Məhkəmə qərarları › İş №2(107)-337/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-337/2020

09.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-337/2020 09.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, iddiaçı "İddiaçı" MMC-nin (bundan sonra iddiaçı) vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh (bundan sonra cavabdeh) və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçının cavabdehə qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Şəki Rayon Məhkəməsində cavabdehə qarşı iddia qaldıraraq cavabdehdən 7919,89 (yeddi min doqquz yüz on doqquz manat səksən doqquz qəpik) manat borcun, əldən çıxmış faydanın əvəzi olaraq, hər aya 1 faiz olmaqla, 19 aya görə borcun 19 faizi həcmində, yəni 1.504,77 (bir min beş yüz dörd manat yetmiş yeddi qəpik) manatın, vurulmuş mənəvi zərərə görə 500 manat təzminatın və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçıya verilməsi barədə qətnamə, Cavabdeh əməllərinə hüquqi qiymət verilməsinə dair isə xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin (hakim E.Mehdiyev) xx xxxxxx 2019-cu il tarixli 2(075)- 173/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 7916,79 manat maddi ziyanın və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı «xxxx” MMC-yə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, cavabdehdən 30 manat dövlət rüsumunun tutularaq «xxxx” MMC-yə qaytarılması qət edilmişdir. Cavabdeh apelyаsiyа şikаyəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmiş, lakin Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi isə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Şəki Apelyasiya Məhkəməsinin qeyd olunan qətnaməsindən kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilmişdir. İŞİN HALLARİ İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx xxxx 2016-cı ildə əmək müqaviləsi bağlanmış və Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə “xxxx” MMC-dən, ümumilikdə 64.601,73 manat dəyərində müxtəlif növ uşaq bezləri və qida məhsulları almışdır. Aralarında bağlanmış müqavilənin şərtinə görə, Cavabdeh aldığı malın dəyərini 30 gün gec olmamaq şərti ilə ödəməli idi. Qeyd olunan dövrdə cavabdeh satışdan 56.681,84 manat məbləğində pulu cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. Nəticədə xx xxxxxx 2017-ci il tarixə cavabdehin maddi məsuliyyətində 7.919,89 manat borc mal qalığı qalmışdır. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən “xxxx” MMC-nin direktoru X7 ilə Auditorlar Palatası arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 00021 saylı müqavilə əsasında xx xxxx 2016-cı il tarixdən xx xxxxxx 2016-cı il tarixlərini əhatə edən dövr ərzində satış nümayəndəsi işləmiş Cavabdeh fəaliyyətinə dair aparılmış araşdırmaya dair tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli aktda Cavabdeh “xxxx” MMC-yə 7.919,89 manat borcunun-mal qalığının qaldığı təsdiq edilmişdir. Cavabdeh şifahi və rəsmi qaydada xəbərdarlıq edilərək onun maddi məsuliyyətində “xxxx” MMC-yə ödənilməsi lazım gələn 7.919,89 manat borcun qaldığı və həmin borcun ödənilməsi bildirilsə də, Cavabdeh hər dəfə qalıq borcunu ödəyəcəyini bildirmiş, lakin bu günə kimi heç bir ödəniş həyata keçirməmişdir. Həmin vəsait vaxtında qaytarılmış olsa idi, “xxxx” MMC dövriyyədən xeyli fayda əldə etmiş olardı. Cavabdehin öhdəliklərini vaxtında icra etməməsi nəticəsində “xxxx” MMC-yə xeyli miqdarda ziyan dəymişdir. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsi tələb üzrə yuxarıda göstərilən nəticəyə gəlmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apelyasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsini qeyri-obyektiv, birtərəfli, qərəzli, qanunsuz və ədalətsiz hesab edir. Belə ki, məhkəmə işin hallarını hərtərəfli və obyektiv araşdırmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün əhəmiyyətli olan bütün halları aydınlaşdırmamışdır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmamış, iddiaçı tərəfindən iddianın əsası ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmişdir. Belə ki, işdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən və əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, “xxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmış və o, həmin MMC-yə satış üzrə nümayəndə vəzifəsinə qəbul edilmişdir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı məhz Cavabdehla xx.xx.2016-cı il tarixdə əmək müqaviləsi bağlanmasını iddia etmiş və audit yoxlanmasınında xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə keçirilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli audit yoxlanılmasının keçirilməsi barədə aktdan da görünür ki, Cavabdeh barəsində audit yoxlanılması xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixdək olan dövrü əhatə etmişdir. Ancaq iş materialları ilə Cavabdeh xx.xx.2016-cı il tarixdə həmin MMC-də işləməsini təsdiq edən sübut olmamışdır. 2016-cı ilin sonunda onun özünün iştirakı ilə “xxxx’’ MMC-nin auditləri olan Elşad və Azər adlı şəxsərin iştirakları ilə audit yoxlanılması keçirilmişdir. Həmin audit yoxlanılmasında onun şirkətə hər hansı borcunun olmadığı müəyyən edilmiş və bu barədə audit yoxlanılmasını həyata keçirən şəxslər tərəfindən müvafiq akt tərtib edilmişdir. Birinci instansiya məhkəməsinə vəsatət verilərək həmin şəxslərin (Elşad və Azər) məhkəmə iclasına şahid kimi dəvət edilərək dindirilmələri, Cavabdeh iştirakı ilə keçirilmiş audit yoxlanılmasının nəticələrinin əldə edilməsi xahiş edilmişdir. Məhkəmə həmin vəsatətlərə hüquqi qiymət verməmişdir. İşdə olan işçilərin ştat cədvəlindən görünür ki, X9 MMC-də auditor vəzifəsində işləmişdir. Məhz cavabdeh özü də bildirir ki, onun iştirakı ilə barəsində audit yoxlanılması keçirilmiş və onun MMC-yə heç bir borcu qalmamışdır. Ancaq nədənsə MMC həmin audit yoxlanılmasının nəticələrini məhkəməyə qərəzli olaraq təqdim etməmişdir. Əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən işdən azad edilmiş və əmək kitabçası rəsmi qaydada ona təqdim edilmişdir. Əgər onun MMC-yə hər hansı borcu qalmış olsaydı, onu həmin maddə ilə işdən azad etməzdilər və rəsmi qaydada əmək kitabçasını ona təqdim etməzdilər. Belə ki, işdən azad ediləndən bir həftə əvvəl onunla təhvil-təslim aparılmışdır. İşdən də görünür ki, Cavabdeh xx.xx.2017-ci ildə Əmək Məcəlləsinin 68.2 a) bəndinə əsasən (yəni tərəflərin birinin təşəbbüsü ilə) işdən azad edilir və üzərindən bir ildən artıq müddət keçəndən sonra şəxsin özünün iştirakı olmadan barəsində audit yoxlanması keçirilir və barəsində akt tərtib ediləməklə onun üzərinə əsassız olaraq 7.916,79 manat borc yazılır. xx.xx.2018-ci il tarixli audit yoxlanılmasının keçirilməsi barədə aktdan görünür ki, həmin aktdan Cavabdeh ümumiyyətlə xəbəri olmamış və akt onun tərəfindən imzalanmamışdır. Məhkəmə qətnamədə qeyd edir ki, xx.xx.2018-ci il tarixdə cavabdehin yaşadığı ünvana MMC tərəfindən teleqram göndərilmiş və xx.xx.2018-ci il tarixə kimi gözləniİsə də, naməlum səbəblərdən iştirak etməmişdir. Ancaq işdən göründüyü kimi, Cavabdeh həmin teleqramdan xəbəri olmamışdır. Bundan başqa, xx.xx.2017-ci il tarixdə akt tərtib edilmiş Cavabdeh MMC-yə xx.xx.2017ci il tarixə 7.919,89 manat borcu olması müəyyən edilmişdir. Həmin aktdan Cavabdeh xəbəri olmamış və akt onun tərəfindən imzalanmamışdır. Bundan əlavə, cinayət işinin başlanılmasının rədd edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Prokurorluğunun xx xxxxxx 2017-ci il tarixli qərarından da görünür ki, prokurorluqda Cavabdeh ümumiyyətlə izahatı alınmamış və cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2019-cu il tarixdə MMC-yə sorğu verilmişdir. Sorğuda: 1. Cavabdeh xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixə kimi “xxxx” MMCdə rəsmi qaydada işləməsini təsdiq edən sənədlərin təsdiq edilmiş surətlərini; 2. “xxxx” MMC ilə Cavabdeh arasında xx.xx.2016-cı ildə əmək müqaviləsi bağlandığı halda onun barəsində audit yoxlanılmasının məhz niyə xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixdək olan dövrü əhatə etməsi barədə məlumatların təsdiq edilmiş surətlərini; 3. Cavabdeh iştirakı ilə 2016-cı ilin sonunda “xxxx” MMC-nin auditləri Elşad və Azər adlı şəxsərin iştirakları ilə audit yoxlanılmasının keçirilməsi barədə lazım olan sənədlərin, həmçinin onun şirkətə borcunun olub-olmaması və marketlərdə nisyə qalığının olubolmaması barədə (aktlar və arayışlar) sənədlərin təsdiq edilmiş surətlərini; 4. Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 a) bəndinə əsasən işdən azad edilməsinə əsas olan sənədlərin (əsas özünün ərizəsinin) təsdiq edilmiş surətini; 5. Cavabdeh 2017-ci ilin yanvar ayında işdən azad edilərkən onunla aparılan təhvil-təslim aklarının təsdiq edilmiş surətlərini, həmçinin 2017-ci ilin yanvar ayında işdən azad edilərkən onun şirkətə borcunun olub-olmaması barədə məlumatların təsdiq edilmiş surətlərini; 6. Cavabdeh 2017-ci ilin yanvar ayında işdən azad ediləndən məhz 1 il sonra niyə onun barəsində onun iştirakı olmadan audit yoxlanılmasının keçirilməsi barədə məlumatın; 7. Cavabdeh işlədiyi dövrdə, yəni xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixdək olan müddətdə malların götürülməsi və təhvil verilməsi barədə fakturaların təsdiq edilmiş surətlərinin təqdim edilməsi xahiş edilmişdir. Ancaq bir aydan artıq müdət keçməsinə baxamayaraq, həmin sorğuya MMC tərəfindən rəsmi cavab verilməmişdir. Ona görə də, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)-173/2019 nömrəli qətnaməsi ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Cаvаbdehin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinə əlavə təqdim edərək göstərmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Cavabdeh xx.xx.2016-cı il tarixli əmək müqaviləsinə əsasən, "xxxx“ MMC-yə firmanın nümayəndəsi, satış üzrə nümayəndə vəzifəsinə qəbul edilmişdir. Cavabdehin əmək funksiyaları ondan ibarət olmuşdur ki, firmanın nümayəndəsi qismində firmaya məxsus malları alıcıya çatdırsın. Cavabdehin qeyd olunan funksilayarını lazımca yerinə yetirməməsi sübuta yetirilərsə o halda əmək müqaviləsinə uyğun olaraq öz vəzifəsi çərçivəsində maddi məsuliyyət daşıyır. Cavabdehin əmək müqaviləsinə görə iddiaçıdan götürdüyü mallara görə maddi məsuliyyəti o halda yarana bilər ki, cavabdeh həmin malları alıcıya çatdırmasın. Hansıki, cavabdeh bütün malları alıcılara çatdırıb. Cavabdehin ümumiyyətlə iddiaçıdan götürdüyü mallara görə maddi məsuliyyət daşıması o halda ola bilər ki, tərəflər arasında maddi məhsuliyyət barədə əlavə xidməti müqavilə olsun. Hansı ki, o müqavilə tərəflər arasında mövcud deyil. Ümumiyyətlə, həmin xidməti müqavilə mövcud olsaydı belə, cavabdeh artıq iddiaçının rəsmi işçisi olduğundan onunla əlavə xidməti müqaviləsi (hansında ki, maddi məsuliyyət barədə öhdəlik olardı) bağlanması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olardı. Yəni, cavabdeh firmanın satış üzrə nümayəndəsi vəzifəsində çalışdığından, onun əmək funksiyası, iddiaçıya məxsus malları alıcaya çatdırmaqdan ibarət olmuş və cavabdeh bu öhdəliyi lazımca yerinə yetirmişdir. Alıcıların həmin malların dəyərini ödəməməsinin və yaxud gec ödəməsinin cavabdehə heç bir aidiyyəti yoxdur, bu məsələ iddiaçı ilə alıcıların arasında olan münasibətlərdir. İddiaçı qeyd edir ki, cavabdeh xx.xx.2016-cı ildən xx.xx.2016-ci ilədək cəmiyyətdən ümumilikdə 64.601,73 manat dəyərində müxtəlif növ uşaq bezləri və qida məhsulları almışdır. Lakin həmin məbləği təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. Bundan başqa, cavabdeh xx.xx.2016-cı ildə əmək müqaviləsi bağladığı təqdirdə hesablama xx.xx.2016-ci il tarixdən başlanılıb. Hansıki, cavabdeh həmin vaxt şirkətdə işləməyib. İddiaçının iddiasının əsasını təşkil edən xx.xx.2017-ci il tarixli audit yoxlama aktına əsasən cavabdehin xx.xx.2016-ci ildən xx.xx.2016-cı ilədək iddiaçıya 7919.89 manat borcu qalmışdır. Lakin həmin aktın hansı hüquq müəyyənedici sənədlər əsasında tərtib edildiyi, hesabatın hansı üsulla aparıldığı qeyri-müəyyəndir. Belə ki, eyni tərkibli, eyni şirkətin verdiyi xx.xx.2018-ci il tarixli akta əsasən cavabdehin xx.xx.2016-ci ildən xx.xx.2016-cı ilədək iddiaçıya 7916,79 manat borcu qalmışdır Görünüyü kimi, eyni şirkətin müxtəlif vaxtlarda apardığı audit yoxlamasının nəticələri fərqlidir. Bu da həmin aktların həqiqətə uyğun olmasını şübhə altına alır. Həmin aktlar ümumiyyətlə sübut qismində çıxış edə bilməz. Ona görə də Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(075)173/2019 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməməldir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında izahat verən Cavabdeh bildirmişdir ki, “xxxx” MMCdə satış təmsilçisi işləmişəm. Vəzifəm malı götürüb dükanlara satmaq olub. Mənim işimə malı tərifləmək, vitrinə yerləşdirmək daxil idi. Mən malı satırdım və dükanların VOEN-ləri və sənədlərini şirkətə təhvil verirdim. Şirkət isə audit şöbəsi vasitəsi ilə dükanlardan pul yığırdı. Mən işdən çıxanda dedilər ki, ixtisar var. Onda şirkət malın hamısını məndən təhvil alıb. Mən malı almırdım. Sürücü ilə böyük maşına oturub malı satırdım. Həmin vaxt şirkət yeni açılmışdı, onun malını tanıtmaq, malı vitrinə yerləşdirmək lazım idi, bunun üçün də mənim kimi adamlar lazım idi. Mən malı şirkətdən götürmürdüm, mal yüklənirdi maşına, mən maşına oturub dükanlara gedirdim. Malları götürüb dükanlarda vitrinlərə düzürdüm, hər həftənin axırında audit şöbəsindən Elşad Hətəmov və Azər adlı şəxs malı yoxlayıb dükandan pulu götürürdu. Yazılı formada olduğuna görə mən hər dükana nə qədər mal payladığımı bilirdim. Biz satılmayan malları dükandan götürürdük, satılan mallara görə audit şöbəsi pulu götürürdü. Elə hallar olurdu ki, mən, ya da sürücü auditlərin xahişi əsasında pulu dükanlardan alıb şirkətə verirdik. Mən malı şirkətdən götürmürdüm, malı dükanlara təhvil verirdim. Mənim şirkətə borcum yoxdur. Hamısını audit Elşad Hətəmova təhvil verib işdən çıxmışam. 2-3 aydan sonra mənə Bakı şəhəri Nəriman Rayon Prokurorluğundan zəng vurub dedilər ki, mənim borcum var. Araşdırma zamanı audit Hətəmov borcumun olmadığını təsdiq edib. Mənə aid etmək istədikləri pul məbləği dükanların şirkətə olan borcdur. İşdən çıxarılmazdan əvvəl fəaliyyətimdə olan nöqsanlar adı ilə mənə xəbərdarlıq edilməyib. Sadəcə ixtisar olacağımı mənə deyiblər. Malı təhvil verdikdən sonra dükana növbəti gəlişimizdə malı yoxlayırdım, əksik olduqda, malı tamamlayırdım, vitrin düzəldirdim. Dükanlara verilən malların pulunu isə audit şöbəsi alırdı. Buna görə Elşad Hətəmov gəlirdi. Mallara görə verilmiş qaimə-fakturaları şirkətə təhvil verirdik. Mən malı dükana təhvil verdikdən sonra audit şöbəsi bir həftə ərzində bu pulun yığılmasını təşkil edirdi. Audit şöbəsində Elşad Hətəmov və Azər adlı şəxs işləyirdi. Mənim işim malı götürüb dükanlara tanıtmaq idi. Audit şöbəsinin vəzifəsi pulu yığmaq və yoxlamaq olmuşdur. Audit şöbəsində işləyənlər şirkətin etibarlı adamları olub. Satış təmsilçisinə etibar etmirdilər. Audit şöbəsi heç olmasa həftədə bir dəfə mal payladığımız mağazaya gedirdi. Biz hər həftə ora getməyə bilərdik, amma auditlər gedirdi, çünki auditlərdə dükanların VÖEN-ləri və sənədləri var idi. Audit şöbəsi dükanlardan pulu götürməsini xahiş edəndə biz bunu edirdik. Hər bir şirkətdə həm audit şöbəsi, həm də satış nümayəndələri var. Malın məsuliyyətini şirkət daşıyırdı. Biz maşını özümüzdə saxlamırdıq. Saat 18:00-a qədər işləyib maşını şirkətin həyətinə qoyurduq. Kağızları, fakturaları təhvil verib çıxırdıq. Malın götürülməsi, dükanlara verilməsi barədə şirkətə məlumat verirdik. Mala görə ödənilən pula mən cavabdeh deyildim. Şirkət pulun ödənilməsini məndən tələb etməmişdir. Onlar bir dəfə zəng vurub dükanlardan pul yığılmasına kömək etməyi məndən xahiş etdilər. Mən də rayonda olduğumu, işldəyimi, Bakıda qalmağa evimin olmadığını bildirdim. İddiaçıya qalıq məbləğini yaxın müddətdə ödəyəcəyimə söz verməmişdim. Mənə xəbərdarlıq edilməyib, bir dəfə Nərimanov Rayon Prokurorluğunun müstəntiqi məni çağırıb məsələni araşdırdı və məni buraxdılar. Ona görə də apelyasiya şikayətimin təmin olunmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, apelyasiya şikayətinin təmin olunmasını, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, biz Ali Məhkəmənin apelyasiya məhkəməsi qarşısında qoyduğu konkret məsələnı araşdırırıq. Həmin araşdırma tam maddi məsuliyyət müqaviləsinin olubolmaması ilə bağlıdır. Belə ki, iddiaçının nümayəndəsi Ali Məhkəmənin iclasında həmin müqavilənin tərəflər arasında imzalandığını bildirmiş, müqavilə iş materiallarında olmadığına görə iş həmin hissədə araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Biz də faktiki olaraq bir neçə iclasdır ki, bunu tədqiq edirik. Qeyd olunan müqavilənin cavabdeh tərəfindən imzalanmıb-imzalanmamasını müəyyən etmək üçün xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyində göstərilir ki, həmin müqavilədə olan imza cavabdehə məxsusdur. Faktiki olaraq işin mahiyyəti bundan ibarətdir və cavabdehin borcunun məbləği audit yoxlanışı və qaimələr əsasında müəyyən edilib. Həmin müqavilənin tərəflər arasında bağlandığı tam sübuta yetirildiyindən, apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına əsasən, apelyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası MPM-in 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq, apelyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apelyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apelyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və apelyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Belə ki, işdə olan sübutlardan, yəni: Cavabdehə məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Cavabdeh xx xxxxx 2016-cı ildə "İddiaçı” MMC-də satış üzrə nümayəndə vəzifəsinə işə qəbul edilmiş və o xx xxxxxx 2017-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə əsasən tutduğu vəzifədən azad edilərək əmək müqaviləsinə xitam verilmişdir. “xxxx” MMC-nin direktoru, Auditorlar Palatasının üzvü Misir Əhmədov, “xxxx” MMC-nin aiditoru Rasim Heydərov və “xxxx” MMC-nin direktoru Rahiyə Vəliyeva tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli aktda göstərilmişdir ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilən xx.xx.2014-cu il tarixli 080794 saylı lisenziyaya əsasən fəaliyyət göstərən “xxxx” MMC-nin direktoru, Auditorlar Palatasının üzvü X11 ilə İddiaçı MMC-nin direktoru X8 ilə bağlanmış xx xxxxxx 2016-cı il tarixli 00021 saylı müqaviləyə əsasən "İddiaçı” MMC-də xx xxxx 2016-cı ildən xx xxxxxx 2016-cı ilədək olan dövrdə satış nümayəndəsi vəzifəsində işləmiş Cavabdeh fəaliyyətinə dair araşdırma aparılmış və aşağıdakılar müəyyən edilmişdir: Audit yoxlaması təsərrüfat subyekti tərəfindən təqdim olunmuş sənədlər əsasında aparılmış və həmin sənədlərin düzgünlüyünə təsərrüfat subyektinin rəhbərliyi məsuliyyət daşıyır. Audit əhatə olunan dövr ərzində cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə aşağıdakı şəxslər cavabdeh olmuşlar: X1 xx.xx.2016-cı ildən xx.xx.2016-cı ilə kimi, mühasib X12 xx.xx.2016 ci il tarixdən xx.xx.2016 cı il tarixə kimi. Cəmiyyətin hüquqi ünvanı: ünvan 1 xidməti Azərbaycan Respublikası X3 2005-ci il 19 yanvar tarixli 144/2 saylı qərarı ilə təsdiq edilmiş və X3 2008-ci il 27 may tarixli 192/4 saylı və 2009-cu il 29 may tarixli 200/5 saylı qərarları ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla təstiq edilmiş beynəlxalq audit standartlarının tələblərinə uyğun olaraq audit aparılmasına dair proqrama əsasən yaradılmışdır. İddiaçı MMC-nin Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində xx.xx.2015-ci ildə dövlət qeydiyyatına alınaraq ********** nömrəli VÖEN şəhadətnaməsi verilmişdir. İddiaçı MMC-nin nizamnaməsinə əsasən nizamnamə kapitalı 50 manatdır. Cəmiyyətin təsisçisi X2 - 100%. Cəmiyyətin qanuni təmsilçisi X5r. Audit yoxlaması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı MMC-nin xx xxxx 2016cı il tarixli 07 saylı əmrilə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. xx xxxx 2016-cı ildə onunla əmək müqaviləsi və tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır. Əmək Müqaviləsinin 5-ci bəndində tərəflərdən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı surətdə maddi-məsuliyyət daşıması qeyd edilmişdir. MMC-yə məxsus malları ambardan qəbul edib alıcılara satıb malın pulunu cəmiyyətin kassasına təhvil verənə kimi tam maddi məsuliyyət daşıyır. Qeyd olunanlara baxmayaraq, Cavabdeh onunla bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş, ambardan qəbul etdiyi malların pulunu cəmiyyətin kassasına tam təhvil verməmişdir. Yoxlamaya Cavabdeh işlədiyi xx xxxx 2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə təqdim olunmuş mühasibat uçot sənədlərinə əsasən maddi-məsuliyyətinə qəbul etdiyi mallar üzrə dövriyyə cədvəli tərtib olunmuşdur. Tərtib olunmuş həmin cədvəldən müəyyən olunmuşdur ki, Cavabdeh ambardan, ümumilikdə 64.601,73 manat məbləğində mal qəbul etmişdir. Qeyd olunan dövrdə satışdan 56.681 manat 84 qəpik məbləğində pulu cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. Nəticədə xx.xx.2017-ci il tarixə Cavabdeh maddi məsuliyyətində 7.919 manat 89 qəpik mal qalığı qalmışdır. Təhlil zamanı 7.919 manat 89 qəpik malın hansı müştərilər və ya mal qruplarından Cavabdeh hesabında qalmasına dair audit yoxlaması zamanı qruplaşma cədvəli tərtib edilmişdir. Həmin cədvələ əsasən son nəticədə borclu şəxslər üzrə xx.xx.2016-cı il tarixə müəyyən olunmuşdur ki, Cavabdeh borcu qalan şəxslər üzrə 14.526 manat 14 qəpik məbləğində satdığı maldan 2.540 manat 96 qəpik geri qaytarmış, 4.068 manat 39 qəpik satış pulu kimi kassaya təhvil vermiş və 7.916 manat 79 qəpik mal uçot məlumatlarına əsasən Cavabdeh maddi məsuliyyətində qalmışdır. Dəfələrlə Cavabdeh rəsmi və şifahi xəbərdarlıq edilərək onun maddi məsuliyyətində qalmış 7.916 manat 79 qəpik vəsaitin ödənilməsi tələb olunsa da, o, hesabında qalmış 7.916 manat 79 qəpik çatışmazlığın yaxın günlərdə ödəyəcəyini vəd etsə də, hazırki tarixə kimi həmin borc vəsaitinin ödənilməsinə dair hər hansı bir nəticə olmamışdır. Cavabdeh iştrakı ilə həmin çatışmazlığın yenidən araşdırılması məqsədi ilə xx xxxxxx 2018-ci ildə onun yaşadığı ünvan 2 ünvana, qeydiyyatda olan ünvana teleqram göndərilmişdir. xx xxxxxx 2018-ci il tarixə kimi gözlənilsə də, naməlum səbəbdən gəlib iştirak etməmişdir. Qeyd olunanlardan əlavə, kassasiya qaydasında işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası Şəki Apelyasiya Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsini ləğv edərkən göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndindən göründüyü kimi, işçinin əmək funksiyalarının yerinə yetirilməsi ilə bağlı işəgötürənə vurduğu zərərə görə tam maddi məsuliyyəti, onlar arasında işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında yazılı müqavilənin olması ilə şərtləndirilmişdir Apelyasiya instansiyası məhkəməsi isə bu maddi hüquq normasına istinad etsə də, cavabdehin belə bir müqavilənin aralarında bağlanmaması ilə bağlı bildirdiklərinə rəğmən tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin mövcudluğu məsələsini aydınlaşdırmadan vurulmuş zərərin əvəzinin tam şəkildə cavabdehdən tutulmasına dair səhv nəticəyə gəlmişdir. Halbuki, Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən tam maddi məsuliyyət haqqında müqavilənin bağlanmaması işçinin öz əmək funksiyalarının icrası ilə bağlı vurduğu zərərə görə məsuliyyəti aldığı bir aylıq orta əmək haqqı həddi ilə məhdudlaşdırılmışdır. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlərin həmin işə yenidən baxan məhkəmə üçün məcburi olmasından (MPM-in 420-ci maddəsi) çıxış edən məhkəmə kollegiyası işin qeyd olunan halını araşdırmış və tərəflər arasında xx xxxxx 2016-cı ildə bağlanmış tam maddi məsuliyyət haqqında müqavilə məhkəmə kollegiyasına təqdim olunmuşdur. Həmin müqvilədə göstərilmişdir ki, işçi aşağıdakı vəzifələri yerinə yetirməlidir: -təşkilatın kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin edir və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər verir və təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görür; -kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun olaraq həyata keçirir; -formalaşdırdıqları pul bağlamalarında kənarlaşmaya (artıqgəlmə, əskikgəlmə və s.) yol vermir; -ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin edir; -qiymətlilərin mühafizəsi, daşınması, salanması və sair əməliyytaların aparılması habelə qiymətlilərlə bağlı digər xidməti məlumatları səlahiyyətli vəzifəli şəxslər dairəsindən kənara yaymır; -ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün normativ xarakterli aktlarda nəzərdə tutulan vəzifələri yerinə yetirir.

2. İşçi bu barədə müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam madi məsuliyyət daşıyır. Müqavilə təqdim olunduqdan sonra cavabdeh məhkəmə kollegiyasının xx xxxxxx 2020ci ildə keçirilən iclasında maddi məsuliyyət barədə müqavilənin onun tərəfindən imzalanmadığını və oradakı imzanın ona məxsus olmadığını bildirərək, xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Ona görə də müqavilənin 2-ci səhifəsinin sonunda “İşçi” sözündən sonra icra edilmiş imza və əlyazma ilə yazılmış “Cavabdeh” sözlərinin həqiqətən Cavabdeh tərəfindən icra edilib-edilməməsini müəyyən etmək məqsədilə məhkəmə kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və bununla bağlı məhkəmə kollegiyasına təqdim edilmiş xx xxxxx 2020-ci il tarixli 4/129 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim olunmuş xx xxxxx 2016-cı il tarixli tam maddi məsuliyyət haqqında müqavilədə “İşçi” qrafasındakı “Cavabdeh” yazıları və imza Cavabdeh tərəfindən icra edilmişdir. Beləliklə, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, cavabdeh İddiaçı MMC-nin xx xxxxx 2016-cı il tarixli 07 nömrəli əmri ilə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş və iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə əsasən, cavabdeh xx xxxx 2016-cı ildən xx xxxxxx 2016-cı ilədək "İddiaçı” MMC-də satış nümayəndəsi vəzifəsində işləmiş, əmək müqaviləsinin tələbinə uyğun olaraq Cavabdeh iddiaçı tərəfindən məhsulların satışı həvalə olunmuşdur. Bundan əlavə, xx xxxxx 2016-cı ildə tərəflər arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, cavabdeh üzərinə təşkilatın kassasında olan nağd pulun və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin qorunmasını təmin etmək və onlara təhlükə yaradan hallar barədə rəhbərliyə vaxtında xəbər verməyi, təhlükənin qarşısını almaq üçün öz imkanı daxilində lazımi tədbirlər görməyi, kassada nağd pulun və digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun olaraq həyata keçirməyi, ona etibar edilmiş nağd pul və digər qiymətlilərin mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını təmin etməyi, ona etibar edilmiş əmlakın, o cümlədən nağd pulun və digər qiymətlilərin qorunub saxlanması üçün normativ xarakterli aktlarda nəzərdə tutulan vəzifələri yerinə yetirməyi, bu barədə müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam madi məsuliyyət daşıyacağını üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsi isə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, Cavabdeh işdən azad edildikdən sonra onun fəaliyyətinə dair araşdırma aparılmışdır. Cavabdeh “İddiaçı ” MMC-nin xx xxxx 2016-cı il tarixli 07 saylı əmrilə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. xx xxxx 2016-cı il tarixdə onunla əmək müqaviləsi və tam maddi məsuliyyət barəsində müqavilə bağlanmışdır. Əmək Müqaviləsinin 5-ci bəndində tərəflərdən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı surətdə maddi-məsuliyyət daşıması qeyd edilmişdir. MMC-yə məxsus malları ambardan qəbul edib alıcılara satıb malın pulunu cəmiyyətin kassasına təhvil verənə kimi tam maddi məsuliyyət daşıyır. Qeyd olunanlara baxmayaraq, Cavabdeh onunla bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş, ambardan qəbul etdiyi malların pulunu cəmiyyətin kassasına tam təhvil verməmişdir. Yoxlamaya Cavabdeh işlədiyi xx xxxx 2016- cı ildən xx.xx.2016-cı il tarixədək olan dövrdə təqdim olunmuş mühasibat uçot sənədlərinə əsasən maddi məsuliyyətinə qəbul etdiyi mallar üzrə dövriyyə cədvəli tərtib olunmuşdur. Tərtib olunmuş həmin cədvəldən müəyyən olunmuşdur ki, Cavabdeh ambardan, ümumilikdə 64.601 manat 73 qəpik məbləğində mal qəbul etmişdir. Qeyd olunan dövrdə satışdan 56.681 manat 84 qəpik məbləğində pulu cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. Nəticədə xx.xx.2017-ci il tarixə Cavabdeh maddi məsuliyyətində 7.916,79 manat mal qalıqı qalmışdır. Buna görə də «xxxx” MMC ödənilməmiş borcunu cavabdehdən tələb etməkdə haqlıdır. Lakin həmin akta əsasən Cavabdeh «xxxx” MMC-yə ödənilməmiş 7.919,89 manat deyil, 7.916,79 manat çatışmazlığının olduğu müəyyən edilir. Buna görə də məhkəmə iddia tələbinin 7.919,89 manat pul tələbi ilə bağlı hissəsinin 7.916,79 manatına dair hissəsini əsaslı hesab edir. İddia tələbinin əldən çıxmış faydanın əvəzi olaraq, hər aya 1 faiz olmaqla, 19 aya görə borcun 19 faizi həcmində, yəni 1.504,77 manatın, vurulmuş mənəvi zərərə görə cavabdehdən 500 manat təzminatın tutulması ilə bağlı hissəsinin əsaslı olmasını təsdiq edəcək hər hansı bir sübutun məhkəməyə təqdim edilməməsini nəzərə alaraq məhkəmə iddia tələbinin həmin hissəsini əsaslı hesab etmir. Cavabdeh isə apelyasiya şikayətində əsas dəlil kimi göstərmişdir ki, birinci instansiya məhkəməsi heç bir araşdırma aparmamış, iddiaçı tərəfindən iddanın əsası ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim edilməmiş, xx.xx.2018-ci il tarixli audit yoxlanılmasının keçirilməsi barədə aktdan Cavabdeh ümumiyyətlə xəbəri olmamış və akt onun tərəfindən imzalanmamışdır. Bundan əlavə, cavabdehin ümumiyyətlə iddiaçıdan götürdüyü mallara görə maddi məsuliyyət daşıması o halda ola bilər ki, tərəflər arasında maddi məhsuliyyət barədə əlavə xidməti müqavilə olsun. Hansı ki, o müqavilə tərəflər arasında mövcud deyil. Ümumiyyətlə, həmin xidməti müqavilə mövcud olsaydı belə, cavabdeh artıq iddiaçının rəsmi işçisi olduğundan onunla əlavə xidməti müqaviləsi (hansında ki, maddi məsuliyyət barədə öhdəlik olardı) bağlanması Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə zidd olardı. İddiaçının iddiasının əsasını təşkil edən xx.xx.2017-ci il tarixli audit yoxlama aktına əsasən cavabdehin xx.xx.2016-ci ildən xx.xx.2016-cı ilədək iddiaçıya 7919.89 manat borcu qalmışdır. Lakin həmin aktın hansı hüquq müəyyənedici sənədlər əsasında tərtib edildiyi, hesabatın hansı üsulla aparıldığı qeyri-müəyyəndir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Belə ki, “xxxx” MMC-nin direktoru, Auditorlar Palatasının üzvü Misir Əhmədov, “xxxx” MMC-nin aiditoru Rasim Heydərov, “xxxx” MMC-nin direktoru Rahiyə Vəliyeva tərəfindən tərtib edilmiş xx xxxxxx 2018-ci il tarixli aktdan görünür ki, Cavabdeh işdən azad edildikdən sonra onun fəaliyyətinə dair araşdırma aparılmış və müəyyən edilmişdir ki, Cavabdeh “İddiaçı ” MMC-nin xx xxxx 2016-cı il tarli 07 nömrəli əmrilə cəmiyyətdə satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmiş və xx xxxx 2016-cı ildə onunla əmək müqaviləsi və tam maddi məsuliyyət barəsində müqavilə bağlanmışdır. Əmək Müqaviləsinin 5-ci bəndində tərəflərdən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı surətdə maddi-məsuliyyət daşıması qeyd edilmişdir. MMC-yə məxsus malları ambardan qəbul edib alıcılara satıb malın pulunu cəmiyyətin kassasına təhvil verənə kimi tam maddi məsuliyyət daşıyır. Qeyd olunanlara baxmayaraq, Cavabdeh onunla bağlanmış müqavilənin şərtlərinə əməl etməmiş, ambardan qəbul etdiyi malların pulunu Cəmiyyətin kassasına tam təhvil verməmişdir. Yoxlamaya Cavabdeh işlədiyi xx xxxx 2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövrdə təqdim olunmuş mühasibat uçot sənədlərinə əsasən maddi-məsuliyyətinə qəbul etdiyi mallar üzrə dövriyyə cədvəli tərtib olunmuşdur. Həmin tərtib olunmuş cədvəldən müəyyən olunmuşdur ki, Cavabdeh ambardan, ümumilikdə 64.601 manat 73 qəpik məbləğində mal qəbul etmişdir. Qeyd olunan dövrdə satışdan 56.681 manat 84 qəpik məbləğində pulu cəmiyyətin kassasına təhvil vermiş və ya malı anbara qaytarmışdır. Nəticədə xx.xx.2017-ci il tarixə Cavabdeh maddi məsuliyyətində 7.916,79 manat mal qalığı qalmışdır. Təhlil zamanı 7919 manat 89 qəpik malın hansı müştərilər və ya mal qruplarından Cavabdeh hesabında qalmasına dair audit yoxlaması zamanı qruplaşma cədvəli tərtib edilmişdir. Həmin cədvələ əsasən son nəticədə borclu şəxslər üzrə xx.xx.2016-cı il tarixə müəyyən olunmuşdur ki, Cavabdeh borcu qalan şəxslər üzrə 14526 manat 14 qəpik məbləğində satdığı maldan 2540 manat 96 qəpik geri qaytarmış, 4068 manat 39 qəpik satış pulu kimi kassaya təhvil vermiş və 7916 manat 79 qəpik mal uçot məlumatlarına əsasən Cavabdeh maddiməsuliyyətində qalmışdır. Dəfələrlə Cavabdeh rəsmi və şifahi xəbərdarlıq edilərək onun maddi məsuliyyətində qalmış 7916 manat 79 qəpik vəsaitin ödənilməsi tələb olunsa da o, hesabında qalmış 7916 manat 79 qəpik çatışmazlığın yaxın günlərdə ödəyəcəyini vəd etsə də hazırki tarixə kimi həmin borc vəsaitinin ödənilməsinə dair hər hansı bir nəticə olmamışdır. Həmin çatışmazlığı Cavabdeh iştrakı ilə yenidən araşdırılması məqsədi ilə xx xxxxxx 2018 ci il tarixdə onun yaşadığı ünvan 3 ünvanda qeydiyyatda olan ünvana teleqram göndərilmişdir. xx xxxxxx 2018 ci il tarixə kimi gözlənilsə də, naməlum səbəbdən gəlib iştirak etməmişdir. Aktı Cavabdeh da imzalamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, həmin aktın mötəbərliyi şübhə altına alına bilməz. Bundan əlavə, cavabdeh iddiaçı qarşısında heç bir maddi məsuliyyətinin olmamasını bildirsə də, işdən görünür ki, xx xxxxx 2016-cı ildə iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, cavabdeh üzərinə götürmüşdür ki, işçi bu müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam madi məsuliyyət daşıyır. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin (bundan sonra MM) tələblərinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (mad. 21.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (mad. 385.1). Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması (vaxtında icra edilməməsi, mallrda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (mad. 442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (mad. 443.1). Əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risq dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (mad. 448.1). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu madəsinin 1-ci bəndinin a) yarımbəndində göstərilir ki, saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyalarının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işə götürənlə yazılı müqavilə bağlandıqda işçi vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin maddi məsuliyyət barədə müqavilənin bağlanmasının Əmək Məcəlləsinin tələblərinə zidd olması barədə dəlillərini də əsaslı hesab etmir. MPM-in tələblərinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz (mad. 385.2). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (mad. 14.2). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad. 77.1). Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur (mad. 88). Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır (mad. 217). «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə xx xxxx 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinciinstansiyaməhkəməsi iddia tələbini qismən təmin edilməsini qət etməklə düzgünnəticəyəgəldiyindən və qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə isə düzgün olduğundan, işdə qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-nin 115.0.1-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 127 manat cavabdeh tərəfdən tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə – Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ43CTRE********************, büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesaba keçirilməlidir MPM-in 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 392 maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi baxılmış apelyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 127 (bir yüz iyirmi yeddi) manat cavabdeh Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə – Dövlət Xəzinədarlıq Agentliyi, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN ********** Hesab AZ43CTRE********************, büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesaba keçirilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində tələbləri təmin olunmayan şəxslər Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verə bilərlər. Kassasiya şikayəti verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar