Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-306/2025 02.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən və fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: əmlakdan çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X4 və X5 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən və fərdi yaşayış evindən məcburi qaydada çıxarılma tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(025)-1363/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la Qəbələ rayonu, Kiçik Əmilli kəndində İddiaçı adına ümumi sahəsi 111.90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 ha yaşayış məntəqələri torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh ailə üzvləri ilə birlikdə həmin əmlakda yaşayırlar. İddiaçı Cavabdeh ailə üzvləri ilə birlikdə həmin əmlakdan çıxarılmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən və fərdi yaşayış evindən məcburi qaydada çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarışla onun mülkiyyətində olan, Qəbələ rayonun Kiçik Əmili kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evindən məcburi qaydada çıxarılmalarıbarədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qəbələ rayonun Kiçik Əmili kəndində yerləşən 0.12 ha torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evi onun mülkiyyətindədir. Bu barədə ona Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2024-cü il qeydiyyat tarixli çıxarış verilmişdir. Buna baxmayaraq o, öz mülkiyyətində olan torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evindən istifadə edə bilmir. Belə ki, Cavabdeh onun mülkiyyətində olan torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evini qanunsuz olaraq zəbt etmiş və oradan çıxmır. Ona dəfələrlə öz qanunsuz əməllərindən əl çəkməsini, ona məxsus torpaq sahəsini və fərdi yaşayış evini boşaltmasını bildirsə də, cavabdeh buna heç bir məhəl qoymamış, öz qanunsuz əməllərindən əl çəkməmiş, onun mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən çıxmamışdır. Cavabdehi başqa qaydada mülkiyyətində olan torpaq sahəsi və fərdi yaşayış evindən çıxarda bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etməli olmuşdur.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”la Qəbələ rayonu, Kiçik Əmilli kəndində İddiaçı adına ümumi sahəsi 111.90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 ha yaşayış məntəqələri torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddiaçı mülkiyyətində olan fərdi yaşayış evində və torpaq sahəsindən cavabdehin ailə üzvləri ilə birlikdə çıxarılmasını tələb edir. Cavabdeh isə iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşadığını etiraf edir. Lakin Cavabdeh iddiaçı tərəf ilə fərdi yaşayış evinin və torpaq sahəsinin ümumi dəyərinin 44000 (qırx dörd min) manat olması barədə razılığa gəldiyini, bu məqsədlə iddiaçıya 4000 (dörd min) manat beh ödədiyini, lakin iddiaçı ilə alqısatqısı barədə razılaşdıqları torpaq sahəsinin 0,26 ha olması ilə bağlı razılığa gəldiklərini, lakin iddiaçının vədinə əməl etməyərək ona 44000 manatın müqabilində 0,12 ha torpaq sahəsi və fərdi yaşayış evi təklif etdiyini, bu səbəbdən alqı-satqının baş tutmadığını bildirir. Bu səbəbdən iddia tələbini qəbul etmədiyini və fərdi yaşayış evindən və torpaq sahəsindən çıxmayacağını bildirir. Nəticədə iddiaçının mülkiyyətindəki fərdi yaşayış evindən və torpaq sahəsindən onun iradəsi əleyhinə olaraq cavabdeh və ailə üzvləri qanunsuz istifadə edirlər.
5. İndiki halda, iş materiallarına əsasən mübahisə predmeti olan əmlak mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh və onun ailə üzvləri iddiaçıya məxsus fərdi yaşayış evində yaşayırlar, mübahisə predmeti olan fərdi yaşayış evi faktiki olaraq cavabdehin və onun ailə üzvlərinin sahibliyindədir. Lakin həmin sahibliyin heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, cavabdeh və onun ailə üzvləri həmin fərdi yaşayış evində yaşasalar da, onların mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Başqa sözlə, mübahisə predmeti olan fərdi yaşayış evinin mülkiyyətçisi olan iddiaçı ilə cavabdeh arasında həmin yaşayış sahəsindən istifadə hüququna dair hər hansı notarial təsdiq edilmiş yazılı razılaşmanın olması, bu hüququn qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınması və ya digər qanuni əsaslarla sahiblik və istifadə hüququnun yaranması halı aşkar edilməmişdir. Bu halda, mübahisə predmeti olan yaşayış sahəsinin mülkiyyətçisi qismində iddiaçı çıxış etdiyindən, həmin yaşayış sahəsinin cavabdehin və onun ailə üzvlərinin qanunsuz sahibliyində olması halı aşkar olunduğundan, iddia tələbini təmin edilməlidir.
6. Qanunvericiliyin şərh olunan müddəalarını və mülki işin hallarını nəzərə alan məhkəmə hesab etmişdir ki, iddaiaçı iddia tələbinin əsaslandığı hallara dair bütün sübutları məhkəməyə təqdim etdiyi halda, Cavabdeh həmin tələbə qarşı etrizanın əsaslandığı hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.Cavabdeh iddianı qəbul etməməyini və iddiaya etirazını evin və torpaq sahəsinin alqı-satqı müqaviləsi ilə bağlı iddiaçı ilə razılığa gəldiyini, bu məqsədlə iddiaçıya 4000 manat beh verməsi ilə əsaslandırmışdır. Bu hal isə iddiaçı tərəfindən tam qanuni əsaslarla əldə edilmiş və dövlət tərəfindən qorunan mülkiyyətdən onun istifadəsi və sahibliyinə cavabdehin maneələr törətməsinə və hüquqlarının məhdudlaşdırılmasına heç bir əsas vermir. Bir sözlə, iddiaçının mülkiyyətindəki fərdi yaşayış evindən onun iradəsi əleyhinə olaraq cavabdehin ailə üzvləri ilə birlikdə qanunsuz istifadəsinin heç bir hüquqi əsası yoxdur. Buna görə də iddia tələbi əsaslıdır və təmin edilməlidir.
7. Bundan əlavə məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə təqdim etdiyi etiraz ərizəsində və məhkəmə zamanı verdiyi izahatında sözügedən fərdi yaşayış evi və torpaq sahəsinə görə iddiaçıya beh ödədiyini, həmçinin fərdi yaşayış evini əsaslı təmir etdiyini göstərmişdir. Məhkəmə cavabdehə izah edir ki, bununla bağlı iddiaçıya qarşı fərdi yaşayış evinin təmirinə çəkilmiş xərc və behə görə ödədiyi pul məbləği ilə bağlı məhkəməyə müraciət edə bilər.
8. Qəbələ Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(025)-1363/2024 nömrəli qətnaməsi ilə (hakim Abbas Əliyev) iddia təmin olunmuş, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarışa əsasən İddiaçı mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən Cavabdeh ailə üzvləri ilə birlikdə məcburi qaydada çıxarılması, ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146, 152, 157 və 228-ci maddələrinə istinad etmişdir.
10. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan“Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” Qəbələ rayonu Kiçik Əmilli kənd (qəsəbə) İcra nümayəndəliyinin təsərrüfat kitabından 89, 90, 91 və 92 nömrəli çıxarışlar Nümayəndə2 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizə
11. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayətini iddiaya etirazının dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, o, ailəvi Bakı şəhərindən Qəbələ rayonu Kiçik Əmilli kəndinə gələrək, həmin kənddəki fərdi yaşayış evinin sahibi Nümayəndə2 və qardaşı X7, Qəbələ rayonu Böyük Əmilli kəndi və Kiçik Əmilli kəndinin Bələdiyyə Nümayəndələrinin iştirakı ilə halhazırda yaşadığı evin sənədlərinə baxmışlar. 8 sot Nümayəndə2, 12 sot X2 və 6 sot X1 adına olduğunu müəyyənləşdirmişlər. Ev sahibi Nümayəndə2 və Böyük Əmilli kəndinin bələdiyyə sədri Bayram adlı şəxsin iştirakı ilə o, Nümayəndə2 ilə evin sənədlərinin cəmləşdirmək şərti ilə, yəni 12 sot, 6 sot və 8 sotu bir mülkiyyət sənədi olan çıxarış halına gətirmək şərti ilə 44.000 manata satılmasını razılaşdırmışlar. Böyük Əmilli kəndinin Bələdiyyə sədri Bayramın iştirakı ilə o, ev sahibi Nümayəndə2 4000 manat beh vermişdir. xx.xx.2023-cü ildən başlayaraq xx.xx.2024-cü il tarixinədək sənədlərin hazırlanması mümkün olmamışdır. xx.xx.2024-cü il tarixdə Nümayəndə2, X7, X6 və X8 onun yanına gələrək 26 sotun əvəzinə 12 sotun sənədini təqdim etmişlər. Eyni zamanda Nümayəndə2 ona demişdir ki, olan torpaq sahəsi budur və razılaşmanı rəsmiləşdirilməsinə dair notariusa gedək. O, sual vermişdir ki, danışığımızda 26 sot olmuşdur. Nümayəndə2 isə əsəbi formada yüksək səslə xoşun gəlir budur, xoşun gəlmirsə çıx get deyə bildirmişdir. Nümayəndə2 və anası X8 azyaşlı uşaqlarının yanında ona hədə-qorxu gələrək evlərini boşaltmağı demişlər. O, ailə üzvüləri olan həyat yoldaşı X3, oğlu X12 və X13 hal-hazırda sözü gedən Qəbələ rayonu Kiçik Əmilli kəndində qeydiyyatdadırlar və orada yaşayayaşaya həyətyanı sahədə tölə tikmiş, evi təmir etmiş və s. işlərə 40.000 manatdan çox pul xərcləmişlər. İşlərin görülməsinə dair əsaslı sübutları da vardır. Həmçinin, məhkəmə iclasında İddiaçı təmsil edən Nümayəndə1 iddiaçının məndən 4000 manat əvvəlcədən beh pul aldığını etiraf etsə də, razılaşmanı kim tərəfdən pozulduğu barədə danışmamışdır. Əlbətdə ki, o, qarşı tərəf ilə razılıq əldə etdikdən sonra qalan pulun ödənilməsinə etiraz etməmişdir, lakin iddiaçı şəxsin övladı Nümayəndə2 tərəfindən aldadıldığını bildikdən sonra yəni razılaşdırılmış həcmdə torpaq sahəsinin onun mülkiyyətinə veriləcəyini deyil, yarısından da az torpaq sahəsinin ona alqı-satqı müqaviləsi ilə veriləcəyini bildiyindən etiraz etmiş və razılaşdırılan məbləğdə pulu verməkdən imtina etmişdir.
13. Ona görə də, Qəbələ Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(025)- 1363/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
16. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qəbələ Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(025)-1363/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə görə sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa, vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
20. Cavabdeh Qəbələ Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(025)- 1363/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Reyestr nömrəsi **********10-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”la Qəbələ rayonu, Kiçik Əmilli kəndində İddiaçı adına ümumi sahəsi 111.90 kv.m olan fərdi yaşayış evi və evin yerləşdiyi 0.12 ha yaşayış məntəqələri torpaqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Cavabdeh ailə üzvləri ilə birlikdə həmin əmlakda yaşayırlar. İddiaçı Cavabdeh ailə üzvləri ilə birlikdə həmin əmlakdan çıxarılmasını tələb edir. Cavabdeh isə iddiaya etirazında və apellyasiya şikayətində eyni əsaslardan çıxış edərək iddiaçının mülkiyyətində olan torpaq sahəsi də daxil olmaqla Qəbələ rayonu, Kiçik Əmilli kəndində ümumilikdə 0.26 ha torpaq sahəsinin ona satılacağı ilə bağlı razılığa gəldiklərini, lakin qarşı tərəfin razılaşmanı pozduğunu bildirir. Həmçinin, alqı-satqı üçün beh pul verdiyini, mübahisəli 0.12 ha torpaq sahəsində və üzərində yerləşən fərdi yaşayış evində yaşadıqları müddətdə həmin əmlaka müxtəlif xərclər çəkdiyini iddia edir.
22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh və onun ailə üzvlərinin iddiaçıya məxsus fərdi yaşayış evində sahibliyinin heç bir hüquqi əsası mövcud deyildir. Belə ki, cavabdeh və onun ailə üzvləri həmin fərdi yaşayış evində yaşasalar da, onların mübahisə predmeti olan yaşayış sahəsinə dair sahiblik və ya istifadə hüququnun olması halı müəyyən edilməmişdir. Kollegiya qeyd edir ki, cavabdehin iddia etdiklərinin həqiqətə uyğun olubolmamasından asılı olmayaraq, hazırki halda tərəflər arasında heç bir alqı-satqı baş tutmadığından, iddiaçının mülkiyyətində olan Qəbələ rayonu, Kiçik Əmilli kəndində yerləşən 111.90 kv.m olan fərdi yaşayış evində cavabdeh, həyat yoldaşı X3, oğlu X12 və X13 ilə birlikdə yaşasalar da, cavabdehin mübahisəli əmlaka hər hansı hüququ əmələ gəlməmişdir. Cavabdehin iddia etdiyi beh münasibətlərinin və əmlaka xərclər çəkilməsinin həqiqətə uyğun olub-olmaması isə hazırki məhkəmə baxışının predmeti deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Cavabdehin isə həmin pul münasibətləri ilə bağlı hər hansı iddiası kollegiyanın icraatında deyildir. Belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət olunarsa, həmin münasibətlərin həqiqətə uyğunluğu həmin məhkəmə işi üzrə müəyyən olunar.
23. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qəbələ Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(025)-1363/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2(025)-1363/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.