Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-333/2022 09.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “qəsdə son qoyma və zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, maneənin aradan qaldırılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qəsdə son qoyma və zəbt edilmiş torpaq sahəsindən çıxarılma” tələbinə dаir mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qətnaməsindən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi İşin halları 1.İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; 2.11.04.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X8 mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,3001 ha olan torpaq sahəsini alıcı İddiaçı 5000 manat qiymətinə satmışdır. 3.14.09.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən gorunu ki, satıcı X8 mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,01 ha olan torpaq sahəsini alıcı İddiaçı 500 manat qiymətinə satmışdır. 4.09.08.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X8 mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,0662 ha olan torpaq sahəsindən 0,05 ha torpaq sahəsini alıcı İddiaçı 2500 manat qiymətinə satmışdır. 5.25.07.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X8 mülkiyyətində olan ünvan 1ində yerləşən ümumi sahəsi 0,1762 ha olan torpaq sahəsindən 0,10 ha torpaq sahəsini alıcı İddiaçı 5000 manat qiymətinə satmışdır. 6.Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli kitabının 15 nömrəli vərəqində 22.05.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********18 olan ünvan 1i ünvanında yerləşən 0,3001 ha kənd təsərrüfatı torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır.
7. Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 158 nömrəli kitabının 6 nömrəli vərəqində 24.05.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********81 olan ünvan 1i ünvanında yerləşən 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. 8.Azərbaycan Respublikası Əmlak Məsələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, daşınmaz əmlakın dövlət reyestrində 116 nömrəli kitabının 44 nömrəli vərəqində 08.09.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə aparılmış qeydiyyata əsasən reyestr nömrəsi **********84 olan ünvan 1i ünvanında yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ əsasında İddiaçı adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. 9.Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(033)-257/2020 nömrəli qətnaməsinə əsasən iddia təmin edilərək, Zaqatala rayon 2 saylı Notariat Ofisi tərəfindən tərtib və təsdiq olunmuş tərəflər arasında 18 iyul 2017-ci il tarixli 2V-157 nömrə ilə reyestrdə qeydiyyata alınmış, 01 oktyabr 2017-ci il tarixli 2V-371 nömrə ilə reyestrdə qeydə alınmış, 08 aprel 2019-cu il tarixli 2V-479 nömrə ilə reyestrdə qeydiyyata alınmış və 08 aprel 2019-cu il tarixli 2V-480 nömrə ilə reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin və həmin şəhadətnamələr əsasında notariat ofisində bağlanmış 4Ə-309 saylı 25.07.2017-ci il tarixli, 4Ə-564 saylı 14.09.2017-ci il tarixli, 4Ə-398 saylı 09.08.2017-ci il tarixli, 4Ə-579 saylı 11.04.2019-cu il tarixli və 4Ə-651 saylı 05.10.2017-ci il tarixli alqı-satqı müqavilələrinın etibarsız hesab edilməsi, həmin müqavilələr əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəli 08.09.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli 22.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli 24.05.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, 24.05.2019-cu il tarixli İddiaçı və X2 adına aparılmış qeydiyyatların ləğv edilməsi qət edilmişdir. 10.Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.10.2020-ci il tarixli, 2(107)- 1563/2020 nömrəli qətnaməsinə əsasən üçüncü şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(033)-257/2020 nömrəli qətnаməsinin ləğv edilməsi, yeni qətnamə qəbul edilərək iddiaçı Cavabdeh cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi, üçüncü şəxslər İddiaçı və X4 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş Çıxarışların ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir. 11.Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03.05.2021-ci il tarixli, 2(102)-2078/2021 nömrəli qərarına əsasən iddiaçı Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-1563/2020 nömrəli iş üzrə 19 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan, ünvan 1ində yerləşən, mülkiyyətində olan 0.05 ha, 0.3001 ha və 0.11 ha torpaq sahələrindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması və cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala rayonu, Göyəm kənd sakini X1 25 iyul 2017-ci il tarixli, AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,10 ha torpaq sahəsini, 09 avqust 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,05 ha torpaq sahəsini, 14 sentyabr 2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,01 ha torpaq sahəsini və 11 aprel 2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsini almışdır. Qeyd olunan əmlak üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq "Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış"larla rəsmiləşdirilmişdir. Torpaq sahəsinin əvvəlki mülkiyyətçisi olmuş mərhum X3 oğlu iş üzrə Cavabdeh atasının ölümündən sonra alqı-satqı yolu ilə aldığı torpaq sahələrini zəbt etmiş, girişlərinə maneçilik törətmiş və dolayısı ilə də həmin torpaq sahəsindən istifadə və sahiblik etməsinə süni surətdə maneçilik törətmişlər.
14. Zaqatala Rayon Məhkəməsinin (Hakim T.Həsənov) 16 sentyabr 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh İddiaçı mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlərinə son qoyulması, Cavabdeh Zaqatala rayonu, Göyəm kəndində yerləşən İddiaçı Qurban qızının mülkiyyətində olan 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsindən çıxarılması, İddiaçı dövlət büdcəsinə ödədiyi 10 (on) manat məbləğində dövlət rüsumu xərcinin onun özünə aid edilməsi qət edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında tərəflərin izahatı və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 1i ərazisində yerləşən 0,3001 ha, 0,11 ha və 0, 05 ha torpaq sahələri X3 mülkiyyətində olmuş və 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 09.08.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 11.04.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə, 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi isə 14.09.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi və 25.07.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən İddiaçı satılmışdır. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi, üçüncü şəxslər İddiaçı və X4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş Çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13,29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, 152.1, 152.5, 157.2, 157.4 , Mülki Prosessual Məcəllənin 4.1, 14.2, 77.1, 82 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi ilə razı deyil, qətnamə məhkəmə tərəfindən tam araşdırma aparılmadan qəbul edilmişdir və ləğv edilməlidir. Bildirir ki, məhkəmənin gəldiyi nəticə səhvdir. Məhkəmə tərəfindən iddia tələbi üzrə tam araşdırma aparılmamış və məhkəmənin gəldiyi nəticə əsaslı və düzgün deyil. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19.10.2020-cil tarixli, 2(107)- 1563/2020 nömrəli qətnaməsi olmasına baxmayaraq, atası anası ilə faktiki nikah münasibətlərində olmasına dair 13.06.2017-ci il tarixdə qətnamə çıxarılmış, lakin, Şəki Apellyasiya Məhkəməsinin 11.07 2019-cu il tarixli qətnaməsi ilə həmin qətnamə ləğv edilmişdir. Deməli, onun Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsindəki payı ona məxsus olaraq qalmışdır. Bundan başqa qardaşı X7 ölmüş elan edilməsi barədə Zaqatala rayon Məhkəməsinin qətnaməsi də Şəki Apellyasiya Məhkəməsinin qətnaməsi ilə ləğv edilmişdir. Göyəm kəndində yerləşən 0,3001 ha torpaq sahəsində onun da payı qalmışdır. İddiaçı vicdanlı alıcı hesab olunmasına baxmayaraq ancaq X5 məxsus olan hissədən onun çıxarılmaq məsələsi həll oluna bilər. Lakin, burada torpaq sahəsinin naturada bölgüsü baş verməmişdir. Bundan başqa atası 0,06 ha torpaq sahəsindən 0,05 ha torpaq sahəsini satmışdır. Həmin torpaq sahəsində onun yaşadığı ev yerləşir. Qalan bir sot torpaqla bağlı yenə də naturada bölgü olmamışdır. Bütün göstərdiklərindən məhkəmənin məlumatı var və lazımi sənədlər məhkəməyə təqdim edilmişdir. Məhkəmə iddiaçıya bildirməli idi ki, o, birinci növbədə yerin naturada bölgü məsələsini həll etməli, yalnız ondan sonra məhkəməyə müraciət etməlidir. Lakin, məhkəmə tərəfindən göstərilənlərlə bağlı heç bir araşdırma aparılmadan düzgün olmayan qətnamə qəbul edilmişdir. Bildirir ki, məhkəmə tərəfindən Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qətnaməsi qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq edilməmiş və pozulmuşdur. Belə ki, məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29-cu maddələrinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.2-ci maddələrinin tələbləri pozulmuşdur. Bildirir ki, maddi hüquq normaları düzgün tətbiq edilmədiyindən və pozulduğundan tətbiq edilən prosessul hüquq normaları da pozulmuşdur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun gəlmir. Bütün sübutlar məhkəməyə təqdim edilmiş, lakin məhkəmə tərəfindən araşdırılmamışdır. Bu səbəbdən birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar yoxdur. Hesab edir ki, Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qətnaməsinin qəbul edilməsi nəticəsində cavabdeh kimi onun - Cavabdeh hüquqları pozulduğundan qətnamə ləğv edilməli və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Qeyd edilənlərə əsa nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, iddiaçı onun atasını aldadaraq alqı-satqı müqaviləsinə imza etdirib. Hesab edir ki, alqı-satqı müqaviləsi saxtadır. Onun qəti olaraq torpaqdan çıxmaq niyyəti yoxdur. Ona görə də apellyasiya şikayətinin təmin olunmasını xahiş edir.
20. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, onlar mübahisəli torpaq sahəsini qanuni alqı-satqı yolu ilə əldə etmişlər. Cavabdehin özünün də bu işlərdən xəbəri var. Hazırda torpaq sahəsi tam mülkiyyət hüququ ilə Lalənin adınadır. Lakin cavabdeh tərəf neçə illərdir ki, onun torpağından çıxmaq istəmir və onların mülkiyyət hüququnu pozur. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. 22.Azərbaycan Respublikası Mülki Məcəlləsi: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir 139.1. maddəsinə görə, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.5 və 152.6-cı maddələrinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 164.1-ci maddəsinin tələblərinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. 169.1-ci maddəsinin tələblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş hallarda mülkiyyət hüququ məhdudlaşdırıla bilər.
23. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz əmlakından maneəsiz, dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin marağı naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa öz əmlakından məhrum edilə bilməz
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
23. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı qətnamənin tam mübahisələndirərək, qətnamənin tam ləğv edilməsi və iddiasının təmin olıunmasını xahiş edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəf öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.
27. Məhkəmə kollegiyanın tədqiqi zamanı müəyyən edilmişdir ki, ünvan 1i ərazisində yerləşən 0,3001 ha, 0,11 ha və 0, 05 ha torpaq sahələri X3 mülkiyyətində olmuş və 0,05 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi 09.08.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi, 0,3001 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 11.04.2019-cu il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi, 0,11 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi isə 14.09.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi və 25.07.2017-ci il tarixli AN-İ seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsi əsasında İddiaçı satılmışdır. Cavabdeh Zaqatala rayon 2 saylı Notariat Ofisi, üçüncü şəxslər İddiaçı və X4 qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin şəhadətnamələr əsasında verilmiş alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, həmin alqı-satqı müqavilələrin əsasında verilmiş Çıxarışların ləğv edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
28. Apellyasiya şikayətinin dəlillərinə qiymət verən kollegiya bildirir ki, cavabdeh apellyasiya şikayətində mübahisəli torpaq sahəsinin ona məxsus olduğunu, həmin torpaq sahəsindən neçə illərdir istifadə etdiyini, həmçinin birinci instansiya məhkəməsi tərəfindən tam və ətraflı araşdırma aparılmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim etməmişdir.
29. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onun özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçının qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir.
30. Kollegiyanın araşdırması zamanı cavabdeh apellyasiya şikayətində heç bir torpaq sahəsini zəbt etmədiyini, həmin torpaq sahəsinin atası tərəfindən iddiaçıya saxta sənədlər əsasında satıldlğını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmiş, əksinə iş materiallarında olan sübutlarala müəyyən edilir ki, İddiaçı xüsusi mülkiyyətində olan Zaqatala rayonu, Göyəm kəndində yerləşən torpaq sahələri üzərində cavabdehin hər hansı hüquqa malik olmadığı halda, həmin torpaq sahələrinə daxil olmağa qoymamaqla müşayiət olunun qərəzli hərəkətlər iddiaçının həmin torpaq sahəsinə olan mülkiyyət hüquqularının məhdudlaşdırılmasına gətirib çıxarır. Ona görə də cavabdehin iddiaçıya məxsus əmlakdan iddiaçının faktiki istifadə etməsinə və ona sahiblik etməsinə qarşı yönəlmiş istənilən hərəkəti qanunsuz sayılmalı və cavabdeh tərəfindən yaradılan həmin maneələr aradan qaldırılmalıdır.
31. Bundan əlavə cavabdeh apellyasiya şikayətində sözügedən torpaq sahəsinin yenə də ona məxsusluğunu israra etsə də, nədənsə tərəflər arasında uzun müddət davam etmiş və bundan əvvəlki məhkəmə çəkişmələri üzrə qəbul olunmuş qətnamələri unudur və qətnamələrin icrasından əmələ gələn tələblərə riayət etmir.
32. Kollegiyanın tədqiqi zamanı həmçinin müəyyən edildi ki, İddiaçı xüsusi mülkiyyətində olan, barəsində mübahisə gedən torpaq sahələrindən istifadə və sahibliyə yönəlmiş torpaq sahəsinə daxil olmağa qoymamaqla müşayiət olunan qərəzli hərəkətlərə son qoyulması tələbi qanunvericiliyin tələblərinə tam uyğundur. Çünki mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır.
33. Beləliklə iş materiallarından görünür ki, nə birinci, nə də apellyasiya məhkəməsində cavabdeh torpaq sahəsinin onun mülkiyyətində olması barədə hər hansı sənədi məhkəməyə təqdim etməmiş, bu barədə məhkəməyə bildirməmişdir. Belə olan halda, onun kassasiya şikayətində yeni fakta istinad etməsi və mülkiyyətində olan torpaq sahəsi ilə bağlı müvafiq sənədi sübut kimi kassasiya baxışında təqdim etməsi qanunla yolverilməzdir 34.Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
34. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir
35. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı qismən təmin etməklə birinci instansiya məhkəməsi işin haktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 41.Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
Cavabdeh, onun nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli, 2(033)-29/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Ayaz Mahmudov