Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-33/2024 18.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və qeyrilərinin cavabdehlər Cavabdeh5 və qeyrilərinə qarşı torpaq sahəsindən çıxarılma və ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə (Açar sözlər: torpaqdan çıxarılma və vurulmuş ziyan, ekspertiza məsələləri, sübutetmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı2, İddiaçıların nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 qarşı torpaq sahəsindən çıxarılma və ziyan tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(035)-164/2022 nömrəli qətnaməsindən İddiaçı2 İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh7 (X2 varisi), Cavabdeh4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi və iddia ərizəsinə əlavə ərizələrlə məhkəməyə müraciət edərək, 49 №-li mülklərinin 36876.47 kv.m və 49Q №-li mülklərinin 21300.27 kv.m, cəmi 5.82 ha torpaq sahələrindən cavabdehlərin istifadə etmələrinə qadağan qoyulması; cavabdehlər tərəfindən onların torpaq sahəsinin özbaşınalıqla zəbt olunması, onların kobud və pis rəftara məruz qalması, mülkiyyət hüquqlarının kobudcasına pozulmuş hesab edilməsi; Cavabdeh1 maddi ziyana görə 1250 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 2250 manat pulun, 1500 kq arpanın və 200 ədəd yonca otu bağının alınıb onlara verilməsi; cavabdehlər Cavabdeh3 və Cavabdeh6 onların 49 №-li mülkün 36876.47 kv.m torpaq sahəsindən çıxarılması, vurduqları maddi ziyanın əvəzi olaraq 1000 manat, dövlət rüsumuna görə 30 manat, hüquqi yardım göstərdiyinə görə nümayəndəyə verilməsi üçün 500 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 2530 manat məbləğində pulun alınıb onlara verilməsi; 5.82 ha pay torpaq sahəsinə dair Dövlət Reyestrindən Çıxarışın verilməsi üçün tələb olunan xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 üzərinə qoyulması; Cavabdeh2 maddi ziyana görə 1700 manat, mənəvi ziyana görə 1000 manat, cəmi 2700 manat pulun alınaraq onlara verilməsi; cavabdehlər Cavabdeh7 (X2 varisi) və Cavabdeh4 torpaq sahəsindən çıxarılması; onların 49 №-li mülkünü zəbt edən Cavabdeh5 21300.27 kv.m torpaq sahəsindən çıxarılması, maddi ziyana görə 15000 manat, mənəvi ziyana görə 10000 manat, cəmi 25000 manat pulun alınaraq onlara verilməsi və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında İddiaçı1 soyadının “Əkbərov” deyil “İbrahimov” kimi düzgün yazılması barədə ədalətli, əsaslı və qanuni qətnаmə çıxarılmasını xаhiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə iddiaçıların və onların digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Otmanoba kəndi ərazisində 5.82 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN-0049 Kod 90503028 olan Dövlət Aktı verilmişdir. Torpaq sahələri 49 №-li yerdə 36876.47 kv.m, 49Q №-li yerdə 21300.27 kv.m. olmaqla iki yerdə yerləşir. Həmin torpaq sahəsinin qonşuluğunda cavabdehlər Cavabdeh4 və X2 (hazırda varisi Cavabdeh7) pay torpaq sahələri vardır. Cavabdehlər iddiaçılara məxsus sözügedən torpaq sahəsini zəbt edərək, əkib-becərmiş, qazanc əldə etmiş, iddiaçıların mülkiyyət hüquqlarını pozmuş və iddiaçılara maddi və mənəvi ziyan vurmuşlar. Belə ki, Cavabdeh1 torpaq sahəsinə dair Dövlət Aktının əslini almaqla 49 №-li yerdə 36876.47 kv.m olan torpaq sahəsini 2015-ci ilin yanvar ayından şifahi müqavilə əsasında 5 il müddətinə icarəyə götürmüş, hər il üçün 500 kq arpa olmaqla beş il üçün 2500 kq arpa, hər il üçün 100 ədəd olmaqla beş il üçün 500 ədəd yonca bağı və birdəfəlik 2000 manat pul verməyə söz vermiş, 04 il yəni xx.xx.2018-ci il tarixədək həmin torpaq sahəsindən istifadə etmiş, bir dəfə 2015-ci ildə 500 kq arpa vemiş və 1500 kq arpa borclu qalmış, 2015 və 2016-cı illərdə 200 ədəd ot bağı vermiş 200 ədəd ot bağı borclu qalmış, vəd etdiyi 2000 manatdan 750 manatını vermiş, 1250 manat borclu qalmışdır. O, 2018-ci ildə torpaq sahəsindən çıxsa da Dövlət Aktının əslini qaytarmamışdır. Ona görə də Cavabdeh1 sözügedən Dövlət Aktının əsli, 1500 kq arpa, 200 ədəd yonca otu bağı, maddi ziyana görə 1250 manat və mənəvi ziyana görə 1000 manat, cəmi 2250 manat nəğd pul alınıb iddiaçılara verilməli; cavabdehlər Cavabdeh3 və Cavabdeh6 iddiaçılara məxsus 49 №-li yerdə 36876.47 kv.m olan torpaq sahəsinin 1000 kv.m-dən (01 ha) artığını özbaşına əkib-becərdikləri üçün onlar iddiaçılara məxsus 49 №-li mülkün 36876.47 kv.m torpaq sahəsindən çıxarılmlı, onlardan vurduqları maddi ziyanın əvəzi olaraq 1000 manat, dövlət rüsumuna görə 30 manat, hüquqi yardım göstərdiyinə görə nümayəndəyə verilməsi üçün 500 manat, mənəvi ziyanın əvəzinə görə 1000 manat, cəmi 2530 manat məbləğində pul alınıb iddiaçılara verilməli; 5.82 ha pay torpaq sahəsinə dair çıxarışın verilməsi üçün tələb olunan xidmət haqqının cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh6 üzərinə qoyulmalı; iddiaçılarla qonşuluqda olan 48 (48Q) mülkün sahibi cavabdehlər Cavabdeh4 və 50 (50Q) mülkün sahibi Cavabdeh7 (X2 varisi) qonşu sərhədləri müəyyən etmək istəmədikləri və iddiaçılara məxsus 49Q № li mülkün 21300.27 kv.m torpaq sahəsindən çıxmadıqları üçün onlar iddiaçılara məxsus 49Q № li mülkün 21300.27 kv.m torpaq sahəsindən çıxarılmalı; Cavabdeh2 49 №-li mülkün 36876.47 kv.m olan torpaq sahəsini 2011-ci ilin fevral ayından şifahi müqavilə əsasında 05 il müddətinə icarəyə götürmüş, İddiaçı2 adına 25000 manat məbləğində krediti bankdan almış, hər il üçün 500 kq arpa olmaqla beş il üçün 2500 kq arpa, hər il üçün 100 ədəd olmaqla beş il üçün 500 ədəd yonca bağı və birdəfəlik 2500 manat pul verməyə söz vermiş, 2011-ci ildə iddiaçılara heç nə verməmiş, 2012-2013-2014-cü 500 x 3 il = 1500 kq arpa və 100 x 3 il = 300 ədəd ot bağı vermiş, 800 manat pulu kreditin əvəzində Banka ödəmiş, kreditin əvəzinə görə 1700 manat borcu qalmış və 2015-ci ildə Rusiya Federasiyasına gedərək qayıdandan sonra borcunu ödəyəcəyini bildirmişdir. Ona görə də Cavabdeh2 maddi ziyana görə 1700 manat və mənəvi ziyana görə 1000 manat, cəmi 2700 manat nəğd pul alınıb iddiaçılara verilməli; xx.xx.2020-ci ildən məlum olmuşdur ki, iddiaçılara məxsus 49 №-li mülkün 21300.27 kv.m torpaq sahəsini Cavabdeh5 zəbt edib, orada olan yonca otunu biçdirib özü götürür və iddiaçılara maddi və mənəvi ziyan vurur. Ona görə də Cavabdeh5 iddiaçılar məxsus 49 №-li mülkünün 21300.27 kv.m torpaq sahəsindən qeydsiz-şərtsiz çıxarılmalı, ondan vurduğu maddi ziyana görə 15000 manat, mənəvi ziyana görə 10000 manat, cəmi 25000 manat nəğd pul alınıb iddiaçılara verilməlidir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(035)-164/2022 saylı qətnaməsi ilə (hakim Tahir Qubadov) iddia tələbinin təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçıların özlərinə aid edilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən iddiaçılardan müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SEİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 16 saylı qərarı ilə iddiaçıların və onların digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Otmanoba kəndi ərazisində 5.82 ha pay torpaq sahəsi ayrılmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN-0049 Kod 90503028 olan Dövlət Aktı verilmişdir. Torpaq sahələri biri 36876.47 kv.m, digəri 21300.27 kv.m. olmaqla iki ayrı yerdə yerləşir. İddiaçılar həmin torpaq sahəsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən şifahi razılaşmaya əsasən istifadə edildiyini və əvəzinin ödənilmədiyini, digər cavabdehlər tərəfindən isə zəbt edilərək, onların iradəsinə zidd olaraq istifadə edildiyini və bu səbəbdən onlara maddi və mənəvi ziyan vurulduğunu iddia edərək, hazırkı iddia ərizəsi və iddia ərizəsinə əlavələrlə məhkəməyə müraciət etmişlər. İddiaçılar izahat verməkdən savayı məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər, iş üzrə təyin edilmiş ekpertizanın keçirilə bilməsindən ötrü mütəxəssis rəyinin hazırlanmasına görə tələb olunan ödənişləri etmədikləri üçün sonradan ekpertizanın keçirilməsi mümkün olmamışdır. Öz növbəsində cavabdehlər iddianı qəbul etməmişlər. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli Qərаrındakı hüquqi mövqeyini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 07 saylı qərarındakı tövsiyyələrini, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyini və yuxarıda adı çəkilən maddi və prosesual qanunvericilik normalarının müddəalarını rəhbər tutaraq hesab edir ki, iddiaçıların irəli sürdükləri iddia tələbinin heç birinin hüquqi əsası yoxdur və təmin edilməməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar ödənilmiş olan dövlət rüsumu iddiaçıların özlərinə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, iş üzrə keçrilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 50 manat təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən iddiaçılardan müştərək qaydada tutularaq müvafiq hesaba (ekspertiza xərclərinə dair bildirişə əsasən xərcin keçiriləcəyi hesab - Dövlət xəzinədarlığı Aqentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesabı AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, Hesab AZ34CTRE********************, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 386.1, 389.1, maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 97.5, 106.1, 124.1, 218.1, 217.4-cü maddələir ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 onların etibarından suiistifadə edərək 5,82 ha torpaq sahələrinə dair dövlət aktının əslini onlara qaytarmamışdır. Dövlət aktının əsli və ekspertiza keçirilməsi barədə qərardad bu günə qədər onlara verilməmişdir. Dövlət aktı olmadığına görə 16 saylı Ucar Layihə-Tədqiqat idarəsinə müraciət edə bilməmişdirlər. Onların 5,82 hektar torpaq sahəsi üzrə JN-0049 (kod ********) saylı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın təsdiq edilmiş surətini Məhkəmənin tələb etməsi üçün vəsatət vermişdirlər. Məhkəmə bu günə qədər onların vəsatətinə baxmayıb və məhkəmə qərardadı çıxarmayıbdır. Odur ki, torpaq sahəsinin qonşu sərhədlərinin müəyyənləşdirilməsi üzrə ekspertiza təyin edilməsi barədə vəsatətləri məhkəməyə vermişdirlər. Məhkəmə onların vəsatətlərinə baxmış, məhkəmə qərardadları çıxarmış, 1-ci qərardadla AR ƏN MEM tərəfindən ekspertiza keçirilmiş, rəy verilməmiş, onlardan 50 (əlli) manat ekspertiza xərci tələb olunmuş, 2-ci qərardadla özəl ekspertiza keçirilmiş, rəy verilməmiş, onlardan 450 (dörd yüz əlli) manat ekspertiza xərci tələb olunmuş, lakin məhkəmə qərardadları bu günə qədər onlara verilməmişdir. Bundan sui-istifadə edən cavabdehlər onların yonca otlarını oğurlayırlar, satırlar. Halbuki, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Elmin Cahangir oğlunun, Cavabdeh6 onların qonşuluğunda əkin-pay torpaq sahələri, Dövlət Aktları yoxdur və hüquqlarından vicdansızcasına suiistifadə edirlər. Amma, iddianı təmin etmək haqqında ərizəyə 2 (iki) il 6 (altı) ay ərzində baxılmayıb və nəticəsi barədə qərardad çıxarılmayıb və onlara verilməyibdir. Odur ki, iddianı təmin etmək haqqında 3-cü ərizəni Məhkəməyə vermişlər, qərardad gözləyirlər. Birinci instansiya məhkəməsi qətnamədə yalan məlumat yazıb ki, iddiaçıların nümayəndəsi Nümayəndə məhkəmə iclasında guya izahat verib və guya onlar onun izahatı ilə razılaşmışdırlar. Halbuki, xx.xx.2022-ci il tarixdə məhkəmənin iclas zalında ondan savayı heç kim olmamışdır. Onlar hazırkı işə 3 il ərzində qərəzli baxan birinci instansiya məhkəməsinə qəti etiraz vermişdirlər. Zərdab Rayon Məhkəməsi qanunvericiliklə əsaslandırılmamış 2(035)13/2021 saylı xx.xx.2021-ci il tarixli qərəzli, əsassız və qanunsuz qərardadı ilə onların əsaslı və qanuni etirazının rədd edilməsi qərara alınmışdır. Bu faktiki halların məhkəmə tərəfindən araşdırılmadığına baxmayaraq, birinci instansiya məhkəməsi tələblərini nəinki təmin etməyib, hətta düzgün qiymətləndirməyib, qətnamədə göstərməyib, gizlədib, əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Hazırkı mülki iş üzrə cavabdehlər onların mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt ediblər, əkib-becərirlər, qazanc-gəlir əldə edirlər, onlara maddi-mənəvi ziyanlar vururlar və mülkiyyət hüququna dair heç bir sənəd təqdim etmirlər, cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh2 və Elmin Cahangir oğlunun, Cavabdeh6 onların qonşuluğunda əkin-pay torpaq sahələri və Dövlət Aktları olmadığına və hüquqlarından vicdansızcasına sui-istifadə etdiklərinə görə onlar ekspertiza rəyindən asılı olmayaraq, onların mülkiyyətində olan torpaq sahələrindən qeyd-şərtsiz çıxarılmalıdırlar və onların torpaq sahəsinə bir daha girmələrinə qərardadla qadağa qoyulmalıdır. Odur ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-164/2022 saylı xx.xx.2022-ci il tarixli qərəzli, əsassız və qanunsuz qətnaməsini ləğv edilməli, ədalətli, əsaslı və qanuni yeni qətnamə qəbul edilməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2, onun nümayəndəsi və digər iddiaçıların nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 2(035)-164/2022 saylı xx.xx.2022-ci il tarixli qərəzli, əsassız və qanunsuz qətnaməsinin ləğv edilməsini, ədalətli, əsaslı və qanuni yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 2(035)-164/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaqlarına baxmayaraq cavabdehlər Cavabdeh5, Cavabdeh1, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilrsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsindəəmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə görə mülkı hüquq və vəzifələrin müəyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunuləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən vəya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Həmin Məcəllənin 23.4-cü maddəsinə əsasən şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlaryayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi və fiziki sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi və fiziki sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirilməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Azərbаycаn Respublikаsı Torpаq Məcəlləsinin 84-cü mаddəsinə əsаsən torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri: qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə, torpağın əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 97.1-ci maddəsində qeyd olunur ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.6-cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Həmin Məcəllənin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator apellyasiya şikayətinin təmin edilməsini və Zərdab Rayon Məhkəməsinin 2(035)-164/2022 saylı xx.xx.2022-ci il tarixli qərəzli, əsassız və qanunsuz qətnaməsini ləğv edəsiniz, ədalətli, əsaslı və qanuni yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(035)-164/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməmiş JN:0049 seriyalı, KOD 90503028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.52 ha hissəsindən Cavabdeh5 çıxarılmamasına aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün nəticəyə gəlməmişdir. Ona görə də İddiaçı2 İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(035)-164/2022 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş JN:0049 seriyalı, KOD 90503028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.52 ha hissəsindən Cavabdeh5 çıxarılmaması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, JN:0049 seriyalı, KOD 90503028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.52 ha hissəsindən Cavabdeh5 çıxarılmalı qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası İddiaçı2 İbrahim oğlunun apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, JN:0049 seriyalı, KOD 90503028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.52 ha hissəsi Cavabdeh5 tərəfindən zəbt edilmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, iddiaçılar "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"nın təsdiq edilmiş surətinin cavabdehlərdən Məhkəmənin tələb etməsi üçün vəsatət vermişdirlər. Məhkəmə bu günə qədər onların vəsatətinə baxmamış və məhkəmə qərardadı çıxarılmamışdır. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Belə ki, iddiaçıların şikayətdə qeyd etdiyi "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” iş materialının 1-ci cildinin 14-cü səhifəsində öz əksini tapmışdır. Ona görə də, kollegiya hesab edir ki, şikayət bu hissədə əsassızdır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, torpaq sahəsinin qonşu sərhədlərinin müəyyənləşdirilməsi üzrə ekspertiza təyin edilməsi barədə vəsatətləri məhkəməyə vermişdirlər. Məhkəmə onların vəsatətlərinə baxmış, məhkəmə qərardadları çıxarmış, 1-ci qərardadla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertiza keçirilmiş, rəy verilməmiş, onlardan 50 (əlli) manat ekspertiza xərci tələb olunmuş, 2-ci qərardadla özəl ekspertiza keçirilmiş, rəy onlara təqdim edilməmiş, onlardan 450 (dörd yüz əlli) manat ekspertiza xərci tələb olunmuş, lakin məhkəmə qərardadları bu günə qədər onlara verilməmişdir. Kollegiya qeyd edir ki, şikayət bu hissədə əsassızdır. Belə ki, iş materialının 1-ci cildinin 88-ci səhifəsindən görünür ki, Zərdab rayon məhkəməsinin 10 iyul 2019-cu il tarixli ekspertiza keçirlməsi ilə bağlı qərardadı iddiaçıların nümayəndəsi Nümayəndə göndərilmiş və 262-ci səhifəsindən görünür ki, Zərdab rayon məhkəməsinin 19 iyun 2020-ci il tarixli ekspertiza keçirlməsi ilə bağlı qərardadı İddiaçı2 tərəfindən məhkəmə qəbzi imzalanaraq götürülmüşdür. Ona görə də, şikayət bu hissədə də əsassızdır. Şikayətin üçüncü dəlili ondan ibarətdir ki iddiaçıların nümayəndəsi Nümayəndə məhkəmə iclasında guya izahat verib və onlar onun izahatı ilə razılaşmışdırlar. Halbuki, xx.xx.2022-ci il tarixdə məhkəmənin iclas zalında onun özündən başqa heç kim olmamışdır. Kollegiya qeyd edir ki, şikayət bu hissədə əsassızdır. Belə ki, iş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin xx.xx.2022ci il tarixində hər hansı bir iclası təyin edilməmiş və həmin tarixdə iclas barədə tərəflərə məhkəmə bildirişi göndərilməmişdir. Ona görə də şikayət bu hissədə əsassızdır. Şikayətin dördücü hissəsi ondan ibarətdir ki, işə 3 il ərzində qərəzli baxan birinci instansiya məhkəməsinə qəti etiraz vermişdirlər. Zərdab Rayon Məhkəməsi qanunvericiliklə əsaslandırılmamış 2(035)-13/2021 saylı xx.xx.2021-ci il tarixli qərəzli, əsassız və qanunsuz qərardadı ilə onların əsaslı və qanuni etirazının rədd edilməsi qərara alınmışdır. Kollegiya qeyd edir ki, şikayət bu hissədə əsassızdır. Belə ki, iş materiallarında həmin tarixdə etiraz qərardad yox, protokolla həll edilmişdir. Əlavə olaraq həmin protokola əsasən iddiaçıların Zərdab Rayon Məhkəməsinə verdikləri etiraz ərizəsi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş və Şəki Apellyasiya Məhkəməsi 4 mart 2021-ci il tarixli qərardadı ilə etiraz ərizəsi təmin edilməmişdir. Şikayətin beşinci tələbi ondan ibarətdir ki, cavabdehlər onların mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq zəbt ediblər, əkib-becərirlər, qazanc-gəlir əldə edirlər, onlara maddi-mənəvi ziyanlar vururlar və mülkiyyət hüququna dair heç bir sənəd təqdim etmirlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh5 iddiaçılara məxsus zəbt etdiyi dəlili ilə razılaşır, digər cavabdehlərə aid hissəsi ilə razılaşmır. Ona görə də kollegiya hesab edir ki, şikayətin bu dəlili qismən əsaslıdır. Məhkəmə kollegiyasının 20 aprel 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikintitexniki ekspertiza təyin edilmiş, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən ekspertiza tədqiqatı aparılaraq, məhkəməyə 29 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/8132 nömrəli rəy verilmişdir. Həmin rəydən görünür ki, cavabdehlərdən yalnız Cavabdeh5 iddiaçılara məxsus torpaq sahəsinin 0,52 ha hissəsini qanunsuz olaraq zəbt etmişdir. Ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Həmçinin rəydən görünür ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Cavabdeh5 iddiaçılara məxsus torpaq sahəsinin 0,52 ha hissəsini qanunsuz olaraq zəbt etmiş olsa da, iddiaçılar tərəfindən həmin torpaq sahəsinin tutulması nəticəsində onlara nə qədər maddi və mənəvi ziyan dəyiməsinə dair sübut təqdim etməmişlər. Məhkəmə kollegiyası iddianın digər cavabdehlər tərəfindən iddiaçılara maddi və mənəvi ziyana görə pul tələbi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar digər cavabdehlərə münasibətdə iddia tələbində haqlı olmamış və iddia tələblərini həmin hissədə sübuta yetirə bilməmişlər. İşin bu halı yuxarıda qeyd edilən ekspert rəyi ilə təsdiq edilir. İşin hallarından göründüyü kimi digər cavabdehlər iddiaçılara məxsus torpaq sahəsini zəbt etmədiyindən onlar tərəfindən iddiaçılara maddi və mənəvi ziyanın vurulması da istisna edilir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf qeyd edilən məbləğdə maddi və mənəvi ziyan çəkdiyini bildirsə də buna dair hər hansı bir sübut növü təqdim etməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni iddianın təmin edilməmiş JN:0049 seriyalı, KOD 90503028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.52 ha hissəsindən Cavabdeh5 çıxarılmamasına aid hissədə maddi hüquq normalarının tələbləri baxımından düzgün nəticəyə gəlməmişdir. Ona görə də İddiaçı2 İbrahim oğlunun apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(035)-164/2022 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş JN:0049 seriyalı, KOD 90503028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.52 ha hissəsindən Cavabdeh5 çıxarılmaması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, JN:0049 seriyalı, KOD 90503028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.52 ha hissəsindən Cavabdeh5 çıxarılmalı, qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı2 İbrahim oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 17 oktyabr 2022-ci il tarixli 2(035)-164/2022 saylı qətnaməsi qismən, iddia tələbinin təmin edilməmiş JN:0049 seriyalı, KOD 90503028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.52 ha hissəsindən Cavabdeh5 çıxarılmaması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. JN:0049 seriyalı, KOD 90503028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinin 0.52 ha hissəsindən Cavabdeh5 çıxarılsın. Qətnamə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərcini təşkil edən 50 (əli) manat pulun 25 (iyirmi beş) manatı iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1, 25 (iyirmi beş) manatı isə Cavabdeh5 tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X3, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-33/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-33/2024
18.01.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver