Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-333/2025 05.03.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsindən çıxarılma) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi vəkil X3 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(037)-1169/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi ilə İddiaçı 23 aprel 2010-cu il tarixdə notarial qaydada təsdiq edilmədən İsmayıllı rayonu Basqal kəndində yerləşən qarışıq mallar mağazasının alğı-satqısı barədə müqavilə bağlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 03 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6579/2024 nömrəli sorğuya cavab məktubuna əsasən həmin əmlakın kimin balansında olması barədə məlumat yoxdur. İddiaçı Cavabdeh həmin əmlakdan çıxarılmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı iddia ərizəsi ilə müraciət edərək cavabdehin İsmayıllı rayon İstehsal-İstehlak Kooperativindən aralarında 23 aprel 2010-cu ildə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satın aldığı, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasından çıxarılması və onun həmin qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin balansında olan, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, balans dəyəri 3200 manat olan, qalıq dəyəri olmayan ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasının binasını mövcud dəyərini ödəməklə 23 aprel 2010-cu il tarixdə satın almışdır. Cavabdeh isə mağaza binasının giriş qapısını qıfıllayaraq açarı özündə saxlamaqla ona vermir və onun istifadə hüququna maneçilik törədir. Dəfələrlə cavabdehdən məsələnin öz aralarında sülh yolu ilə həll olunmasını təklif etsə də, cavabdeh heç bir razılığa gəlmir və onun qanuni sahiblik və istifadə hüququnu pozmaqda davam edir. Cavabdehin İsmayıllı rayon İstehsal- İstehlak Kooperativindən aralarında 23 aprel 2010-cu ildə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satın aldığı, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasından çıxarılması və onun həmin qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir.
4. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, 2006-cı ildə mübahisəli qarışıq mallar mağazasının binasının qapısını və pilləkənini düzəltdirmişdir. Onun həmin mağazaya çəkdiyi xərclər var. İddiaçı həmin xərcləri qarşılayarsa öz aralarında bu məsələni həll edə bilərlər. Hal-hazırda sözügedən qarışıq mallar mağazasının binası heç kimin balansında deyil. Onun həmin yerə heç bir sənədi yoxdur. İddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir.
5. Üçüncü şəxsin nümayəndəsi Marifə Ağayeva izahat verərək göstərdi ki, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən, bazar meydanı adlanan ərazidə 8 mağaza tikilmişdir. Keçmiş zamanda işləyən şəxslərin varisləri həmin mağazaların özəlləşdirilməsi üçün müraciət edirlər. İş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, 23 aprel 2010-cu il tarixli müəssisənin (obyektin) alğı-satqı müqaviləsinə əsasən İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi tərəfindən İsmayıllı rayonu Basqal kəndində yerləşən qarışıq mallar mağazası İddiaçı satılmışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 25 iyul 2023-cü il tarixli, 3-21-3-42/2-Ö-0005-8/2023 nömrəli məktubda qeyd edilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna əsasən İsmayıllı rayon İstehsal- İstehlak Kooperativi mağaza binasını öz adına qeydiyyata aldıqdan sonra alğı-satqı müqaviləsi bağlana bilər. Bu səbəbdən İsmayıllı rayon Basqal qsəbəsində yerləşən mağaza binasını qeydiyyata almaq mümkün olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 21 oktyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5734/2024 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, X4 tərəfindən İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi mağaza binasınının özgəninkiləşdirilməsi, eyni zamanda həmin qeyri-yaşayış binasında hər hansı araşdırma işlərinin aparılıb-aparılmaması barədə məlumat aşkar edilməmişdir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 03 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6579/2024 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində qeyd olunan Basqal qəsəbəsində yerləşən “Qarışıq mallar mağazası” adı ilə mülkiyyət hüququ qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbəblə həmin əmlakın kimin balansında olması barədə məlumat yoxdur.
7. İddiaçı cavabdehin İsmayıllı rayon İstehsal-İstehlak Kooperativindən aralarında 23 aprel 2010-cu ildə bağlanmış alğı-satqı müqaviləsinə əsasən satın aldığı, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasından çıxarılması və onun həmin qeyri-yaşayış sahəsinə dair sahiblik və istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini əsassız hesab edir və təmin edilməməsini xahiş edir. Üçüncü şəxsin nümayəndəsi iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş edir.
8. Məhkəmə işin faktiki hallarına əsasən qeyd edir ki, iddianın hazırki vəziyyətdə qanuni həll edilməsini, yəni iddianın predmeti olan, İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən qarışıq mallar mağazasının kimin balansında olub-olmaması məsələsi təqdim edilmiş sübutlar əsasında araşdırılmalıdır.
9. İşin müəyyən olunmuş hallarından görünür ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6579/2024 nömrəli sorğuya cavab məktubu ilə müəyyən edilir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində qeyd olunan Basqal qəsəbəsində yerləşən “Qarışıq mallar mağazası” adı ilə mülkiyyət hüququ qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbəblə həmin əmlakın kimin balansında olması barədə məlumat yoxdur.
10. Məhkəm hesab edir ki, mübahisə predmeti olan mağazaya dair hüquqmüəyyənedici sənəd və həmin mağazanın özəlləşdirilməsi ilə bağlı mülkiyyətçi ilə alıcı arasında notarial qaydada alğı-satqı müqaviləsi olmalıdır. Hazırda sözügedən mağazanın mülkiyyət mənsubiyyəti müəyyən edilmədiyindən, həmin daşınmaz əmlakla bağlı hüquqların pozulmasını tələb etməkdə hazırki iddia tələbi üzrə iddiaçının subyektiv hüququ müəyyən edilmir.
11. İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(037)-1169/2024 saylı qətnaməsi ilə (hakim İlqar Hüseynov) iddia rədd olunmuş, İddiaçı Cavabdeh və üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə qarşı qeyri-yaşayış sahəsindən çıxarılma və istifadə hüququna edilən maneçiliklərə qadağa qoyulması tələbinə dair iddiası təmin edilməməsi, mülki iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144, 146, 152 və 178-ci maddələrinə istinad etmişdir.
13. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: 23 aprel 2010-cu il tarixli müəssisənin (obyektin) alğı-satqı müqaviləsi “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 25 iyul 2023-cü il tarixli, 3-21- 3-42/2-Ö-0005-8/2023 nömrəli məktubu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 21 oktyabr 2024-cü il tarixli, 3-21-3-42/2-5734/2024 nömrəli sorğuya cavab məktubu “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin 03 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6579/2024 nömrəli sorğuya cavab məktubu
14. Qətnаmədən nаrаzı qаlаn İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
15. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin balansında olan, İsmayıllı rayon Basqal qəsəbəsində yerləşən, 1970-ci ildə inşa edilmiş, balans dəyəri 3200 manat olan, qalıq dəyəri olmayan ümumi sahəsi 22 kv.metr olan qarışıq mallar mağazasının binasını mövcud dəyərini ödəməklə 23 aprel 2010-cu ildə satın almışdır. Beləliklə, həmin obyektə dair sahiblik və istifadə hüququ yaranmışdır. Lakin, məhkəmə bu alqı-satqı ilə bağlı tərtib olunmuş ilkin sənədləri və həmin sənədlər əsasında yaranmış sahiblik və istifadə hüququnun olmasını nəzərə almamışdır.
16. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(037)- 1169/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi vəkil X5 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(037)-1169/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
20. Üçüncü şəxs İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır. 144.2-ci maddəsinə əsasən sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. İddiaçı İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(037)- 1169/2024 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. Kollegiya qeyd edir ki, iddiaçının cavabdehə qarşı hazırki tələbi İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi ilə iddiaçı arasında bağlanmış 23 aprel 2010-cu il tarixli müəssisənin (obyektin) alğı-satqısı müqaviləsinə əsaslanır. Birinci instansiya məhkəməsi iddiaçının hazırki iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmadığına istinad etməklə iddianı rədd etmişdir. İddiaçı apellyasiya şikayətində İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi ilə iddiaçı arasında bağlanmış 23 aprel 2010-cu il tarixli müəssisənin (obyektin) alğı-satqısı müqaviləsinə əsasən mübahisəli əmlaka sahiblik və istifadə hüququ əldə etdiyinə istinad edir. Belə olan halda, məhkəmə tərəfindən araşdırılmalı olan məsələ həmin müqavilənin etibarlı olmaqla iddiaçıya mübahisəli əmlak üzərində hüquqlar verib-vermədiyidir. Məhkəmə təcrübəsində çoxlu sayda işlər mübahisəli halın təsbitinə dair qərarlar verilməklə həll olunur. Məsələn, “əqdin əhəmiyyətsiz sayılması və əşyanın qaytarılması”, “payın müəyyən olunması və ayrılması” kimi iddialara baxılarkən məhkəmə, əvvəlcə tələbin birinci hissəsinə münasibətdə məhz təsbit mahiyyətində qərar verir, ardınca nəticənin tətbiqinə dair ikinci tələbi həll edir. Bu kimi hallarda birinci tələbin mütləq qaydada iddia ərizəsində müstəqil bir tələb kimi göstərilməsi məcburi deyil. Yəni, məhkəmə nəticəyə yönəlik (məsələn, icarə obyektinin boşaldılması, əşyanın qaytarılması və s.) tələbi düzgün həll etmək üçün ilk növbədə bunun əsasında duran hüquqi faktı (məsələn, müqavilənin ləğv və ya etibarsız olub-olmamasını) tərəflər irəli sürməsələr də təsbit etməlidir. Məhkəmə təcrübəsindən məlum olduğu kimi, iddia ərizələrində mübahisəli hüquqi hadisənin təsbiti və onun nəticəsinin tətbiqi barədə tələblərin həm birlikdə (məsələn, müqavilənin etibarsız sayılması və əşyanın qaytarılması), həm də onlardan yalnız biri (misal üçün, müqavilənin etibarsız sayılması və ya əşyanın qaytarılması) göstərilməklə irəli sürülməsi hallarına rast gəlinir. Belə hallarda məhkəmə məsələyə formal yanaşmamalı, təsbit və nəticə xarakterli tələblərin vahid bir mübahisənin tərkib hissələri olduğunu diqqətdən kənarda saxlamamalı, tərəflərin çatmaq istədikləri hüquqi nəticəni müəyyənləşdirməli, onlar arasındakı ixtilafı tam və hərtərəfli araşdırmaqla həll etməlidir.
27. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, mübahisəli qeyri-yaşayış obyektinin (mağaza binası) kimin balansında olması müəyyən edilmir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin İddiaçı ünvanladığı 25 iyul 2023-cü il tarixli, 3-21-3-42/2-Ö-0005- 8/2023 nömrəli məktubda qeyd edilir ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna əsasən İsmayıllı rayon İstehsal-İstehlak Kooperativi mağaza binasını öz adına qeydiyyata aldıqdan sonra alğı-satqı müqaviləsi bağlana bilər. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi 03 dekabr 2024-cü il tarixli, 3-21-3-42/2-6579/2024 nömrəli sorğuya cavab məktubunda qeyd edir ki, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinin arxivində qeyd olunan Basqal qəsəbəsində yerləşən “Qarışıq mallar mağazası” adı ilə mülkiyyət hüququ qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Bu səbəblə həmin əmlakın kimin balansında olması barədə məlumat yoxdur. Bu o deməkdir ki, mübahisəli obyekt haqqında alqı-satqı müqaviləsi bağlayarkən həmin binanın satıcı İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinə məxsus olması təsdiq edilmir. Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin təsdiqlənməsi zamanı əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququ yoxlanılmalıdır. Mülki Məcəllənin 146.3-cü maddəsinə görə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır. Göründüyü kimi, mübahisəli müqavilə notarial qaydada təsdiq edilməməklə birlikdə, müqavilənin predmeti olan əmlaka satıcının sərəncam hüququnun olması da sübut edilmir. Belə olan halda, həmin müqavilə etibarlı olmaqla iddiaçıya mübahisəli əmlak üzərində sahiblik və istifadə hüquqları verməsi hesab edilə bilməz. Apellyasiya şikayətinin dəlilləri əsassızdır.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(037)-1169/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2(037)-1169/2024 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.