Məhkəmə qərarları › İş №2(107)-347/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-347/2020

30.01.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-347/2020 30.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Mübariz Rahil oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Hüseynov Mirbahəddin Mirdamət oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə olan yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-2274/2020 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi : İddiaçı (bundan sonra mətində iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzilə olan yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-2274/2020 qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. İşin faktiki halları: İddiaçı, Cavabdeh1 ilə 1983-cü ilin yanvar ayında rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 1984-cü il təvəllüdlü Cavabdeh2 və 1987-ci təvəllüdlü Cavabdeh3 adlı uşaqları doğulmuşdur. İddiaçıya xx xxxxxxx 1997-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyəti aparatı başçısının 537 saylı sərəncamı ilə 4 nəfərdən (arvadı Cavabdeh1, qızları: Cavabdeh2 və Cavabdeh3) ibarət ailəsi ilə birlikdə ünvan 1 mənzil 7 ünvanında 1 otaqdan ibarət 17,92 kv.m yaşayış sahəsi olan mənzil verilmişdir. Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli 7851 nömrəli qeydiyyat vəsiqəsinə əsasən mənzil 3691 reyestr nömrə ilə iddiaçının adına qeydə alınmışdır. Bundan sonra mənzilin sənədləri itdiyi üçün mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına xx.xx.2011-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış, bununla bağlı DƏDRX 17 saylı Yevlax Rayon Ərazi İdarəsi tərəfindən ona MA seriyalı, ******* saylı çıxarış verilmişdir. 2017-ci ilin sentyabr ayından Cavabdeh2 xx xxxx 2013-cü il təvəllüdlü Aydın və xx xxxxxxxx 2015-ci il təvəllüdlü Nihan adlı iki nəfər uşaqları ilə birlikdə sözügedən mənzildə yaşayır. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-415/2018 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılması tələbinə dair iddia tələbi təmin edilməmiş, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş mənzilə payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı Məhəmməd oğlu ilə birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 1 saylı evin, 7 saylı mənzilə Cavabdeh1 payının 2/3 hissədə, İddiaçı Məhəmməd oğlunun payının isə 1/3 hissədə müəyyən edilməsi, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş mənzilə payların müəyyən edilməsi tələbinin qalan hissəsinin təmin edilməməsi, iddiaçı (Müstəqil tələb irəli sürən 3-cü şəxs) Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mənzilə istifadə hüquqlarının tanınması tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-265/2019 saylı qərardadı ilə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-415/2018 saylı qətnaməsinin “və qeyrilərinin mənzildən çıxarılması“ hissəsi ləğv edilərək ərizə həmin hissədə baxılmamış saxlanılmışdır. Həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(107)-265/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(051)-415/2018 nömrəli qətnaməsi qismən-qarşılıqlı iddia üzrə İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 1 saylı evin, 7 saylı mənzilə Cavabdeh1 payının 2/3 hissədə, İddiaçı Məhəmməd oğlunun payının isə 1/3 hissədə müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri, İ.Qayıbov küçəsindəki 1 nömrəli binanın 7 nömrəli mənzilinə payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş və qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-4013/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda iddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Mingəçevir şəhəri İ.Qayıbov küçəsi 1 saylı evin, 7 saylı mənzilinə olan yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmiş və buna görə hər hansı bir məbləğdə kompensasiya təklif etməmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlərin ona məxsus mənzildə yaşamamsı işdə olan sübutlarla təsdiq edilsə də, onun iddiasının məhkəmə tərəfindən təmin edilməməsi qanunsuz və əsassız olmuşdur. Onun ağır cərrahiyə əməliyyat keçirməsi, onun müalicədə olduğu müddətdə cavabdehlər tərəfindən mənzilin qapısının cavabdehlər tərəfindən qırılaraq mənzilə daxil olmaları nəzərə alınmamış ədalətsiz və qanunsuz qərar qəbul edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddiasının təmine dilməsini xahiş etmişdir. Proses iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, cavabdehlərdən biri onun keçmiş arvadı və digərləri isə uşaqları olsa da, hazırda özünün əlavə yaşayış yeri yoxdur, onu mənzildən istifadə etməyə cavabdehlər mane olur, qızı öz həyat yoldaşı ilə həmin mənzildə yaşayır. Cavabdehlər onun hüquqlarını pozur. İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq, onun iddiasının təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Cavabdehlər Cavabdeh3 və Cavabdeh1 məhkəməyə teleqram göndərərək işə onların iştirakı olmadan baxılıb birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanamsını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apelyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmadan yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə, hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-415/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı mənzildən çıxarılması tələbinə dair iddia tələbi təmin edilməmiş, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründəəldə edilmiş mənzilə payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi qismən təmin edilmiş, İddiaçı Məhəmməd oğlu ilə birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 1 saylı evin, 7 saylı mənzilə Cavabdeh1 payının 2/3 hissədə, İddiaçı Məhəmməd oğlunun payının isə 1/3 hissədə müəyyən edilməsi, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş mənzilə payların müəyyən edilməsi tələbinin qalan hissəsinin təmin edilməməsi, iddiaçı (Müstəqil tələb irəli sürən 3-cü şəxs) Cavabdeh2 cavabdehlər İddiaçı və Cavabdeh1 qarşı mənzilə istifadə hüquqlarının tanınması tələbinə dair iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(107)-265/2019 saylı qərardadının surətindən görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(051)-415/2018 saylı qətnaməsinin “və qeyrilərinin mənzildən çıxarılması“ hissəsi ləğv edilərək ərizə həmin hissədə baxılmamış saxlanılmışdır. Həmin Məhkəmənin xx.xx.2019-cu il tarixli 2(107)-265/2019 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli, 2(051)-415/2018 nömrəli qətnaməsi qismən-qarşılıqlı iddia üzrə İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri, İ.Qayıbov küçəsi 1 saylı evin, 7 saylı mənzilə Cavabdeh1 payının 2/3 hissədə, İddiaçı Məhəmməd oğlunun payının isə 1/3 hissədə müəyyən edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilərək, Cavabdeh1 İddiaçı qarşı birgə nikah dövründə əldə edilmiş Mingəçevir şəhəri, İ.Qayıbov küçəsindəki 1 nömrəli binanın 7 nömrəli mənzilinə payların müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş və qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(102)-4013/2019 saylı qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası işin araşdırılması zamanı müəyyən etdi ki, iddiaçı ilə Cavabdeh1 1983cü ilin yanvar ayında nikalarını qeyd etdirməklə ailə qurmuş, birgə nikahdan 1984-cü il təvəllüdlü Cavabdeh2 və 1987- ci il təvəllüdlü Cavabdeh3 adlı qızları olmuşdur. İddiaçıya xx xxxxxxx 1997-ci ildə Mingəçevir şəhər İcra Hakimiyyəti aparatı başçısının 537 saylı sərəncamı ilə 4 nəfərdən ibarət ailəsi ilə birlikdə ünvan 1 mənzil 7 ünvanında 1 otaqdan ibarət 17,92 kv.m yaşayış sahəsi olan mənzil verilmiş, həmin mənzil iddiaçının adına qeydə alınmışdır. Həmin mənzilin iddiaçının adına özəlləşməsinə Cavabdeh1 ərizə verərək razılığını bildirmişdir. Mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına xx.xx.2011-ci il tarixdə, ********** nömrə ilə qeydiyyata alınmış, bununla bağlı DƏDRX 17 saylı Yevlax Rayon Ərazi İdarəsi tərəfindən ona MA seriyalı, ******* saylı çıxarış verilmişdir. İddiaçı ilə Cavabdeh1 arasında olan nikah 2004-cü ildə məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh2 2012-ci ildə Bakı şəhər sakini X1 ilə qeyri-rəsmi ailə quraraq Bakı şəhərində yaşamış, həmin ailəlikdən xx xxxx 2013-cü ildə X6 və xx xxxxxxxx 2015-ci ildə X4 adlı uşaqları doğulmuşdur. Cavabdeh2 2017-ci ildən uşaqları ilə birlikdə mübahisəli mənzildə yaşayır, Cavabdeh1 Cavabdeh3 ilə işləmək üçün Rusiya Federasiyasına getmiş və hal-hazırda da, oradadırlar. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər) özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Həmin Qanunun 12-ci maddəsinə əsasən, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş mülkiyyət hüququnun məhdudlaşdırılması yalnız konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi məqsədi ilə mütənasib şəkildə tətbiq olunmalıdır. Yuxarıda qeyd olunduğu kimi, həmin Qanunun əsas məqsədlərindən biri özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinin təmin edilməsinə yönəlmişdir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusion məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Beləliklə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən vəər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinin həmin mənzilin onlardan birinin mülkiyyətinə verilməsi haqqında razılığının olması, onların həmin mənzildə yaşamaq hüququndan imtinası kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailəüzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Bundan əlavə iddiaçı sözügedən mənzilin mülkiyyətiçisi olsa da, cavabdehlərin mənzildən istifadə hüquqları vardır və Cavabdeh2 2017-ci ilin sentyabr ayından həmin mənzildə xx xxxx 2013cü ildə X6 və 21sentyabr 2015-ci ildə X4 adlı uşaqları ilə yaşayır. İddiaçı tərəfindən cavabdehlərə hər hansı məbləğdə kompensasiya təklif etməmişdir. Azərbaycan Respublikası Konstitusiyanın: 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, İİ və İV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. 31-ci maddəsinə əsasən hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır. Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxsin həyatını, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd etmək, ona qarşı zor işlətmək qadağandır. 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Beləliklə məhkəmə kollegiyası sadalanan qanunvericilik aktlarına, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qeyd olunan plenum qərarına istinadən hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə istifadə hüquqları mövcud olduğundan iddiaçının tələbinin təmin edilməsi onların mənzildən istifadə hüquqlarını pozmuş olar. İddiaçı yalnız cavabdehlərə kompensasiya təklif etməklə cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verə və onları həmin mənzildən məhkəməyə müraciət etməklə çıxara bilər. Həmçinin mülkiyyətində olan mənzilə köçürülməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(051)-2274/2020 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlansın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar