Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-34/2021 26.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, X5 iclas katibliyi və cavabdeh X1 iştirakı ilə İddiaçı ”İddiaçı” MMC-nin cavabdeh X2 qarşı “torpaq sahəsindən çıxarılma və maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-930/2019 nömrəli qətnaməsindən iddiaçı «İddiaçı” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İddiaçı ”İddiaçı” MMC (bundan sonra iddiaçı) ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh X1 (bundan sonra cavabdeh) İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən 56 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahələrinin qanunsuz müdaxiləsinə son qoyulması, əldən çıxmış faydaya görə 100.000 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 100.030 (bir yüz min otuz) manat məbləği cavabdehdən alınaraq iddiaçı ”İddiaçı” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-930/2019 nömrəli (hakim R.Şirinov) qətnaməsi ilə iddiaçı ”İddiaçı” MMC-nin cavabdeh X2 qarşı İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən 56 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahələrinin qanunsuz müdaxiləsinə son qoyulması, əldən çıxmış faydaya görə 100.000 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 100.030 (bir yüz min otuz) manat məbləği cavabdehdən alınaraq iddiaçı ”İddiaçı” MMC-yə ödənilməsinə dair iddia tələbi rədd edilmişdir. Məhkəmənin qətnaməsindən narazı qalan iddiaçı «İddiaçı” MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2011-ci ildə İsmayıllı rayonu Kəlbənd kəndi ərazisindən vətəndaşlardan alqı-satqı müqaviləsi əsasında 151 hektar torpaq sahəsini almış, həmin ildən etibarən həmin ərazidə məskunlaşmış bir qrup şəxslər alqısatqı müqaviləsi əsasında alınmış torpaqlarından 56 hektar torpaq sahəsini zəbt etmişlər. Həmin torpaqlar əvəllər İsmayıllı rayonu, Yeniyol və Şükürcü kənd sakinlərinə məxsus pay torpaq sahələrinin olduğunu, həmin kənd sakinlərindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarışı əsasında xx.xx.2017-ci il tarixində verilmiş, RX seriyalı, №0994859 saylı, 3.378282 hektar, xx.xx.2017-ci il tarixində verilmiş, RX seriyalı, №0994870 saylı, 2.057169 hektar, xx.xx.2017-ci il tarixində verilmiş, RX seriyalı, №0994861 saylı, 5.17536 hektar, xx.xx.2017-ci il tarixində verilmiş, RX seriyalı, №0994867 saylı, 5.4694 hektar, xx.xx.2017-ci il tarixində verilmiş, RX seriyalı, №0994857 saylı, 6.469722 hektar, xx.xx.2017-ci il tarixində verilmiş, RX seriyalı, №0994864 saylı, 1.642082 hektar, xx.xx.2017-ci il tarixində verilmiş, RX seriyalı, №1056402 saylı, 2.587669 hektar, xx.xx.2017-ci il tarixində verilmiş, RX seriyalı, №1056403 saylı, 8.32 hektar torpaq sahəsi toxumçuluğun inkişaf etdirilməsi məqsədi ilə alınmasına baxmayaraq iddiaçının mülkiyyətində olan torpaq sahəsi müxtəlif şəxslər tərəfindən zəbt olunmuşdur. 2011-ci ildən etibarən həmin 56 hektar torpaq sahəsi iddiaçının mülkiyyətində olmasına baxmayaraq bir qrup şəxslərin qanunsuz hərəkətləri hesabına torpaqlarından istifadə edə bilmirlər. Cavabdeh X3 İddiaçı-yə məxsus 56 hektar torpaq sahəsini zəbt etmişdir. Mülkiyyətlərində olan əkinə yararlı və daim əkilib becərilən torpaq sahəsindən hər il 50.000 manat gəlir əldə etmişlər. Cavabdehin qanunsuz torpaqlarını zəbt etməsi nəticəsində əldə edəcəkləri gəlirdən məhrum olmuşlar. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq mülkiyyətlərində olan İsmayıllı rayonu Kəlbənd kəndi ərazisində yerləşən torpaq sahəsindən çıxmayaraq müxtəlif bəhanələr gətirmişdir. Cavabdeh X1 İsmayıllı rayonu Kəlbənd kəndində yerləşən 56 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahələrinin qanunsuz müdaxiləsinə son qoyulması, əldən çıxmış faydaya görə 100.000 manat və 30 manat ödənilmiş dövlət rüsumu – cəmi 100.030 (bir yüz min otuz) manat məbləği cavabdehdən alınaraq iddiaçı ”İddiaçı” MMC-yə ödənilməsini tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı «İddiaçı” MMC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, həmçinin işin faktiki hallarına düzgün qiymət vermədən və məhkəmənin gəİdiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar araşdırılmadan əsassız qətnamə çıxarmışdır. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-930/2019 nömrəli qətnaməsi ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X3 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, Laçın rayonundan məcburi köçkün olmaqla İsmayıllı rayonunda məskunlaşmışdır. İstifadə etdiyi torpaq sahəsi ailəsini dolandırmaq məqsədilə icra hakimiyyəti tərəfindən verilmişdir. Bundan əlavə həmin torpaq sahəsinin iddiaçı tərəfə heç bir aidiyyəti yoxdur. Həmin əraziyə iki dəfə ekspert gəlib. Lakin mübahisəli ərazinin məhz iddiaçı tərəfin torpağı olması sübut olunmamışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı tərəfin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişlər. İddiaçı təfəf rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq ********** mobil telefon nömrəsinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7) Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə ilk iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Mülki Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəindən tədqiuq edilmiş; xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixli RX seriyalı, 0994859, 0994870, 0994861, 0994867, 0994857, 0994864, ******* və ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışların surətlərindən görünür ki, İsmayıllı rayonu Kəlbənd kəndi ərazisibdə 35 hektardan artıq torpaq sahəsi İddiaçı-nin mülkiyyətindədir. İsmayıllı RPŞ-nin xx xxxxxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı-nin müraciəti əsasında toplanmış material üzrə cinaət işi başlanması rədd edilmişdir. Apellyasiya icraatı zamanı əldə edilmiş “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, 416 nömrəli rəyindən görünür ki, İsmayıllı rayonu, Kəlbənd kəndi ərazisində mübahisəli torpaq sahəsinin koordintları naturada müəyyənləşdirildi. Hüquqmüəyyənedici sənədlərdə çıxarış üzrə torpaq sahələrinin koordinatlarını əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından mübahisəli torpaq sahəsinin ərazinin ümumi xəritəsində araşdırılması və qərardadda qoyulan sualları cavablandırmaq mümkün olmamışdır. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli ərazinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 111.1-ci mаddəsinə əsаsən Аzərbаycаn Respublikаsındа tоrpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn оlunur. Həmin Məcəllənin 111.2-ci mаddəsinə əsаsən özbаşınа tutulmuş (zəbt edilmiş) tоrpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаtı üzrə geri qаytаrılır. Apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Birincisi ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İkincisi, iş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin məhz cavabdeh tərəfindən zəbt edildiyi bildirilsə də, bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim edilməmişdir. Üçüncüsü, kollegiya iddiaçı tərəfin bu dəlilinə aydınlıq gətirmək məqsədilə xüsusi bilik tələb olunan məhkəmə-tikinti texniki ekspertizası təyin etmiş və bununla bağlı müvafiq rəy verilmişdir. Lakin ekspert rəyinin məzmunundan da göründüyü kimi İsmayıllı rayonu, Kəlbənd kəndi ərazisində mübahisəli torpaq sahəsinin koordintları naturada müəyyənləşdirildi. Hüquqmüəyyənedici sənədlərdə çıxarış üzrə torpaq sahələrinin koordinatlarını əks etdirən “Torpaq sahəsinin planı və ölçüsü” sənədi olmadığından mübahisəli torpaq sahəsinin ərazinin ümumi xəritəsində araşdırılması və qərardadda qoyulan sualları cavablandırmaq mümkün olmamışdır. Beləliklə də, göründüyü kimi iddiaçı tərəf mübahisəli ərazinin məhz cavabdeh X3 tərəfindən istifadə edilməsinə dair sübutu nə birinci, nə də ki, apellyasiya icraatı zamanı təqdim etməmiş, hətta ekspertlərin iştirakı ilə yerli baxışda iştirak edərkən də nümayədəsi həmin sənədləri təmin etməmişdir. Kollegiya nəzərə çatdırmağı lazım bilir ki, “ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, bu xarakterli işlərdə ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Hazırki iş üzrə, iddia tələblərinin bu hissəsinin faktiki halları qanuni əsasların şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğun olmadığından birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 119.1-ci mаddəsində deyilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münаsib оlаrаq işdə iştirаk edən şəxslərə аid edilir. Məhkəmə kоllegiyаsı bu qərаrа gəldi ki, qeyd оlunаn məhkəmə xərci iddiaçı «İddiaçı” MMC-yə аid edilməli və məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri olan 300 manat iddiaçı «İddiaçı” MMC-dən alınaraq “xxxx” MMC-nin hesаbınа ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı «İddiaçı” MMC-nin nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(037)-930/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 300 manat iddiaçı «İddiaçı” MMC-dən alınaraq “xxxx” MMCyə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-34/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-34/2021
26.01.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver