Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-31/2025 28.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən olunması tələbinə dair” ilk iddia, cavabdeh Cavabdeh iddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 qarşı “payın naturada bölünməsi tələbinə dair” qarşılıqlı iddia (açar sözlər: Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – X1 və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh - Cavabdeh vəkili vəkil2 iştirakı ilə, İddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 cavabdeh Cavabdeh qarşı “ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən olunması tələbinə dair” ilk iddia, cavabdeh Cavabdeh iddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 qarşı “payın naturada bölünməsi tələbinə dair” qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2023-cü il tаrixli, *(***)-**/**** saylı qətnаməsindən cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan torpağın mülkiyyətə verilməsinə dair JN-***F saylı kod 90200002 olan şəhadətnamədən görünür ki, Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının ##.##.2000-ci il tarixli *** saylı sərəncamı ilə 0.23 ha torpaq sahəsi iddiaçı3, iddiaçı1, iddiaçı2 və Cavabdeh mülkiyyətinə verilmişdir.
2. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı, 902013003800-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ümumi sahəsi 15.2 kv.m olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi üzərində iddiaçı3 tam mülkiyyət hüququ, həmin ünvanda yerləşən 0.23 ha torpaq sahəsi üzərində iddiaçı3 ümumi birgə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrində ##.##.2014–cü il tarixdə 2014006641 nömrə ilə qeydiyyata alınmışdır. Həmin ünvanda yerləşən 0.23 ha torpaq sahəsi iddiaçı3, iddiaçı2, Cavabdeh və iddiaçı1 ümumi birgə mülkiyyətindədir.
3. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlarından görünür ki, iddiaçı3, iddiaçı2, Cavabdeh və digər şəxslər ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatdadırlar.
4. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli **/**** saylı ekspert rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.23 ha olan həyətyanı torpaq sahəsinin dəqiqliklə yerləşmə mövqeyini, sahəsini və sərhədlərini müəyyən etmək mümkün olmadığından, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır.
5. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli, **/**** saylı əlavə ekspert rəyindən görünür ki, iddiaçı2, iddiaçı3, iddiaçı1 və Cavabdeh ümumi paylı mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.23 ha olan həyətyanı torpaq sahəsindən iddiaçılar (qarşılıqlı iddia üzrə cavabdehlər) iddiaçı2, iddiaçı3, iddiaçı1 paylarından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh 1/4 hissədə payının naturada bölünməsi (ayrılması) texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir. 2-ci və 3-cü sual üzrə tədqiq olan torpaq sahəsinin bölgüsü mümkün olmadığından qərardadın bu sualları üzrə tədqiqat aparılmamışdır.
II. Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 Cavabdeh qarşı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsindən payların müəyyən olunması tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, məhkəmədən ümumi birgə mülkiyyətdə olan ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin iddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 və cavabdeh Cavabdeh bərabər hissədə olmaqla, hər birinə ¼ hissədə payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Cavabdeh Cavabdeh iddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 qarşı payın naturada bölünməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən onun ünvan 2 ünvanında yerləşən 0.23 ha torpaq sahəsində olan 0.0575 ha torpaq sahəsinin naturada bölünərək mülkiyyətinə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Birinci instansiya məhkəməsinin iclasında iddiaçıların nümayəndəsi və vəkili ilk iddia tələbini müdafiə etmiş, qarşılıqlı iddianı qəbul etməmiş, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, iddiaçılar və cavabdeh Cavabdeh ünvan 5 ünvanında yerləşən torpaq sahəsinin mülkiyyətçiləridirlər. Sözügedən ünvana aid RX ******* №-li çıxarışdan da göründüyü kimi sözügedən ünvanda olan yaşayış evi tam olaraq iddiaçı3 məxsusdur. Lakin 0,23 ha torpaq sahəsi təmsil etdiyi şəxslərin və cavabdehin ümumi birgə mülkiyyətindədir. Onlar arasında sözügedən torpaq sahəsinin bölünməsi ilə bağlı mübahisə vardır. Cavabdeh sözügedən torpaq sahəsinin ümumi birgə mülkiyyətdə olmasından istifadə edib torpağın bağışlanmasının və ya başqa formada özgəninkiləşdirilməsinin qarşısını alır. Torpaqda payların müəyyən olunması bütün mülkiyyətçilərinin öz mülkiyyət hüquqlarından səmərəli istifadə etməsinə şərait yaradacaqdır. Odur ki, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir.
9. Birinci instansiya məhkəməsinin iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil2 ilk iddianı qismən qəbul etmiş, qarşılıqlı iddianı müdafiə etmiş və qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək göstərdmişdir ki, iddiaçılar təmsil etdiyi şəxsə qarşı ümumi birgə mülkiyyətdə olan torpaqda payların müəyyən olunmasına dair iddia qaldırmışlar. Təmsil etdiyi şəxs həmin ünvanda qeydiyyatdadır. ünvan 2 ünvanda yerləşən 0.23 ha torpaq sahəsi ilkin iddiaçılarla təmsil etdiyi şəxsin ümumi birgə mülkiyyətindədir. Yəni onların hər birinin payı ¼ hissədədir. Dəfələrlə payının naturada bölünüb verilməsini istəmişdir. İlkin iddiaçılar öz ərizələrində qeyd etmişlər ki, torpaq sahəsinin təmsil etdiyi şəxslə ümumi birgə mülkiyyətdə olması onların həmin paylarını bağışlamalarına, özgəninkiləşdirmələrinə mane olur. İlkin iddiaçıların hər üçü bir evdə yaşayıb, birgə təsərrüfat aparırlar. Təmsil etdiyi şəxs isə həmin ünvanda qeydiyyatda olsa da, başqa ünvanda yaşayır. Həmin torpaq sahəsində yerləşən yaşayış evi həyətin bir hissəsində olduğundan 0.23 ha torpaq sahəsinin ¼ hissəsinin naturada bölünüb təmsil etdiyi şəxsə verilməsi mümkündür. İlkin iddiaçıların iddia ərizəsində göstərdikləri kimi öz mülkiyyət paylarını özgəninkiləşdirəcəkləri halda təmsil etdiyi şəxsin mülkiyyət hüquqlarının pozulması mümkündür. Təmsil etdiyi şəxs öz payının naturada bölünməsini və sərhədlərinə hasar çəkməklə ayrılmasını istəyir. Odur ki, məhkəmədən ilk iddianın qismən, qarşılıqlı iddianın isə tam təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) ## ####### 2023-cü il tаrixli, *(***)-**/**** saylı qətnaməsi ilə ilk iddia təmin edilərək ümumi birgə mülkiyyətdə olan ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 0.23 ha olan torpaq sahəsindən iddiaçılar iddiaçı3, iddiaçı2, iddiaçı1 və cavabdeh Cavabdeh hər birinin payları ¼ hissədə müəyyən edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, cavabdeh Cavabdeh ilkin iddiaçılar iddiaçı2, iddiaçı3 və iddiaçı1 qarşı payın naturada bölünməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməməsi, ilk iddiaçılar iddiaçı3, iddiaçı2 və iddiaçı1 aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məhkəmə xərci Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, cavabdeh Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məhkəmə xərci alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ünvan 3 ünvanında yerləşən 0.23 ha torpaq sahəsindən ilkin iddiaçıların və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) hər birinin payları ¼ hissədə müəyyən edilməlidir.
12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qarşılıqlı iddia tələbi üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsində göstərilən şərtlər məcmu halında mövcud deyildir. Belə ki, mübahisəli torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətindədir. Cavabdeh paylı mülkiyyətin mülkiyyətçisi kimi öz payının ayrılmasını tələb etmiş, lakin paylı mülkiyyətin digər mülkiyyətçiləri olan ilkin iddiaçılar razılıq verməmişdir. Lakin ümumi paylı mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin payının naturada ayrılması texniki cəhətdən mümkün deyildir. Eləcə də, ümumi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin payının naturada ayrılması, paylı mülkiyyətin digər mülkiyyətçilərinin ümumi mülkiyyətdə olan torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərinə ziddir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1, 213, 214.1, 220.2, 220.3, 223.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
14. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 tərəfindən apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ... iddiaçılar ümumibirgə əmlakın bölgüsünə dair iddia qaldırmaqda məqsədləri anam iddiaçı3 əmlakını iddiaçı2 bağışlamağın mümkünsüz olması ilə bağlıdır. iddiaçı2 ümumibirgə əmlak üzərində öz hüquqlarını aptırmağa nail olmaq istəyərkən onun da əmlakının tam onun istifadəsində olmasını nəzərə almadan onun payının ayrılmasına etiraz edir və bununla da öz hüququndan sui-istifadə edir. Məhkəmə isə ümumi mülkiyyətdə olan torpaq sahəsindən cavabdehin payının naturada ayrılması, paylı mülkiyyətin digər mülkiyyətçilərinin ümumi mülkiyyətdə olan torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərinə ziddir kimi qiymətləndirməsi onun mülkiyyət hüquqlarını pozmuşdur. Məhkəmə 220-ci maddəni tətbiq edərkən onun mülkiyyət hüquqlarımı nəzərə almamışdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verməli olduğu halda bunu etməmişdir. Qətnamənin məzmunundanda görünür ki, ekspert rəyi tədqiq edilməmişdir. Qeyd edir ki, məhkəmə ekspert rəyini hansı səbəbdən mötəbər sübut kimi qiymətləndirməsini əsaslandırmamışdır. Halbu ki, tikinti-texniki ekspertiza ölçülərlə bağlı ekspertiza olmasına baxmayaraq rəyə belə bir sxem əlavə olunmamışdır. Təqdim edilmiş ekspert rəyi isə bu gerçəkliyə uyğun olmadığından mötəbər sayıla bilməz. Ekspert rəyində saxtakarlıq edərək torpağın 3 tərəfdən qonşu sərhədləri ilə əhatə olunduğunu göstərmişdir. Halbuki, torpağın 2 tərəfi qonşu ilə əhatələnmişdir. Məhz bu səbəbdən ekspert rəyində sxemi əlavə etməmişdir. Ekspertin bu şəkildə qərəzli olması ancaq onun xüsusi maraqları səbəb ola bilərdi. Ekspert rəyi bu şərtlər pozulmaqla verildiyindən həmin sübutdan istifadə oluna bilməzdi. Qeyd olunanlarar əsasən apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhəkəməsin ## ####### 2023-cü il tаrixli, *(***)-**/**** saylı qətnaməsini qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edib, qarşılıqlı iddianın tam təmin edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
17. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh vəkili vəkil2 apellyasiya şikayətinin təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2023-cü il tаrixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi.
18. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası:
23. Maddə 13. Mülkiyyət
İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
24. Maddə 29. Mülkiyyət hüququ
İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (...) IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. ...
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 213. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.
26. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.
27. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.
28. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
29. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
30. Maddə 223.3. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
37. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
38. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
39. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
40. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
41. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2023-cü il tаrixli, *(***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
43. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
44. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
45. Apellyasiya şikayətinin başlıca dəlili təkrar məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlıdır.
46. Apellyasiya baxışının əvvəlki iclasında cavabdehin vəkili vəkil2 təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsini xahiş etmişdir.
47. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024cü il tarixli, *(***)-***/**** saylı qərardadı ilə iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi və iş üzrə rəy alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır.
48. ## ###### 2024-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat daxil olmuşdur.
49. Həmin məlumatda qeyd edilmişdir ki, ...məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi ##.##.2024-cü il tarixə təyin edilmiş, qeyd edilən obyektə gedilmiş, lakin iş üzrə iddiaçı tərəf tədqiqat obyektini təqdim etmədiyi üçün qərardadla ekspertiza qarşısında qoyulmuş suallar üzrə tədqiqat aparılması və cavablandırılması mümkün olmamışdır.
50. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024cü il tarixli, *(***)-***/**** saylı qərardadı ilə iş üzrə yenidən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi və iş üzrə rəy alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır. Eyni zamanda həmin qərardadla ekspertizanın təşkilinin təmin edilməsi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir.
51. ## ###### 2025-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumat daxil olmuşdur.
52. Həmin məlumatda qeyd edilmişdir ki, ...ekspert qarşısında qoyulmuş sualların həlli üçün, tədqiqat obyektinə iş üzrə tərəflərin iştirakı ilə baxış keçirilməsinin təşkil edilməsi zəruri olduğundan, bu barədə məhkəməyə ##.##.2024-cü il tarixli vəsatət göndərilmişdir. Məhkəmə tərəfindən tədqiq olunan obyektə baxış keçirilməsi ##.##.2025-ci il tarixə təyin edilmiş, lakin iş üzrə iddiaçı tərəfindən baxış keçirilməsinə icazə vermədiyindən, tədqiqat obyektinə baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.
53. Bundan sonra Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025ci il tarixli, *(***)-**/**** saylı qərardadı ilə iş üzrə yenidən təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizаnın аpаrılmаsının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi və iş üzrə rəy alınanadək mülki işin icraatının dayandırılması qərara alınmışdır. Eyni zamanda həmin qərardadla ekspertizanın təşkilinin təmin edilməsi Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir.
54. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2026-cı il tarixli, **/**** nömrəli məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspert rəyində qeyd olunur ki; - Qərardadın birinci, ikinci, üçüncü və dördüncü sualları üzrə; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 902013003800-***** reyestr nömrəli Çıxarış sənədinə əsasən, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,23 ha həyətyanı torpaq sahəsi torpaq sahəsinin faktiki olaraq bir giriş-çıxış yolunun olmasını, üzərində müxtəlif kənd təsərrüfatlı təyinatlı tikililərin olmasını nəzərə alaraq, həmin torpaq sahəsindən iddiaçılar (qarşılıqlı iddia üzrə cavabedhlər) iddiaçı2, iddiaçı3, iddiaçı1 oğlunun paylarından cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh ¼ hissədə payının naturada bölünməsi (ayrılması) texniki cəhətdən mümkün olmadığı müəyyən edilir.
55. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX ******* saylı, 902013003800-***** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan da göründüyü kimi, ünvan 3 ünvanında yerləşən 0.23 ha torpaq sahəsi tərəflərin ümumi birgə mülkiyyətindədir. Tərəflər arasında sözügedən torpaq sahəsindən paylarının müəyyən edilməsi ilə bağlı razılaşma əldə edilməmişdir. Hazırda ilkin iddiaçılar mübahisəli torpaq sahəsinin onlara və cavabdeh Cavabdeh bərabər hissədə olmaqla, hər birinə ¼ hissədə payının müəyyən edilməsini tələb edir.
56. Bu səbəbdən birinci instansiya məhkəməsi haqlı olaraq belə nəticəyə gəlmişdir ki, ünvan 3 ünvanında yerləşən 0.23 ha torpaq sahəsindən ilkin iddiaçıların və cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçı) hər birinin payları ¼ hissədə müəyyən edilməli, qarşılıqlı iddia tələbi isə əsassız olduğundan təmin edilməməlidir.
57. Beləliklə apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin baxışı zamanı əldə edilmiş ekspert rəyinin düzgün verilməməsi barədə dəlilləri iş üzrə keçirilmiş təkrar məhkəmə tikinti-texniki ekspertizasının ekspert rəyi ilə də təkzib edilir.
58. Məhkəmə kollegiyası iş üzrə alınmış ekspert rəylərini mötəbər sübut növü kimi qəbul edir.
59. İş üzrə verilmiş ekspert rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyi sübut növü kimi qəbul etmiş və həmin rəyə uyğun nəticəyə gəlmişdir.
60. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
61. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
62. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası həm birinci instansiya, həm də apellyasiya məhkəməsi tərəfindən alınmış ekspert rəylərini tədqiq edərək, məhkəmə araşdırması zamanı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylərlə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə alınmış ekspert rəyləri sübut kimi qəbul edilməlidir.
63. “X3rşı işi üzrə” ## ###### 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.
64. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.
65. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün yetərli deyildir.
66. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
67. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
68. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
69. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
70. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2023-cü il tаrixli, *(***)-**/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
71. İş üzrə məhkəmə xərci olan məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdeh Cavabdeh tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X7, KOD 210005, VÖEN 14015551071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621, AZ34CTRE00000000000002088501) hesabına ödənilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 tərəfindən verilmiş аpellyаsiyа şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2023-cü il tаrixli, *(***)-**/**** saylı qətnаməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul cavabdeh Cavabdeh tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X7, KOD 210005, VÖEN 14015551071, müxbir hesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN 1700326621, AZ34CTRE00000000000002088501) hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov