Məhkəmə qərarları › İş №2(107)-314/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-314/2025

11.03.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-314/2025 11.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı ölçü və digər işlərin aparılmasına maneə yaradılmasının cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneənin aradan qaldırılması) X2 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X10 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ölçü və digər işlərin aparılmasına maneə yaradılmasının cavabdehə qadağan edilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-1843/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,38 ha həyətyanı torpaq sahəsinin xx.xx.2001-ci il tarixdə ölmüş X1 miras qalmış 1/3 hissəsinə və xx.xx.2017-ci il tarixdə ölmüş X6 miras qalmış 1/3 hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə əsasən həmin torpaq sahəsinin sənədləşdiriməsi üçün ölçü və digər işlərin aparılmasına maneə törədilməsini Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə X11, X4 və İddiaçı həyətyanı sahə məqsədi ilə 0,38 ha torpaq sahəsi verilmişdir. X7, X3 və İddiaçı torpağa mülkiyyət hüququ JN-044F, KOD 40812018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Həmin 0,38 torpaq sahəsi X11, X4 və İddiaçı ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin 0,38 ha torpaq sahəsinin 1/3 hissəsi İddiaçı mülkiyyətindədir. Həmin 0,38 ha torpaq sahəsinin 1/3 hissəsi ölən günədək X7 mülkiyyətində olmuş, torpaq sahəsinin digər 1/3 hissəsi isə ölən günədək X3 mülkiyyətinə olmuşdur. X5 25 dekabr 2001-ci il tarixdə, X12 isə xx.xx.2017-ci il tarixdə ölmüşdür. Göyçay rayon Aqrar-İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 39 saylı qərarına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,38 ha həyətyanı torpaq sahəsinin xx.xx.2001-ci il tarixdə ölmüş X1 miras qalmış 1/3 hissəsinə və xx.xx.2017-ci il tarixə ölmüş X6 miras qalmış 1/3 hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar İdarəsinə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamədən irəli gələn hüququnun üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və müvafiq çıxarış (plan-ölçü) sənədinin verilməsini xahiş etmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16saylı Ucar İdarəsinin əməkdaşları həmin torpaq sahəsinə gələrək ölçü və digər işləri aparan zaman cavabdeh tərəfindən əməkdaşlara maneçilik törədilmiş, mühəndisə mane olduğuna görə inventarlaşdırma işlərinin aparılması mümkün olmamışdır. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 16-saylı Ucar İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, sözügedən torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmiş və torpaq sahəsinin ölçülməsi üçün mühəndisə şərait yaradılacağı təqdirdə ərizənin qanuna müvafiq qaydada icra olunacağı bildirilmişdir. Hesab edir ki, Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,38 ha həyətyanı torpaq sahəsinin xx.xx.2001-ci il tarixdə ölmüş X1 miras qalmış 1/3 hissəsinə və xx.xx.2017-ci il tarixdə ölmüş X6 miras qalmış 1/3 hissəsinə onun adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsinin sənədləşdiriməsi üçün ölçü və digər işlərin aparılmasına maneə törədilməsi Cavabdeh qadağan edilməlidir.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə baxışında İddiaçı iddianı müdafiə etdi, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə baxışında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, yaşadığı evə gələn şəxslərin məhkəmə qərarı olmadan işləri aparmaq istədiyindən razılıq verməmişdir. Məhkəmə qərarı əsasında valideynlərindən miras qalmış torpaq sahəsinin sənədləşdiriməsi üçün ölçü və digər işlərin aparılmasına etirazı yoxdur.Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

6. Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-1843/2024 qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddianın təmin edilməsi, Cavabdeh Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,38 ha həyətyanı torpaq sahəsinin xx.xx.2001-ci il tarixdə ölmüş X1 miras qalmış 1/3 hissəsinə və xx.xx.2017-ci il tarixdə ölmüş X6 miras qalmış 1/3 hissəsinə İddiaçı adına vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin torpaq sahəsinin sənədləşdiriməsi üçün ölçü və digər işlərin aparılmasına maneə yaradılmasının qadağan edilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. İddiaçının iradəsinin ziddinə olaraq əmlaklarına dair hüquqlarının həyata keçirilməsinə cavabdehin maneələr yaratması onun həmin əmlaka olan hüquqlarını "şərti və qeyri-sabit” xarakterli edir. Beləliklə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İddiaçının vərəsəlik hüququndan irəli gələn hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına cavabdeh tərəfindən yaradılan maneələr, iddiaçının əmlakı üzərində olan hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Ona görə də məhkəmə hesab edir ki,bu pozuntu aradan qaldırılmalı,Göyçay rayonu Potu kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsinin ölçülərək inventarlaşdırma aparılmasına cavabdehin yaratdığı maneələr aradan qaldırılmalı,bununla da iddia təmin olunmalı,iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehə aid edilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyanın 12, 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə, «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Önəryıldız Türkiyəyə qarşı», «Van Marle və başqaları Niderlanda qarşı» «Akimova Azərbaycana qarşı», «Marks Belçikaya» qarşı iş üzrə qərarlarına, «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 15.2, 77.1, 78.1, 119.1, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından görünür ki, Göyçay rayon Aqrar İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı ilə Göyçay rayonu Potu kəndi ərazisindən mərhum Əkrəm İsmayılova, mərhum Siyarə İsmayılovaya və iddiaçıya 0.38 ha həyətyanı torpaq sahəsi ayrılmış və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Torpağa mülkiyyət hüququna dair şəhadətnamədən görünür ki, artıq 0.38 ha həyətyanı torpaq sahəsi üzərində Əkrəm İsmayılovun, Siyarə İsmayılovanın və iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmış, eləcə də mülkiyyətə verilən torpaq sahəsinin planı və ölçüsü sənədi də tərtib edilmişdir.

11. İddia tələbindən görünür ki, İddiaçı hüquqi marağı Göyçay rayon Aqrar-İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarına əsasən ümumi birgə mülkiyyətə verilmiş 0,38 ha həyətyanı torpaq sahəsinin xx.xx.2001-ci il tarixdə ölmüş X1 miras qalmış 1/3 hissəsinə və xx.xx.2017-ci il tarixdə ölmüş X6 miras qalmış 1/3 hissəsinə adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən mülkiyyət hüquqlarının dövlət qeydiyyatına aldırmaqdan ibarətdir.

12. Yuxarıda istinad olunan normativ hüquqi aktların tələbindən görünür ki, vərəsəlik hüququ haqqında şəhadətnamə, şəxsin miras əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün əsasdır. Belə olan halda, DƏDRX PHŞ-nin 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşlarının əlavə inventarlaşdırma işlərinin aparılmasına yaradılan maneə səbəbindən iddiaçının mülkiyyət hüquqlarının dövlət qeydiyyatına almaqdan imtina etməsi qanuni və əsaslı olmamışdır.

13. İddiaçı ona qarşı deyil, miras əmlak üzərində vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edən inzibati orqana qarşı müvafiq iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməli idi. Qаnunvеricilikdə еyni ərаzidə hər dəfə hаnsısа sənəd vеrilməsi zərurəti yаrаnаrkən dönədönə ölçmə işlərinin аpаrılmаsı kimi tələb mövcud dеyil. Dаşınmаz əmlаkın dövlət rеyеstrini аpаrаn qurum iddiаçıyа hеç bir əlаvə çətinlik yаrаtmаdаn tələb еtdiyi sənədləri təqdim еtməli idi.

14. Göründüyü kimi yuxarıda qeyd edilən qanunda sadalanan halların heç birinin olmadığı halda inzibati orqanın sənədi icra etməsindən imtina verməsi qanunsuz və əsassızdır. Göründüyü kimi, mülki işə bахаn birinci instаnsiyа məhkəməsi istinаd оlunаn nоrmаtiv hüquqi аktlаrın tələblərini pоzmuş, işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə onun hüquqlarının pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

15. Hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsi iddia ərizəsini icraat götürmüş, mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etmişdir.

16. Qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır. Çünki, işə baxan məhkəmə işin həqiqi və faktiki hallarını düzgün müəyyən etməmiş, eləcə də tətbiq etdiyi maddi hüquq normalarının tələblərini səhv təfsir etmişdir. Bu isə nəticədə qeyd edilən prosessual hüquq normalarının tələblərini pozmuşdur.

17. Odur ki, Göyçаy Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tаriхli 2(046)-1843/2024 sаylı qətnаməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

18. İddiaçı apellyasiya şikayətinə etirazında apellyasiya şikayətinin təmin edilməməsi və Göyçаy Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tаriхli 2(046)-1843/2024 sаylı qətnаməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.

20. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Cavabdeh məhkəmə kollegiyasına göndərdiyi məlumatında işə onun iştirakı olmadan baxılaraq, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etsə də, üçüncü şəxs nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirak etməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsində göstərilir ki, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. Həmin Məcəllənin 157.1 və 157.2-ci maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

23. Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanun: Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında Qanunun 8.0.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

24. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”.

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

26. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

29. Apellyasiya şikayətindən görünür ki, apellyator Göyçаy Rаyоn Məhkəməsinin xx.xx.2024-cü il tаriхli 2(046)-1843/2024 sаylı qətnаməsinin ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

30. Ona görə də məhkəmə kollegiyası Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-1843/2024 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almışdır.

32. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

33. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Göyçay rayon Aqrar- İslahat Komissiyasının 21 iyul 1998-ci il tarixli 39 saylı qərarı üzrə verilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-044F Kodu 40812018 olan şəhadətnaməyə əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsi İddiaçı, X3 və X7 ümumi birgə mülkiyyətlərindədir. İddiaçının mərhum anası X5 xx.xx.2001-ci il tarixdə, mərhum atası X12 isə xx.xx.2017-ci il tarixdə vəfat etmişlər. Göyçay rayon Dövlət Notariat Kontoru tərəfindən xx.xx.2001-ci il tarixdə ölmüş X1 miras qalmış əmlakdan əri X12 və qızı İddiaçı bərabər hissələrdə irs almalı olmalarına dair 14 yanvar 2011-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı özünün mülkiyyətində olan və ata-anasından miras qalmış əmlakda rəsmiləşdirilmə işlərinin aparılmasını istəmişdir. Bununla bağlı qeyd edilən torpaq sahəsinə baxış keçirilməsi və ölçmə işlərinin aparılması zərurəti yaranmış, lakin Cavabdeh tərəfindən maneələr yaradıldığından Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Uar Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinə baxış keçirə və ölçü işlərini apara bilməmişlər.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının ona qarşı deyil, miras əmlak üzərində vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina edən inzibati orqana qarşı müvafiq iddia ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməli olması, qаnunvеricilikdə еyni ərаzidə hər dəfə hаnsısа sənəd vеrilməsi zərurəti yаrаnаrkən dönə-dönə ölçmə işlərinin аpаrılmаsı kimi tələbin mövcud olmaması, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı halda, birinci instansiya məhkəməsinin iddia ərizəsini icraata götürməsi, mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin 30 iyul 2024-cü il tarixli, 3-21-3-36/2-3116/2024 nömrəli məktubundan görünür ki, Göyçay rayonu Potu kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsi ilə bağlı İddiaçı müraciətinə baxılmış, bununla bağlı Göyçay rayonu Potu kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsinin dövlət reyestrində qeydə alınması üçün torpaq sahəsinə baxış keçirilən zaman torpaq sahəsi üzərində mübahisə olduğu aşkar edilmişdir. Bu səbəbdən də İddiaçı ərizəsinin icrasından imtina olunmuşdur.

35. Göründüyü kimi inzibati orqan olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Ucar Ərazi İdarəsinin əməkdaşları İddiaçı müraciəti üzrə daşınmaz əmlakla bağlı sənədləşdirmə işlərinin aparılması məqsədi ilə torpaq sahəsində ölçü işlərini aparmaq istəmiş, lakin cavabdehin maneçiliyi səbəbli bu baş tutmamışdır. İnzibati orqanın ölçü işlərinin aparılmasından imtinası hər hansı bir digər səbəblə deyil, məhz cavabdehin mübahisələndirməsi ilə bağlı olmuşdur ki, bu halda iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Uar Ərazi İdarəsinə qarşı Şəki İnzibati Məhkəməsinə müraciət etməsinə zərurət müəyyən edilməmiş, hazırki mübahisəyə mülki məhkəmə icraatı qaydasında məhz Göyçay Rayon Məhkəməsində baxılması qanunvericiliyin tələbinə uyğun olmuşdur.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin torpağa mülkiyyət hüququna dair şəhadətnamədən artıq 0.38 ha həyətyanı torpaq sahəsi üzərində Əkrəm İsmayılovun, Siyarə İsmayılovanın və iddiaçının mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasının görünməsi, eləcə də mülkiyyətə verilən torpaq sahəsinin planı və ölçüsü sənədinin də tərtib edilməsinə dair dəlilinə münasibətdə qeyd edir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-044F Kodu 40812018 olan şəhadətnaməyə əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,38 ha həyətyanı torpaq sahəsinin İddiaçı, X3 və X7 ümumi birgə mülkiyyətlərində olması işin mübahisəsiz halı olsa da həmin torpaq sahəsi üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 16 saylı Uar Ərazi İdarəsinin əməkdaşları tərəfindən sonradan ölçü işlərinin aparılması və bunun nəticəsi üzrə torpaq sahəsinin planı və ölçüsü sənədinin də tərtib edilməsinə dair məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin maddi hüquq normalarının pozulması ilə çıxarılması, işə baxan məhkəmənin işin həqiqi və faktiki hallarını düzgün müəyyən etməməsi, tətbiq etdiyi maddi hüquq normalarının tələblərini səhv təfsir etməsi, prosessual hüquq normalarının tələblərinin pozulmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları nəzərə almış, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-1843/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

38. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(046)-1843/2024 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar