Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-34/2024 17.04.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Oğuz-9 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, X17, Cavabdeh6, BaCavabdeh7, Cavabdeh8, X5, Cavabdeh10, Cavabdeh11 qarşı zəbt olunmuş torpaq sahələrindən çıxarılma tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpaq sahəsindən çıxarılma, sahiblik hüququ, subyektiv hüquq) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X2 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, cavabdehlər Cavabdeh2, X4, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, onların nümayəndəsi və vəkili Vəkil Sadədddin oğlunun və digər cavabdehlər Cavabdeh6 və Cavabdeh1 iştirakları ilə, İddiaçı Oğuz-9 ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X10, X17, Cavabdeh6, BaCavabdeh7, Cavabdeh8, X5, Cavabdeh10, Cavabdeh11 qarşı zəbt olunmuş torpaq sahələrindən çıxarılma tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(054)-199/2022 nömrəli qətnaməsindən iddiaçı Oğuz-9 ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin müvafiq özəlləşdirmə planına (Emissiya Prospekti) əsasən Oğuz rayonu Qarabaldır kəndində yerləşən, Oğuz (Vartaşen) rayonu X3 (X15 Quşçuluq Təsərrüfatı) 2001-ci ildə özəlləşdirməyə açılaraq onun bazasında “X16” ASC yaradılmış və adı 2011-ci ildə dəyişdirilərək İddiaçı ASC adı ilə qeydiyyatdan keçmişdir. Hazırda İddiaçı ASC adı ilə fəaliyyət göstərir. İddiaçı ASC həmin özəlləşdirmə planına əsasən “X16” ASC-yə verilmiş 16 ha torpaq sahəsindən cavabdehlərin çıxarılmasını tələb edir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı qanunsuz zəbt edilmiş torpaq sahələrindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Oğuz rayonu Qarabaldır kəndində yerləşən, İddiaçı ASC-nin qanuni istifadəsində olan və cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş cəmi 16 hektar torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılmaları, həmin 16 hektar torpaq sahəsinin İddiaçı ASC-nə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
3. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin müvafiq özəlləşdirmə planına (Emissiya Prospekti) əsasən Oğuz rayonu Qarabaldır kəndində yerləşən, Oğuz (Vartaşen) rayonu X3 (X15 Quşçuluq Təsərrüfatı) 2001-ci ildə özəlləşdirməyə açılaraq onun bazasında “X16” ASC yaradılmışdır. “X16” ASC 2006-cı ildə tamamilə özəlləşdirilmişdir. 1980-ci ildən Oğuz (Vartaşen) rayonu X1 (X15 Quşçuluq Təsərrüfatı) qanuni istifadəsində olan 125 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair bütün hüquqlar da özəlləşdirmə ilə eyni vaxtda “X16” ASCnə keçmişdir. “X16” ASC-nin adı 2011-ci ildə dəyişdirilərək İddiaçı ASC adı ilə qeydiyyatdan keçmişdir və hazırda da İddiaçı ASC adı ilə fəaliyyət göstərir. Qeyd edilən 125 hektar torpaq sahəsinin 56 hektardan ibarət hissəsi 2009-cu ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə dövlət ehtiyacları üçün geri alınmışdır. Bundan sonra İddiaçı ASC-nin qanuni istifadəsində 69 hektar torpaq sahəsi qalmışdır. Qeyd olunan 69 hektar torpaq sahəsinin 16 hektardan ibarət hissəsini hazırki iş üzrə cavabdehlər İddiaçı ASC-nin razılığı və ya digər hər hansı qanuni əsas olmadan zəbt etmişlər. İddiaçı ASC özünün qanuni təmçilçisi və digər şəxslərin vasitəsilə cavabdehlərdən zəbt etdikləri torpaq sahələrini boşaldıb iddiaçıya qaytarmasını dəfələrlə xahiş etmiş, lakin cavabdehlər bundan imtina etmişlər. Cavabdehlər İddiaçı ASC-nin qanuni istifadəsində olan 16 hektar torpaq sahəsini hazırda da heç bir əsas olmadan əkibbecərirlər və iddiaçının həmin torpaq sahəsi üzərindəki hüquqlarını həyata keçirməyə imkan vermirlər. Cavabdehlərin bu hərəkətləri uzun müddətdir ki, davam edir və nəticədə iddiaçının özünün qanini istifadəsinə verilmiş torpaq sahəsinə münasibətdə hüquqları pozulmuşdur. Cavabdehlər zəbt etdikləri torpaq sahəsini iddiaçıya təhvil vermədiklərinə görə iddiaçı məhkəməyə müraciət etməli olmuşdur.
4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin müvafiq özəlləşdirmə planına (Emissiya Prospekti) əsasən Oğuz rayonu Qarabaldır kəndində yerləşən, Oğuz (Vartaşen) rayonu X3 (X15 Quşçuluq Təsərrüfatı) 2001-ci ildə özəlləşdirməyə açılaraq onun bazasında “X16” ASC yaradılmışdır. Hazırda iddiaçı Oğuz rayonu Qarabaldır kəndində yerləşən, İddiaçı ASC-nin qanuni istifadəsində olan və cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş cəmi 16 hektar torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılmaları, həmin 16 hektar torpaq sahəsinin İddiaçı ASC-nə qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçı öz iddia tələbinin əsası kimi Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin müvafiq özəlləşdirmə planına (Emissiya Prospekti) və “X16” ASC-nin yaradılması ilə bağlı təsis sənədlərinə istinad edir. Cavabdehlərdən Cavabdeh7, Cavabdeh8 və Cavabdeh10 məhkəmə iclaslarına gəlməmiş, digər cavabdehlərin hər biri iddiaçıya məxsus torpaq sahəsini və ya onun bir hissəsini zəbt etmədiklərini, ona görə də iddia tələbini əsassız hesab etdiklərini bildirməklə iddiaçının iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehlər iddia tələbinə etirazlarının əsası olaraq hazırda istifadə etdikləri torpaq sahələrinin islahat vaxtı kolxoz tərəfindən onların istifadəsinə verildiyini, həmin torpaq sahələrinin uzun müddətdən bəri onların istifadələrində olduğunu, qeyd olunan torpaq sahələrinə dair iddiaçının adına hər hansı hüquqmüəyyənedici sənəd mövcud olmadığını bildirirlər.
5. Mülki işin məhkəmə araşdırması ilə əlaqədar İddiaçı ASC-nin sənəd üzrə istifadəsində olan torpaq sahələrinin sənəd üzrə koordinatları ilə torpaq sahəsinin istifadəçisinin naturada istifadə etdiyi torpaq sahələrinin koordinatlarının üst-üstə düşübdüşmədiyini, həmin torpaq sahələrinin (və ya bir hissəsinin) cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilib-edilmədiyini müəyyən etmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə müvafiq sorğu göndərilmişdir. Həmin sorğuya cavab olaraq adı çəkilən orqan tərəfindən məhkəməyə verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, qeyd olunan sorğu ilə bağlı işin araşdırılması məqsədi ilə 9 saylı Qəbələ Ərazi İdarəsinin mütəxəssisləri iddiaçının nümayəndəsi və cavabdehlərin iştirakı ilə xx.xx.2022-ci il tarixdə Oğuz rayonu Qarabaldır kəndində yerləşən torpaq sahəsinə baxış keçirilməsi üçün ərazidə olmuşlar. İddiaçı ASC-nin nümayəndəsi torpaq sahəsini tanımadığı üçün və həmin həmin torpaq sahəsinə dair məkan göstəriciləri qeyd edilmiş texniki və ya hüquqi sənəd təqdim olunmadığına görə işin araşdırılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır.
6. İddiaçı ASC-nin qanuni təmsilçisi Nümayəndə1 vəsatəti əsasında məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadına əsasən ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Mütəxəssis qarşısında qoyulmuş suallar eyni məzmun ilə ekspert qarşısında da qoyulmuşdur. Ekspertiza təyin edilməsi barədə qərardadın icrası ilə əlaqədar məhkəməyə ekspert vəsatəti göndərilərək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin müvafiq mütəxəssis rəyi, baza məlumatları , mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin ekspertizaya təqdim edilməsi xahiş edilmişdir. Qeyd olunan sənədlərin təqdim edilməsi məqsədi ilə həmin vəsatət xx.xx.2022-ci il tarixdə İddiaçı ASC-nin qanuni təmsilçisi Nümayəndə1, həmçinin, iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 rəsmi qaydada verilmişdir. Lakin müvafiq sənədlər məhkəməyə və ya ekspertizaya təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixdə ekspertiza aparılmasından imtina edilərək mülki iş icrasız geri qaytarılmışdır.
7. xx.xx.2022-ci il tarixə təyin edilən növbəti məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə2 müvafiq sənədlərin əldə edilərək təqdim edilməsi məqsədi ilə məhkəmə baxış iclasının təxirə salınmasını xahiş etmiş, onun vəsatət əsasında məhkəmə iclası bir aydan daha artıq müddətə təxirə salınaraq xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Lakin həmin tarixdə keçirilən məhkəmə iclasında da müvafiq sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəməyə təqdim edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda isə qeyd edilmişdir ki, Oğuz rayonu Qarabaldır kəndi ərazisində yerləşən, ərizədə qeyd edilmiş torpaq sahəsinin faktiki istifadə vəziyyətinə uyğun olaraq sərhədlərinin döngə nöqtələrinin koordinatları GPS aləti vasitəsilə təyin edilmiş, əldə edilmiş məlumatlar aidiyyəti üzrə kameral şəraitdə araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra nəticəsi barədə məlumat veriləcəkdir.
8. Göründüyü kimi, mübahisə predmetinə aid olan torpaq sahəsi ilə bağlı müvafiq sənədlər ekspertiza keçirilməsi üçün zəruri tədqiqat predmeti kimi təqdim edilmədiyindən həmin torpaq sahəsinin istifadəçisinin naturada istifadə etdiyi torpaq sahələrinin koordinatlarının üst-üstə düşüb-düşmədiyini, həmin torpaq sahələrinin (və ya bir hissəsinin) cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilib-edilmədiyini müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə mübahisə predmeti üzrə ekspertiza təyin edilə biləcək faktı, yəni həmin torpaq sahələrinin (və ya bir hissəsinin) cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilmiş olması faktını rədd edilmiş hesab edir.
9. Məhkəmə tərəflərin dəlillərinə məcmu halında qiymət verərək qeyd edir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı öz iddia tələbinin əsasları olaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2022-ci il tarixli 254 nömrəli sərəncamına, X15 Quşçuluq Təsərrüfatına aid özəlləşdirmə planına (Emissiya Prospekti) , “X16” ASC-nə aid Hüquqi şəxsin Dövlət qeydiyyatı haqqında şəhadətnaməyə və İddiaçı ASC-nin Nizamnaməsinə istinad etmiş, həmin sənədlər və iddiaçının iddia tələbində qeyd etdiyi digər dəlillər isə bu iddia tələbinin əsaslı olduğunu sübut etmək üçün yetərli deyildir. İddiaçı tərəfindən X15 Quşçuluq Təsərrüfatına aid özəlləşdirmə planının (Emissiya Prospekti) və “X16” ASC-nin yaradılması ilə bağlı təsis sənədlərin surətləri məhkəməyə təqdim edilsə də, iddiaçının qanuni istifadəsində olduğu iddia edilən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər (baza məlumatları, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem), habelə, müvafiq mütəxəssis rəyi məhkəməyə və ya ekspertizaya təqdim olunmadığından və bu səbəbdən həmin torpaq sahələri ilə bağlı ekspertiza keçirmək mümkün olmadığından, bununla da mübahisə predmetinə aid olan torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edilmiş olması faktı təsdiq olunmadığından məhkəmə hesab edir ki, cavabdehlər hazırki iddia tələbinə görə hər hansı məsuliyyət daşımırlar.
10. Oğuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(054)-199/2022 nömrəli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia təmin edilməmiş, İddiaçı ASCnin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11 qarşı Oğuz rayonu Qarabaldır kəndində yerləşən, İddiaçı ASC-nin qanuni istifadəsində olan və cavabdehlər tərəfindən qeyri-qanuni zəbt edilmiş cəmi 16 hektar torpaq sahəsindən cavabdehlərin məcburi qaydada çıxarılmaları, həmin 16 hektar torpaq sahəsinin İddiaçı ASC-nə qaytarılması barədə iddiasının təmin edilməməsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat dövlət rüsumu məbləğinin İddiaçı ASC-nə aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157 və 166-cı maddələrinə istinad etmişdir.
12. İş materiallarında olan sənədlər: Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2022-ci il tarixli 254 nömrəli sərəncamı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin müvafiq özəlləşdirmə planı (Emissiya Prospekti) reyestrdən çıxarış xx.xx.2022-ci il tarixli ödəniş qəbzi
13. Qətnamədən narazı qalan iddiaçı Oğuz-9 ASC apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
14. İddiaçı Oğuz-9 ASC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iş materiallarından və qətnamənin məzmunundan da göründüyü kimi cavabdehlər iddiaçının qanuni istifadəsində olan 125 torpaq sahəsinin 21,46 hektar hissəsini heç bir qanuni əsas olmadan zəbt etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin müvafiq özəlləşdirmə planına (Emissiya Prospekti) və “X16” ASC-nin yaradılması ilə bağlı təsis sənədlərindən iddiaçı Oğuz-9” ASC-nin qanuni istifadəsində olan torpaq sahələrinin hüqudları açıq aydın görünür. Həmin torpaq sahəsinin sərhədləri barədə baza məlumatları Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsində mövcud olmasına baxmayaraq Oğuz Rayon Məhkəməsinin mübahisə obyekti olan torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt edilib edilmədiyini müəyyən edilməsi üçün göndərilən sorğusuna müxtəlif bəhanələrlə cavab verilməmiş, bu barədə vəsatətlərinə əsasən Oğuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ekspertiza təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir. Ekspertiza aparılması üçün məhkəməyə vəsatət göndərilərək müvafiq mütəxəssis rəyi, baza məlumatları, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin ekspertizaya təqdim edilməsinin təmini məhkəmədən xahiş edilmişdir. Məhkəmə qeyd edilən məlumatların Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən götürüb ekspertiya göndərmək əvəzinə həmin məlumatları iddiaçı tərəfdən tələb etmiş, həmin məlumatlar da iddiaçıda deyil, qeyd edilən təşkilatda olduğundan iddiaçı tərəf həmin məlumatları əldə etmək imkanı olmadığından müvafiq ekspertiza keçirilə bilməmiş və lazımi ekspert rəyinin alınması mümkün olmamışdır. Oğuz Rayon Məhkəməsi qeyd edilən halı lazımi şəkildə araşdırıb aydınlaşdırmaq əvəzinə iddiaçının qeyd edilən sübutları təqdim edə bilməməsi əsası ilə, yəni sübut yetərsizliyi əsası ilə iddianı təmin etməmişdir. Halbuki iş məhkəmənin icraatında olan zaman məhkəməyə iddianın sübutu kimi Oğuz Rayon İcra Hakimiyyətinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Oğuz Rayon Şöbəsinin təsdiq etdiyi İddiaçı ASC-yə məxsus olan 125 hektar torpaq sahəsinin sxemi təqdim edilmişdir. Məhkəmə isə qətnamə qəbul edərkən bu sənədin olub olmamasına əhəmiyyət verməmişdir. Bundan əlavə məhkəmə həm emissiya prospektində, həm də qeyd edilən sxemdə cavabdehlərin zəbt etdiyi 3 yaşayış binasının olmasına dəfələrlə məhkəməyə çatdırmağımıza baxmayaraq məhəl qoyulmamış, bu məsələyə qəbul edilmiş qətnamədə ümumiyyətlə toxunulmamışdır. Hələ məhkəmə araşdırması yekunlaşmamışdan əvvəl etdikləri müraciətə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən verilən 16 yanvar 2023-cü il tarixli, 3-21-3-42/2-479/2023 saylı məktubdan da göründüyü kimi həmin təşkilatın istifadəsində olan elektron baza məlumatlarında iddiaçının qanuni istifadəsində olan torpaq sahəsi barədə məlumatlar mövcud olmuşdur. Buna baxmayaraq idarə həmin məlumatlara əsasən müvafiq rəyi məhkəməyə verməmişdir. Nəticədə məhkəmə nə mütəxəssis rəyi, nədə ekspert rəyi almadan, mülki iş üzrə lazımi araşdırma aparmadan iddianı əsassız olaraq təmin etməmişdir. Həmin məktubun məzmunundan da göründüyü kimi iş üzrə cavabdehlər İddiaçı ASC-nin qanuni istifadəsində olan torpaq sahələrinin 21,46 hektar hissəsi cavabdehlərin istifadəsindədir və onlar müvafiq ölçü işlərinin aparılmasına icazə vermirlər. Bu hal hazırkı iddiamızın əsaslı olduğunu bir daha sübut edir. Məhkəmə cavabdehlərin mübahisə obyekti olan torpaq sahələrini qanuni əsasla istifadə edib etmədiklərini də araşdırmamış, iddiaçının öz iddiasını sübut edə bilmədiyi əsası ilə buna lüzum olmadığını qeyd etmişdir. Nəticədə iddiaçının mövcud hüquqları pozulmuşdur.
15. Hazırkı apellyasiya şikayətinə əlavə etdiyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsindən onun 24 noyabr 2022-ci il tarixli müraciətinə (həmin tarixdə hazırkı iş üzrə hələ qətnamə qəbul edilməmişdi. Bu barədə məhkəməyə məlumat verərək işin baxılmasının müvafiq cavab alınanadək təxirə salınmasını xahiş etsəm də məhkəmə iş üzrə qətnamə qəbul etdi) 03 fevral 2023-cü il tarixli cavabında idarənin mütəxəssisinin sözügedən torpaq sahəsinə baxış keçirdiyi və sərhədlərinin döngə nöqtələrinin kordinantlarını GPS aləti vasitəsilə təyin etdiyini, çöl ölçmə işlərinin nəticəsinin 9 saylı Ərazi İdarəsinin istifadəsində olan elektron baza məlumatlarına əsasən araşdırıldığı və İddiaçı ASC-nə məxsus dövlət mülkiyyətinə aid torpaq sahəsinin 21,46 hektar hissəsinin digər vətəndaşların (yəni hazırkı iş üzrə cavabdehlərin) istifadəsində olduğu və həmin vətəndaşlar ölçü aparılmasına icazə vermədiklərinə görə ölçülmədiyi bildirilmişdir. Həmin məktubun surətini apellyasiya şikayətinə əlavə edir. Məktubun əslini zərurət olarsa məhkəmə iclasında təqdim edəcək.
16. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli, 2(054)- 199/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2, X10, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, onların nümayəndəsi və vəkili Vəkil Sadədddin oğlu və digər cavabdehlər Cavabdeh6 və Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(054)-199/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
19. İddiaçı Oğuz-9 ASC-nin nümayəndəsi işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiaçı Oğuz-9 ASC-nin direktoru X18 və onun0 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şiakyətinin təmin edilməsini xahiş etmişlər.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir.
21. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri
23. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
24. İddiaçı Oğuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(054)-199/2022 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
26. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
27. Bu səbəblə, məhkəmə kollegiyası tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzinin 16 fevral 2024-cü il tarixli 3-16-16/2-10/8242 nömrəli ekspert rəyində göstərilmişdir: “Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin müvafiq özəlləşdirmə planına (Emissiya Prospekti) əsasən Oğuz-9 ASC- nin (köhnə adı ilə “X16” ASC) mülkiyyətinə verilmiş Oğuz rayonu Qarabaldır kəndində yerləşən 16 hektar torpaq sahəsi hansı ölçülərdə və hansı koordinatlarda yerləşməsini, üzərində məkan göstəriciləri qeyd edilmiş sənəd (plan ölçü) olmadığına görə təyin etmək mümkün deyildir. Mübahisələndirilən torpaq sahəsi Dövlət mülkiyyətinə aiddir və hazırki iş üzrə cavabdehlər Cavabdeh8, X6, Cavabdeh7, X11, Cavabdeh2, Cavabdeh10, X17, X12, X7, Cavabdeh11, X19, X31, Həmidova Hicran Fərman qızı, X8, X20, X14, X5, X21 və X9 tərəfindən istifadə edilir. Mübahisələndirilən torpaq sahəsi müvafiq olaraq vətəndaşlar tərəfindən aşağıdakı ölçülərdə istifadə edilir. Cavabdeh8-0.7358 ha, X6-0.8452ha, Cavabdeh7-0.7379ha, X11- 0.4635ha, X13-0.5208ha, Cavabdeh10-0.7768ha, X17-0.3694ha, Cavabdeh6-1.1461 ha, Cavabdeh6 0.1843ha, X30 öğlu-0.0435ha, Cavabdeh11 0.4806ha, X22-0.0354ha, X17- 0.0326ha, X23-0.06ha, Cavabdeh10-0.7651ha, Həmidov Hicran Fərman qızı-0.3496ha, X8-0.5613ha, X20-0.3928ha, Cavabdeh7-0.1313ha, X10- 0.2587ha, X14-0.3813ha, X10- 0.9701ha, X10-0.8742ha, X21-0.2057ha və X9-0.3821ha. Yuxarıda adları göstərilən vətəndaşlar tərəfindən cəmi 13.0088 ha ərazidən istifadə edilir. Cavabdeh X4 adına tərtib edilmiş **********86 nömrəli Çıxarışda göstərilmiş torpaq sahəsi özünün faktiki naturada istifadəsində olan torpaq sahəsi ilə 0.1019 ha hissədə, **********85 nömrəli Çıxarışda göstərilmiş torpaq sahəsi ilə 0.1057 ha hissədə üst-üstə düşür.”
28. Beləliklə, Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 16 fevral 2024-cü il tarixli 3-16-16/2-10/8242 nömrəli ekspert rəyi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin 29 sentyabr 2023-cü il tarixli 3-21-3-42/2-4669/2023 nömrəli mütəxəssis rəyi və həmin mütəxəssis rəyinə əlavə edilmiş 1:2000 miqyasda olan yerquruluşu planından göründüyü kimi, iddiaçı Oğuz-9 ASC-nin mübahisələndirdiyi, barəsində Emissiya Prospektinin verildiyi 16 ha torpaq sahəsinin iddiaçının adına mülkiyyət sənədləri mövcud olmamaqla, həmin torpaq sahəsi dövlət mülkiyyətindədir. Həmin torpaq sahəsi hazırki iş üzrə cavabdehlər tərəfindən ekspert rəyində göstərilən ölçülərdə istifadə edilsə də, həmin istifadə edilən torpaq sahəsi ilə bağlı iddiaçı Oğuz-9 ASC-yə məxsus mülkiyyət sənədləri olmamaqla, torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir. İddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin müvafiq özəlləşdirmə planına (Emissiya Prospekti) əsaslanaraq mübahisəli torpaq sahəsinin ona verildiyini iddia edir. Halbuki göründüyü kimi, iddiaçı həmin torpaq sahəsinə mülkiyyət hüququna malik deyildir. Belə olan halda, iddianın MM-in 164-cü maddəsi ilə sahiblik hüquqnun pozulması əsası ilə nəzərdən keçirilməsi mümkündür. Kollegiya MM-in 164.1-ci maddəsi ilə bağlı qeyd edir ki, bu norma sahibin iradəsi olmadan sahiblikdən məhrumetmənin və onu pozmanın qadağan edilmiş özbaşınalıq sayıldığını nəzərdə tutur və bundan sonrakı maddələr sahibliyin müdafiəsinə dair qaydaları tənzimləyir. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Başqa sözlə, sahiblik bir əşya üzərində əməli (faktiki) hakimiyyəti iradəvi olaraq ələ keçirmiş və bunu itirməmiş olmaqdır. Şəxs öz iradəsi ilə bu hakimiyyəti tərk edənədək və ya iradəsi xaricində başqa biri onu ələ keçirənədək və ya hakimiyyəti başqa səbəbdən sona çatanadək əşyanın sahibi sayılır. Sahibliyin verilməsi isə digər şəxsin əşya üzərində faktiki hakimiyyətinin təmin edilməsi, yəni əşyanın onun birbaşa - vasitəsiz sahibliyinə verilməsi və ya əşyaya vasitəli sahibliyinin təmin edilməsi ilə mümkün olur. Beləliklə, sahibliyin müdafiəsinə dair normaların tətbiq edilməsi üçün iddiaçının əşyanın (ilkin qazanma və ya sahibliyin verilməsi nəticəsində) sahibi olması və bu vəziyyətin cavabdeh tərəfindən özbaşınalıqla pozulması müəyyən edilməlidir. Başqa sözlə, əşyaya sahibliyi əldə etməmiş şəxs sahibliyinin pozulmasına istinad edə bilməz. Hazırkı iş üzrə iddiaçının mübahisəli torpaq sahəsinin sahibi olması, yəni həmin əşyanın onun sahibliyinə verilməsi müəyyən edilmir. Belə ki, tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının istinad etdiyi Emissiya Prospekti verilməzdən əvvəldən bu günədək cavabdehlər tərəfindən istifadə olunur. İddiaçı hüquqi şəxsin direktoru X18 özü də əvvəlki məhkəmə iclasında mübahisə etdiyi torpaq sahəsinin dəqiq yerini bilməməklə yalnız Emissiya Prospektinə istinad etməklə həmin sənəddə qeyd olunan torpağı mübahisələndirdiyini bildirmişdir. Beləliklə, iddiaçının mübahisələndirdiyi torpaq sahəsinin onun sahibliyinə verilməsi sübut olunmur.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd edilən torpaq sahəsinə hər hansı hüququ əmələ gəlmədiyindən, onun mövcud iddia tələbi ilə çıxış etmək hüququ da olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin torpaq sahəsinə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində irəli sürdüyü tələbinin qanuni əsaslarını göstərə bilməmiş, bununla da müvafiq subyektiv hüquqa malik olduğunu əsaslandırmamışdır. Kollegiya qeyd edir ki, sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Kollegiya həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddia tələbinə düzgün hüquqi qiymət verilmişdir.
30. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı Oğuz-9 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Oğuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(054)-199/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı Oğuz-9 ASC tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 19 dekabr 2022-ci il tarixli 2(054)-199/2022 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev