Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-320/2020 21.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı2, Cavabdehlər - Cavabdeh1 Göyəndik qızının və Cavabdeh2 Müstəqil tələb irəli sürən üçüncü şəxs -X5 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1695/2019 saylı qətnaməsindən cavabdehlər Cavabdeh1 Göyəndik qızı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1695/2019 saylı qətnaməsi (hakim Günay Cavadova) iddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddiaları qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 Göyəndik qızının, Cavabdeh2, X7 və Cavabdeh3 iddiaçıların mülkiyyətlərində olan Yevlax rayonu Havarlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsindən və fərdi yaşayış evindən çıxarılmaları, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları: İddiaçılar İddiaçı2, İddiaçı1 və İddiaçı3, eyni zamanda müstəqil tələb irəli sürən üçüncü şəxs X9 cavabdehlər Cavabdeh1 Göyəndik qızı, Cavabdeh2, X11 və Cavabdeh3 qarşı iddia ərizələri ilə məhkəməyə müraciət edərək, cavabdehlərin onlara məxsus olan Yevlax rayonu Havarlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evlərindən çıxarılmaları, həmçinin onlara vurulmuş maddi ziyanın əvəzi olaraq 26.400 manatın cavabdehlərdən alınaraq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. (İddiaçılar tərəfindən iddia tələbinin həcmi artırılmışdır.) İddia ərizələri onunla əsaslandırılmışdır ki, Yevlax rayonu Havarlı kəndində yerləşən 0,25 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi onların xüsusi mülkiyyətindədir, cavabdehlər 1997-ci ildən onlara məxsus evdə məskunlaşmış, dəfələrlə cavabdehlərdən evi və torpaq sahəsini tərk etmələri xahiş olunsa da, cavabdehlər çıxmaqdan imtina etmişlər. Cavabdehlər 22 il ərzində onlara məxsus evdə yaşamaqlarına görə kirayə haqqı ödəmiş olsaydılar, bugünə kimi hər ay 100 manat olmaqla, onlara 26 400 manat ödəməli idilər. Müstəqil tələb irəli sürən üçüncü şəxs həmçinin göstərmişdir ki, bundan əvvəl də o, cavabdehlərə qarşı ona məxsus evdən çıxarılma tələbi irəli sürmüş, sonradan cavabdehlərlə razılaşdıqlarından o, iddiasından imtina etmiş, lakin cavabdehlər razılaşmalarına əməl etməmişlər. Buna görə də o, hazırkı iddia ilə yenidən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdeh2 tərəfindən iddiaya etiraz verilmiş və etirazını onunla əsaslandırılmışdır ki, özü və onun ailə üzvləri olan digər cavabdehlər mübahisəli torpaq sahəsi və evdə 1997-ci ildən yaşayırlar, o, həmin torpaq sahəsini və tikilini elə həmin ildə şifahi alqı-satqı müqaviləsinə əsasən 900 ABŞ dollarına X6 almış, X6 rəsmi müqavilə bağlamasını tələb etsə də, X9 müqaviləyə ehtiyacın olmadığına, gələcəkdə problem yaranmayacağına onu inandırmış, hüquqi savadı az olduğundan o da inanmışdır. 2010-cu ildə yenidən X6 müqaviləni rəsmiləşdirməyi xahiş etsə də, X9 həmin torpaq sahəsini və tikilini guya ona icarəyə verdiyini bildirərək, rəsmiləşdirmədən imtina etmiş, əvəzində onun həyat yoldaşına qarşı eyni tələblə məhkəməyə müraciət etmiş, iddiası rədd edilmiş, sonradan isə iddiasından imtina etmiş və işüzrə icraata xitam verilmişdir. Hazırda iddiaçıların iddiası ilə X5 iddiası eynilik təşkil edir və qanunvericilik baxımından bu yolverilməzdir. Göstərilənlərə əsasən iddia ərizəsi əsassız olduğundan rədd edilməsi və iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında İddiaçı2 və onun nümayəndəsi (vəkili) Hüseyn Abbasov iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsinin iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddia ərizəsini müdafiə etdiyini bildirərək təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 və digər cavabdehlər etirazın məzmununa uyğun izahat verərək, iddiaların rədd edilməsini xahiş etmişlər. Birinci instansiya məhkəməsində işə digər iddiaçıların və cavabdehin iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən cavabdehlər Cavabdeh1 Göyəndik qızı və Cavabdeh2 apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar Kəlbəcər rayonundan məcburi köçkündürlər. O, həmin torpaq sahəsini və tikilini 1997-ci il tarixdə X4 şifahi alqı-satqı müqaviləsi əsasında satın almışdır. Rəsmi qaydada müqavilə bağlanmasını X4 tələb etsə də, ona rəsmi müqaviləyə ehtiyac olmadığını, gələcəkdə də heç bir problem yaranmayacağını bildirərək onları inandırmışdır. Hüquqi savadı az olması səbəbindən ona inanmış və şifahi müqavilə ilə kifayətlənmişlər. Bundan başqa o, 2010-cu il tarixdə yenidən X8 müraciət edərək torpaq sahəsini və tikilini adına rəsmiləşdirməsini xahiş etmişdir. X2 torpaq sahəsini və tikilini güya ona icarəyə verdiyini bildirmiş, torpaq sahəsini və tikilini adıına rəsmiləşdirilməsindən imtina etmişdir. Hətta X1 Rayon Məhkəməsində həyat yoldaşı Cavabdeh1 Göyəndik qızına qarşı “həyətyanı torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddia qaldırmışdır. Həmin iddiaya həyat yoldaşı Cavabdeh1 Göyəndik qızı tərəfindən “iddianın rədd edilməsi, əqdin bağlanmış hesab edilməsi, 0.25 ha torpaq sahəsinə və içərisindəki tikiliyə mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddia verilmişdir. Yevlax Rayon Məhkəməsinin xx xxx 2012-ci tarixli qətnaməsi ilə ilkin iddia üzrə iddia tələbi rədd edilmiş, qarşılıqlı iddia tələbi isə təmin edilmişdir. Həmin qətnamədən X9 tərəfindən verilmiş apelyasiya şikayəti əsasında işə Şəki Apellyasiya Məhkəməsində baxılmış və Şəki Apellyasiya Məhkəməsinin 2(107)-631/2012 saylı, xx xxxxxxx 2012-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilərək Yevlax Rayon Məhkəməsinin qətnaməsinin ilkin iddia tələbinə dair hissədə dəyişdirilmədən saxlanılması, qarşılıqlı iddia tələbi ilə bağlı hissəsində isə ləğv edilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. Hazırkı iddia ərizəsi X5 övladları tərəfindən onun mənafeyinə uyğun olaraq verilmiş və X5 2012-ci il tarixdə verdiyi iddia tələbi ilə eynilik təşkil edir. Halbuki, Mülki- Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəfər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Lakin məhkəmə bu fakta da düzgün hüquqi qiymət verməmişdir. Bundan başqa məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış və düzgün olmayan qətnamə çıxarmışdır. Belə ki, onun mübahisəli torpaq sahəsini və fərdi yaşayış evini 1997-ci ildə X4 alqı-satqı əsasında aldığını qonşular və digər kənd sakinləri də təsdiq edir. Ona görə də Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1695/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 Göyəndik qızının və Cavabdeh2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)- 1695/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2və müstəqil tələb irəli sürən üçüncü şəxs X9 apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1695/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçılar İddiaçı1 və İddiaçı3 və cavabdehlər X11 və Cavabdeh3 məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)- 1695/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-295/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Məmmədova Tünzaləİdris qızının Cavabdeh1 Göyəndik qızına qarşı “həyətyanı torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair ilkin iddiası rədd, Cavabdeh1 Göyəndik qızının Məmmədova Tünzaləİdris qızına qarşı“əqdin bağlanmış hesab edilməsi, torpaq sahəsinə və tikintiyə mülkiyyət hüququnun tanınması” tələbinə dair qarşılıqlı iddiası isə təmin edilmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-631/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi qarşılıqlı iddiaya aid hissədə ləğv edilərək, qarşılıqlı iddia təmin edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının eyni tarixli qərardadından görünür ki, iddiaçı X5 Cavabdeh1 Göyəndik qızına qarşı “həyətyanı torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair ilkin iddiasından imtina etməsi qəbul edilərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi ilkin iddiaya aid hissədə ləğv edilmiş və ilkin iddia üzrə icraata xitam verilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)- 869/2013 saylı, xx.xx.2013-cü il tarixli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi “Torpağın mülkiyyətə verilməsinə dair” JN-107F saylı şəhadətnamə əsasında iddiaçıların mülkiyyətinə verilmiş, xx.xx.2014-cü il tarixdə isə yaşayış evi tam X5 xüsusi mülkiyyətinə, torpaq sahəsi isə onun və iddiaçıların ümumi birgə mülkiyyətinə verilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-107F saylı şəhadətnamə ilə yalnız 0,25 ha torpaq sahəsi X9 və ailəsinin mülkiyyətinə verilmiş, X9 xx.xx.2012-ci il tarixdə hazırkı iş üzrə Cavabdeh1 Göyəndik qızına qarşı “həyətyanı torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddia ilə müraciət etmiş, lakin sonradan iddiasından imtina etmiş, hazırda isə müstəqil tələb irəli sürən üçüncü qismində işə qoşularaq, həm də eyni cavabdehə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X18 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X18 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ... qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi ümumiyyətlə, fərdi yaşayış evinə dair X5 mülkiyyət hüququ xx.xx.2014-cü il tarixdən yaranmışdır, həmin tarixdə o, öz adına müvafiq çıxarış almışdır. Bununla da müəyyən olunur ki, X9 yeni əsasla hazırkı iddiasını qaldırmışdır. Bundan əlavə, tərəflər arasında mübahisəli həyətyanı torpaq sahəsi və evlə bağlı münasibətlər davam edən münasibətlərə aid olduğundan birinci instansiya məhkəməsi hesab etmişdir ki, X9 hazırkı iddianı irəli sürməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Məhkəmə qətnaməsi haqqında” xx xxxx 1997-ci il 2 №-li Qərarının 18-ci bəndində göstərmişdir ki: “... Davam edən hüquq münasibətlərində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin olması eyni tərəflər arasında, eyni predmetə dair, eyni əsaslar üzrə ikinci qətnamənin qəbul edilməsini istisna etmir.” Digər tərəfdən, hazırkı iş üzrə iddiaçılar başqa şəxslərdir və onlar əvvəlki işdə tərəf olmamışlar. Həmçinin, hazırkı iş üzrə cavabdehlərCavabdeh2, X11 və Cavabdeh3 da əvvəvvəlki iş üzrə cavabdeh olmamışlar. Belə olan halda Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsində nəzərdə tutulan “eyni tərəflər arasında” məfhumu da aradan qalxmış olur. Cavabdehin iddiaya etirazının digər dəlili-torpaq sahəsini və tikilini şifahi alqı-satqı müqaviləsinə əsasən 900 ABŞ dollarına X4 alması ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd olunan hazırda qüvvədə olan məhkəmə aktları ilə həmin hallara hüquqi qiymət verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apelyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа keçirilir. Hаkim bütün hаllаrdа prоsesin çəkişmə prinsipini təmin etməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə etdiyi dəlillərlə, оnlаrın verdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1695/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh1 Göyəndik qızı və Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tаrixli, 2(039)-1695/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-320/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-320/2020
21.01.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver