Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-332/2024 13.02.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-nə qarşı müqavilənin ləğv edilməsi, ödənilmiş pulun geri qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: Podrat müqaviləsi üzrə öhdəliklərin pozulması nəticəsində müqavilənin ləğvi və pul tələbi) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-nə qarşı müqavilənin ləğv edilməsi, ödənilmiş pulun geri qaytarılması tələbinə dair iş üzrə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)- 1952/2023 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137,9 kv.metr olan 6 saylı yaşayış sahəsinə dair onunla Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi, həmin müqavilə əsasında onun tərəfindən cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min yüz qırx altı) manat pul vəsaitinin, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh (MMC) tərəfindən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikilən yüksək mərtəbə yaşayış binasının tikintisi layihələndirilmiş və həmin tikinti Cavabdeh MMC-nin üzvlərinin (payçıların) vəsaiti və imkanları hesabına həyata keçirilməsi nəzərdə tutulmuşdur. xx.xx.2016-cı il tarixdə Cavabdeh MMC-nin (“Kooperativ”) direktoru X4 ilə onun (“Payçı”) aralarında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137,9 kv.metr olan 6 saylı yaşayış sahəsini “Kooperativ” “Payçı”-ya (sahənin tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürmüşlər. Həmin Müqavilə əsasında xx.xx.2016-cı il tarixdə onun tərəfindən yuxarıda qeyd olunan ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının “A4” blokunun 6cı mərtəbəsində yerləşən ümumi sahəsi 137,9 kv.metr olan yaşayış sahəsi üçün əvvəlcədən 115146,00 (bir yüz on beş min yüz qırx altı) manat pul, qalıq borcu olmadan tam ödənilmişdir. Bunun əsasında isə həmin yaşayış sahəsinin tam dəyərinin ödənilməsi barədə ona Cavabdeh MMC tərəfindən 01 saylı xx.xx.2016-cı il tarixli Maliyyə arayışı verilmişdir. İddia ərizəsinə əlavə edilmiş Cavabdeh MMC-nin 01 saylı xx.xx.2016-cı il tarixli maliyyə arayışının surətindən də göründüyü kimi, xx.xx.2016-cı il tarixdə onun tərəfindən müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsindəki ümumi sahəsi 137,9 kv.metr yaşayış sahəsi üçün 115146,00 ( bir yüz on beş min yüz qırx altı) manat qalıq borcu olmadan Cavabdeh MMC-yə ödənilmişdir. Cavabdeh müqaviləyə əsasən öz üzərinə düşən öhdəliyini icra etməmiş və sözügedən binanın “A4” blokunun heç bir tikintisi aparılmamışdır. Cavabdeh MMC onu inandırmışdır ki, binanın bloku hazırdır və müqavilə bağlanan zaman binanın digər blokunu təqdim edərək ondan 115146,00 (bir yüz on beş min yüz qırx altı) manat pulu almışdır. Lakin mövcud olacaq blok nəticədə heç tikilməmiş, binanın blokunun tikilməməsi barədə cavabdeh ona heç bir məlumat verməmişdir. Bu barədə məlumat ona Bakı şəhəri Xətai Rayon Məhkəməsində cavabdehə qarşı olan digər iddia tələbi üzrə məhkəmə baxışı zamanı – 2022-ci ilin oktyabr ayında məlum olmuşdur. Bundan sonra onun əri Nümayəndə2 onların cavabdeh tərəfindən dələduzluq yolu ilə aldadılmaqları ilə əlaqədar qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq hüquq mühafizə orqanına ərizə ilə müraciət etmişdir. Həmin ərizəyə cavab olaraq araşdırma zamanı məsələnin mülki xarakterli məsələ olduğu və bununla əlaqədar məhkəməyə müraciət etmək hüquqlarının olması onlara izah edilmişdir. Mövcud müqavilənin 1.1-ci bəndinə əsasən cavabdeh (“Kooperativ”) yaşayış sahəsini iddiaçıya (“Payçı”ya) tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qaydada ödədikdən sonra verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öhdələrinə götürür. Göründüyü kimi, o, yaşayış sahəsinin tam dəyərini 7 il bundan əvvəl ödəmiş olsa da, indiyədək ona heç bir yaşayış sahəsi təhvil verilməmişdir. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən bu Müqavilənin icrası nəticəsində yaranan narazılıqlara səbəb olan məsələlər tərəflər arasında danışıqlar yolu ilə, razılığa gəlmək mümkün olmadığı halda bütün mübahisəli məsələlər Azərbaycan Respublikasında mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmədə həll edilməlidir. Müqavilənin şərtlərinə uyğun olaraq həmin yaşayış sahəsinin dəyəri onun tərəfindən Cavabdeh MMC-yə tam olaraq ödənilməsinə baxmayaraq, cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, qeyd edilən yaşayış sahəsini tikib ona verməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciət olunmasına, məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdeh onu yaşayış sahəsi ilə təmin etməmiş, eləcədə ödənilmiş pulu ona qaytarmamışdır. Belə ki, xx.xx.2016-cı il tarixli müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilmədiyinə görə ləğv edilməsi və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min yüz qırx altı) manat pulun geri qaytarılması, əks təqdirdə mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə cavabdehə pretenziya (xəbərdarlıq) məktubu göndərilmiş, lakin mübahisənin həlli üçün cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı nümayəndəsi (vəkili) X5 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Cavabdeh MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir.
5. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
6. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(075)-1952/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsinə dair Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat pulun, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı ilə Cavabdeh MMC-nin arasında 30 mart 2016-cı il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına əsassən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. Həmin tikinti Cavabdeh MMCnin üzvlərinin (payçıların) vəsaiti və imknaları hesabına həyata keçirilir. Buna əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən yaşayış sahəsinin ümumi sahəsi 137.9 m təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəni tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəliyinə götürmüşdür. 30 mart 2016-cı il tarixli maliyyə arayışından görünür ki, 30 mart 2016-cı il tarixdə İddiaçı tərəfindən müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 6cı mərtəbəsindəki ümumi sahəsi 137.9 kv.metr yaşayış sahəsi üçün 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat qalıq borcu olmadan Cavabdeh MMC-yə ödənilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh MMC müqavilə üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən yaşayış sahəsinin ümumi sahəsi 137.9 m² təşkil edən yaşayış sahəsini təhvil verməyərək müqavilə şərtlərini pozmuşdur. Buna görə də iddiaçı Cavabdeh MMC-dən öz öhdəliyini icra etməsini, 30 mart 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsini və yaşayış sahəsi üçün ödədiyi 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat qalıq borcu tələb etməkdə haqlıdır.
9. İş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab etmişdir ki, iddia təmin edilərək İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsinə dair Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ləğv edilməli və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421.2, 428.4, 442, 646.1, 648.1, 648.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən narazı qalan Cavabdeh MMC tərəfindən apellyаsiyа şikаyəti vermişdir.
12. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iddiaçı Cavabdeh MMC-dən öz öhdəliyini icra etməsini, 30 mart 2016-cı il tarixli kredit müqaviləsinin ləğv edilməsini və yaşayış sahəsi üçün ödədiyi 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat qalıq borcu tələb etməkdə haqlı olmasına dair bu qənaəti yalnışdır.
13. İddiaçı, tərəfindən irəli sürülmüş iddia ərizəsində Cavabdeh MMC-nə 115146,00 (bir yüz on beşmin bir yüz qırx altı) manat pul ödənildiyin bildirmişdir. Lakin, iddiaçı, iddia tələbində ümumiyyətlə Cavabdeh MMC ilə onun arasında olan bu müqavilənin haradan qaynaqlandığı barədə məlumat verməmişdir. Lakin özünün də bildirdiyi kimi, iddiaçı başqa bir tələblə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət etmiş və həmin iş araşdırılarkən məlum olmuşdur ki, əslində bu müqavilə iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqailənin əvəzi kimi bağlanmış müqavilədir.
14. Belə ki, "xxxx"MTK ilə onun arasında bağlanmış müqavilədə qeyd olunan mənzil iddiaçıya verilmədyindən, onunla iddiaçı arasında həmin mənzilin əvəzi olan mübahisə predmeti olan müqavilə imzalanmışdır. Qeyd edir ki, iddiaçı onlara heç bir ödəniş etməmişdir. Əslində ödənişlər "xxxx" MTK-nə ödənildiyindən iddiaçının həmin məbləği sonuncudan tələb etmək hüququ var. Keçirilmiş məhkəmə proseslərində iddiaçı özü də etiraf etmişdir ki, mübahisə predmeti olan müqavilə üzrə"xxxx"MMC-nə heç bir ödəniş etməmşdir. "xxxx"MTK onu aldatmış və onunla bağlanmış müqavilədə qeyd olunan mənzili ona verməmiş və əvəzində "xxxx"MMC ona mənzil vermişdir. Qeyd edir ki, həqiqətən də onlarla iddiaçı arasında qeyd olunan müqavilə imzalanmışdır. Lakin qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq sərancamı ilə, qeyd olunan ərazidə, sonuncu tərəfindən müəyyən olunmuş sıxlıq əmsalına görə, qeyd olunan blokun tikintisi dayandırılmışdır. Qeyd olunan hal onların iradələri əsasında baş verməmişdir. Nə də ki, onlar əvvəlcədən bilmirdilər ki, qeyd olunan blokun tikintisi dayandırılacaqdır.
15. Həmçinin hesab etmişdir ki, məhkəmə Azərbaycan Respublikasının MM-nin 423.2-ci maddəsinin tələbini də pozaraq mülki işi icraata qəbul etmişdir. Qeyd olunan maddənin tələbinə əsasən iddiaçı, onlara təkliflə müraciət etsə də, təklifdə qeyd olunmuş müddəti gözləmədən məhkməyə müraciət etmişdir. Belə ki, təklifdə onlara cavab verilməsi üçün 15 gün müddət müəyyən olunuşdur ki, həmin 15 gün xx.xx.2023-cü il tarixə düşür. Lakin iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
16. Odur ki, Şəki Rayon Məhkəməsinin 2(075)-1952/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etirazında Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qanunsuz və əsassız olduğu üçün apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçının İddiaçı nümayəndəsi Nümayəndə2 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. O həmçinin izahatında göstərmişdir ki, cavabdeh təşkilatın apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, 08 may 2013-cü il tarixdə iddiaçı ilə "xxxx" MTK arasında sahəsi 122 m2 təşkil edən yaşayış sahəsi ilə bağlı müqavilə imzalansa da sonradan iddiaçı üçün mənzilin imşa edilən yaşayış binasının qarşısında digər bir yaşayış binasının inşası planlaşdırıldığından, İddiaçı "xxxx" MTK arasında fikir ayrılığı yaranmış, 08 may 2013-cü il tarixli müqavilə münasibətləri pozulmuş, iddiaçı tərəfindən müqavilə bağlanarkən "xxxx" MTK-ya ödənilmiş vəsait geri qaytarılmış, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixdə ayrıca müqavilə imzalanmış və müqavilənin imzalandığı tarixdəcə İddiaçı tərəfindən Cavabdeh MMC-nə inşa olunacaq binada iddiaçı üçün nəzərdə tutulmuş yaşayış sahəsinə görə 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat pul vəsaiti ödənilmiş, cavabdeh təşkilat bununla bağlı xx.xx.2016-cı il tarixdəcə iddiaçıya maliyyə arayışı vermişdir. Yəni iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilənin digər bir təşkilatla iddiaçı arasında olan müqaviləyə aidiyyəti və digər müqavilədən asılacağı yoxdur. Həmçinin iddiaçı tərəfindən hazırkı mübahisə üzrə mübahisənin məhkəməyə qədərki həll proseduru ilə bağlı hər hansı pozuntuya yol verilməmişdir.
19. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı nümayəndəsi və vəkili X5 və Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cаvаbdеh Cavabdeh MMC məhkəməyə elektron qaydada göndərdiyi ərizəsində Gəncə Apellyasiya Məhkəməsində xx.xx.2024-cü il tarixdə saat 16:00 tarixinə təyin olunmuş iclasla bağlı iştirak edə bilməyəcəklərini göstərərək, işin təxirə salınmasını xahiş etsə də, İddiaçı nümayəndəsi və vəkili X5 məhkəmə kollegiyasının iclasına gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Cavabdeh MMC qətnamənin tam ləğvini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam həcmdə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, nəticədə tam düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi, İddiaçı ilə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsinə dair Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin ləğv edilməsi və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat pulun, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməsinə dair mövqeyi ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi hüquq normalarının tələbləri pozulmuşdur.
27. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına əsasən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. İddiaçı ilə Cavabdeh MMC-nin arasında 30 mart 2016-cı il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən Cavabdeh MMC (Kooperativ) tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisinin həyata keçirilməsi, tikinti başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 m2 təşkil edən yaşayış sahəsinin dəyərinin müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödənilməsindən sonra İddiaçı (Payçıya) verilməsini, İddiaçı isə tikilinin hər kvadratmetri üçün 835 manat olmaqla razılaşdırılmış cəmi 115146.5 manat pul vəsaitini Cavabdeh MMC-nə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəliyinin icrası üzrə 115146.5 manat pul vəsaitinin 30 mart 2016-cı il tarixdəcə Cavabdeh MMC-nə ödənilməsi təmin edilsə də cavadbeh Cavabdeh MMC tərəfindən ötən 8 ilə yaxın bir müddət ərzində Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın “A4” blokunun ümumiyyətlə inşası həyata keçirilməmiş, həmçinin İddiaçı alınmış pul vəsaiti geri qaytarılmamışdır.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
29. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.
30. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.
31. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.
32. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).
33. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.
34. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.
35. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.
36. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.
37. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tətbiq edilməli olan qanunu tətbiq etmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.
39. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-ci maddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.
40. Belə müqavilələrdən birini Mülki Məcəllənin 752.1-ci maddəsində göstərilən podrat müqaviləsi təşkil edir. Hansı ki, 30 mart 2016-cı il tarixli müqavilənin mahiyyəti və şərtləri nəzərə alınaraq tərəflər arasında yaranan münasibətlər birinci instansiya məhkəməsinin istinad etdiyi alqı-satqı deyil, podrat müqavilə münasibətlərinə uyğun olduğundan, mübahisənin həllində məhz podratla bağlı maddi hüquq normalarına istinad edilməlidir.
41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin Azərbaycan Respublikasının MM-nin 423.2-ci maddəsinin tələbini pozaraq mülki işi icraata qəbul etməsi, iddiaçının onlara təkliflə müraciət etsə də, təklifdə qeyd olunmuş müddəti gözləmədən məhkəməyə müraciət etməsi, cavab verilməsi üçün 15 gün müddət müəyyən olunsa da həmin 15 günün xx.xx.2023-cü il tarixə düşməsi, lakin iddiaçının xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etməsi, məhkəmənin prosessual hüquq normalarının tələblərini pozmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, iş materiallarında olan 14 mart 2023-cü il tarixli pretenziyadan görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-dən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsinin vaxtında tikilib təhvil verilmədiyinə və müqavilə öhdəlikləri icra edilmədiyinə görə, könüllü formada 15 gün ərzində mövcud müqavilənin pozulması və ödənilmiş 115146 manat pul vəsaitinin geri qaytarılması tələb olunmuş, əks təqdirdə mübahisənin məhkəmə müstəvisində həll ediləcəyi cavabdeh təşkilatın diqqətinə çatdırılmışdır. İşdə olan İddiaçı tərəfindən Cavabdeh MMC-nə ünvanlanmış zərfdən görünür ki, ünvan 23-cü il tarixdə Cavabdeh MMC-nin ünvanında yaşayışın olmaması əsas gətirilərək çatdırılmadan geri qaytarılmışdır.
42. Həmçinin iş materiallarından görünür ki, pretenziyanın göndərilməsinə dair bildiriş 15 mart 2023-cü il tarixdə göndərilməsinə baxmayaraq iddiaçı xx.xx.2023-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının iddia tələbində ümumiyyətlə Cavabdeh MMC ilə onun arasında olan bu müqavilənin haradan qaynaqlanması barədə məlumat verməməsi, Bakı şəhər Xətai Rayon Məhkəməsində iş araşdırılarkən əslində bu müqavilənin iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış müqailənin əvəzi kimi bağlanmış müqavilə olmasının məlum olması, "xxxx" MTK ilə onun arasında bağlanmış müqavilədə qeyd olunan mənzil iddiaçıya verilmədyindən, onunla iddiaçı arasında həmin mənzilin əvəzi olan mübahisə predmeti olan müqavilənin imzalanması, iddiaçının onlara heç bir ödəniş etməməsi, əslində ödənişlər "xxxx" MTK-nə ödənildiyindən iddiaçının həmin məbləği sonuncudan tələb etmək hüququnun olması, keçirilmiş məhkəmə proseslərində iddiaçının özünün də mübahisə predmeti olan müqavilə üzrə Cavabdeh MMC-nə heç bir ödəniş etməməsini etiraf etməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işdə olan İddiaçı ilə Cavabdeh MMC-nin arasında bağlanmış 30 mart 2016-cı il tarixli müqavilədən görünür ki, Bakı Şəhər İcra Hakimiyyətinin 443 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına əsassən Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda tikilən yüksək mərtəbəli yaşayış binasının tikintisi layihələndirilmişdir. Həmin tikinti Cavabdeh MMCnin üzvlərinin (payçıların) vəsaiti və imknaları hesabına həyata keçirilir. Buna əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanda yüksək mərtəbəli binanın tikintisi başa çatdıqdan sonra həmin binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən yaşayış sahəsinin ümumi sahəsi 137,9 m² təşkil edən yaşayış sahəsini “Kooperativ” “Payçı”ya (sahəni tam dəyərini müqavilədə müəyyən edilmiş həcmdə və qayda ilə ödədikdən sonra) verilməsini, “Payçı” isə həmin yaşayış sahəsini qəbul etməyi öz öhdəliyinə götürmüşdür.
44. İşdə olan 30 mart 2016-cı il tarixli maliyyə arayışından görünür ki, 30 mart 2016-cı il tarixdə İddiaçı tərəfindən müqavilə əsasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanda tikiləcək yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsindəki ümumi sahəsi 137.9 kv.metr yaşayış sahəsi üçün 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat qalıq borcu olmadan Cavabdeh MMC-yə ödənilmişdir. Qalıq borcu yoxdur.
45. Göründüyü kimi 30 mart 2016-cı il tarixli podrat müqaviləsində həmin müqavilənin digər müqavilənin əvəzi kimi imzalanması, yaxud həmin müqavilədə iddiaçıya verilməsi üçün nəzərdə tutulmuş yaşayış sahəsinin digər yaşayış sahəsinin əvəzi kimi verilməsi, 30 mart 2016-cı il tarixli maliyyə arayışında da 115146,00 manat pul vəsaitinin digər müqavilə münasibəti üzrə ödənilməsi nəzərdə tutulmamışdır. Bundan başqa iş materiallarında olan birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından keçirilmiş məhkəmə proseslərində iddiaçının, yaxud onun nümayəndəsinin mübahisə predmeti olan müqavilə üzrə Cavabdeh MMC-nə heç bir ödəniş etməməsinə dair hər hansı bir fikir ifadə etməsi halı müəyyən edilməmişdir.
46. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri cavabdehin apellyasiya şikayətinin aşağıdakı dəlilləri ilə təkzib edilmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində yuxarıdakı dəlillərin əksi olaraq "xxxx" MTK-nın onu aldatmasını, onunla bağlanmış müqavilədə qeyd olunan mənzili ona verməməsini, əvəzində "xxxx" MMC-nin ona mənzil verməsini, həqiqətən də onlarla iddiaçı arasında qeyd olunan müqavilənin imzalanmasını, lakin qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq sərancamı ilə, qeyd olunan ərazidə, sonuncu tərəfindən müəyyən olunmuş sıxlıq əmsalına görə, qeyd olunan blokun tikintisinin dayandırılması, qeyd olunan halın onların iradələri əsasında baş verməməsini, onların əvvəlcədən qeyd olunan blokun tikintisinin dayandırılacağını bilməmələrini göstərmişdir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq sərancamı ilə, qeyd olunan ərazidə, sonuncu tərəfindən müəyyən olunmuş sıxlıq əmsalına görə, qeyd olunan blokun tikintisinin dayandırılması, qeyd olunan halın onların iradələri əsasında baş verməməsi, onların əvvəlcədən qeyd olunan blokun tikintisinin dayandırılacağını bilməmələrinə dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, tərəflər arasında bağlanmış və iş materialına əlavə edilmiş 30 mart 2016-cı il tarixli müqavilədə qeyd edilən dəlillərlə bağlı müqavilə tərəfinin müqavilə üzrə öhdəliyin icrasından azad edilməli olması nəzərdə tutulmamışdır.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
49. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, e-2(075)-1952/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddaçı İddiaçı Cavabdeh MMC-nə qarşı müqavilənin ləğv edilməsi, ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddiası təmin edilməli, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ləğv edilməli və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, e-2(075)-1952/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddaçı İddiaçı Cavabdeh MMC-nə qarşı müqavilənin ləğv edilməsi, ödənilmiş pulun geri qaytarılması tələbinə dair iddiası təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, məhəllə 1181 ünvanında tikilən yüksək mərtəbəli binanın “A4” blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 137.9 kv.metr olan yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilə ləğv edilsin və həmin müqavilə əsasında cavabdehə ödənilmiş 115146,00 (bir yüz on beş min bir yüz qırx altı) manat pul, eləcə də əvvəlcədən məhkəməyə ödənilmiş 405 (dörd yüz beş) manat məbləğində dövlət rüsumu Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.