Məhkəmə qərarları › İş №2(107)-348/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-348/2022

16.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-348/2022 16.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçı İsmayıllı rayon Tircan Bələdiyyəsinin Cavabdeh qarşı bələdiyyəyə məxsus örüş otlaq sahəsində qeyri-qanuni tikililərin sökülməsi tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(037)-719/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(037)-719/2021 nömrəli qətnaməsi ilə (hakim Rafayel Şirinov) iddia tələbi təmin edilmiş, İsmayıllı rayon Tircan Bələdiyyəsinə məxsus Tircan kənd “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində Cavabdeh tərəfindən inşa etdirilmiş 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evi Cavabdeh hesabına sökülməsi qət edilmişdir. İşin halları İsmayıllı rayon Tircan Bələdiyyəsi (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək İsmayıllı rayon Tircan Bələdiyyəsinə məxsus Tircan kənd “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən inşa etdirilmiş 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evi cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, iddiaçıya məxsus “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi 26 dekabr 2014-cü il tarixdən 26 dekabr 2029-cu il tarixədək 15 il müddətinə cavabdehə icarəyə verilmişdir. Həmin torpaq sahəsinə dair cavabdehə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh heyvandarlığın inkişafı üçün ayrılmış “örüş otlaq” torpaq sahəsi üzərində qeyriqanuni tikinti işləri aparmışdır. Belə ki, cavabdeh həmin ərazidə 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evi inşa etdirmişdir. Bununla da iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Cavabdehin bu hərəkəti müəyyən şəxslərin də narazılığına və şikayətinə səbəb olmuşdur. İddiaçı tərəfindən cavabdehə tikinti işlərinin dayandırması və torpaq sahəsini əvvəlki vəziyyətə gətirməsi barədə rəsmi müraciət edilmiş, lakin sonuncu buna məhəl qoymayaraq işini davam etdirmişdir. İddiaçıya məxsus Tircan kənd “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində cavabdeh tərəfindən inşa etdirilmiş 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evinin cavabdehin hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçıya məxsus “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. Həmin torpaq sahəsinə dair ona RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. O, icarəyə götürdüyü torpaq sahəsində razılaşdırılmış formada ferma, anbar, emal sexi və çoban evləri tikdirmiş və istifadəyə vermişdir. O, həmin ərazidə tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşməyə köməklik göstəilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. Lakin həmin dövlət qürumu tərəfindən onun rəsmi müraciətinə cavab verilməmişdir. O, bu barədə İsmayıllı rayon Prokurorluğuna rəsmi müraciət etmişdir. Lakin həmin dövlət qürumu tərəfindən də onun rəsmi müraciətinə cavab verilməmişdir. Mübahisə predmeti olan ərazidə o, qanuni olaraq tikinti işləri aparmışdır. O, iddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddiaçıya məxsus “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. Həmin torpaq sahəsinə dair ona RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. O, icarəyə götürdüyü torpaq sahəsində razılaşdırılmış formada ferma, anbar, emal sexi və çoban evləri tikdirmiş və istifadəyə vermişdir. O, həmin ərazidə tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşməyə köməklik göstəilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. Lakin həmin dövlət qürumu tərəfindən onun rəsmi müraciətinə cavab verilməmişdir. O, bu barədə İsmayıllı rayon Prokurorluğuna rəsmi müraciət etmişdir. Lakin həmin dövlət qürumu tərəfindən də onun rəsmi müraciətinə cavab verilməmişdir. Mübahisə predmeti olan ərazidə o, qanuni olaraq tikinti işləri aparmışdır. O, iddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflər arasında icarə müqaviləsinin məzmunu, müddəti, mahiyyətinə, icarəyə verilən torpağın kənd təsərrüfat təyinatlı torpaq kimi istifadəsinə düzgün qiymət verməmişdir, məkəmə onun icarə müqaviləsi üzrə öz öhdəliklərini icra edib-etməməsini, müqavilənin məzmunu halını araşdırmamış, yanlış nəticəyə gəlmişdir. .Məhkəmə həmin halları aydınlaşdırmamışdır. Ona görə də, İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(037)- 719/2021 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin izahatları İddiaçı İsmayıllı rayon Tircan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər,. İsmayıllı rayon Tircan Bələdiyyəsinin nümayəndəsi Nümayəndə, məhkəməyə teleqram göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh səhhəti ilə bağlı məhkəməyə gələ bilmədiyini göstərsə də, xəstəliyini təsdiq edən sübut məhkəmə kollegiyasına təqdim etməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(037)-719/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 20 aprel 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, İsmayıllı rayon Tircan Bələdiyyəsinə məxsus kənd təsərrüfatı təyinatlı 15 hektar örüş otlaq sahəsi 26 dekabr 2014-cü il tarixdən 26 dekabr 2029-cu il tarixədək 15 il müddətinə Cavabdeh icarəsinə verilmişdir. İşdə olan İsmayıllı rayon Tircan Bələdiyyəsinin 04 fevral 2021-ci il tarixli 06 nömrəli məktubunun surətindən görünür ki, İsmayıllı rayon Tircan Bələdiyyəsi tərəfindən 1 ay müddətində qanunsuz tikililərin sökülməsi üçün Cavabdeh rəsmi müraciət olunmuşdur. İşdə olan Cavabdeh İsmayıllı rayon İcra Hakimiyyətinin başçısına ünvanladığı 05 iyul 2021-ci il tarixli ərizənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh icarə götürdüyü torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşməyə köməklik göstəilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinə rəsmi müraciət etmişdir. İşdə olan İsmayıllı rayon İcra Hakimiyyətinin Cavabdeh ünvanladığı 20 avqust 2021-ci il tarixli 05/1360 nömrəli müraciətinə cavab məktubunun təsdiq edilmiş surətindən görünür ki, obyektin tikintisinə dair təqdim olunan memarlıq planlaşdırma layihəsinin ərazinin yerquruluşu sənədlərinə uyğun olub-olmaması barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən uyğunluq rəyi alındıqdan sonra qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilir və müvafiq sənədləri İsmayıllı rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra müraciətinizə qanunamüvafiq qaydada baxılacağı qeyd olunmuşdur. İşdə olan İsmayıllı rayon Prokurorluğunun 11 oktyabr 2021-ci il tarixli 632 X-21 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh İsmayıllı rayon Tircan Bələdiyyəsinə məxsus 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində tikiniti işlərinin aparılmasına icazə verilməsi barədə İsmayıllı rayon İcra Hakimiyyətinə rəsmi müraciətinə cavab verilməməsi ilə bağlı İsmayıllı rayon Prokurorluğuna şikayət ərizəsi daxil olmamışdır. İşdə olan İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının 21 oktyabr 2021-ci il tarixli 01/569 nömrəli sorğuya cavab məktubundan görünür ki, Cavabdeh İsmayıllı rayon Tircan Bələdiyyəsinə məxsus 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində tikiniti işlərinin aparılmasına dair icazə verilməsi barədə 2016-cı ildən hal-hazıradək RİH başçısı aparatında heç bir sənəd aşkar edilməmişdir. 2016-cı ilədək vətəndaşlardan daxil olan müraciətlər RİH başçısı yanında fəaliyyət göstərən Sənədlərin Ekspertizası və Arxiv işi üzrə Ekspert Komissiyasının qərarına əsasən saxlanılmalı olmayan sənədlərin məhv edilməsi akta uyğun olaraq məhv edilmişdir. 2016-cı ilədək barələrində qərar qəbul olunmuş sərəncamlar və digər sənədlər isə saxlanılmaq üçün İsmayıllı rayon Dövlət Arxivinə təhvil verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli,42 nömrəli qərarına, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.1-ci, 6.2-ci maddələrinə, “Torpaq icarəsi haqqında” Qanunun 19-cu, 23-cü, 30-cu maddələrinə istinad etməkdə haqlı olmuşdur. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında qanunun 6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin qanunun 6.2-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli,42 nömrəli qərarı ilə təsdiq edilmiş örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarına əsasən yay və qış otlaqlarını istifadəyə və icarəyə götürən fiziki və hüquqi şəxslər həmin sahənin 20—25 faizini dincə qoya bilər və tələbata uyğun olaraq çoban evləri, heyvandarlıq və digər mədəni-məişət və istehsalat təyinatlı tikililər tikə bilərlər (əsaslı tikinti aparmamaq şərti ilə). Həmin tikintilər üçün torpaq sahəsi yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin sərəncamı ilə torpaqayırma qaydasında ayrılır. Torpaq istifadəçiləri və ya icarəçiləri otlaq sahələrindən təyinatı üzrə istifadəyə əməl etməyə borcludurlar. “Torpaq icarəsi haqqında” Qanunun 19-cu maddəsinin məzumununa əsasən İcarəyə verənin icarəyə verilmiş torpaq sahələrinin təyinatı üzrə istifadəsinə və icarə müqaviləsinin şərtlərinə əməl edilməsinə nəzarət etmək; icarəyə verilmiş torpaq sahələrinin istifadəsi, keyfiyyətinin yaxşılaşdırılması, qorunması və mühafizəsi barədə icarəçilərdən məlumatlar almaq; icarəçinin təqsiri üzündən icarəyə verilmiş torpaqlara vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək; icarəyə verilmiş torpaqlarda icarəyə verənin razılığı olmadan tikilmiş və quraşdırılmış binaların, qurğuların sökülməsini tələb etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək hüquqları vardır. Həmin Qanunun 23-cü maddəsinin məzmununa əsasənicarəçinin icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək; icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək; qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək vəzifələri vardır. Həmin Qanunun 30-cu maddəsinə əsasən torpaq icarəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Azərbayca Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların,tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi 26 dekabr 2014-cü il tarixdən 26 dekabr 2029-cu il tarixədək 15 il müddətinə cavabdehə icarəyə verilmişdir. Həmin torpaq sahəsinə dair cavabdehə RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Cavabdeh həmin ərazidə 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evi inşa etdirmişdir. İddiaçı tərəfindən cavabdehə tikinti işlərinin dayandırması və torpaq sahəsini əvvəlki vəziyyətə gətirməsi barədə rəsmi müraciət edilmiş, lakin sonuncu buna məhəl qoymayaraq işini davam etdirmişdir. Cavabdeh icarə götürdüyü torpaq sahəsində tikinti işlərinin aparılması ilə əlaqədar sənədləşməyə köməklik göstəilməsi üçün İsmayıllı rayon İcra Hakimiyyətinə 05 iyul 2021-ci il tarixli ərizə ilə rəsmi müraciət etmişdir. Həmin dövlət qürumu tərəfindən cavabdehin müraciətinə cavab olaraq bildirilmişdir ki, obyektin tikintisinə dair təqdim olunan memarlıq planlaşdırma layihəsinin ərazinin yerquruluşu sənədlərinə uyğun olub-olmaması barədə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən uyğunluq rəyi alındıqdan sonra qeyri-yaşayış obyektlərinin tikintisinə icazə verilir. Müvafiq sənədləri İsmayıllı rayon İcra Hakimiyyətinə təqdim etdikdən sonra müraciətinizə qanunamüvafiq qaydada baxılacaqdır. İsmayıllı rayon İcra Hakimiyyətinin başçısının 21 oktyabr 2021-ci il tarixli 01/569 nömrəli sorğuya cavab məktubuna əsasən bildirilmişdir ki, cavabdehin iddiaçıya məxsus 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində tikiniti işlərinin aparılmasına dair icazə verilməsi barədə 2016-cı ildən halhazıradək RİH başçısı aparatında heç bir sənəd aşkar edilməmişdir. 2016-cı ilədək vətəndaşlardan daxil olan müraciətlər RİH başçısı yanında fəaliyyət göstərən Sənədlərin Ekspertizası və Arxiv işi üzrə Ekspert Komissiyasının qərarına əsasən saxlanılmalı olmayan sənədlərin məhv edilməsi akta uyğun olaraq məhv edilmişdir. 2016-cı ilədək barələrində qərar qəbul olunmuş sərəncamlar və digər sənədlər isə saxlanılmaq üçün İsmayıllı rayon Dövlət Arxivinə təhvil verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının qanunsuz tikilmiş tikililərin sökülməsini tələb etdiyi torpaq sahəsi cavabdehin icarəsindədir. Cavabdeh müvafiq dövlət orqanlarının razılığını almadan icarəyə götürdüyü torpaq sahəsində qanunsuz tikinti işləri aparmışdır. Məhkəmə həmin torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililərin sökülməsi barədə iddiaçının tələbini qanuni, əsaslı və ədalətli hesab edir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçıya məxsus Tircan kənd “Acıdərə” adlanan ərazidən 15 hektar kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsində cavabdeh tərəfindən inşa etdirilmiş 40 m x 12 m və 28 m x 6 m ölçüdə 2 ferma binası, 10 m x 5 m ölçüdə anbar binası, 4 m x 6 m ölçüdə süd məhsullarının saxlanılması üçün ev, 25 m x 12 m ölçüdə ot tədarükü üçün talvar, 18 m x 18 m ölçüdə emal sexi və 4 m x 5 m olan 2 çoban evinin cavabdeh tərəfindən qanunsuz tikilmiş tikililərin sökülməsi barədə iddia tələbi təmin edilməlidir. Həmin qanunsuz tikilmiş tikililər cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(037)-719/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(037)-719/2021 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar