Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-341/2021 09.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, X11 iclas katibliyi, İddiaçı2 (həmçinin İddiaçı1 nümayəndəsi) və Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsindən cavabdehin çıxarılması tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-405/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Zərdab rayon X7 xx.xx.1997-ci il tarixli 10 saylı Qərarı ilə Zərdab rayonu Gödəkqobu kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün onlara və digər ailə üzvlərinə ayrılmış 2.28 ha torpaq sahəsindən Cavabdeh məcburi olaraq çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-405/2020 nömrəli (hakim T.Qubadov) qətnaməsi ilə iddia tələbi təmin edilərək, cavabdeh Əliyev X20 rayonu X7 xx.xx.1997-ci il tarixli 10 saylı qərarı ilə kənd təsərrüfatı istehsalı üçün Zərdab rayonu Gödəkqobu kəndi ərazisində verilmiş və Torpağa Mülkiyyət hüququna dair JN-1xx xxx 90509028 olan Dövlət aktına əsasən İddiaçı2, İddiaçı1 və digər ailə üzvlərinə məxsus olan 2.28 ha torpaq sahəsindən çıxarılması, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zərdab rayonu X7 xx.xx.1997-ci il tarixli 10 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün onların və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Gödəkqobu kəndi ərazisində 2.28 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə onların və digər ailə üzvlərinin mülkiyyət huquqları dövlət qeydiyyatından keçirilməklə dövlət tərəfindən tanınmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna dair JN-1xx xxx 90509028 olan Dövlət aktı verilmişdir. X23 xx.xx.2004-cü il tarixdə nə onun, nə də ki, digər iddiaçının razılığını almadan notarial müqavilə bağlamadan sözügedən torpaq sahəsini Cavabdeh icarəsinə vermişdir. Həmin vaxt onlar uşaq olmuşlar, heç bir sənədə, o cümlədən cavabdehin məhkəməyə təqdim etdiyi kənd bələdiyyəsi tərəfindən təsdiqlənən Aktı imzalamamışlar. Qanunvericiliyin tələblərinə görə daşınmaz əmlaklarla bağlı müqavilələrin bağlanması iştirakçıların hüquqları və vəzifələri, habelə edilən hərəkətin hüquqi nəticələri izah edilməklə notariat orqanında həyata keçirilməlidir. Eləcə də notariat orqanında bağlanan müqavilələrdən irəli gələn hüquqlar dövlət qeydiyyatından keçirilməlidir. Əks halda daşınmaz əmlaklarla bağlı bağlanan müqavilələrin heç bir hüquqi əhəmiyyəti yoxdur. Dəfələrlə tələb etsələr də, cavabdeh sözügedən torpaq sahəsindən çıxmamış, əksinə torpaq sahəsini qaytarmayacağını bildirmişdir. Cavabdeh fikrini onunla əsaslandırmışdır ki, güya anası Südabə həmin torpaq sahəsini 25 il müddətinə ona icarəyə vermişdir. Halbu ki, yuxarıda qeyd etdiyi kimi sözügedən torpaq sahəsi ilə bağlı cavabdehlə aralarında notarial qaydada heç bir razılaşma olmamış, nə ona, nə də ki, digər ailə üzvlərinə cavabdeh pul verməmişdir. Cavabdehin onun X23ya pul verməsindən xəbəri yoxdur. Sözügedən torpaq sahəsi təkcə anasının deyil, həm onların və digər ailə üzvlərinin mülkiyyətindədir. Əvvəllər bir təhər dolana bilsələr də, hazırda dolanışıqlarında müəyyən çətinlik yaranmışdır. Ona görə də öz mülkiyyətlərində olan sözügedən torpaq sahəsi əkib-becərməklə güzaranlarını təmin etmək istəyirlər. Lakin, cavabdeh buna imkan vermir. Tələb etmələrinə baxmayaraq cavabdeh qanunsuz hərəkətlərinə son qoymur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, tərəflərin qəbul etdiyi, tərəflərin mübahisələndirmədiyi xüsusatlardan biri mülkiyyətçilərdən birinin konkret X2 həmin torpaq sahəsini ona faktiki icarəyə verməsi və bunun müqabilində pul almasıdır. Bundan başqa həmin torpaq sahəsinin bir hissəsini X8 qaytarmağına dair aktı məhkəməyə təqdim etmiş, bu xüsusatı iddiaçılar da təsdiqləmişlər. Lakin buna baxmayaraq məhkəmə 2,28 ha torpaq sahəsindən çıxarılmağına qərar verməklə məhkəmə aktının icrasını bəri başdan şübhə altına almışdır. Mübahisələndirilən torpaq sahəsi yalnız iş üzrə iddiaçıların deyil, bir neçə şəxsin mülkiyyətindədir, iddiaçılar onları təmsil etməmişlər. Məhkəmə bu xüsusatı nəzərə almamışdır. Eləcə də məhkəmə tərəflər arasındakı əqdi puç, yaxud əhəmiyyətsiz əqd hesab edirdisə, iddiaçıların ondan aldıqları pulun da taleyinə aydınlıq gətirməli idi. Qanunsuz və ədalətsiz məhkəmə aktı ilə mülkiyyət hüquqları pozulmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi ona iddiaçıların anası tərəfindən 25 illik icarəyə verilmişdir. Müqavilənin müddətinin bitməsinə 8 il qalır. İddiaçılar özü də həmin vaxt icarə müqaviləsinə imza etmişlər. Bu illər ərzində o həmin torpağa xeyli məbləğdə xərc çəkmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 (həmçinin İddiaçı1 nümayəndəsi) apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, qeyd olunan mübahisəli torpaq sahəsi birgə mülkiyyət hüququ ilə onlara məxsusdur. Həmin torpaq sahəsi cavabdehin istifadəsinə verilərkən nə onun, nə də ki, qardaşı Fəridin xəbəri olmamışdır. Belə ki, həmin vaxt onların hər ikisi yetkinlik yaşına çatmamış, heç bir müqaviləyə də imza etməmişlər. Bu illər ərzində cavabdehdən torpaq sahəsini boşaltmağı tələb etsələr də, sonda cavabdeh buna əhəmiyyət verməmişdir. Cavabdeh neçə illərdir ki, həmin torpağı əkib-becərməklə qazanc əldə edir. Özü şəhid ailəsinin üzvüdür. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə tərəfindən 3-cü şəxs qismində cəlb edilmiş X3 məhkəmə kollegiyasının iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə heç bir məlumat verməmişdir (iddiaçı məhkəmə iclasında anasının yaşlı və xəstə olmasını bildirmişdir) . Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsində isə göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-405/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; JN-1xx xxx 90509028 olan Dövlət Aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Zərdab rayonu X7 xx.xx.1997-ci il tarixli 10 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün hazırkı iddiaçıların və digər ailə üzvlərinin (X9, X12, X13, X4, X5, X14, X6, X1) mülkiyyətinə Zərdab rayonu Gödəkqobu kəndi ərazisində 2.28 ha torpaq sahəsi verilmişdir. İş materiallarından görünür ki, hazırkı Cavabdeh ilə X10 arasında sonuncunun və digər ailə üzvlərinin mülkiyyətində olan Zərdab rayon Gödəkqobu kəndində yerləşən 3.68 ha pay torpaq sahəsinin (Dövlət Aktında ümumi torpaq sahəsi 2.28 hektardır) 25 il müddətinə icarəyə verilməsi və icarə haqqının nəğd şəkildə ödənilməsi barədə sadə yazılı müqavilə bağlanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, o, iddiaçılara və onların anasına məxsus 2.68 ha torpaq sahəsi ona icarəyə verildiyi üçün bu gündə onun istifadəsində olduğunu, oradan çıxmaq istəmədiyini qeyd etmiş və iddianın rədd olunmasını xahiş etmişdir. Zərdab rayonu Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X15 ilə X14 arasındа 19.102013-cü il tаrixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1340 № ilə qeyd edilməklə rəsmi nikаh bаğlаnmış, ərə Abbasov, arvada Abbasova soyadı verilmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş sübutları əlaqəli şəkildə işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli torpaq sahəsinin araşdırılması üçün ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddələrində hər kəsin mülkiyyət hüququna, o cümlədən mülkiyyətin toxunulmazlığına, növündən asılı olmayaraq dövlət tərəfindən bərabər müdafiə olunmasına və mülkiyyət hüququnun qanunla qorunmasına təminat verilir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Belə ki, mülkiyyətin toxunulmazlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və mülki hüquqların məhkəmə müdafiəsi Mülki Məcəllənin 6-cı maddəsində mülki qanunvericiliyin təməl prinsipləri kimi müəyyən edilmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsində mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquq kimi təsbit edilmişdir. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının və mülki qanunvericiliyin şərh olunan müddəalarını rəhbər tutmaqla məhkəmə belə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Bu mənada, məhkəmə nəzərə alır ki, işdə olan ilkin sənədlərlə sübuta yetirilir ki, boşaldılması tələb edilən əmlak iddiaçı tərəfin qanuni mülkiyyətindədir. Mülki Məcəllənin 157.4. maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci hissəsinə görə, özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri, qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Mülki Məcəllənin 213.1-ci maddəsinə görə iki və ya bir neçəşəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.6-cı maddəsinə görə ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçılar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinin tələblərinə əsasən hazırkı iddianı verməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, Zərdab rayonu X7 xx.xx.1997-ci il tarixli 10 saylı qərarı ilə kənd təsərrüfatı istehsalı üçün iddiaçıların və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Gödəkqobu kəndi ərazisində 2.28 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsi hazırda da iddiaçıların və onların digər ailə üzvlərinin ümumi birgə mülkiyyətindədir. Lakin, mülkiyyətçilərdən biri olan X12 paylarını müəyyən etmədən və digər ailə üzvlərinin razılığını almadan, 2004-cü ildə həmin torpaq sahəsini aralarında bağlanmış sadə yazılı müqaviləyə əsasən 25 il müddətinə hazırkı Cavabdeh icarəyə vermişdir. Lakin, həmin müqavilə notariat orqanında notariusun iştirakı ilə bağlanmamış, nə də ki, həmin müqavilədən irəli gələn hüquqlar dövlət qeydiyatından keçirilməmişdir. Bundan başqa həmin sadə yazılı müqavilə bağlanarakən mülkiyyətçilər olan hazırkı iddiaçıların notarial razılığı alınmamışdır. Hazırda da haqqında mübahisə qaldırılan torpaq sahəsindən iddiaçıların iradəsinə zidd olaraq cavabdeh istifadə edir. Nəticədə iddiaçıların mülkiyyət hüququ pozulmuş və hazırda pozulmaqda davam edir.Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və şikayətdə qeyd olunan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Belə ki, cavabdeh apellyasiya şikayətində torpaq sahəsindən qanuni əsasalarla istifadə etdiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübutu təqdim edə bilməmişdir. Əksinə işin faktiki hallarından müəyyən edilir ki, haqqında mübahisə qaldırılan torpaq sahəsinə dair hazırkı iddiaçıların və digər ailə üzvlərinin mülkiyyət huququna dair hüquqi sənədi vardır. İddiaçıların və digər ailə üzvlərinin bu hüququ müvafiq qaydada dövlət qeydiyyatından keçirilməklə dövlət tərəfindən tanınmış və bu barədə onlara Torpağa Mülkiyyət hüququna dair JN-1xx xxx 90509028 olan Dövlət aktı verilmişdir. Cavabdeh isə haqqında mübahisə qaldırılan torpaq sahəsi ilə bağlı “icarə müqaviləsinə” istinad etsə də, əvvəla həmin müqavilə bütün mülkiyyətçilərin razılığı və iradə ifadəsi əsasında bağlanmamış, eləcə də həmin müqavilə üçün zəruri olan şərtlərə əməl edilməmişdir, yəni notarial qaydada təsdiqlənməmişdir. Ona görə də kollegiya belə hesab edir ki, iddiaçıların mübahisələndirdiyi torpaq sahəsi mülkiyyət hüququ ilə onların özünə məxsus olmasına baxmayaraq, cavabdeh tərəfindən istifadə olunur ki, bu da mülkiyyətçi kimi iddiaçıların qanunla qorunan müılkiyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Bundan əlavə məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, mübаhisəsi gedən tоrpаq sаhəsinin cavabdehlər tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf torpaq sahəsinə mülkiyyət hüququna malik olmaqla cavabdehin çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Ona görə də məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbinə hüquqi qiymət verib, iddianı təmin etməklə birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun qanuni və əsaslı nəticəyə gəlmiş, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq belə qənaətə gəlir ki, cavabdehin torpaq sahəsi iləı bağlı hər hansı hüququ (“icarə müqaviləsindən” irəli gələn və s.) pozulmuş olsa da belə, onun pozulmuş hüququ torpaq sahəsinin qanuni mülkiyyətçilərinin hesabına kompensasiya edilə bilməz. Bu halda cavabdeh tərəf müqaviləni onunla bağlamağa cəhd etmiş və “icarə haqqı” almış şəxsə qarşı ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla onlara dəymiş ziyanı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(035)-405/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-341/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-341/2021
09.03.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver