Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-343/2023 20.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1, X4, X5, X6 və X3 Cavabdeh qarşı “zəbt olunmuş Qax rayonu Oncallı kəndində yerləşən 0.60 ha. torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması tələbinə dair” mülki iş üzrə Qax Rayon Məhkəməsinin 16 dekаbr 2022-ci il tаrixli, 2(024)-411/2022 saylı qətnаməsindən iş üzrə cаvаbdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçılar İddiaçı1, X4, X5, X6 və X3 Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək zəbt edilmiş Qax rayonu Oncallı kəndində yerləşən 0.60 ha torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin (hakim Malik Qarayev) 16 dekаbr 2022-ci il tаrixli, 2(024)- 411/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh JN-0073, Kod 40313048 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktına əsasən X8, İddiaçı1, X4, X5, X6 və X3 ümumibirgə mülkiyyətinə verilmiş və Qax rayonu Oncallı kəndində yerləşən mütəxəssis rəyində qeyd edilən 0.49 ha torpaq sahəsindən məcburi qaydada çıxarılması, Cavabdeh iş üzrə 50 (əlli) manat ekspertiza xərci alınıb (Büdcə təsnifatının kod - 142595, büdcə səviyyəsinin kodu - 3, SAP(XİİS) hesabı, adı-X2, kodu 210005, VÖEN **********, Müxbir hesab-Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi-VÖEN **********, Hesab-AZ34GCTRE********************) saylı hesabına ödənilməsi qət edilmişdir. Cаvаbdeh Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə Qax Rayon Məhkəməsinin 08 yanvar 2020-ci il tarixli, 2(107)-864/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişlər. Apellyasiya baxışı zamanı Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2023-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki eskspertizası təyin edilmiş, ekspertizanın Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 30 mart 2023-cü il tarixli, 3-21-3-39/2-1115/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki; - ... İddiaçı1 mülkiyyətinə verilmiş JN-73 saylı dövlət aktı sözügedən 0.49 ha torpaq sahəsi ilə üst-üstə düşsə də, torpaq sahəsi Cavabdeh uzunmüddətli istifadəsindədir. Qax rayon Aqrar İslahat Komissiyasının 19 iyul 2002-ci il tarixli. 04 saylı qərarı ilə Cavabdeh və ailəsinin mülkiyyətinə verilmiş (JN-49 JN-49A JN-81) dövlət aktında göstərilən cizgilərlə onlara naturada göstərilən torpaq sahəsinin coğrafi yerləşməsi fərqlidir. Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Torpaqların X10 İnformasiya Sistemlərinin yaranması rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” əsasında aparılan uçot işlərində həmin torpaq sahələrinin faktiki istifadə etdikləri qaydada ölçü işləri aparılan zaman həmin torpaq sahələrinin düzgün göstərilmədiyi üçün uyğunsuzluq aşkarlanmışdır, iddiaçı və cavabdehin öz razılıqları ilə faktiki istifadə qaydalarına uyğun olaraq mütəxəssislər tərəfindən müasir GPS aləti vasitəsi ilə koordinantlar götürülmüş və uyğunsuzluğun aradan qaldırılması üçün “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri“ publik hüquqi şəxsinə müraciət edilmişdir. Odur ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-343/2023 saylı məktubuna dair rəyin verilməsi mümkün olmamışdır. Bundan başqa iş materialında olan xx.xx.2023-cü il tarixli aktın məzmunundan görünür ki; Biz aşağıda imza edənlər:
1. Sarvan Ağababayev - 12 saylı Şəki Ərazi İdarəsinin mühəndisi.
2. Kamran Mehmanzadə - 12 saylı Şəki Ərazi İdarəsinin mühəndisi.
3. Amil Kərimli – Qax rayonu Qıpçaq İƏD-in nümayəndəsi.
4. Vüsal Məmmədli – Qax rayonu Qıpçaq Bələdiyyəsinin sədri.
5. Cavabdeh – cavabdeh Oncallı kənd sakini.
6. İddiaçı1 – iddiaçı Oncallı kənd sakini.
7. Vəli Vəliyev – cavabdehin qardaşı Oncallı kənd sakini. Tərtib edirik həmin aktı ondan ötrü ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(107)-343/2023 saylı məktubuna əsasən, yoldaşların iştirakı ilə Qax rayonu, Oncallı kəndində yerləşən pay torpaq sahələrinə baxlış keçirilmiş və GPS aləti vasitəsilə ölçü aparılmışdır. Aparılmış ölçü işləri nəticəsində məlum olmuşdur ki, həmin ərazidə yerləşnə mülkiyyətlərinə islaaht vaxtı verilmiş Dövlət Aktları ilə, faktiki istifadə etdikləri torpaq sahələrində kəskin konfiqurasiya fərqi mövcud olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların X10 informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları” əsasında aparılan uçot işlərində həmin torpaq sahələrinin faktiki istifadə etdikləri vəziyyətdə ölçü işləri aparılan zaman düzgün tanıtma edilmədiyindən uyğunsuzluq aşkarlanmışdır. Odur ki, İddiaçı1 və Cavabdeh öz razılıqları ilə faktiki istifadə qaydalarına görə biz mütəxəssislər tərəfindən faktiki istifadə qaydasına uyğun olaraq müasir GPS aləti vasitəsilə koordinatlar götürülmüş, uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 12 saylı Şəki Ərazi İdarəsinin 12 iyul 2023-cü il tarixli, 3-21-3-39/2-2211/2023 nömrəli məktubunda göstərilmişdir ki, “...iddiaçılar və cavabdehin öz razılıqları ilə faktiki istifadə qaydalarına uyğun olaraq mütəxəssislər tərəfindən müasir GPS aləti vasitəsi ilə koordinatlar götürülmüş və uyğunsuzluğun aradan qaldırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə müraciət edilmişdir. Müraciətə əsasən, baza məlumatlarında sözügedən torpaq sahələrində olan uyğunsuzluq aradan qaldırılmışdır”... . Göründüyü kimi, tərəflər arasında mübahisə aradan qalxmışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iddiаçı İddiaçı1 və cаvаbdeh Cavabdeh hər biri аyrı-аyrılıqdа məhkəmə kоllegiyаsınа mürаciət edərək аrаlаrındа оlаn tоrpаq mübаhisəsi ilə bаğlı qаrşılıqlı rаzılığа gəldiklərini göstərərək iş üzrə digər iddiаçılаrdаn dа rаzılıq ərizəsinin аlınmаsı üçün məhkəmə bаxışının təxirə sаlınmаsını xаhiş etmişlər. İşə apellyasiya qaydasında baxılarkən iddiаçılаr məhkəməyə ərizə təqdim edərək iddiа tələblərindən imtinа etdiklərini, bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iddiaçıların iddia tələblərindən imtinaları qəbul edilməli, Qax Rayon Məhkəməsinin 16 dekаbr 2022-ci il tаrixli, 2(024)-411/2022 saylı qətnaməsi ləğv edilməli və işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi məhkəmə iclas protokoluna yazılır və protokolu müvafiq olaraq iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa işin icraatına xitam verilir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların iddiadan imtina etməsi qanunun tələblərinə uyğundur. Hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Hazırkı iş üzrə iddiadan imtina qanunauyğun şəkildə edilmiş və məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə mane olan hallar mövcud deyildir. İddiaçılara izah edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-ci maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52, 191, 261, 391, 400 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçılar İddiaçı1, X4, X5, X6 və X3 Cavabdeh qarşı “zəbt olunmuş Qax rayonu Oncallı kəndində yerləşən 0.60 ha. torpaq sahəsindən cavabdehin məcburi qaydada çıxarılması tələbinə dair” iddia tələblərindən imtinası qəbul edilsin. Qax Rayon Məhkəməsinin 16 dekаbr 2022-ci il tаrixli, 2(024)-411/2022 saylı qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardad, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Elçin Hüseynov