Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-315/2023 21.12.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılmaları tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia-torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X5 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Kərimli Tunar Mübariz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 2(033)-24/2022 saylı, 30 noyabr 2022-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zaqatala rayonu Muxax kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin verdiyi 19 oktyabr 2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,4699 ha torpaq sahəsindən Cavabdeh1 və 19 oktyabr 2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0,4014 ha torpaq sahəsindən Cavabdeh2 çıxarılmalarına və həmin torpaq sahələrinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı3 ərizə ilə məhkəməyə müraciət edərək onu atası-İddiaçı1 hüquqi varisi kimi tanınmasını xahiş etmişdir. İddiaçı3 ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, İddiaçı1 hüquqi varisi olan qızı İddiaçı3 ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onların xüsusi mülkiyyətlərində Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4699 ha və 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri vardır. Həmin torpaq sahələrinə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2020-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, xx.xx.2020-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** olan Dövlət reyestrindən çıxarışlar da verilmişdir. Cavabdehlərdən Cavabdeh1 onların mülkiyyətlərində olan 0,4699 ha torpaq sahəsini, Cavabdeh2 isə 0,4014 ha torpaq sahəsini icazəsiz və qanunsuz olaraq zəbt edərək öz məqsədləri üçün istifadə edirlər və onları öz torpaqlarından istifadə etməyə qoymurlar. Beləliklə də onların mülkiyyət hüquqları cavabdehlər tərəfindən pozulmuşdur. Dəfələrlə cavabdehlərdən zəbt etdikləri torpaq sahələrindən çıxmalarını tələb etsələr də, heç bir müsbət nəticə olmamışdır. Cavabdehlər könüllü olaraq torpaqlardan çıxmadıqlarına görə məhkəməyə müraciət etməli olmuşlar. Yuxarıda qeyd etmiş olduqları faktı ərizəyə əlavə etdikləri sənədlər bir daha təsdiq etmişdir. Bundan başqa torpaqların zəbt olunmasını həmin torpaq sahələrinə yerində baxış keçirməklə də sübuta yetirmək mümkündür. Birinci instansiya məhkəməsində icraat Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(033)-24/2022 saylı qətnaməsi ilə (hakim T.Həsənov) iddia təmin edilmiş, Cavabdeh1 ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və X6 məxsus olan, Zaqatala rayonu Muxax kəndində yerləşən reyestr nömrəsi **********06 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışda göstərilən 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsi iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı2 təhvil verilməsi, Cavabdeh2 ümumi birgə mülkiyyət hüququ əsasında İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2 və X6 məxsus olan, Zaqatala rayonu Muxax kəndində yerləşən reyestr nömrəsi **********32 olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışda göstərilən 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsi iddiaçılar İddiaçı4, İddiaçı3 və İddiaçı2 təhvil verilməsi, İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumunun onun özünə aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4 saylı hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4014 ha və 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, X9, İddiaçı4, İddiaçı3 və İddiaçı2 mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və həmin qeydiyyat Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. İddiaçılar iddia ərizəsi ilə müraciət edərək 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh2 və 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cavabdeh1 tərəfindən zəbt edildiyini əsas gətirərək cavabdehlərin torpaq sahəsində çıxarılması və həmin torpaq sahələrinin onlara təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər iddia tələbini qəbul etməmişlər və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 10/3813 nömrəli ekspert rəyi ilə də müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə X3, İddiaçı4, X9, İddiaçı3 və İddiaçı2 adına qeydiyyata alınmış 0.4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam həcmdə Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi daxilində olması, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə ********** nömrə ilə X3, İddiaçı4, X9, İddiaçı3 və İddiaçı2 adına qeydiyyata alınmış 0.4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam həcmdə Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsinin daxilində olması müəyyən olunmuşdur. Göründüyü kimi, iddiaçılar Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4014 və 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin mülkiyyətçiləridir və onların öz əmlakından öz istədikləri kimi istifadə etmək hüququ vardır. Cavabdeh1 iddiaçıya məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini, Cavabdeh2 isə iddiaçıların mülkiyyətində olan 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt etmişlər. Cavabdehlərin həmin torpaq sahələri üzərində qanunla qorunan hər hansı hüquqları əmələ gəlməmişdir. Cavabdehlərin hər hansı hüquqları əmələ gəlmədiyi halda zəbt edilmiş torpaq sahəsindən istifadə edirlər. Buna görə də, məhkəmə hesab edir ki, mülkiyyətçilərin özlərinə mülkiyyət hüququ ilə məxsus olan torpaq sahələrindən sərbəst və maneəsiz istifadə etmək hüquqları bərpa olunmalı, Cavabdeh1 iddiaçıya məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən, Cavabdeh2 isə iddiaçıların mülkiyyətində olan 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahələri mülkiyyətçilərinə təhvil verilməlidir. İş materiallarından da göründüyü kimi, mübahisə predmeti olan 0,4699 ha və 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri iddiaçılar İddiaçı4, İddiaçı2, İddiaçı3 və İddiaçı1, X4 xüsusi mülkiyyəti kimi adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh1 hazırda 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, Cavabdeh2 0,4014 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə heç bir hüququ yoxdur. Birinci instansiya məhkəməsi cavabdehlərin, iddiaçılara məxsus torpaq sahələrinə dair verilmiş çıxarışların qanunsuz verilməsi, iddiaçıların torpaq sahələrinin başqa ərazidə olması, ekspert rəyi ilə razı olmamaları, yenidən ekspertiza təyin edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, hazırda iddiaçılara məxsus torpaq sahəsinə dair verilmiş çıxarışlar qüvvədədir, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bundan başqa, Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələlərin Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə (üçüncü şəxslər: İddiaçı1, İddiaçı4, İddiaçı3, İddiaçı2) qarşı “keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zaqatala rayon şöbəsi tərəfindən İddiaçı1 adına tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin, o cümlədən həmin torpaq sahəsi ilə bağlı 19 oktyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyatın rəsmiləşdirilməsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası ilə müraciət etmiş, lakin Şəki İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(116)-951/2021 nömrəli qərardadı ilə Cavabdeh1 tələbi üzrə iddiası mümkün sayılmamışdır. Digər dəlillə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 sentyabr 2022-ci il tarixli 10/3813 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, cavabdehlər iddiaçıların mülkiyyətində olan torpaq sahəsindən istifadə edirlər. İddiaçılara məxsus torpaq sahəsinin tam həcmdə cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin daxilində olması müəyyən olunur. Göründüyü kimi, çıxarışda qeyd olunan torpaq sahələrinin yerləşdiyi ərazi cavabdehlərin istifadə etdikləri ərazilərdir. Bundan başqa, torpaq sahələrinin zəbt olunması barədə ekspert və mütəxəssis rəyi mövcuddur. Yəni hazırkı işdə təkrar ekspertiza keçirilməsinə də lüzüm yoxdur. Bundan əlavə, torpaq sahələri iddiaçılara Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışlarla verilib. Nə qədər ki, həmin çıxarışlar qüvvədədir, cavabdeh tərəf iddiaçılara verilmiş torpaq sahəsini də mübahisələndirə bilməz. Ona görə də, cavabdehlərin etirazının dəlilləri əsaslı sayıla və iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz. İddiaçı1 tərəfindən dövlət büdcəsinə ödədiyi 10 (on) manat dövlət rüsumu onun tərəfindən tələb edilmədiyinə görə onun özünə aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyanın 13 və 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.2, 152.5, 157.2, 157.4-cü maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1, 111.2, 111.3-cü maddələri, İddiaçı3 şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı, “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarı, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 82.1, 107, 115.0.1, 119.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)-24/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilmişdir. Mülki iş üzrə məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin edilmişdir. Mütəxəssis rəyi alınması üçün iş materialları Azərbaycan Respublikası "xxxx" MMC-yə göndərilmişdir. Müstəqil Məhkəmə Ekspertizası MM tərəfindən 25 aprel 2022-ci il tarixdə 632 saylı ekspert rəyi verilmişdir. Mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, onların istifadə etdiyi torpaq sahələri iddiaçılara verilmiş torpaq sahələri daxilindədir. Həmin mütəxxəssis rəyinə əsaslanaraq mülki iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzi 30 sentyabr 2022-ci il tarİxli 10/3813 saylı ekspert rəyini vermişdir. Azərbaycan Respublikası "xxxx" MMC-nin mütəxxəsis rəyi sübut kimi qəbul olunmamalıdır. Bel ki, oxşar məhkəmə işlərində sözügedən ekspertiza mərkəzinin vermiş olduğu rəy sübut kimi qəbul olunmur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin birinci instansiya və apellyasiya məhkəmələrinin sədrlərinə ünvanlanmış 01 iyun 2021-ci il tarixli 02/28-75 nömrəli məktubunda göstərilmişdir ki, heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim edilir. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası kimi qəbul olunması qanuna ziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. Belə olan təqdirdə məhkəmə tərəfindən Müstəqil Məhkəmə ekspertizasının vermiş olduğu mütəxəssis rəyi sübut kimi qəbul olunmamalıdır. Qeyd edir ki, iddiaçıların mülkiyyətində olan mübahisələndirilən torpaq sahəsi uzun illər onların istifadəsində olmuş, İslahat Komissiyasının qərarlarına əsasən həmin torpaq sahələri onların mülkiyyətinə verilmişdir. Onlar tərəfindən həmin torpaq sahəsinə fındıq kolları əkilmişdir. Eyni zamanda məhkəmə iclasına onların nümayəndəsi X7 tərəfindən məhkəmə iclasına təqdim olunmuş torpaq sahəsinin plan və ölçü sənədinə məhkəmə tərəfindən qiymət verilməmişdir. Sübutların tam araşdırılmaması, sübut qismində qəbul olunmayan mütəxəssis rəyinə əsaslanaraq verilmiş ekspert rəyinin məhkəmə tərəfindən sübut qismində qəbul olunması yolverilməzdir. Bunun üçün onların təkrar ekspertiza təyin olunmasına dair birinci instansiya məhkəməsində vermiş olduqları vəsatət təmin olunmalı idi. Həmin qətnamə birinci instansiya məhkəməsi tərəfindən qanuni və əsaslı verilməmiş, yəni tərəflər arasındakı həqiqi faktlara əsaslanmamış, eyni zamanda maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Zaqatala Rayon Məhkəməsinin 2(033)-24/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddiaçıların iddiasının təmin olunmaması xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçıların vəkili Vəkil1 məhkəməyə ərizə göndərərək işə iddiaçıların və onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehlərin vəkili Vəkil2 məhkəməyə ərizə göndərərək Zaqatala Rayon Məhkəməsinin icraatından olan mülki işlər üzrə 10:40 və 11:40 saatlarına təyin edilmiş məhkəmə iclasları olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini və məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehlərin vəkili İsayev X8 Rayon Məhkəməsinin icraatından olan mülki işlər üzrə 10:40 və 11:40 saatlarına təyin edilmiş məhkəmə iclasları ilə bağlı məhkəmə kollegiyasına hər hansı bir sübut təqdim etməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılır. Həmin Məcəllənin 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililərin və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçı3 şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı: Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyatorlar Zaqatala Rayon Məhkəməsinin 2(033)-24/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin ləğv olunmasını və iddiaçıların iddiasının təmin olunmaması xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(033)-24/2022 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(033)-24/2022 saylı qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zaqatala rayonu Muxax kəndində yerləşən 0,4014 ha və 0,4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı1, X9, İddiaçı4, İddiaçı3 və İddiaçı2 mülkiyyəti kimi Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2020-ci il tarixdə müvafiq olaraq ********** və ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış və həmin qeydiyyat Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsi hal-hazırda da iddiaçıların mülkiyyətindədir. Torpaq sahəsindən isə cavabdehlər istifadə edirlər. İddiaçılar cavabdehlərdən mülkiyyətlərində olan torpaq sahəsindən çıxmalarını tələb etsələr də, cavabdehlər həmin torpaq sahəsinə heç bir hüquqları olmamasına baxmayaraq həmin torpaq sahəsindən çıxmırlar. Zaqatala rayonu Muxax kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin verdiyi 19 oktyabr 2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0.3022 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 və Zaqatala rayonu Muxax kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin verdiyi 19 oktyabr 2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0.2560 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2 istifadə edirlər. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, Mülki iş üzrə məhkəmə mühəndis tikinti-texniki ekspertizası təyin edilmişdir. Mütəxəssis rəyi alınması üçün iş materialları Azərbaycan Respublikası "xxxx" MMC-yə göndərilmişdir. Müstəqil Məhkəmə Ekspertizası MM tərəfindən 25 aprel 2022-ci il tarixdə 632 saylı ekspert rəyi verilmişdir. Mütəxəssis rəyi əsasında müəyyən edilmişdir ki, onların istifadə etdiyi torpaq sahələri iddiaçılara verilmiş torpaq sahələri daxilindədir. Həmin mütəxxəssis rəyinə əsaslanaraq mülki iş üzrə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzi 30 sentyabr 2022-ci il tarİxli 10/3813 saylı ekspert rəyini vermişdir. Azərbaycan Respublikası "xxxx" MMC-nin mütəxxəsis rəyi sübut kimi qəbul olunmamalıdır. Belə ki, oxşar məhkəmə işlərində sözügedən ekspertiza mərkəzinin vermiş olduğu rəy sübut kimi qəbul olunmur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin birinci instansiya və apellyasiya məhkəmələrinin sədrlərinə ünvanlanmış 01 iyun 2021-ci il tarixli 02/28-75 nömrəli məktubunda göstərilmişdir ki, heç bir şəxsə özəl məhkəmə eksperti şəhadətnaməsi verilmədiyi halda ayrı-ayrı hüquqi şəxslər təsis olunaraq müvafiq səlahiyyətə malik olmayan şəxslər tərəfindən müxtəlif məsələlərlə bağlı özəl məhkəmə ekspertizası rəyi kimi qələmə verilən sənədlər hazırlanır və məhkəmələrə təqdim edilir. Bildirilir ki, belə sənədlərin özəl məhkəmə ekspertizası kimi qəbul olunması qanuna ziddir və onlardan məhkəmə icraatı çərçivəsində istifadə olunmasına yol verilmir. Belə olan təqdirdə məhkəmə tərəfindən Müstəqil Məhkəmə ekspertizasının vermiş olduğu mütəxəssis rəyi sübut kimi qəbu olunmamalıdır. Məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlillərinin yuxarıdakı qeyd edilən hissəsi ilə razılaşmır. Belə ki, Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(033)-24/2022 saylı qətnaməsindən görünür ki, məhkəmə Müstəqil Məhkəmə Ekspertizası MM tərəfindən 25 aprel 2022-ci il tarixdə 632 saylı ekspert rəyi almış olsada qətnamədə həmin rəyə sübut kimi istinad etməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, onların nümayəndəsi X7 tərəfindən məhkəmə iclasına təqdim olunmuş torpaq sahəsinin plan və ölçü sənədinə məhkəmə tərəfindən qiymət verilməmişdir. Sübutların tam araşdırılmaması, subut qismində qəbul olunmayan mütəxəssis rəyinə əsaslanaraq verilmiş ekspert rəyinin məhkəmə tərəfindən sübut qismində qəbul olunması yolverilməzdir. Bunun üçün onların təkrar ekspertiza təyin olunmasına dair birinci instansiya məhkəməsində vermiş olduqları vəsatət təmin olunmalı idi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Şikayətin dəlilləri qətnamənin dəyişdirilməsinə əsas olsa da, ləğv üçün əsas deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 102.1-ci maddəsinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. Məhkəmə kollegiyası tərəfindən mülki işin daha obyektiv araşdırılması üçün 20 aprel 2023-cü il tarixli qərardadla eksperiza təyin edilmiş, ekspertizanın aparılmasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Kollegiya Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7203 saylı ekspert rəyini daha mötəbər sübut kimi qiymətləndirir. Belə ki, 20 aprel 2023-cü il tarixli qərardaddan görünür ki, kollegiya tərəfindən ekspert qarşısında işin daha obyektiv həll edilməsi məqsədfi ilə 12 sualdan ibarət qərardad qəbul etmişdir. Həmin qərardad əsasında rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 oktyabr 2023-cü il tarixli, 3-16-16/2-10/7203 saylı ekspert rəyindən görünür ki, 1-ci sual üzrə Zaqataia rayon Muxax kəndində yerləşən, xx.xx.2020-ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçıların xüsusi mülkiyyətində olan 0.4014 hektar torpaq sahəsinin koordinatları sənəd üzrə müəyyən edilmişdir. 2-ci saul üzrə Koordinatları müəyyən edildikdən sonra xx.xx.2020-ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçıların xüsusi mülkiyyətində olan 0.4014 hektar torpaq sahəsi iddiaçılar tərəfindən naturada istifadə olunmur. 3-cü sual üzrə Zaqataia rayon Muxax kəndində yerləşən, xx.xx.2020-ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçıların xüsusi mülkiyyətində olan 0.4699 hektar torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. 4-cü sual üzrə Koordinatlar müəyyən edildikdən sonra xx.xx.2020-ci tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən iddiaçıların xüsusi mülkiyyətində olan 0.4699 hektar torpaq sahəsi iddiaçı tərəfindən istifadə olunmadığna görə torpaq sahəsinin naturada ölçülərini müəyyən etmək olmamışdır. 5-ci sual üzrə Cavabdeh1 mülkiyyətində olan Reyestr nömrəsi **********16 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 1.7817 hektardır. 6-cı sual üzrə Koordinatlar müəyyən edildikdən sonra reyestr nömrəsi **********16 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən 1.11 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 1.7811 hektardır. 7-ci sual üzrə Cavabdeh2 mülkiyyətində olan reyestr nömrəsi **********00 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən 0.5206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.8653 hektardır. 8-ci sual üzrə Koordinatlar müəyyən edildikdən sonra reyestr nömrəsi **********00 olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən 0.5206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.8653 hektardır. 9-cu sual üzrə iddiaçılara məxsus xx.xx.2020-ci il tarixli ********** saylı və xx.xx.2020-ci il tarixli ********** saylı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən 0.4014 ha torpaq sahəsinin 0.2560 ha hissəsi Cavabdeh2 tərəfindən və 0.4699 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.3022 ha hissəsi isə Cavabdeh1 tərəfindən istifadə olunur. 10-cu sual üzrə torpaqların hüquqmüəyənedici sənədlərdə göstərilən ölçülərlə və naturada istifadə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1 və yerquruluşu planı 2-də göstərilmişdir. 11-ci sual üzrə cavabdehlər Cavabdeh1 iddiaçılara məxsus 0.4699 ha torpaq sahəsinin 0.3022 ha hissəsindən və Cavabdeh2 isə iddiaçılara məxsus 0.4014 ha torpaq sahəsinin 0.2560 ha hissəsindən naturada istifadə edir. 12-ci sual üzrə iddiaçılarının torpaq sahələrin hansı hissədə və hansı ölçülərlə istifadə etdikləri ərazilər mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planı 1 və yerquruluşu planı 2-də göstərilmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Göründüyü kimi cavabdehlərin apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olmaqla, şikayətin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsasdır. Belə ki, həmin rəylə müəyyən edilir ki, Cavabdeh1 iddiaçılara məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən reyestr nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışda göstərilən 0,4699 ha kənd kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.3022 ha hissəsini və Cavabdeh2, iddiaçılara məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən reyestr nömrəsi ********** olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışda göstərilən 0,4014 ha kənd kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.2560 ha hissəsindən istifadə edirlər. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, mübahisələndirilən hissədə qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Beləliklə kollegiya hesab edir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(033)- 24/2022 saylı qətnaməsi dəyişdirilməli, iddiaçılara məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin verdiyi 19 oktyabr 2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0.3022 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 və Zaqatala rayonu Muxax kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin verdiyi 19 oktyabr 2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0.2560 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2 çıxarılmalıdırlar. Qətnamə apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zaqatala Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli 2(033)-24/2022 saylı qətnaməsi dəyişdirilsin. İddiaçılara məxsus Zaqatala rayonu Muxax kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin verdiyi 19 oktyabr 2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0.3022 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh1 və Zaqatala rayonu Muxax kəndində yerləşən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Zaqatala Ərazi İdarəsinin verdiyi 19 oktyabr 2020-ci il tarixli qeydiyyat nömrəsi ********** olan dövlət reyestrindən verilmiş çıxarışda göstərilən 0.2560 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh2 çıxarılsınlar. Qətnamə apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 25 manatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 və 25 manatı isə iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı2 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601000**********4, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-315/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-315/2023
21.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver