Məhkəmə qərarları › İş №2(107)-31/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-31/2024

27.08.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-31/2024 27.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, qərəzli hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, maddi zərərin ödənilməsi, ekspertiza tədqiqatı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X15 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X16 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, qərəzli hərəkətlərə son qoyulması və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus Bəhmətli kəndində yerləşən 0.5 ha və 1,5 ha torpaq sahələrindən çıxarılmasına, cavabdehin qərəzli hərəkətlərinə son qoyulmasına, ona vurulmuş 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində maddi zərərin və ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 2450 (iki min dörd yüz əlli) manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə müraciət edərək əlavə olaraq gizli yolla 750 manat məbləğində 200 bağlama oğurlanmış otun dəyərinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş edir. İddiaçı iddianın həcminin artırılması barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bəhmətli kəndində onun mülkiyyətində 0,5 ha və 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələrini o, 2016-cı il tarixdə X3 alaraq, xx.xx.2018-ci il tarixdə reyestr nömrə 1S-5390, AN-İ № ******* nömrəli və reyestr nömrə 1S-5391, AN-İ № ******* nömrəli alqı-satqı müqavilələrinə əsasən rəsmiləşdirmişdir. Lakin həmin torpaq sahələrinə Çıxarış almamışdır. O həmin torpaq sahəsini kol-kosdan təmizləyərək orada 350 fındıq topası əkmişdir. Cavabdeh həmin torpaq sahələrinin özünün olmasını iddia edərək onunla dəfələrlə mübahisə etmiş və 2018-ci ilin yanvar ayında xəbərsiz həmin torpaq sahəsinə girərək onun əkdiyi 198 fındıq topasında olan 1386 tingi çıxarıb yandırmışdır. Bununla da ona 970 manat maddi ziyan vurmuşdur. Bundan başqa 2018-ci ilin iyul ayında ona məxsus torpaq sahəsində olan otu yandıraraq ona 50 manat maddi ziyan vurmuşdur. Daha sonra ona məxsus torpaq sahəsində əkdiyi yonca sahəsini traktorla şumladaraq ona 1400 manat maddi ziyan vurmuşdur. Yaranmış bu vəziyyət ona öz torpağından istifadə etməyə maneçilik törədir. Nə vaxt öz torpaq sahəsinə getsə cavabdeh ora gələrək nəlayiq sözlər işlədərək, onu təhqir edərək dava-şava salır. Bununla da onun mülkiyyət hüququ cavabdeh tərəfindən pozulur. Bu barədə o 102 xidmətinə zəng edərək Zaqatala rayon Polis şöbəsinə müraciət etmişdir. Zaqatala rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılaraq ona cəmi 2420 manat məbləğində maddi ziyan vurulması müəyyən edilmişdir. Lakin iş mülki xarakter daşıdığı üçün ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehin özbaşınalığının həddi-hüdudu yoxdur. Cavabdehdən ona məxsus torpaq sahəsindəki otu yandıraraq, 2 illik yonca bitkisini şumladaraq, fındıq tinglərinə dəymiş maddi ziyan müqabilində 2420 manat məbləğində pul tələb edir. Cavabdehin həqiqətən ona ziyan vurduğunu işdə olan xx.xx.2018-ci il tarixli Akt, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X46 İnkişaf Mərkəzinin xx.xx.2019-cu il tarixli 72 nömrəli məktubu və Zaqatala rayon Polis şöbəsinin cavabdeh barədə tərtib etdiyi qərarlar sübut edir.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, Bəhmətli kəndində onun mülkiyyətində 0,5 ha və 1,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələrini o, 2016-cı il tarixdə X3 alaraq, xx.xx.2018-ci il tarixdə reyestr nömrə 1S-5390, AN-İ № ******* nömrəli və reyestr nömrə 1S-5391, AN-İ № ******* nömrəli alqı-satqı müqavilələrinə əsasən rəsmiləşdirmişdir. Lakin həmin torpaq sahələrinə Çıxarış almamışdır. O həmin torpaq sahəsini kol-kosdan təmizləyərək orada 350 fındıq topası əkmişdir. Cavabdeh həmin torpaq sahələrinin özünün olmasını iddia edərək onunla dəfələrlə mübahisə etmiş və 2018-ci ilin yanvar ayında xəbərsiz həmin torpaq sahəsinə girərək onun əkdiyi 198 fındıq topasında olan 1386 tingi çıxarıb yandırmışdır. Bununla da ona 970 manat maddi ziyan vurmuşdur. Bundan başqa 2018-ci ilin iyul ayında ona məxsus torpaq sahəsində olan otu yandıraraq ona 50 manat maddi ziyan vurmuşdur. Daha sonra ona məxsus torpaq sahəsində əkdiyi yonca sahəsini traktorla şumladaraq ona 1400 manat maddi ziyan vurmuşdur. Yaranmış bu vəziyyət ona öz torpağından istifadə etməyə maneçilik törədir. Nə vaxt öz torpaq sahəsinə getsə cavabdeh ora gələrək nəlayiq sözlər işlədərək, onu təhqir edərək dava-şava salır. Bununla da onun mülkiyyət hüququ cavabdeh tərəfindən pozulur. Bu barədə o 102 xidmətinə zəng edərək Zaqatala rayon Polis şöbəsinə müraciət etmişdir. Zaqatala rayon polis şöbəsinin təhqiqat bölməsində araşdırma aparılaraq ona cəmi 2420 manat məbləğində maddi ziyan vurulması müəyyən edilmişdir. Lakin iş mülki xarakter daşıdığı üçün ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Cavabdehin özbaşınalığının həddi-hüdudu yoxdur. Cavabdehdən ona məxsus torpaq sahəsindəki otu yandıraraq, 2 illik yonca bitkisini şumladaraq, fındıq tinglərinə dəymiş maddi ziyan müqabilində 2420 manat məbləğində pul tələb edir. Cavabdehin həqiqətən ona ziyan vurduğunu işdə olan xx.xx.2018-ci il tarixli Akt, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin X46 İnkişaf Mərkəzinin xx.xx.2019-cu il tarixli 72 nömrəli məktubu və Zaqatala rayon Polis şöbəsinin cavabdeh barədə tərtib etdiyi qərarlar sübut edir. İddia ərizəsində göstərilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş edir.

5. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, Zaqatala rayon Bəhmətli kəndində “Yonca çölü” adlanan yerdə ona və ailəsinə məxsus 1 ha 81 sot torpaq sahəsi var. Həmin torpaq sahəsi 1996-cı ildə islahat vaxtı onlara verilmişdir. 2003-cü ildə onun ərazisinin 1 ha 50 sot yeri Əziz Cəlilova verilmişdir. 4 il əvvələ kimi həmin yerdən o, istifadə etmişdir. 4 il əvvəl həmkəndlisi İddiaçı Cəlil Əzizovdan torpaq almışdır. Dinar gəlib həmin yerin ona məxsus olduğunu demişdir. O, həmin yerdən əvvəllər özü istifadə etdiyi üçün oradan çıxmamışdır. Həmin torpaq sahəsinin çıxarışın ləğvi ilə bağlı Zaqatala rayon məhkəməsinə müraciət etmişdir. Onun tələbi təmin edilməmişdir. İddiaçı çıxarılmasını tələb etdiyi torpaq sahələri üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin ləğvi tələbi ilə bağlı Şəki İnzibati Məhkəməsində iddia qaldırmışdır. Qeyd etdiklərini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. İddia tələbinin 750 manat hissəsində baxılmamış saxlanılmasına etiraz etmir.

6. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 2(033)-3/2022 nömrəli 10 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı verdiyi iddia tələbinin “750 manat məbləğində 200 bağlama oğurlanmış otun dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində baxılmamış saxlanılmışdır.

7. Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Hüseynov X39 rayonu Bəhmətli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X23, X17, X34 və X24 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı- satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 1,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,80 ha hissəsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X48xəli oğluna, X17, X34 və X24 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 0,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,2526 ha hissəsindən çıxarılması, Cavabdeh qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh 2420 (iki min dörd yüz iyirmi) manat maddi zərər tutularaq İddiaçı xeyrinə ödənilməsi, Zaqatala Rayon Məhkəməsinin 2(033)- 3/2022 nömrəli 10 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı verdiyi iddia tələbinin “750 manat məbləğində 200 bağlama oğurlanmış otun dəyərinin cavabdehdən alınaraq ona ödənilməsi” hissəsində baxılmamış saxlanılması nəzərə alınması, iddia ərizəsi qalan hissədə rədd edilməsi, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi, Cavabdeh 193,20 (bir yüz doxsan üç manat iyirmi qəpik) manat mütəxəssis xərci alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi, 100 (yüz) manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X10 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. hesaba köçürülməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyət hüququ ilə X8, X28, X41 və X18 adına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2018ci il tarixdə reyestrdə 4Ə269 və 4Ə-268 nömrələr ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli və AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən X8, X28, X41 və X2 rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini İddiaçı satmışlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis rəyləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərtib etdiyi RX ******* saylı Çıxarışa əsasən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.80 ha hissəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərtib etdiyi RX ******* saylı Çıxarışda göstərilən 0,50 ha torpaq sahəsinin 0,2560 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı cavabdeh X19 mülkiyyətinə verilmiş 0,5 ha və 1,5 ha torpaq sahələrindən çıxarılmasını tələb edir. İddiaçı iddia tələbini qeyd edilən hissədə qəbul etmir. Gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır;

9. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyət hüququ ilə X8, X28, X41 və X18 adına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2018-ci il tarixdə reyestrdə 4Ə- 269 və 4Ə-268 nömrələr ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli və AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqavilələrinə əsasən X8, X28, X41 və X2 rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini İddiaçı satmışlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis rəyləri və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyləri ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərtib etdiyi RX ******* saylı Çıxarışa əsasən 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.80 ha hissəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərtib etdiyi RX ******* saylı Çıxarışda göstərilən 0,50 ha torpaq sahəsinin 0,2560 ha hissəsi Cavabdeh tərəfindən istifadə edilir. İddiaçı cavabdeh X19 mülkiyyətinə verilmiş 0,5 ha və 1,5 ha torpaq sahələrindən çıxarılmasını tələb edir. İddiaçı iddia tələbini qeyd edilən hissədə qəbul etmir. İşdən də görünür ki, mübahisələndirilən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan Daşınmaz əmlakın alqı-satqı müqavilələri mövcuddur. Göründüyü kimi, iddiaçı Zaqatala rayonu Bəhmədli kəndində yerləşən 0,5 ha və 1,5 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahələrinin mülkiyyətçisidir, onun gözlənilən mülkiyyət hüququ var və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,5 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,2526 ha hissəsini, 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə 0,80 hissəsini zəbt etmişdir. Cavabdehin torpaq sahələrinin həmin hissələri üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahələrindən istifadə edir. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçinin özünə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, Cavabdeh iddiaçıya məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,5 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,2526 ha hissəsindən və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin isə 0,80 hissəsindən çıxarılmalıdır. Məhkəmə araşdırmasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh X36 tərəfindən İddiaçı həmin torpaq sahəsində iddiaçı tərəfindən əkilmiş 198 fındıq topunda əkilmiş 1386 fındıq tinqi çıxarılıb yandırılmaqla 970 manat maddi zərər vurulması Zaqatala Rayon Polis Şöbəsinin xx.xx.2018-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmiş hallarla, cavabdehin iddiaçıya məxsus 20 kip yonca bağlamasını yandıraraq sonuncuya 50 manat maddi zərər vurması Zaqatala Rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli HK-1/897 nömrəli qərar ilə və iddiaçıya məxsus torpaq sahəsində əkilmiş 2 illik yonca bitkisini məhv etməklə ona cavabdeh tərəfindən 1400 manat maddi zərər vurması Zaqatala Rayon Polis Şöbəsinin xx.xx.2019- cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə müəyyən edilmiş hallarla öz təsdiqini tapmışdır. İddiaçı Cavabdeh tərəfindən ona vurulmuş 2420 manat maddi zərərin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsini tələb edir. Məhkəmə iddia tələbinin qeyd edilən hissədə də təmin edilməsini əsaslı hesab edir. məhkəmə iclasında tədqiq edilmiş sübutlarla cavabdehin iddiaçının mülkiyyətində olan əmlakları, yəni 198 fındıq topunda əkilmiş 1386 fındıq tinqi çıxarıb yandırılmaqla 970 manat maddi zərər vurması, 20 kip yonca bağlamasını yandıraraq 50 manat maddi zərər vurması və 2 illik yonca bitkisini məhv etməklə 1400 manat maddi zərər vurması Zaqatala Rayon Polis Şöbəsinin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarla öz təsdiqini tapdığından iddiaçı ona vurulmuş ziyanın ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə və 29-cu maddəsinə, N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997- ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə, S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarına, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 139-1.1.3, 152.1, 152.5, 157.2 157.4, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2 və 111.3-cü maddələrinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.1, 82.3, 82.4, 107, 119.1, 217.4 və 218.3-cü maddələri ilə əsaslandırmışdır.

11. Həmin qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.

Apellyasiya instansiya məhkəməsindəki birinci icraat

12. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-569/2022 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Zaqatala Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(107)-569/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmişdir.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4468/2022 saylı qərarı ilə, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 aprel 2022-ci il tarixli, 2(107)-569/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qət edilmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(102)-4468/2022 saylı qərarında göstərilmişdir ki, birinci instansiyası məhkəməsi işin həlli ilə bağlı ilkin və əlavə məhkəmə tikinti-texniki ekspertizaları təyin etmiş və iş üzrə qərarın 5 və 6-cı bəndlərində qeyd olunan məzmunda rəylər alınmışdır.

16. Lakin iş materiallarından müəyyən olunur ki, hər iki dəfə məhkəmə tərəfindən ekspertiza təyin edilərkən cavabdehə və onun ailə üzvlərinə verilmiş 3,26 ha torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi tapşırılsa da, birinci rəydə bu suala ümumiyyətlə cavab verilməmiş, 16 sentyabr 2020-ci il tarixli ekspert rəyində isə göstərilmişdir ki, JN-317 kod 40203018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli 38 nömrəli qərarı ilə 3,26 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə verilmiş torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır.

17. Ekspert rəyində həmçinin qeyd olunmuşdur ki, Zaqatala və Xızı rayonlarında Pilot layihə olaraq 1995-1996-cı illərdə torpaq islahatı aparılmışdır. 2003-cü ildə Zaqatala rayonunda aparılmış torpaq islahatında müəyyən səhvlərin aradan qaldırılması məqsədi ilə yerquruluşu sənədlərin dürüstləşdirmə işləri aparılmışdır. Aparılmış islaha zamanı verilən Dövlət Aktlarında müəyyən səhvlər olduğu üçün vətəndaşlardan həmin Dövlət Aktları geri yığılmış, əvəzində 2003-cü ildə aparılmış islahatın nəticələrinə uyğun olaraq yenidən vətəndaşlara Torpaq sahəsinin Planı və Ölçüsü sənədi təqdim edilmişdir. Bu səbəbdən JN-317 KOD 40203018 nömrəli torpağa mülkiyyət hüququna dair X51 Baza məlumatlarında öz əksini tapan Kompleks yerquruluşu layihələrində mövcud deyildir.

18. Göründüyü kimi, ekspert rəyi ilə cavabdehin mülkiyyətində olan torpaq sahəsinin iddiaçıya satılan torpaqla üst-üstə düşməməsi müəyyən edilməmişdir. Hazırki iddianın həlli üçün iddiaçının torpaq sahəsinin zəbt olub-olmamasının, yəni cavabdehin mübahisəli torpaq sahəsindən istifadə və sahibliyinin qanunsuz olubolmamasının müəyyən edilməsi əhəmiyyət kəsb etdiyi halda, bu istiqamətdə aparılmış araşdırma nəticəsiz qalmış və buna baxmayaraq apellyasiya məhkəməsi iddianın təmin edilməsini qanuni hesab etmişdir.

19. Bu zaman apellyasiya məhkəməsi cavabdehin birinci və apellyasiya məhkəməsində mübahisəli hissənin onun mülkiyyətində olması barədə hər hansı sənədi təqdim etmədiyini qeyd etsə də, onun torpağa iddia etdiyi mülkiyyət hüququnun təsdiqi kimi Torpağa mülkiyyət hüququna dair JN-317 Kod 40203018 nömrəli Dövlət Aktı birinci instansiya məhkəməsinə verilmişdir.

20. Beləliklə, cavabdehin torpaq sahəsi üzrə mülkiyyət hüquqlarını, iddiaçının isə alqı-satqı müqaviləsi üzrə gözlənilən mülkiyyət hüququnu təsdiq edən sənədlər qüvvədə olduğu və cavabdehin mülkiyyətindəki torpağın yerləşdiyi ərazi müəyyən edilmədiyi halda, iddiaçının mülkiyyət hüququnun pozulmasından ibarət olan məhkəmələrin gəldikləri nəticə natamam araşdırmanın nəticəsi olmuşdur. Cavabdeh apellyasiya şikayətində qeyd olunan hallara istinad etsə də, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilləri üzrə araşdırma aparmamışdır.

21. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi MPM-in 101.7, 103.1, 218.1 və 392-ci maddələrinin tələblərini pozmuş və bu pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

22. Həmçinin iddia tələbi ziyan hissəsində iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun pozulmasına əsaslandığından, yuxarıda qeyd olunan məsələlərin həlli nəticəsində bu tələbə də bir daha hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiya məhkəməsindəki ikinci icraat

a) Apellyasiya şikayətinin dəlilləri

23. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, məhkəmə Cavabdeh, X9, X37, X38, X11 adına Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı ilə verilmiş JN seriyalı 317 nömrəli KOD 40203018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”nın qüvvədə olmasına baxmayaraq, X8, X28, X41 və X12 adına olan Torpaq sahələrinə dair A seriyalı 246178 nömrəli və A seriyalı 246177 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərinə istinad edərək qətnamə qəbul etmişdir.

24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 01 sentyabr 2020-ci il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən 16 sentyabr 2020-ci il tarixdə verilmiş 10/583 nömrəli ekspert rəyindən görünür ki, JN-317 kod40203018 nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 1996-cı il 18 iyul tarixli 38 nömrəli qərarı ilə 3,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı məqsədilə verilmiş torpaq sahəsinin sərhədlərini müəyyən etmək mümkün olmamışdır.

25. Cavabdeh xüsusi mülkiyyətindən istifadəyə görə qət edilmiş, 2420 manat maddi zərərin İddiaçı xeyrinə verilməsi və onun həmin torpaq sahəsindən çıxarılmaı üçün əsas yoxdur.

26. İşə mahiyyəti üzrə baxmış birinci instansiya məhkəməsi həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır.

27. Məhkəmənin mübahisəli torpaq sahələrinin sərhədlərini müəyyən etmədən, işin faktiki hallarını araşdırmadan Cavabdeh Zaqatala rayonu Bəhmətli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X23, MəmmədovaDilarə Əziz qızına, X34 və X26 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İ seriyalı0675150 nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 1,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,80 ha hissəsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın DövlətReyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X48xəli oğluna,X17, X34 və Musayeva LamiyəƏziz qızına ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İseriyalı ******* nömrəli Daşınmaz Əmlakın AlqıSatqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 0,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin 0,2526 ha hissəsindən çıxarılması barədə qətnamə qəbul etməsi ədalətli deyildir.

28. Əksinə, işdə olan Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2(033)- 48/2021 nömrəli qətnaməsindən də göründüyü kimi, Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC tərəfindən 428 nömrəli, 23 oktyabr 2020-ci iltarixli ekspert rəyindən görünür ki, mülki işə əlavə edilmiş sullarla bağlı Zaqatala rayonu Bəhmətli kəndi ərazisində yerləşən iddiaçı X4 və digərlərinin JN317 dövlət aktı ilə mülkiyyətlərinə verilən 3,26 hatorpaq sahəsinin 317 saylı plan üzrə 1,8188 ha torpaq sahəsi əsasında istifadə etdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları qeydə alınmışdır. Qeydə alınan koordinatların hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində, eləcə də X22 materialında və ortofotoplan üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır.

29. Belə ki, ərazinin ümumi xəritəsində iddiaçıların istifadəsində olduğu torpaq sahəsi ilə DƏDRX tərəfindən cavabdehlərin mülkiyyətinə verilən A seriyalı 246177 nömrəli və A seriyalı 435087 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən naturada torpaq sahələrinin konturları üst-üstə düşür. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli2(033)-48/2021 nömrəli qətnaməsindən də göründüyü kimi, Azərbaycan Respublikası MüstəqilMəhkəmə Ekspertizası MMC tərəfindən 428 nömrəli, 23 oktyabr 2020-ci iltarixli ekspert rəyindən görünür ki, mülki işə əlavə edilmiş sullarla bağlı Zaqatala rayonu Bəhmətli kəndi ərazisində yerləşən iddiaçı X4 və digərlərinin JN-317 dövlət aktı ilə mülkiyyətlərinə verilən 3,26 hatorpaq sahəsinin 317 saylı plan üzrə 1,8188 ha torpaq sahəsi əsasında istifadə etdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları qeydə alınmışdır. Qeydə alınan koordinatların hüquqmüəyyənedici sənədlər əsasında ərazinin ümumi xəritəsində, eləcə də X22 materialında və ortofotoplan üzərində dəqiqləşdirilməsi işləri aparılmışdır.

30. Belə ki, ərazinin ümumi xəritəsində iddiaçıların istifadəsində olduğu torpaq sahəsi ilə DƏDRX tərəfindən xəritəsində iddiaçıların istifadəsində olduğu torpaq sahəsi ilə DƏDRX tərəfindən cavabdehlərin mülkiyyətinə verilən A seriyalı 246177 nömrəli və A seriyalı 435087 nömrəli plan və ölçü sənədində göstərilən koordinatlara əsasən naturada torpaq sahələrinin konturları üst-üstə düşür. Lakin, işə baxan Zaqatala Rayon Məhkəməsi nəyə görəAzərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMCtərəfindən 428 nömrəli, 23 oktyabr 2020-ci il tarixli ekspert rəyin i y o x, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə EkspertizaMərkəzi tərəfindən 16 sentyabr 2020-ci il tarixdə verilmiş 10/583 nömrəli ekspert rəyini sübut kimi qiymətləndirməsini öz qərarında əsaslandırmamışdır. Məhkəmə ümumiyyətlə qeyd olunan rəylər arasındakı ziddiyəti araşdırmamışdır.

31. Belə ki, Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli,38 nömrəli qərarına əsasən Cavabdeh və onun ailə üzvləriin ümumi birgə mülkiyyətinə Zaqatala rayonu, Bəhmətli kəndində3,26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş və həmin torpaq sahəsi üzərində hüquqları JN seriyalı 317 nömrəli KOD 40203018 “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı”ilə rəsmiləşdirilmişdir. Mülki işə əlavə edilmiş JN-317 KOD 40203018 saylı dövlət aktının surətindən görünür ki, X29, X9, HüseynovRəvan Murad oğlu, X38, X30 vəCavabdeh Zaqatala rayonu Aqrar İslahatı Komissiyasının 18iyul 1996-cı il tarixli 38 nömrəli qərarı ilə 3,26 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı əsasındaCavabdeh və onun ailə üzvlərinin adına işlənmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” halhazıradək qüvvədə olduğundan və heç bir dövlət orqanı və yaxud məhkəmə tərəfindən ləğv edilmədiyindən onların mülkiyyəti dövlət tərəfindən tanınan və qorunan hüququ olduğu halda məhkəmə bu hüququ pozmuşdur.

32. Həmçinin Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarı əsasında Cavabdehn və ailə üzvlərinin mülkiyyət hüququ X35, X28, X41 və X5 mülkiyyət hüququndan daha əvvəl qeydiyyata alınmışdır. Cavabdeh torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən JN-317 KOD 40203018 saylı dövlətaktı bü günədək də qüvvədədir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Zaqatala Rayon Məhəkəməsin 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 iş nömrəli qətnaməsinin, qismən, yəni, iddianın təmin edildiyi hissədə ləğv edilməsi və iddianın ümumilikdə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

33. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

34. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

35. Cavabdeh və cavabdehin vəkili Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

36. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

38. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111.1-ci, 111.2-ci və 111.3-cü maddələrinin tələblərinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt olunmuş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdırr.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.

39. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır 88-ci maddəsi Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

40. Qərar: “X13rşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

Apellyasiya baxışının hədləri

41. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

44. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

45. Apellyator Zaqatala Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(033)- 3/2022 nömrəli qətnaməsini qismən, yəni iddianın təmin edilmiş hissəsində ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası Cavabdeh apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb, onun apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilən və məhkəmə xərclərinə aid hissələrdə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

47. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

48. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 18 saylı Ərazi İdarəsi tərəfindən 14 fevral 2018-ci il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli və RX seriyalı, ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri ümumi birgə mülkiyyət hüququ ilə X8, X28, X41 və X18 adına daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin planı və ölçüsü işlənilməklə qeydiyyata alınmışdır. Zaqatala rayonu 2 saylı Dövlət Notariat Kontorunda xx.xx.2018ci il tarixdə reyestrdə 4Ə269 və 4Ə-268 nömrələr ilə qeyd edilmiş AN-1 seriyalı ******* nömrəli və AN-1 seriyalı ******* nömrəli 18 fevral 2018-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqavilələrinə əsasən X8, X28, X41 və X2 rayonu Bəhmətli kəndində yerləşən 0,50 ha və 1,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrini İddiaçı satmışlar. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 18 iyul 1996-cı il tarixli, 38 nömrəli qərarına əsasında X14 və onun ailə üzvlərinin, o cümlədən Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə JN 317, Kodu 40203018 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə Zaqatala rayonu Bəhmədli kəndinin ərazisindən 3,26 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli qərarına əsasən isə X25 və onun ailə üzvlərinə Zaqatala rayonu Bəhmədli kəndinin ərazisindən 13400 kv/m, 7991 kv/m, 5667,6 kv/m, 750,4 kv/m, 2158,19 kv/m torpaq sahələri ayrılmışdır. xx.xx.2018-ci il tarixli alqı-satqı müqavilələri əsasında əldə etdiyi torpaq sahələrinin Cavabdeh tərəfindən zəbt edildiyini, Cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu iddia edən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən iddia tələbi qəbul edilməmişdir.

49. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş və məhkəmə xərclərinə aid hissələrdə gəldiyi nəticə, MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinə cavab vermir.

50. Belə ki, apellyasiya şikayətinin Cavabdeh xüsusi mülkiyyətindən istifadəyə görə qət edilmiş, 2420 manat maddi zərərin İddiaçı xeyrinə verilməsi və onun həmin torpaq sahəsindən çıxarılması üçün əsasın olmamasına, Cavabdeh və onun ailə üzvlərinin adına işlənmiş “Torpağa mülkiyyət hüququna dair Dövlət aktı” hal-hazıradək qüvvədə olduğundan və heç bir dövlət orqanı və yaxud məhkəmə tərəfindən ləğv edilmədiyindən onların mülkiyyəti dövlət tərəfindən tanınan və qorunan hüququ olduğu halda bu hüququnun pozulmasına dair dəlilləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsi, cavabdeh tərəfindən iddiaçıya maddi ziyanın vurulub-vurulmamasının müəyyən edilməsi, mülki işin tam, hərtərəfli və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə, Şəki Apellyasiya Məhkəməsinin 04 aprel 2023-cü il tarixli qərardadı ilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizası, Şəki Apellyasiya Məhkəməsinin 29 avqust 2023-cü il tarixli qərardadı ilə isə kompleks təkrar məhkəmə tikinti-texniki və əlavə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizaların aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır.

51. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 iyun 2023-cü il tarixli, 9/2927 nömrəli ekspert rəyində göstərilir ki: Ekspertiza təyini haqqında qərardadda qeyd edilən 2017-ci ilin yanvar ayında (İddiaçı məxsus) Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən cəmi 2 ha torpaq sahəsində əkilmiş, 2018-ci ilin yanvar ayında həmin torpaq sahəsindən çıxarılmış 198 fındıq topasında olan 1386 fındıq tinginin orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1386,00 (1386 x 1 man) manat, 20 ədəd yonca bağlamasının 2018-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 60,00 (20 x 3 man) manat müəyyən edilir.

52. Qeyd: Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir.

53. Verilmiş vəsatət təmin edilmədiyindən qərardadın 12-ci sualı üzrə tədqiqat aparmaq mümkün olmadı.

54. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 avqust 2023-cü il tarixli, 10/2737 nömrəli ekspert rəyində göstərilir ki, Məhkəmə Ekspertizası Mərkəzinə xx.xx.2023-cü il tarixdə təqdim edilmiş Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastn və Reyestri publik hüquqi şəxsin 18 saylı Zaqatala Ərazi İdarəsi tənəfindən tərtib edilmiş müvafiq mütəxəssis nəyinə əsasən aşağıdakılar müəyyən olunur:

55. 18 fevral 2018-ci il tarixli, ******* saylı alqı-satqı müqäviləsinə əsasən İddiaçı məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən X1 Dilarə Əziz qızı, X41 və X12 ümumi birgə mülkiyyətində olmuş sahəsi 0.50 ha olan torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir.

56. Koordinatları müəyyən edildikdən sonra 18 fevral 2018-ci il tarixli, ******* saylı alqı- satqı müqaviləsinə əsasən İddiaçı məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən ümumi sahəsi 0.50 ha olan torpaq sahəsinin naturada ölçüləri 0.50 hektardır.

57. 18 fevral 2018-ci il tarixli, ******* saylı alqı-satqı müqaviləsinə əsasən İddiaçı məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışa əsasən X8, X28, X41 və X12 ümumi birgə mülkiyyətlərində olmuş sahəsi 1.5 ha olan torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları müəyyən edilmişdir.

58. Koordinatlar müəyyən edildikdən sonra 18 fevral 2018-ci il tarixli, ******* saylı alqı- satqı müqaviləsinə əsasən İddiaçı məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən ümumi sahəsi 1.50 ha olan torpaq sahəsinin naturada ölçüləri 1.50 hektardır.

59. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X20 adına verilmiş Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən A 434397 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin sənəddə göstərilən 13400 kv/m, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X25 verilmiş A 434396 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin sənəddə göstərilən 7991 kv.m, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X25 verilmiş A 128218 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin sənəddə göstərilən 5667.6 kv.m, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X25 verilmiş A 128241 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən həmin sənəddə göstərilən 750.4 kv.m, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X25 verilmiş A 128689 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən həmin sənəddə göstərilən 2158 kv.m torpaq sahələrinin onlara dair verilmiş sənədlərdə göstərilmiş koordintları müəyyən edilmişdir.

60. Koordinatları müəyyən edildikdən sonra Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X21 adına verilmiş Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən A 434397 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin sənəddə göstərilən 13400 kv/m, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X25 verilmiş A 434396 nömrəli Torpaq sahəsinin pjanı və ölçüsü” sənədinə əsasən həmin sənəddə göstərilən 7991 kv/m, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X25 verilmiş A 128218 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin sənəddə göstərilən 5667.6 kv.m, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X25 verilmiş A 128241 nömrəli ‘Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin sənəddə göstərilən 750.4 kv.m, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X25 verilmiş A 128689 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin sənəddə göstərilən 2158.19 kv.m torpaq sahələrinin naturada ölçülən müəyyən edilmişdir.

61. 18 fevral 2018-ci il tarixli, ******* saylı, 18 fevral 2018-ci il tarixli, ******* saylı müqavilələrinə əsasən İddiaçı məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən ümumi sahəsi 1.5 ha və 0.50 ha olan torpaq sahələrinin sənəddə göstərilmiş koordinatları və naturada ölçüləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X21 adına verilmiş Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən A 434397 nömrəli Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən həmin sənəddə göstərilən 13400 kv.m, A 434396 nömrəli Torpaq sahəsinin planı və ölçüsü" sənədinə əsasən həmin sənəddə göstərilən 7991 kv.m, A 128218 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin sənəddə göstərilən kv.m, A 128241 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin sənəddə göstərilən 750.4 kv.m, A 128689 nömrəli Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən həmin sənəddə göstərilən 2158.19 kv.m torpaq sahələrinin koordinatları və naturada ölçüləri ilə üst-üstə düşmür.

62. 18 fevral 2018-ci il tarixli, ******* saylı, 18 fevral 2018-ci il tarixli, ******* saylı müqavilələrinə əsasən İddiaçı məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən ümumi sahəsi 1.5 ha və 0.50 ha olan torpaq sahələrinin sənəddə göstərilmiş koordinatları və naturada ölçüləri JN Kod 40203018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən X21 və digərlərininin (o cümlədən Cavabdeh) birgə mülkiyyətlərinə verilmiş Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 3.26 ha torpaq sahəsinin koordinatları və naturada ölçüləri ilə üst- i üstə düşüb-düşməməsi ilə bağlı bildirik ki, JN Kod 40203018 nömrəli Torpağa mülkiyyət hüququna dair dövlət aktının cigiləri idarəmizin xidməti istifadəsində olan elektron məlumat bazasında öz əksini tapmadığına görə həmin torpaq sahələrinin üst-üstə düşüb-düşməməsinin müəyyən etmək olmamışdır.

63. İddiaçı məxsus Zaqatala rayonu, Bəhmətli kəndində yerləşən ümumi sahəsi 1.5 ha və 0.5 ha olan torpaq sahələri Cavabdeh tərəfindən zəbt edilməmişdir.

64. Qərardadın 11, 12 və 13-cü suallannın cavablandınlması Mühəndis-Texniki Ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsi aid olmadığından həmin suallar üzrə tədqiqat aparılmadı.

65. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/7202-9/7321 nömrəli ekspert rəyində göstərilir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin tərtib etdiyi mütəxəssis rəyinə əsasən aşağıdakılar müəyyən olunur:

66. İddiaçı məxsus Zaqatala rayon sahəsi 1.5 ha və 0.5 ha olan torpaq sahələri Cavabdeh tərəfindən zəbt edilməmişdir.

67. İş materialında olan, Kənd Təsərrüfatı Nazirliyinin X46 İnkişaf Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli mütəxəssis rəyində qeyd edilənlərə əsasən Respublikada yerləşən yem satışı mağazalarında və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə 400 ədəd yonca bağlamasının 2018-ci ilin aprel-iyul aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1200,00(400x 3 man) manat müəyyən edilir.

68. Qeyd: Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir.

69. Kollegiya qeyd edir ki, təkrar məhkəmə tikinti texniki ekspertizası üzrə 10 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/7202-9/7321 nömrəli ekspert rəyindən göründüyü kimi İddiaçı məxsus sahəsi 1.5 ha və 0.5 ha olan torpaq sahələri Cavabdeh tərəfindən zəbt edilməmişdir.

70. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan birinci instansiya məhkəməsində məhkəmə araşdırması dövründə alınmış məhkəmə tikinti texniki ekspertizasının 12 noyabr 2019-cu il tarixdə verdiyi 18395 nömrəli rəydə İddiaçı məxsus 1.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.80 ha hissəsinin, məhkəmə tikinti texniki ekspertizasının 16 sentyabr 2020-ci il tarixdə verdiyi 10/583 nömrəli rəyində isə İddiaçı məxsus 0,50 ha torpaq sahəsinin 0,2560 ha hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi qeyd edilsə də həmin ekspertiza rəylərinin verilməsi üçün əsas olmuş məhkəmə qərardadlarına diqqət yetirildikdə ekspert qarşısında tərəflərə məxsus torpaq sahələrinin ayrılıqda sənəd üzrə koordinatlarının, naturada ölçülərinin dəqiqləşdirilməsinə, tədqiqat aparılarkən Zaqatala rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 2003-cü il tarixli qərarına əsasən X25 və onun ailə üzvlərinə Zaqatala rayonu Bəhmədli kəndinin ərazisindən verilmiş torpaq sahələrinin də sənəd üzrə koordinatlarının, naturada ölçülərinin aydınlaşdırılmasına dair sualların qoyulmadığı müəyyən edilmişdir.

71. Bu baxımdan iş materiallarında olan məhkəmə tikinti texniki ekspertizasının 12 noyabr 2019-cu il tarixli 18395 nömrəli, 16 sentyabr 2020-ci il tarixli 10/583 nömrəli rəylərində iddiaçıya məxsus torpaq sahələrinin 0.80 ha və 0,2560 ha hissələrinin cavabdeh tərəfindən zəbt edilməsinə dair qeyd edilənlər məhkəmə kollegiyasının təyin etdiyi təkrar məhkəmə tikinti texniki ekspertizasının 10 iyul 2024-cü il tarixli, 3-16-16/2- 10/7202-9/7321 nömrəli rəyi ilə təkzib edilmişdir. Hansı ki, məhkəmə kollegiyasının qərardadı üzrə verilmiş 01 avqust 2023-cü il tarixli, 10/2737 nömrəli ekspert rəyində də iddiaçıya məxsus torpaq sahəsinin zəbt edilib-edilməməsi məsələsi üzrə 10 iyul 2024cü il tarixli, 3-16-16/2-10/7202-9/7321 nömrəli ekspert rəyində göstərilənlərlə eyni mövqe ifadə edilmişdir.

72. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsində məhkəmə araşdırması dövründə alınmış məhkəmə tikinti texniki ekspertizasının 12 noyabr 2019-cu il tarixli 18395 nömrəli, 16 sentyabr 2020-ci il tarixli 10/583 nömrəli rəylərinə tənqidi yanaşır və mübahisənin həllində həmin rəylərə istinad edilməsini mümkün hesab etmir.

73. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ona məxsus 1,50 ha torpaq sahəsindən 0,80 ha hissəsinin, 0,50 ha torpaq sahəsindən isə 0,2560 ha hissəsinin Cavabdeh tərəfindən zəbt edilməsi, Cavabdeh tərəfindən ona 2420 manat maddi zərər vurması barədə göstərdikləri, digər sübutlarla təsdiqini tapmadığı halda özlüyündə iddianın təmin edilməsi üçün yetərli sayıla bilməz. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/7202-9/7321 nömrəli ekspert rəyi ilə İddiaçı məxsus sahəsi 1.5 ha və 0.5 ha olan torpaq sahələrinin Cavabdeh tərəfindən zəbt edilməməsi müəyyən edilmişdir.

74. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

76. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

77. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/7202-9/7321 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

78. Şərh edilənlər nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, təkrar məhkəmə tikinti texniki ekspertizasının 10 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/7202- 9/7321 nömrəli rəyi iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir.

79. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya məxsus torpaq sahələrinin cavabdeh tərəfindən zəbt edilməsi halı təsdiqini tapmadığı halda, iddiaçının cavabdehdən həmin torpaq sahələri üzrə 2420 manat maddi zərərin və 30 manat dövlət rüsumunun ödənilməsini tələb etməsi özü-özlüyündə əsasssızdır.

80. Məhkəmə kollegiyası apellyasiya şikayətinin 2(033)-48/2021 nömrəli qətnamədə istinad edilmiş Azərbaycan Respublikası Müstəqil Məhkəmə Ekspertizası MMC tərəfindən 428 nömrəli, 23 oktyabr 2020-ci iltarixli ekspert rəyindən Zaqatala rayonu Bəhmətli kəndi ərazisində yerləşən iddiaçı X4 və digərlərinin JN317 dövlət aktı ilə mülkiyyətlərinə verilən 3,26 hatorpaq sahəsinin 317 saylı plan üzrə 1,8188 ha torpaq sahəsi əsasında istifadə etdikləri kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatlarının qeydə alınmasının görünməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Müstəqil Məhkəmə Ekspertizası MMC-nin rəyi ekspertiza deyil, mütəxəssis rəyidir. Məhkəmə kollegiyası tərəfindən qəbul edilmiş qərardad üzrə verilmiş ekspertiza rəyi isə ərazinin torpaq baza məlumatlarının cəmləşdiyi mütəxəssis rəylərinə, yəni Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 18 saylı Zaqatala Ərazi İdarəsinin rəylərinə əsaslanmışdır. Bu baxımdan məhkəmə kollegiyası mütəxəssis Müstəqil Məhkəmə Ekspertizası MMC-nin deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.2-ci maddəsinin tələbi baxımdan mötəbər sübut kimi istinad edilməsi yolverilən olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 iyul 2024-cü il tarixli, 3-16-16/2-10/7202-9/7321 nömrəli ekspert rəyinə istinad edilməsini daha əsaslı hesab etmişdir.

81. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iddianın təmin edilən və cavabdehdən məhkəmə xərclərinin tutulmasına dair hissələrində gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin hissələrdə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır.

82. Kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni yalnız iddianın təmin edilmiş hissəsində mübahisələndirsə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə uyğun olaraq tərəfin mübahisələndirməsindən asılı olmayaraq ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq məhkəmə xərclərinin işdə iştirak edən şəxslərə aid edilməsi məsələsi də məhkəmə tərəfindən həll edilməlidir.

83. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş, Cavabdeh Zaqatala rayonu Bəhmətli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X23, X17, X34 və X24 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı- satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 1,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,80 ha hissəsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X48xəli oğluna, X17, X34 və X24 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 0,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,2526 ha hissəsindən çıxarılması, Cavabdeh qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh 2420 (iki min dörd yüz iyirmi) manat maddi zərərin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, həmçinin Cavabdeh 193,20 (bir yüz doxsan üç manat iyirmi qəpik) manat mütəxəssis xərcinin alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi, 100 (yüz) manat ekspertiza xərcinin isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X10 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. hesaba köçürülməsi hissələrində ləğv edilməli, ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilməli, Cavabdeh İddiaçı məxsus Bəhmətli kəndində yerləşən 0.5 ha torpaq sahəsinin 0,2526 ha hissəsindən, 1,5 ha torpaq sahəsinin 0,80 ha hissəsindən çıxarılması, cavabdehin qərəzli hərəkətlərinə son qoyulması, ona vurulmuş 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində maddi zərərin və ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 2450 manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsinə dair hissələrdə iddia tələbi rədd edilməlidir.

84. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilməli, birinci instansiya məhkəməsində aparılmış tədqiqatlar üzrə 193,20 manat mütəxəssis xərci İddiaçı alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba, birinci instansiya məhkəməsində və məhkəmə kollegiyasının araşdırması dövründə aparılmış ekspertiza tədqiqatları üzrə cəmi 260 manat ekspertiza xərci İddiaçı alınaraq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601000**********4 SWİFT BİK CTREAZ 22) köçürülməlidir.

85. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli, 2(033)-3/2022 nömrəli qətnaməsi qismən, yəni iddianın təmin edilmiş, Cavabdeh Zaqatala rayonu Bəhmətli kəndində yerləşən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X23, X17, X34 və X24 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı- satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 1,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,80 ha hissəsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 14 fevral 2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış əsasında X48xəli oğluna, X17, X34 və X24 ümumi birgə mülkiyyət hüququ əsasında məxsus olan və AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsinə əsasən İddiaçı xeyrinə özgəninkiləşdirilmiş 0,50 ha kənd təsərrüfatı (Əkin) təyinatlı torpaq sahəsinin zəbt etdiyi 0,2526 ha hissəsindən çıxarılması, Cavabdeh qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh 2420 (iki min dörd yüz iyirmi) manat maddi zərərin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı xeyrinə ödənilməsi, həmçinin Cavabdeh 193,20 (bir yüz doxsan üç manat iyirmi qəpik) manat mütəxəssis xərcinin alınaraq- Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba ödənilməsi, 100 (yüz) manat ekspertiza xərcinin isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3, X10 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. hesaba köçürülməsi hissələrində ləğv edilsin. Ləğv edilmiş hissələrdə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı məxsus Zaqatala rayonu Bəhmətli kəndində yerləşən 0.5 ha torpaq sahəsinin 0,2526 ha hissəsindən, 1,5 ha torpaq sahəsinin 0,80 ha hissəsindən çıxarılması, cavabdehin qərəzli hərəkətlərinə son qoyulması, ona vurulmuş 2420 (iki min dörd yüz iyirmi) manat məbləğində maddi zərərin və ödəmiş olduğu 30 (otuz) manat məbləğində dövlət rüsumunun, cəmi 2450 (iki min dörd yüz əlli) manat məbləğində pulun alınaraq onun xeyrinə ödənilməsinə dair hissələrdə iddia tələbi rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. İddiaçı 193,20 manat mütəxəssis xərci alınaraq-Benefisiarın adı: Kadastr və Yerquruluşu Layihə Tədqiqatlar Mərkəzi, VÖEN **********, Benefisiarın hesabı: AZ23AİİB******************** hesaba, cəmi 260 manat ekspertiza xərci isə alınaraq dövlət büdcəsi hesabına (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X7, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601000**********4 SWİFT BİK CTREAZ 22) köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar