Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-32/2024 01.10.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, ekspertiza məsələləri, mülkiyyətin toxunulmazlığı) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq və X7 ibarət tərkibdə, məhkəmə iclas katibi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X5 qarşı torpaq sahəsindən çıxarılma tələbinə Göyçay Rayon Məhkəməsinin 2(046)-1279/2022 nömrəli, xx.xx.2022-ci il tаrixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2018- ci il tarixdə qeydiyyata alınmış çıxarışına əsasən mülkiyyətində olan 1.55 ha torpaq sahəsinin 1.00 ha hissəsindən cavabdehlərin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Göyçay rayon Potu kəndində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reysterindən verilmiş xx.xx.2018-ci il tarixli Seriya RX №1164545 (********** qeydiyyat nömrəsi) çıxarışına əsasən mülkiyyətinə 1.55 ha torpaq sahəsi verilmişdir. Cavabdehlər mülkiyyətində olan torpaq sahəsinin 1.0 ha hissəsini qanunsuz olaraq çəpərləmişlər və qanunsuz olaraq ona verilmiş üzüm bağını məhv etmişlər. Dəfələrlə polis şöbəsinə, kənd bələdiyyəsinə və kənd İcra nümayəndəliyini rəsmi və şifahi məlumat versə də heç bir kömək göstərilməmişdir. Cavabdehlərdən torpaq sahəsinin qaytarılmasını tələb etmiş, lakin onlar müxtəlif bəhanələrlə torpaq sahəsinin qaytarılmasını yubatmışlar. Cavabdehlərin bəhanələrindən bezərək kənd bələdiyyəsinə və İHB-nın Potu kənd inzibati ərazi nümayəndəliyinə müraciət etsə də heç bir nəticə olmamışdır. Mülkiyyətində olan orpaq sahəsinin ümumilikdə 1.0 ha hissəsindən cavabdehlər qanunsuz istifadə edir və bununla da onun mülkiyyət hüququ pozulur.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək bildirmişdir ki, mülkiyyətində olan torpaq sahəsindən cavabdehlər qanunsuz olaraq istifadə edir. Torpaq sahəsindən çıxmaları ilə bağlı dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, torpaq sahəsindən çıxmamışlar. Buna görə də iddianın təmin edilməsini xahiş edir.
4. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında izahat verərək bildirmişlər ki, qeyd edilən torpaq sahəsini iddiaçıdan almışlar. Sözügedən torpaq sahəsi onlar tərəfindən zəbt edilməmişdir. Buna görə də iddianın rədd edilməsini xahiş edir.
5. İş üzrə digər cavabdehə məhkəmənin yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsilə məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə baxışında iştirak etməmişdir.
6. Göyçay Rayon Məhkəməsinin 2(046)-1279/2022 nömrəli, xx.xx.2022-ci il tаrixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Göyçay rayonu Potu kəndində yerləşən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan 1.55 ha torpaq sahəsinin 0.35 ha hissəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılması, 100 manat dövlət rüsumu və 200 manat məhkəmə xərcinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq iddiaçı X9 verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı X8 və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Göyçay rayonun Potu kəndində 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə edildiyini iddia edir və cavabdehlərin mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş edir.
8. Eyni zamanda müəyyən etmişdir ki, iddiaçının və digər ailə üzvlərinin mülkiyyətində Göyçay rayonun Potu kəndində 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.35 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsindədir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə iddia tələbinin əsaslığını yoxlamaq üçün mülki iş üzrə mütəxəssis rəyinin verilməsi üçün ekspertiza təyin edərək, müvafiq rəy almış, həmin rəyə əsasən müəyyən edilmişdir ki, iddiaçının və digər ailə üzvlərinin mülkiyyətində Göyçay rayonun Potu kəndində 1.55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.35 ha hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz istifadəsindədir.
10. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının iradəsinin ziddinə olaraq qanuni sahibliyində olan 1.55 ha torpaq sahəsinin 0.35 ha hissəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 zəbt etməsi, həmin daşınmaz əmlaka olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir, bu torpaq sahəsinə sahiblik, istifadə və sərəncam hüququnun həyata keçirilməsinə maneə yaradır. Cavabdehlərin hərəkətləri iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində sahiblik və mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir.
11. Bundan başqa məhkəmə hesab etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi digər cavabdeh X10 tərəfindən zəbt edildiyinə dair heç bir mötəbər sübut müəyyən edilmədiyindən, iddia X5 qarşı qaldırılan hissədə təmin edilə bilməz.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.4-cü maddələri, İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1 -ci maddəsi, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 04 nömrəli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələri, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, "Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarı, "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə öncəki hazırlıq iclaslarında da İddiaçı özü etiraf etmişdir ki, o, həmin torpaq sahəsini Cavabdeh1 və Cavabdeh2 şifahi şəkildə satmış və ilkin olaraq R. və M. Mirzəyevlərdən 3000 manat məbləğində pul almışdır. Bundan başqa Cavabdeh1 da məhkəməyə yazılı izahat təqdim edərək, tərəflər arasında yaranmış mübahisə obyekti olan torpaq sahəsinə dair İddiaçılə özləri arasında yaranmış münasibətlərin təfərrüratlarını demişdir. Belə ki, 2(046)-1279/2022 saylı mülki iş üzrə Cavabdeh1 öz yazılı izahatında da bildirdiyi kimi, Cavabdeh1 və ailəsi 2010-cu il tarixdə Rusiya Federasiyasından Göyçay rayonunun Üngütlü kəndində gələrək, buradan daşınmaz əmlak (torpaq sahəsi və fərdi-yaşayış evi) almışdılar. 2016-cı il tarixdə Üngültü kənd Bələdiyyəsinə müraciət edərək, onların torpaq sahəsinə qonşuluqda olan torpaq sahəsinin mülkiyyətçisini öyrənmək istəmişlər. Müraciətlərinin səbəbi qonşu torpaqdan onların torpağına vəhşi heyvanlar (çaqqallar) gəlməsi, həmin qonşu torpaq sahəsinə görə onlar öz torpaqlarını suvara bilməməkləri və həmin qonşu torpağın mülkiyyətçisi ilə danışaraq, yaranan problemlərin aradan qaldırılması olmuşdur. Onların müraciət etdikləri məsul şəxslər olan Nizami müəllimlə Eldar müəllim onlara bildirmişlər ki, həmin torpaq sahəsi “sürüşmə torpaqdır” və həmin torpaq sahəsinin mülkiyyətçisi yoxdur. Bundan başqa onlar daha bir neçə quruma müraciət etsələr də, onlara həmin torpaq sahəsinin mülkiyyətçisi barədə heç bir məlumat verilməmişdir. Bundan sonra onlar yenidən Bələdiyyəyə müraciət edərək, bu torpağın mülkiyyətçisi olduğu təqdirdə, həmin torpaq sahəsini istifadə etməklərini xahiş etmişlər. Bundan sonra Bələdiyyə onlara həmin torpaq sahəsini 100 illik istifadəyə vermişdir (həmin sənəd bu ərizəyə əlavə edilir). Bundan sonra onlar həmin torpaq sahəsinə aqrotexniki qulluq etməyə başlamışlar: 30 kamaz qara torpaq gətizdirib, yabanı alaqları, kolları təmizləyib, torpaq sahəsini istifadəyə yararlı hala gətiriblər (qeyd edilən münbitləşmə barədə arayış bu ərizəyə əlavə edilir). Cavabdeh1 və ailəsi həmin sahədə bundan sonra 250 alça ağacı əkmişlər (hər bir şitili 5 azn dəyərinə alıblar). Həmin ağacların arasında maldarlıq məqsədi ilə yonca əkmişlər. 2018-ci ildə İddiaçı gələrək, bu torpağın özünün olduğunu və və torpağı onlara satacağını bildirmişdir. İddiaçı bildirdiyinə görə həmin torpaq sahəsi 55 sotdur. Lakin iş məhkəmə icraatında olduğu dövrdə Cavabdeh1 və ailəsi müvafiq sorğular vermiş və bu sorğular nəticəsində məlum olmuşdur ki, mübahisə edilən torpaq sahəsi 55 yox, 35 sotdur (müvafiq xəritə bu ərizəyə əlavə edilir). Müşfiqin öz mülkiyyəti kimi iddia etdiyi 1.5 ha torpağın 35 sotu R. Mirzəyeva və ailə üzvlərində, qalan hissəsi isə qonşularda olmuşdur. Müşfiq onlara həmin sahələri satdığını bildirmişdir. Bundan sonra onlar Müşfiqdən həmin torpağa mülkiyyəti təsdiq edən sənədi tələb etmişlər. Müşfiq onlara sənəd göstərmək əvəzinə, torpağın sotunu 100 manatdan satdığını bildirmişdir. R. Mirzəyeva və ailə üzvləri MüşfiqdənƏliyevdən torpağın sənədini istəyəndə, Müşfiq torpağın sənədini çıxarmaq üçün pulunun olmadığını bildirərək, torpağın onlara düşən 55 sot hissəsini (həmin vaxt R. Mirzəyeva və ailə üzvləri həmin sahənin 55 sot olmasına inanırdılar və əlavə yoxlamalar aparmamışdılar) satmaq üçün avans olaraq onlardan 3000 manat məbləğində pul almış və bu pula torpağın sənədlərini düzəldəcəyini bildirmişdir. 2020-ci ildə İddiaçı gələrək, onlara satdığı torpaq sahəsinə görə qalıq 2500 manatı istəmədiyini, bunun əvəzinə artıq torpağın sotuna görə 100 manat yox, 200 manat istədiyini bəyan etmişdir. R. Mirzəyeva və ailə üzvləri də bu torpağın qonşulara sotu 100 manatdan satdığını və özlərindən də 3000 manat avans aldığını bildirmişlər. Müşfiq gələndə onların alça yetişdirdiklərini gördü və torpağı satacağını daha da inadla bildirmişdir və onlara torpağı qonşulara olduğu kimi sotu 100 manatdan yox, sotu 200 manatdan satacağını bildirmişdir. Müşfiq bu hərəkətini Cavabdeh1 və ailə üzvlərinin Göyçaylı olmamaqları ilə əsaslandırmışdır. 2021-ci il tarixdə Müşfiq R. Mirzəyeva və ailə üzvləri barədə şikayətlə Göyçay RPŞ-nə müraciət etmişdir. Onları Polis əməkdaşları şöbəyə dəvət etdikdən sonra, onlar işin məhkəməyə gedəcəyini bildirəndə, R. Mirzəyeva və ailə üzvləri elə işin məhkəmədə öz həllini tapmasını istədiklərini bildirmişdir. Bundan bir müddət sonra İddiaçı R. Mirzəyeva və ailə üzvləri barədə həqiqəti əks etdirməyən məlumatlarla Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.
14. İzahatının davamı olaraq Cavabdeh1 qeyd etmişdir ki, əgər Müşfiq onların torpaq sahəsindən çıxarlmasını istəyirdi, nəyə görə analoji iddia tələbi ilə 12 ildir Məhkəməyə müraciət etmirdir?. Niyə Müşfiq həmin tələbi məhz indi, R. Mirzəyeva və ailə üzvləri həmin torpaq sahəsinin yaxşılaşdırılmasına pul xərclədiklərindən sonra, əkdikləri alça ağacları bar verməyə başladıqdan sonra məhkəməyə müraciət etmişdir? Cavabdeh1 həmin izahatda həm də İddiaçılə onlar arasında həmin torpağın həqiqi alqı-satqısının baş tutmasını müəyyənləşdirilməsini, R. Mirzəyevanın o torpağın yaxşılaşmasını xərclədikləri pulların müəyyənləşdirilməsi üçün Üngütlü kənd bələdiyyəsi olmuş Babayev Eldar, Göyçay R İHB Üngütlü kəndi üzrə nümayəndəsi Nizami müəllimi, qonşular Elşən, Ağakişi, Ceyhun, Namiq, Rəxşəndə, Əlyusif, Ceyhun və Bəxtiyarın şahid qismində çağrılmasına göstəriş verilməsi barədə vəsatətlə də çıxış etmişdir.
15. Cavabdeh1 həmin yazılı izahatında qeyd etdiklərinə istinad edərək, məhkəmədən xahiş etmişdilər ki, onlarla İddiaçı arasında olmuş faktiki alqı-satqı müqaviləsi nəzərə alınaraq, İddiaçı qalıq borc olan 2500 manat pul ödənilərək (bu məbləğ 55 sot torpaq sahəsi üçün hesablanmışdır, lakin sonradan məlum oldu ki, torpaq 55 sot yox, 35 sotdur), həmin torpaq sahəsi onların istifadəsində saxlanılsın, alqı-satqı müqaviləsi rəsmiləşdirilsin və torpaq onların mülkiyyəttinə verilsin. Bu səbəbdən də, Cavabdeh1 iddia ərizəsinin tam əsassız olduğu üçün rədd edilməsini xahiş etmişdir.
16. Bundan sonra cavabdeh tərəf iddiaçının onları aldatdığından əmin olandan sonra, ona qarşı qarşılıqlı iddia ilə Göyçay Rayon Məhkəməsinə müraciət etdikdə, birinci instansiya məhkəməsi cavabdeh tərəfin prosessual müddəti buraxdığı üçün qarşılıqlı iddia ərizəsini icraata qəbul etməkdən imtina etmişdir, halbuki iddiaçının əsl niyyəti məhkəmə icraatı zamanı məlum olmuşdur, ilkin iddia verildiyi vaxt və məhkəmə iclasları zamanı da iddiaçı həqiqətən torpağın alğı-satqısı üçün cavabdehlərdən pul almasını etiraf etmişdir. Cavabdeh tərəf icraata başladığı vaxtdan məhkəməyə torpaq sahəsinin sahibsiz torpaq kimi rəsmi dövlət orqanları tərəfindən onlara verildiyi barədə sənədlər təqdim etsə də, birinci instansiya məhkəməsi nəyinki həmin sənədlərə zəruri münasibət bildirməmişdir, sənədlərin olması barədə qətnamədə heç bir qeyd aparmamışdır. Məhkəmə qətnamə qəbul edərkən həmin sənədlərə və iddiaçının cavabdehlərdən alğı-satqı müqaviləsi qarşılığından cavabdehlərdən pul alması barədə etirafın zəruri qiymət verməmiş, ümumiyyətlə etiraf və sənədlər barədə qətnamədə heç bir qeyd aparmamışdır. Mübahisə edilən qətnamədə birinci instansiya məhkməsinin sərgilədiyi mövqeyə görə cavabdeh tərəf ümumilikdə 12800 manat zərər çəkmişlər (torpağın alğı-satqısı və torpağın yaxşılaşdırılmasına çəkilən xərc), həm də faktiki mülkiyyətlərindən məhrum olmuşlar).
17. Cavabdeh tərəf dəfələrlə birinci instansiya məhkəməsinə mübahisə edilən torpaq sahəsindən sahibsiz torpaq sahəsi kimi rəsmi dövlət orqanlarına müraciət etdikdən sonra istifadə etməyə başlamış, daha sonra həmin istifadəyə yararsız torpağın yaxşılaşdırılmasına kifayət qədər ciddi məbləğdə pul xərcləmişdilər. Bundan sonra iddiaçı peyda olaraq, torpağı onlara sata biləcəyini bildirmiş və torpağın sənədləşdirilməsi üçün pul istəmişdir. Cavab tərəf həmin pul məbləğini verdikdən sonra iddiaçı torpaq üzərində olan hüquqlarını sənədləşdirmiş, lakin torpağı cavabdeh tərəfə daha baha satacağını bəyan etmişdir. İddiaçı bu hərəkərini cavabdeh tərəfin Göyçaylı olmaması ilə əsaslandırmışdır. İddiaçı cavabdeh tərəfi aldadaraq onların pulu ilə torpağa olan hüququnu rəsmiləşdirmiş, cavabdehlərin torpağın yaxşılaşdırılmasına külli miqdarda pul xərcləməsini və həmin torpaqda əkin etdiyini gördükdə isə, həmin ağaclar məhz bəhrə verən an məhkəmə müraciət edərək, sanki mülkiyyət hüququnun pozulmasını iddia etmişdir. Birinci instansiya məhkəməsi isə işin faktiki halına qiymət verməmiş, əksinə işin faktiki halı barədə qətnamədə heç bir hüquqi qiymət vermədən, iddiaçıya öz hüquqlarından suiistifadə edərək, cavabdeh tərəfə həm maddi, həm mənəvi zərər yetirməsi üçün şərait yaratmış olmuşdur.
18. Cavabdeh tərəf dəfələrlə birinci instansiya məhkəməsində iddiaçının torpaq sahəsini onlara sonradan daha baha qiymətə satacağını bildirəndə, bu hərəkətin cavabdeh tərəfin Göyçaylı olmamaları ilə əlaqələndirdiyini bildirdikdə, birinci instansiya məhkəməsi cavabdeh tərəfə qarşı olan bu diskriminasiya hərəkətinə zəruri qiymət verməmişdir. Halkbuki diskriminasiyanın qarşısının alınmasında dövlətin pozitiv öhdəliyi var. Cavbdeh tərəf birinci instansiya məhkəməsinə iddiaçı öz mülkiyyətində olan torpaq sahəsindən digər şəxslərə torpaq satdıqda daha ucuz qiymətə satdığını bildirmişlər, lakin məhkəmə bu faktın da yoxlanılması üçün heç bir tədbir görməmişdir.
19. Qısaca olaraq qeyd edilir ki, apellyatora məhz Göyçaylı olmadığı üçün iddiaçı tərəfindən fərq qoyulması barədə diskriminasiya hərəkətinə birinci instansiya məhkəməsi tərəfindən zəruri qiymət verilməmişdir. Həmçinin cavabdeh tərəfin birinci instansiya məhkəməsində təqdim etdiyi heç bir sübuta məhkəmə tərəfindən ümumiyyətlə qiymət verilməmişdir. Bununla da birinci instansiya məhkəməsi tərəflərə eyni cür yanaşmadığını sərgiləmişdir.
20. Birinci instansiya məhkəməsi icraat zamanı işə hərtərəfli deyil, yalnız iddiaçının prizmasından baxmışdır, işə cavabdeh tərəfdən verilən sübutlara, izahatlara önəm verməmişdir. Birinci instansiya məhkəməsi öz qətnaməsində cavabdeh tərəfin mövqeyinə heç bir hüquqi qiymət vermədən, MPM-nin sübutların qiymətləndirilməsi müddəalarını pozmuş, torpaq sahəsinin əslində zəbt yox, rəsmi dövlət orqanları tərəfindən cavabdeh tərəfə verilmiş baxımsız torpaq sahəsi olması faktını araşdırmamış və faktiki olaraq iddiaçı tərəfindən cavabdeh tərəfə satılmış torpaq sahəsini zəbt kimi göstərmişdir.
21. Birinci instansiya məhkəməsi ümumiyyətlə cavabdeh tərəfin təqdim etdiyi sübutlara heç bir münasibət bildirməyərək, onların hüququların pozan bir qətnamə qəbul edib
22. Cavabdeh tərəf məhkəməyə həmin torpaq 2016-cı ildən bəri sahəsinin rəsmi dövlət orqanından istifadəyə götürmələri və zəruri olan bütün dövlət ödənişlərini etdikləri barədə sənədlər təqdim etsələr də, birinci instansiya məhkəməsi həmin bu sübutlara önəm verməyərək, barəsində şikayət verilən qətnaməni qəbul etmişdir. Halbuki iddiaçının təqdim etdiyi çıxarışda da qeydiyyat tarixi 2021-ci ildir.
23. Qeyd edilənləri nəzərə alaraq, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1279/2022 saylı qətnaməsininin ləğv edilməsi, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı apellyasiya şikayətinə yazılı etirazında apellyasiya şikayətinin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1279/2022 saylı qətnaməsininin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
26. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1279/2022 saylı qətnaməsininin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X15 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)-1279/2022 saylı qətnaməsininin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
29. Cavabdeh X5 (Cavabdeh3) və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ-əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər.
32. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin; 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
33. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1-ci maddəsinə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
35. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
37. Apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Həmçinin Cavabdeh2 Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(046)- 1279/2022 saylı qətnaməsininin tam ləğv olunmasını xahiş etsə də, iddianın rədd edilmiş və Cavabdeh1 qarşı təmin edilmiş, lakin sonuncu tərəfindən mübahisələndirilməmiş hissələrində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən hissədə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Mübahisələndirilən hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın Cavabdeh2 qarşı təmin edilmiş hissəsində ləğv olunması üçün əsas yoxdur.
39. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
40. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 03 aprel 2018-ci il tarixdə verilmiş **********51 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Göyçay rayonu, Potu kəndində yerləşən 1,55 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 ½ hissələrlə paylı mülkiyyətlərində olmuşdur. Həmin torpaq sahəsinin 0,1379 ha və 0,3332 ha hissələri 19 fevral 2021-ci il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqavilələri əsasında özgəninkiləşdirilmiş, İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 ½ hissələrlə mülkiyyətlərində 1,07 ha torpaq sahəsi qalmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 15 mart 2021-ci il tarixdə verilmiş **********559 reyestr, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışa əsasən Göyçay rayonu, Potu kəndində yerləşən 1,07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 ½ hissələrlə paylı mülkiyyətlərinə rəsmiləşdirilmişdir. Mütəxəssis və ekspert rəyləri ilə müəyyən olunmuşdur ki, iddiaçının üçüncü şəxslə ½ hissələrlə paylı mülkiyyətlərində olan torpaq sahəsinin 0,48 ha hissəsi Cavabdeh2 tərəfindən istifadə edilir. Lakin Cavabdeh2 mübahisəli əraziyə dair hər hansı bir hüquqmüəyyənedici sənədinin olması halı müəyyən edilməmişdir.
41. Kollegiyanın iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdehlərdən Cavabdeh1 atasının adı Pəni olmasına baxmayaraq, birinci instansiya məhkəməsinin qətnaməsində onun atasının adı Pənah kimi qeyd edilmişdir.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehlərdən Cavabdeh1 atasının adı Pənah kimi qeyd edilməsini texniki yanlışlıq kimi qiymətləndirir və onun atasının Pəni olmasını qəbul edir.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
44. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçılə arasında faktiki alqı-satqı müqaviləsinin olması, 55 sot hissəsinə görə iddiaçının 3000 manat pul alması, sonradan həmin torpaq sahəsinin 55 sot deyil, 35 sot olmasının məlum olması, məhkəmənin qətnamə qəbul edərkən iddiaçının cavabdehlərdən alğı-satqı müqaviləsi qarşılığında cavabdehlərdən pul alması barədə etirafına zəruri qiymət verməməsinə, faktiki olaraq iddiaçı tərəfindən cavabdeh tərəfə satılmış torpaq sahəsinin zəbt kimi göstərilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
45. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
46. Həmin Məcəllənin 647-ci maddəsinin mənasına görə daşınmaz əmlakın alqısatqı müqaviləsi notariat qaydasında təsdiqlənməlidir.
47. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
48. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
49. Kollegiya qeyd edir ki, göründüyü kimi tərəflər arasında qanunvericlikdə nəzərdə tutulmuş qaydada bağlanmış, etibarlı alqı-satqı münasibəti mövcud olmamışdır.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mübahisə edilən torpaq sahəsindən sahibsiz torpaq sahəsi kimi rəsmi dövlət orqanlarına müraciət etdikdən sonra istifadə etməyə başlaması, məhkəməyə torpaq sahəsinin sahibsiz torpaq kimi rəsmi dövlət orqanları tərəfindən verildiyi barədə sənədlər təqdim etsə də, birinci instansiya məhkəməsinin həmin sənədlərə zəruri münasibət bildirməməsi, torpaq sahəsinin əslində zəbt yox, rəsmi dövlət orqanları tərəfindən cavabdeh tərəfə verilmiş baxımsız torpaq sahəsi olması faktının araşdırılmamasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Cavabdeh2 tərəfindən iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin yerləşdiyi ərazidən faktiki olaraq torpaq sahəsindən istifadə etməsi halı müəyyən edilsə də Cavabdeh2 onun tərəfindən həmin torpaq sahəsinin qanuni əsaslarla istifadə edilməsinə dair nə birinci instansiya məhkəməsinə nə də məhkəmə kollegiyasına heç bir hüquqmüəyyənedici sənəd təqdim etməmişdir. Cavabdeh2 tərəfindən faktiki istifadəsində torpaq sahəsinin olmasına dair bələdiyyədən əldə etdiyi arayışlar isə hüquqmüəyyənedici sənədlər hesab edilə bilməzlər.
51. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
52. Məhkəmə kollegiyası apellyasiya şikayətinin torpağın alğı-satqısı və torpağın yaxşılaşdırılmasına çəkilən xərc olaraq ümumilikdə 12800 manat zərər çəkməsi, istifadəyə yararsız torpağın yaxşılaşdırılmasına kifayət qədər ciddi məbləğdə pul xərclənməsinə dair dəlilinə də münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırkı icraatda isə Cavabdeh2 İddiaçı qarşı belə bir iddia tələbi mövcud deyildir.
53. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kollegiyanın icraatında olan 2(107)- 56/2024 nömrəli mülki iş materiallarından göründüyü kimi iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı torpaq sahəsinə çəkilmiş xərcin ödənilməsinə dair iddia tələbi üzrə qəbul edilmiş Göyçay Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(046)-259/2023 nömrəli qətnaməsi iddiaçı Cavabdeh1 (Cavabdeh2 arvadıdır) tərəfindən mübahisələndirilmişdir.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı tərəfindən fərq qoyulması barədə diskriminasiya hərəkətinə birinci instansiya məhkəməsi tərəfindən zəruri qiymət verilməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından Cavabdeh2 qarşı diskriminasiya hərəkətlərinə yol verilməsi halı müəyyən edilməmişdir.
55. Məhkəmə kollegiyası qeyd edir ki, mülki işin hərtərəfli, tam və obyektiv araşdırılmasının təmin edilməsi məqsədi ilə Şəki Apellyasiya Məhkəməsinin 28 mart 2023cü il tarixli, 17 oktyabr 2023-cü il tarixli və 12 mart 2024-cü il tarixli qərardadları ilə məhkəmə tikinti-texniki ekspertizаları təyin edilmiş və həmin qərardadlara əsasən Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən 18 sentyabr 2023-cü il tarixli, 20 fevral 2024-cü il tarixli və 22 avqust 2024-cü il tarixli rəylər verilmişdir.
56. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 10/6638 nömrəli rəydə göstərilmişdir:
57. Mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrindən (03 aprel 2018-ci tarixdə RX seriyalı, 116545 nömrəli) **********51 reyestr nömrəli çıxarışa əsasən X8 və X11 xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 1.55 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və naturada ölçüləri müəyyən edilmişdir.
58. Mütəxəssis rəyinə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestrindən 03 aprel 2018- ci tarixdə RX seriyalı, 116545 nömrəli çıxarışa əsasən X8 və X11 xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 1.55 ha torpaq sahəsinin 0.48 ha hissəsi Cavabdeh2 naturada göstərdiyi və faktiki istifadə etdiyi 3.4 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
59. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS) əsasında tərib edilən, idarənin xidməti istifadəsində olan, elektron kadastr uçotu xəritəsində iddiaçılar İddiaçı və X11 xüsusi mülkiyyətinə **********51 reyestr nömrəli çıxarışla (JN-135 nömrəli Dövlət Aktı) verilmiş 1.55 ha torpaq sahəsi iki hissədə təsbit edilərək göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında təsbit edilərək göstərilən **********51 reyestr nömrəli çıxarışla (JN-135 nömrəli Dövlət Aktı) verilmiş 1.55 ha torpaq sahəsi iki hissədə təsbit edilərək göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında təsbit edilərək göstərilən **********51 reyestr nömrəli çıxarışla verilmiş 1.55 ha torpaq sahəsinin 1-ci hissəsindən 0.0048 ha, 2-ci hissəsindən 0.099 ha torpaq sahələri Cavabdeh2 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 3.4 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
60. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 3-16-16/2-10/911 nömrəli rəydə göstərilmişdir:
61. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X14 Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Müşfiq Qasımovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-36/2-364/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir:
62. Daşınmaz Əmlakın Dövlət Reyestrindən (03 aprel 2018-ci il tarixdə RX seriyalı, 116545 nömrəli) **********51 reyestr nömrəli çıxarışa əsasən X8 və X11 xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 1,55 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və naturada ölçüləri müəyyən edilmişdir.
63. Daşınmaz ƏmlakınDövlət Reyestrindən 03 aprel 2018-ci il tarixdə RX seriyalı, 116545 nömrəli çıxarışa əsasən X8 və X11 xüsusi mülkiyyətində olan Göyçay rayonu, Potu kəndində yerləşən 1,55 ha torpaq sahəsinin 0,48 ha hissəsi Cavabdeh2 tərəfindən naturada istifadə edilir. Əlavə olaraq bildirirlər ki, baxış zamanı iddiaçı torpaq sahəsindən faktiki istifadə etmədiyini bildirdiyi üçün iddiaçının faktiki istifadə vəziyyəti mütəxəssis rəyinə əlavə edilmiş sxemdə göstərilməmişdir.
64. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydalarına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu İlə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsinin təmin olunmasına dair “Tədbirlər Plam”na uyğun olaraq Göyçay rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadələrində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin faktiki sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir.
65. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS) əsasında tərtib edilən, idarənin xidməti istifadəsində olan elektron kadastr uçotu xəritəsində iddiaçılar X8 və X11 xüsusi mülkiyyətinə **********51 reyestr nömrəli çıxarışla (JN-135 nömrəli Dövlət Aktı) verilmiş 1.55 ha torpaq sahəsi iki hissədə təsbit edilərək göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında təsbit edilərək göstərilən **********51 reyestr nömrəli çıxarışla verilmiş 1.55 ha torpaq sahəsinin 1-ci hissəsindən 0.0048 ha, 2-ci hissəsində 0.099 ha torpaq sahələri Cavabdeh2 tərəfindən naturada istifadə edildiyi müəyyən olunmuşdur.
66. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzi tərfindən sonuncu dəfə verilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/2641 nömrəli rəydə göstərilmişdir:
67. Azərbаycаn Respublikаsı İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin mütəxəssisi Müşfiq Qasımovun tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3- 21-3-36/2-2241/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir:
68. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 15 mart 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və X11 xüsusi mülkiyyətində olan 1,07 ha torpaq sahəsinin sənəddə göstərilmiş koordinatları və naturada ölçüləri müəyyən edilmişdir.
69. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 15 mart 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və X11 xüsusi mülkiyyətində olan 1,07 ha torpaq sahəsinin 0,48 ha hissəsinin Cavabdeh2 naturada göstərdiyi və faktiki istifadə etdiyini bildirdiyi 3,4 ha torpaq sahəsi ilə üst-üstə düşməsi və mülkiyyətə verilmiş 1,07 ha torpaq sahəsinin 0,48 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunması müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən 15 mart 2021-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı və X11 xüsusi mülkiyyətində olan 1,07 ha torpaq sahəsinin 0,31 ha hissəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) göstərilən **********66 reyestr nömrəli çıxarışla X3 mülkiyyətinə verilmiş 0,35 ha torpaq sahəsi ilə üst-üstə düşməsidə müəyyən edilmişdir.
70. Mütəxəssis rəyində əlavə olaraq bildirilir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2016-cı il tarixli 250s nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı”na uyğun olaraq Göyçay rayonu ərazisində mövcud olan mülkiyyətçilərin və icarəçilərin istifadəsində olan torpaq sahələri müasir ölçü alətləri (GPS) vasitəsilə ölçülərək həmin sahələrin sərhədlərinin koordinatları müəyyənləşdirilmişdir.
71. Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatları (TEKUİS) əsasında tərtib edilən, idarənin xidməti istifadəsində olan, elektron kadastr uçotu xəritəsində iddiaçılar İddiaçı və X11 xüsusi mülkiyyətində **********51 reyestr nömrəli çıxarışla (JN-135 nömrəli Dövlət Aktı) verilmiş 1,55 ha torpaq sahəsi iki hissədə təsbit edilərək göstərilmişdir. (sxemdə göstərilmişdir) Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarında təsbit edilərək göstərilən **********51 reyestr nömrəli çıxarışla verilmiş 1,55 ha torpaq sahəsinin 1-ci hissəsindən 0,0048 ha, 2-ci hissəsindən 0,099 ha torpaq sahələri Cavabdeh2 tərəfindən istifadə edilir və TEKUİS məlumatlarında 1,55 ha torpaq sahəsinin (TEKUİS məlumatlarında göstərilən **********66 reyestr nömrəli çıxarış) X3 mülkiyyətinə verilmiş 0,35 ha torpaq sahəsi ilə üst-üstə düşməsi halı mövcud deyil. Naturada aparılmış çöl ölçmə işləri və kameral araşdırma nəticəsində də tərtib olunmuş sxem əlavə olunur.
72. Kollegiya qeyd edir ki, sadalanan ekspertiza rəyləri biri-digəri ilə təkzib edilməmişdir.
73. Qeyd edilməlidir ki, kollegiyanın qərardadları əsasında verilmiş məhkəmə tikinti texniki ekspertizalarının rəylərində mütəxəssis rəyində əlavə olaraq bildirilmiş hissələr üzrə iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin zəbti ilə bağlı fərqli fikir ifadə edilsə də, mütəxəssis rəyində əlavə olaraq bildirilmiş 1,55 ha torpaq sahəsinin 1-ci hissəsindən 0,0048 ha, 2-ci hissəsindən 0,099 ha torpaq sahələri Cavabdeh2 tərəfindən istifadə edilməsinə dair mövqe, Cavabdeh2 apellyasiya şikayətində ifadə edilmiş fikirləri ilə yanaşı məhkəmə kollegiyasının ekspert qarşısında qoyduğu suallara daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarış üzrə iddiaçının paylı mülkiyyətində olan 1,07 ha torpaq sahəsinin 0,48 ha hissəsinin cavabdeh tərəfindən istifadə edilməsinə dair aydlın şəkildə verilmiş cavablarla da təkzib edilmişdir.
74. Belə ki, məhkəmə kollegiyasının ekspert qarşısında qoyduğu İddiaçı və X12 məxsus 1,07 ha torpaq sahəsinin cavabdehlər tərəfindən zəbt edilib-edilməməsinə dair sualı cavablandıran ekspertlər hər 3 rəydə eyni mövqe nümayiş etdirərək, mülkiyyətə verilmiş 1,07 ha torpaq sahəsinin 0,48 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunduğunu göstərmişlər.
75. Yəni ekspertlər apardıqları tədqiqatlar üzrə məhz iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin 0,48 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə edilməsini müəyyən etmişlər.
76. Həmçinin Cavabdeh2 da apellyasiya şikayətində aydın şəkildə onlarla İddiaçı arasında 55 sot torpaq sahəsinə dair faktiki alqı-satqı müqaviləsinin bağlanmasını, həmin torpaq sahəsinin müqabilində iddiaçıya pul vəsaitinin ödənilməsini, qeyd edilən torpaq sahəsinin cavabdeh tərəfin istifadəsində olmasını təsdiq etmişdir.
77. İddiaçının paylı mülkiyyətində olan 1,07 ha torpaq sahəsindən 0,48 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə edilməsi məhkəmə kollegiyasının buna dair ekspertlər qarşısında qoyduğu suala verilən cavab hissəsində dəqiqləşdirildiyindən, həmin hal cavabdehin apellyasiya şikayətindəki fikirləri ilə təsdiq edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, mübahisənin həllində məhz məhkəmə tikinti texniki ekspertiza rəylərinin məhkəmə kollegiyasının ekspert qarşısında qoyduğu suala cavab verilmiş, yəni iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin 0,48 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə olunmasına dair hissələri əsas götürülməlidir.
78. Bu baxımdan kollegiya hesab edir ki, digər sübutlarla yanaşı yoxlanıldıqda uyğunsuzluq təşkil etdiyindən ekspert rəylərinin mütəxəssis rəyində əlavə olaraq bildirilmişdir hissələrində yazılmış 1,55 ha torpaq sahəsinin 1-ci hissəsindən 0,0048 ha, 2ci hissəsindən 0,099 ha torpaq sahələrinin Cavabdeh2 tərəfindən istifadə edilməsinə dair fikirlərə mötəbər sübut qismində istinad edilməsi mümkünsüzdür.
79. Kollegiya qeyd edir ki, ekspertiza tədqiqatı ilə iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin 0,48 ha hissəsinin Cavabdeh2 tərəfindən istifadə edilməsi müəyyən edilməsinə baxmayaraq, iddiaçıya məxsus torpaq sahəsindən 0,35 ha hissəsinin cavabdehin istifadəsində olmasının müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir.
80. Məhkəmə kollegiyası apellyasiya şikayətinin cavabdeh tərəfin birinci instansiya məhkəməsində təqdim etdiyi heç bir sübuta məhkəmə tərəfindən ümumiyyətlə qiymət verilməməsinə dair dəlilini də əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarından cavabdeh tərəfin birinci instansiya məhkəməsinə təqdim etdiyi sənədin yalnız Göyçay rayonu Potu Bələdiyyəsinin Cavabdeh1 2016-cı ildə 100 il müddətinə 0,50 ha bələdiyyə torpağının ayrılması barədə xx.xx.2016-cı il tarixli, 136 nömrəli arayışın kserosurətindən ibarət olması müəyyən edilmişdir. Həmin arayışda qeyd edilənlərin dəqiqləşdirilməsi məqsədi ilə kollegiyanın sorğusuna cavab verən Göyçay rayonu Potu Bələdiyyəsi 16 noyabr 2023-cü il tarixli, 249 nömrəli arayışında Cavabdeh1 Potu Bələdiyyəsinin 0,50 ha bələdiyyə mülkiyyətinə aid torpaq sahəsinin ayrılması və yaxud 100 il müddətinə icarəyə, istifadəyə verilməsi haqqında hər hansı bir hüquqi sənədin mövcud olmadığını göstərmişdir.
81. Kollegiya qeyd edir ki, göründüyü kimi Cavabdeh2 tərəfindən iddia tələbində qeyd edilənləri təkzib edə biləcək hər hansı bir sübut birinci instansiya məhkəməsinə təqdim edilməmişdir.
82. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
83. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
84. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bu cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
85. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə mübahisələndirilən hissədə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
86. Kollegiya hesab edir ki, Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsi nəzərə alınaraq, məhkəmə tikinti-texniki ekspertizası üzrə ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 300 manat Cavabdeh2 tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilməlidir.
87. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin xx.xx.2022-ci il tаrixli, 2(046)-1279/2022 nömrəli qətnaməsi Cavabdeh2 apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının cəmi dəyəri olan 300 manat Cavabdeh2 tutularaq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.