Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-311/2025 19.02.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ümumi istifadəyə verilmiş ictimai yolun açılması, cavabdeh tərəfindən qoyulmuş dəmir keçid qapıların sökülərək götürülməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: dövlət vəsaiti hesabına vəkillə təmin edilmə, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı ümumi istifadəyə verilmiş ictimai yolun açılması, cavabdeh tərəfindən qoyulmuş dəmir keçid qapıların sökülərək götürülməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Balakən Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(019)- 388/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsinə dair ərizəsinin təmin edilməsi barədə Balakən Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli, 2(019)-388/2024 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1988-ci tarixli 08 nömrəli qərarına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN 731 Kod 40110018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının 731 N planşetində göstərilən cizgisində qeyd olunan 1089.79 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsində olan ictimai yolun açılması,cavabdeh Balakən rayonu Gərəkli kənd sakini Cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması, cavabdeh tərəfindən yolun giriş hissəsinə qoyulmuş taxta qapıların öz hesabına sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun nümayəndəsi-vəkili Nümayəndə iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə verərək Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-731 Kod 40110018 olan “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktının JN-731N planşetində göstərilən cizgilərdə qeyd olunan 1089,79 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedişgəliş üçün nəzərdə tutulan ictimai yolun açılması,Cavabdeh tərəfindən qoyulmuş dəmir keçid qapıların sökülərək götürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən icraata qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(019)-388/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi,Balakən Rayon Aqrar İslahat Komissiyasının 30 iyun 1998-ci il tarixli 08 saylı qərarı ilə İddiaçı və onun ailə üzvülərinin mülkiyyətinə verilmiş JN-731 Kod 40110018 olan “Torpağa mülkiyyət Hüququna dair” Dövlət Aktının 731N planşetində göstərilən cizgilərdə qeyd olunan 1089,19 kv/m kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulan ictimai yolun açılması; Cavabdeh tərəfindən həmin ictimai yolun başlanğıc hissəsinə qoyulmuş dəmir keçid qapıların onun özünün hesabına sökülərək götürülməsi; 100 manat dövlət rüsumu xərcinin Cavabdeh tutulub İddiaçı ödənilməsi, 50 manat ekspertiza xərcinin Cavabdeh tutulub dövlət büdcəsinə AzMEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba köçürülməsi qət edlilmişdir. İş üzrə Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Balakən Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(019)- 388/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun himayəsində 7 nəfər ailə üzvü vardır, İİ qrup əlil olmaqla pensiyaçıdır. Vəkillə müqavilə bağlamağa maddi imkanı yoxdur. Balakən Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli, 2(019)-388/2024 saylı qərardadı ilə ərizə təmin olunmuş, iş üzrə Cavabdeh Balakən Rayon Məhkəməsinin 28 noyabr 2024-cü il tarixli, e-2(019)-388/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verməsi üçün dövlət vəsaiti hesabına vəkillə təmin olunması, qərardadın icrasının Balakən Rayon Vəkil Bürosuna həvalə edilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Balakən Rayon Məhkəməsinin 27 yanvar 2024-cü il tarixli, 2(019)-388/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli, 2(019)-388/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.1944-cü ildə anadan olmuşdur, İİ qrup əlil olmaqla penciyaçıdır. Vəkillə müqavilə bağlamağa maddi imkanı yoxdur. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 67-1-ci maddəsinə əsasən vəkilin prosesdə dövlət hesabına iştirakı: 67-1.1. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında məhkəmə aktını qəbul etmiş məhkəmə dövlət hesabına vəkilin prosesdə iştirakını təmin edir. 67-1.2. Birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Bu işlərə, məhkəməyə müraciət etmək üçün hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin müraciətinə əsasən vəkil qurumunun ərizəsi əsasında həmin qurumun yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi, məhkəmə icraatı zamanı isə işdə iştirak edən şəxsin yazılı müraciəti əsasında işə baxan məhkəmə tərəfindən baxılır. 67-1.4. Bu Məcəllənin 67-1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə iddia tələbinin kifayət qədər əsaslılığına dair ilkin sübutların mövcudluğunu nəzərə alaraq, aşağıdakı şəxslərin vəkil tərəfindən göstərilən hüquqi yardım haqqını ödəməkdən azad edilməsi və ödəmənin Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və ya bundan imtina barədə əsaslandırılmış qərardad qəbul edir: 67- 1.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş və işləməyən, eləcə də 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər; 67-1.4.2. insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər; 67-1.4.3. valideynini itirmiş və ya valideyn himayəsindən məhrum olunmuş uşaqlar; 67-1.4.4. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri; 67-1.4.5. müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyatda olan şəxslər; 67-1.4.6. maddi vəziyyəti və orta aylıq gəlirinin cari il üçün yaşayış minimumundan əhəmiyyətli dərəcədə aşağı olması məhkəmə tərəfindən qiymətləndirilən digər şəxslər. Kollegiya məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin 67-1.2-ci maddəsinə görə birinci və apellyasiya instansiya məhkəmələrində mülki işlər üzrə məhkəmə icraatında maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi məqsədilə peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxsin dövlət hesabına vəkil ilə təmin olunması məsələsini məhkəmə həll edir. Göründüyü kimi, şəxsin dövlət hesabına vəkillə təmin olunmasının təmin edilibedilməməsi məhkəmənin səlahiyyətindədir və qanunvericilik bu barədə qadağanedici norma nəzərdə tutmamışdır. Birinci instasniya məhkəməsi cavabdehi peşəkar hüquqi yardıma ehtiyacı olan, lakin kifayət qədər vəsaiti olmayan şəxs kimi qiymətləndirmiş və mövqeyini əsaslandırmışdır. Qərardadın apellyasiya qaydasında ləğv olunması üçün qanuni əsaslar mövcud deyildir. Məhkəmə kollegiyası hesab edir ki, Balakən Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli, 2(019)-388/2024 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Balakən Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli, 2(019)-388/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Balakən Rayon Məhkəməsinin 13 yanvar 2024-cü il tarixli, 2(019)-388/2024 saylı qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-311/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-311/2025
19.02.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver