Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-312/2022 10.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(046)-212/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi 71.4 m2 qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 5173 m2 torpaq sahəsinin boşaldılması, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(046)-212/2021 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Seriya RX ******* nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmiş Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 71,4 kv.m qeyri-yaşayış sahəsi və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən 5173 kv.m qeyri yaşayış sahəsində Cavabdeh tərəfindən inşa edilmiş 49,4 kv.m ölçüdə tövlənin cavabdehin hesabına sökülməsi, iş üzrə ekspertiza xərci olan 100 manatın Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsi, Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(046)-212/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, iddiaçı heç bir üzürlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, şikayətin dəlillərini və mülki işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair» 23 fevral 2016-cı il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Göyçay Rayon Məhkəməsinin 08 iyul 2015-ci il tarixli qətnaməsi əsasən İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı, Cavabdeh tərəfindən Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən, onun xüsusi mülkiyyətində olan əmlak kompleksinin boşaldılması, ərazidə qanunsuz tikilmiş tövlələrin cavabdehin hesabına sökülməsi, həmin əmlak kompleksi və torpaq sahəsindən onun istifadə etməsinə yaratdığı maneələrin aradan qaldırılmasının cavabdehə həvalə olunması tələbinə dair iddiası əsassız hesab edilərək rədd edilmiş, İddiaçı 200 manat ekspertiza xərcinin alınıb AzMEM VÖİN **********, X1 Kod 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********39 44 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 08 iyul 2015-cı ıl tarixli, 2(046)-43/2015 saylı qətnaməsi ləğv edilmiş, ış üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı özgəsinin qanunsuz sahibliyindən mülkiyyətin geri tələb olunması, qanunsuz tikililərin sökülməsi və qarşıda olan maneələrin aradan qaldırılması tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş Göyçay şəhəri Natəvan küçəsi 134də yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan əmlak kompleksi, 60,1 m2 sahəsi olan qeyriyaşayış binası (anbar) və 11,3 m3 sahəsi olan qeyri-yaşayış binasının (gözətçi binası) boşaldılması, İddiaçı əmlak əmlak kompleksinin də yerləşdiyi onun qanuni istifadəsində olan torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş 20 kv.metr ölçülü tövlənin cavabdehin hesabına sökülməsi, həmin əmlak kompleksi və torpaq sahəsindən İddiaçı istifadə etməsinə maneə törətmək cavabdehə qadağan edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-707/17 saylı 20.02.2017-ci il tarixli Qərarı ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 noyabr 2015-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. İş üzrə qanuni qüvvəyə minmiş qətnamə, iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Hazırki iş üzrə ya qanuni qüvvəyə minmiş qətnamə olduğundan həmin mülki işin icraatına xitam verilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi 71.4 m2 qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 5173 m2 torpaq sahəsinin boşaldılması, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Cavabdeh və mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şoxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı, Cavabdeh tərəfindən Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən, onun xüsusi mülkiyyətində olan əmlak kompleksinin boşaldılması, ərazidə qanunsuz tikilmiş tövlələrin cavabdehin hesabına sökülməsi, həmin əmlak kompleksi və torpaq sahəsindən onun istifadə etməsinə yaratdığı maneələrin aradan qaldırılmasının cavabdehə həvalə olunması tələbinə dair iddia ərizəsi Göyçay Rayon Məhkəməsinin qətnaməsi ilə rədd edilmiş, Şəki Apellyasiya Məhkəməsi qətnaməni dəyişdirərək iddia tələbini qismən təmin etmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi 71.4 m2 qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 5173 m2 torpaq sahəsinin boşaldılması, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Halbuki qüvvədə olan qətnamə ilə Cavabdeh tərəfindən qanunsuz olaraq tutulmuş Göyçay şəhəri Natəvan küçəsi 134-də yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan əmlak kompleksi, 60,1 m2 sahəsi olan qeyri-yaşayış binası (anbar) və 11,3 m3 sahəsi olan qeyri-yaşayış binasının (gözətçi binası) boşaldılması, İddiaçı əmlak əmlak kompleksinin də yerləşdiyi onun qanuni istifadəsində olan torpaq sahəsində Cavabdeh tərəfindən qanunsuz tikilmiş 20 kv.metr ölçülü tövlənin cavabdehin hesabına sökülməsi, həmin əmlak kompleksi və torpaq sahəsindən İddiaçı istifadə etməsinə maneə törətmək cavabdehə qadağan edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Kollegiya hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Çünki tələb edilən qeyri-yaşayış sahəsinin sökülməsi və həmin qeyri-yaşayış sahəsinin yerləşədiriyi torpağın boşaldılması ilə bağlı digər qətnamə ilə artıq qeyri-yaşayış sahəsinin sökülməsi və torpaq sahəsindən İddiaçı istifadə etməsinə maneə törətmək barədə qanuni qüvədə olan qətnamə mövcuddur. Yəni tərəf eyni, predmet eyni və əsas eynidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu üçün, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(046)-212/2021 saylı qətnaməsi ləğv edilməli və iş üzrə xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(046)-212/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zəbt etdiyi 71.4 m2 qeyri-yaşayış sahəsinin və həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi 5173 m2 torpaq sahəsinin boşaldılması, torpaq sahəsində inşa edilmiş tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi barədə iddiası üzrə mülki işin icraatına xitam verilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat İddiaçı tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 013601**********3944, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qərаrdаddаn surəti rəsmi qaydada alındığı vaxtdan, qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edildiyi vaxtdan 10 gün müddətində Şəki Apellyаsiyа Məhkəməsinin mülki kollegiyаsı vаsitəsi ilə Azərbаycаn Respublikаsı Ali Məhkəməsinin mülki kollegiyаsınа kаssаsiyа şikаyəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-312/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-312/2022
10.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver