Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-330/2025 10.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi, qüvvə) X32 Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(046)-1352/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Göyçay rayonu Yeniarx kəndinin inzibati ərazisinə daxil olan ailənin mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsində çoxillik yonca əkini vardır. Həmin torpaq sahəsi xx.xx.2022-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə DƏDR-də qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsində əkdiyi yonca bitkisi qanunsuz olaraq həmkəndlisi Cavabdeh tərəfindən biçilib bağladılaraq aparılmışdır. Nəticədə yonca sahəsindən götürülmüş 800 (səkkiz yüz) bağ yonca presi mənimsənilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Şaiq oğlundan 30.000 (otuz min) manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu Yeniarx kəndinin inzibati ərazisinə daxil olan ailənin mülkiyyətinə verilmiş 1,48 ha torpaq sahəsində çoxillik yonca əkini vardır. Həmin torpaq sahəsi xx.xx.2022-ci il tarixdən ********** qeydiyyat nömrəsi ilə DƏDR-də qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsində əkdiyi yonca bitkisi qanunsuz olaraq həmkəndlisi Cavabdeh tərəfindən biçilib bağladılaraq aparılmışdır. Nəticədə yonca sahəsindən götürülmüş 800 (səkkiz yüz) bağ yonca presi mənimsənilmişdir. Hazırda bir bağ yonca presinin bazarda qiyməti 5-6 manat arasında dəyişir. Bundan başqa Cavabdeh heç bir sənədləşmə və ödəniş olmadan ailə başçısı X5 şifahi razılığı ilə 2006-2012-ci illərdə həmin yonca sahəsindən istifadə etmişdir. 2012-ci ildən sonra ailə üzvlərinin hərbi xidmətdə olmasından və ailə başçısının vəfat etməsindən istifadə edən cavabdeh öz şəxsi əmlakı kimi yonca otunu mənimsəməkdə davam etmişdir. Bununlada onlara toplam hər il üçün təxminən 3000 manat məbləğində ziyan vurmuşdur. Ümümilikdə 12 il ərzində 36000 manat ziyan vurmuşdur. Sonuncu dəfə xx.xx.2024-ci il tarixdə Cavabdeh mülkiyyətində olan yonca sahəsindən qanunsuz olaraq biçib aparması və onlara ziyan vurması barədə Göyçay rayon polis şöbəsində təhqiqat apanlmışdır.xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş və mülki xarakterli olduğundan məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində ona cəmi təxmini olaraq 30 000 (otuz min) manat məbləğində maddi zərər vurmuşdur.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Göyçay rayonu, Yeniarx kəndində yerləşən 1.48 ha torpaq sahəsinə ümumi birgə mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə iddiaçının və ailə üzvlərinin adına qeydə alınmışdır. İddiaçı özünün mülkiyyət hüququna istinad edərək, cavabdehdən vurulmuş maddi zərərə görə 30.000 manat pulun ödənilməsini tələb etmişdir. Cavabdeh ilə iddiaçının mərhum əri X11 arasında olan şifahi razılaşma əsasında 1.48 ha torpaq sahəsini kol-kosadan təmizləyərək və münbitləşmə işləri apararaq, istifadə etməyə başlamışdır. İddiaçı iddia ərizəsində həmin torpaq sahəsindən 2006-cı ildən 2012-ci ilədək ailə başçısı X3 razılığı əsasında idarə etməsini, 2012-ci ildən isə qanunsuz istifadə edərək hər il üçün 3000 manat ziyan vurduqlarını qeyd etmişdir.
5. Göyçay Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(046)-1352/2024 nömrəli qətnaməsi ilə (hakim G.Qurbanova) İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir
6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 148.2, 152.1, 152.5, 157.2, 157.4 443.4, 560.1, 560.2, 560.3.4-cü maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
7. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Göyçay X29 Mərkəzinin 06 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Göyçay rayonu Yeniarx kəndində 1.48 ha pay torpaq sahəsinə əkilmiş yonca bitkisinin orta məhsuldarlığı il ərzində bütün aqrotexniki qaydada qulluqlar (gübrələnmə, xəstəlik və zərərvericilərə qarşı mübarizı və suvarma suyunun düzgün istifadə) olunarsa həmin sahədən 700-800 kip (17.5-20 ton) quru yonca otu əldə etmək mümkündür. Əgər aqrotexniki qaydaqda qulluq edilməyibsə il ərzində 300- 500 kip (7,5-12,5 ton) quru yonca otu istehsal olunması ehtimal vardır.
8. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı özünə məxsus Göyçay rayonu Yenirax kəndində yerləşən torpağa dair oktyabr, noyabr ayına qədər heç bir iddiası olmayacaq. Torpaqda sözü gedən tarixə qədər əkib becərə bilər.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 15 dekabr 2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Göyçay rayonu, Yenirax kəndində yerləşən 1.48 ha torpaq sahəsi İddiaçı, X16, X9, X15, X17, X12 və X6 ümumi birgə mülkiyyətindədir.
10. Göyçay rayon İHB-nın Yeniraz kənd inzibati ərazi dairəsi üzrə nümayədəsi Zamiq Abdullayevin, Yenirax Bələdiyyəsinin sədri Fəridə Yoldaşovanın, Torpaq sahəsində əkin və biçin aparmasında iştirak edən sürücü Bəxtiyar Qarayevin, Göyçay rayon Yenirax kən sakini Ramiz İsrayılovun və Göyçay rayonu Hacağabəyli kənd sakini (torpaq sahəsinin istifadəçisi) Cavabdeh iştirakı ilə tərtib edilmiş 23 iyul 2024-cü il tarixli aktın surətindən görünür ki, Göyçay rayonu Yenirax kəndi ərazisində yerləşən hazırda İddiaçı Bəxztiyar qızı və qeyrilərinin ümumibirgə mülkiyyətində olan 1.48 ha kənd təsərrüfatı kateqoriyasına aid torpaq sahəsindən uzun illərdir ki, Göyçay rayonu Hacıağabəyli kənd sakini Cavabdeh tərəfindən istifadə olunur, onun tərəfindən həmin torpaq sahəsində əkin və biçin
Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh oğlu məhkəmə iclasında şahid kimi işə cəlb etdiyi X26 oğlu ailələri ilə qərəzli münasibətdə olduğundan həmçinin həmin illərdə Bakı şəhərində ailəsi ilə yaşadığı üçün yalandan cavabdehin tərəfində şahidlik edir. Buna etiraz etsə də işə baxan hakim öz subyektiv maraqları üzündən şahid ifadəsinə istinad edərək ədalətsiz, qeyri- qanuni qətnamə qəbul etməklə hüququnu pozmuşdur. Heç bir dəlilə əsaslanmadan guya cavabdehin mülkiyyətlərində olan torpaq sahəsini 100 şirvana almasına dair söylədikləri də tamamilə yalandan başqa bir şey deyildir. Cavabdeh uzun illər ərzində qanunsuz olaraq torpaq sahələrini istifadə etməklə ailələrinə küllü miqdarda maddi ziyan vurmuş və saxta yolla torpaq sahəsinin əkini üçün ayrılan subsidiyanı mənimsəmişdir. Nəhayət 2023-cü ildə müxtəlif orqanlara etdikləri şikayətdən sonra torpaq sahəsinə dair çıxarışı cavabdehdən ala bilmişlər. Mülkiyyətdə olan torpaq sahələrindən yonca otunun qanunsuz olaraq biçilib aparılması faktını Göyçay rayon Polis şöbəsində aparılan araşdırmada təsdiqini tapması işə baxan hakim tərəfindən diqqətə alınmamışdır. Müvafiq qanun normaları qətnamədə qeyd edilsə də məqsədli şəkildə nəticədə iddia tələbi rədd edilmişdir.
12. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e- 2(046)-1352/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Göyçay Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(046)-1352/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
16. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Göyçay Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(046)-1352/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci cü maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci cü maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 443.4-cü maddəsinə əsasən əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
22. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
23. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. İddiaçı Göyçay Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(046)- 1352/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən İddiaçı aid hissədə hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. İddiaçı apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
27. Belə ki, İddiaçı şikayətində cavabdehin uzun illər ərzində qanunsuz olaraq onlara məxsus torpaq sahəsini istifadə etməklə ailəsinə küllü miqdarda maddi ziyan vurduğunu qeyd etsə də məhkəmə kollegiyası hesab edir ki, şikayətin həmin dəlili əsassızdır.
28. Belə ki, İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinə ünvanlandığı xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, İddiaçı özünə məxsus Göyçay rayonu Yenirax kəndində yerləşən torpağa dair oktyabr, noyabr ayına qədər heç bir iddiası olmayacaq. Torpaqda sözü gedən tarixə qədər əkib becərə bilər.
29. Göründüyü kimi iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsində torpaq sahəsinin əkilib becərilməsinə razılığını ifadə etməsi və oktyabr, noyabr ayına qədər heç bir iddiasının olmayacağını qeyd etməsi cavabdehin uzun illər ərzində qanunsuz olaraq onlara məxsus torpaq sahəsini istifadə etməsi halını istisna edir.
30. Bundan başqa, birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş X13 göstərmişdir ki, mərhum qardaşı X7 torpaq sahəsindən istifadə etməsini görməmişdir. X1 və ailə üzvlərinə verilmiş torpaq sahəsi yararsız torpaq sahəsi olmuş və həmin torpaq sahəsini Cavabdeh münbitləşdirmişdir. Özünə məxsus torpaq sahəsini Cavabdeh satmış və qardaşı da hazırda mübahisəli torpaq sahəsini satmaq istəmişdir. Cavabdeh ilə qardaşı X12 aralarında torpağın alqı-satqısı barədə şifahi razılaşmışlar. Cavabdeh X4 torpaq sahəsini 100 “Şirvan” (1000000 manat) verərək almışdır.
31. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.
32. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur.(MPM-in 9.3, 77.1, 88-ci maddələri).
33. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X10 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.
34. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Göyçay Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(046)-1352/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Göyçay Rayon Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, e-2(046)- 1352/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.