Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-310/2025 25.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri - Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X6 qızının katibliyi, apellyasiya şikayətini vermiş İddiaçı və onun nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Vəkil, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh1 nümayəndəsi Nümayəndə3, cavabdeh Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru (qanuni təmsilçisi) Nümayəndə1, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X7 Şöbəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbə qarşı “əvvəlki vəzifəyə yenidən keçirilmə” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(051)-2325/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) şifahi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ:
1. İşin halları
İddiaçı 11 oktyabr 2024-cü ildə cavabdehlər Cavabdeh1nə və Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbə qarşı “əvvəlki vəzifəyə yenidən keçirilmə” tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh2 kompüter laborantı vəzifəsinə keçirilməklə, əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, o, 01 noyabr 2014-cü il tarixdən 261 nömrəli əmrlə Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbə analıq məzuniyyəti yerinə müvəqqəti olaraq kompüter laborantı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2016-cı il tarixdə məktəbin sabiq direktoru Azər Qazıyev tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş 55 nömrəli əmrlə, onun ərizəsi və heç bir məlumatı olmadan o, kiçik texniki işçi vəzifəsinə keçirilmişdir. Həmin əmrdə qeyd olunmuşdur ki, guya o, öz ərizəsi ilə həmin vəzifəyə keçirilmişdir. Sabiq direktor A.Qazıyev tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş xx.xx.2018-ci il tarixli 146 nömrəli əmrlə yenidən analıq məzuniyyəti yerinə müvəqqəti olaraq kompüter laborantı vəzifəsinə keçmişdir. Bu əmrdən sonra onun əmək kitabçasına heç bir qeyd aparılmamışdır. Lakin xx.xx.2023-cü il tarixli 120 nömrəli əmrə əsasən kiçik texniki xidmətedici işçi olaraq ödənişli məzuniyyəti bitdiyinə görə xx.xx.2023-cü il tarixdə yenidən işə başlamışdır. Lakin iddiaçı işlədiyi müddətdə kompüter otağında əyləşərək kompüterlərə xidmət göstərmişdir. Bütün vəzifə dəyişikliyi əmrlərində onun öz ərizəsi əsasında digər vəzifəyə keçdiyi göstərilsə də o, bununla bağlı ərizə ilə müraciət etməmiş və vəzifəsinin bir neçə dəfə dəyişdirilməsi barədə heç bir məlumatı olmamışdır. Yalnız xx.xx.2024-cü ildən ona rəsmi qaydada məlumat verilməsindən sonra məlum olmuşdur ki, o, faktiki olaraq kompüter laborantı kimi işləsə də Azər Qazıyev tərəfindən imzalanmış və möhürlə təsdiq olunmuş əmrə əsasən kiçik texniki xidmətedici işçi vəzifəsinə keçirilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir (iddia ərizəsində iddiaçı tərəfindən iddia tələbi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 59 və 82-ci maddələri ilə əsaslandırılmışdır). İş materiallarından görünür ki, iddia ərizəsi ilə əlaqədar birinci instansiya məhkəməsində aparılan araşdırma üzrə aşağıda qeyd olunan sənədlər məhkəməyə təqdim olunmuşdur: - İddiaçı 01 noyabr 2014-cü il tarixli ərizəsi: Həmin ərizədən görünür ki, İddiaçı müvəqqəti olaraq analıq məzuniyyəti yerinə kompüter laborantı vəzifəsinə təyin olunması üçün Mingəçevir şəhər 4 saylı tam orta məktəbinə müraciət etmişdir; - İşçi İddiaçı ilə bağlanmış 01 noyabr 2014-cü il tarixli Əmək Müqaviləsi: Həmin Müqavilədən görünür ki, İddiaçı analıq məzuniyyəti yerinə 01 noyabr 2014-cü il tarixdən 01 sentyabr 2015-ci il tarixədək, 10 ay müddətinə Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə kompüter laborantı vəzifəsinə işə qəbul olunmuşdur; - Mingəçevir şəhər 4 saylı tam orta məktəb üzrə 01 noyabr 2014-cü il tarixli 261 №-li Əmrdən çıxarış: Həmin əmrdən görünür ki, İddiaçı 01 noyabr 2014-cü il tarixdən 01 sentyabr 2015-ci il tarixədək məktəbdə müvəqqəti kompüter laborantı vəzifəsinə işə qəbul edilmişdir; - İddiaçı aid mərkəzləşdirilmiş elektron informasiya sistemindən alınmış Sosial Arayış: Həmin Arayışdan görünür ki, İddiaçı vəzifəsi mərkəzləşdirilmiş elektron informasiya sistemində 01 noyabr 2014-cü ildən kompyuter laborantı, 01 aprel 2016-cı il tarixindən halhazıradək isə kiçik xidmətedici işçi kimi qeydə alınmışdır; - Mərkəzləşdirilmiş elektron informasiya sisteminə xx.xx.2016-cı il tarixdə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”: Həmin Bildirişdə işçi İddiaçı vəzifəsinin adı “kiçik texniki işçi” kimi qeyd olunmuşdur; - Mərkəzləşdirilmiş elektron informasiya sisteminə xx.xx.2020-ci il tarixdə daxil edilmiş “Əmək müqaviləsi bildirişi”: Həmin Bildirişdə işçi İddiaçı vəzifəsinin adı “kiçik texniki işçi” kimi qeyd olunmuşdur; - Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbi üzrə tərtib edilmiş xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Aktlar: Həmin Aktlardan görünür ki, Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə “kiçik texniki xidmətçi” vəzifəsində işləyən İddiaçı müqavilə öhdəliklərində nəzərdə tutulmuş funksiyasını yerinə yetirmir və aylıq əməkhaqqı ona kiçik texniki xidmətçinin əmək haqqına müvafiq olaraq ödənilir. Rəhbərlik tərəfindən bu halların aradan qaldırılması kiçik texniki işçi vəzifəsini daşıyan İddiaçı diqqətinə çatdırılmışdır; - Əmək kitabçasının surəti, Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbi üzrə Əmr kitabından çıxarışlar, Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin Cavabdeh1nə ünvanlanmış 04 sentyabr 2024-cü il tarixli 44 №-li məktub və digər sənədlər; - 27.09.2024-cü il tarixli, MŞM/MT031/2024-00580 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə Arayış: Həmin Arayışdan görünür ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh1nə və Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbi ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən müvafiq qaydada ilkin mediasiya sessiyasının keçirilməsi təmin olunsa da, cavabdehlərin nümayəndələri həmin ilkin mediasiya sessiyasında iştirak etməmişlər.
2. Birinci instansiya məhkəməsində icraat
Birinci instansiya məhkəməsində aparılan icraat zamanı iş üzrə qəbul edilmiş Mingəçevir Şəhər Məhkəməsinin (hakim Güləndam Quliyeva) 10 dekabr 2024-cü il tarixli 2(051)-2325/2024 nömrəli qətnaməsi ilə “İddiaçı cavabdeh Mingəçevir şəhəri 4 nömrəli orta məktəbə kompüter lobarantı vəzifəsinə keçirilməklə, əvvəlki vəzifəsinə bərpa edilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(051)-2325/2024 nömrəli qətnaməsində birinci instansiya məhkəməsinin iddia tələbi ilə əlaqədar mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, işin müəyyən edilmiş hallarına görə İddiaçı 01.1.2014-cü il tarixdə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə 10 ay müddətinə analıq məzuniyyəti yerinə müvəqqəti olaraq kompüter laborantı vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2016-cı il tarixli 55 nömrəli əmrlə isə həmin məktəbdə daimi olaraq kiçik texniki işçi vəzifəsinə təyin olunmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixli 146 nömrəli əmrlə yenidən analıq məzuniyyəti yerinə müvəqqəti olaraq kompüter laborantı vəzifəsinə keçmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli 120 nömrəli əmrə əsasən kiçik texniki xidmətedici işçi olaraq ödənişli məzuniyyəti bitdiyinə görə xx.xx.2023-cü il tarixdə yenidən işə başlamışdır. Bundan sonra məktəb direktoru dəyişmiş və məktəb direktoru dəyişdikdən sonra iddiaçıya daimi təyin edildiyi vəzifəsi üzrə (kiçik texniki işçi) işləməsi təklif olunmuşdur. Lakin, iddiaçı kiçik texniki işçi kimi heç vaxt işləmədiyini və bu əmrdən xəbəri olmadığını bildirərək, kompüter lobarantı vəzifəsinə keçirilməsini tələb etmişdir. Cavabdeh tərəf isə kompüter lobarantı vəzifəsində iddiaçının analıq məzuniyyəti yerinə başqa şəxsi əvəz etdiyini, iddiaçının daimi vəzifəsinin kiçik texniki işçi olması, kompüter lobarantı vəzifə ştatı məktəb üçün iki nəfər üçün nəzərdə tutulduğunu, həmin vəzifədə olan hər iki nəfərin də analıq məzuniyyətindən qayıdaraq, öz vəzifələrini icra etdiklərini və komputer lobarantı ştatında boş yer olmadığını bildirərək, iddiaçının tələbini yerinə yetirməkdən imtina etmişdir. Göründüyü kimi, iddiaçı özünün də təsdiq etdiyi kimi məktəbdə kompüter lobarantı vəzifəsini analıq məzuniyyətində olan işçini əvəz etməklə, müvəqqəti olaraq icra etmişdir. Əmək kitabçasındakı qeyddən görünür ki, iddiaçının kiçik texniki işçi keçirilməsi barədə əmr 2016-cı ildən verilmişdir. Bu illər ərzində şəxsin müvəqqəti olaraq kompüter lobarantı vəzifəsinə keçirilməsindən xəbəri olduğu halda, daimi iş yeri barədə məlumatının olmamaması inandırıcı deyildir. Eyni zamanda, iddiaçı daimi işə keçirilməsi barədə əmri mübahisələndirməmişdir. Bundan başqa həmin əmr ləğv olunsa belə, müxtəlif vaxtlarda analıq məzuniyyəti yerinə işləmiş iddiaçının həmin vəzifəyə bərpa edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. İddia tələbdən də göründüyü kimi, “iddiaçı özünün müvəqqəti olaraq icra etdiyi, digər işçinin isə daimi əsaslarla işlədiyi vəzifəyə bərpa edilməsini” xahiş edir. Qanunvericiliyin tələblərindan göründüyü kimi əmək qabiliyyətini müvəqqəti itirən şəxsin yerinə, onun əmək funksiyalarını yerinə yetirmək üçün işəgötürənlə müvəqqəti müqavilə bağlana bilər. İddiaçı işəgötürənlə belə bir müqavilə bağlamışdır. Tərəflərin izahatından göründüyü kimi, vəzifələrini daimi əsaslarla icra edən işçilər sosial məzuniyyəti bitirərək işlərinə qayıtmışlar. İddiaçının daimi kompüter vəzifəsində işləyən şəxslərin yerinə işə bərpa edilə bilməsi digər şəxslərə münasibətdə əmək qanunvericiliyinin tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsipinə zidd olmaqla, həmin şəxslərin hüquqlarını pozur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının “Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbə kompüter lobarantı vəzifəsinə keçirilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi” barədə iddiası təmin edilə bilməz. Birinci instansiya məhkəməsi həmin qətnamədə gəldiyi nəticənin əsaslandırılması üçün məhkəmə iclaslarında iştirak etmiş tərəflərin izahatlarına, proses iştirakçıları tərəfindən məhkəməyə təqdim olunmuş və mübahisə üzrə məhkəmə araşdırmasının predmeti olan sənədlərin məzmununa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci, 3-cü, 45-ci, 47-ci və 127-ci maddələrinə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80, 217.3 və 218.1-ci maddələrinə istinad etmişdir.
3. Apellyasiya şikayəti və ona etiraz
3.1). İş üzrə apellyasiya şikayəti və şikayətin dəlilləri İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(051)-2325/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-2325/2024 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən həmin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Mingəçevir Şəhər Məhkəməsi tərəfindən çıxarılmış 10 dekabr 2024-cü il tarixli 2(051)2325/2024 nömrəli qətnaməni əsassız sayır. Çünki, qətnamə qəbul olunarkən Əmək Məcəlləsinin tələbləri, maddi və prosessual hüquq normaları pozulmuşdur. Qətnamə heç bir qanuna əsaslanmamış və hakimin şəxsi mülahizələri əsasında çıxarılmışdır. Halbuki, onun vəzifələrinin özbaşına dəyişmələrindən xəbəri olmamaqla bərabər, o, 2014-cü ildən işləməyinə baxmayaraq, ondan sonra iki vakant yer olmuş və onun xəbəri olmadan iki nəfər işə götürülmüşdür. Halbuki, o, həmin vəzifədə işləyirdi və ilk vakansiyada o, daimləşməli idi. Ona verilən məlumata görə o, 10 ildən artıq işləməyi səbəbindən (qanunda 5 ildən artıq müddətdə müddətli müqavilə daimi əsaslarla müqaviləyə keçir) onun sözügedən vakant yerlərdə daimiləşməyini bilmişdir. Lakin sonradan rəhbərliyin dəyişməsi zamanı özünün texniki işçi olduğunu bilmişdir. O, fasiləsiz olaraq həmin məktəbdə işlədiyi üçün daimi əsaslarla əmək müqaviləsi bağlanmış sayılmalıdır. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinin də tələblərinə əsasən əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Bundan əlavə, onunla əmək müqaviləsi bağlanmış və onun bundan sonra olan dəyişikliklərdən xəbəri olmamışdır. Əmək Məcəlləsinin 59-cu maddəsində sözügedən məsələyə birbaşa toxunulmuş və əlavə şərhə ehtiyac belə YOXdur. Belə ki, sözügedən maddəyə əsasən İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. O, 2014-cü ildən eyni məktəbdə işləmiş və hər zaman komputer lobarantı vəzifəsini icra etmişdir. Onun kimi təhsilli şəxsin - xadimə (texniki işçi) kimi işləməsi inandırıcı deyil və həqiqəti əks etdirmir. O, məktəb direktorunun da bildirdiyi kimi həmişə komputer lobarantı işini görmüş və həmin otaqda oturmuşdur. Onun xəbəri olmadan yerinin dəyişməsi isə Əmək Məcəlləsinin 59-cu maddəsinə ziddir. Üçüncüsü, onun ilk dəfə komputer lobarantı vəzifəsinə müvəqqəti girməyindən xəbəri olmuşdur. Lakin, bundan sonraki müddətdə məktəbdə iki lobarant vakansiyası olmuş və o, ehtiyatda olan kadr kimi həmin vəzifəyə təyin olunmalı olmasına baxmayaraq, kənardan başqa şəxslər təyin olunmuşdur. Onun daimi əsaslarla kompüter lobarantı olmaması barədə yalnız məktəbin yeni direktoru Nümayəndə1 rəsmi məlumatından sonra xəbəri olmuşdur. İki vakant vəzifə olmasına baxmayaraq, onun xadimə keçirilməyi isə onun ağlına gəlməzdi. Dördüncüsü, məktəb direktorunun özünün də məhkəmə iclasında göstərdiyi kimi o, hər zaman kompüter lobarantı işləmiş və heç bir zaman başqa bir vəzifəni icra etməmişdir. Ona rəsmi qaydada vəzifəsinin texniki işçi olmasını bildirdikdən sonra isə mediasiya və məhkəməyə müraciət etmişdir. Lakin, birinci instansiya məhkəməsi işi araşdıran zaman bəzi mühüm hallara diqqət yetirməmişdir. Belə ki, məhkəmə yalnız hazırda məhkəbdə komputer lobarantı ştatında boş yer olmamasına istinad etmişdir. Lakin məhkəmə iş üzrə iki cavabdehin olmasını nəzərə almamışdır. Belə ki, orta məktəblərin hazırda birbaşa işçi götürmək kimi səlahiyyəti olmamaqla bərabər, digər cavabdeh olan Cavabdeh1 onu işlə təmin etmək kimi imkanları var. Məhkəmə Əmək Məcəlləsinin 45 və 59-cu maddələrinin pozulmasına deyil, məktəbdə komputer lobarantı ştatında boş yer olmamasına istinad etməsi, hakimin işə yanaşmasının birtərəfli olmasını göstərir. İşin icra mərhələsində başqa-başqa razılaşmalar ola bilər. Lakin, hazırki işdə yuxarıda qeyd etdiyi kimi ƏM-nin 59-cu maddəsinin tələblərinin birbaşa pozulduğu görünür. Bunu cavabdeh tərəfindən verilmiş əmrlərdən və şəxsi iş materiallarından da aydın görmək olar. Belə ki, razılığı olmadan onun vəzifəsi dəyişmiş, xəbəri olmadan dəfələrlə müxtəlif vəzifələrə keçirilmiş və bu barədə mütləq qaydada razılığı olmalı halda, xəbəri olmamışdır. Məhkəmənin qanuna istinad etməklə daxili inamı əsasında qətnamə çıxarılması nəzərdə tutulsa da, hakimin qanun pozuntusuna deyil, ştatın olmamasına istinad etməsi özü-özlüyündə zəif tərəfin deyil, əmək münasibətlərində daha üstün tərəf olan işə götürənin müdafiəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli Qərarı). Hakim öz mövqeyini əsaslandırdığı hissədə onun 2016-cı ildən müvəqqəti olaraq kompüter lobarantı vəzifəsinə keçirilməsindən xəbəri olduğu halda, daimi iş yeri barədə məlumatının olmamasını inandırıcı saymamışdır. Lakin bu absurd bir yanaşmadır. Çünki qarşı tərəfin özü də bildirmişdir ki, o, həmişə kompüter lobarantı vəzifəsini icra etmişdir. Birinci instansiya məhkəməsinin hakimi öz qətnaməsini yalnız ştatın olmaması ilə əsaslandırmışdır. Lakin o, əvəzçilik qaydasında işə girsə belə, əvəz etdiyi şəxs gəldikdən sonra, yəni 2015-ci ildə o, işdən çıxarılmalı idi. Həmin il, yəni 2015-ci ildə lobarant vəzifəsinə iki vakant ştat olmuşdur. Həmin vəzifələrə isə iki nəfər kənar şəxs götürülmüşdür. Onun iki ştata vakansiya olduğu təqdirdə, laborant vəzifəsindən texniki işçi keçirilməyi heç indidə ağlına batmır. Həmin vaxtlar məktəbin direktoru olmuş şəxs barəsində hazırda cinayət işi açılmışdır. Bundan əlavə onun himayəsində 3 azyaşlı uşağın olması nəzərə alınmamış və məhkəmə qərəzli mövqedən çıxış edərək, bütün hallara birtərəfli qiymət vermişdir. O, 2014-cü ildə işə girdikdən sonra iş yerinin dəyişməsi ilə əlaqədar ərizə yazmamış və onun əmrlərdən xəbərim olmamışdır. Qanunvericiliyin tələbindən də göründüyü kimi, əsasən əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. O, 2014-cü ildən Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbdə işlədiyi üçün fasiləsiz olaraq həmin məktəbdə işləməklə daimi əsaslarla əmək müqaviləsi bağlanmış sayılmalıdır.
3.2). Apellyasiya şikayətinə qarşı etiraz
Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
4. İş üzrə apellyasiya icraatı:
4.1). Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları
Apellyasiya şikayətinə baxılması ilə əlaqədar mülki iş üzrə təyin edilmiş məhkəmə iclasına apellyasiya şikayətini vermiş İddiaçı və onun nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh1 nümayəndəsi Nümayəndə3, cavabdeh Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru (qanuni təmsilçisi) Nümayəndə1 və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X7 Şöbəsinin nümayəndəsi Nümayəndə2 gəlmişlər. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş iddiaçı Heydərova X4 Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(051)-2325/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanlara uyğun izahat verərək, Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(051)- 2325/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilərək, Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbə kompüter laborantı vəzifəsinə keçirilməklə, əvvəlki vəzifəsinə bərpa edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi və məhkəmə iclasında verilmiş suallara cavab olaraq bildirdi ki, o, müvafiq qaydada əmək müqaviləsi imzalayaraq 01 noyabr 2014-cü ildə Mingəçevir şəhəri 4 nömrəli tam orta məktəbə analıq məzuniyyəti yerinə müvəqqəti olaraq kompüter laborantı vəzifəsinə işə qəbul olunsa da, 01 aprel 2016-cı ildə məktəbin sabiq direktoru Azər Qazıyevin əmri ilə ərizəsi və heç bir məlumatı olmadan məktəbdə kiçik texniki işçi, yəni xadimə vəzifəsinə keçirilmişdir. Lakin, o, məktəbdə həmişə kompüter laborantının işini görmüşdür. O, 01 noyabr 2014-cü ildən məktəbdə kompüter laborantı kimi çalışmış, 2015-ci ildən 2018-ci ilədək analıq məzuniyyətində olmuş, 2018-ci ildə analıq məzuniyyətindən qayıtdıqdan sonra yenidən analıq məzuniyyətində olan kompüter laborantının vəzifəsini icra etmiş və 2019-cu ildən 2023-cü ilədək təkrarən analıq məzuniyyətində olmuşdur. O, 01 sentyabr 2023-cü ildə analıq məzuniyyətindən qayıdıb yenidən komputer otağında əyləşərək lobarant vəzifəsini icra etmişdir. 2024-cü ildə isə məktəbin direktoru dəyişmiş və yeni direktor Nümayəndə1 işə başlayandan sonra bilmişdir ki, o, xadimə vəzifəsindədir və bütün bu illər ərzində xadimə kimi əmək haqqı almışdır. Buna görə də, müvafiq qaydada mediasiya prosesindən keçib, 2024-cü ilin oktyabr ayında hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmə prosesi getdiyi dövrdə, yəni 2024-cü ilin noyabr ayında təzə yaradılan “SİMA” proqramı ilə kiçik texniki xidmətedici işçi kimi maaş almaq üçün yeni elektron müqaviləni imzalamışdır. Məhkəmə iclasında apellyasiya şikayətini vermiş İddiaçı nümayəndəsi Yusifov X3 Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(051)-2325/2024 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətini müdafiə edib, apellyasiya şikayətində yazılanları təsdiq edərək, Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(051)-2325/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilərək, İddiaçı Mingəçevir Şəhər 4 nömrəli tam orta məktəbə kompüter laborantı vəzifəsinə keçirilməklə, əvvəlki vəzifəsinə bərpa edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(051)- 2325/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, iddiaçının hazırkı iddiası tamamilə əsassız iddiadır. Çünki, İddiaçı hazırkı iddia ərizəsi ilə keçirilməsini tələb etdiyi kompüter laborantı vəzifəsində heç bir vaxt daimi və yaxud, müddətsiz bağlanmış əmək müqaviləsi əsasında işləməyib. O, 01 noyabr 2014-cü ildə analıq məzuniyyətində, yəni sosial məzuniyyətdə olan bir işçinin yerinə Mingəçevir Şəhər 4 nömrəli tam orta məktəbdə kompüter laborantı vəzifəsinə götürülüb və bununla bağlı onunla müddətli əmək müqaviləsi bağlanıb. Həmin işçi işə qayıtdıqdan sonra isə o, həmin məktəbdə kiçik texniki işçi vəzifəsinə işə qəbul olunubdur. Bu mübahisə üzrə məhkəməyə təqdim olunmuş müvafiq elektron sistem sənədləri və digər sənədlərdən görünür ki, İddiaçı 2016-cı ildən etibarən Mingəçevir Şəhər 4 nömrəli tam orta məktəbdə daimi və müddətsiz əsaslarla kiçik texniki işçi vəzifəsində olmuş və o, “SİMA” proqramı ilə 2024-cü ilin noyabr ayında da kiçik texniki xidmətedici işçi kimi yeni elektron əmək müqaviləsini imzalamışdır. İddiaçı kompüter laborantı vəzifəsində daimi əsaslarla deyil, sosial məzuniyyətdə olan işçinin yerinə müvəqqəti, yəni həmin işçi qayıdanadək həmin vəzifəyə qəbul olunduğundan, onun həmin vəzifəyə keçirilməsi mümkün ola bilməz. Bundan əlavə, həmin vəzifədə işləyən işçi işə çıxıb, öz vəzifə səlahiyyətlərini yerinə yetirir və iddiaçının bu iddiasının təmin olunması, həmin işçinin də hüquqlarının pozulması ilə nəticələnə bilər. Məhkəmə iclasında cavabdeh Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru (qanuni təmsilçisi) Nümayəndə1 da apellyasiya şikayətini qəbul etmədiyini bildirib, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(051)-2325/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin X7 Şöbəsinin nümayəndəsi Nümayəndə2 ümumi təhsil məktəblərində işə qəbul və vəzifədən vəzifəyə keçirilmə qaydaları və işçilərin əmək hüquqlarının qorunması prinsip və qaydaları haqqında ətraflı məlumat verib, işin hallarına görə İddiaçı “Cavabdeh2 kompüter laborantı vəzifəsinə keçirilməklə, əvvəlki vəzifəsinə bərpa edilməsi” barədə iddia tələbinin əsassız olduğunu bildirdi və öz mövqeyini - İddiaçı məktəbdə kompüter laborantı vəzifəsində daimi əsaslarla deyil, sosial məzuniyyətdə olan işçinin yerinə müvəqqəti, yəni həmin işçi qayıdanadək həmin vəzifəyə qəbul olunması, onun hazırkı iddia ərizəsi ilə keçirilməsini tələb etdiyi kompüter laborantı vəzifəsində heç bir vaxt daimi və yaxud, müddətsiz bağlanmış əmək müqaviləsi əsasında işləməməsi, 01 noyabr 2014-cü ildə sosial məzuniyyətdə olan bir işçinin yerinə Mingəçevir Şəhər 4 nömrəli tam orta məktəbdə kompüter laborantı vəzifəsinə müvəqqəti götürülməsi və bununla bağlı onunla müddətli əmək müqaviləsinin bağlanması, sonradan isə onun həmin məktəbdə kiçik texniki işçi vəzifəsinə işə qəbul olunması, bunun müvafiq elektron sistemdə qeydə alınması və onun “SİMA” proqramı ilə 2024-cü ilin noyabr ayında kiçik texniki xidmətedici işçi kimi yeni elektron əmək müqaviləsini imzalaması və bununla da onun məktəbdə kiçik xidmətedici işçi kimi işləməsi ilə razılaşmış olması və həmin müqavilə imzalandığı gündən bu mübahisənin bitməsi ilə əsaslandırdı.
4.2). Apellyasiya baxışının hədləri
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını - onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə kollegiyası) qeyd edir ki, apellyasiya icraatında şikayət olunan birinci instansiya məhkəməsinin qətnaməsi - İddiaçı tərəfindən hazırkı apellyasiya şikayətində “Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(051)-2325/2024 saylı qətnaməsini ləğv edib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasının” xahiş edilməsi və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinin tələbləri nəzərə alınmaqla, YOXlanılmışdır.
4.3). Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin normaları (maddələri): - 2-ci maddənin 1-ci bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2-ci maddənin 2-ci bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 2-ci maddənin 3-cü bəndi: Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: - hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. 3-cü maddənin 5-ci bəndi: Əmək müqaviləsi (kontraktı) (bundan sonra ismin müvafiq halında “əmək müqaviləsi”) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. 3-cü maddənin 5-1-ci bəndi (hazırkı mübahisə üzrə tərəflər arasında əmək münasibətlərinin yarandığı dövrdə qüvvədə olan redaksiyada): Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. 7-ci maddənin 2-ci bəndi: Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 44-cü maddə: Əmək müqaviləsi yazılı formada bağlanır. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 45-ci maddənin 1-ci bəndi: Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45-ci maddənin 2-ci bəndi: Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 47-ci maddənin a) bəndi: İşçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda - əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 47-ci maddənin f) bəndi: Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 49-cu maddənin 1-ci hissəsi: Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1- 2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Maddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları:
1. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.
2. Uşağa qulluq edən işçi yazılı ərizəsi əsasında qismən ödənişli sosial məzuniyyət hüququndan tam, yaxud hissə-hissə istifadə edə bilər.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin normaları (maddələri): 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 2.2. Mülki məhkəmə icraatı qanunçuluğun və ictimai qaydanın bərqərar edilməsinə, vətəndaşların qanunlara dönmədən hörmət ruhunda tərbiyə edilməsinə rəvac verir.
9. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi YOXdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla YOXlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla, faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
4.4) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsində iddiaçının iddia tələbinin dəlillərinə və cavabdeh tərəfin iddia tələbi üzrə mövqeyinə uyğun araşdırmalar aparılmış və apellyasiya şikayətində mübahisələndirilən xüsusatlar üzrə müəyyən olunmuş hallara düzgün hüquqi qiymət verilərək, yekun nəticəyə gəlinmişdir. Belə ki, iş materiallarında olan sənədlərlə və işin konkret halları ilə müəyyən olunmuşdur ki, iddiaçı 01 noyabr 2014-cü il tarixdə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə 10 ay müddətinə analıq məzuniyyəti yerinə müvəqqəti olaraq kompüter laborantı vəzifəsinə qəbul edilmiş və 01 aprel 2016-cı il tarixindən isə daimi olaraq kiçik texniki işçi vəzifəsinə təyin olunmuşdur. 2024-cü ilin noyabr ayında isə İddiaçı “SİMA” proqramı ilə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbdə kiçik texniki işçi vəzifəsinə təyin olunması barədə elektron əmək müqaviləsi imzalayaraq, həmin vəzifədə işləməsi barədə əmək münasibətlərinin qeydiyyatını təzələmişdir. Göründüyü kimi, İddiaçı hazırkı iddia ərizəsi ilə “keçirilməsini tələb etdiyi” kompüter laborantı vəzifəsində heç bir vaxt daimi və yaxud, müddətsiz bağlanmış əmək müqaviləsi əsasında işləməmiş və hazırkı iddia tələbində daimi əsaslarla ona aid olmamış “vəzifəyə keçirilməsini” tələb edir ki, bu iddia tələbi - yuxarıda təsvir edilən işin konkret halları və qanunvericiliyin tələbləri baxımından tamamilə əsassızdır. Bundan əlavə, qeyd etmək lazımdır ki, iddiaçının müvəqqəti əvəz etdiyi kompüter laborantı vəzifəsində daimi işləyən işçi işə çıxıb, öz vəzifə səlahiyyətlərini davam etdirdiyi halda, iddiaçının bu iddiasının təmin olunması, həmin işçinin, yəni digər işçinin əmək hüquqlarının pozulması ilə nəticələnə bilər. Halbuki, Əmək qanunvericiliyinin tələbləri baxımından əmək mübahisələri həll olunarkən digər işçilərin əmək hüquqları və mənafeləri pozulmamalıdır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara, apellyasiya baxışında işin araşdırılmış hallarına və işin digər konkret hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, qanuni və əsaslı qətnamə qəbul etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri isə əsassızdır, formal mülahizə xarakteri daşıyır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2024cü il tarixli 2(051)-2325/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 382, 384-390, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli 2(051)-2325/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir . Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə kassasiya şikayəti verilə bilər.