Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-317/2023 15.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və torpaq sahəsində olan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi rədd edildi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və torpaq sahəsində olan maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(025)-594/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi barədə Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(025)-594/2022 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin qeyri-qanuni sahiblikdən geri alınaraq qaytarılması və torpaq sahəsində olan maneənin aradan qaldırılaraq açılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Qəbələ rayonu, Nic qəsəbəsi ərazisindəki 0.47 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X3 qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehərin qanunsuz olaraq bağladığı torpaq sahəsinin ətrafında olan taxta dirəkdən və tikanlı dəmir məftildən ibarət hasarın onların hesabına sökülərək açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir 27 iyul 2022-ci il tarixdə İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, cavabdeh X3 cavabdehlərin siyahısından çıxarılmasını, mütəxəssis rəyinin alınmasına görə ödədiyi 95 (doxsan beş) manat məbləğində xidmət haqqının cavabdehlərdən tutulması, beləliklə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən reyestr nömrəsi **********68, qeydiyyat nömrəsi ********** olan Çıxarış əsasında Qəbələ rayonu, Nic qəsəbəsi ərazisindəki 0.47 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeyri-qanuni sahibliyindən geri alınaraq ona qaytarılması, cavabdehərin qanunsuz olaraq bağladığı torpaq sahəsinin ətrafında olan taxta dirəkdən və tikanlı dəmir məftildən ibarət hasarın onların hesabına sökülərək açılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun və 95 (doxsan beş) manat mütəxəssis rəyinin alınmasına görə ödənilən xidmət haqqının cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(025)-594/2022 nömrəli qətnaməsinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********68 reyestr nömrəli «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış»la İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,47 ha torpaq sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeyri-qanuni sahibliyindən alınaraq İddiaçı geri qaytarılması və sözügedən torpaq sahəsinin ətrafında olan taxta dirəkdən və tikanlı dəmir məftildən ibarət hasar cavabdehlərin hesabına sökülərək açılması qət edilmişdir. xx.xx.2022-ci ildə Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(025)- 594/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə elektron qaydada “Elektron məhkəmə” sistemi vasitəsi ilə daxil olmuşdur. Cavabdeh eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(025)- 594/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(025)-594/2022 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(025)-594/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş “prosessual müddətin bərpa olunmasına dair” ərizə təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022ci il tarixli 2(025)-594/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin Cavabdeh1 geri qaytarılması qərara alınmışdır. Cavabdeh1 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin 16 yanvar 2023-cü il tarixli 2(025)-594/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(025)- 594/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(025)-594/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə tərəflərə, həmçinin Cavabdeh1 və onun ailə üzvlərinə göndərilmiş, qətnamənin surəti xx.xx.2022-ci ildə “Qabilov N” tərəfindən poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza edilərək, qəbul edilmişdir. Qətnamə 6 dekabr 2022-ci il tarixdə qanuni quvvəsini almışdır. Sözügedən qətnamədən isə Cavabdeh1 tərəfindən apellyasiya şikayəti 14 dekabr 2022-ci il tarixdə məhkəməyə dəftərxana vasitəsilə təqdim edilmiş və prosessual baxımdan müddət ötürülmüşdür. Məhkəmə hesab edir ki, mülki işin materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məlum olmuşdur ki, müvafiq qətnaməni Cavabdeh1 xx.xx.2022ci il tarixdə xəbərnaməyə imza edərək qəbul etmişdir. Göstərilən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan bir ay müddəti olmasına baxmayaraq, o öz növbəsində həmin qətnamədən apellyasiya şikayətini xəbəri olduğu vaxtdan 08 gün keçəndən sonra vermiş, müvafiq şikayətə həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxdığı prosessual müddəti bərpa etməyi məhkəmədən xahiş etmişdir. O, məhkəməyə qətnamədən buraxılmış apellyasiya şikayəti verilməsi müddətini ötürməsinin üzrlü səbəbdən baş verməsinə dair heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Azərbaycan Respublikası MPM-in 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, Cavabdeh1 Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli 2(025)-594/2022 nömrəli qətnaməsindən tam olaraq xəbərdar olmuşdur. Cavabdehin ərizəsində qeyd etdiyi, “hüquqi savadı olmadığı üçün qətnamənin mahiyyətinin dərk etməməsini və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddətinin bitməsini bilmədən ötürməsini”, məhkəmə tərəfindən buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzürlü hesab edilə bilməz Azərbaycan Respublikası MPM-nin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Azərbaycan Respublikası MPM-nin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Azərbaycan Respublikası MPM-nin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(025)-594/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(025)-594/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli 2(025)-594/2022 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Elçin Mehdiyev Mahir Əsədli
Məhkəmə qərarları › İş №2(107)-317/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-317/2023
15.02.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver