Məhkəmə qərarları › İş №2(107)-313/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-313/2025

29.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-313/2025 29.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “töhmət verilmə ilə bağlı əmrin ləğvi” və İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X8 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X9 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi Nümayəndə2, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndələri X11 və X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “töhmət verilmə ilə bağlı əmrin ləğvi” və İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1682/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1- 190K/2024 nömrəli İddiaçı şiddətli töhmət verilməsi ilə bağlı əmrinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin iyun ayından 4 saylı ƏMHMnin (Ərazi Maliyyə Hesablaşma Mərkəzi) Qəbələ rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığında mühasib kimi çalışmağa başlamışdır. Daha sonra xx.xx.2022-ci il tarixdən Cavabdeh Maliyyə-iqtisadiyyat sektorunda məsləhətçi, xx.xx.2023-cü il tarixdən isə həmin idarədə, yəni Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyəiqtisadiyyat sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində nizam-intizamlı, işini peşəkar yerinə yetirən işçi olmuşdur. O, xx.xx.2024-cü il tarixdə dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçərək BB2 kateqoriyası üzrə sertifikat almışdır. Şəxsi işinə tikilməklə verilmiş şiddətli töhmət onun gələcək kariyerasına ləkədir. xx.xx.2024-cü il tarixdə Qəbələ rayon, Solquca kənd ümumi orta məktəbinin direktoru X16 Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Qəbələ rayonu Təhsil sektorunun müdiri Arifə Bayramovaya ərizə verərək 23-30 oktyabr 2023-cü il tarixində Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunduğunu bildirmişdir. Həmçinin ərizəsində guya ona dəfələrlə müraciət etdiyini, o, ezamiyyənin yarısının ona verilməsi müqabilində ödəniş edəcəyini, vermədiyi təqdirdə ezam pulunu hesablamayacağını qeyd etmişdir. Daha sonra xx.xx.2024-cü il tarixində Qəbələ rayon, Savalan kənd ümumi orta məktəbinin direktoru X12 Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyə-iqtisadiyyat sektoruna ərizə verərək 13-18 noyabr 2023-cü tarixində Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunduğunu və 5 aydan çoxdur ezam pulunun hesablanmadığını bildirmişdir. Həmçinin ərizəsində qeyd etmişdir ki, guya ona dəfələrlə müraciət etmiş, lakin o, ezam pulunu hesablamamışdır. Qeyd olunan hallarla bağlı bildirir ki, X16 23-30 oktyabr 2023-cü il tarixində Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunmuş və onun ezamiyyə əmri və ezamiyyə vərəqi ona xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Həmçinin 13-18 noyabrda ezamda olmuş X2 da əmri və ezamiyyə vərəqəsi noyabr ayının sonu ona təqdim edilmişdir. Əlindəki ezam sənədlərinə əsasən büdcədə cəmi 200 manat pul qaldığı üçün dekabr ayının pul sifarişində hər iki şəxsin ezamını vura bilmək üçün 4.2.2 paraqrafından cəmi 1000 manat pul sifariş vermişdir. Ancaq 4.2.2 paraqrafında smeta olmadığı üçün pul açılmamış və bu səbəbdən də o, sənədləri icra edə bilməmişdir. Daha sonra fevral ayında pul sifariş vermiş və xx.xx.2024-cü ildə ezamiyyə sənədini vurmağına baxmayaraq maliyyə tərəfindən keçirilməmişdir. Bununla bağlı maliyyə-iqtisadiyyat sektorunun əməkdaşlarına xəbər verdikdə onlar qeyd etmişlər ki, bu hal təkcə onlarda deyil. Bununla bağlı 19 saylı Regional Xəzinədarlıq İdarəsinə məktub yazılacağı ona kimi sənədləri vurmamaqları bildirilmişdir. Bununla bağlı araşdırma aparıla bilər. Həmçinin maliyyədən də həqiqətəndə dekabrda smetada pulun olmadığı araşdırıla bilər. Daha sonra X16 xx.xx.2024-cü il tarixdə ərizə verərək onun haqqında yazdığı ərizəni geri götürdüyünü bildirmişdir. Bu isə həmin şəxsin qərəzli və kimlərsə tərəfindən öyrədildiyini göstərir. Öncə ərizə verərək ezamiyyə pulunun ödənmədiyini və onun ezamiyyənin yarısını istədiyini bildirir, daha sonra isə başqa bir ərizə verib əsəbi olduğu üçün bu ərizəni yazdığını bildirir. Elşən müəllimin yalandan ona şər atmaq məqsədilə öyrədilmiş şəkildə verdiyi ərizəyə əsasən Şəki Zaqatala RTİ-nin müdriyyəti tərəfindən xx.xx.2024-cü ildə Şəkidə 6 rayonun əməkdaşlarının iştirakı ilə keçirilən iclasda Qəbələdə ezamiyyəyə pulu alınıb deyə elan edib onun nüfuzuna ləkə vuruldu. O, bu məsələylə bağlı Günay Mahmudovayla görüşmək istəməyinə baxmayaraq 2ci dəfə Günay xanım yenə onunla görüşməmiş və onu Bəhruz müəllimə yönləndirdilər. Bəhruz müəllimlə söhbətlərində o bildirdi ki, bu ərizələr araşdırılmışdırmı ki, onun nüfuzunu belə ləkələyirsiz? O, həmçinin bildirdi ki, Elşən müəllimlə üzləşmə tələb edir, o isə prokurorluq orqanı olmadıqlarını və araşdırma etmədiklərini bildirdi. Bundan sonra xx.xx.2024-cü il tarixdə onun izahatı alındı və o, izahatında da həmin xüsusatları qeyd eləmişdir. Buna baxmayaraq heç bir qanuni araşdırma aparmadan həmin idarə ona qarşı qərəzli mövqe sərgiləyərək xx.xx.2024-cü il tarixdə şiddətli töhmət vermişdir. Həmin əmrdə qeyd edir ki, guya ona sonuncu xəbərdarlıqdan sonra şiddətli töhmət verilmişdir. Ancaq daha öncə ona heç bir xəbərdarlıq edilməmişdir. Göründüyü kimi ona qarşı qərəzli münasibət göstərərək ona şiddətli töhmət verilməsi barədə əmrlər vermişdir. Cavabdeh orqan onu işdən çıxarmağı öncədən planlaşdırmış, yuxarıda adlarını qeyd etdiyi şəxslərə təziq edərək bir neçə ərizə yazaraq guya onlara verilməli olan ezamiyyə pulları onun təqsiri ucbatından verilməmiş, üstəlik də ona böhtan atmışlar ki, guya o, həmin adamlardan ezamiyyənin yarısını istəmişdir. Halbuki, qeyd edilən ezamiyyə pulları isə onun təqsirindən deyil, smetada pul olmadığına görə ödənilməmişdir. İşə götürən əmrində qeyd etmişdir ki, guya o, əmək funksiyalarını yerinə yetirməmiş, vəzifə səlahəyyətlərindən irəli gələn imkanlardan sui-istifadə etmişdir. Lakin bu qeyd olunan sui-istifadə halları hansı hallardır qeyd olunmamışdır. Göründüyü kimi əmr düzgün tərtib edilməmiş, əmək qanunvericiliyinin tələbləri baxımından əsaslandırılmamışdır. Cavabdeh əmri əsaslandırmamışdır. Sadəcə bir neçə cümlə qeyd edərək həmin əmri imzalamışdır. Göründüyü kimi töhmət verilərkən iddiaçının şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və törətdiyi xətanın xarakteri müqayisəli şəkildə nəzərə alınmamışdır. Bununla da, Əmək Məcəlləsinin 12 və 186-cı maddələrinin pozulması halı baş vermişdir. Beləliklə də, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-190K/2024 nömrəli əmri qanunsuz və əsassız olmuşdur.

3. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, 2(075)-1682/2024 nömrə ilə qeydiyyata alınmışdır.

4. Eyni zamanda İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh maliyyəiqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli, 3-29/42/3-2-26F/2024 saylı əmrinin ona aid hissədə, onun vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-341k/2024 saylı əmrinin və Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağının 31 may 2024-cu il tarixli qərarının ləğv edilməsinə, onun Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyəiqtisadiyyat sektorunda aparıcı məsləhətçi vəzifəsinə bərpa edilməsinə və məcburi iş buraxma dövrü üçün ona əmək haqqı ödənilməsi, həmçinin vəkilə xidmət haqqı üçün ödədiyi 1000 manat pulun cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, 2018-ci ilin iyun ayından 4 saylı ƏMHM nin (Ərazi Maliyyə Hesablaşma Mərkəzi) Qəbələ rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığında mühasib kimi çalışmağa başlamışdır. Daha sonra xx.xx.2022-ci il tarixdən Cavabdeh Maliyyə-iqtisadiyyat sektorunda məsləhətçi, xx.xx.2023-cü il tarixdən isə həmin idarədə, yəni Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyə iqtisadiyyat sektorunda aparıcı məsləhətçi vəzifəsində işləmişdir. İşlədiyi müddət ərzində nizam-intizamlı, işini peşəkar yerinə yetirən işçi olmuşdur. O, xx.xx.2024-cü il tarixdə dövlət qulluğu imtahanından müvəffəqiyyətlə keçərək BB2 kateqoriyası üzrə sertifikat almışdır. Şəxsi işinə tikilməklə verilmiş şiddətli töhmət onun gələcək kariyerasına ləkədir. xx.xx.2024cü il tarixdə Qəbələ rayon, Solquca kənd ümumi orta məktəbinin drektoru X16 Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Qəbələ rayonu Təhsil sektorunun müdiri Arifə Bayramovaya ərizə verərək 23-30 oktyabr 2023-cü il tarixində Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunduğunu bildirmişdir. Həmçinin ərizəsində guya ona dəfələrlə müraciət etdiyini, o, ezamiyyənin yarısının ona verilməsi müqabilində ödəniş edəcəyini, vermədiyi təqdirdə ezam pulunu hesablamayacağını qeyd etmişdir. Daha sonra xx.xx.2024cü il tarixində Qəbələ rayon, Savalan kənd ümumi orta məktəbinin direktoru X12 Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyə-iqtisadiyyat sektoruna ərizə verərək 13-18 noyabr 2023-cü tarixində Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunduğunu və 5 aydan çoxdur ezam pulunun hesablanmadığını bildirmişdir. Həmçinin ərizəsində qeyd etmişdir ki, guya ona dəfələrlə müraciət etmiş, lakin o, ezam pulunu hesablamamışdır. Qeyd olunan hallarla bağlı bildirir ki, X16 23-30 oktyabr 2023-cü il tarixində Bakı şəhərinə Mülki Müdafiə kurslarına ezam olunmuş və onun ezamiyyə əmri və ezamiyyə vərəqi ona xx.xx.2023-cü il tarixində təqdim edilmişdir. Həmçinin 13-18 noyabrda ezamda olmuş X2 da əmri və ezamiyyə vərəqəsi noyabr ayının sonu ona təqdim edilmişdir. Əlindəki ezam sənədlərinə əsasən büdcədə cəmi 200 manat pul qaldığı üçün dekabr ayının pul sifarişində hər iki şəxsin ezamını vura bilmək üçün 4.2.2 paraqrafından cəmi 1000 manat pul sifariş vermişdir. Ancaq 4.2.2 paraqrafında smeta olmadığı üçün pul açılmamış və bu səbəbdən də o, sənədləri icra edə bilməmişdir. Daha sonra fevral ayında pul sifariş vermiş və xx.xx.2024-cü ildə ezamiyyə sənədini vurmağına baxmayaraq maliyyə tərəfindən keçirilməmişdir. Bununla bağlı maliyyə-iqtisadiyyat sektorunun əməkdaşlarına xəbər verdikdə onlar qeyd etmişlər ki, bu hal təkcə onlarda deyil. Bununla bağlı 19 saylı Regional Xəzinədarlıq İdarəsinə məktub yazılacağını ona kimi sənədləri vurmayacaqlarını bildirmişlər. Maliyyədən də həqiqətən də dekabrda smetada pulun olmadığı araşdırıla bilər. Daha sonra X16 xx.xx.2024-cü il tarixdə ərizə verərək onun haqqında yazdığı ərizəni geri götürdüyünü bildirmişdir. Bu isə həmin şəxsin qərəzli və kimlərsə tərəfindən öyrədildiyini göstərir. Öncə ərizə verərək ezamiyyə pulunun ödənmədiyini və onun ezmiyyənin yarısını istədiyini bildirir, daha sonra isə başqa bir ərizə verib əsəbi olduğu üçün bu ərizəni yazdığını bildirir. Elşən müəllimin yalandan ona şər atmaq məqsədilə öyrədilmiş şəkildə verdiyi ərizəyə əsasən Şəki Zaqatala RTİ-nin müdriyyəti tərəfindən xx.xx.2024-cü ildə Şəkidə 6 rayonun əməkdaşlarının iştirakı ilə keçirilən iclasda Qəbəldə ezamiyyəyə pul alınıb deyə elan edib onun nüfuzuna ləkə vuruldu. O, bu məsələylə bağlı Günay Mahmudovayla görüşmək istəməsinə baxmayaraq 2-ci dəfə Günay xanım yenə onunla görüşmədi və onu Bəhruz müəllimə yönləndirdilər. Bəhruz müəllimlə söhbətlərində bildirdi ki, bu ərizələr araşdırılmışdırmı ki, onun nüfuzunu belə ləkələyirsiz? O, həmçinin bildirdi ki, Elşən müəllimlə üzləşmə tələb edir, o isə onların prokurorluq orqanı olmadıqlarını və araşdırma da etmədiklərini bildirdi. Bundan sonra xx.xx.2024-cü il tarixdə onun izahatı alındı və o, izahatında da həmin xüsusatları qeyd etmişdir. Buna baxmayaraq heç bir qanuni araşdırma aparmadan həmin idarə ona qarşı qərəzli mövqe sərgiləyərək xx.xx.2024-cü il tarixdə şiddətli töhmət verimişdir. Həmin əmrdə qeyd edir ki, guya ona sonuncu xəbərdarlıqdan sonra şiddətli töhmət verilmişdir. Ancaq daha öncə ona heç bir xəbərdarlıq edilməmişdir. Göründüyü kimi ona qarşı qərəzli münasibət göstərərək ona şiddətli töhmət verilməsi barədə əmrlər vermişdir. Daha sonra həmin şiddətli töhmətin verilməsinə dair əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və hazırda həmin mülki iş məhkəmənin icraatındadır. Daha sonra onlar onu 31 may 2024-cü il tarixində Həmkarlar İttifaqı Komitəsinin iclasına çağırdılar. Həmin iclasda o, hər şeyi olduğu kimi bildirdi, lakin iclasın iştirakçıları ona töhmət verən və onun işgüzar nüfuzunu ləkələyən şəxslər idi. Yəni iclas formal xarakterli iclas idi. Məqsədləri onu işdən azad etmək idi. Elə həmin iclasda onun əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verildi. Daha sonra xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-341k/2024 saylı əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 07 iyun 2024-cü il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verildi. İşəgötürən onun əmək müqaviləsinə xitam verilməsinə dair əmrində qeyd etmişdir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq vəzifələrin icrası zamanı pozuntulara yol verdiyinə, yəni vəzifə səlahiyyətləri həddində ona verilmiş tapşırıqlara etinasız münasibət göstərərək həmin tapşırıqları yerinə yetirmədiyinə və yerinə yetirilməsindən imtina etdiyinə görə haqqında işdən azad edilməsi barədə intizam tənbeh tədbiri tətbiq edilməklə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 07 iyun 2024-cü il tarixindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin. Həmin əmr ümumiyyətlə əsaslandırılmamış, yəni əmrdə göstərilən pozuntular nədən ibarətdir və o, hansı əmr və yaxud göstərişləri yerinə yetirməmiş qeyd olunmamışdır. Cavabdeh orqan onu işdən çıxarmağı öncədən planlaşdırmış, yuxarıda adlarını qeyd etdiyi şəxslərə təziq edərək bir neçə ərizə yazaraq guya onlara verilməli olan ezamiyyə pulları onun təqsiri ucbatından verilməmiş, üstəlikdə ona böhtan atmışlar ki, guya o, onlardan ezamiyyənin yarısını istəmişdir. X1 xx.xx.2024-cü il tarixdə ərizə verərək onun haqqında yazdığı ərizəni geri götürdüyünü bildirmişdir. Onda həmin şəxslərin səs yazıları vardır. Həmçinin cavabdeh tərəf hələ də yuxarıda adları qeyd olunan şəxslərin ezamiyyə xərclərini verməmişdir. Hansı ki, onu ezamiyyə xərclərini verməməyi ilə ittiham edirdi. Əgər həmin məsələlərdə günah onda idisə, niyə indi özləri ödəmirlər. Göründüyü kimi əmr düzgün tərtib edilməmiş, əmək qanunvericiliyinin tələbləri baxımından əsaslandırılmamışdır və əmək qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Həmçinin işəgötürən tərəfindən ona təziqlər olunmuşdur. Bu hal da onu göstərir ki, cavabdeh verdiyi əmrin qanunsuz olduğunu bilir. Daha sonra onu işdən azad edəcəklərini öncədən planlaşdırdıqları üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Şəki Zaqatala Regional Təhsil İdarəsinin maliyyəiqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli, 3-29/42/3-2-26F/2024 saylı əmr verərək onun razılığı olmadan və ona heç bir şey demədən ona əhatə dairələrindəki rayonlar üzrə statistik hesabatların yığılması və aidiyyatı üzrə təqdim olunması, social müavinətlərlə bağlı bütün sənədləşmə işlərinin aparılmasına nəzarətin həyata keçirilməsi, rayonlar üzrə B3 hesabatlarının (X6) yığılması və aidiyyəti üzrə təqdim olunması, region üzrə fiziki və əqli qüsurlu (evdə təhsilə cəlb olunan xəstə uşaqlar) şagirdlərin sənədləşmə işlərinin düzgün şəkildə işlənib hazırlanması vəzifəsi həvalə edilmişdir. İlk öncə şiddətli töhmət verərək daha sonra başqa rayonda ona vəzifə həvalə edildi. Onun azyaşlı övladı var və onun hər gün başqa bir rayona işə gedib gəlməyi mümkün deyildir. Daha sonra da bunu bəhanə gətirib işdən azad edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-341k/2024 saylı əmri və Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağının 31 may 2024-cu il tarixli qərarı qanunsuz və əsassız olmuşdur.

6. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, 2(075)-1972/2024 nömrə ilə qeydiyyata alınmışdır.

7. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-1972/2024 saylı qərardadı ilə İddiaçı cavabdeh Şəki Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)-1972/2024 saylı mülki iş İddiaçı cavabdeh Şəki Regional Təhsil İdarəsinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair Şəki Rayon Məhkəməsinin icraatında olan 2(075)- 1682/2024 saylı mülki işlə bir icraatda birləşdirilmişdir.

Birinci instansiya məhkəməsində icraat

8. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizələrini müdafiə edərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, onun işdən çıxarlanmasının səbəbi Cavabdeh onunla qərəzli mövqedə olmasıdır. Cavabdeh Qəbələ Şöbəsinin və Qızıl Aypara Cəmiyyətinin rəhbərlərinin onunla ədavəti vardır. Hazırki hadisələr bu səbəbdən baş vermişdir. Qızıl Aypara Cəmiyyətinə çoxsaylı müəllimlərin adından ərizələr təqdim edilərək ondan cəmiyyətin xeyrinə pul ödənilməsi tələb edilmişdir. O isə ərizələrin hər birinin eyni şəxs tərəfindən yazıldığını görərək bu tələbdən imtina etmişdir. Bu səbəbdən onun iş yeri və vəzifəsi onun razılığı olmadan, qanunsuz olaraq rəhbərlik tərəfindən dəyişdirilmişdir. Elşən adlı şəxsə onun barəsində şər böhtan xarakterli ərizə yazdırılmışdır. Buna sübut olaraq onun xeyrinə Elşən müəllimin ikinci ərizəsi vardır. Hansı ki, o, yazdıqlarını inkar etmişdir. Cavabdehin nümayəndələrinin istinad etdikləri paraqraf ilə bağlı texniki səhv etdiyini etiraf edir. Lakin ona töhmət aprel ayında verilmişdir. Yoxlama isə may ayında aparılmışdır. Göstərilən paraqrafla bağlı hansı ki, bir nəfər şəxs şikayət edib, 200 manat pul vəsaiti var idi. O, sifarişi dekabr ayının əvvəlində vurmuş, yəni öz öhdəsinə düşən işi etmişdir. Arifə Babayevanın onunla ədavəti vardır. Cavabdeh Maliyyə sektorunun müdiri X13 ilə məsləhət edib sonra işləri yerinə yetirmişdir. Onunla yanaşı Araz Babayev də məsuliyyət daşıyır. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək, təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi İddiaçı barəsində şikayət edən Elşən adlı şəxs aprelin 5-i ərizə yazıb ki, əsəbi olub, sonradan yenidən ərizə yazıb ki, ona təzyiq olunmuşdur. Həmin şəxslə bağlı prokurorluq orqanına şikayət ərizəsi ilə müraciət olunub. Hər hansı bir şəxsə vəzifə həvalə edilərsə, həmin şəxsin razılıq ərizəsi lazımdır. İşçi işdən azad olunduğu halda əmr əsaslandırılmalıdır. İddiaçının işdən azad olunma əmri əsaslandırılmamışdır. İddiaçı dövlət qulluğu imtahanını BB2 sertifikat imtahanından keçib, savadlı kadrdır. Hesab edir ki, işçi texniki səhvə yol verdiyi üçün ona qarşı çox sərt qərar qəbul olunub. Buradan da bəlli olur ki, Cavabdeh iddiaçı ilə qərəzli mövqeyi vardır. Cavabdeh iddiaçının şiddətli töhmətlə işdən azad olunmasına dair əmri gələcək karyerasına mənfi təsir edir. İddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X17 izahat verərək bildirdi ki, Cavabdehndə iddiaçının işdən azad olunması məsələsi tam olaraq araşdırılmışdır. İddiaçının barəsində yazılmış şikayət ərizələri şablon şəkildə olsa da, ərizələrdəki imzalar ayrı-ayrı şəxslərə məxsusdur. Hesab edir ki, iddia tələbi əsassızdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

11. Məhkəmə iclasında iştirak edən Cavabdeh Maliyyə sektorunun müdiri X13 izahat verərək bildirdi ki, iddiaçının işi yoxlanılmış, nöqsanlar aşkar olunmuş, buna görə də ona sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdən azad olunmasına gəldikdə isə, iddiaçı işlədiyi zaman Qəbələ rayonunda qalaraq başqa işdə işləməsi təklif olunmuş, lakin iddiaçı onlarla razılaşmamış, əvvəlki vəzifəsində ixtisaslaşdığını bildirmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır. İddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

12. Şəki Rayon Məhkəməsinin (hakim K.Musayev) xx.xx.2024-cü il tarixli, e-2(075)- 1682/2024 nömrəli qətnaməsi ilə, İddiaçı Cavabdehnə qarşı “töhmət verilmə ilə bağlı əmrin ləğvi” tələbinə dair iddia ərizəsinin təmin edilməsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-190K/2024 nömrəli İddiaçı şiddətli töhmət verilməsi ilə bağlı əmrinin ləğv edilməsi, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən töhmət verilmişdir (işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda). M.Ə.Sadıqovanın əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozması təsdiq olunmamışdır. İddiaçı məhkəmə iclası zamanı ödəniş paraqrafı ilə bağlı texniki səhv etdiyini qeyd etmişdir.

14. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iş materiallarından göründüyü kimi 18-21 may 2024-cü il tarixdə Cavabdeh tabeliyində olan Qəbələ rayonu üzrə məktəbəqədər, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində tarifləşmə cədvəlləri, aylar üzrə təhsil müəssisələrində çalışan işçilərin əmək haqqı hesablanıb ödənilməsi cədvəlləri seçmə üsulu ilə yoxlanılan zaman iddiaçının bəzi nöqsanlara yol verildiyi aşkar olunmuşdur.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

15. Məhkəmə hesab etmişdir ki, iddiaçının texniki səhv etməsi ona şiddətli töhmət verilməsi üçün əsas deyildir. Eyni zamanda iddiaçıya xx.xx.2024-cü il tarixli intizam tənbehi barədə əmrə əsasən sonuncu xəbərdarlıq edilməklə şiddətli töhmət verilmişdir. Lakin əvvəllər iddiaçının işlədiyi müddətdə ona xəbərdarlıq elan edilməsi iş materiallarında öz əksini tapmamışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “töhmət verilmə ilə bağlı əmrin ləğvi” tələbinə dair iddiası əsaslıdır.

16. Məhkəmə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən Cavabdehndə Qəbələ rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlıqda mühasib vəzifəsində işə başlamış, xx.xx.2022-ci il tarixli əmrə əsasən həmin tarixdən maliyyə-iqtisadiyyat sektorunun məsləhətçisi vəzifəsinə keçirilmiş, xx.xx.2023-cü il tarixli əmrə əsasən maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. İddiaçıya Qəbələ rayonunda qalıb işləməklə əhatə dairələrindəki rayonlar üzrə statistik hesabatların yığılması və aidiyyatı üzrə təqdim olunması, sosial müavinətlərlə bağlı bütün sənədləşmə işlərinin aparılmasına nəzarətin həyata keçirilməsi, rayonlar üzrə B3 hesabatlarının yığılması və aidiyyəti üzrə təqdim olunması, region üzrə fiziki və əqli qüsurlu şagirdlərin sənədləşmə işlərinin düzgün şəkildə işlənib hazırlanması təklif edilmiş, lakin iddiaçı razılaşmamışdır.

17. Cavabdeh müdiri səlahiyyətlərini icra edən müdir müavini Günay Mahmudovanın maliyyə-iqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə əmrə əsasən əhatə dairələrindəki rayonlar üzrə statistik hesabatların yığılması və aidiyyatı üzrə təqdim olunması, sosial müavinətlərlə bağlı bütün sənədləşmə işlərinin aparılmasına nəzarətin həyata keçirilməsi, rayonlar üzrə B3 hesabatlarının yığılması və aidiyyəti üzrə təqdim olunması, region üzrə fiziki və əqli qüsurlu şagirdlərin sənədləşmə işlərinin düzgün şəkildə işlənib hazırlanması maliyyəiqtisadiyyat sektorunun aparıcı məsləhətçisi İddiaçı həvalə edilməsi əmr edilmişdir. Lakin iddiaçı ona həvalə edilmiş vəzifəni qəbul etməmiş, əsas kimi əvvəlki vəzifəsində işləyib ixtisaslaşdığını göstərmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, yeni vəzifə bölgüsünə əsasən maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi İddiaçı əhatə dairəsindəki rayonlar üzrə statistik hesabatların yığılması və aidiyyəti üzrə təqdim olunması, sosial müavinətlərlə bağlı bütün sənədləşmə işlərinin aparılmasına nəzarətin həyata keçirilməsi, rayonlar üzrə B3 hesabatlarının (X6) yığılması və aidiyyəti üzrə təqdim olunması, region üzrə fiziki və əqli qüsurlu (evdə təhsilə cəlb olunan xəstə uşaqlar) şagirdlərin sənədləşmə işlərinin düzgün şəkildə işlənib hazırlanması həvalə olunması bildirilmiş, lakin İddiaçı idarə rəhbərinin verdiyi əmrin tələbinə tabe olmayacağını göstərərək vəzifə bölgüsünə əsasən əmrin müvafiq bəndi ilə ona həvalə edilmiş funksional vəzifə öhdəliklərini icra etməyəcəyini bildirmişdir. İddiaçı Cavabdeh işçisi olduğu üçün ona sonrakı əmək fəaliyyətini Regional İdarənin aparatında davam etdirməsi təklif olunmuş, lakin o, bununla da razılaşmayaraq ümumiyyətlə yeni bölgü üzrə vəzifə öhdəliklərini icra etməyəcəyini göstərmişdir. İddiaçı yeni bölgü üzrə vəzifə öhdəliklərini yerinə yetirməkdən imtina etdiyi üçün 22 may 2024-cü il tarixdə Cavabdeh tabeliyində fəaliyyət göstərən Qəbələ rayonu üzrə mərkəzi mühasibatlığında bu barədə akt tərtib olunmuş, İddiaçı həmin aktı imzalamaqdan imtina etmişdir.

19. Məhkəmə həmçinin qeyd etmişdir ki, buna görə də Cavabdeh müdiri səlahiyyətlərini icra edən, müdir müavini X7 İttifaqı Komitəsinə ünvanladığı təqdimatın müzakirəsi ilə əlaqədar Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağında Cavabdeh maliyyə iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi vəzifəsində işləyən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə işəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edilməsinə razılıq verilməsi qərara alınmışdır. Vəzifədən azad edilmə barədə əmrə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq vəzifələrin icrası zamanı pozuntulara yol verildiyinə, yəni vəzifə səlahiyyətləri həddində ona verilmiş tapşırıqlara etizasız münasibət göstərərək həmin tapşırıqları yerinə yetirmədiyinə və yerinə yetirilməsindən imtina etdiyinə görə haqqında işdən azad edilməsi barədə intizam tənbeh tədbiri tətbiq edilməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024cü il tarixindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.

20. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Göründüyü kimi iddiaçı vəzifə bölgüsünə əsasən üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsindən imtina etmiş, bu səbəbdən cavabdeh, yəni işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilmişdir.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci, 5-1-ci bəndlərinə, 7-ci maddəsinin 2-ci bəndinə, 10, 44-cü maddələrinə, 49-cu maddəsinin 1-ci hissəsinə, 68-ci maddəsinin 1-ci hissəsinə 68-ci maddəsinin 2-ci hissəsinin a, b və e bəndlərinə, 70-ci maddəsinin “ç” bəndinə, 72-ci maddəsinə, 76-cı maddəsinin 1 və 2-ci bəndlərinə, 87-ci maddəsinin 3-cü hissəsinə, 186-cı maddəsinin 1-ci hissəsinə, 186-cı maddəsinin 2-ci hissəsinə, 186-cı maddəsinin 3-cü hissəsinə, 186-cı maddəsinin 4-cü hissəsinə, 187-ci maddəsinin 1-ci hissəsinə, 187-ci maddəsinin 2-ci hissəsinə, 187-ci maddəsinin 3-cü hissəsinə, 187-ci maddəsinin 4-cü hissəsinə, 190-cı maddəsinin 1-ci, 2-ci, 3-cü və 4-cü hissələrinə, 300-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 119.2, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

a)Apellyasiya şikayətinin dəlilləri

22. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qətnaməsinin iddianın təmin edilməmiş hissəsindən razı deyil və hesab edir ki, qətnamə maddi hüquq və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Məhkəmə tərəfindən Əmək Məcəlləsinin 59-cu maddəsinin tətbiq edilməsində səhvə yol verilmişdir.

23. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, məhkəmə Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbini nəzərə almamışdır. Belə ki, məhkəmə də öz qətnaməsində qeyd etmişdir ki, Cavabdeh müdiri səlahiyyətlərini icra edən müdir müavini Günay Mahmudovanın maliyyə-iqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə əmrə əsasən əhatə dairələrindəki rayonlar üzrə statistik hesabatların yığılması və aidiyyatı üzrə təqdim olunması, sosial müavinətlərlə bağlı bütün sənədləşmə işlərinin aparılmasına nəzarətin həyata keçirilməsi, rayonlar üzrə B3 hesabatlarının yığılması və aidiyyəti üzrə təqdim olunması, region üzrə fiziki və əqli qüsurlu şagirdlərin sənədləşmə işlərinin düzgün şəkildə işlənib hazırlanması maliyyə iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi İddiaçı həvalə edilməsi əmr edilmişdir.

24. Qeyd etmək istəyir ki, İddiaçı həmin vəzifə cavabdehin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli, 3-29/42/3-2-26F/2024 saylı əmri ilə həvalə edilmişdir. Göründüyü kimi İddiaçı həmin vəzifə onun razılığı alınmadan həvalə edilmişdir.

25. Göründüyü kimi əmək qanunvericiliyi başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsinin həvalə edilməsini başqa işə keçirilmə sayır və buna yalnız işçinin razılığı ilə yol verilməsini zəruri hesab etməklə imperativ norma kimi müəyyən edir.

26. Hətta Cavabdeh müdiri X5 başqa işə keçirilmə barədə əmrindən görünür ki, Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən Cavabdeh maliyyə iqtisadiyyat sektorunun məsləhətçisi X3 xx.xx.2022-ci il tarixdən həmin sektorun aparıcı məsləhətçisi vəzifəsinə, Cavabdeh Qəbələ rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığının mühasibi İddiaçı xx.xx.2022-ci il tarixindən maliyyə-iqtisadiyyat sektorunun məsləhətçisi vəzifəsinə keçirilməsi, maliyyə-iqtisadiyyat sektorunun müdiri (Araz Babayev) bu əmrdən irəli gələn zəruri tədbirlərin görülməsini təmin etməsi əmr edilmişdir.

27. Göründüyü kimi İddiaçı xx.xx.2022-ci il tarixindən maliyyə-iqtisadiyyat sektorunun məsləhətçisi vəzifəsinə keçirilməsi zamanı Əmək Məcəlləsinin 59-cu maddəsi rəhbər tutulmuş, lakin hazırki vəziyyətdə məqsədyönlü şəkildə işdən azad edilməsinə əsas olmuş vəzifə bölgüsü (həvaləsi) zamanı qeyd olunan Əmək Məcəlləsinin 59-cu maddəsi nədənsə heç maraqlı olmamışdır. Hətta məhkəmə iclasında cavabdehin nümayəndəsi onun bununla bağlı sualına cavab olaraq bildirdi ki, müdriyyət hansı vəzifəni verirsə işçi onu sorğusuz sualsız icra etməlidir. İşçinin razılığına nə gərək var.

28. Məhkəmə isə hüquqi əsaslandırma aparmadan sadəcə cavabdehin nümayəndələrinin izahatlarına əsaslanaraq qətnaməyə səthi yanaşmışdır. Çünki iş məhkəmədə baxılan zaman dəfələrlə yuxarıda qeyd olunan normanın tələbini məhkəmənin nəzərinə çatdırmışlar, lakin məhkəmə həmin məsələyə də münasibət bildirməmişdir. Bundan başqa qeyd edir ki, birinci instansiya məhkəməsi töhmət verilmə ilə bağlı əmri ləğv edərkən qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən töhmət verilmişdir (işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda). M.Ə.Sadıqovanın əmək funksiyasını tam və ya qismən yerinə yetirməməsi, yaxud keyfiyyətsiz yerinə yetirməsi, iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozması təsdiq olunmamışdır.

29. Həmin əmri ləğv edən birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qeyd olunan əmrlə İddiaçı şiddətli töhmət verilmiş, daha sonra da həmin əmrlə razılaşmayan İddiaçı mediasiyaya müraciət etmişdir. Bundan sonra cavabdeh qərəzli olaraq onun razılığı olmadan ona başqa bir vəzifə həvalə etmiş və bunun davamı olaraqda onu işdən azad etmişdir.

30. Hətta əmrə nəzər yetirilsə orada da qeyd edilmişdir ki, İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq vəzifələrin icrası zamanı pozuntulara yol verildiyinə, yəni vəzifə səlahiyyətləri həddində ona verilmiş tapşırıqlara etizasız münasibət göstərərək həmin tapşırıqları yerinə yetirmədiyinə və yerinə yetirilməsindən imtina etdiyinə görə haqqında işdən azad edilməsi barədə intizam tənbeh tədbiri tətbiq edilməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilməsi əmr edilmişdir. Göründüyü kimi cavabdehdə əmrini əsaslandırarkən də qeyd edir ki, İddiaçı intizam tənbehindən nəticə çıxarmamışdır. Məhkəmə nəzərə almamışdır ki, intizam tənbehi verildikən sonra başqa vəzifə həvalə edilmişdir. Yəni bu iki əmr biri-biri ilə əlaqəli olmuşdur.

31. Həmçinin cavabdehin nümayəndəsi də məhkəmə iclasına bildirmişdir ki, işdən azad olunmasına gəldikdə isə, iddiaçı işlədiyi zaman Qəbələ rayonunda qalaraq başqa işdə işləməsi təklif olunmuş, lakin iddiaçı onlarla razılaşmamış, əvvəlki vəzifəsində ixtisaslaşdığını bildirmişdir. Lakin iş materiallarından vəzifə həvalə edilərkən hər hansı rəsmi təklif edilməsi müəyyən edilmir.

32. Bundan başqa iş materiallarında olan ərizələrdən də müəyyən edilir ki, Elşən Balalıyev birinci ərizəsində qeyd edir ki, dəfələrlə Qəbələ Təhsil Sektorunun mühasibi İddiaçı müraciət etsə də, heç bir faydası olmamışdır. Hətta ondan ezamiyyə pulunun yarısını istəmişdir. İkinci ərizəsində isə qeyd etmişdir ki, ərizəni yazan zaman əsəbi olmuşdur və İddiaçıdan şikayəti yoxdur. İşə məhkəmədə baxılan zaman üçüncü ərizəsində isə qeyd etmişdir ki, xx.xx.2023cü il tarixdən xx.xx.2023-cü il tarixədək Bakı şəhərində Mülki Müdafiə kurslarına ezam olunmuşdur. Ezamiyyə pulunu ala bilmədiyi üçün o zaman Maliyyə Sektorunun məsləhətçisi işləyən İddiaçı ilə bağlı şikayət ərizəsi ilə Cavabdeh rəhbərliyinə müraciət etmişdir. Müraciəti heç kimin təzyiqi altında yazmamışdır. İddiaçı o və övladı ilə şantaj edərək ərizəni geri götürməsini tələb etmişdir. Yuxarıda qeyd olunan ərizələrdən də göründüyü kimi cavabdehin təziqləri ilə yazılan ərizələrdir və məqsəd İddiaçı ləkələyərək hər çür təziqlərlə işdən azad etmək olmuşdur.

33. Hesab edir ki, bu prosessual hüquq normanı pozan məhkəmə sübutların düzgün, tam və hərtərəfli qiymətləndirməmişdir. Birinci instansiya məhkəməsi təqdim etdikləri sübutlara tam və ədalətli hüquqi qiymət vermədən cavabdehin təqdim etdiyi sənədlərə əsasən qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsində cavabdehin təziqi ilə Elşən Balalıyevin yazmış olduğu üç fərqli ərizəyə hüquqi qiymət verməmiş, İddiaçı vəzifə həvalə edilərkən onun razılığının alınmamasına hüquqi qiymət verməmiş, təqdim etdikləri sübutları araşdırmadan qanunsuz və ədalətsiz qətnamə qəbul etmişdir.

34. Odur ki, Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-1682/2024 saylı qətnaməsinin “əmrin ləğv edilməsi, işə bərpa və buraxılmış iş saatlarına görə əmək haqqı” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə tam təmin edilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli, 3-29/42/3-2-26F/2024 saylı əmrinin ona aid hissədə, onun vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-341k/2024 saylı əmrinin və Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağının 31 may 2024cu il tarixli qərarının ləğv edilməsinə, İddiaçı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyə-iqtisadiyyat sektorunda aparıcı məsləhətçi vəzifəsinə bərpa edilməsinə və məcburi iş buraxma dövrü üçün ona əmək haqqı ödənilməsinə, həmçinin vəkilə xidmət haqqı üçün ödənilmiş 1000 manat pulun cavabdehdən alınıb İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X17 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1682/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X13 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1682/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

41. Azərbaycan Respublikası Konstitusiyasının; 35-ci maddəsinin İV hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

42. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin ç) bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda bu əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə əsasdır. 71-ci maddəsinin 2-ci bəndinə görə, Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-cı maddəsinin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

43. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

44. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

47. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

48. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

49. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsini qismən, yəni iddiasının təmin edilməmiş hissəsində mübahisələndirmişdir. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1682/2024 nömrəli qətnaməsini mübahisələndirilən hissədə yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması üçün əsas yoxdur.

51. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

52. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı 2018-ci ilin iyun ayından 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin Qəbələ rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlığında mühasib kimi işləməyə başlamış, xx.xx.2022-ci il tarixdən Cavabdehndə Qəbələ rayonu üzrə mərkəzləşdirilmiş mühasibatlıqda mühasib vəzifəsinə təyin edilmiş, xx.xx.2022-ci il tarixli əmrə əsasən həmin tarixdən maliyyə-iqtisadiyyat sektorunun məsləhətçisi vəzifəsinə, xx.xx.2023-cü il tarixli əmrə əsasən maliyyə-iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli, 3- 29/42/3-2-26F/2024 nömrəli əmrinə əsasən maliyyə-iqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsü aparılmış, həmin əmrə əsasən iddiaçıya əhatə dairələrindəki rayonlar üzrə statistik hesabatların yığılması və aidiyyatı üzrə təqdim olunması, sosial müavinətlərlə bağlı bütün sənədləşmə işlərinin aparılmasına nəzarətin həyata keçirilməsi, rayonlar üzrə B3 hesabatlarının yığılması və aidiyyəti üzrə təqdim olunması, region üzrə fiziki və əqli qüsurlu şagirdlərin sənədləşmə işlərinin düzgün şəkildə işlənib hazırlanması həvalə edilmişdir. İddiaçı vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli, 3-29/42/3-2- 26F/2024 nömrəli əmr üzrə özünün əmək funksiyalarını yerinə yetirməkdən imtina etdiyindən cavabdeh təşkilat iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsinə dair həmkarlar təşkilatına təqdimatla müraciət etmiş, Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağının 31 may 2024cu il tarixli qərarı ilə iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən işdən azad edilməsinə razılıq verilməsi qərara alınmış, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-341k/2024 nömrəli əmri ilə İddiaçı haqqında işdən azad edilməsi barədə intizam tənbeh tədbiri tətbiq edilməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.

54. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmə tərəfindən Əmək Məcəlləsinin 59-cu maddəsinin tətbiq edilməsində səhvə yol verilməsi, Əmək Məcəlləsinin 59-cu maddəsinin tələbinin nəzərə alınmaması, İddiaçı həmin vəzifənin onun razılığı alınmadan həvalə edilməsinə hüquqi qiymətin verilməməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir.

55. İşdə olan 16 may 2022-ci il tarixdə İddiaçı ilə Cavabdeh arasında bağlanmış, 01 iyun 2022-ci il və 05 may 2023-cü il tarixlərdə vəzifə dəyişikliklərinin aparılmasının təsbit edildiyi əmək müqaviləsinin 3.2-ci və 3.3-cü bəndlərində göstərilmişdir ki, işçi rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməlidir. İşçi dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməlidir.

56. İşdə olan iddiaçının əmək kitabçasına işlənilmiş 04 may 2023-cü il tarixli əmrdən görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdən Cavabdeh maliyyə iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi vəzifəsində fəaliyyətini davam etdirmiş, həmin vəzifənin icrası iddiaçının razlığı ilə sonuncuya həvalə edilmişdir. Cavabdeh təşkilatın vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli, 3-29/42/3-2-26F/2024 nömrəli əmri ilə iddiaçıya həvalə edilmiş vəzifələrin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh maliyyə iqtisadiyyat sektorunun aparıcı məsləhətçilərinin vəzifə öhdəliklərinə aid edilməməsi, iddiaçıya əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyalarının yerinə yetirilməsinin həvalə edilməsi halları müəyyən edilməmişdir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdehin əmrini əsaslandırarkən İddiaçı intizam tənbehindən nəticə çıxarmadığını qeyd etməsi, intizam tənbehi verildikən sonra başqa vəzifə həvalə edilməsinin nəzərə alınmaması, iki əmrin biri-biri ilə əlaqəli olmasına dair dəlilinə münasibətdə qeyd edir ki, işdə olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-341k/2024 nömrəli əmrindən görünür ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh maliyyə iqtisadiyyat sektorunun aparıcı məsləhətçisi İddiaçı işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq vəzifələrin icrası zamanı pozuntulara yol verdiyinə, yəni vəzifə səlahiyyətləri həddində ona verilmiş tapşırıqlara etinasız münasibət göstərərək həmin tapşırıqları yerinə yetirmədiyinə və yerinə yetirilməsindən imtina etdiyinə görə haqqında işdən azad edilməsi barədə intizam tənbeh tədbiri tətbiq edilməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xx.xx.2024-cü il tarixindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir.

58. Yəni xx.xx.2024-cü il tarixli əmrdən göründüyü kimi onun məzmununda iddiaçının daha əvvəlki intizam tənbehindən nəticə çıxarmadığı qeyd edilsə də, həmin əmrdə iddiaçının işdən azad edilməsinə məhz iddiaçının vəzifə səlahiyyətləri həddində ona verilmiş tapşırıqlara etinasız münasibət göstərərək həmin tapşırıqları yerinə yetirməməməsinin və yerinə yetirilməsindən imtina etməsinin əsas olduğu qeyd edilmişdir.

59. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Elşən Balalıyevin ərizələrinin cavabdehin təzyiqləri ilə yazılan ərizələr olması, birinci instansiya məhkəməsinin həmin ərizələrə hüquqi qiymət verməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, həmin ərizələrə iddiaçının işdən azad edilməsinə dair əmrin verilməsində deyil, iddiaçı barəsində şiddətli töhmət verilməsinə dair xx.xx.2024-cü il tarixli əmrin verilməsində əsaslardan biri kimi (hansı ki, Elşən Balalıyevin və digərinin ərizələri nəzərə alınaraq Cavabdeh müdiriyyətinə iddiaçının barəsində tədbir görülməsi üçün təqdimat verilmişdir) istinad edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1- 190K/2024 nömrəli İddiaçı şiddətli töhmət verilməsi ilə bağlı əmrinin ləğv edilməsi hissəsində isə iddia tələbi təmin edilmişdir.

60. X10 ərizələri birinci instansiya məhkəməsi tərəfindən tələbin təmin edilməmiş hissəsində iddianın rəddinin əsasını təşkil etməmişlər.

61. Məhkəmə kollegiyası apellyasiya şikayətinin təqdim etdikləri sübutların araşdırılmaması, maddi və prosessual hüquq normalarının pozulmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

62. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, məhkəmə kollegiyasının iclasında verdiyi izahatında da İddiaçı Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli əmrdən 19 may 2024cü il tarixində məlumatının olduğunu, 19 may 2024-cü il tarixindən işdən azad edildiyi 07 iyun 2024-cü il tarixinədək olan müddətdə Cavabdeh maliyyə-iqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli əmri üzrə ona aid edilmiş vəzifə öhdəliklərinin icrasını təmin etmədiyini göstərmişdir.

63. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh maliyyəiqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli, 3-29/42/3-2-26F/2024 saylı əmrinin iddiaçıya aid hissədə, iddiaçının vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-29-42/3-1-341k/2024 saylı əmrinin və Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağının 31 may 2024-cu il tarixli qərarının ləğv edilməsi, iddiaçının Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyə iqtisadiyyat sektorunda aparıcı məsləhətçi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma dövrü üçün iddiaçıya əmək haqqı ödənilməsi, həmçinin vəkilə xidmət haqqı üçün ödədiyi 1000 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsinə dair iddianın rədd edilməsi hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, həmin hissədə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir.

64. Məhkəmə kollegiyasının araşdırması dövründə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Cavabdeh maliyyəiqtisadiyyat sektorunun əməkdaşları arasında vəzifə bölgüsünün aparılması barədə xx.xx.2024-cü il tarixli, 3-29/42/3-2-26F/2024 saylı əmrinin iddiaçıya aid hissədə, iddiaçının vəzifədən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 3- 29-42/3-1-341k/2024 saylı əmrinin və Cavabdeh Həmkarlar İttifaqı Komitəsinin ümumi yığıncağının 31 may 2024-cu il tarixli qərarının ləğv edilməsi, iddiaçının Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh Maliyyəiqtisadiyyat sektorunda aparıcı məsləhətçi vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma dövrü üçün iddiaçıya əmək haqqı ödənilməsi, həmçinin vəkilə xidmət haqqı üçün ödədiyi 1000 manat pulun cavabdehdən alınıb iddiaçıya ödənilməsinə dair iddia tələbinin təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir.

65. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1682/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

66. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(075)-1682/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar