Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-333/2023 21.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Cаvаdоvа Günаy İsmаyıl qızı və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibarət tərkibdə; İddiaçı Ələsgər qızının cavabdeh Qəbələ rаyоn İcrа Hаkimiyyətinə, Qəbələ rаyоn Təhsil Şöbəsinə, Qəbələ rаyоn Kürd kənd tаm оrtа məktəbinə və Dövlət Sоsiаl Müdаfiə Fоndu Publik hüquqi şəxsinə qаrşı “həyаt yоldаşı və qızının işlə təmin оlunmаsı tələbinə dаir” mülki iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 05 mаy 2022-ci il tаrixli, 2(025)-723/2022 sаylı qərаrdаdındаn iddiаçı İddiaçı Ələsgər qızı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı Ələsgər qızı Cavabdeh2nə, Cavabdeh1nə, Qəbələ rayon Kürd kənd tam orta məktəbinə və Cavabdeh3nə qarşı “həyat yoldaşı və qızının işlə təmin olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qızı və həyat yoldaşının qərəzli şəkildə işsiz qaldığı illərin ümumi əmək haqqısının ödənilməsi və işlə təmin olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rаyоn Məhkəməsinin 05 mаy 2022-ci il tаrixli, 2(025)-723/2022 sаylı qərardadı ilə İddiaçı Ələsgər qızının Cavabdeh2nə, Cavabdeh1nə, Qəbələ rayon Kürd kənd tam orta məktəbinə və Cavabdeh3nə qarşı “həyat yoldaşı və qızının işlə təmin olunması” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiаçı İddiaçı Ələsgər qızı sözügedən qərardaddan narazı qalaraq şikayət vermişdir. Şikayətdə göstərilmişdir ki, onun məhkəməyə müraciət hüququ məhdudlaşdırılmış, iş araşdırılmadan iddia ərizəsi geri qaytarılmışdır. Qərardadın ləğv edilməsini və iddia ərizəsinin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rаyоn Məhkəməsinin 24 yanvar 2023-cü il tаrixli, 2(025)-723/2023 saylı qərardadı ilə həmin məhkəmənin 05 may 2022-ci il tarixli, 2(025)-723/2022 saylı qərardadından İddiaçı Ələsgər qızı tərəfindən verilmiş şikayət təmin edilməmiş və işlə birlkdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə tədqiq edib bu nəticəyə gəlir ki, şikayət təmin edilməməli, iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 05 mаy 2022-ci il tаrixli, 2(025)-723/2022 sаylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42.1-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 34.1-ci maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.1-ci maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə baxılır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbində iddiaçı cavabdehlərin üzərinə onun qızının və həyat yoldaşının işlə təmin olunması öhdəliyinin qoyulmasını xahiş edir. Lakin məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən Əmək müqavilələri sərbəst bağlanır. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Belə olan halda qeyd olunan tələbə məhkəmə qaydasında baxıla bilməz. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 4 nömrəli qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2ci maddəsi, habelə həmin Məcəllənin XV, XVİ, XVİİ və XVİİİ fəsillərinin aidiyyətlə bağlı müddəları rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi Mülki Prosessual Məcəlləsində nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, iddiaçı müxtəlif inzibati orqanlarının narazı olduğu hərəkət və hərəkətsizliyinə dair iddia ilə müraciət etmişdir. İddiaçının məhkəmə qaydasında həyat yoldaşı və qızının işlə təmin olunması xahiş etdiyi məsələ inzibati orqanın sərəncamı ilə təsdiq olunur. Bu isə tərəflər arasında inzibati mübahisə yaranmışdır ki, belə mübahisəyə baxılması ümumi məhkəmənin səlahiyyətinə aid deyildir. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni zamanda məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia ərizəsində özünün deyil, yaxın qohumlarının-ərinin və qızının hüquqlarının pozulduğunu bəyan edir. Belə olan halda onun əri və qızının pozulmuş və ya pozulması ehtimal olunan hüquqlarının müdafiəsi üçün müraciət hüququ vardır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Qəbələ Rаyоn Məhkəməsi 05 mаy 2022-ci il tаrixli, 2(025)-723/2022 sаylı qərardadından İddiaçı Ələsgər qızının verdiyi şikayət əsassızdır. Ona görə də şikayət təmin edilməməli və həmin qərardad dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа məhkəməsinin şikayətə baxarkən birinci instansiya məhkəməsinin qərаrdаdını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla kassasiya şikayəti verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsində apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayəti verilə bilən qərardadları göstərilmişdir. Həmin maddədə sadalanan qərardadlar siyahısında «iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul etməkdən imtina» barədə qərardad nəzərdə tutulmamışdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Ələsgər qızı tərəfindən verilmiş şikаyət təmin edilməsin. İş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 05 mаy 2022-ci il tаrixli, 2(025)-723/2022 sаylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Elçin Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-333/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-333/2023
21.02.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver