsdiq edilmiş etibarnamə vermişdir. Ona həvalə edilmiş tapşırığı icra edilənə kimi X12 29 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh2 həmin mübahisəli evdə doğulmuş, boya-başa çatmış, ailə həyatı quraraq hal-hazırda həmin evdə yaşayır. Cavabdeh2 ən azından həmin evdən istifadə hüququ vardır. Həmin əmlaka dair guya X2 rayonu Notariat Ofisində təsdiq edilmiş 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə qızı X15 vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə ümumiyyətlə saxtadır. Göründüyü kimi, miras qoyan X12 vəfat etdiyi 29 yanvar 2015-ci il tarixdə, onunla həmin ünvanda birinci növbəli vərəsələrdən yalnız X14 və ailə üzvləri olmuşdur. Mirasın açıldığı 29 yanvar 2015-ci il tarixdən mirası qəbul edib 9 ildir ki, sahiblik etmişlər. Bununla bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət edir və bu səbəbdən hazırki mülki işin icraatının dayandırılmasını xahiş edir.
6. İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(037)-1174/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları və əmlakları ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılması qət edilmiş, ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, 06 aprel 2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 29 yanvar 2015-ci il tarixdə vəfat etmiş X7 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi qızı X16r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak ƏMDKnın yanında DƏDRX-nın qəbələ Ərazi İdarəsi tərəfindən 12 dekabr 2014-cü il tarixdə X11 verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanında yerləşən ümumi sahəsi 58,2 kv.metr, yaşayış sahəsi 19,8 kv.metr, yardımçı sahəsi 38,4 kv.metr, 1 otaqlı olan fərdi yaşayış evindən və 0,06 hektar torpaq sahəsindən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 01 may 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında X13 adına qeydə alınmışdır. 16 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini və ümumi sahəsi 0,06 hektar torpaq sahəsini tam mülkiyyət üzrə qardaşı olan İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Hazırda iddiaçı cavabdehlərin ona məxsus torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmalarını tələb edir, cavabdehin vəkili/nümayəndəsi isə Cavabdeh2 ən azından istifadə hüququ olduğunu qeyd edərək çıxmaqdan imtina etdiyini bildirir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
8. Məhkəmə Cavabdeh2 vəkili/nümayəndəsi Vəkil1 izahatına münasibətdə qeyd edir ki, Cavabdeh2 vəkili/nümayəndəsinin Vəkil1 sözügedən məsələ ilə bağlı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyini bildirərək bu səbəbdən hazırki mülki işin icraatının dayandırılmasını xahiş edir. Cavabdeh2 vəkili/nümayəndəsi Vəkil1 məhkəmə iclasında iddia ərizəsi və ona əlavə olunmuş sənədləri təqdim etmişdir. Məhkəmə tərədindən həmin iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilibedilməməsi araşdırılmamışdır. Hazırki halda qeyd olunan iddia ərizəsi məhkəmənin icraatında olmamışdır. Buna görə də məhkəmə hazırki işin icraatının dayandırılmasını məqsədə müvafiq hesab etmir.
9. Məhkəmə qeyd etmişdir ki, mübahisəli fərdi yaşayış evi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır. Cavabdehlərin isə həmin mübahisəli fərdi yaşayış evi üzərində heç bir hüquqları qeydə alınmamışdır. Buna baxmayaraq cavabdehlər övladları ilə birlikdə hazırda da iddiaçıya məxsus fərdi yaşayış evindən istifadə etməklə bərabər, sahiblik edirlər.
10. Belə olan halda məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehlərin mübahisəli fərdi yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranması əsasları, yəni cavabdehlərin iddiaçının ailə üzvü olubolmaması məsələsi müəyyən edilməlidir.
11. Məhkəmə iddianın qanuni həll edilməsi üçün ilk növbədə iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması əsaslarının mövcud olub-olmamasının müəyyən edilməsini zəruri hesab etmişdir.
12. Belə olan halda məhkəmə hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evi mülkiyyət hüququ ilə 2024-cü ildə dövlət qeydiyyatına alındığından iddiaçının həmin evin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması ilə bağlı mübahisə üzrə hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 30–cu maddəsi müvafiq olaraq tətbiq edilməlidir.
13. Məhkəmə hesab etmişdir ki, mübahisənin düzgün həll edilməsi üçün ilk növbədə cavabdehlərin, mülkiyyətçinin ailə üzvü olub-olmamaları məsələsi müəyyən edilməlidir.
14. Məhkəmə qeyd etmişdir ki, göründüyü kimi ailə qanunvericiliyinin istinad edilən müvafiq normalarında qardaş qızının “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxil edilməmiş, həmçinin, əminin qardaş qızını saxlamaq vəzifəsi müəyyən olunmamışdır.
15. Məhkəmə, öz qənaətini onunla əsaslandırır ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evi üzərində hər hansı bir əşya hüququ qeydə alınmadığından, habelə mübahisəli yaşayış evinin mülkiyyətçi ilə onun arasında müqavilə və ya ailə münasibətləri mövcud olmadığından, cavabdehlərin mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmək hüququnun yaranması üçün əsaslar yoxdur.
16. Məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasına diqqət yetirərək belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının ailə üzvləri olmadığına görə özünün saxlanmasını tələb etmək və yaşayış sahəsindən mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququ yaranmamışdır.
17. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı ilə cavabdehlər arasında mübahisəli yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən hər hansı bir razılaşma bağlanmamışdır.
18. Məhkəmə, işin müəyyən olunmuş həqiqi hallarına uyğun olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarlarında əks olunmuş hüquqi mövqelərini nəzərə alaraq hesab edir ki, iddiaçı hazırkı mülkiyyətçinin ailə üzvü olmadığına, onlar arasında hər hansı bir razılaşma bağlanmadığına, iddiaçının mübahisəli fərdi yaşayış evinin yaşayış sahəsindən istifadə etmə hüququnun yaranması üçün kifayət qədər əsaslar mövcud deyildir.
19. Məhkəmə hesab etmişdir ki, hazırkı vəziyyətdə cavabdehlərin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin hazırki mülkiyyətçisi ilə birlikdə mübahisəli fərdi yaşayış evindən onun ailə üzvü kimi istifadə etmək və özünün saxlanılmasını tələb etmək hüquqları yaranmamışdır.
20. Məhkəmə hesab etmişdir ki, iddiaçının hazırda mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüququ qeydiyyata alınmış, onun adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Lakin cavabdehlər heç bir hüquqi əsas olmadan iddiaçının qanunla qorunan və tanınan mülkiyyət hüquqlarını pozmuşdur.
21. Ona görə də məhkəmə, mübahisənin düzgün həll edilməsi üçün işin müəyyən edilmiş hallarına əsasən, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə əşya hüquq münasibətləri əsas olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə əşya hüquq münasibətlərini tənzimləyən mülki hüquq normaları müvafiq olaraq tətbiq edilməlidir.
22. Məhkəmə qeyd etmişdir ki, göstərilən normanın tələbinə görə iddiaçının tələbinin əsaslı olmasını şərtləndirən hallar ondan ibarətdir ki, iddiaçı mülkiyyətçi olmalı, əşya cavabdehin sahibliyində olmalı və cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Yəni, cavadehin sahibliyi qanunsuz olmalıdır.
23. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq ilk növbədə iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2–ci maddəsində göstərilən şərtlərin cavabdehlərin hər birinə münasibətdə məcmu halında mövcud olub–olmaması halının araşdırılmasının zəruriliyini nəzərə alaraq, belə qənaətə gəlir ki, hazırkı iş üzrə tətbiq olunan normada göstərilən şərtlər cavabdehə münasibətdə məcmu halında mövcuddur. Belə ki, iddiaçının mübahisəli fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları dövlət tərəfindən tanınmışdır. Buna baxmayaraq, həmin fərdi yaşayış evi cavabdehin istifadəsində və sahibliyindədir. Cavabdehin həmin mübahisəli fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində heç bir əşya hüququ qeydiyyata alınmamışdır. Ona görə də cavabdehin sahibliyi qanunsuzdur. İddiaçının cavabdehə qarşı tələb hüquqları yaranmışdır.
24. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 övladları və əmlakları ilə birlikdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə İddiaçı mülkiyyətində olan İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılmalıdır.
25. Məhkəmə qeyd etmişdir ki, dövlət rüsumu barədə tələb olmadığından, ödənilmiş dövlət rüsumu məbləği İddiaçı özünə aid edilməlidir.
26. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152, 157.1, 157.2-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə, Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X. Məmmədovanın şikayəti üzrə 11 iyul 2014–cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2–ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2–ci maddələrinin şərh edilməsinə dair 16 dekabr 2014–cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
27. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti vermişdir.
28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İsmayıllı rayon Məhkəməsinin göstərilən iş üzrə qətnaməsini qismən qanunsuz, əsassız və ədalətsiz hesab edir. Ona görə ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir.
29. İş materiallarından göründüyü kimi məhkəmə iddianın təmin edilməsinə dair belə nəticəyə gəlmişdir ki, məhkəmə təqdim olunmuş sübutları tam və hərtərəfli araşdıraraq, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınmasına diqqət yetirərək belə qənaətə gəlir ki, cavabdehlərin mübahisəli fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçının ailə üzvləri olmadığına görə özünün saxlanmasını tələb etmək və yaşayış sahəsindən mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququ yaranmamışdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni sayıla bilməz.
30. Belə ki, X4 rayonu Notariat Ofisinə müraciət edərək 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında X5 miras qalmış, İsmayıllı şəhəri Q.Aslanov küçəsi dalan 5, ev 1 ünvanda yerləşən, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini və 0,06 hektar həyətyanı torpaq sahəsini tam olaraq adına keçirmiş və həmin miras əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş, **********42 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 01 may 2024-cü il tarixli, hüquqarın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla qeydiyyata alınmışdır.
31. Cavabdeh2 həmin mübahisəli evdə doğulmuş, boya-başa çatmış, ailə həyatı quraraq hal-hazırda həmin evdə yaşayır. X8 və Cavabdeh2 ən azından həmin evə gözlənilən mülkiyyət hüququ vardır.
32. Belə ki, miras qoyan X12 vəfat etdiyi 29 yanvar 2015-ci il tarixdə, onunla həmin ünvanda birinci növbəli vərəsələrdən yalnız X14 və ailə üzvləri olmuşdur.
33. X2 rayonu Notariat Ofisində təsdiq edilmiş 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə həmin əmlakı qızı X15 vəsiyyət etsədə onun birinci növbəli vərəsəsi X8 məcburi pay almaq hüququ vardır. Həmin əmlakdan X8 məcburi pay almaq hüququ olduğundan, bu hüququn pozulması ilə verilən İsmayıllı rayonu Notariat Ofisinin notariusu tərəfindən tərtib edilmiş 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə qanuni sayıla bilməz.
34. Bu səbəbdən X14 və Cavabdeh2 iddia ərizəsi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət edərək, İsmayıllı rayonu Notariat Ofisinin notariusu tərəfindən tərtib edilmiş 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi xahiş edilmişdir.
35. İşə baxan İsmayıllı Rayon Məhkəməsi Mülki prosessual qanunvericiliyin tələblərini pozaraq, həmin işlərin bir icraatda birləşdirilməsi məsələsini müzakirə etməmiş, nədəki hazırki işin icraatını dayandırmamışdır. Nəticədə Cavabdeh2 hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.
36. Sözügedən əmlakın X15 vəsiyyət edilməsi və həmçinin Cavabdeh2 atası X8 həmin miras əmlak üzərində məcburi paya malik olması işin mübahisəsiz hallarıdır.
37. Bu səbəbdən hesab edir ki, X14 mirası qəbul etdiyi üçün onun miras əmlak üzərində məcburi payı müəyyən olunması və İsmayıllı rayonu Notariat Ofisinin notariusu tərəfindən tərtib edilmiş 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi barədə mübahisəyə məhkəmədə baxılıb yekun məhkəmə qətnaməsi qəbul edilənədək, hazırki işin icraatı dayandırılmalı idi.
38. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən (Mülki Məcəllənin 152.1-ci, 1193-cü və 1196-cı maddələrinin) maddi hüquq normasının tətbiqində səhvə yol verilmiş və cavabdehlərin hüququnun pozulması ilə nəticələnən qanunsuz qətnamə qəbul edilmişdir.
39. Göründüyü kimi hazırki işdə məhkəmə qətnaməni əsaslandırmamış, qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənmiş, bununla da MPM-nin 217-ci maddəsinin tələblərini pozmuşdur.
40. İsmayıllı rayon Məhkəməsinin 2(037)-1174/2024-nömrəli, xx.xx.2024- cü il tarixli qətnaməsindən görünür ki, qətnamə, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlmir. Baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilməmiş, qətnamədə göstərilən hallar işin materiallarına uyğun gəlmir.
41. Odur ki, İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1174/2024-nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddiasının əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
43. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, işdə iştirak edən şəxslər səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
44. Azərbaycan Rеspublikası Kоnstitusiyasının; 13-cü maddəsinin İ hissəsinə əsаsən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. 27.2-ci maddəsinə əsasən ön dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
46. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; 30.1-ci maddəsində göstərilmişdir ki, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailəüzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailəüzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.4-cü maddəsində göstərilmişdir ki, əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailəüzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailəüzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər.
Qərarlar:
47. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
48. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Mülki Məcəllənin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyi belə olmuşdur ki, yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinin müddəaları tətbiq edilməlidir.
50. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz.
51. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 88-93-cü maddələrində (15-ci fəsil) konkret olaraq 5 qrup şəxsin saxlanması vəzifəsi müəyyən edilmişdir:1) qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq vəzifəsi; 2) baba və nənənin nəvələrini saxlamaq vəzifəsi; 3) nəvələrin baba və nənəni saxlamaq vəzifəsi; 4) yetirmələrin öz faktiki tərbiyəçilərini saxlamaq vəzifəsi; 5) ogey oğul və qızların ogey ata və ananı saxlamaq vəzifəsi.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunubolunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
53. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
55. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
56. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
57. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
58. Cavabdeh2 İsmayıllı Rayon Məhkəməsinin 2(037)-1174/2024-nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin tam ləğv edilməsini xahiş etsə də, iddianın Cavabdeh1 qarşı təmin edilmiş, lakin sonuncu tərəfindən mübahisələndirilməmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni mübahisələndirilən hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh2 münasibətdə təmin edilmiş hissəsində ləğv olunması üçün əsas yoxdur.
60. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
61. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, DƏDRX-nın Qəbələ Ərazi İdarəsi tərəfindən 13 sentyabr 2007-ci il tarixdə verilmiş **********58-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi dalan 5-də istifadədə olan 0.1177 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 20.5 kv/m yaşayış, 36.4 kv/m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi X9 mülkiyyətinə rəsmiləşdirilmişdir. Bundan sonra yəni ƏMDK-nın yanında DƏDRX-nın Qəbələ Ərazi İdarəsi tərəfindən 12 dekabr 2014-cü il tarixdə verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, dalan 5, ev 1 ünvanındakı 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsindəki ümumi sahəsi 58,2 kv/metr, yaşayış sahəsi 19,8 kv/metr, yardımçı sahəsi 38,4 kv/metr, 1 yaşayış otağından ibarət fərdi yaşayış evi X9 mülkiyyətinə rəsmiləşdirilmişdir. X17 29 yanvar 2015-ci il tarixdə vəfat etmişdir. 06 aprel 2024-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə və həmin şəhadətnamə əsasında DƏDRX tərəfindən 01 may 2024-cü il tarixdə verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən İsmayıllı şəhəri, Q.Aslanov küçəsi 3 ünvanındakı 0,06 hektar torpaq sahəsi və həmin torpaq sahəsindəki ümumi sahəsi 58,2 kv/metr olan fərdi yaşayış evi X9 qızı X13 mülkiyyətinə rəsmiləşdirilmişdir. 16 may 2024-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən X4 şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evini və ümumi sahəsi 0,06 hektar torpaq sahəsini qardaşı İddiaçı mülkiyyətinə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən 07 iyun 2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində **********42-10301 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınaraq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanında yerləşən, 0,06 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınmışdır.
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
63. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin X8 və Cavabdeh2 iddia ərizəsi ilə İsmayıllı rayon Məhkəməsinə müraciət edərək, İsmayıllı rayonu Notariat Ofisinin notariusu tərəfindən tərtib edilmiş 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmələri, işə baxan İsmayıllı Rayon Məhkəməsinin isə Mülki Prosessual qanunvericiliyin tələblərini pozaraq, həmin işlərin bir icraatda birləşdirilməsi məsələsini müzakirə etməməsi, nədəki hazırki işin icraatını dayandırmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə kollegiyasının 11 mart 2025-ci il tarixli 2(107)-305/2025 nömrəli qərardadı ilə cavabdeh tərəfin vəsatəti təmin edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən çıxarılma tələbinə dair 2(107)-305/2025 nömrəli işin icraatı, Cavabdeh2, X10 cavabdehlər İddiaçı, X21 və İsmayıllı rayon Notariat Ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair İsmayıllı Rayon Məhkəməsində olan 2(037)-181/2025 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib, qanuni qüvvəsini alanadək dayandırılmışdır.
64. Məhkəmə kollegiyası apellyasiya şikayətinin miras qoyan X6 vəfat etdiyi 29 yanvar 2015-ci il tarixdə, onunla həmin ünvanda birinci növbəli vərəsələrdən yalnız X14 və ailə üzvlərinin olmaları, X6 İsmayıllı rayonu Notariat Ofisində təsdiq edilmiş 25 sentyabr 2007-ci il tarixli vəsiyyətnamə ilə həmin əmlakı qızı X15 vəsiyyət etsədə onun birinci növbəli vərəsəsi X8 məcburi pay almaq hüququnun olması, bu hüququn pozulması ilə verilən İsmayıllı rayonu Notariat Ofisinin notariusu tərəfindən tərtib edilmiş 06 aprel 2024-cü il tarixli, reyestrdə 2V-187 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin qanuni sayıla bilməməsi, atası X8 həmin miras əmlak üzərində məcburi paya malik olmasının işin mübahisəsiz halları olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, işdə olan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2025-ci il tarixli 2(107)- 712/2025 nömrəli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh2, X10 cavabdehlər İddiaçı, X21 və İsmayıllı rayon Notariat Ofisinə qarşı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun müəyyən edilməsi tələbinə dair iddialarının rədd edildiyi İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(037)-181/2025 nömrəli qətnaməsindən iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli 2(037)-181/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
65. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 yanvar 2026-cı il tarixli 2(102)-3498/2025 nömrəli qərarından görünür ki, iddiaçılar Cavabdeh2 və X10 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 07 avqust 2025-ci il tarixli 2(107)-712/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
66. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 ən azından həmin evə gözlənilən mülkiyyət hüququnun olmasına dair dəlili özüözlüyündə əsassızdır.
67. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh2 həmin mübahisəli evdə doğulması, boya-başa çatmasına dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, İddiaçı İsmayıllı şəhəri, Q.Aslanov küçəsi, ev 3 ünvanındakı 0,06 hektar torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 58,2 kv.metr olan fərdi yaşayış evinin özgəsinin qanunsuz sahibliyindən azad edilməsini tələb edərək əmlakın mülkiyyətində olmasına dair sənədi də məhkəməyə təqdim etməklə tələb hüququna malik olmasını sübuta yetirdiyi halda, onun həmin evdə doğulması, boya-başa çatması, beləliklə mübahisəli evdə xx.xx.2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə əsasən yaranmış istifadə hüququnun olmasına dair Cavabdeh2 tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.
68. Belə ki, nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olubolmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş veribverməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
69. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
70. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin maddi və prosessual hüquq normalarını pozması və düzgün tətbiq etməməsi, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmaması, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlməməsi, baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktların əks etdirilməməsi, qətnamədə göstərilən nəticələrin işin hallarına uyğun gəlməməsinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə mübahisələndirilən hissədə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, mübahisələndirilən hissədə iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
71. Apellyasiya şikayətində göstərilənlər isə əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisələndirilən hissədə mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(037)-1174/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli 2(037)- 1174/2024 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.