Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-337/2023 16.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, İddiaçı Mingəçevir Şəhər Bələdiyyəsinin Cavabdeh qarşı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi və torpağın geri qaytarılması tələbinə, iddiaçı Cavabdeh Mingəçevir Şəhər Bələdiyyəsinə qarşı müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli, 2(051)-1970/2022 nömrəli qərаrdаdındаn Cavabdeh şikаyətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı Mingəçevir Şəhər Bələdiyyəsi Cavabdeh qarşı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi və torpağın geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən Mingəççevir Bələdiyyəsinin 19 mart 2017-ci il tarixli 33/4 saylı qərarı əsasında Mingəçevir Bələdiyyəsi ilə cavabdeh arasında bağlanmış 05 yanvar 2012-ci il tarixli 1.54 ha torpaq sahəsinin örüş üçün icarəyə verilməsi haqqında torpaq icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq Mingəçevir Şəhər Bələdiyyəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh(qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə qarşılıqlı iddia ərizəsi ünvanlayaraq Mingəçevir Şəhər Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini, icarə müddəti və bu münasibətlərin davam etdirilməsi şərtlərinin müəyyən olunması barədə qətnamə çıxarasınız. Mingəçevir Şəhər Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli, 2(051)-1970/2022 saylı qərardadı ilə iddiaçı Mingəçevir Şəhər Bələdiyyəsinin Cavabdeh qarşı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq Mingəçevir Şəhər Bələdiyyəsinə qaytarılması, iddiaçı Cavabdeh Mingəçevir Şəhər Bələdiyyəsinə qarşı müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi və sair tələbinə dair qarşılıqlı iddiası baxılmamış saxlanılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli, 2(051)-1970/2022 saylı qərardadıdan iş üzrə Cavabdeh şikаyəti 21 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)- 1970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadını qanunsuz və əsassız sayır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçı Mingəçevir Şəhər Bələdiyyəsinin ona qarşı torpaq icarəsi müqaviləsinin ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq Mingəçevir Şəhər Bələdiyyəsinə qaytarılması, onun cavabdeh Mingəçevir Şəhər Bələdiyyəsinə qarşı müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi və sair tələbinə dair qarşılıqlı iddiası baxılmamış saxlanması qərara alınmışdır. Belə ki, iddia ərizəsində də göstərdiyi kimi Mingəçevir şəhər Bələdiyyəsi iddia ərizəsində “İcarə müqaviləsinin müddəti qurtardığını onun icarə haqqını ödəməməsini əsas gətirməklə onunla bağlanmış müqavilənin ləğv edilməsini tələb edir. Lakin iddianın özündən də göründüyü kimi iddia tam əsassızdır və rədd olunmalıdır. Əksinə onlar tərəfindən verilmiş iddianın əsaslı olması nəzərə alınmaqla təmin olunması mütləqdir. Belə ki, iddia ərizəsində göstərilmiş və müqavilə ilə öz əksini tapmış və ona 1,54 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. Bu fakt doğrudur. Lakin onu da qeyd etmək lazımdır ki, iddia ərizəsində göstərilmiş 5 torpaq sahəsinin özəlləşməsi faktıda doğru olmasını nəzərə alsaq cəmi 0,30 ha torpaq sahəsi edir. Yerdə qalan torpaq sahələri isə bələdiyyə tərəfindən başqa şəxslərə satılmış və özgəninkiləşdirilmişdir. Hazırda onun quru və su olmaqla cəmi istifadəsində 0,86 ha torpaq sahəsi var. X3 arasında bağlanmış 1,54 ha torpaq sahəsinin, faktiki istifadəsində olan 0,86 torpaq sahəsinə nisbətində bütün icarə haqları artıqlaması ilə ödənilmişdir. Onun 1,54 ha-ya görə deyil 0,86 ha-ya görə icarə haqqı ödəməlidir. Bundan əlavə dəfələrlə o Mingəçevir Bələdiyyəsinə icarə müqaviləsinin müddətinin uzadılması və icarə haqqının ödənilməsi ilə bağlı müraciət etsədə heç bir nəticəsi olmamışdır. Bundan əlavə respublika ərazisində nəğdsiz ödənişlər ləğv edilmişdir. Bu halda bələdiyyə qərəzli olaraq onun ödənişlərini qəbul etməmişdir. Mingəçevir Şəhər Bələdiyyəsinin iddia tələbi özü özlüyündə tam qanunsuz olması aydın görünür. Belə ki, tələbdə 2012-ci il tarixli icarə müqaviləsinin Azərbaycan Respublikası MM-də müqavilənin birtərəfli qaydada ləğv edilməsi müstəsna halları göstərilmişdir. Bu müstəsna hallardan heç biri mövcud deyil və iş materialları ilə müəyyən olunmamışdır. O dəfələrlə Mingəçevir Şəhər Bələdiyyəsinə digər aiddiyyatı qurumlara mübahisənin həlli ilə bağlı müraciət etmiş, qarşı tərəf qərəzli olaraq müddət uzatmaqla və bu cür razılaşmaya yanaşmamaqla öz niyyətini aşkara çıxarmışdır. Onun tələbləri və istəkləri qanuna müvafiq olmaqla müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsi, icarə müddəti və bu münasibətlərin davam etdirilməsi şərtlərinin müəyyən olunmasına yönəlmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı tam qanunsuz və əsassızdır. Sözügedən qərardadın hüquqi əsası yoxdur. Belə ki, qərardadda Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi ilə bağlı baxılmamış saxlamışdır. Lakin sözügedən mülki işdə yetərincə bununla bağlı sübut təqdim edilmişdir. Belə ki, Mingəçevir Bələdiyyəsi bundan əvvəl yəni 2021-ci ilin sonunda onun torpaqdan çıxarılmasını tələb etsə də hələ də qüvvədə olan 2012-ci il tarixli müqavilənin mövcudluğundan xəbərsiz olmuşdur. Bu zaman o qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etsə də qarşılıqlı iddia gec verilməsi səbəbindən geri qaytarılmışdır. Bundan əlavə məhkəməyə bələdiyyə tərəfindən ərizə verilərək iddia geri götürülmüşdür. Bundan sonra onlar tərəfdən Mingəçevir Şəhər Bələdiyyəsinə yenidən məktub ünvanlanmış və 2012-ci il tarixli müqavilənin müddətinin uzadılması xahiş olunmuşdur. Bununla əlaqədar poçt qəbzləri işə əlavə edilmişdir. Əgər qəbzlər itirilməmişsə və iş matariallarından çıxarılmamışsa bunu dəqiq görə bilərsiz. Məhkəmə iclas protokollarında və məhkəmənin video görüntülərində bizdə olan sənədlərin əslillərinin məhkəməyə təqdim olunması müşahidə oluna bilər. Bundan əlavə bizdə olan bununla bağlı poçt qəbzləri və digər sənədlər hakimi qane etmədikdə MPM-nin 78-ci maddəsinə əsasən sorğu verməklə sözügedən poçt qəbzlərini əldə edə bilər. Lakin qarşılıqlı iddianın bu səbəbdən baxılmamış saxlanması onun hüquqlarının pozulmasıdır. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1970/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilməsini və yeni qərar qəbul edilməsini xahiş edir. Mingəçevir Şəhər Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(051)-1970/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi şikаyətin dəlillərindən аslı olmаyаrаq, məhkəmənin mаddi və prosessuаl hüquq normаlаrınа riаyət etməsini yoxlаyır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(051)-1970/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında 5 yanvar 2012-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. İddiaçı müqavilənin ləğv edilməsi üçün məhkəmə müraciət etmiş, lakin bununla bağlı rəsmi olaraq cavabdehə məlumat verməmişdir. Belə olan halda iddiaçı mülki qanunvericiliyin tələblərinə əsasən hərəkət etməlidir. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə mübahisə müqavilə münasibətlərindən yarandığından və qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll qaydası nəzərdə tutulur. İddiaçı tərəfindən bu qaydaya riayət edilmədiyindən iddia baxılmamış saxlanılmaıdır. Həmçinin belə olan halda qarşılıqlı iddia ərizəsi də baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə iddia ərizəsi baxılmamış saxlanır. Azərbaycan Respublikası MPM-in 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin 398.0.1-c maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməyə bilər. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında;. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessal Məcəlləsinin 263- 264, 397, 398.0.1 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(051)-1970/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kаssаsiyа şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-337/2023
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-337/2023
16.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver