Məhkəmə qərarları › İş №2(107)-345/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-345/2020

23.01.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-345/2020 23.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Muradlı Yeganə Rafail qızının katibliyi, iddiaçıların nümayəndəsi X11 və həmçinin nümayəndə və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və Yağcı Rəmzinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X13, X20, X7 və üçüncü şəxs Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı mülkiyyət hüququnun tanınması, qətnamənin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilməsi, istifadə hüququna xitam verilməsi, evdən çıxarılma, maddi və mənəvi zərər tələbinə dair iddiası üzrə mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(033)-652/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 Akif qızı və Yağcı Remzinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(033)-652/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək iddiaçı Yağcı Remzinin xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evində qeydiyyatda olmaqla orada yaşayan cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X6 həmin evdən istifadə hüquqlarına xitam verilməsi və onların evdən çıxarılması; İddia ərizəsinin ünvan 1 ünvanda yerləşən 0,0298 ha sahəyə malik torpaq sahəsinə və həmin ünvanda yerləşən MH seriyalı ******* saylı, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Yağcı Remzinin mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, iş üzrə qəbul edilmiş qətnamənin 0,0298 ha torpaq sahəsinin həmçinin Yağcı Remzinin mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 onların əsassız varlanma nəticəsində əldə etdikləri 39250 manat pul vəsaitinin və 50000 manat məbləğində vurulmuş mənəvi zərərin iddiaçıların xeyrinə tutulması və iddiaçı Yağcı Remzinin xüsusi mülkiyyətində olan Zaqatala şəhəri, F.Əmirov küçəsində yerləşən 17 nömrəli fərdi yaşayış evində qeydiyyatda olan cavabdeh X15 evdən istifadə hüququna xitam verilməsi və həmin evdən çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(033)-652/2019 nömrəli qərardadına əsasən iddia tələbinin “cavabdehlər Cavabdeh3, Cavabdeh4, X9 evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları”na hissəsi üzrə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İşin halları İddiaçılar İddiaçı1 Akif qızı və Yağcı Remzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X12, X5 və üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə və Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoruna qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinə dair verilmiş çıxarışların ləğv edilməsi, torpaq sahəsində yerləşən qanunsuz yarımçıq tikilinin sökülməsi, cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və onların evdən çıxarılmaları tələbinə dair iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək, Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış reyestr nömrəsi 4ə-834 olan xx xxxxxx 2013cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi, yerdə qalan 350 m2 torpaq sahəsinə görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X12 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş çıxarışın ləğv edilməsi, 350 m2 torpaq sahəsində yerləşən qanunsuz yarımçıq tikilinin sökülməsi, cavabdehlərin evdən istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(033)-627/2013 nömrəli qətnaməsi ilə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər İddiaçı1 Akif qızına, Cavabdeh1 və Yağcı Remziyə qarşı iddia tələbi təmin edilərək, ünvan 1 saylı evin alqı-satqısına dair xx xxxxxxx 2004-cü il tarixli 223542 nömrəli Cavabdeh1 ilə İddiaçı1 Akif qızı arasında bağlanmış müqavilənin, evin altında yerləşən hissəsi istisna olmaqla, torpağa dair hissəsinin etibarsız hesab edilməsi, bu qətnamənin ünvan 2 saylı ünvanda yerləşən torpaq sahəsinin JN-1809A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olması qət edilmişdir. Qətnamənin surətinin İddiaçı1 və Yağcı Remziyə rəsmi qaydada çatdırılmamasına baxmayaraq, qətnamə qanuni qüvvəsini almış və DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən 0,0648 ha torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3 və İqlimə Musayevanın mülkiyyət hüquqlarını təsdiq edən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Daha sonra, Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiqlənmiş reyestr nömrəsi 4Ə- 834 olan xx xxxxxx 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə həmin torpaq sahəsinin 350 m2 hissəsi X2 və DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən onun 350 m2 torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bunlardan sonra, Xuraman Tanırverdiyeva tərəfindən həmin torpaq sahəsində yaşayış evinin tikintisi məqsədi ilə tikinti işlərinə başlanılmışdır və hal-hazırda da davam etdirilir. Cavabdeh2 və digərlərinə isə yerdə qalan 350 m2 torpaq sahəsinə görə çıxarış verilmişdir. Bütün baş verən hadisələrdən onların yalnız 2014-cü ilin fevral ayında xəbərləri olmuşdur. Belə ki, Yağcı Remzinin nümayəndəsi Efraim Özkür xx xxxxxx 2014-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, qətnamənin surətinin rəsmi qaydada ona verilməsini xahiş etmişdir. Qətnamə əldə edildikdən sonra onların tərəfindən apelyasiya şikayəti verilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2014-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra onlar kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş və xx xxxx 2014-cü il tarixli qətnamə ləğv edilərək, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və iddiaçıların iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilmişdir. Cavabdeh2 və digərləri həmin qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2015-ci il tarixli 2(102)-3480/15 nömrəli qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş və xx xxxxx 2015-ci il tarixli qətnamə dəyişdirilmədən saxlanılmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı qəbul edildiyi andan qüvvəyə minir. Göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvədə olan qərarı ilə Zaqatala Rayon Məhkəməsinin iddiaçıların iddia tələbini təmin edən və DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş və 0,0648 ha torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, İqlimə Musayevanın mülkiyyət hüquqlarını təsdiq edən RX seriyalı ******* nömrəli çıxarışın verilməsinə əsas olan xx xxxxxx 2013-cü il tarixli 2(033)-627/2013 nömrəli qətnaməsi ləğv edilmişdir. Həmin çıxarış əsasında cavabdehlər arasında bağlanılan xx xxxxxx 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi də etibarsızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin həmin qərarında qeyd edilmişdir ki, iş materiallarında olan kassasiya məhkəməsinin xx xxxxx 2008-ci il tarixli qərarından məlum olur ki, İddiaçı1 cavabdehlər Cavabdeh2 və H.Ə.Musayevə qarşı evdən çıxarılma tələbi təmin edilmiş və bu tələbin təmin edilməsi ilə cavabdehlərin mübahisəli evdən, həmçinin həmin evin yerləşdiyi və hazırki işdə mübahisə predmeti olan torpaq sahəsindən çıxarılmaları qərara alınmışdır ki, sonradan İddiaçı1 həmin qərar əsasında yuxarıda qeyd edilmiş çıxarış verilmişdir. Başqa sözlə, İddiaçı1 mübahisəli torpaq sahəsinə də mülkiyyət hüququ tanınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156-cı və 372.4-cü nıaddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli qərarında bir iş üzrə əvvəlki məhkəmə qərarının sonrakı məhkəmələr üçün preyudisial əhəmiyyət daşıdığı göstərilmişdir. Həmin qərarda göstərilir ki, qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqənin olması və onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən məqsədəmüvafıq hesab edildikdə, mümkün olur. Burada nəzərə alınmalıdır ki, əsas və qarşılıqlı iddiaya ayrı-ayrılıqda baxıldıqda daha əvvəl baxılan is üzrə qəbul olunmus qətnamə sonra baxılan is ücün preyudisial əhəmiyyət dasıyır. Bu tərəflər arasında ilk məhkəmə mübahisəsi deyildir, çünki, həmin alqı-satqı müqaviləsi 2005-ci ildə də mübahisələndirilmişdir. Həmin mülki işdə Cavabdeh1 hazırki iş üzrə olan cavabdehlərlə birlikdə eyni prosessual tərəfdə, yəni cavabdeh qismində iştirak etmişdir. Belə ki, Cavabdeh2, Cavabdeh1 və digərləri yaxın qohumdurlar. Həmin mülki işdə İddiaçı1 Cavabdeh1 və digərlərinin ev və torpaq sahəsindən çıxarılmasına dair iddia tələbi qaldırmış, iddiaçılar da başqa bir “əsasla” alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia qaldırmışlar. Həmin iş üzrə yekun məhkəmə qərarı olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2008-ci il tarixli 2(102)-933/08 nömrəli qərarı ilə İddiaçı1 iddiaçıların evdən və torpaq sahəsindən çıxarılmasına dair iddia tələbinin təmin edilməsi, Cavabdeh1 və digərlərinin ev və torpaq sahəsindən çıxarılması, Zaqatala şəhəri F.Əmirov küçəsindəki 17 saylı evin üzərində İddiaçı1 mülkiyyət hüququnun tanınması, cavabdehlərin qarşılıqlı iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərar qanuni qüvvəsini almış və icra edilməsi üçün Zaqatala Rayon İcra Şöbəsinə göndərilmişdir. Qərar icra edilərək, iddiaçılar ev və torpaq sahəsindən çıxarılmışlar. Daha sonra, İddiaçı1 ilə Yağcı Remzi arasında ünvan 2 ünvanında yerləşən evin alqısatqısına və evin yerləşdiyi həyətyanı torpaq sahəsinin Yağcı Remzinin istifadəsinə verilməsinə dair xx xxxxx 2009-cu il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Yağcı Remziyə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Zaqatala Rayon Ərazi İdarəsi tərəfindən xx.xx.2009-cu il tarixli qeydiyyat nömrəsi **********, reyestr kitabı 6, səh. 92 olan çıxarış verilmişdir. Lakin hazırkı iddia tələbi üzrə cavabdehlər yenidən evə və torpaq sahəsinə qanunsuz şəkildə zorla daxil olmuşlar və həmin evdən qanunsuz istifadə etməyə davam edirlər. Cavabdehlər Cavabdeh4 istisna olmaqla, həmin evə qeydiyyata da alınmışlar. İddiaçının tələblərinə baxmayaraq, cavabdehlər ailə üzvləri ilə birlikdə evdən və torpaq sahəsindən çıxmaqdan imtina edirlər, iddiaçının isə öz ailəsi ilə həmin evdə yaşamasına imkan vermirlər. Bununlada kifayətlənməyən cavabdehlər alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsi üzərində özlərinin mülkiyyət hüquqlarının tanınması tələbi ilə məhkəməyə müraciət etmişlər. Lakin Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qərarı ilə onların iddiaçıların hüquqlarının pozulmasına gətirib çıxaran növbəti addımları da puça çıxmışdır. Birinci instanisya məhkəməsində iddiaçıların nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, iddia tələbinin həcminin artıralaraq ünvan 1 ünvanda yerləşən 0,0298 ha sahəyə malik torpaq sahəsinə və həmin ünvanda yerləşən MH seriyalı ******* saylı, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Yağcı Remzinin mülkiyyətində olan tərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, iş üzrə qəbul edilmiş qətnamənin 0,0298 ha torpaq sahəsinin həmçinin Yağcı Remzinin mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X9 evdən istifadə hüququna xitam verilməsinə və evi tam boşaltmaqla evdən çıxarılmalarına, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 onların əsassız varlanma nəticəsində əldə etdikləri 39250 manat pul vəsaitinin və 50000 manat məbləğində vurulmuş mənəvi zərərin iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instanisya məhkəməsinin iclasında iştirak edən iddiaçıların nümayəndəsi və vəkili Vəkil sonradan iddia tələbinin dəyişdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək, ünvan 1 ünvanda yerləşən 0,0298 ha sahəyə malik torpaq sahəsinə və həmin ünvanda yerləşən MH seriyalı ******* saylı, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Yağcı Remzinin mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, iş üzrə qəbul edilmiş qətnamənin 0,0298 ha torpaq sahəsinin həmçinin Yağcı Remzinin mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X20, X13, X6 evdən istifadə hüququna xitam verilməsinə və evi tam boşaltmaqla evdən çıxarılmalarına, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 onların əsassız varlanma nəticəsində əldə etdikləri 39250 manat pul vəsaitinin və 50000 manat məbləğində vurulmuş mənəvi zərərin iddiaçıların xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X13 birinci instanisya məhkəməsinə iddiaya qarşı etiraz ərizəsi verərək göstərmişlər ki, iddiaçılar uzun sürən məhkəmə proseslərini uduzduqlarını gördükdən sonra onlara qarşı iddia tələbini artıraraq onlardan əsassız olaraq evin boşaldılmasını, onlardan 39250 manat və 50000 manat pul tələb edirlər. Onların iddiaları tam əsassızdır. Ona görə ki, onların evi İddiaçı1 satılarkən evin altındakı torpaq çıxılmaq şərti ilə digər torpaqlar satılmamışdır. Ona görə ki, evin alqı satqısına təkcə Cavabdeh1 imza etmişdir, evin həyətinin digər mülkiyyətçiləri imza etməmişlər. Buna görə torpağın yalnız Cavabdeh1 payına düşən hissə satılmışdır. Yerdə qalan torpaq sahəsi mülkiyyətçilər tərəfindən Cavabdeh5 satılmışdır. İddiaçılar həmin alqı satqının ləğv edilməsi ilə məhkəməyə müraciət etmişlər, lakin məhkəmənin xx xxxxxx 2016-cı il tarixli qətnaməsi ilə alqı satqı müqaviləsinin ləğv edilməsinə dair iddia rədd edilmişdir. İddiaçılar məhkəmədə uduzduqlarını görərək iddianın həcmini artıraraq onların evdən çıxmalarını və onlardan pul tələb edirlər. Əvvəla məhkəmə qərarı ilə sübuta yetirilmişdir ki, alqı satqı qanuni yolla aparılmışdır. İddiaçılar iddia edirlər ki, guya onlar öz torpaqlarını sataraq əsassız olaraq varlanmışlar. Xüsusi mülkiyyətində olan torpağı satmaq əsassız varlanmaq deyildir. Əgər alqı-satqı qanunsuz olmuş olsa idi, məhkəmə alqı-satqı müqaviləsini ləğv edərdi. Bundan başqa, iddiaçılar evin boşaldılmasını tələb edirlər. Evin boşaldılmasına dair iddiaya bir dəfə məhkəmədə baxılmış qətnamə qəbul edilmiş və icra edilmişdir. İddianın həmin hissəsinə artıq hazırki mülki işdə qiymət verilmişdir. Belə ki, mülki işin içərisində iddianın həmin hissəsinə xitam verilməsinə dair qərardad qəbul edilmişdir. Bundan başqa evin boşaldılma məsələsi iddiaçılar və cavabdehlər arasında məhkəmə icra məmurlarının aktı ilə xx xxxx 2008-ci il tarixdə şərtləndirilmişdir. Belə ki, həmin akt ilə iddiaçılar öhdəlik götürmüşdürlər ki, onlar evi boşaltdıqları təqdirdə onlara 6000 ABŞ dolları pul, əlavə 1 aylıq kirayə üçün pul və tikinti üçün 5 ton sement verəcəklər. Onlar isə öz növbəsində həmin dövrdə İddiaçı1 qarşı Zaqatala Məhkəməsində qaldırdıqları evə qoyulmuş xərclər tələbinə dair iddialarını geri götürəcəklərinə söz vermişlər. İddiaçılar isə evin həyətində olan yardımçı tikililərin onlar tərəfindən sökülüb aparılmasına etiraz etmədiklərini bildirmişlər. Lakin iddiaçılar məhkəmə icra məmurlarının iştirakı ilə tərtib edilmiş həmin akt üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərinə görə evdə yaşamalarına davam etmişdir. Lakin onların İddiaçı1 qarşı məhkəmədə qaldırdıqları evə qoyulmuş xərclər tələbinə dair iddialarını geri götürmüşlər. Bundan başqa evin boşaldılmasına dair qanuni qüvvəyə münmiş məhkəmə qərarı olduğu halda işə təkrar baxıla bilməz. Bundan başqa işə əlavə edilmiş xx xxxxx 2009-cu il tarixli alqı satqı müqaviləsindən görünür ki, İddiaçı1 həmin evi Yağcı Remziyə satmışdır. Əmlakı satdıqdan sonra İddiaçı1 hansı əsasla məhkəmədə iddia qaldırır. Onun iddianı qaldırmağa subyektiv hüququ da yoxdur. İddiaçılar iddiasını yazanda heç bir qanuna düzgün istinad etmirlər. Belə ki, əsassız varlanma o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Onlar başqa şəxsin hesabına əmlak əldə etməmişlər. Öz xüsusi mülkiyyətlərində olan torpaq sahəsini satmışlar və bu alqı-satqı da məhkəmədə tanınmışdır. Əgər hüquqi əsası olmadan alqı satqı baş vermiş olsa idi, məhkəmə alqı-satqı müqaviləsini etibarsız hesab edərdi. Qeyd olunanlara əsasən məhkəmədən iddiaçıların hazırki iddiasını rədd edillməsini xahiş edirlər. Cavabdehlər Cavabdeh3, Cavabdeh4, iddiaçıların nümayəndəsinin vəsatəti əsasında cəlb edilmiş cavabdehlər X13, X7 və cavabdehlərin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qeydiyyatda olduqları ünvanlarına dəfələrlə məhkəmə bildirişləri göndərilməklə xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 Akif qızı və Yağcı Remzinin nümayəndəsi və vəkili Vəkil tərəfindən apelyasiya şikayəti verilmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instanisya məhkəməsinin qətnaməsini mübahisələndirdiyi hissədə qanunsuz və əsassız hesab edir. Belə ki, Yağcı Remzinin evin altındakı torpaq sahəsinə mülkiyyət hüququnun yaranması məsələsi ilə bağlı evin alğı-satqısı ilə bağlı müqavilədə evin altındakı torpaq sahəsinin Yağcı Remziyə keçməsi və ya satılması ilə bağlı heç bir razılaşma olmayıb. Məhkəmə MM-in 245-ci maddəsini tətbiq edərək həmin torpaq sahəsinin avtomatik olaraq evlə birlikdə yeni mülkiyyətçiyə keçməsi nəticəsi yanlış mövqedir. Əvvəla, Evə mülkiyyət hüququna dair Çıxarışdan görünür ki, evin altındakı torpaq sahəsi Yağcı Remzinin mülkiyyətində yox, istifadəsindədir. Digər tərəfdən Torpaq Məcəlləsinin 88.4-maddəsinin tələbinə görə “əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, ... tikililər qurğular və ya müəssisələr (obyektlər) satıldıqda həmin obyektlərin yerləşditorpaq sahələri onların icarəsinə verilir. ” maddəsinə əsasən əcnəbi şəxslər Azərbaycan Respublikasında alğı - satqı əməliyyatlarının nəticəsi olaraq belə, torpaq sahəsi üzərində mülkiyyət hüququ əldə edə bilməzlər. Torpaq Məcəlləsinin bu maddəsi MM-in 245-ci maddəsinə münasibətdə xüsusi norma olduğundan normaların rəqabəti prinsipinə əsasən həmin norma tətbiq edilməlidir. Digər tərəfdən indiyə qədər həmin torpaq sahəsi ilə bağlı mübahisələrlə əlaqədar qəbul edilmiş heç bir məhkəmə qərarı evin altında yerləşən torpaq sahəsinin mülkiyyət hüququ üzrə Yağcı Remziyə məxsus olması əsası ilə İddiaçı1 əleyhinə qərar qəbul etməmişdir. Evin altında yerləşən torpaq sahəsinin İddiaçı1 məxsus olması faktı barədə Yağcı Remziylə arasında mübahisə olmadığından bu məsələ heç bir məhkəmə mübahisəsinin predmeti də olmamışdır. Evin ətrafında yerləşən torpaq sahəsinin İddiaçı1yə məxsus olması tərəflər arasında mövcud olmuş ilk mübahisə üz yekun qərar kimi Ali Məhkəmənin xx.xx.2008-ci il qərarı ilə həm evin altındakı, hə də ətrafındakı torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququ tanınmışdır. Zaqatala rayon Məhkəməsi xx.xx.2013-cü il tarixli qətnaməsi ilə mübahisə edilən torpaq sahəsi ilə bağlı mülkiyyət hüququ cavabdehlərin xeyrinə tanımışdır. Lakin həmin qətnamə mübahisə üzrə yekun qərar olan Ali Məhkəmənin xx.xx.2015-ci tarixli qərarı ilə ləğv edildiyindən mülkiyyət hüququ avtomatik olaraq İddiaçı1 xeyrinə mövcudluğunu davam etdirmişdir. Məhkəmənin Ali Məhkəməni həmin qərarından sonra İddiaçı1 mülkiyyət hüququnun tanınması üçün əlavə əsas axtarması nə məntiqli, nə də əsaslıdır. Bu mövqeyini bildirərkən də birinci instanisya məhkəməsi Mülki Məcəllənin 139-cu maddəsinə əsaslanmışdır. Sanki Məhkəmə İddiaçı1 mülkiyyət hüquq dövlət qeydiyyatına alınmadığı üçün həmin hüququn yaranmasına əsasının olmamasını göstərmək istəyir. İddiaçı1 mülkiyyət hüquqi hələ Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli qərarı ilə tanınmış və həmin qəra əsasında ona dövlət reyestrindən çıxarış verilmişdir. Daha dəqiq desək İddiaçı1 mülkiyyət hüququna dair qeyd reyestrə hələ 2008-ci ildə daxil edilmşdir. MM-in 140-cı maddəsinin tələbinə görə reyestrin məzmununun qeyri-dəqiqliy sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçı1 cavabdehlərdən ikinci tələbi 39250 manat pulun tutulması olmuş, həmin pulun tutulması üçün iddiaçı MM-in əsassız varlanma ilə bağlı normalarına istinad etmişdir. Məhkəmə bu iddianı rədd edərkən cavabdehlərlə üçüncü şəxlsər arasında bağlanmış alğı - saqtı müqaviləsinin etibarsızlığı ilə bağlı tələbin rədd edilməsi və həmin müqavilənin qüvvədə olmasına istinad etmişdir. Lakin nəzərə almaq lazımdır ki, həmin alğı-satqı müqaviləsi vicdanlı əldə etmə müddəalarının tətbiqi nəticəsində məhkəmə tərəfindən qüvvədə saxlanılmışdır. Dolayısı ilə müqavilə üzrə alıcı vicdanlı əldə edən hesab edildiyi üçün müqavilə etibarsız hesab edilməmişdir. Bu isə həmin müqavilə üzrə satıcılar yəni cavabdehlərin vicdanlı olması mənasına gəlmir. Cavabdehlərin həmin müqavilə üzrə satıcı kimi çıxış etmələrinin əsası sonradan ortadan qalxmışdır. Çünki Cavabdehlərin satılan torpaq sahəsinə olan mülkiyət hüququ sonradan ləğv edilmişdir. İddiaçıların nümayəndəsi və vəkili Zaqatala rayon Məhkəməsinin 2(033)-652/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsini dəyişdirərək Yağcı Remzinin mülkiyyətində olan evin altında və ətrafında yerləşən torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, əsassız varlanma və əldən çıxmış fayda kimi 39250 manat, mənəvi zərər kimi 50000 manat məbləğin cavabdehlərdən tutulması barədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 Akif qızı və Yağcı Remzinin nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətinin dəlillərinə uyğun izahatlar verərək, onun təmin edilməsini məhkəmə kollegiyasından xаhiş etdi. İddiaçıların nümayəndəsi iddiaçıların nümayəndəsi X11 apelyasiya şikayətininə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayətinə etiraz edərək, uzun illər məhkəmə çəkişmələrindən yorulduqlarını, qanuni və ədalətli qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyasının yeri və vaxtı barədə məlumatlandırılmış Cavabdeh3, Cavabdeh4, işə cəlb edilmiş cavabdehlər X13, X7 və cavabdehlərin tərəfində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. DƏDRX-nin 1 saylı X19 məktub göndərərək işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyаsı Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 376.2-ci mаddəsinə əsаsən işə qeyd edilən şəxslərin iştirаkı olmаdаn bаxılmаsını mümkün hesаb etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası müəyyən edir ki, hazırkı iş üzrə iddiaçılar Zaqatala rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsini qismən mübahisələndirmiş və qətnamənin dəyişdirilərək Yağcı Remzinin mülkiyyətində olan evin altında və ətrafında yerləşən torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, əsassız varlanma və əldən çıxmış fayda kimi 39250 manat, mənəvi zərər kimi 50000 manat məbləğin cavabdehlərdən tutulması barədə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi mübahisələndirlən hissədə yoxlanmışdır. Təsdiq edilmiş surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxx 2008-ci il tarixli 2(102)-933/08 nömrəli qərarı ilə İddiaçı1 Akif qızının kassasiya şikayəti təmin edilərək, Şəki Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının xx xxxxxx 2007-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, İddiaçı1 Akif qızının Cavabdeh1, Cavabdeh2 və X16 qarşı Zaqatala şəhəri F.Əmirov küçəsindəki 17 saylı evdən çıxarılma tələbinə dair iddiası təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və X15 Zaqatala şəhəri F.Əmirov küçəsindəki 17 saylı evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları, Cavabdeh1 və qeyrilərinin İddiaçı1 Akif qızına qarşı Zaqatala şəhəri F.Əmirov küçəsindəki 17 saylı evin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin evə dair İddiaçı1 Akif qızına verilmiş qeydiyyat vəsiqəsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd ediməsi, Şəki Apelyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2007-ci il tarixli qətnaməsinin icrasında dönüş edilərək, Zaqatala şəhəri F.Əmirov küçəsindəki 17 saylı evin üzərində İddiaçı1 Akif qızının mülkiyyət hüququnun tanınması, evin alqısatqı müqaviləsinin tərəfləri arasında şərtləndirilmiş 13500 ABŞ dollarının və ya onun Azərbaycan manatı ilə məzənnəsinin İddiaçı1 Akif qızından alınaraq Cavabdeh1 ödənilməsi qərara alınmış, Şəki Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2007-ci il tarixli qətnaməsi əsasında Cavabdeh1 verilmiş Zaqatala şəhəri F.Əmirov küçəsindəki 17 saylı evə dair mülkiyyət hüququnu təsdiq edən sənədlər etibarsız hesab edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin X19 tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş MH seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Zaqatala şəhəri F.Əmirov küçəsində istifadəsində olan 0,0744 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 2 otaqlı, 46.2 kv.m. yaşayış, 64.3 kv.m. köməkçi sahəsindən ibarət 17 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə iddiaçı Yağcı Remzinin adına daşınmaz əmlakın dövlət reyestrində 6 nömrəli reyestr kitabının 92 nömrəli vərəqində qeydiyyata alınmışdır. Təsdiq edilmiş surəti işə əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü tarixli 2(033)-627/2013 nömrəli qətnaməsi ilə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər Cavabdeh1, İddiaçı1 Akif qızına və Yağcı Remziyə qarşı Cavabdeh1 ilə İddiaçı1 Akif qızının arasında ünvan 2 saylı evin alqı-satqısına dair bağlanmış xx xxxxxxx 2004-cü il tarixli 223542 nömrəli müqavilənin, evin altında yerləşən hissəsi istisna olmaqla, torpağa dair hissəsinin etibarsız hesab edilməsi, bu iş üzrə qəbul edilmiş qətnamənin torpaq sahəsinin şəhadətnamədə qeyd edilən şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək, Cavabdeh1 ilə İddiaçı1 Akif qızının arasında ünvan 2 saylı evin alqı-satqısına dair bağlanmış xx xxxxxxx 2004-cü il tarixli 223542 nömrəli müqavilənin, evin altında yerləşən hissəsi istisna olmaqla, torpaq sahəsinə dair hissəsi etibarsız hesab edilmiş və bu qətnamənin ünvan 2 saylı ünvanda yerləşən torpaq sahəsinin “JN- 1809A-nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilməsi qət edilmişdir. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2013-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2-də yerləşən 0,0648 ha həyətyanı kateqoriyasına aid yaşayış məntəqələrinin torpaqları ümumi paylı mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış reyestrdə 4Ə-834 nömrə ilə qeydə alınmış xx xxxxxx 2013-cü il tarixli AN-İ seriyalı ******* saylı alğı-satqı müqaviləsindən görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli, reyestr nömrəsi **********97, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2013-cü il olan, ünvan 2-də yerləşən 0,0648 ha həyətyanı torpaq sahəsindən 350,0 kv.m. torpaq sahəsini 39250 (otuz doqquz min iki yüz əlli) manata Ağdam rayonu Qiyaslı kəndində yaşayan cavabdeh X1. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2a ünvanda yerləşən 0,0350 ha həyətyanı kateqoriyasına aid yaşayış məntəqələrinin torpaqları mülkiyyət hüququ ilə cavabdeh X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. ünvan 2a ünvanda cavabdeh X4 mülkiyyətindəki 0,0350 ha həyətyanı torpaq sahəsində inşa ediləcək fərdi yaşayış evinin Memarlıq planlaşdırma layihəsinə əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh X4 mülkiyyətindəki 0,0350 ha həyətyanı torpaq sahəsində uzunluğu 14,6 metr, eni 13,6 metr və hündürlüyü 10,2 metr olan iki mərtəbəli fərdi yaşayış evnin tikintisi layihələndirilmişdir. Memarlıq planlaşdırma layihəsi Zaqatala RİHB-in Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış və bu barədə xx.xx.2015-ci il tarixdə 27 nömrə ilə qeydiyyat aparılmışdır. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 18 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2-də yerləşən 0,0298 ha həyətyanı kateqoriyasına aid yaşayış məntəqələrinin torpaqları ümumi paylı mülkiyyət hüququ ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X9 adına daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 4 nömrəli vərəqində qeydiyyata alınmışdır. Təsdiq edilmiş surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2014-cü il tarixli 2(102)-4514/14 nömrəli qərarı ilə cavabdeh İddiaçı1 Akif qızının nümayəndəsi Vəkil və vəkili Qəşəmov Fuad Azad oğlunun kassasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 2(033)-627/2013 nömrəli xx xxxxxx 2013-cü tarixli qətnaməsini dəyişdirilmədən saxlamış Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2014- cü il tarixli 2(107)-505/2014 nömrəli qətnaməsi ləğv edilmiş, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. Təsdiq edilmiş surəti işə əlavə edilmiş Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli 2(107)-262/2015 nömrəli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(033)-627/2015 nömrəli qətnaməsindən cavabdeh İddiaçı1 Akif qızının numayəndəsi Vəkil verdiyi apelyasiya şikayəti təmin edilərək, iş üzrə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. Həmin qətnamə ilə iddiaçılar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər Cavabdeh1, İddiaçı1 Akif qızına və Yağcı Remziyə qarşı Cavabdeh1 ilə İddiaçı1 Akif qızının arasında evin alqı-satqısına dair bağlanmış xx xxxxxxx 2004-cü il tarixli 223542 nömrəli müqavilənin, evin altında yerləşən hissəsi istisna olmaqla torpağa dair hissəsinin etibarsız hesab edilməsi, bu iş üzrə qəbul edilmiş qətnamənin torpaq sahəsinin şəhadətnamədə qeyd olunan şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas olması tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxx 2015-ci il tarixli 2(107)- 262/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, “ünvan 2 saylı ev və onun yerləşdiyi 744 kv.m. həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 Akif qızının mülkiyyət hüququ xx xxxxxxx 2004-cü il tarixdə notariat qaydada bağlanmış alqı-satqı müqaviləsinə və bununla əlaqədar onun adına verilmiş qeydiyyat vəsiqəsinə əsasən əmələ gəlmişdir. Sonradan Cavabdeh1 və qeyriləri evə dair bağlanmış alqı-satqı müqaviləsini və İddiaçı1 Akif qızının adına verilmiş qeydiyyat vəsiqəsini məhkəmə qaydasında mübahisələndirsələr də, sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxx 2008-ci il tarixli 2(102)-933/08 nömrəli qərarı ilə onların tələbləri rədd edilmiş, Cavabdeh1, Cavabdeh2 və X15 Zaqatala şəhəri F.Əmirov küçəsində 744 kv.m. torpaq sahəsində yerləşən 17 saylı evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları və Şəki Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2007-ci il tarixli qətnaməsinin icrasında dönüş edilərək, Zaqatala şəhəri F.Əmirov küçəsindəki 17 saylı evin üzərində İddiaçı1 Akif qızının mülkiyyət hüququnun tanınması qərara alınmış, həmin qərara əsasən xx xxxx 2008-ci il tarixdə evə və evin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı1 Akif qızının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Birinci instanisya məhkəməsi hesab etmişdir ki, iddia tələbinin “ünvan 1 ünvanda yerləşən 0,0298 ha sahəyə malik torpaq sahəsinə və həmin ünvanda yerləşən MH seriyalı ******* saylı, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Yağcı Remzinin mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə İddiaçı1 mülkiyyət hüququnun tanınması, iş üzrə qəbul edilmiş qətnamənin 0,0298 ha torpaq sahəsinin həmçinin Yağcı Remzinin mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilməsi” hissəsi üzrə dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan rəd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış reyestr nömrəsi 4Ə-834 olan xx xxxxxx 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqısatqı müqaviləsinin etibarsız hesab edilməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, ünvan 2 saylı ev və həmin evin yerləşdiyi 744 kv.m. həyətyanı torpaq sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ xx xxxxxxx 2004-cü il tarixdə notariat qaydada bağlanmış alqı-satqı müqaviləsi və bununla əlaqədar onun adına verilmiş qeydiyyat vəsiqəsinə əsasən əmələ gəlmişdir. Sonradan Cavabdeh1 və qeyriləri evə dair bağlanmış alqı-satqı müqaviləsini və İddiaçı1 adına verilmiş qeydiyyat vəsiqəsini məhkəmə qaydasında mübahisələndirsələr də, sonuncu dəfə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxx 2008-ci il tarixli 2(102)-933/08 nömrəli qərarı ilə onların tələbləri rədd edilərək, Cavabdeh1, Cavabdeh2 və X15 Zaqatala şəhəri F.Əmirov küçəsində 744 kv.m. torpaq sahəsində yerləşən 17 saylı evdən və evin yerləşdiyi torpaq sahəsindən çıxarılmaları və Şəki Apelyasiya Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2007-ci il tarixli qətnaməsinin icrasında dönüş edilərək, Zaqatala şəhəri F.Əmirov küçəsindəki 17 saylı evin üzərində İddiaçı1 mülkiyyət hüququnun tanınması qərara alınmış, həmin qərara əsasən xx xxxx 2008-ci il tarixdə evə və evin yerləşdiyi torpaq sahəsinə dair İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(033)-627/2013 nömrəli qətnaməsi ilə Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 cavabdehlər Cavabdeh1, İddiaçı1 Akif qızına və Yağcı Remziyə qarşı xx xxxxxxx 2004-cü il tarixli 223542 nömrəli Cavabdeh1 ilə İddiaçı1 Akif qızı arasında bağlanmış ünvan 2 saylı evin alqı-satqısına dair müqavilənin, evin altında yerləşən hissəsi istisna olmaqla, torpağa dair hissəsinin etibarsız hesab edilməsi, bu iş üzrə qəbul edilmiş qətnamənin torpaq sahəsinin şəhadətnamədə qeyd edilən şəxslərin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almması üçün əsas hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilərək, ünvan 2 saylı evin alqı-satqısına dair Cavabdeh1 ilə İddiaçı1 Akif qızının arasında bağlanmış xx xxxxxxx 2004-cü il tarixli 223542 nömrəli müqavilənin, evin altında yerləşən hissəsi istisna olmaqla, torpaq sahəsinə dair hissəsi etibarsız hesab edilmiş və bu qətnamənin ünvan 2 saylı ünvanda yerləşən torpaq sahəsinin “JN-1809A-nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilən şəxslərin (Cavabdeh1 və qeyrilərinin) adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilməsi qət edilmişdir. Bundan sonra sözügedən torpaq sahəsi ilə bağlı Cavabdeh1 və qeyrilərinin adına Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib olunmuş, sonuncular həmin torpaq sahəsinin 0.350 kv.m. hissəsini Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış reyestr nömrəsi 4Ə-834 olan xx xxxxxx 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli alqı-satqı müqaviləsi ilə X3, X4 adına həmin 0.350 kv.m. torpaq sahəsi ilə bağlı RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yerdə qalan 0,0298 ha torpaq sahəsi ilə bağlı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X9 adına xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış tərtib olunmuşdur. Lakin həmin qətnamə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş, həmin qətnamədən Cavabdeh2 və Cavabdeh3 kassasiya şikayəti vermiş, Ali Məhkəmənin xx xxxxxxx 2015-ci il tarixli 2(102)-3840/15 nömrəli qərarı ilə qətnamə kassatorlara münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X9 adına verilmiş xx xxxx 2014-cü il tarixli RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Həmin qətnaməyə əsasən müəyyən edilmişdir ki, 0,0298 ha torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X9 mülkiyyət hüququnu təsdiq edən xx.xx.2014-cü il tarixli RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi əsasında verilmişdir. Yuxarıda qeyd edildiyi kimi Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi ləğv edildiyindən 0,0298 ha torpaq sahəsi üzərində Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və X9 mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli Daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir. Belə ki, qanunvericiliyin yuxarıda istinad edilən normalarından göründüyü kimi, qüvvəyə minmiş məhkəmə qərarları da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Birinci instanisya məhkəməsi qeyd etdiyi kimi, cavabdehlərin həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının yaranmasının əsası olan məhkəmə aktı (Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli qətnaməsi) ləğv edildiyindən, Cavabdeh1 və qeyrilərinin mülkiyyətinə verilməsi qanuni olmamışdır. Odur ki, 0,0298 ha torpaq sahəsi üzərində Cavabdeh1 və qeyrilərinin mülkiyyət hüququnu təsdiq edən RX seriyalı ******* nömrəli çıxarış qanunsuz olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 245-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. Göründüyü kimi, ünvan 2 ünvanda yerləşən MH seriyalı ******* saylı, xx.xx.2009-cu il tarixli çıxarışa əsasən Yağcı Remzinin mülkiyyətində olan fərdi yaşayış evinin altında yerləşən torpaq sahəsinə dair hüquqlar da İddiaçı1 keçmişdir. Maddənin mənasına görə torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə o halda keçməyə bilər ki, binanın (qurğunun) yerləşdiyi torpaq sahəsi satıcının mülkiyyətində olmuş olsun və torpaq sahəsinə hüquqların binanı (qurğunu) əldə edənə, yəni alıcıya keçən hissəsi tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsində müəyyənləşdirilməmiş olsun. Eyni zamnada işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Zaqatala şəhəri,F.Əmirov küçəsindəki 17 saylı evin üzərində İddiaçı1 mülkiyyət hüququ tanınmışdır. Torpaq Məcəlləsinin: 88-ci maddəsinin: 1.Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir.

2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.

3. Torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən binaya, o cümlədən fərdi yaşayış evinə, habelə qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən torpaq sahəsinə hüquqlar binanı (fərdi yaşayış evini) və ya qurğunu əldə edənə keçir. Torpaq sahəsinin bina (fərdi yaşayış evi) və ya qurğu yerləşən və ondan istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir.

4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və təşkilatlara, habelə xarici dövlətlərə tikililər, qurğular və ya müəssisələr (obyektlər) satıldıqda həmin obyektlərin yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini, o cümlədən işin hallarını nəzərdən keçirərək ilkin olaraq hazırkı mübahisə üzrə tərəflərin mövqelərini nəzərdən keçirib qeyd edir ki, ilkin olaraq Yağcı Rəmzi və İddiaçı1 arasında qeyd edilən torpaq sahəsi ilə bağlı hər hansı mübahisə mövcud deyilidir. Bundan əlavə həmin iddia olsa belə, Yağcı Rəmzi hazırkı iş üzrə cavabdeh yox, iddiaçıdır, həmçinin İddiaçı1 ilə əmlak mənafeləri üst-üstə düşür. Eyni zamanda, yuxarıda qeyd edilən qanunvericiliyin tələbinə görə mülkiyyətdə olan evin altında yerləşən torpaq sahəsi, normalarda qeyd edilən istisnalar mövcud deyildirsə (torpaq sahəsi dövlət və bələdiyyə mülkiyyətdədirsə), həmin daşınmaz əmlakın mülkiyyətçisinin hesab edilir. Bundan əlavə hazırkı iddianın hazırkı iş üzrə cavabdehlərə hər hansı bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəməsi iddia tələbinin “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 onların əsassız varlanma nəticəsində əldə etdikləri 39250 manat pul vəsaitinin və 50000 manat məbləğində vurulmuş mənəvi zərərin iddiaçıların xeyrinə tutulması” hissəsi ilə bağlı dəyərləndirmə apararaq qeyd edir ki, iddia tələbi bu hissədə də əsassız olduğundan rədd edilməli olması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası müəyyən edir ki, Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2(033)-158/2016 nömrəli qətnaməsi Cavabdeh5 aid hissədə (yəni iddianın Zaqatala Rayon 2 saylı Dövlət Notariat Kontorunda bağlanmış reyestr nömrəsi 4Ə-834 olan xx xxxxxx 2013-cü il tarixli AN-İ seriyalı ******* nömrəli (reyestr nömrəsi 4Ə-834 olan) alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsi və 350 kv.m. torpaq sahəsində yerləşən qanunsuz yarımçıq tikilinin sökülməsi tələblərinin təmin edilməməsi hissəsində) dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)-760/19 nömrəli qərarı ilə İddiaçı1 Akif qızının şikayəti təmin edilməmiş, Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli 2(107)- 1719/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı tərəf də bu qətnaməni əsas götürərək əsassız varlanma nəticəsində əldə etdikləri 39250 manat pul vəsaitini tələb edirlər. Məhkəmə qətnamələri ilə müəyyən edilir ki, Cavabdeh5 mübahisələndirilən, lakin vicdanlı olaraq əldə etdiyi 350 kv.m. torpaq sahəsini 39250 manata almış, həmin torpaq sahəsində inşa etdirdiyi fərdi yaşayış evinin tikintisinə də, külli miqdarda xərc çəkmişdir. Hazırda mübahisəli torpaq sahəsinin ondan alınması Cavabdeh5 ölçüyəgəlməz və bərpaedilməz maddi-mənəvi zərər vurmuş olar. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçılar, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X8 onların əsassız varlanma nəticəsində əldə etdikləri 39250 manat pul vəsaitini tələb etməkdə haqlı deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi xx xxx 2003-cü il tarixli qərarında göstərmişdir ki, Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının 50000 manat məbləğində mənəvi ziyan ödənilməsi tələbi də əsassız olduğundan həmin hissədə təmin edilməməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan hüquqlarının və Əsas Azadlıqların müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirilməsi ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən, zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Məcəllənin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi) Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliyə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuranın təqsiri (qəsd və ya ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara 3 dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar maddi və mənəvi ziyanın tələb edilməsinin əsası kimi mübahisə predmeti olan 350 kv.m. torpaq sahəsini 39250 manat müqabilində Cavabdeh5 satdığı vəsaitin cavabdehlər tərəfindən əldə edilməsi və onun hesabına varlanmasını əsas gətirmişlər. Məhkəmə kollegiyası qeyd edilən əsasla razılaşmır və qeyd edir ki, iş üzrə cavabdehlər tərəfindən 350 kv.m. torpaq sahəsi 39250 manat müqabilində Cavabdeh5 satılması həmin dövrdə qəbul edilmiş məhkəmə qərarları əsasında həyata keçirilmiş, lakin sonradan Şəki Apelyasiya Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi və həmin qətnaməni qüvvədə saxlanması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(102)- 760/19 nömrəli qərarı ilə Cavabdeh5 satılan hissədə alqı-satqı qanuni hesab edilmişdir. Məhkəmə kollegiyası iddiaçıların tələb etdikləri maddi və mənəvi ziyanın təmin edilməsi üçün əsasın olmadığını qeyd edir. Belə ki, iddiaçıların həmin 350 kv.m torpaq sahəsindən məhrum olması faktı mövcud deyildir. Ona görə də iddiaçılar həmin gəlirdən məhrum olan şəxs kimi tanınmırlar. Məhkəmə kollegiyası qeyd edilən işin faktiki halalrı və qanunvericiliyin tələbləri baxımından apelyasiya şikayətinin dəlillərini əsassız hesab edir və apelyasiya şikayətində irəli sürülən dəlillər iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün kifayət etmədiyi qənətinə gəlir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1 Akif qızı və Yağcı Remzinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və həmin hissədə Zaqatala Rayon Məhkəməsinin xx.xx.2019-cu qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 403-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçılar İddiaçı1 Akif qızı və Yağcı Remzinin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən tələbləri təmin olunmamış işdə iştirak edən şəxslər qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar