Məhkəmə qərarları › İş №2(107)-337/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-337/2025

22.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-337/2025 22.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "payın müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə (Açar sözlər: Torpaq sahəsində payın müəyyən edilməsi, tələbdən kənara çıxma, maddi və prosessual hüquq normalarının pozulması) X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X24 ibarət tərkibdə, Atababayev Faiq Gülağa oğlunun katibliyi ilə, İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "payın müəyyən edilməsi" tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-844/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçılar İddiaçı1, X11, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "payın müəyyən edilməsi və naturada bölgü" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsdə **********48 reyestr nömrəsilə qeydə alınmış 0,52 ha torpaq sahəsində onların və cavabdehlərin 6/11 hissə paylarının müəyyən edilməsi və naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

2. Daha sonra, iddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbin dəqiqləşdirilməsi barədə başqa bir ərizə ilə məhkəməyə müraciət edərək, daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsdə **********48 reyestr nömrəsilə qeydə alınmış 0,52 ha torpaq sahəsində iddiaçıların və cavabdehlərin 6/11 hissə paylarının tanınmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və X32 Şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan göründüyü kimi Ucar rayonunun Məlikballı kəndində 11 nəfərin ümümi birgə mülkiyyətində 0,52 ha torpaq sahəsi vardır. Hal-hazırda onlar həmin torpaq sahəsinin üzərində öz paylarının müəyyən edilməsini istəyirlər. Həmçinin ölüm haqqında şəhadətnamələrdən və qeydiyyat şöbəsinin məktubundan da göründüyü kimi mülkiyyətçilərdən X19, X18 və X15 vəfat etmişdirlər. Cavabdehlərdən Nəsirova (Abdurəhmanova) Müşərrəf Ağamalı qızı ailə həyatı qurduğu üçün soyadını dəyişdirdiyindən sonuncunun əvvəlki soyadı barədə məlumat əldə etmək üçün qeydiyyat şöbəsinə müraciət edilə də, bununla bağlı məlumat verilməsindən imtina edilmişdir. Həmçinin digər Cavabdeh2 Rusiya Federasiyasının vətəndaşı olduğu üçün sonuncunun son qeydiyyat yeri ilə bağlı məlumatları yoxdur. Beləki, hazırda sözügedən 0,52 ha torpaq sahəsinin üzərində onların və cavabdehlərin 6/11 hissə paylarının tanınmasını istəyirlər. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçıların etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə da məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

5. Cavabdehlərin məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada bildiriş vərəqələri göndərilmiş, lakin cavabdeh başqa ünvanda yaşadığına görə bildiriş vərəqələrini təqdim etmək mümkün olmamış və bu barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyat aparılmış məhkəmə bildirişi məhkəməyə daxil olmuşdur. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 147, 185.5-ci maddələrinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Ucar Rayon Məhkəməsinin (hakim Xəyal Bədəlov) xx.xx.2024-cü il tarixli, 2(063)- 844/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, mərhum X9 miras qalmış Ucar rayonu, Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsinin 7/44 hissəsinə İddiaçı1, 7/44 hissəsinə X4, 7/44 hissəsinə Nəsirova (Abdurəhmanova) Müşərrəf Ağamalı qızının paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun iddiaçılar İddiaçı1, X6, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 aid edilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X19 ilə X18 ailə qurmuşlar. Оnlаrın birgə nikahlarından İddiaçı1, X11, Nəsirova (Abdurəhmanova) Müşərrəf Ağamalı qızı və Cavabdeh2 аdlı uşаqlаrı dоğulmuşdur. Sonradan X1 Səhər İbrahim qızı ilə 30 mart 1993-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmişlər. X19 08 dekabr 2014-cü il tarixdə, X15 isə 24 oktyabr 2021-ci il tarixdə vəfat etmişlər. Ucar rayonunun Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsi X16 məхsus оlmuş, sоnuncu vəfаt еtdikdən sоnrа Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və X32 Şəxsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməklə 05 iyun 2023-cü il tarixdə İddiaçı1 adına qeydiyyata alınmışdır.

8. Məhkəmə həmçinin müəyyən etmişdir ki‚ X9 Ucar rayonunun Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsi miras qalmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakın dairəsinin müəyyən edilməsini zəruri hesab edir.

10. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab etmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, mərhum X19 08 dekabr 2014-cü il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

12. Məhkəmə istinad edilən normanın tələbləri baxımından hesab etmişdir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər qüvvədə olan Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

13. Məhkəmə qeyd etmişdir ki, mərhumdan miras qalmış əmlaka dair paylar 6 deyil, 4 vərəsə arasında müəyyən edilməlidir. Eyni zamanda, məhkəmə onu da qeyd edir ki, həmin vərəsələrdən Cavabdeh2 qeydiyyat yeri müəyyən edilmədiyindən, eyni zamanda, miras əmlakın qəbulunda iştirak etmədiyindən ona miras əmlakdan çatası pay açıq saxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, miras əmlak 3 vərəsə arasında bölünməlidir.

14. Məhkəmə onu da qeyd etmişdir ki, 08 dekabr 2014-cü il tarixdə vəfat etmiş X12 və 24 oktyabr 2021-ci il tarixdə vəfat etmiş X7 övladlarının doğum haqqında akt qeydi aşkar edilməmişdir.

15. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab etmişdir ki, iddia qismən təmin edilməklə mərhum X9 miras qalmış Ucar rayonu, Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsinin 7/44 hissəsinə İddiaçı1, 7/44 hissəsinə X4, 7/44 hissəsinə Nəsirova (Abdurəhmanova) Müşərrəf Ağamalı qızının payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

16. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu məbləği iddiaçıların özlərinə aid edilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikаsı Kоnstitusiyаsının 29-cu maddəsinin V hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1133.2, 1134.1, 1159.1, 1159.1.1, 1243.1, 1243.2, 1243.3, 1245, 1255, 1301-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014- cü il Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2 və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 iyun 2024-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.2, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a)Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən narazı qalan İddiaçı1 apellyasiya şikayəti vermişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birgə mülkiyyət iştirakçılarının razılaşması olmadığı üçün paylar bölünə bilməmişdir. Belə ki, payların razılaşma ilə bölünməsini və qeydə alınmasını təmin edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi İdarəsinə müraciət etmişdir, həmin idarə xx.xx.2023-cü il tarixli 3-21-3- 36/2-3183/2023 nömrəli imtina məktubuyla müraciətin Ucar rayonunun Məlikballı kəndində yerləşən 0.52 ha torpaq sahəsinin naturada bölünməsi ilə bağlı tərtib edilmiş bölgü sxemində digər mülkiyyətçilərin iştirakının təmin edilməməsi üçün icra edilə bilməməsi göstərilmişdir. Bundan sonra o və digər iddiaçılar məcbur olub məhkəməyə müraciət etmişlər.

20. Məhkəmə isə birgə mülkiyyətdəki paylarını müəyyən etməmiş, payları vərəsəlik bölgüsünə uyğun bölmüşdür. Halbuki iddia ərizəsində vərəsəliklə bağlı hansısa mübahisə qeyd edilməmişdir. Bununla da məhkəmə qeyd olunan maddi hüquq normasını pozmuşdur.

21. Məhkəmə təqdim edilmiş sübutları düzgün qiymətləndirməmişdir. Beləki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində **********48 nömrə ilə dövlət qeydinə alınmış çıxarışdan göründüyü kimi Ucar rayonunun Məlikballı kəndində yerləşən 0.52 ha torpaq sahəsi 11 nəfərin ümumi birgə mülkiyyətindədir. Lakin məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etmişdir ki‚ X9 Ucar rayonunun Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsi miras qalmışdır. Bununla da məhkəmə qeyd olunan prossesual hüquq normasını pozmuşdur.

22. O, İddiaçı1 və digər iddiaçılar X11, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı"payın müəyyən edilməsi və naturada bölgü" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək daşınmaz əmlakın dövlət kadastrı və reyestri publik hüquqi şəxsdə **********48 reyestr nömrəsilə qeydə alınmış 0,52 ha torpaq sahəsində onların və cavabdehlərin 6/11 hissə paylarının müəyyən edilməsi barədə Qətnamə çıxarılmasını xahiş etsələr də məhkəmə iddia tələbindən kənara çıxaraq payları vərəsəlik tələbi kimi müəyyən edib Qətnamə çıxarmışdır. Bununlada məhkəmə qeyd olunan prossesual hüquq normasını pozmuşdur.

23. Məhkəmə, işin araşdırılması zamanı tələbi vərəsəlik bölgüsü kimi aparmışdır. Əgər vərəsəliklə bağlı mübahisə olsaydı iddia tələbində bunu qeyd edərdilər. Bundan əlavə vərəsəliklə bağlı şəhadətnaməni aidiyyəti notarius verir. Əgər vərəsəliklə bağlı mübahisə olsa notarius vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edərdi və onlar həmin imtina ilə məhkəməyə müraciət edərdilər.

24. Odur ki, Ucar Rayon Məhkəməsinin 2(063)-844/2024 saylı iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməni tamamilə ləğv edib, iddia ərizəsinin təmin edilməsi barədə Qərar qəbul edilməsini xahiş etmişdir.

b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

26. İddiaçı1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-844/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, onun və digər iddiaçıların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "payın müəyyən edilməsi" tələbinə dair iddialarının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. O, həmçinin izahatında onun və digər iddiaçıların cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələblərinin ümumibirgə mülkiyyətdə olan Ucar rayonu Məlikballı kəndində yerləşən 11 nəfərin ümumibirgə mülkiyyətlərində olan 0.52 ha torpaq sahəsindən hər bir iddiaçının 1/11 mülkiyyət payının müəyyən edilməsindən ibarət olduğunu, onların vəfat etmiş ümumibirgə mülkiyyətçilərdən miras qalmış əmlakdan miras payının müəyyən edilməsi kimi bir tələblərinin olmadığını göstərmişdir.

27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçılar X11, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəb və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

28. Lakin məhkəmə kollegiyasına İddiaçı1 vasitəsi ilə göndərilmiş ərizələrində iddiaçılar X11, İddiaçı3, İddiaçı4, X13, İddiaçı6 ayrı-ayrılıqda İddiaçı1 verdiyi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq

29. Azərbaycan Rеspublikası Kоnstitusiyasının; 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər; 214.1-ci maddəsinə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Apellyasiya şikayətindən görünür ki, İddiaçı1 birinci instansiya məhkəməsinin qətnaməsini tam mübahisələndirmiş, Ucar Rayon Məhkəməsinin 2(063)-844/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnaməsinin tamamilə ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Həmçinin iş materiallarından müəyyən edildiyi kimi mübahisənin predmeti bölünməzdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları araşdırılmamış, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

37. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********48, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05 iyun 2023-cü il olan Çıxarışa əsasən Ucar rayonunun Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə İddiaçı1, X4, İddiaçı3, İddiaçı4, X5, İddiaçı6, cavabdehlər Cavabdeh1, Cavabdeh2, həmçinin iddiaçılar İddiaçı1, X4, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mərhum ataları X14, mərhum anaları X8 və mərhum nənələri X10 ümumibirgə mülkiyyətlərindədir. Həmin torpaq sahəsi onlara Ucar rayon Aqrar İslahat Komissiyasının 10 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı əsasında ayrılmışdır. İddiaçılar ümumibirgə mülkiyyətlərində olan torpaq sahəsində payların müəyyən edilməsində cavabdehlərlə razılığa gələ bilmədiklərindən məhkəməyə müraciət etmək hüququndan istifadə etmişlər.

38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmədən **********48 reyestr nömrəsilə qeydə alınmış 0,52 ha torpaq sahəsində onların və cavabdehlərin 6/11 hissə paylarının müəyyən edilməsi barədə Qətnamə çıxarılmasını xahiş etsələr də məhkəmənin iddia tələbindən kənara çıxaraq payları vərəsəlik tələbi kimi müəyyən edib Qətnamə çıxarması, məhkəmənin birgə mülkiyyətdəki paylarını müəyyən etməməsi, iddia ərizəsində vərəsəliklə bağlı hansısa mübahisənin qeyd edilməməsi, məhkəmənin təqdim edilmiş sübutları düzgün qiymətləndirməməsi, maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına dair dəlilləri ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçıların dəqiqləşdirilmiş iddia tələbində qeyd etdikləri Ucar rayonunun Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsindən hər birinin mülkiyyət paylarının müəyyən olunmasına dair tələblərinə qiymət verməməklə, dəqiqləşdirilmiş iddia tələbində mövcud olmayan bir tələb üzrə, yəni “mərhum X9 miras qalmış Ucar rayonu, Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsinin 7/44 hissəsinə İddiaçı1, 7/44 hissəsinə X4, 7/44 hissəsinə Nəsirova (Abdurəhmanova) Müşərrəf Ağamalı qızının paylarının müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi” nəticəsinə gəlməklə, prosessual hüquq normalarının tələblərini pozmuşdur.

39. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

40. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

41. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

42. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

43. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

44. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

45. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

46. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulduğundan Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-844/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir.

48. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə qeyd edir ki, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 16 saylı Ucar Ərazi İdarəsinin 07 sentyabr 2023-cü il tarixli məktubundan müəyyən edildiyi kimi iddiaçı tərəf ümumibirgə mülkiyyətdə olan torpaq sahəsindən payın ayrılması ilə bağlı həmin idarəyə müraciət etsə də cavabdeh tərəfin iştirak etməməsi səbəbli torpaq sahəsinin naturada bölgüsü ilə bağlı sənədləşdirmə işlərinin aparılması mümkün olmamışdır.

49. Beləliklə iş materiallarından müəyyən edildiyi kimi ümumibirgə mülkiyyətdə olan torpaq sahəsindən payın müəyyən edilməsi ilə bağlı bütün mülkiyyətçilər arasında razılığın əldə edilməsi mümkün olmamışdır. Bu səbəbdən də iddiaçılar hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar.

50. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-844/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********48, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05 iyun 2023-cü il olan Çıxarışa əsasən Ucar rayonunun Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4, X5, İddiaçı6 hər birinin 1/11 hissə mülkiyyət payları müəyyən edilməlidir.

51. Kollegiya hesab edir ki, məhkəmə xərcləri ilə bağlı məsələ də həll edilməklə, iddianın təmin edilməsi nəzərə alınaraq, iddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1, X6, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qaytarılmalıdır.

52. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ucar Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(063)-844/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş reyestr nömrəsi **********48, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 05 iyun 2023-cü il olan Çıxarışa əsasən Ucar rayonunun Məlikballı kəndində yerləşən 0,52 ha torpaq sahəsindən iddiaçılar İddiaçı1, X4, İddiaçı3, İddiaçı4, X5, İddiaçı6 hər birinin 1/11 hissə mülkiyyət payları müəyyən edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçılar İddiaçı1, X6, İddiaçı3, İddiaçı4, İddiaçı5 və İddiaçı6 qaytarılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar