Məhkəmə qərarları › İş №2(107)-346/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-346/2023

22.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-346/2023 22.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qonşu sahə ilə arasında mərzin (ara koordinatının) müəyyən edilməsi və cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi, qüvvə) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinin qonşu sahə ilə arasında mərzin (ara koordinatının) müəyyən edilməsi və cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-832/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməməsi barədə Qəbələ Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(025)-832/2022 nömrəli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsinin qonşu sahə ilə arasında mərzin (ara koordinatının) müəyyən edilməsi və cavabdehlər tərəfindən törədilən maneçiliyin aradan qaldırılması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, ailələrinin mülkiyyətində olan kənd təsərrüfatı torpaq sahəsinin qonşu sahə ilə arasında mərzin (ara koordinatın) müəyyən edilməsinə cavabdehlər Cavabdeh2, Cavabdeh1 tərəfindən törədilən maneçiliyin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-832/2022 nömrəli qətnaməsinə əsasən Qəbələ rayon AİK-in 05 fevral 1999-cu il tarixli 03 nömrəli qərarı ilə İddiaçı, X1, X5, X4 və X2 ümumi birgə mülkiyyətinə JN-044F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnaməyə əsasən verilmiş 1,49 ha torpaq sahəsinin qonşu sahə ilə arasında mərzin (ara koordinatın) müəyyən edilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən törədilən maneələrə son qoyulması qət edilmişdir. xx.xx.2022-ci il tarixdə Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-832/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə “Elektron Məhkəmə” sistemi vasitəsilə daxil olmuşdur. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(025)-832/2022 nömrəli qərardadı ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən apellyasiya şikayəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 geri qaytarılmışdır. xx.xx.2023-cü ildə Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)- 832/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti məhkəməyə elektron qaydada “Elektron məhkəmə” sistemi vasitəsi ilə daxil olmuşdur. Cavabdehlər eyni zamanda buraxılmış müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-832/2022 nömrəli qətnaməsindən apellyasiya şikayəti vermək üçün qanunda nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Qəbələ Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(025)-832/2022 nömrəli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-832/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş “prosessual müddətin bərpa olunmasına dair” ərizənin təmin edilməməsi, Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-832/2022 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 geri qaytarılması qərara alınmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Qəbələ Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2(025)-832/2022 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(025)- 832/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-832/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə tərəflərə, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 göndərilmiş, qətnamənin surəti xx.xx.2022-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza edilərək, qəbul edilmişdir. Qətnamə 07 dekabr 2022-ci il tarixdə qanuni quvvəsini almışdır. Sözügedən qətnamədən isə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayəti 14 dekabr 2022-ci il tarixdə məhkəməyə “Elektron məhkəmə” sistemi vasitəsilə göndərilmiş və prosessual baxımdan müddət ötürülmüşdür. Məhkəmə hesab edir ki, mülki işin materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən məlum olmuşdur ki, müvafiq qətnaməni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2022-ci il tarixdə xəbərnaməyə imza edərək qəbul etmişlər. Göstərilən məhkəmə qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulan bir ay müddəti olmasına baxmayaraq, o öz növbəsində həmin qətnamədən apellyasiya şikayətini xəbəri olduğu vaxtdan 08 gün keçəndən sonra vermişlər, müvafiq şikayətə həmin qətnamədən apellyasiya şikayətinin verilməsi üçün buraxdığı prosessual müddəti bərpa etməyi məhkəmədən xahiş etmişlər. O, məhkəməyə qətnamədən buraxılmış apellyasiya şikayəti verilməsi müddətini ötürməsinin üzrlü səbəbdən baş verməsinə dair heç bir sübut təqdim etməmişlər. Göründüyü kimi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Qəbələ Rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(025)-832/2022 nömrəli qətnaməsindən tam olaraq xəbərdar olmuşdur. Cavabdehlərin ərizələrində qeyd etdikləri, “xx.xx.2022-ci il tarixdə poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməmişlər. Ancaq texniki səhv olaraq qətnamənin alınma tarixi poçt xəbərnaməsində düzgün qeyd olunmamışdır” həqiqəti əks etdirmir. Belə ki, cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 poçt göndərişinin verilməsi barədə xəbərnaməyə imza etməmələri barədə sübut təqdim etməmişlər. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 133.6-cı maddəsinə əsasən prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır. Məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(025)-832/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Qəbələ Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(025)-832/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli 2(025)-832/2022 nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Elçin Mehdiyev Mahir Əsədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar