Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-316/2020 15.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Hüseynov Mirbahəddin Mirdamət oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Əfəndizadə Həmdiyyə Natiq oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(051)-2229/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim U.H.Osmanov) iddia tələbi təmin edilərək, İddiaçı Mingəçevir şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzilinə köçürülməsi, ödənilmiş 10 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı verilməsiqət edilmişdir. İşin halları Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxxxx 2001ci il tarixdə 4807 invertar nömrə ilə verilmiş Qeydiyyat vəsiqəsinə əsasən Mingəçevir şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzili Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(051)- 241/2010 saylı qətnaməsinə əsasən İddiaçı həmin mənzildən istifadə hüququ tanınmış və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(107)-472/2010 nömrəli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. X3 Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli 1(107)-146/2016 nömrəli qərarına əsasən Azərbaycan Respublikası CM-in 32.3,29,326.2 və 32.3,177.3.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(011)-249/2018 saylı qərarı ilə iddiaçının Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(107)-79/2017 nömrəli qərarı ilə təyin olunmuş cəzasının çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gününü çəkmək üçün X4 Müəssisəsinə keçirilməsi qərara alınmışdır. İddiaçı 6 saylı MTCM-də xx.xx.2018ci ildən xx.xx.2019-cu ilədək cəza müddətini çəkmiş və xx.xx.2019-cu il tarixində cəza müddəti bitdiyinə görə 6 saylı MTCM-dən azad edilmişdir. Cavabdeh iddiaçının sözügedən mənzildən qeydiyyatdan çıxarılmasına dair tələbi Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə rədd edilmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibatiiqtisadi kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(107)-88/2017 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sözügedən mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında iddiаçı İddiaçıiddiаnı müdаfiə edərək izаhаtındа göstərmişdir ki,Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən onun Mingəçevir şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzilindən istifadə hüququ tanınmış və Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2010cu il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda sözügedən mənzilə köçüb yaşaya bilmir, buna cavabdeh mane olur. Belə ki, cavabdeh atalarından qalan əmlaka sahib olmaq üçün 2016-cı ilin aprel ayında ona şər-böhtan ataraq onu həbs etdirmiş və o, Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ona təyin olunmuş cəzanın çəkilməmiş qalan 1 il 7 ay 8 gününü çəkmək üçün X4 Müəssisəsinə köçürülmüşdür. Hazırda oğlu Hüseyn və onun ailəsi ilə birlikdə Bakı şəhərində kirayədə yaşayır, maddi çətinliklər çəkir, İİ-ci qrup əlildir, kirayə pulunu aldığı pensiya ilə ödəyir, bu da onun normal dolanışığına imkan vermir. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclаsındаCavabdeh оğlu iddianı qəbul etməyərək göstərmişdir ki, Mingəçevir şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzilinin mülkiyyətçisidir. İddiaçı onun razılığı və xəbəri olmadan sözügedən mənzilə saxta sənədlərlə qeydiyyata götürülmüşdür. İddiaçı qeydiyyatda olduğu mənzilə sahib olmaq üçün dəfələrlə ona şər-böhtan ataraq onun barəsində Mingəçevir ŞPŞ-nə şikayət etmişdir. Bundan başqa, iddiaçı 6 (altı) nəfər şəxslə onun Ağdaş rayonu Aşağı Qəsil kəndində yerləşən evindən oğurluq edərək ona külli miqdarda maddi ziyan vurmuşdur. Bu səbəbdən X3 Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və daha sonra cəzanın çəkilməmiş qalan 1 il 7 ay 8 gününü çəkmək üçün X4 Müəssisəsinə köçürülmüşdür. İddiaçı ona qarşı etdiyi cinayət əməlinə görə qeydiyyatda olduğu mənzilə gəlməmiş, həmin mənzildə yaşamağa ehtiyacı olmadığı üçün könüllü olaraq Abşeron rayonu Ceyranbatan qəsəbəsində oğluna məxsus mənzildə oğlunun ailəsi ilə birlikdə yaşayır. İddiaçının yaşayış sahəsinə ehtiyacı artıq köçüb yaşadığı yerdə təmin olunduğuna görə o, yaşayış sahəsinə olan ehtiyaclarını onun mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində deyildir və onun ailə üzvü hesab edilmədiyindən ona məxsus mənzilə köçürülməsi barədə tələbi əsassızdır. Ona görə də, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(051)-2229/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apelyаsiyа şikаyəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən işi tam, obyektiv və hərtərəfli araşdırmamış, buna görə də düzgün olmayan nəticəyə gəlmişdir. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(051)-2229/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(051)-2229/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən xx xxxxxx 2001-ci il tarixdə 4807 inventar nömrə ilə verilmiş Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Mingəçevir şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzili Cavabdeh adına mülkiyyət hüququ əsasında qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2010-cu il tarixli 2(107)-472/2010 saylı qətnaməsinin surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2010-cu il tarixli qətnaməsi ilə İddiaçı və X1 Mingəçevir şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzilinə istifadə hüququnun tanınması barədə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli 1(107)-146/2016 saylı qərarının surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-in 32.3,29,326.2 və 32.3,177.3.2-ci maddələri ilə təqsirli bilinərək CM-in 66.3-cü maddəsinə əsasən 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 7(011)-249/2018 saylı qərarının surətindən görünür ki, İddiaçı ona Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(107)-79/2017 saylı qərarı ilə təyin olunmuş cəzanın çəkilməmiş qalan 01 (bir) il 07 (yeddi) ay 08 (səkkiz) gününü çəkmək üçün X4 Müəssisəsinə keçirilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Penitensiar xidmətin 6 saylı MTCM-nin xx.xx.2019-cu il tarixli Forma-B arayışından görünür ki, iddiaçı 6 saylı MTCM-də xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək cəza müddətini çəkmiş və xx.xx.2019-cu il tarixində cəza müddəti bitdiyinə görə 6 saylı MTCM-dən azad edilmişdir. İş materiallarına əlavə olunmuş Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2-1(107)-88/2017 saylı qərarının surətindən görünür ki, Şəki İnzibati-iqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(84)-886/2016 saylı qərarı ilə iddiaçı Cavabdeh Mingəçevir şəhər Polis Şöbəsinə qarşı “İddiaçı Mingəçevir şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzilindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair” iddiasının rədd edilməsi barədə qərarı dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Mingəçevir şəhər 9 saylı MİS tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 945 saylı və xx.xx.2019-cu il tarixli 1135 saylı arayışlardan görünür ki, Qəribova X2 şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzilində yaşayış hüququ olmaqla qeydiyyatdadır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının məhkəmə qətnaməsi əsasında sözügedən mənzilə istifadə hüququ tanındığından onun mənzildən istifadə hüquqları mənzilin mülkiyyətçisi olan cavabdeh tərəfindən pozulmaqdan müdafiə olunmalıdır. Ona görə də iddia tələbi təmin edilməli, iddiaçı Qəribova X2 şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzilinə köçürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, həmin nəticəni işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun hesab edir. Belə ki, işin faktiki halları ilə müəyyən olunur ki, Mingəçevir şəhəri Y.Muradov küçəsi, 39 saylı evin 27 saylı mənzili Cavabdeh mülkiyyətindədir. Sözügedən mənzildə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(051)-241/2010 saylı qətnaməsi ilə iddiaçının istifadə hüququ tanınmış, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli 2(107)- 472/2010 saylı qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh məhkəmə iclasında iddiaçının onun Ağdaş rayonu Aşağı Qəsil kəndində yerləşən evindən oğurluq etməsinə və Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli 1(107)-146/2016 saylı qərarına əsasən məhkum olunmasına istinad edərək, cavabdehin uzun müddət sözügedən mənzildə yaşamadığını və artıq Abşeron rayonu Ceyranbatan qəsəbəsində oğluna məxsus mənzildə oğlunun ailəsi ilə birlikdə yaşadığını, iddiaçının yaşayış sahəsinə ehtiyacı artıq köçüb yaşadığı yerdə təmin olunduğuna görə sonuncunun yaşayış sahəsinə olan ehtiyaclarını onun mənzilindən istifadə etməklə qarşılamaq məcburiyyətində olmadığını və onun ailə üzvü hesab edilmədiyi üçün iddiaçının onun mənzilinə köçürülməsini istəmədiyini bildirmişdir. İşdə olan sübutların məcmusu ilə müəyyən edilir ki, yuxarıda göstərilən səbəbdən Cavabdeh Mingəçevir şəhər Polis Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı mənzilindən qeydiyyatdan çıxarılmasını tələb etmiş, lakin Şəki İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə onun iddia tələbi təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının xx.xx.2017-ci il tarixli 2- 1(107)-88/2017 nömrəli qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüququ sayılır. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarı ilə 16.1. və 16.2-ci bəndlərində məhkəmələrə izah edilmişdir ki, məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdə onun məcburilik və preyudisiallıq xüsusiyyətləri əmələ gəlir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Məhkəmə hesab edir ki, hazırkı işdə istifadə obyekti mənzil olduğu üçün, ondan istifadə həmin mənzildə yaşamaqdan ibarətdir, lakin iddiaçının istifadə hüququ tanındığı mənzildə yaşaya bilməməsi onun özündən asılı olmayan səbəblərdən, yəni onun Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2016-cı il tarixli 1(107)-146/2016 nömrəli qərarı ilə 3 il 5 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və azadlığa çıxdıqdan sonra cavabdehin buna mane olması ilə yaranmışdır. Məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilir ki, icarədar və ya onun ailə üzvlərindən ibarət hər hansı birinin məhkum olunması həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Məhkəmə kollegiyası həmçinin əlavə edir ki, mübahisəli mənzilin mülkiyyətçisi Cavabdeh apelyasiya şikayətində iddia etdiyi əsaslarla İddiaçı həmin mənzildən istifadə hüququna xitam verilməsi məsələsini ayrıca mübahisələndirə bilər. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş və tərəflər arasındakı qarşılıqlı münasibətlər üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi qanuni və əsaslıdır, həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin dəlilləri isə əsassız və qəbuledilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(051)-2229/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(051)- 2229/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslər tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə sədrlik edən hakim: Mirbahəddin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-316/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-316/2020
15.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver