Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-324/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, X3 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi Nümayəndə, İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2, müstəqil tələb isəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra iddiaçı) İddiaçıilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı “evdən istifadə hüququnun tanınması, evə köçürmə və maneələrin aradan qaldırılması” tələbinə dair ilk və ilk iddia üzrə cavabdehlər qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-1990/2019 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı Məmmədova (İsrafilova) Turanə Hüseyn qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş X1 Şəki rayonu Qoxmuq kəndində olan evə köçürülmələri barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçı Məmmədova (İsrafilova) Turanə Hüseyn qızı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdeh qismində cəlb edilməsi, onun və Cavabdeh1 ilə birgə nikahlarından doğulmuş xx xxxxxx 2006-cı il təvəllüdlü X1 Cavabdeh2 mülkiyyətində olan Şəki rayonu Qoxmuq kəndində yerləşən evdən istifadə hüquqlarının tanınması, həmin evə köçürülmələri və həmin evdən istifadə ilə bağlı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılacaq hər hansı maneələrin onlara qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə tərəfindən Cavabdeh2 cavabdeh, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X24 tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”da adları qeyd edilən ümumi birgə mülkiyyətçilər X12, X13, X9 və X10 iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizələri ilə məhkəməyə müraciət edərək, iddiaçı Məmmədova (İsrafilova) Turanə Hüseyn qızının Cavabdeh2 məxsus evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) xx.xx.2019-cu il tarixli 2(075)-1990/2019 nömrəli nömrəli qətnaməsi ilə ilk iddia qismən təmin edilərək İddiaçı uşağı xx xxxxxx 2006-cı il təvəllüdlü X7 ilə birlikdə Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə köçürülməsi, İddiaçı Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələr Cavabdeh1 və Cavabdeh2 qadağan edilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, Cavabdeh1 və Cavabdeh2 Məmmədova (İsrafilova) Turanə Hüseyn qızının Cavabdeh2 məxsus evdən çıxarılması tələbinə dair qarşılıqlı iddialarının təmin edilməməsi, ödənilmiş dövlət rüsumları tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə xx xxxx 2005-ci il tarixdə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan xx xxxxxx 2006-cı il tarixdə Hacər və xx xxxxxxx 2007-ci il tarixdə Hüseyn adlı uşaqları anadan olmuşdur. Cavabdeh1 ilə ailə qurduqdan sonra o, özünə məxsus cehiz əşyalarını və digər əmlakını hazırda Cavabdeh2 mülkiyyətində olan Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə yerləşdirməklə həmin evə gəlin köçmüşdür. Həmin evə köçdükdən bir müddət sonra həmin evə qeydiyyata alınmış və bu gün də uşaqları ilə birlikdə həmin yaşayış evində qeydiyyatdadır. Həmin vaxt evdə yaşayan cavebdehlər və onların ailə üzvləri onu qeyd-şərtsiz ailə üzvü kimi qəbul etmişlər. Lakin Cavabdeh1 ilə münasibətləri baş tutmamış, Şəki Rayon Məhkəməsinin 2(075)-1325/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə xx xxxx 2005-ci il tarixdə Şəki şəhər VVADQ şöbəsində bağlanmış 115 nömrəli nikahları pozulmuş, birgə nikahdan olan uşaqları – xx xxxxxx 2006-cı il təvəllüdlü X5 onun, xx xxxxxxx 2007-ci il təvəllüdlü X6 isə atası Cavabdeh1 yanında saxlanılmış, xx xxxxxx 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh1 hər ay sabit pul məbləğində 70 (yetmiş) manat alimentin tutularaq ona verilməsi qət edilmişdir. O, qızı ilə birlikdə qayınatası Cavabdeh2 məxsus evdə yaşamaq istəsə də cavabdehlər onu və qızını evə buraxmır. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı Məmmədova (İsrafilova) Turanə Hüseyn qızı ilk iddianı müdafiə edərək məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşılıqlı iddia ərizlərində tələblərini onunla əsaslandırmışlar ki, iddiaçı Məmmədova (İsrafilova) Turanə Hüseyn qızı Cavabdeh1 ilə ailə qurmuş və Şəki rayonu Qoxmuq kəndində yerləşən Cavabdeh2 məxsus evə gəlin köçmüşdür. İddiaçı Məmmədova (İsrafilova) Turanə Hüseyn qızı ilə Cavabdeh1 arasındakı münasibətlər korlanmış və nikahları məhkəmə qaydasında pozulmuşdur. İddiaçı Məmmədova (İsrafilova) Turanə Hüseyn qızı xx xxxx 2005-ci il tarixdə Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçərkən evin mülkiyyətçisi ilə qanunvericilikdə nəzərdə tutulmuş notarial qaydada heç bir müqavilə bağlanmamışdır. Buna görə də o, həmin evdən istifadə hüququ qazanmamışdır. Hazırda Məmmədova (İsrafilova) Turanə Hüseyn qızının həmin evdə yaşaması bir mülkiyyətçi kimi onların hüquqlarını pozur. Odur ki, hazırkı ərizə ilə müraciət etmək məcburiyyətində qalmışlar. Məhkəmə iclasında Cavabdeh1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, həmçinin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X10 qarşılıqlı iddianı müdafiə etdiklərini bildirdilər. Onlar məhkəmədən ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X12, X13 və X8 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İlk iddia üzrə cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən onun mülkiyyət hüquqlarını məhdudlaşdırmış, mübahisə predmeti olan evin 1987-ci il tarixdən onun mülkiyyətində olmasını nəzərə almamış, ilk iddiaçının gəlin gələn vaxtı qüvvədə olan Mülki Məcəllənin və Mənzil Məcəlləsinin tələblərini nəzərə almamışdır. Bundan əlavə birinci instansiya məhkəməsinin əsaslandığı xx xxxx 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”da qeyd edilən torpaq sahəsinin yaşayış məntəqəsinin torpağı olsa da boş torpaq sahəsi olmasını, digər sənədlərdə qeyd edilən torpaq shaələrinin isə pay torpaq sahəsi olmasını nəzərə almamış, həmin torpaqlarda fərdi yaşayış evinin olmadığını nəzərə almamışdır. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, xx xxxx 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”da qeyd edilən torpaq sahəsi həyətyanı torpaq shaəsi olsa da, boş torpaq sahəsindir. Lakin, tikilmiş və istifadə edilən onuna adına olan 2 otaqlı ev Şəki XDS İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 221 saylı qərarına əsasən xx.xx.1987-ci il tarixdə, Şəki Rayonlararası Texniki İnventarlaşdırma bürosunda, 19 saylı protokola əsasən 77/179 saylı reyestr kitabında qeydə alınmış Şəki rayonu Qoxmux kəndində yerləşən yaşayış evidir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən hala qiymət verilməməsi onun mülkiyyət hüquqlarını pozmuşdur. O, sonda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, ilk iddianın rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, ilk iddianın rədd edilməsini və atasının qarşılıqlı iddiasının təmin edilməsini xahiş etmişdir. İddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 ilk iddiaçının onların yaşadığı evə köçürülməsinə etiraz etdiyini bildirdi. İlk iddia üzrə cavabdehlərin vəkili Vəkil birinci uinstansiya məhkəməsinin qətnaməsində maddi hüquq normalarının düzgün tətbiq edilmədiyini, qətnamənin münasibətin yarandığı vaxt qüvvədə olan hüquq normaları ilə ziddiyyət təşkil etdiyini bildirmişdir. İlk iddia üzrə iddiaçı apellyasiya şikayəti ilə razı olmadığını və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə qızı Turanənin başqa yaşamağa yeri olmadığını, uşaqların birininin iddiaçının digərinin isə cavabdehin yanında saxlanmasını nəzərə alaraq uşaqların ayrılmasının qanuni olmadığını, qızının mübahisə predmeti olan evə köçürülməsinin qanuni olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq iddia üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azad Məmmədov, Əsgərli Güney və Vüqar Məmmədov məhkəmə iclasında iştirak etməmişlər və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası qeyd edilən şəxslərin iştirakı olmadan hazırkı işə baxılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 376.2. maddəsinə əsasən mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə, hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan müəyyən edilir ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1325/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 ilə Məmmədova (İsrafilova) Turanə Hüseyn qızının arasında xx xxxx 2005-ci il tarixdə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahdan olan uşaqları – xx xxxxxx 2006-cı il təvəllüdlü X1 anası Məmmədova (İsrafilova) Turanə Hüseyn qızının, xx xxxxxxx 2007-ci il təvəllüdlü X2 atası Cavabdeh1 yanında saxlanılması qət edilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı 172582 saylı “Torpaq sahəsinin planı və ölçüsü”nün təsdiq olunmuş surətindən görünür ki, Şəki rayon AİK-nın xx xxxxxx 1997-ci il tarixli, 41 saylı qərarı ilə Şəki rayonu Qoxmuq kənd sakini Cavabdeh2 fərdi yaşayış evi tikmək üçün verilmiş 679.16 kv.m torpaq sahəsi Dövlət Torpaq Kadastrı kitabında xx xxxx 2009-cu il tarixdə uçota alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı X24 tərəfindən xx xxxx 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”ın təsdiq olunmuş surətindən görünür ki, Şəki rayonu Qoxmuq kəndində 0.0679 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ üzrə Cavabdeh2, Cavabdeh1, X12, X13, X9 və X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində 106 nömrəli reyestr kitabının 78 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası ilk iddia üzrə cavabdeh tərəfindən DƏDRX-nin 12 saylı X18 xx.xx.2020-ci il tarixli 286 nömrəli məktubu əsasında təqdim edilən qeydiyyat vəsiqəsindən görünür ki, Şəki rayonu Qoxmux kəndində yerləşən iki otaqlı yaşayış evi xx.xx.1987-ci il tarixdən Cavabdeh2 mülkiyyətindədir və xx.xx.1987-ci il tarixdə 77/179 nömrəli reyestrdə qeydə alınmışdır. Məhkəmə kollegiyası müəyyən etdi ki, mübahisə predmeti olan fərdi yaşayış evi 1987-ci il tarixdən qarşılıqlı iddia üzrə iddiaçının xüsusi mülkiyyətindədir, məhkəməyə təqdim edilən xx xxxx 2016-cı il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış”da isə təxminən 0,07 hektar torpaq sahəsi həyətyanı torpaq sahəsi olsa da, həmin torpaq sahəsində yaşayış evi qeyd edilməmişdir. Ona görə də mübahisə predmeti olan evə dair ilkin mülkiyyət sənədi xx.xx.1987-ci il tarixdə 77/179 nömrəli reyestrdə qeydə aınmış qeydiyyat vəsiqəsidir. Bundan əlavə ilk iddia üzrə iddiaçı ilə ilk iddia üzrə Cavabdeh1 xx xxxx 2005-ci il tarixdə rəsmi nikaha daxil oduqları və mübahisə predmeti olan evə köçərək həmin evdə yaşamaları müəyyən edilmişdir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflərin evlə bağlı mübahisəsinə nikahın rəsmi qaydada qeydiyyata alındığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Azərbayan Respublikası Ailə Məcəlləsinin 9.4-cü maddəsinə əsasən ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Azərbayan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbayan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan, sərəncam vermək hüququ isə həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyat tarixindən əmələ gəlir. Həmin Məcəllənin 146.3-cü maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsızdır. Həmin Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. xx xxxx 2001-ci il tarixdə dərc edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarına əsasən 2000-ci ilin sentyabr ayının 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlikyaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digərailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair xx xxx 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu MM-in 228.5-ci maddəsində əks olunmuş «mülkiyyətçinin razılığı» müddəasının həmin Məcəllənin 228.1 və 228.2-ci maddələrinin tələbləri baxımından şərh olunmalı və bu normada nəzərdə tutulmuş «mülkiyyətçinin razılığı» yazılı şəkildə bağlanan razılaşmada ifadə edilməli olduğu göstərilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən ica-rə-dar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu mad-dəyə uy-ğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada ya-şayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Qanunvericiliyin mənasından da göründüyü kimi yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malik olmaqla birlikdə, onların digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Eyni zamanda öz yetkinlik yaşına çatmayan uşaqlarını yaşayış binasına köçürmək hüququna yalnız mülkiyyətçi ilə birlikdə yaşayan ailə üzvləri malikdirlər. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını şərh edərək şağıdakı nəticəyə gəlir ki, Cavabdeh1la İddiaçı ər-arvad olmuş və onlar arasındakı nikah xx xxxx 2005-cil tarixdə qeydə alınmış, sonuncu qayınatası Cavabdeh2 mülkiyyətində olan fərdi yaşayış evinə köçmüşdür. Məhkəmə hesab edir ki, Cavabdeh1la İddiaçı arasındakı faktiki ər-arvad münasibətləri 2000-ci ilin sentyabr ayından sonra, yəni xx xxxx 2005-ci il tarixdən yarandığından Şəki rayonu Qoxmuq kəndində mövcud olan fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Halhazırda isə İddiaçı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı mübahisə predmeti olan Şəki rayonu Qoxmuq kəndində yerləşən fərdi yaşayış evi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş şəkildə yazılı hər hansı bir razılaşma yoxdur. İddiaçı qanunvericiliyin tələblərinə əsasən həmin evdən onun uşağı ilə birlikdə istifadə hüququnun olduğunu göstərsə də, həmin evdə yaşadığını, yaşadığı halda belə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi ilə bağlı notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağladığını sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsi ilk iddia üzrə iddiaçının və uşağı – xx xxxxxx 2006-cı il təvəllüdlü X5 ilə birlikdə Şəki rayonu Qoxmuq kəndində yerləşən evə köçürülməsinə Azərbaycan Respublikasının xx xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsini əsaslanaraq iddianı təmin etmişdir. Lakin yuxarıda qeyd edilən hüquq normalarının tələbləri baxımından mübahisə predmeti olan fərdi yaşayış evi 1987-ci il tarixdən qüvvədə olduğundan, hazırkı münasibətdə qeyd edilən Mənzil Məcəlləsinin deyil, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin normaları tətbiq edilməli idi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşmır və hesabedirki, işə baxılarkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, eləcə də birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin faktiki hallarına uyğun olmamışdır. Lakin apellyasiya insatansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən buraxılmış bir sıra pozuntular hazırki instansiyada davam etdirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx xxxx 2001-ci il tarixli qərarına uyğun olaraq 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2. maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Beləliklə məhkəmə kollegiyası sadalanan qanunvericilik aktlarına, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan plenum qərarına istinadən hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)- 1990/2019 nömrəli qətnaməsi qismən ləğv edilərək ilk iddaçının iddiası üzrə “evə köçürmə və maneələrin aradan qaldırılması” hissəsində tələbi təmin edilməməli, qarşılıqlı iddia təmin edilərək ilk iddiaçının mübahisə predmeti olan evdən çıxarılmalı, apellyasiya şikayəti təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya qismən şikayəti təmin edilsin. Şəki Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(075)-1990/2019 nömrəli qətnaməsi - Məmmədova (İsrafilova) Turanə Hüseyn qızının ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qarşı iddianın “evə köçürmə və maneələrin aradan qaldırılması” hissəsində ləğv edilərək həmin hissədə iddia təmin edilməsin. İş üzrə qarşılıqlı iddia təmin edilərək Məmmədova (İsrafilova) Turanə Hüseyn qızı, Cavabdeh2 məxsus Şəki rayonu Qoxmux kəndində yerləşən 2 otaqlı yaşayış evindən çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-324/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-324/2020
23.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver