Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-343/2020 28.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Hüseynov Mirbahəddin Mirdamət oğlu və Hüseynov Mübariz Rahil oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi; İddiaçı - İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə; Cavabdeh - Cavabdeh1 iştirakı ilə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-470/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikаyətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-470/2019 saylı qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbi təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən, həmçinin, həmin evin yerləşdiyi 0,08 hektar həyətyanı torpaq sahəsindən çıxarılmaları, fərdi yaşayış evindən və həmin evə aid 0,08 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq İddiaçı təhvil verilməsi qət edilmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən, xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən və evin yerləşdiyi 0,08 hektar həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılmaları, fərdi yaşayış evinin və evin yerləşdiyi 0,08 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evə aid 0,08 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Bu barədə onun adına xx.xx.2014-cü il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi və xx.xx.2014-cü il tarixli Texniki pasport tərtib edilmişdir. Qeyd edilən evdə uzun müddətdir ki, cavabdehlər özlərinin yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə yaşayırlar, evdən və həyətyanı torpaq sahəsindən istifadə edirlər. Hazırda o, cavabdehlərin həmin evdən və həyətyanı torpaq sahəsindən istifadə etmələrini istəmir. O, cavabdehlərə müraciət edərək özünə məxsus olan evdən çıxmalarını onlardan tələb etmiş, cavabdehlər isə digər yaşayış sahəsi ilə təmin olunmayacaqları təqdirdə, evi və həyətyanı torpaq sahəsini tərk etməyəcəklərini bildirərək fərdi yaşayış evi və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin boşaldılaraq ona təhvil verməkdən imtina etmişlər. Hazırda da cavabdehlər faktiki olaraq onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşayırlar, həmin evdən, həmçinin evin yerləşdiyi həyətyanı torpaq sahəsindən qanunsuz olaraq və onun iradəsi ziddinə istifadə edirlər. Ona görə də o, xüsusi mülkiyyətində olan əmlaklar üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdehlərin ona məxsus evdə yaşamaları onun mülkiyyət hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də o, hazırda xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən və evin yerləşdiyi 0,08 hektar həyətyanı torpaq sahəsindən cavabdehlərin çıxarılmalarını, fərdi yaşayış evi və evin yerləşdiyi 0,08 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq ona təhvil verilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək bildirmişdir ki, hazırkı iddianın predmetinə aid olan fərdi yaşayış evi cavabdehlərin ailə üzvlərinin 1993-cü ildə məcburi köçkün düşərkən məskunlaşdırıldıqları yaşayış sahəsi deyildir. Cavabdehlərin ailə üzvləri iddiaçıya məxsus evdə 1997-ci ildən sonra köçüb yaşamağa başlamışlar və hazırda da həmin evdə yaşayırlar. İddiaçı Azərbaycan Respublikasından kənarda yaşadığına və uzun müddət Oğuz rayonuna gəlmədiyinə görə son vaxtlaradək cavabdehlərdən evdən çıxmaları tələb edilməmişdir. Eyni zamanda, iddiaçı hazırkı iddianın predmetinə aid olan fərdi yaşayış evi və evin yerləşdiyi 0,08 hektar həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədlərini bir müddət əvvəl əldə etmişdir. Cavabdehlər iddiaçıya məxsus fərdi yaşayış evində yaşadıqları illər ərzində evdə və həyətyanı torpaq sahəsində hər hansı əsaslı təmir və ya abadlaşdırma işləri aparmamışlar. İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evini hər hansı məbləğ müqabilində cavabdehlərə satmağa və ya kirayə verməyə razı deyil və öz evində özü yaşamaq istəyir. Fərdi yaşayış evinin satılması və ya kirayə verilməsi ilə bağlı bundan sonra da tərəflər arasında hər hansı razılaşmanın əldə edilməsi mümkün deyildir. İddiaçı evə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə dair mülkiyyət sənədlərini əldə etdikdən sonra indiyədək keçən müddət ərzində cavabdehlərə dəfələrlə xəbər göndərərək və şəxsən müraciət edərək xüsusi mülkiyyətində olan ev və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin boşaldılmasını xahiş etmiş, Oğuz şəhərinə, öz evinə gəlmək istədiyi barədə cavabdehləri xəbərdar etmişdir. Lakin cavabdehlər indiyədək də evi boşaldıb iddiaçıya təhvil verməmişlər. İddiaçı hazırda da öz iddia tələbində təkid edir, xüsusi mülkiyyətində olan evin və həyətyanı torpaq sahəsinin heç bir şərtsiz boşaldılmasını tələb edir. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, 1993-cü ildə məlum hadisələrlə əlaqədar ailə üzvləri ilə birlikdə Ağdərə rayonundan məcburi köçkün düşərək Oğuz rayonuna gəlmişlər. O və ailə üzvləri, təxminən, 20 ildir ki, hazırki iddianın predmetinə aid olan evdə yaşayırlar. Onlar həmin evə iddiaçının xalasının əri, evə nəzarət edən şəxsin razılığı ilə kirayəçi kimi köçüb yaşamağa bağlamışlar, lakin aralarında hər hansı yazılı razılaşma olmamışdır. Evə köçdüyü ilk illərdə kirayə haqqı ödəsə də, sonralar daha ödəməmiş, heç kim də ondan kirayə haqqı tələb etməmişdir. Evə köçdükləri vaxtdan son zamanlaradək onların qeyd olunan fərdi yaşayış evində yaşamalarına iddiaçının və qohumlarının da narazılığı olmamış və onlar indiyədək də ünvan 2 ünvanında yerləşən evdə yaşayırlar. İddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evində yaşadıqları illər ərzində o, evin qorunub saxlanmasını təmin etmiş, həmçinin, cari təmir işlərini yerinə yetirmişdir. Hazırda isə iddiaçı onlardan evdən çıxmalarını tələb edir. O, məcburi köçkün statusuna malikdir və hazırki vəziyyətdə ailə üzvləri ilə birlikdə yaşamağa digər yerdə yaşayış sahəsi yoxdur. Ona görə də iddiaçının xüsusi mülkiyyətində olan evi boşaldıb təhvil verməmişlər. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli Sərəncamına əsasən hesab edir ki, o, məcburi köçkün kimi yeni yaşayış sahəsinə köçürülənədək hazırda yaşadığı evdən çıxmalı deyil. O hazırda fərdi yaşayış evində qalacağı təqdirdə kirayə haqqı ödəməyə də razıdır, lakin məcburi köçkün kimi digər yerdə yaşayış sahəsi ilə təmin olunanadək yaşadığı evdən çıxmağa razı deyil. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində işə iddiaçının və digər Cavabdeh2 iştirakı olmadan baxılmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh1 apelyаsiyа şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri: Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar 1993-cü ildə məlum hadisələrlə əlaqədar ailə üzvləri ilə birlikdə Ağdərə rayonundan məcburi köçkün düşərək Oğuz rayonuna gəlmişlər. O və ailə üzvləri təxminən 20 ildir ki, ünvan 2 ünvanda yerləşən evdə yaşayırlar. Evə köçdüyü vaxtdan son zamanlaradək həmin evdə yaşamaqlarına ev sahiblərinin narazılığı olmamışdır. İddiaçının xüsusi mülkiyyətində olan fərdi yaşayış evini yaşadığı illər ərzində o qoruyub saxlamış, həmçinin təmir işlərini yerinə yetirmişdir. Hazırda isə iddiaçı onların evdən çıxmalarını tələb edir. O, məcburi köçkündür və hazırkı vəziyyətdə ailə üzvləri ilə birlikdə yaşamağa digər yerdə yaşayış sahəsi yoxdur. Bu səbəbdən də, iddiaçının xüsusi mülkiyyətində olan evi boşaldaraq təhvil verə bilməmişlər. Ona görə də Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-470/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-470/2019 saylı qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə apelyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-470/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə, onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində isə qeyd olunur ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə qərarı açıq elan edilir, lakin demokratik cəmiyyətdə əxlaq, ictimai qayda və ya milli təhlükəsizlik mülahizələrinə görə, həmçinin yetkinlik yaşına çatmayanların maraqları və ya tərəflərin şəxsi həyatının müdafiəsi bunu tələb etdikdə, yaxud məhkəmənin fikrincə, aşkarlığın ədalət mühakiməsinin maraqlarını poza biləcəyi xüsusi hallar zamanı ciddi zərurət olduqda mətbuat və ictimaiyyət bütün proses boyu və ya onun bir hissəsində məhkəmə iclasına buraxılmaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-470/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş hüquqmüəyyənedici sənədlərdən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evə aid 0,08 hektar həyətyanı torpaq sahəsi hazırda xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Oğuz rayonu üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 298 nömrəli arayışda qeyd edilmişdir ki, cavabdehlər və ailə üzvləri hazırda ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşayırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Oğuz rayonu üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli 432a nömrəli arayışda qeyd edilmişdir ki, X1 və onun ailə üzvləri xx.xx.1993-cü il tarixdə Ağdərə rayonunun işğalı ilə əlaqədar məcburi köçkün düşərkən Bərdə rayonunun Əliyanlı kəndində mqvəqqəti məskunlaşmış, 1995-ci ilin yazında ünvan 3 ünvanında, 1997-ci ilin yayından isə ünvan 2 ünvanında yaşamağa başlamışlar. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evə aid 0,08 hektar həyətyanı torpaq sahəsi xx.xx.2014-cü il tarixli ******* nömrəli (qeydiyyat nömrəsi **********) Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi əsasında iddiaçının xüsusi mülkiyyətindədir. Hazırkı vəziyyətdə həmin evdə faktiki olaraq cavabdehlər yaşamaqla evdən və evin yerləşdiyi 0,08 hektar həyətyanı torpaq sahəsindən istifadə edirlər. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbаycаn Respublikаsının qаnunvericiliyinin tərkib hissəsi olаn «İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci mаddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən mаneəsiz istifаdə etmək hüququnа mаlikdir. Heç kəs, cəmiyyətin mаrаqlаrı nаminə, qаnunlа və beynəlxаlq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisnа olmаqlа, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsinin tələbinə görə hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşına məhrum edilməməlidir. X2 Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli işində qeyd etmişdir ki, hər bir şəxsin öz əmlakından maneəsiz istifadə etmək hüququnu tanıyan 1-ci maddə, mənasına görə mülkiyyət hüququnun qarantiyası rolunu oynayır. Ona görə ki, öz mülkiyyəti üzərində sərəncam vermək hüququ mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. Göründüyü kimi, həm milli qanunvericilik, həm də, beynəlxalq hüquq, o cümlədən X2 Konvensiyası hər bir hüquqi və fiziki şəxsin mülkiyyət hüququnu və öz mülkiyyətindən maneəsiz istifadə hüququnu tanıyır və həmin hüquqa təminat verir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli Sərəncamının 2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarının rəhbərlərinə tapşırılsın ki, məcburi köçkünlər öz doğma yurdlarına qayıdana, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə müvəqqəti məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Məhkəmə kollegiyası Cavabdeh1 izahatında və apelyasiya şikayətində göstərdiyi xüsusatlarla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 01 iyul tarixli 298 nömrəli Sərəncamında məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yerlərdən çıxarılması hallarının yolverilməzliyi qeyd edilmişdir. Həmin Sərəncamın məzmunundan da göründüyü kimi, qeyd olunan müddəada məcburi köçkünlərin yaşadıqları istənilən yerdən deyil, yalnız məcburi köçkün kimi öz yerlərini tərk edib gəldikləri vaxtda dövlət tərəfindən müvəqqəti sığınacaq kimi yerləşdirildikləri ərazidən çıxarılmaması tövsiyyə edilmişdir. Həmin sərəncamın qeyd olunan müddəası məcburi köçkünlərin hər hansı əsasla köçüb yaşamağa başladıqları ixtiyari yaşayış sahəsindən, xüsusən də mülkiyyət hüquqları əsasında digər fiziki şəxsə məxsus olan yaşayış sahəsindən çıxarılmasının mümkünsüzlüyü kimi başa düşülməməlidir. Hazırkı mülki işin müəyyən edilmiş hallarından da görünür ki, cavabdehin özünün də izahatında etiraf etdiyi kimi, iddianın predmetinə aid olan yaşayış sahəsi xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmış fərdi yaşayış evi olmaqla cavabdehlərin ailə üzvlərinin (Cavabdeh1 atası Əjdər Ələkbərov və onun ailə üzvlərinin) 1993-cü ildə məcburi köçkün düşərkən məskunlaşdırıldıqları yaşayış sahəsi deyildir və cavabdehlər həmin evə sonralar iddiaçının qohumunun razılığı ilə kirayəçi kimi köçüb yaşamağa başlamışlar. İş materiallarından görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və həmin evə aid 0,08 hektar həyətyanı torpaq sahəsi 2014-cü ildə xüsusi mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. Qeyd olunan fərdi yaşayış evi və həmin evə aid 0,08 hektar həyətyanı torpaq sahəsi hazırda da iddiaçının xüsusi mülkiyyətində olmasına baxmayaraq cavabdehlərin həmin əmlaklardan istifadə etmələri iddiaçının mülkiyyət hüquqlarının pozulması və onun öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməməsi ilə nəticələnmişdir. Apelyasiya şikayətinin Cavabdeh1 hazırkı vəziyyətdə onun və ailə üzvlərinin başqa yerdə yaşayış sahəsi olmadığından iddiaçının xüsusi mülkiyyətində olan evi boşaldıb təhvil verə bilmədikləri barədə dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin göstərdiyi xüsusatlar özü-özlüyündə onun etirazlarının haqlı olması kimi qəbul edilə bilməz. Qeyd olunan əsaslara cavabdehlərin sözügedən evi və həyətyanı torpaq sahəsini boşaldıb iddiaçıya təhvil verməməsi üçün əsas hesab edilə bilməz. Belə ki, işin faktiki hallarından görünür ki, cavabdehlərin həmin evə kim tərəfindən və iddiaçının razılığı olub-olmadan yerləşdirilmələrindən asılı olmayaraq onlar hazırkı vəziyyətdə həmin evdən və evə aid 0,08 hektar həyətyanı torpaq sahəsindən iddiaçının iradəsi ziddinə istifadə edirlər. Cavabdehlər mübahisə predmetinə aid olan evə iddiaçının qohumunun razılığı ilə köçmüş olsalar da, hazırda iddiaçı, cavabdehlərin evdən və həmin evə aid həyətyanı torpaq sahəsindən istifadə etmələrinə narazıdır. Mübahisə predmetinə aid olan ev və həmin evə aid həyətyanı torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətində olmaqla tərəflər arasında fərdi yaşayış evindən, həmçinin, evə aid həyətyanı torpaq sahəsindən istifadə edilməsinə dair hər hansı razılaşma mövcud deyildir. Cavabdehlərin iddiaçının xüsusi mülkiyyətində olan evdən və həmin evə aid həyətyanı torpaq sahəsindən istifadə etmələri, iddiaçıya məxsus evdən və həmin evə aid həyətyanı torpaq sahəsindən çıxarılmamaları üçün hər hansı qanuni əsas məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apelyasiya şikayətinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir. Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədаlət mühаkiməsi çəkişmə, tərəflərin bərаbərliyi və fаktlаr əsаsındа həyаtа keçirilir. Hаkim bütün hаllаrdа prоsesin çəkişmə prinsipini təmin etməli, öz qərаrını yаlnız tərəflərin çəkişmə prinsipinə əsаsən müzаkirə etdiyi dəlillərlə, оnlаrın verdiyi izаhаtlаrlа, sənədlərlə əsаslаndırmаlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsаn hüquqlаrı üzrə Аvrоpа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti оlаrаq həll edibsə, оnun qərаrı heç bir şübhə dоğurmаmаlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-470/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(054)-470/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməzsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elçin Hüseynov Hakimlər: Mirbahəddin Hüseynov Mübariz Hüseynov
Məhkəmə qərarları › İş №2(107)-343/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-343/2020
28.01.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver