Məhkəmə qərarları › İş №2(107)-311/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-311/2021

03.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-311/2021 03.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiаçı - İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-135/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-135/2020 saylı qətnaməsi (hakim Kamran Süleymanov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Ramazanova (Hüseynova) Sədaqət Vəli qızı və Cavabdeh3 ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmişdir. İşin halları: İddiaçı Oğuz rayon Mənzil İstismarı və Kommunal Təsərrüfatı İdarəsi cavabdehlərin tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, cavabdehlər Cavabdeh1, Ramazanova (Hüseynova) Sədaqət Vəli qızı və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin və mərhum X2 ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1940-cı ildə Ermənistan Respublikası Noyemberyan rayonunda anadan olmuşdur. 1988-ci ildə məlum hadisələrlə əlaqədar olaraq arvadı X6, uşaqları Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə birlikdə Oğuz şəhərinə gəlmişlər. Qaçqın olduqlarına görə, 5 nəfərdən ibarət ailə üzvü olmaları da nəzərə alınmaqla Oğuz (Vartaşen) rayon ZDS-nin İcraiyyə Komitəsinin xx xxxx 1989-cu il tarixli 15 nömrəli qərarı ilə ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən yaşayış sahəsi onların istifadəsinə verilmişdir. Qeyd olunan qərar əsasında həmin mənzilə dair arvadı X12 (Nübar Əli) qızının adına xx xxxxxx 1989-cu il tarixli 622 nömrəli order tərtib edilmiş, orderdə onun və cavabdehlərin adları da Nübər Hüseynovanın ailə üzvləri kimi göstərilmişdir. Həmin mənzil onlara təhvil veriləndən sonra 1989-cu ildə Ramazanova (Hüseynova) Sədaqət Vəli qızı, 1992-ci ildə Cavabdeh1, 1996-cı ildə X6 və Cavabdeh3 qeyd olunan mənzili tərk edib başqa ünvanlarda yaşamağa başlamışlar. X8 və cavabdehlər bir daha daimi yaşamaq üçün həmin mənzilə qayıtmamış, qayıtmağa təşəbbüs də göstərməmiş, o vaxtdan sonra bu mənzildən istifadə etməmiş, mənzilin kommunal xərclərinin ödənilməsində iştirak etməmiş, eyni zamanda, həmin mənzilə dair hər hansı iddia da irəli sürməmişlər. Cavabdehlər ailə qurmuş, X8 isə xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. O özü 1989-cu ildən indiyədək qeyd olunan mənzildə yaşamaqla, hazırda da həmin mənzildə daimi pasport qeydiyyatındadır və mənzilin kommunal xərclərini də özü ödəyir. X8 və cavabdehlər hazırki iddianın predmetinə aid olan mənzili tərk etdikləri vaxtdan sonra keçən müddət ərzidə həmin mənzildən istifadə etmədiklərinə görə qeyd olunan yaşayış sahəsinə dair istifadə hüquqlarını itirmişlər. Ona görə də o, cavabdehlərin və mərhum X2 ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı, iddia tələbinin məzmununa uyğun izahat verməklə yanaşı göstərmişdir ki, X8 xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmiş, vəfat etməzdən xeyli əvvəl onunla birgə yaşadığı evi tərk edib getmişdir. Onların uşaqları, yəni hazırki iş üzrə cavabdehlər də Nübər Hüseynovadan bir müddət əvvəl və ya sonra həmin evi tərk edib getmişlər. İddia ərizəsində cavabdehlər kimi qeyd etdiyi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 onun doğma övladlarıdırlar. Cavabdeh2 və Cavabdeh3 ailə qurduqları vaxtdan həmin mənzili tərk edib getmişlər. Oğlu Cavabdeh1 isə 1990-cı illərdən Azərbaycan Respublikasını tək edib gedərək bir müddət Rusiya Federasiyasında yaşamışdır. Cavabdeh1, təxminən, 2002-ci ildə Azərbaycan Respublikasına qayıtsa da, Oğuz rayonuna gəlməmiş və həmin vaxtdan sonra Bakı şəhərində yaşamağa başlamışdır. Cavabdeh1 evlənəndən sonra da Bakı şəhərində yaşamağa davam etmiş, anası Nübər Hüseynovanı da öz yanına aparmışdır. 2018-ci ildə Nübər Hüseynova vəfat edərkən də onu Oğuz rayonuna gətirməmiş, Bakı şəhərində dəfn etmişlər. Bununla da cavabdehlər Oğuz şəhərində yerləşən, hazırki iddianın predmetinə aid olan mənzillə əlaqələrini tamamilə kəsmişlər. Cavabdehlərin hər üçü hazırda Oğuz rayonundan kənarda yaşayırlar. Cavabdehlər mübahisə predmetinə aid olan mənzildən faktiki olaraq istifadə etmirlər, onların həmin mənzilə ehtiyacları yoxdur və bu mənzilə dair hər hansı hüquqları da qalmamışdır. O özü isə 1989-cu ildən daimi olaraq qeyd olunan mənzildə yaşayır. Hesab edir ki, mərhum arvadı X2 və cavabdehlərin ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən mənzilə dair istifadə hüquqları itirilmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Vəkil da iddiaçının izahatının məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək izahat verərək göstərmişdir ki, iddiaçı onun və digər cavabdehlərin atasıdır. X9 isə onların anası olmuşdur. ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən mənzil Oğuz (Vartaşen) rayon ZDS İcraiyyə Komitəsinin xx xxxx 1989-cu il tarixli 15 nömrəli qərarına əsasən xx xxxxxx 1989-cu il tarixli 622 nömrəli order əsasında anası Nübər Hüseynovaya verilmişdir. Anası iddiaçı ilə rəsmi nikahda olsa da, onlar ayrı yaşayaraq ayrı təsərrüfat aparmışlar. İddiaçı uzun müddət Azərbaycan Respublikasında yaşamamış, ailəsinə biganə yanaşaraq onlara maddi və mənəvi cəhətdən kömək etməmişdir. O,1990cı ildə ali təhsil almaq üçün Bakı şəhərinə getmiş, sonralar isə 1994-2002-ci illərdə Rusiya Federasiyasında yaşamışdır. Həmin vaxtlarda hazırki iddianın predmetinə aid olan mənzildə anası və kiçik bacısı yaşamışlar. 2002-ci ildə qayıdıb gələndən sonra 1-2 ay Oğuz şəhərində yaşamış, sonra isə anasını da götürüb Bakı şəhərinə aparmışdır. Anası xəstələndiyi üçün onu müalicə etdirmək məqsədi ilə Bakı şəhərinə öz yanına aparmış, anası 2018-ci ilin noyabr ayında vəfat etmişdir. Kiçik bacısı Nəsibə də 2002-ci ildə ərə getmişdir. Nəsibə Bakı şəhərində yaşayır, hazırda isə uşağının təhsil alması ilə bağlı müvəqqəti olaraq Türkiyə Respublikasındadır. Böyük bacısı Sədaqət isə 1993-cü ildə ailə qurmuşdur və hazırda ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. O özü isə 2006-cı ildə ailə qurmuşdur. O, 2002-ci ildən etibarən Bakı şəhərində yaşayır və işləyir. 2002-ci ildən Bakı şəhərində yaşasa da, uzun müddət qaçqınlar üçün olan yataqxanada anası ilə birgə yaşamış, 2006-cı ildən isə kirayə evdə yaşamağa başlamışdır. 2009-cu ildən 2015ci ilədək Bakı şəhərinin Bayıl qəsəbəsində qohumlarının evində yaşamışdır. 2015-ci ildə arvadı Ülviyyə Məmmədovanın adına Xırdalan şəhərindən ipoteka krediti ilə mənzil almışlar. Mənzilin kreditini hələ tam ödəməmişlər. Bir neçə ay əvvəl arvadı ilə rəsmi olaraq boşandıqdan sonra həmin mənzilin ona hər hansı aidiyyəti qalmamışdır. Boşandıqdan sonra yaşamağa başqa yeri olmadığından o, hazırda Bakı şəhərində kiçik bacısı Nəsibənin evində yaşayır. Arvadı da ipoteka krediti ilə aldıqları mənzili tərk edərək öz atasının Xırdalan şəhərindəki evinə köçmüşdür. Keçmiş arvadı Cəbrayıl rayon 1 saylı orta məktəbində müəllim işləyir, azyaşlı qızı da Bakı şəhərində məktəbəqədər bağçaya gedir. O, hal-hazırda da hazırki iddianın predmetinə aid olan, ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən mənzildə daimi qeydiyyatdadır. Hazırki vəziyyətdə onun mülkiyyətində hər hansı yaşayış sahəsi olmadığından mübahisə predmetinə aid olan mənzildən istifadə hüquqlarının itirilməsinə razı deyildir. Ona görə də iddiaçının hazırki iddia tələbini əsassız hesab edir və həmin tələbin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında cavabdehləri tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfat İdarəsinin nümayəndəsi X3 izahatında göstərmişdir ki, hazırkı iddianın predmetinə aid olan, ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən, sahəsi 39,9 kv.metr olan iki otaqlı ev dövlət mənzil fonduna aid olmaqla Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfat İdarəsinin balansındadır. Hazırda həmin mənzildə hazırki iş üzrə iddiaçı və cavabdehlərdən Cavabdeh1 qeydiyyatdadırlar. Ancaq faktiki olaraq həmin mənzildə yalnız iddiaçı yaşayır və mənzilə dair ödənişlər də onun tərəfindən ödənilir. Qeyd olunan yaşayış sahəsinə dair Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfat İdarəsinin “Mənzillərin qeydiyyatı kitabı”nda mərhum X2 adına order qeydiyyatı vardır, lakin mərhum X2 adına tərtib edilmiş xx xxxxxx 1989-cu il tarixli 622 nömrəli orderin əsli Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfat İdarəsinin arxivində aşkar edilməmişdir. X2 vəfatından sonra həmin mənzil order qeydiyyatı ilə başqa heç kimə verilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə digər cavabdehlərin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Eyni zamanda, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)- 135/2020 saylı qəradadı ilə iddia tələbinin mərhum X2 ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair hissəsi üzrə icraata xitam verilmişdir. Birinci instаnsiyа məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-135/2020 saylı qətnаməsindən Cavabdeh1 apellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instаnsiyа məhkəməsinin qətnaməsini qeyri-qanuni hesab edir. Belə ki, iddiaçı iddia tələbini yalan məlumatlarla əsaslandırsa da, məhkəmə həmin məlumatları mötəbər sübut kimi qəbul etmiş və iddianın əsaslı olması nəticəsinə gəlmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi iddiaçı qeyd olunan mənzilə qanuni əsaslarla mülkiyyət hüququ və ya həmin mənzilə dair hər hansı hüquqverici sənəd əldə etmədiyi halda həmin mənzilə bərabər şəkildə istifadə hüquqları olan cavabdehləri həmin hüquqdan məhrum etmək istəyir və məhkəməni onun orada yaşamadığı, mənzilə dair komunal xərcləri ödəmədiyi barədə yalan məlumatlarla inandırmağa çalışmışdır. Halbuki onun həmin mənzilidən başqa faktiki yaşayış yeri yoxdur, yalnız işi ilə əlaqədar bəzən Bakı şəhərinə gedib müvəqqəti kirayədə qalmaqla, yenidən yaşayış yerinə qayıdır. Bundan başqa mübahisəli mənzilin faktiki sahibi 2018-ci ilin sentyabr ayında dünaysını dəyişmiş anası Nübər Hüseynova olmuş və mənzilə hüquqverici sənəd olan order də məhz onun adına verilməklə ailə üzvü kimi özü və bacıları da qeydə alınmışdır. İddiaçının onu və bacılarını mübahisəli mənzilə istifadə hüququndan məhrum etməkdə məqsədi həmin mənzilə özünün və sonradan ailə qurduğu arvadının mülkiyyət hüququnun rəsmiləşdirməsinə nail olmaqdır. Bu isə onun və bacılarının anasından qalan miras əmlakda paya yiyələnməyin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-135/2020 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini və Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-135/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)- 135/2020 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 1989-cu il tarixli 622 nömrəli orderin müvafiq qaydada təsdiq edilməmiş surətindən müəyyən edilir ki, Oğuz (Vartaşen) rayon ZDS İcraiyyə Komitəsinin xx xxxx 1989-cu il tarixli 15 nömrəli qərarına əsasən ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən, sahəsi 39,9 kv.metr olan iki otaqdan ibarət mənzil X12 (Nübar Əli) qızı və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Həmin orderdə X12 (Nübar Əli) qızının ailə üzvləri kimi hazırki iş üzrə iddiaçının və cavabdehlərin adı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli AZ-İ 968638 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X6 xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş iddiaçıya məxsus olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı hazırda ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsi məlumatları üzrə elektron informasiya sistemindən çıxarışlardan müəyyən edilir ki, hazırki iş üzrə cavabdehlərdən Cavabdeh1 ünvan 3 mənzil 2 ünvanında, Ramazanova (Hüseynova) X7 rayonu Kərimli kəndində, Cavabdeh3 isə ünvan 5 ünvanında daimi qeydiyyatdadırlar. İş materiallarına əlavə edilmiş Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 57 nömrəli sorğuya cavab məktubundan, 2014 və 2015-ci illərə aid Mənzillərin qeydiyyatı kitabının müvafiq səhifələrinin təsdiq edilmiş surətlərindən müəyyən edilir ki, ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən iki otaqlı yaşayış sahəsinə dair Mənzillərin qeydiyyatı kitabında mərhum X2 adına order qeydiyyatı vardır. Ancaq həmin mənzilə dair ödənişlər hazırki iş üzrə iddiaçı tərəfindən ödənilir. Hal-hazırda həmin mənzil order qeydiyyatı ilə heç kimə verilməmişdir. İş materiallarına əlavə edilmiş Oğuz Mənzil İstismar və Kommunal Təsərrüfatı İdarəsinin xx xxxxxx 2020-ci il tarixli 54 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən iki otaqlı yaşayış sahəsinə dair mərhum X2 adına tərtib edilmiş xx xxxxxx 1989-cu il tarixli 622 nömrəli orderin əsli həmin müəssisənin arxivində aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli **********14 nömrəli sorğuya cavab məktubundan və həmin məktuba əlavə edilmiş, Fərdi yaşayış evinə dair Texniki pasportun surətindən müəyyən edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində X2 adına ünvan 7 ünvanında yerləşən yaşayış sahəsi qeydiyyata alınmışdır. Cavabdeh1 və onun arvadı X1 adına Daşınmaz Əmlakın Dövlət Reyestrində yaşayış sahəsinin olması aşkar edilməmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mərhum X12 (Nübar Əli) qızı iddiaçının arvadı olmuşdur. Onların birgə nikahından xx xxxxxx 1972-ci il tarixdə Cavabdeh1, xx xxxxxx 1975-ci il tarixdə Ramazanova (Hüseynova) Sədaqət Vəli qızı, xx xxxxxxx 1979-cu il tarixdə isə Cavabdeh3, yəni, hazırki iş üzrə cavabdehlər anadan olmuşlar. Oğuz (Vartaşen) rayon ZDS İcraiyyə Komitəsinin xx xxxx 1989-cu il tarixli 15 nömrəli qərarına əsasən xx xxxxxx 1989-cu il tarixli 622 nömrəli order əsasında ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən, sahəsi 39,9 kv.metr olan iki otaqdan ibarət mənzil X6 və ailə üzvlərinin istifadəsinə verilmişdir. Həmin orderdə Nübər Hüseynovanın ailə üzvləri kimi hazırki iş üzrə iddiaçının və cavabdehlərin adları qeyd edilmişdir. X6 xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. İddiaçı 1989-cu ildən indiyədək ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yaşayır. Cavabdehlər isə uzun müddətdir ki, faktiki olaraq Oğuz rayonundan kənarda başqa ünvanlarda yaşayırlar. Mübahisə predmetinə aid olan, ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən iki otaqlı yaşayış sahəsi xx xxxxxx 1989-cu il tarixli 622 nömrəli orderə əsasən hazırda da mərhum X2 adınadır. X2 istifadəsinə verilmiş mənzil Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmamışdır və onun vəfatından sonra həmin mənzil order qeydiyyatı ilə heç kimə verilməmişdir. ünvan 9 (S.Vurğun) küçəsi ev 10 mənzil 2 ünvanında yerləşən yaşayış sahəsinin mənzil haqlarını indiyədək iddiaçı ödəyir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin (xx xxxx 1982-ci il tarixli Qanun ilə təsdiq edilmiş) 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. xx xxxx 1982-ci il tarixli Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən kirayəçi özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə köçürmək ixtiyarına malikdir. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. Kirayəçi və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehlər və Nübər Hüseynova iddiaçı ilə birlikdə yaşadıqları mənzili 1990-cı illərdən başlayaraq 2002-ci ilədək müxtəlif vaxtlarda tərk edib gedərək başqa ünvanlarda yaşamağa başlamışlar. Həmin vaxtlardan sonra keçən ən azı 18 il müddət ərzində cavabdehlər mübahisə predmetinə aid olan mənzildə yaşamamış, həmin yaşayış sahəsindən istifadə etməmişlər. Mübahisə predmetinə aid olan mənzildə daimi olaraq iddiaçı özü yaşamışdır. Nübər Hüseynova xx xxxxxxxx 2018-ci il tarixdə vəfat etmişdir. X4 ilə birgə nikahından anadan olmuş uşaqlar - hazırki iş üzrə cavabdehlər mübahisə predmetinə aid olan yaşayış sahəsinin mənzil haqqının və kommunal xərclərinin ödənilməsində iştirak etməmiş, həmin mənzilə dair bütün xərclər də iddiaçı tərəfindən ödənilmişdir. Cavabdehlər mübahisə predmetinə aid olan mənzili tərk edib gedəndən sonra keçən son 18 il müddət ərzində həmin mənzilə qayıdıb gəlməmiş, həmçinin, qeyd olunan mənzilə dair hər hansı tələb irəli sürməmişlər. Cavabdeh1 hazırda da mübahisə predmetinə aid olan mənzildə qeydiyyatda olsa da, özünün də etiraf etdiyi kimi, artıq uzun müddətdir ki, faktiki olaraq Bakı şəhərində yaşayır. O, mübahisə predmetinə aid olan mənzili tərk edib gedəndən sonra qısa müddət ərzində də olsa, qeyd olunan mənzildə yaşamamışdır. Digər cavabdehlər isə hazırda başqa ünvanlarda qeydiyyatda olmaqla, faktiki olaraq da başqa ünvanlarda yaşayırlar. Mübahisə predmetinə aid olan mənzili tərk edib gedəndən sonra keçən son 18 il müddət ərzində cavabdehlər həmin mənzildən, ümumiyyətlə, istifadə etməmişlər. Cavabdehlər son 18 il müddət ərzində mübahisə predmetinə aid olan mənzildən istifadə etmələri ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş, eyni zamanda, bu cür hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Mübahisə predmetinə aid olan mənzil həmin vaxtdan indiyədək olan müddət ərzində hazırki iş üzrə iddiaçının istifadəsində olmuşdur. xx xxxx 1982-ci il tarixli Qanun ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci bəndinə əsasən kirayəçi və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır. Həmin maddənin 7-ci bəndinə əsasən şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin kirayə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Qanunvericiliyə əsasən dövlət və ictimai mənzil fondu evlərindən yaşayış sahəsinin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərə verilməsi nəzərdə tutulmuşdur. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxslərin nəinki daimi olaraq, hətta qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, altı aydan artıq müddətdə müvəqqəti olaraq həmin mənzili tərk etməsi onların bu yaşayış sahəsinə ehtiyacı olmaması kimi qiymətləndirilir və bu halda yaşayış sahəsi saxlanılmır. Hazırki işin faktiki hallarından isə müəyyən edilir ki, cavabdehlər nəinki altı aydan artıq müddətdə müvəqqəti olaraq həmin mənzili tərk edib başqa yerə getmişlər, hətta cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ailə qurduqları vaxtdan, digər Cavabdeh1 isə ən azı son 18 il ərzində başqa bir şəhərdə məskunlaşaraq hazırki iddianın predmetinə aid olan mənzili tərk edib getmişlər. Həmin əsaslara görə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin mübahisə predmetinə aid olan mənzildən istifadə hüquqlarının saxlanılmasına əsas yoxdur. Onlar mübahisə predmetinə aid olan mənzili tərk edib gedəndən sonra keçən, təxminən, 18 il müddət ərzində həmin yaşayış sahəsindən, ümumiyyətlə, istifadə etmədiklərinə, yaşayış sahəsinin mənzil haqqının və kommunal xərclərinin ödənilməsində iştirak etmədiklərinə və daimi yaşamaq üçün başqa yerə köçüb getdiklərinə və getdikləri yeni ünvanda məskunlaşdıqlarına görə həmin mənzildən istifadə hüquqlarını da itirmişlər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа keçirilir. Hаkim bütün hаllаrdа prоsesin çəkişmə prinsipini təmin etməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə etdiyi dəlillərlə, оnlаrın verdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-135/2020 saylı qətnаməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tаrixli, 2(054)-135/2020 saylı qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar