Məhkəmə qərarları › İş №2(107)-307/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-307/2020

15.01.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-307/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndizadə Həmdiyyə Natiq oğlunun katibliyi, Maraqlı şəxs nümayəndəsi (vəkili) X2 iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəsi ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2228/2019 nömrəli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim U.H.Osmanov) ərizə təmin edilərək, xx xxx 1991-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi: AZE № ********; PİN nömrəsi: xxxxxxx) dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun, həmin hüququn məhdudlaşdırılmasını aradan qaldıran ayrıca məhkəmə qətnaməsi qəbul edilənədək, müvəqqəti məhdudlaşdırılması qət edilmişdir. İşin halları Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçinin tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə, onun dövlət büdcəsinə xx.xx.2019cu il tarixə 752.468,08 manat məbləğində (vergilər üzrə 633.924,25 manat, faizlər üzrə 118.543,83 manat, maliyyə sanksiyası üzrə 0 manat) vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin dövlət büdcəsinə könüllü ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********634800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Babazadə X1 şəhəri A.Ələsgər küçəsi, ev 16 ünvanında yaşayır. Dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsi xahiş olunur. Birinci instansiya məhkəməsi zamanı ərizəyə baxılması barədə iş üzrə maraqlı şəxslərə məlumat verilsə də, onlar məhkəmə iclasına gəlməmiş, lakin ərizəçi məhkəməyə ərizə göndərərək, işə onun nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxsin dəlilləri Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2228/2019 nömrəli qətnaməsindən Maraqlı şəxs nümayəndəsi (vəkili) X3 apelyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyаsiyа şikаyətini belə əsаslаndırmışdır ki, məhkəmə qətnaməsini ədalətsiz hesab etdiyindən və onun apelyasiya qaydasında ləğv edilməsi üçün kifayət qədər əsaslar olduğundan qətnamənin ləğv edilməsini xahiş edir. Belə ki, vergi borcu bildirişlə deyil, vəzifəli şəxslərin qəbul etdikləri vergi yoxlamasının nəticələri haqqında aktla və vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarla müəyyən edilir. Ərizəçi tərəfindən həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Ərizəçi tərəfindən Maraqlı şəxs qarşı vergi borcunun tutulması barədə məhkəməyə müraciət olunmamış, qeyd edilən vergi borcunun olması barədə isə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yoxdur. Maraqlı şəxs heç bir vergi borcu yoxdur, nə səyyar, nə də kameral vergi yoxlaması aparılmamış, onun vergi borcunun olması barədə hər hansı akt tərtib edilməmiş və ona “Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarılmamışdır. Hesab edir ki, apelyasiya şikayəti təmin edilməlidir. Məhkəmə kollegiyasının iclasındaMaraqlı şəxs nümayəndəsi (vəkili) X3 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Apelyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə kollegiyasının iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2ci maddəsinə əsasən apelyasiya şikayəti üzrə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahat və çıxışını dinləyərək, tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verərək hesab edir ki, Maraqlı şəxs nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2228/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Maraqlı şəxs (VÖEN: **********) şəxsi hesab vərəqəsinin surətindən görünür ki, onun dövlət büdcəsinə xx.xx.2019-cu il tarixə 1.363.317,49 manat məbləğində vergi borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, borcluya yaranmış borcun 10 gün müddətində ödənilməsi, əks təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Apelyasiya baxışı zamanı təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019cu il tarixli 290 nömrəli Sərəncamının surətindən görünür ki, Maraqlı şəxs tərəfindən Binəqədi rayonu 7-ci mikrorayon, Abay Kunanbayev küçəsi, 3123-cü məhəllə, 22 saylı binanın yaxınlığında mülkiyyətdə olan 0,05 ha və ona bitişik, icarəsində olan 0,08 ha olmaqla ümumilikdə 0,13 ha torpaq sahəsində yaşayış binasının tikintisinin layihələndirilməsinə və tikintisinə icazə verilməsi haqqında Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli 237 saylı, 21.11 2017-ci il tarixli 535 saylı sərəncamları və 13284 saylı inşaat pasportunun “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nın adına rəsmiləşdirilməsi və sərəncamların icrası istiqamətində aparılmış sənədləşmə işlərinin həmin MMC-yə aid edilməsi, sifarişçi “xxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66, 67 və 68-ci maddələrinin tələblərinə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində “İnterservis” Müdiriyyəti ilə 0.08 ha torpaq sahəsinə dair icarə müqaviləsi bağlanmasının təmin edilməsi göstərilmişdir. İş materiallarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə, onun dövlət büdcəsinə xx.xx.2019-cu il tarixə 752.468,08 manat məbləğində (vergilər üzrə 633.924,25 manat, faizlər üzrə 118.543,83 manat, maliyyə sanksiyası üzrə 0 manat) vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin dövlət büdcəsinə könüllü ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********634800 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ona görə də vergi orqanı ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur... Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı olan vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası MPM-in 305.1.12-ci maddəsinə əsasən, məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.3-cü maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Həmin Məcəllənin 355-7.6-cı maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəmə tərəfindən təmin edilərək müvafiq qətnamə qəbul edildikdən sonra ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqda, müvafiq icra hakimiyyəti orqanının ərizəsinə əsasən məhkəmə tərəfindən iki iş günü ərzində həmin məhdudlaşdırmanın götürülməsi barədə qətnamə qəbul edilir. Şərh edilənlərə müvafiq olaraq məhkəmə kollegiyası hesab edir ki, ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin Maraqlı şəxs heç bir vergi borcunun olmaması, onun sahibkarlıq fəaliyyəti ilə əlaqədar nə səyyar, nə də kameral vergi yoxlamasının aparılmaması, onun vergi borcunun olması barədə hər hansı akt tərtib edilməməsi və barəsində “Vergi ödəyicisinin qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar çıxarılmaması ilə bağlı dəlillərini qəbuledilməz sayır. Belə ki, vergi orqanının vergi ödəyicisi Maraqlı şəxs şəxsi hesab vərəqəsinə hesabladığı vergi borcu sonuncunun apardığı əməliyyatlar barədə elektron qaydada təqdim etdiyi sənədlər və hesabatlar əsasında müəyyən edilmişdir. Maraqlı şəxs özü həmin vergi borcunu mübahisələndirməmişdir ki, bu da onun hesablanmış vergi borcu ilə razılaşmasına dəlalət edir. Belə vəziyyətdə Maraqlı şəxs heç bir vergi borcunun olmamasını iddia etmək əsassızdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin və 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Maraqlı şəxs nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2228/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Maraqlı şəxs nümayəndəsi (vəkili) X3 tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)- 2228/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar