Məhkəmə qərarları › İş №2(107)-326/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-326/2025

10.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-326/2025 10.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, çəkilmiş dəmir torun sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: maneələrə son qoyulması, qüvvə) X9 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçının nümayəndəsi (atası) X6 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, çəkilmiş dəmir torun sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(037)-179/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********52 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən adına 0,06 hektar həyətyanı torpaq sahəsi qeydiyyata alınmaqla hüquq sahibi olaraq Çıxarış və həmin tarixdə AN № 644811 saylı Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq ona verilmişdir. Əldə etdiyi "Torpaq sahəsinin plan və ölçüsü”-nün kordinat göstəricisinə uyğun döngə nöqtələri arasında məsafə və torpaq sahəsinin qonşu sərhədləri ona yerində natura şəklində tanıdılmışdır. Qonşu sərhədi ilə yaxınlıqda yaşayan Cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək mülkiyyət hüququnu pozmuş və həmin torpaq sahəsində qanunsuz hərəkətlər etmişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********52, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2021-ci il olan Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən onun tam mülkiyyətində olan 0.06 hektar həyətyanı torpaq sahəsində Cavabdeh tərəfindən çəkilmiş dəmir torun sökülməsi, torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması və iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 100.40 manat məbləğinin cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbini onunla əsaslandırılmışdır ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********52 olan, qeydiyyat nömrəsi ********** olan, qeydiyyat tarixi xx.xx.2021-ci il olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən adına 0,06 hektar həyətyanı torpaq sahəsi qeydiyyata alınmaqla hüquq sahibi olaraq Çıxarış və həmin tarixdə AN № 644811 saylı Torpaq sahəsinin planı və ölçüsü hazırlanaraq ona verilmişdir. Əldə etdiyi "Torpaq sahəsinin plan və ölçüsü” nün kordinat göstəricisinə uyğun döngə nöqtələri arasında məsafə və torpaq sahəsinin qonşu sərhədləri ona yerində natura şəklində tanıdılmışdır. Qonşu sərhədi ilə yaxınlıqda yaşayan Cavabdeh ona məxsus torpaq sahəsini zəbt edərək mülkiyyət hüququnu pozmuş və həmin torpaq sahəsində qanunsuz hərəkətlər etmişdir. Belə ki, zəbt olunmuş torpaq sahəsinə dəmir tor çəkərək öz əmlakı kimi istifadə edir. Qanunsuz zəbt etdiyi torpaq sahəsinin boşaldılması, ora çəkilmiş dəmir torun sökülərək torpaq sahəsindən götürülməsi tələbi cavabdeh tərəfindən birmənalı olaraq rədd edilmiş və həmin ərazini boşaltmayacağını bildirmişdir. Bununla əlaqədar dəfələrlə, polis şöbəsinə və DƏDRX-nin İsmayıllı şöbəsinə çoxlu sayda müraciət etmişdir. Bundan başqa, öz hesabına DƏDRX-nin kadastr işləri aparan mütəxəssisləri həmin əraziyə dəvət edərək mübahisəli ərazinin ona məxsus olduğu dəqiqləşdirilmiş və cavabdehdən mülkiyyətində olan torpaq sahəsindən çıxmağı, əraziyə çəkilmiş dəmir torun sökülərək götürülməsini və həmin ərazinin boşaldılmasını və maneçilikləri dayandırmağı tələb etsə də cavabdeh bundan imtina edərək həmin ərazini ona verməyəcəyini bildirmişdir. Qeyd olunan problemi həll etməyə çalışsa da, cavabdeh heç cürə yola gəlmir. Məsələyə son qoymaq məqsədi ilə məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Göründüyü kimi, o özünə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsə də, sahiblik və istifadə hüquqlarını sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmir. Bununla da onun mülkiyyət hüquqları pozulmuşdur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə,yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Dəfələrlə məsələnin sülh yolu ilə həll edilməsini cəhd etsə də cavabdeh buna əməl etməyərək onun mülkiyyət hüququnu pozmuşdur.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən torpaq sahəsində çəkilmiş dəmir tordan ibarət çəpər iddiaçının mülkiyyətində olan 0.06 hektar torpaq sahəsində deyil, həmin torpaq sahəsi ilə qonşuluqda olan cavabdeh və ailə üzvlərinin birgə mülkiyyətində olan 0.33 hektar torpaq sahəsinin sərhəd xəttinin üzərində yerləşir.

5. İsmayıllı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(037)-179/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Hüseynov) İddiaçı Cavabdeh qarşı mülkiyyətində olan torpaq sahəsinin boşaldılması, çəkilmiş dəmir torun sökülməsi və torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulmasına dair iddiası təmin edilməməsi, ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçının özünə aid edilməsi, İddiaçı 50 (əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab - AZ41NAB Z********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN -**********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 157.1, 171.1 və 171.2-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:

7. İşdə olan JN-497C Kod 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və onun ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə İsmayıllı rayon AİK-nın 20 fevral 2001-ci il tarixli qərarı ilə İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisindən 0,33 hektar həyətyanı torpaq sahəsi verilmişdir.

8. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********52, qeydiyyat tarixi xx.xx.2021 olan Çıxarış və çıxarışa əlavə edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, İddiaçı xüsusi mülkiyyətinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 0.06 hektar yaşayış məntəqələri təyinatlı torpaq sahəsi verilmişdir.

9. İşdə olan 05 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/1244 saylı ekspert rəyindən görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən, İddiaçı məxsus 0.06 hektar torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları ilə mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan döngə nöqtələrinin koordinatları müqayisələndirilən zaman iddiaçıya məxsus torpaq sahəsində hər hansı bir zəbt halı aşkar edilməmişdir. Belə ki, iddiaçı tərəfin onlara məxsus torpaq sahəsində yerləşdiyini iddia etdiyi metal tordan ibarət çəpər 0.06 hektar torpaq sahəsinin sərhəd xəttinin üzərində yerləşir.

10. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 13 dekabr 2024-cü il tarixli, 3-21-3- 42/2- 6794/2024 saylı sorğuya cavab məktubundan görünür ki, DƏDKR publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, vətandaş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən torpaq sahəsinin sərhədlərinin (koordinatlarını) naturada müəyyən edilərək tanıdılması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etməmişdir. Bildirirlər ki, həmin torpaq sahəsinə baxışda DƏDKR publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin mütəxəssislərinin iştirakı İsmayıllı rayon İcra və probasiya şöbəsinin müraciəti əsasında təmin olunmuş, torpaq sahəsinə dair tərtib olunmuş baxış aktı İsmayıllı rayon İcra və probasiya şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuşdur.

11. İşdə olan xx.xx.2023-cü il tarixli 28513 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən 100.40 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə işin hallarım hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını pozmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamış, işin gedişatı zamanı verilmiş vəsatətlərə məhəl qoymamış (xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 tarixli Vəsatətlər), iş üzrə alınmış mütəxəssis rəyini əsas alsa da, həmin rəyi verən mütəxəssis X1 ərazinin foto şəkillərini çəkməklə kifayətləndiyini, torpaq sahəsinə olduğu yerdə göz ilə ölçü apararaq bizim haqlı olduğumuzu bildirdiyi halda, sonradan bizə məlum olmayan səbəbdən rəyi tam tərsinə verdiyindən buna etiraz olaraq yerində baxış keçirilməsi istəyimiz nəzərə alınmamışdır.

13. Belə ki, məhkəmə mübahisələndirdiyimiz qətnaməsində qeyd edir ki, "İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 13 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2- 6794/2024 saylı sorğuya cavab məktubundan görünür ki, DƏDKR publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində müəyyən olunmuşdur ki, vətandaş xx.xx.2021 - ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən torpaq sahəsinin sərhədlərinin (koordinatlarını) naturada müəyyən edilərək tanıdılması ilə bağlı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinə rəsmi müraciət etməmişdir. Bildirirlər ki, həmin torpaq sahəsinə baxışda DƏDKR publik hüquqi şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsinin İsmayıllı rayon şöbəsinin mütəxəssislərinin iştirakı İsmayıllı rayon İcra və probasiya şöbəsinin müraciəti əsasında təmin olunmuş, torpaq sahəsinə dair tərtib olunmuş baxış aktı İsmayıllı rayon İcra və probasiya şöbəsinin əməkdaşı tərəfindən tərtib olunmuşdur”.

14. Bu absurd bir fikirdir. Belə ki, məhkəməyə xx.xx.2024-cü il tarixdə vəsatət verərək tələb etmişdir ki, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza rəyi ilə tanış olduqda onlara məlum olmuşdur ki, rəy həqiqətə uyğun tərtib edilməmiş, koordinatlar düzgün işlənilməmiş, ekspert Ziya müəllim tərəfindən yerində ölçü işləri aparılarkən mülkiyyətində olan torpaq sahəsinə qonşu tərəfindən müdaxilə edildiyi qeyd olunduğu halda, rəy həqiqətin əksinə verilmişdir. Belə ki, bundan əvvəl xx.xx.2023-cü il tarixdə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyətində olan torpaq sahəinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsi sərhədlərinin tanıdılması ilə bağlı lazım olan xidmət haqqı 121 manat ödənilərək ölçü işləri aparılmış, torpaq sahəsi təyinatına uyğun olaraq yerində ona tanıdılmışdır. Həmin vaxt DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən ölçü və tanıdılma işləri ilə əlaqədar sahəyə gəlmiş mütəxəssis torpaq sahəsinə cavabdeh tərəfindən müdaxilənin olduğunu bildirmişdir. Lakin çoxsaylı təkidləri və xahişləri olmasına baxmayaraq xidmət xərcini ödəyərək tanıdılmasını istədiyi torpaq sahəsinin tanıdılması və torpağın koorinatları barədə ona heç bir Akt, yerində baxış sənədi və torpaq sahəsinin sərhədləri ilə bağlı Rəy təqdim edilməmişdir.

15. Bundan başqa məhkəməyə əlavə ekspertiza keçirilməsi üçün vəsatət verərək xahiş edir ki, mübahisə predmeti olan torpaq sahəsinə mütəxəssislərin və məhkəmənin iştirakı ilə yerində baxış keçirilərək torpaq sahəsi yerində ölçülsün görək rəydə qeyd edildiyi kimi mülkiyyətində olan torpaq sahəsinin ölçüləri 0.6 ha təşkil edir mi? Onun ekspert rəyi ilə əlaqədar ciddi şübhələri var, yerində ölçü zamanı ekspert Ziya Tağıyev torpağına qonşu müdaxilə var dediyi halda, rəyin fərqli olması işin nəticəsinə təsir etməkdədir.

16. Yuxarıda qeyd edilən vəsatət İsmayıllı Rayon Məhkəməsinin DƏDRX-nin 9 saylı QƏbələ Ətrazi İdarəsinə sorğu verilməsi ilə nəticələnsə də, oradan sorğuya uyğun cavab yox, daha əvvəl məhkəmə çəkişməsi zamanı icra və probasiya şöbəsinin əməkdaşlarının tərtib etdiyi Aktın məhkəməyə verilməsi ilə nəticələnmişdir. Halbuki xx.xx.2023-cü il tarixli qəbzlə torpaq sahəsinin ölçülməsi DƏDRX-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən tələb edilmiş, onlar da gəlib ölçü işləri aparmışlar. Məhkəməyə təqdim etdiyi qəbzin ödəniş səbəbi kimi də torpaq sahəsinin ölçülməsi qeyd edilmişdir. 9 saylı Qəbələ Ərazi İdarəsi onun müraciəti əsasında ölçmə olmadığını bildirsə də, həmin idarənin İsmayıllı rayon şöbəsinin əməkdaşları ölçmə işlərinin onun tələbi ilə aparıldığı və qonşusu (cavabdeh) tərəfindən torpaq sahəsinə tərəfləri 1 metr və 0.80 metr olmaqla müdaxilənin olduğu, bunun da ona məxsus torpaq sahəsinin koordinatlarının baza məlumatlarına vuruduqda açıq şəkildə görüldüyü bildirilmişdir.

17. Bundan başqa verdiyi digər vəsatətlər də məhkəmə tərəfindən "vaxt məhdudiyyəti” səbəbindən nəzərə alınmamışdır.

18. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(037)- 179/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (atası) X8 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(037)-179/2024 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və İsmayıllı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(037)-179/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

22. İddiaçı işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

23. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(037)-179/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa,qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 171.2-ci maddəsinə əsasən təsirin əhəmiyyətli olduğu,lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

29. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

30. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

31. İddiaçı Həmzəyev X4 Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(037)- 179/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən İddiaçı aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

33. İddiaçı apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

34. Belə ki, İddiaçı şikayətində xx.xx.2023-cü il tarixdə DƏDRX-nin 9 saylı Ərazi İdarəsi tərəfindən mülkiyyətində olan torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi və torpaq sahəsi sərhədlərinin tanıdılması ilə bağlı lazım olan xidmət haqqı 121 manat ödənilərək ölçü işlərinin aparıldığını, torpaq sahəsinin təyinatına uyğun olaraq yerində ona tanıdıldığını, buna baxmayaraq xidmət xərcini ödəyərək tanıdılmasını istədiyi torpaq sahəsinin tanıdılması və torpağın koorinatları barədə ona heç bir Akt, yerində baxış sənədi və torpaq sahəsinin sərhədləri ilə bağlı rəy təqdim edilmədiyini qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili əsassızdır.

35. Belə ki, həmin qeyd edilən halın araşdırılması ilə əlaqədar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə sorğu verilmiş, İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edilib-edilməməsi, müraciət edilibsə mülkiyyətində olan torpaq sahəsinə baxış keçirilib-keçirilməməsi, baxış keçirilibsə mütəxəssis rəyinin olub-olmaması barədə məlumat verilməsinə, əgər mütəxəssis rəyi varsa Şəki Apellyasiya Məhkəməsinə təqdim edilməsi xahiş olunmuşdur.

36. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş sorğuya cavabdan görünür ki, İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən daxil olmuş müraciət əsasında tələbdə göstərilmiş torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları iddiaçıya göndərilmişdir. Torpaq sahəsinin ölçülərək sərhədlərinin döngə nöqtələrinin koordinatlarının göstərilməsi üçün xidmət haqqı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinin hesabına köçürülmüşdür. Sözügedən torpaq sahəsinə dair mütəxəssis rəyi verilməsi barədə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 9 saylı Qəbələ Ərazi İdarəsinə hər hansı müraciət daxil olmamışdır.

37. Bundan başqa, iddiaçı şikayətinda cavabdehin ona məxsus torpaq sahəsinin bir hissəsini zəbt edərək mülkiyyət hüququnu pozduğunu, həmin torpaq sahəsində qanunsuz hərəkətlər etdiyini, zəbt olunmuş torpaq sahəsinə dəmir tor çəkərək öz əmlakı kimi istifadə etdiyini qeyd etsə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili də əsassızdır.

38. Belə ki, işdə olan, 05 sentyabr 2024-cü il tarixli 3-16-16/2-10/1244 saylı ekspert rəyində İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən, İddiaçı məxsus 0.06 hektar torpaq sahəsinin faktiki döngə nöqtələrinin koordinatları ilə mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsü” sənədində qeyd olunan döngə nöqtələrinin koordinatları müqayisələndirilən zaman iddiaçıya məxsus torpaq sahəsində hər hansı bir zəbt halı aşkar edilməmiş və iddiaçı tərəfin ona məxsus torpaq sahəsində yerləşdiyini iddia etdiyi metal tordan ibarət çəpər 0.06 hektar torpaq sahəsinin sərhəd xəttinin üzərində yerləşir.

39. Məhkəmə kollegiyası qeyd etdir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

40. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri).

41. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

42. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

43. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(037)-179/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, 2(037)-179/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar