Məhkəmə qərarları › İş №2(107)-341/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-341/2025

17.04.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-341/2025 17.04.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki-Zaqatala regional şöbəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının ödənilməsi, qüvvə) X1 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki-Zaqatala regional şöbəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(025)- 1544/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı cavabdeh Cavabdeh MMC-nə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o, və Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət arasında imzalanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi, boşdayanma müddəti ərzində (iyun 2023 – avqust 2024) ona ödənilməmiş 4900 manat əmək haqqının (14 ay x 350 manat) üçdə iki hissəsi – yəni, 3266 (üç min iki yüz altımış altı) manat pul vəsaiti, bu müddət ərzində əmək fəaliyyəti ilə məşğul ola bilməməsinə görə pulun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Mülki işin xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki Zaqatala regional şöbəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb olunmuşdur.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il il tarixdə əmək müqaviləsi əsasında Cavabdehndə “təlimçi” vəzifəsində işə başlamışdır. İşlədiyi müddət ərzində cəmi 1 ay, yəni 2023-cü ilin mart ayı üçün əmək haqqı almışdır. Sonrakı vaxtlarda şirkətin işi zəifləsə də,o, iş yerinə mütəmadi gedib-gəlirmiş. Şirkətin direktoru Nümayəndə ona “işlərin yaxşı olacağını, gələcəkdə böyük qazanclar olacağını, qalıq əmək haqqı borclarının hamısının bir yerdə ödəniləcəyini” vəd edərək həmin işdə qalmağına səbəb olmuşdur. Ona təxminən 2023-cü ilin iyun ayında “işin olmadığını”, buna görə də işdən çıxmaq istədiyini bildirmişdir. O isə cavabında bildirmiş ki, “işlər düzələcək, narahat olma, sən maaşını almağa davam edəcəksən”. Lakin o görmüş ki, cavabdeh öz sözlərinin üstündə durmur və əmək haqqını ödəmək istəmir. Bundan sonra o, işdən çıxmaq qərarına gəlmişdir. Direktor Nümayəndəla üzbəüz görüşmək imkanları olmadığına görə əvvəlcə ona bu barədə telefonla məlumat vermişdir. xx.xx.2024-cü il tarixdə isə yazılı şəkildə işdən çıxmaq arzunu bildirərək poçt vasitəsi ilə göndərmişdir. Cavabdeh ona gah asan imzasını, gah da şəxsiyyət vəsiqəsini itirdiyini bəhanə edərək onun haqlı tələbini yerinə yetirməmişdir. O, israrla ondan işdən ayrılıb başqa işə keçmək istəyini bildirdikdə də isə o, şirkətin vergi borclarına görə asan imzasının işləmədiyini bildirərək ona mane olmağa davam etmişdir. 07 iyun 2024-cü il tarixdə o, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki-Zaqatala regional şöbəsinə müraciət edərək kömək istəmişdir. Müfəttişliyin əməkdaşları cavabdehlə telefonla danışsalar da, Nümayəndəı yola gətirə bilməmişlər. Belə ki, o, müfəttişlik şöbəsinə gələrək məsələnin həll edilməsindən imtina etmişdir. Bundan sonra o, mediasiyaya müraciət etmişdir. Cavabdeh mediasiyaya da gəlməkdən imtina etmişdir. Yalnız bundan sonra o, məcbur qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Hesab edir ki, onun hüquqları bir neçə epizod üzrə kobud surətdə pozulmuşdur. Belə ki, onun əmək müqaviləsi bu gün də qüvvədədir. Lakin, o, indiyədək yalnız bir dəfə əmək haqqı almışdır. Dəfələrlə ödənilməmiş əmək haqqlarının ödənilməsi və əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etsə də, yuxarıda qeyd etdiyi kimi heç bir irəliləyişə nail ola bilməmişdir

Birinci instansiya məhkəməsində icraat

4. Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(025)-1544/2024 nömrəli qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı cavabdeh Cavabdeh MMC-nə və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki Zaqatala regional şöbəsinə qarşı “əmək müqaviləsinə xitam verilməsi və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir:

5. iddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. İddiaçı Cavabdeh MMC-nin direktoruna xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Lakin işəgötürən Cavabdeh MMC tərəfindən əmək müqaviləsinə xitam verilməmiş, hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. İddiaçı tərəfdən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi və boşdayanma müddəti üçün əmək haqqının verilməsini məhkəmədən xahiş etmişdir.

Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır:

6. Məhkəmə hesab etmişdir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etməmişdir. Bunun hansı səbəbdən baş verməsi ilə bağlı isə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İddiaçı isə məhkəmə zamanı özüdə izahatında etiraf etmişdir ki, Cavabdeh MMC-nin barəsində Xətai rayon Polis İdarəsində cinayət işi var və cinayət işi icraat aparılmaqdadır. Həmçinin iddiaçı göstərmişdir ki, Cavabdeh MMC-nin vergi borcları vardır. Göründüyü kimi Cavabdeh MMC-nin barəsində cinayət işi olması və həmin cinayət işi yekunlaşmadan iddiaçı işdən məhkəmə qaydasında işdən azad edilə bilməz. Çünki İddiaçı də Cavabdeh MMC-nin işçici olaraq cinayət məsuliyyətinə cəlb edilə bilməsi kimi şübhələr vardır. Həmçinin Cavabdeh MMC-nin rəhbəri, yəni direktoru kimi Nümayəndə olması da məhkəmə üçün mübahisəli haldır.

7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair 9 sentyabr 2013-cü il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər.

8. Bütün bu hallar isə Cavabdeh MMC barəsində olan cinayət işini yekunlaşdırmadan mümkün deyildir. Bundan əlavə İddiaçı Cavabdeh MMC-nin direktorunun onun əmək müqaviləsinə xitam verilməsinin mümkünsüz olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi hissəsi təmin edilmədiyindən və həmin tələblərin məntiqi əlaqəliliyi səbəbindən onun boşdayanma müddəti üçün pulun ödənilməsi hissəsi də təmin edilməməlidir.

9. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 44.3, 68.2 və 69-cu maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin dəlilləri

10. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, işəgötürən əmək müqaviləsinə xitam verməli olduğu halda bunu etməmişdir. Bunun hansı səbəbdən baş verməsi ilə bağlı isə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İddiaçı isə məhkəmə zamanı özüdə izahatında etiraf etmişdir ki, "xxxx" MMC-nin barəsində Xətai rayon Polis İdarəsində cinayət işi var və cinayətişi icraat aparılmaqdadır. Həmçinin iddiaçı göstərmişdir ki, CavabdehMMC-nin vergi borcları vardır. Göründüyü kimi Cavabdeh MMC-nin barəsindcəinayət işi olması və həmin cinayət işi yekunlaşmadan iddiaçı işdən məhkəmə qaydasında işdən azad edilə bilməz. Çünki İddiaçı də "xxxx" MMC-nin işçici olaraq cinayət məsuliyyətinəcəlb edilə bilməsikimi şübhələrvardır. Həmçinin Cavabdeh MMC-nin rəhbəri, yəni direktoru kimŞiirinov Tamerlan Səxavət oğlunun olması da məhkəmə üçün mübahisəli haldır. Hesab edir ki, məhkəmənin bu cür yanaşması bir vətəndaş kimi onun hüquqlarının sadəcə heçə sayılmasıdır. İstintaqdan və hüquq mühafizə orqanlarından gizlənmək istəyirdisə niyə bu barədə məhkəməyə özü ifadə vermişdir? Bu iş üzrə cavabdeh olan şəxsin özündən – yəni Nümayəndə şəxsən özü də şikayət vermiş və istintaqda zərərçəkmiş şəxs qismində tanınmışdır. Yuxarıda qeyd etdiklərini öz cinayət əməllərini pərdələmək üçün eləmişdir. İndi həmin şirkətdən işdən çıxarılması istintaqın aparılmasına necə və hansı formada mane ola bilər? Hər bir müraciətin elektron sistemə işlənildiyi bir dövrdə barəsində cinayət işi açılan şəxsin rəhbərlik etdiyi şirkətdən çıxması istintaqdan yayınmaslna nə kimi köməklik eləyə bilər? Daha sonra məhkəmə qeyd etmişdir ki, “İddiaçı Cavabdeh MMC-nin direktorunun onun əmək müqaviləsinə xitam verilməsinin mümkünsüz olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir”. “işəgötürən əmək müqaviləsin əxitam verməli olduğu halda bunu etməmişdir. Bunun hansı səbəbdən baş verməsi ilə bağlı isəiddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir”. Cavabdeh məhkəməyə gəlmirsə o – iddiaçı nə edə bilər? O indi də məhkəmədə verdiyi ifadəni təsdiq edərək bildirirə ki, işəgötürənin onu niyə işdən çıxartmamamsı ona aydın deyil. O, telefon zənglərinə cavab vermir və görüşdən yayınır. Əlində səlahiyyət olsa da aylardır onun işini yubadaraq işdən çıxartmır. Yuxarıda göstərdiyi normalara uyğun olaraq, məhkəmə işdən mübahisəni gördüyü halda iddia tələbini tam və hərtərəfli araşdırmadan, düzgün nəticəyə gəlmədən qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qarşı tərəfin məhkəmədə iştirak etməməsinin də səbəbini ondan soruşaraq bu barədə sübut tələb etməklə onun dəlillərini dəyərsizləşdirməyə çalışmışdır.

11. Odur ki, Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(025)-1544/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, cavabdeh Cavabdeh MMC və üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki-Zaqatala regional şöbəsi məhkəməyə nümayəndələrini göndərməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(025)-1544/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 44.3-cü maddəsinə əsasən əmək müqaviləsi iki nüsxədən az omayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır. 68.2-ci maddəsinin a bəndinə görə tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarındandır. 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur, işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

16. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

17. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

20. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

21. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

22. İddiaçı Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(025)- 1544/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(025)- 1544/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.

25. Belə ki, işdə olan İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, onu xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir.

26. İşdə olan “EMS çatdırma xəbərnaməsi”ndən görünür ki, İddiaçı tərəfindən Cavabdeh MMC-nin direktoru Nümayəndə ünvanlanmış xx.xx.2024- cü il tarixli ərizə Nümayəndə xx.xx.2024-cü il tarixdə çatdırılmışdır.

27. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Şəki Zaqatala regional şöbəsi tərəfindən İddiaçı ünvanlanmış 27 iyun 2024-cü il tarixli məktubda göstərilmişdir ki, tərəflərindən "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də təlimçi vəzifəsinə təyin edildiyi məlum olmuşdur. Daxil olmuş müraciətin araşdırılması üçün ona aid kadr və mühasibatlıq sənədlərinin təqdim edilməsi ilə bağlı tərəflərindən "xxxx" MMC-ə xx.xx.2024-cü il tarixdə 3- 17- 5/2-35854/2024 nömrəli məktub ünvanlanmasına baxmayaraq bu günədək müraciətlərinə cavab verilməmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişin "Əmək və Məşğulluq" altsisteminə daxil edilməsi X5 Xidmətinin səlahiyyətləri xaricindədir. Əmək müqaviləsi bildirişinə "Əmək və Məşğulluq" altsistemində xitam Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin "h" bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmis elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydalan, amək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi "Elektron hökumət" portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya "Elektron hökumət" portalında yerləşdirilmiş "Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi" xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" Azərbaycan Respublikasının müvafiq olaraq xx.xx.2025-ci il tarixədək sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırıldığından qeyd olunan halın yerində araşdırılması tərəflərindən mümkün olmamışdır. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin "Əmək və məşğulluq" altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X5 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların "Əmək və məşğulluq" altsisteminə daxil edilməsi hüququ X5 Xidmətinə həvalə edilməlidir.

28. İşdə olan Qəbələ 1 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞQ/MT035- 2024-574 nömrəli “X3 X4” (mediator Ə.M.Əliyev) arayışından görünür ki, əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsinə xitam verilmədiyi üçün kompensasiya və əmək haqqı tələbi üzrə əmək mübahisələrinə görə tərəfə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş Cavabdeh MMC-nin direktoru NümayəndəX3 iştirak etməmişdir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(025)-1544/2024 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

30. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, e-2(025)-1544/2024 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar