Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-312/2020 14.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Hüquq şöbəsinin baş hüquqşünası,1-ci dərəcəli müfəttiş Nümayəndə iştirakı ilə ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X1 Maraqlı şəxs qarşı hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsindən ərizəçi - Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X2 tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 11 saylı X2 ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət edərək, vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan, ümumilikdə 1708,16 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim C.İmanov) xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir. Qətnamədən narazı qalan ərizəçi apelyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs (şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE ********, FİN nömrəsi xxxxxxx) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən narazı qalan ərizəçi kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə ərizəçinin kassasiya şikayəti qismən təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və mülki işə yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ Tələb onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxs Maraqlı şəxs (VÖEN **********) vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 1708,16 manat məbləğində (o cümlədən vergilər üzrə 1251,37 manat, faizlər üzrə 456,79 manat, maliyyə sanksiyası üzrə 0 manat, məhkəmə qərarı ilə təmin edilmiş hissə üzrə 0 manat) vergi borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx xxxxxx 2017-ci il tarixli **********371500 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən, borclu Maraqlı şəxs hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən və qanunla müəyyən edilmiş qaydada fərdi sahibkar statusu əldə edən fiziki şəxsdir və o, ünvan 1 ünvanında yaşayır. Ərizəçi tələbinin hüquqi əsasları kimi Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə, Vergi Məcəlləsinin 16.1.1, 77.1, 77.3, 78.1, 23.1.15-3-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 305.1.12, 355.5, 355.6 və 355.7-ci maddələrinə, Miqrasiya Məcəlləsinin 9.3.6-1 və 17.1.6-1 maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs xx xxxxxx 2019-cu il tarixə dövlət büdcəsinə 1708,16 manat məbləğində vergi borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən, xx.xx.2017-ci il tarixli **********371500 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Ona görə də hazırkiı tələblə məhkəməyə müraciət edilmişdir. İşə baxan məhkəmə isə maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(075)-911/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan 1708,16 manat vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməlidir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında çıxış edən ərizəçinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Maraqlı şəxs xx xxxxxx 2019-çu ilə dövlət büdcəsinə 1708,16 manat məbləğində (o cümlədən, vergilər üzrə 1251,37 manat, faizlər üzrə 456,79 manat) vergi borcu yaranmışdır. Vergilər üzrə borcların alınmasına dair Vergi Məcəlləsinin müddəaları nəzərə alınmış, mümkün tədbirlər görülmüşdür. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə bildiriş göndərilmiş, xəbərnamə iş materiallarına əlavə edilmiş, vergi ödəyicisinin “xxxx” ASC-nin Mingəçevir filialında, “xxxx” ASC-nin Şəki filialında və “xxxx” ASC-nin Şəki filialında olan hesablarına borc məbləğinin alınması barədə sərəncam qoyulmuşdur. Lakin bu günə kimi vergi ödəyicisinin bank hesablarına hər hansı məbləğ daxil olmadığına görə, borc məbləğinin alınması mümkün olmamışdır. Həmin borc məbləğinin ödənilməsini təmin etmək üçün Maraqlı şəxs barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edilmişdir. Bundan başqa, o, verilən suallara cavab verərək bildirmişdir ki, təcrübə göstərir ki, ölkədən getmək hüququ məhdudlaşdırıldığı halda vətəndaşlar borclarını ödəyirlər. Üç bank hesablarına qoyulan sərəncamların surətləri işə əlavə olunmuşdur. Bundan başqa, elektron qaydada vergi borcunun olması barədə məlumat verməklə bağlı bildiriş və “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin surəti iş materiallarına əlavə edilmişdir. Odur ki, məhkəmə kollegiyasından Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və Maraqlı şəxs Əlövsət oğlunun dövlət büdcəsinə 1708,16 manat borcun ödənilməsini təmin etmək məqsədi ilə onun ölkədən getmək hüququnun həmin borc məbləğinin ödənilənədək məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, Maraqlı şəxs heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmiş, məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş fiziki şəxs haqqında məlumatdan görünür ki, Maraqlı şəxs xx xxxxxxx 2009-cu ildə ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı üçün vergi ödəyicisi kimi (VÖEN **********) qeydiyyatdan keçmiş, hazırda fəaliyyətini dayandırmışdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Maraqlı şəxs xx xxxxxxx 1984-cü ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatdadır. xx xxxxxx 2017-ci il tarixli **********371500 nömrəli bildirişin təsdiq edilmiş surətindən görünür ki, ərizəçi tərəfindən vergi borcunun ödənilməsi barədə Maraqlı şəxs xəbərdarlıq edilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməyərkən gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Maraqlı şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsi (bundan sonra VM) ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə 1708,16 manat məbləğində vergi borcunun 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə VM-in 65-ci maddəsinə əsasən, xx xxxxxx 2017-ci il tarixli **********371500 nömrəli bildirişi almasını təqdim edən hər hansı sənəd iş materiallarına əlavə etməmişdir. Yəni Vergilər Nazirliyinin 11 saylı X2 Maraqlı şəxs onun 1708,16 manat məbləğində vergi borcunun dövlət büdcəsinə ödənilməsi barədə hər hansı bildiriş göndərməmiş, onu xəbərdar etməmişdir. Ümumiyyətlə, Vergilər Nazirliyinin 11 saylı X2 Maraqlı şəxs qeyd edilən vergi borcunun ondan tutulmasına yönəlik hər hansı tədbirlər görməmiş və yaxud görsə də bununla əlaqədar sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsində təsbit edilmişdir ki, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. VM-in əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir (mad. 16.1.1). Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir (mad. 23.1.15-3). Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir (mad. 65.1). Bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. (mad. 65.2). İş materiallarından görünür ki, vergi ödəyicisi Maraqlı şəxs fəaliyyətini xx.xx.2015-ci ildən xx.xx.2020-ci ilədək dayandırmışdır. Vergi ödəyici Maraqlı şəxs yaranmış vergi borcunun vaxtında ödənilməsini təmin etmədiyi üçün xx.xx.2018-ci ildə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılacağı haqqında xəbərdarlıq (i. v. 38) ünvanlanmış, xəbərdarlıq onun tərəfindən xx.xx.2018-ci il tarixdə qəbul (i. v. 40) edilmiş, vergi öhdəliyi vergi ödəyicisi tərəfindən təmin edilmədiyi üçün vergi ödəyicisinin “xxxx” ASC-nin Mingəçevir filialında, “xxxx” ASCnin Şəki filialında və “xxxx” ASC-nin Şəki filialında olan bank hesablarına borc məbləğinin alınması barədə xx.xx.2018-ci il tarixli sərəncam (i. v. 45-47) qoyulmuşdur. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər (mad. 89.1). Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər (mad. 89.3). Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər (mad. 90.1). MPM-in 305.1.12-ci maddəsinə əsasən,vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasının iddia tələbinin və apelyasiya şikayətinin təmin edilməsi barədə gəldiyi nəticə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla, MPM-in 420-ci maddəsinin tələbləri baxımından da əsaslıdır, çünki apelyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv edən kassasiya instansiyası məhkəməsinin göstərişi də belədir. Həmin maddənin mənasına görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (MPM-in 88-ci mаddəsi). Beləliklə, məhkəmə kоllegiyаsı tədqiq etdiyi sübutlara və Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda qeyd olunan qərarına əsasən, belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilərək Maraqlı şəxs tərəfindən dövlət büdcəsinə olan 1708,16 manat vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392, 393, 402, 403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilsin. Vergi ödəyicisi olan fiziki şəxs tərəfindən dövlət büdcəsinə olan, ümumilikdə 1708,16 manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti (borc ödənilənə qədər) məhdudlaşdırılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-312/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-312/2020
14.01.2020 · Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver