Məhkəmə qərarları › İş №2(107)-321/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-321/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-321/2024 04.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: borc pul tələbi, zaminlik müqaviləsi, maddi hüquq normasının düzgün tətbiq edilməməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(075)-1493/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi və həmin müqavilənin təmin edilməsi məqsədilə imzalanmış xx.xx.2023-cü il tarixli Zaminlik Müqaviləsinə əsasən 118.567,84 (bir yüz on səkkiz min beş yüz altmış yeddi manat səksən dörd qəpik) manat məbləğində pulun, müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi uçot dərəcəsi ilə faizinin hesablanaraq Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında “20” fevral 2023-cü il tarixində Zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsi İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında imzalanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsinə və Bakı Kommersiya Məhkəməsinin “16” fevral 2023-cü il tarixli e-2-2(113)507/2023 saylı qətnaməsinə istinad etmişdir. Zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən «Zamin», «Bоrclunun» «Kreditor» qarşısında “15” noyabr 2019-ci il tariхində bağlanmış 19-NWC-KBR-1330 saylı subpodrat müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün Bakı Kommersiya Məhkəməsinin “16” fevral 2023-cü il tarixli, e-2-2(113)-507/2023 saylı qətnaməsini icrası ilə əlaqədar «Kreditora» оlan borcun və оna hesablanmış faizlərin, bоrc tutulması üzrə məhkəmə хərclərinin və «Bоrclunun» öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində «Kreditora» dəyən digər zərərin (kоmisyоn, dəbbə pulu, məhkəmə хərcləri və s.) əvəzinin ödənilməsi də daхil оlmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün «Bоrclu ilə» eyni həcmdə məsuliyyət daşıyır. Bakı Kommersiya Məhkəməsinin “16” fevral 2023-cü il tarixli, e-2- 2(113)-507/2023 saylı qətnaməsi icra məqsədilə “28” mart 2023-cü il tarixində Yasamal Rayon İcra və Şöbəsinə gönləndirilmiş, lakin borclu Maraqlı şəxs MMC məhkəmənin qət etdiyi borc vəsaitini ödəməkdən boyun qaçırmışdır. Qeyd edilməlidir ki, iddia ərizəsi məhkəməyə təqdim olunan tarixədək Maraqlı şəxs MMC borc ödəliyinin icrası ilə əlaqədar heç bir tutarlı addım atmamışdır. Yaranmış borc məbləğinin geri qaytarılması ilə bağlı Cavabdeh mediasiya barəsində təklif və pretenziya məktubu göndərilmişdir. Lakin cavabdeh tərəfindən ona olan müraciətlərə heç bir cavab verilməmiş və işə cavabdeh qismində cəlb olunan Cavabdeh Şəki rayon 1 saylı Mediasiya Təşkilatı tərəfindən təşkiledilən iclasda iştirak etmiş, lakin heç bir müvafiq nəticə əldə edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin maddələri, qanunvericiliyin tələbləri, praktiki işgüzar adətlər, işgüzar etika cavabdeh tərəfindən kobud şəkildə pozularaq, yaranmış mübahisənin həlli və Zaminlik müqaviləsi əsasında pul öhdəliyinin icrası üçün hər hansı əməli addımlar atılmamışdır. Tərəflər arasında imzalanmış, yuxarıda adıçəkilən müqavilə predmetinə görə və mahiyyətcə Zaminlik müqaviləsi olmaqla göstərilənlərə əsasən cavabdehlə bağlanmış müqavilənin icrası əsasında yaranış borc məbləği, hüquqi yardım üçün ödənilmiş haqq, müqavilədən irəli gələn borcun vaxtında ödənilməməsi səbəbindən həmin borc məbləğinin bank uçot dərəcəsi ilə müəyyən edilmiş faizi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Sonradan İddiaçı MMC-nin idarə heyətinin sədri Elçin Bədəlov tərəfindən məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə göndərilərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi və həmin müqavilənin təmin edilməsi məqsədilə imzalanmış xx.xx.2023-cü il tarixli Zaminlik Müqaviləsinə əsasən 118.567,84 (bir yüz on səkkiz min beş yüz altmış yeddi manat səksən dörd qəpik) manat məbləğində pulun, müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi uçot dərəcəsi ilə faizinin, Mediasiya xərci kimi ödənilmiş 400 (dörd yüz) manatın, dövlət rüsumu kimi ödənilən 9 (doqquz) manatın, vəkilə hüquqi xidmət üçün ödənilən 200 (iki yüz) manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbinin həcminin artırılması barədə ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(075)-1493/2023 saylı qətnаməsi ilə (hakim E.Vəliyev) İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdehin rəhbərlik etdiyi Maraqlı şəxs MMC arasında bağlanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi üzrə yaranmış 118.567.84 manat məbləğində borc Maraqlı şəxs MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra öhdəliyin Maraqlı şəxs MMC tərəfindən ödənilmədiyi halda Cavabdeh tutulması məqsədi ilə 20 fevral 2023-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Həmçinin birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmişdir. Göründüyü kimi, tərəflər arasında işin mübahisəli halı ondan ibarətdir ki, 20 fevral 2023-cü il tarixli zaminlik müqaviləsi üzrə iddiaçı ilə cavabdehin rəhbərlik etdiyi Maraqlı şəxs MMC arasında bağlanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi üzrə yaranmış 118.567.84 manat məbləğində borcun məhkəmə qətnaməsinin olmasına baxmayaraq ödənilmədiyi halda cavabdehdən tutulmasıdır. Yəni, işin mübahisəsiz halı odur ki, əslində məhkəmə qətnaməsinə əsasən iddiaçı ilə cavabdehin rəhbərlik etdiyi Maraqlı şəxs MMC arasında olan 118.567.84 manat borc məbləğinin olmasıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 fevral 2023-cü il tarixli zaminlik müqaviləsi yalan əqd olmaqla əhəmiyyətsizdir. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdehin rəhbərlik etdiyi Maraqlı şəxs MMC arasında bağlanmış 19-NWCKBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi üzrə yaranmış 118.567.84 manat məbləğində borc Maraqlı şəxs MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilməsinə baxmayaraq yenidən eyni əsasla artıq məhkəmə tərəfindən də hazırda qanuni qüvvəsini almış öhdəlik üzrə eyni pul məbləğinin yenidən digər məhkəmə qətnaməsi ilə tutulması üçün zaminlik müqaviləsi bağlanmışdır. Belə olan vəziyyətdə, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən tərəflər arasındakı hüquq münasibətinə, əslində, nəzərdə tutduqları əqdə aid olan qaydalar, yəni xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsinin qaydaları tətbiq olunmalıdır. Yəni hazırda məhkəmə qətnaməsi üzrə iddiaçının cavabdehin rəhbərlik etdiyi Maraqlı şəxs MMC-dən tələb etdiyi pulun alınması nəzərə alınmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə borc tələbinin yenidən digər məhkəmə aktı əsasında cavabdehdən tutulması qanunvericiliyə zidd olmaqla ədalətli hesab oluna bilməz. Bundan başqa, mülki-prosessual qanunvericilik məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Hazırki iddia təmin edilməli olmadığından iddia nümayəndəyə (vəkilə) çəkilmiş xərcin tələb edilməsi hissəsində də təmin edilə bilməz. Beləliklə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 340.2, 385.1, 386.1, 425.1, 442, 448.2 və 739-cu maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 121.1 və 217.4-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2(075)-1493/2023 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddiasının rədd edilməsi qət edilmişdir. Çıxarılmış qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir, qanunsuz, ədalətsiz və əsassızdır. Şəki Rayon Məhkəməsinin qanunsuz və əsassız qətnaməsi onunla əsaslandırılmışdır ki, “Nort kreditor Vest Konstrakşn” MMC ilə Cavabdeh arasında iyirmi fevral iki min iyirmi üçüncü il tarixdə bağlanmış “Zaminlik” müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmamışdır, əhəmiyyətsiz olan yalan əqddir, başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi aydındır və müəyyəndir, mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır, sonradan da Bakı Kommersiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, e-22(113)-507/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 20 fevral 2023-cü il tarixində zaminlik müqaviləsi aydındır və müəyyəndir, mülki qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır, Cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Həmin müqavilənin bütün bəndlərində hüquq və vəzifələr aydındır. Məhkəmənin qətnaməsinin əsaslandırılmasında göstərilmişdir ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə borc tələbinin yenidən digər məhkəmə aktı əsasında cavabdehdən tutulması qanunvericiliyə zidd olmaqla ədalətli hesab oluna bilməz. 20 fevral 2023-cü il tarixdə notariat kontorunda imzalanmış zaminlik müqaviləsi bağlanarkən Bakı Kommersiya Məhkəməsinin 16 fevral 2023-cü il tarixli, e-2-2(113)-507/2023 saylı qətnaməsi qanunu qüvvəsini almamışdır. Müqavilənin predmetindən görünmüşdür ki, Kreditor ilə Maraqlı şəxs MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 19-NWC-KBR-1330 saylı subpodrat müqaviləsi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə əlaqədar olaraq “Borclu” “Kreditor” qarşısında öz öhdəliklərini tam yerinə yetirərək “Zamin” “Borclu” ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndindən görünür ki, bu müqavilə ilə zaminliklə təmin edilən öhdəliyin icrası xx.xx.2019-cu il tarixdə bağlanmış 19NWC-KBR-1330 saylı subpodrat müqaviləsi üzrə yaranmış və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə borclu tərəfindən Kreditora ödənilməsi qət edilmiş borc vəsaitidir. Müqavilənin 2.2-ci bəndindən görünür ki, təmin edilən öhdəliyin predmetini 118.567,84 (bir yüz on səkkiz min beş yüz altmış yeddi manat səksən dörd qəpik) manat məbləğində borc təşkil etmişdir. Müqavilənin şərtlərindən və iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə borc tələbinin yenidən digər məhkəmə aktı əsasında tutulmasını tələb etməmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında 20 fevral 2023-cü il tarixində zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 19-NWC- KBR-1330 saylı subpodrat müqaviləsi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş 118.567,84 (bir yüz on səkkiz min beş yüz altmış yeddi manat səksən dörd qəpik) manat məbləğində borca birgə məsuliyyət daşıyır. İddiaçı MMC ilə Cavabdeh arasında 20 fevral 2023-cü il tarixində zaminlik müqaviləsi hər iki tərəfin iradə ifadəsidir. Heç bir əqdi pərdələmək məqsədi ilə bağlanmış əqd deyildir. Həmin müqavilə qüvvədədir, ləğv və etibarsız hesab edilməmişdir, ona görə də icra edilməlidir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2(075)-1493/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsinin təmin edilməsi məqsədilə imzalanmış (Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş) xx.xx.2023-cü il tarixli Zaminlik Müqaviləsinə əsasən 118.567,84 (bir yüz on səkkiz min beş yüz altmış yeddi manat səksən dörd qəpik) manat məbləğində pulun, müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi uçot dərəcəsi ilə faizinin, dövlət rüsumu kimi ödənilmiş 400+9 (dörd yüz+doqquz) manatın, vəkilə hüquqi xidmət üçün ödənilən 500 (beş yüz) manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2(075)-1493/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsinin təmin edilməsi məqsədilə imzalanmış (Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş) xx.xx.2023-cü il tarixli Zaminlik Müqaviləsinə əsasən 118.567,84 manat məbləğində pulun, müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi uçot dərəcəsi ilə faizinin, dövlət rüsumu kimi ödənilmiş 409 manatın, vəkilə hüquqi xidmət üçün ödənilən 500 manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh və Maraqlı şəxs MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məhkəmə kollegiyasına məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, e-2(075)-1493/2023 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini, iddiaçı ilə cavabdeh arasında bağlanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019cu il tarixli Subpodrat müqaviləsinin təmin edilməsi məqsədilə imzalanmış (Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş) xx.xx.2023-cü il tarixli Zaminlik Müqaviləsinə əsasən 118.567,84 manat məbləğində pulun, müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi uçot dərəcəsi ilə faizinin, dövlət rüsumu kimi ödənilmiş 409 manatın, vəkilə hüquqi xidmət üçün ödənilən 500 manatın Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(075)-1493/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 4 aprel 2024-cü il tarixli, 2(107)-321/2024 saylı qərardadı ilə iddia tələbinin müqavilədən irəli gələn, gecikdirilmiş borc məbləğinin məhkəmə qərarının qəbul edildiyi günə olan Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi uçot dərəcəsi ilə faizin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində bаxılmаmış sаxlаnılması qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə iddia tələbinin Cavabdeh 118.567,84 mаnаt məbləğində pulun və vəkilə hüquqi xidmət üçün ödənilən 200 manat alınıb İddiaçınə verilməsinə aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(075)-1493/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı ilə cavabdehin rəhbərlik etdiyi Maraqlı şəxs MMC arasında bağlanmış 19-NWC-KBR-1330 saylı, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi üzrə yaranmış 118.567.84 manat məbləğində borc Maraqlı şəxs MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Bundan sonra öhdəliyin Maraqlı şəxs MMC tərəfindən ödənilmədiyi halda Cavabdeh tutulması məqsədi ilə 20 fevral 2023-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Göründüyü kimi, tərəflər arasında işin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 20 fevral 2023-cü il tarixli zaminlik müqaviləsi üzrə yaranmış 118.567.84 manat məbləğində borcun məhkəmə qətnaməsinin olmasına baxmayaraq ödənilmədiyi halda cavabdehdən tutulmasıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən tərəflər arasındakı hüquq münasibətinə, əslində, nəzərdə tutduqları əqdə aid olan qaydalar, yəni xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsinin qaydaları tətbiq olunmalıdır. Yəni hazırda məhkəmə qətnaməsi üzrə iddiaçının cavabdehin rəhbərlik etdiyi Maraqlı şəxs MMC-dən tələb etdiyi pulun alınması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, artıq qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə borc tələbinin yenidən digər məhkəmə aktı əsasında cavabdehdən tutulması qanunvericiliyə zidd olmaqla ədalətli hesab oluna bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı 118.567,84 mаnаt məbləğində pulun və vəkilə hüquqi xidmət üçün ödənilən 200 manata aid hissədə təmin etməyərək əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Həmçinin kollegiya qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. İş materiallarında olan İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında bağlanmış 19- NWCKBR-1330 nömrəli, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsindən görünür ki, Maraqlı şəxs MMC İddiaçı MMC-nin tələblərinə əsasən və smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə metal işlərini (müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Əlavə 1-də göstərilən) yerinə yetirməyi, iş başa çatdırmağı və iddiaçıya bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdələrinə götürmüşlər. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında bağlanmış 19- NWC-KBR-1330 nömrəli, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi əsasında yaranmış 118.567.84 manat məbləğində borc Maraqlı şəxs MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. İddiaçı MMC-nin Maraqlı şəxs MMC-yə və onun rəhbəri Cavabdeh ünvanlanmış xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixli məktublardan görünür ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında bağlanmış 19-NWC-KBR-1330 nömrəli, xx.xx.2019cu il tarixli Subpodrat müqaviləsi əsasında yaranmış 118.567.84 manat məbləğində borc Maraqlı şəxs MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmiş və həmin qətnamə üzrə 20 fevral 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Həmin öhdəliyin Maraqlı şəxs MMC tərəfindən ödənilmədiyi halda Cavabdeh tutulması üçün məhkəməyə müraciət ediləcəkdir. Hüquq nəzəriyyəsində əksər təminat üsulları üçün ümumi xüsusiyyətlər müəyyən olunur. Həmin xüsusiyyətlərə üsulların təminat xarakteri daşıması, əsas öhdəlikdən asılılığı, əsas öhdəlikdən ayrılıqda müstəqil mövcudluğunun mümkünsüzlüyü (bank qarantiyası istisna olmaqla), təminat üsullarının aksessorluğu, əmlak yönümlü nəticələrin baş verməsi aiddir. Mülki Məcəllənin 460.1-ci maddəsində öhdəliklərin icrasının girov, zaminlik, ipoteka və digər üsullarla təmin edilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Əsas kredit müqaviləsinin gələcəkdə qarşılıqlı öhdəlik münasibətlərinin ümumi şərtlərini müəyyən edən əqd olmasını nəzərə alaraq, tərəflər öz aralarında həmin öhdəliklərin icrasının təminatı üsullarını müəyyən edə bilərlər. Bu halda tərəflər açıq şəkildə bilərəkdən bu və ya digər təminat üsulunun seçilməsinə razı olur, onların iradəsi həmin təminat üsulunun müəyyən olunmasına yönəlir. Öhdəliklərin icrasının təmin edilməsinin əsas üsullarından biri kimi zaminlik müqaviləsi çıxış edir. 20 fevral 2023-cü il tarixdə notariat kontorunda imzalanmış Zaminlik müqaviləsinin 3.1-ci bəndindən görünür ki, “Zamin” “Borclunun” qarşısında 19-NWC-KBR-1330 nömrəli, xx.xx.2019-cu il tarixli Subpodrat müqaviləsi üzrə yaranmış borcun ödənilməsi üçün Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin icrası ilə əlaqədar “Kreditora” olan borcun və ona hesablanmış faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və “Borclunun” öhdəliyinin icra etməəsi lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin (komisyon, dəbbə pulu, məhkəmə xərcləri və.s) əvəzinin ödənilməsi də daxil olmaqla, yaranan və yarana biləcək hər cür zərər üçün borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Müqavilənin şərtlərindən görünür ki, Kreditor ilə Maraqlı şəxs MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 19-NWC-KBR-1330 saylı subpodrat müqaviləsi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə əlaqədar olaraq “Borclu” “Kreditor” qarşısında öz öhdəliklərini tam yerinə yetirərək “Zamin” “Borclu” ilə birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndindən görünür ki, bu müqavilə ilə zaminliklə təmin edilən öhdəliyin icrası xx.xx.2019-cu il tarixdə bağlanmış 19NWC-KBR-1330 saylı subpodrat müqaviləsi üzrə yaranmış və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Borclu tərəfindən Kreditora ödənilməsi qət edilmiş borc vəsaitidir. Müqavilənin 2.2-ci bəndindən görünür ki, təmin edilən öhdəliyin predmetini 118.567,84 (bir yüz on səkkiz min beş yüz altmış yeddi manat səksən dörd qəpik) manat məbləğində borc təşkil edir. Müqavilənin şərtlərindən və iddia tələbindən görünür ki, iddiaçı cavabdehdən qanuni qüvvəsini almış məhkəmə qətnaməsi üzrə borc tələbinin yenidən digər məhkəmə aktı əsasında tutulmasını tələb etmir. Mülki Məcəllənin 6.2-ci bəndinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarından göründüyü kimi, Cavabdeh sərbəst olaraq, heç bir kənar təsir olmadan İddiaçı MMC ilə 20 fevral 2023-cü il tarixdə notariat kontorunda zaminlik müqaviləsi imzalamış və Maraqlı şəxs MMC-in İddiaçı MMCyə olan 118.567,84 (bir yüz on səkkiz min beş yüz altmış yeddi manat səksən dörd qəpik) manat məbləğində borcun ödənilməsi üçün öhtəlik götürmüşdür. Ona görə də kollegiya hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında 20 fevral 2023-cü il tarixində bağlanmış Zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh İddiaçı MMC ilə Maraqlı şəxs MMC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış 19-NWC-KBR- 1330 saylı subpodrat müqaviləsi və Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-507/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qət edilmiş 118.567,84 (bir yüz on səkkiz min beş yüz altmış yeddi manat səksən dörd qəpik) manat məbləğində borca görə məsuliyyət daşıyır. Yəni iddia tələbi 118.567,84 manata aid hissədə təmin edilməlidir. Kollegiya əlavə olaraq qeyd edir ki, mülki-prosessual qanunvericilik məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Ona görə də vəkilə hüquqi xidmət üçün ödənilən 200 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Ona görə də kollegiya hesab edir ki, iddia qisməm təmin edildiyindən ödənilmiş dövlət rüsumu 204.50 manatı Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddia tələbinin Cavabdeh 118.567,84 mаnаt məbləğində pulun və vəkilə hüquqi xidmət üçün ödənilən 200 manat alınıb İddiaçınə verilməsinə aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(075)- 1493/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2023-cü il tarixli, 2(075)-1493/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin. Yeni qətnamə qəbul edilsin. İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 118.567,84 mаnаt, vəkilə hüquqi xidmət üçün ödənilən 200 manat pul və ödənilmiş dövlət rüsumunun 204.50 manatı alınıb İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar