Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-348/2025 27.05.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işçinin işəgötürənə vurduğu maddi ziyanın ödənilməsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və X2 ibarət tərkibdə, X4 iclas katibliyi ilə, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-650/2024 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinin surətindən görünür ki, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 6 ay müddətinə müddətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, bildiriş xx.xx.2019-cu il tarixli əmək müqaviləsi ilə bağlı tərtib edilmiş və Cavabdeh əsas iş yeri üzrə İddiaçı MMC-yə satıçı nəzarətçi kassir vəzifəsi üzrə işə qəbul edilmişdir. Əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2020. Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh əsas iş yeri kimi İddiaçı MMC-də Administrator vəzifəsinə keçirilmişdir. Tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, işəgötürən İddiaçı ilə administrator vəzifəsində işləyən işçi Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 429-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən Satıcı-Kassir vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 102 saylı vəzifə dəyişikliyi haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən baş satıcı vəzifəsinə keçirilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 260 saylı vəzifə dəyişikliyi haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. X11 Məsuliyyətli Cəmmiyətinin xx.xx.2023-cü il tarixli 75 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən X11 Məsuliyyətli Cəmmiyəti tərəfindən Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b bəndinə əsasən xitam verilmişdir. 19 dekabr 2022-ci il tarixində Oba-Ehmedli 2 filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, yoxlama nəticəsində 4860,42 manat məbləğində kəsir aşkar edilmiş və maddi məsul şəxs Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh tərəfindən 19 dekabr 2022-ci il tarixdə verilmiş İltizamnamədən görünür ki, o sayımda tam olaraq iştirak etmiş, qarşılaşdırma olmuş, sayımdan heç bir narazılığı yoxdur, sayılan miqdarla razıdır. 19 dekabr 2022-ci il tarixli imtina aktından görünür ki, Cavabdeh 19 dekabr 2022-ci il tarixdə keçirilmiş inventarizasiyanın aparılmasında iştirak etsə də, müvafiq aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixində Oba-Ehmedli 2 filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, yoxlama nəticəsində 16242,65 manat məbləğində kəsir aşkar edilmiş və maddi məsul şəxs Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş İltizamnamədən görünür ki, o sayımda tam olaraq iştirak etmiş, sayımın miqdarları yoxlanılmış, sayımdakı əksik mallardan xəbərdar olmuşdur. xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiyanın aparılmasında iştirak etsə də, müvafiq aktı imzalamaqdan imtina etmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, "Oba Market” MMC-də işlədiyi dövrdə fəaliyyəti yoxlanılmış və 18629 manat əskik gəlmə aşkar edilmişdir. Hazırda faktiki olaraq 18629 manat təşkil edir və maddi ziyan məbləğini 3 gün müddətdə ödəmədiyi təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyinə dair xəbərdar edilmişdir. İddiaçı tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 16242,65 manat xx.xx.2022-ci il tarixdə 4860,42 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh 11 dekabr 2023-cü il tarixinə 18629 manat borcunun qaldığı müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh18629 (on səkkiz min altı yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitinin, mediasiya üçün ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 96 manat pul vəsaitinin tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixli X6 əsasən “baş satıcı” vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli X6 əsasən “administrator” vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” Müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2023-cü il tarixli 75x saylı Əmri ilə cavabdeh işdən azad edilmişdir. Cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” Müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Bu halda imtina aktı tərtib edilir. Birinci inventarizasiya: İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2022-ci il tarixli, 2697 saylı Əmrindən göründüyü kimi, “Oba – Əhmədli 2” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxsin bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Yoxlama tarixinə siyahıya alınmış malmaterial qiymətlilərinə dair (xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixləri üzrə) faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair yekun Akt”a əsasən cavabdehin Cəmiyyətə 4860,42 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Aparılmış inventarizasiya yoxlaması nəticəsində işçi qrupu tərəfindən xx.xx.2022-ci il tarixli İmtina Aktı tərtib edilərək, inventarizasiya prosesində iştirak edən cavabdehin “İnventarizasiya Siyahısı”nı imzalamaqdan imtina etdiyini öz imzaları ilə təsdiq etmişlər. Bununla belə, xx.xx.2022-ci il tarixdə keçirilmiş inventarizasiya yoxlaması zamanı tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmış “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, Cavabdeh öz xətti ilə sayımda tam olaraq iştirak ediyini, qarşılaşdırma olunduğunu, sayımdan heç bir narazılığının olmadığını, sayılan miqdarlarla razı olduğunu qeyd etmişdir. İkinci inventarizasiya: İddiaçı MMC-nin “Növbədənkənar inventarizasiyanın aparılması haqqında” xx.xx.2023-cü il tarixli, 439 saylı Əmrindən göründüyü kimi, “Oba – Əhmədli 2” mağazasında administrator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Yoxlama tarixinə siyahıya alınmış mal-material qiymətlilərinə dair (xx.xx.2022-ci il – xx.xx.2023-cü il tarixləri üzrə) faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi nəticəsində tərtib edilmiş “İnventarizasiya nəticələrinə dair yekun Akt”a əsasən cavabdehin Cəmiyyətə 16242,65 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Aparılmış inventarizasiya yoxlaması nəticəsində işçi qrupu tərəfindən xx.xx.2023-cü il tarixli İmtina Aktı tərtib edilərək, inventarizasiya prosesində iştirak edən cavabdehin “İnventarizasiya Siyahısı”nı imzalamaqdan imtina etdiyini öz imzaları ilə təsdiq etmişlər. Bununla belə, xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiya yoxlaması zamanı tərtib edilmiş və cavabdeh tərəfindən imzalanmış “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, Cavabdeh öz xətti ilə sayımda tam olaraq iştirak ediyini, sayılan miqdarların yoxlanıldığını, sonda əskik mallardan xəbərdar olduğunu qeyd etmişdir. Yekun nəticə: Cəmiyyətin xx.xx.2023-cü il tarixli Maliyyə Arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdehnın yekun olaraq qalıq borcu 18629 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmiş, habelə mediatorun vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli mümkün olmamışdır. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-650/2024 nömrəli qətnaməsi (hakim: V.Məmmədov) ilə, iddia tələbi təmin edilərək, Cavabdeh 18629 (on səkkiz min altı yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı hesabına ödənilməsi qət edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-nin Ehmedli 2 filialına “Satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixli X6 əsasən “baş satıcı” vəzifəsinə, xx.xx.2020-ci il tarixli X6 əsasən isə “administrator” vəzifəsinə keçirilmişdir. Tərəflər arasında cavabdehin tam maddi məsuliyyəti haqqında müqavilə bağlanmışdır. Cavabdehin tam maddi məsuliyyət daşıdığı Ehmedli 2 filialında aparılmış inventarizasiya zamanı xx.xx.2022-ci il tarixdə 4860,42 manat, xx.xx.2023-cü il tarixdə 16242,65 manat dəyərində çatışmazlıq, bununla da iddiaçının əmlakından məhrum olması ilə bağlı həmin dəyərdə maddi zərərə uğraması aşkar edilmişdir. Tərəflər arasındakı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İddiaçı çatışmazlıq müəyyən edildiyi yoxlamalardan keçən dövrdə cavabdehə güzəşt edildiyi əsası ilə hazırda zərərin əvəzi üzrə 18629 manat pulun tutulmasını tələb edir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı qarşısında tam maddi məsuliyyət daşıyan cavabdehin ona verilmiş əmlakın salamatlığını təmin etməməsi nəticəsində iddiaçıya maddi zərər dəyməsi təsdiq olunduğundan, iddia təmin olunmalı, maddi zərərin əvəzi üzrə tələb olunan 18629 manat pul vəsaiti Cavabdeh alınaraq İddiaçı hesabına ödənilməlidir. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, Azərbaycan Respublikası Əmək Məcəlləsi 10, 194, 199, 200, 205, 296, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 217 və 119-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi və vəkili Vəkil birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əgər həqiqətən də Cavabdeh təqsiri ucbatından İddiaçı MMC-yə ziyan dəymişdirsə, iddiaçı mal kəsirinin yaranmasını müəyyən edə biləcək (daxil olan, satılan və qalıq mal), qarşılıqlı müqayisə aparmağa yol verən sübutları, o cümlədən, müstəqil auditorun rəyini məhkəməyə təqdim etməli idi. Odur ki, apellyasiya şikayətinin təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, əksik olan bütün mallar cavabdehə təhvil verilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 3 5 . Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsi
10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq. 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 192.1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. 192.2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 194.1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 194.2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. 199.1. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. 200.1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. 202.1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. 205.1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. 205.2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. 205.3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. 296.5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki: “....Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin - tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər”.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1-385.1.4. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmədiyindən apellyasiya şikayəti təmin edilərək qətnamə ləğv olunmalı və iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə işçinin işəgötürənə vurduğu maddi ziyanın ödənilməsi ilə bağlıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq Cavabdeh18629 (on səkkiz min altı yüz iyirmi doqquz) manat məbləğində pul vəsaitinin, mediasiya üçün ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 96 manat pul vəsaitinin tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin etmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə, yəni iddia tələbinin təmin edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın rədd edilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvini şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşmayaraq ilkin olaraq qeyd edir ki, əmək sahəsində işəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyəti üzrə münasibətlər əmək münasibətləri ilə sıx bağlı olduğuna görə onlar əmək qanunvericiliyi ilə tənzimlənir. Əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək insanın ləyaqətini alçaltmamalı, insanların əsas hüquqlarına hörmət və əməyin mühafizəsini təmin edən şəraitdə işləməklə işçilərin əmək haqqının ədalətli ödənilməsində ifadə olunmalıdır. Buna görə də Konstitusiyada əmək hüququnun normativ məzmunu həmçinin insanın ləyaqətini alçaltmayan müəyyən şəraitlərdə işləmək hüquqları ilə səciyyələndirilir. Milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqqədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Ümumiyyətlə, bu cür mübahisələrdə mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. İşdən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli Əmək müqaviləsinə əsasən, işəgötürən İddiaçı ilə işçi Cavabdeh arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 6 ay müddətinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsi bağlanmışdır. Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək müqaviləsi bildirişinin surətindən görünür ki, Cavabdeh əsas iş yeri kimi İddiaçı MMC-də Administrator vəzifəsinə keçirilmişdir. “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, işəgötürən İddiaçı ilə administrator vəzifəsində işləyən işçi Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 429-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən Satıcı-Kassir vəzifəsinə işə qəbul edilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 102 saylı vəzifə dəyişikliyi haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən baş satıcı vəzifəsinə keçirilmişdir. İddiaçı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 260 saylı vəzifə dəyişikliyi haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. X11 Məsuliyyətli Cəmmiyətinin xx.xx.2023-cü il tarixli 75 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin Satış Şöbəsinin Administratorunun əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi, cavabdeh, xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-nin Ehmedli 2 filialına “Satıcı-kassir” vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixli X6 əsasən “baş satıcı” vəzifəsinə, xx.xx.2020-ci il tarixli X6 əsasən isə “administrator” vəzifəsinə keçirilmişdir. Həmçinin, tərəflər arasında cavabdehin “tam maddi məsuliyyəti haqqında” müqavilə bağlanmışdır. Tərəflər arasındakı əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. İşdən daha sonra müəyyən edilir ki, 19 dekabr 2022-ci il tarixində Oba-Ehmedli 2 filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akta görə, yoxlama nəticəsində 4860,42 manat məbləğində kəsir aşkar edilmiş və maddi məsul şəxs Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh tərəfindən 19 dekabr 2022-ci il tarixdə verilmiş İltizamnamədən görünür ki, o sayımda tam olaraq iştirak etmiş, qarşılaşdırma olmuş, sayımdan heç bir narazılığı yoxdur, sayılan miqdarla razıdır. 19 dekabr 2022-ci il tarixli imtina aktından görünür ki, Cavabdeh 19 dekabr 2022-ci il tarixdə keçirilmiş inventarizasiyanın aparılmasında iştirak etsə də, müvafiq aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixində Oba-Ehmedli 2 filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, yoxlama nəticəsində 16242,65 manat məbləğində kəsir aşkar edilmiş və maddi məsul şəxs Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş İltizamnamədən görünür ki, o sayımda tam olaraq iştirak etmiş, sayımın miqdarları yoxlanılmış, sayımdakı əksik mallardan xəbərdar olmuşdur. xx.xx.2023-cü il tarixli imtina aktından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə keçirilmiş inventarizasiyanın aparılmasında iştirak etsə də, müvafiq aktı imzalamaqdan imtina etmişdir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, "Oba Market” MMC-də işlədiyi dövrdə fəaliyyəti yoxlanılmış və 18629 manat əskik gəlmə aşkar edilmişdir. Hazırda faktiki olaraq 18629 manat təşkil edir və maddi ziyan məbləğini 3 gün müddətdə ödəmədiyi təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyinə dair xəbərdar edilmişdir. İddiaçı tərəfindən verilmiş 11 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2023-cü il tarixində 16242,65 manat xx.xx.2022-ci il tarixdə 4860,42 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh 11 dekabr 2023-cü il tarixinə 18629 manat borcunun qaldığı müəyyən edilmişdir. Hazırda iddiaçı cavabdehin ona maddi ziyan vurduğunu iddia etmiş və Əmək Məcəlləsinin müvafiq müddəalarına, işçinin tam maddi məsuliyyəti haqqında müqaviləyə və yoxlamanın nəticələrinə uyğun olaraq maddi ziyanın əvəzini cavabdehdən tələb etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Əmək Məcəlləsinin 10-cu maddəsinin 1-ci hissəsinin (ç) bəndinə əsasən, işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrinə aid edilmişdir. Əmək Məcəlləsinin “İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyəti” adlanan Vİİİ bölməsinin normaları işçinin işəgötürənə vurduğu ziyana görə maddi məsuliyyətini, habelə işəgötürənin işçiyə vurduğu ziyana görə maddi məsuliyyətini tənzimləyir. Hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda tam maddi məsuliyyətə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və s. Ümumiyyətlə, əmək qanunvericiliyində maddi məsuliyyətin iki növü müəyyən edilmişdir: məhdud məsuliyyət (bu halda zərər əvvəlcədən müəyyən edilmiş məhdud həcmdə ödənilir) və tam maddi məsuliyyət (bu halda vurulan zərər tam həcmdə ödənilir). Məhdud məsuliyyət yalnız işçilərə münasibətdə nəzərdə tutulub, işəgötürənin məsuliyyəti isə bundan fərqli olaraq Əmək Məcəlləsinin 195-ci maddəsinə əsasən tam xarakter daşıyır. Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə görə, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq, aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürənin və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. Məhkəmə kollegiyası daha sonra bildirir ki, qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Sadalananlar konteksində kollegiya hesab edir ki, hazırkı mübahisənin obyektiv həlli üçün ilk növbədə iddiaçı tərəfindən iddia olunan məbləğdə malın cavabdehə və ya marketin anbarına təhvil verilib-verilməməsi, həmin malın kimin tərəfindən, hansı qaydada, formada təhvil alınması, marketin malı anbardan hansı qaydada, formada götürməsi və sair hallar aydınlaşdırıldıqdan sonra, cavabdehin bu məsələdə təqsirli olubolmamasına hüquqi qiymət verilməlidir. Bu məqsədlə məhkəmə kollegiyası tərəfindən iddiaçı tərəfə sorğu ünvanlanmışdır. Belə ki, məhkəmə tərəfindən iddiaçıya sorğu ünvanlanaraq aşağıdakı sənədlər tələb edilmişdir: 1. Mübahisəli dövrlər ərzində iddiaçı tərəfindən cavabdehə satış üçün və ya saxlanılması üçün qaimə ilə və ya təhvil-təslim aktları ilə hansı miqdarda və ya çeşiddə mal-materialın verilməsi; 2. İddiaçı tərəfindən iddia olunan məbləğdə malın marketin anbarına və ya mağazada başqa bir şəxsə təhvil verilib-verilməməsi; 3. Həmin malın kimin tərəfindən, hansı qaydada və formada təhvil alınması; 4. Əmək Məcəlləsinin 203-cü maddəsinin tələblərinə uyğun olaraq iddaçının ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl cavabdehdən hazırkı mübahisəli məsələyə dair yazılı izahatın alınıb-alınmaması; 5. Həmçinin, mübahisəli dövrlər ərzində cavabdehin İddiaçı MMC-də bölgə müdiri və ya digər vəzifələrdə işləyib-işləməməsi barədə. Lakin, məhkəmə kollegiyasının sorğusu iddiaçı tərəfindən rəsmi cavab verilməmişdir. Kollegiyanın iclasında isə iddiaçının nümayəndəsi sənədlərin həddindən artıq çox olduğunu, daha sonra isə bir ay sonraya verilə biləcəyi ilə bağlı qeyri-müəyyən fikirlər bildirmişdir. Kollegiya xüsusilə bildirir ki, yeni sübutlar apellyasiya instansiyasında qəbul edilmir. Buna baxmayaraq kollegiya tərəfindən əlavə sənədlərin təqdim edilməsi üçün iddiaçı tərəfə şərait yaradılmış və onların qarşısında konkret suallar qoyulmuşdur. Lakin, iddiaçı tərəf qoyulmuş suallarla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Hazırki halda isə işin baxılma müddəti başa çatmaqdadır. Məhkəmə kollegiyası sübutetmə yükü ilə bağlı bildirir ki, tərəf (və/vəya hansısa dəlili irəli sürən) iş üzrə qarşı tərəfin tələbinin əsasları ilə bağlı verdiyi etirazın dəlillərini sübut etmə yükünü daşıyır. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Belə ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, əksik malların cavabdehə (və ya digər şəxsə) təhvil verilməsi qənaətinə gəlmək olmur. Məhkəmə kollegiyası cavabdehin yoxlama aparılmasından məlumatlı olması və bəzi malların çatışmamasına dair iltizamlarla bağlı isə qeyd edir ki, cavabdeh iltizamlara imza edərək sayımlardan və əksik mallardan xəbərdar olduğunu bildirsədə həmin iltizamlarda heç bir əksik məbləğ göstərilməmişdir. Odur ki, məbləğ göstərilmədiyi halda cavabdehin həmin iltizamlara qol çəkməsi, onun tələbdə göstərilmiş məbləği qəbul etməsi anlamına gələ bilməz. Belə ki, iltizamda hər hansı məbləğ göstərilməmiş və ümumiyyətlə həmin iltizamların hansı şəraitdə imzalanmasıda müəyyən edilmir. Yəni, əgər cavabdeh iltizama imza edirsə onda aktıda imzalaya bilərdi. Bundan başqa, işəgötürən maddi ziyan və əksik mallarla bağlı cavabdeh tərəfin izahatını almamış onun fikrini öyrənməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, özü-özlüyündə işçidə hər hansı sərvətin, malın faktik surətdə əskik gəlməsi hələ onun maddi məsuliyyətinin yaranması üçün əsas ola bilməz. Maddi ziyanın ödənilməsini təmin etmək haqqında qərar qəbul edənədək işəgötürən əmtəəmaddi sərvətlərin yoxlanılmasını aparmağa borcludur və ziyanın vurulması faktı və onun miqdarı yoxlamanın nəticələri əsasında tərtib edilmiş sənədlərlə (təhvil-təslim aktları, elektron qaimələr, fakturalar və sair) təsdiqlənməlidir. Ziyanın yaranması səbəblərini və onun miqdarını təsdiq edən sənədlərin olmaması, işçinin maddi məsuliyyətə cəlb olunmasını istisna edir. Göründüyü kimi, birinci instansiyası məhkəməsi, sözügedən müqavilənin şərtlərini təfsir edərkən, yalnız müqavilədəki söz və ifadələrin hərfi mənasına əsaslanıb və həmin müqavilənin mövcudluğunu iddianın bu hissədə təmin edilməsi üçün sözsüz əsas hesab edib, lakin cavabdehin təqsirlilik dərəcəsini, konkret şəraiti, ən əsası cavabdehin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, Oba-Ehmedli 2 filialında aparılmış aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktlar tərtib edilsə də, həmin Aktlar təhvil-təslim aktları, elektron qaimələr, fakturalar və s. ilə təsdiqlənməmişdir. Yəni, yoxlamanın nəticəsinə dair maddi ziyanla mağlı iki akt tərtib edilsədə həmin malların cavabdehə (və ya həmin mağazada başqa bir işçiyə) təhvil verilməsi iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” Müqavilənin 1-ci bəndinin tələblərinə görə, cavabdeh ona etibar edilmiş əmlakın, maddi sərvətlərin tam qayğısına qalmalı, işəgötürənə ziyan vurmamalı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmalı və rəhbərliyə təqdim etməlidir. Həmin Müqavilənin 3.3-cü bəndinə görə, işçinin işəgötürənə vurduğu ziyanın məbləği barədə akt tərtib olunur, işçinin aktla tanış olmaqdan və ya ziyanla əlaqədar izahat verməkdən imtina etməsi onu maddi məsuliyyətdən azad etmir. Kollegiya bildirir ki, Əmək Məcəlləsinin 199-cu maddəsində işçinin hansı hallarda tam maddi məsuliyyət daşıdığı müəyyən edilmişdir. Tam maddi məsuliyyət, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsini nəzərdə tutur. Vurulmuş ziyanın tam həcmdə ödənilməsi o, halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş olsun. Yəni, qanunverci tam maddi məsuliyyəti müəyyən edərkən müxtəlif xarakterli şəraiti, əmlakın dəyərini, işçinin hərəkət və hərəkətsizliyində ictimai təhlükəlilik dərəcəsini və sair halları nəzərdə tutur. Əmək Məcəlləsinin 199-cu maddəsinin 1-ci hissəsində göstərilir ki, işçi qanuna zidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlamaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda və sair. Normanın mənasına görə, tam maddi məsuliyyət haqqında müqavilələr bütün işçilərlə deyil, yalnız saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyi öz üzərinə götürən, yəni maddi sərvətlərə bilavasitə xidmət göstərilməsi ilə bağlı vəzifələr tutan, yaxud işləri yerinə yetirən işçilərlə bağlanılır. Başqa sözlə, maddi məsuliyyətin əsası qismində işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığının təmin edilməməsi çıxış edir. Birinci instansiyası məhkəməsi, cavabdehlə bağlanmış “Tam maddi məsuliyyət haqqında” müqaviləyə, habelə Aktlara əsaslanaraq, cavabdehdən iddiaçının xeyrinə maddi ziyana görə 18629 manat pul tutarkən, cavabdehin qanuni zidd hərəkətlərinin nədən ibarət olması, iddia olunan məbləğdə əmlakın və digər sərvətlərin həqiqətən cavabdehə təhvil verilib-verilməməsi, bunun hər hansı akt, elektron qaimə, faktura sənədləri ilə təsdiq olunub-olunmaması, başqa sözlə bilavasitə cavabdehin maddi məsuliyyətini şərtləndirən halların mövcud olub-olmaması və sair kimi hallar barədə heç bir araşdırma aparmamışdır. Kollegiya hesab edir ki, malın qalığının yoxlanılması zamanı mal əskikiliyinin əmələ gəlməsi və iddiaçı tərəfindən cavabdehə satış üçün və ya saxlanılması üçün qaimə ilə və ya təhvil-təslim aktları ilə hər hansı miqdarda və ya çeşiddə mal-materialın verilməsi mülki iş materialları ilə təsdiq edilmədiyi üçün, birinci instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslı sayıla bilməz. Çünki, qanunun mənasına görə, işçi işəgötürənə vurduğu ziyana görə o, halda tam həcmdə maddi məsuliyyət daşıyır ki, ilk növbədə işəgötürən tərəfindən saxlamaq və başqa məqsədlər üçün hər hansı əmlakın və digər sərvətlərin işçiyə təhvil verilməsi mötəbər yazılı sübutlarla təsdiq olunmuş olsun və işəgötürənə məhz işçinin hər hansı qanuna zidd hərəkətləri nəticəsində maddi ziyan dəysin. Digər tərəfdən, məhsulların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması ilə bağlı da iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Habelə, məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən “Tam maddi məsuliyyət” haqqında müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 199-cu maddəsində bəhs edilən işçinin tam maddi məsuliyyəti haqqında hüququn heç bir bəndinin dispozisiyasına uyğun deyildir. Belə ki, iddiaçı əmək münasibətləri prosesində cavabdehin əmək funksiyasının xarakteri ilə əlaqədar olan saxlanmaq və başqa məqsədlər üçün cavabdehə verilmiş əmlakın və digər sərvətlərin mövcudluğunu sübuta yetirə bilməmiş, “b” bəndinə uyğun olaraq, cavabdeh əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquq müəyyənedici sənədlər əsasında qəbul etməmiş, “c” bəndinə uyğun olaraq isə, iddiaçı tərəfindən cavabdehin inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyi nəticəsində ona dəymiş maddi ziyanla bağlı hüquq mühafizə orqanlarına heç bir müraciət olmamışdır. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, “Tam maddi məsuliyyət haqqında” müqavilədə cavabdehə cəmiyyət tərəfindən etibar edilmiş maddi sərvətlərdən söhbət gedir ki, bu “etibar etmə” maliyyə və təsərrüfat sənədlərində rəsmiləşdirilməli olduğu halda, adı çəkilən sübutların, o cümlədən məhsulların iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi, cavabdehin həmin məhsulu qəbul etməsi, həmin məhsulu üçüncü şəxslərə satması və əldə etdiyi pulları kassaya mədaxil etməsi ilə bağlı iddiaçı tərəfindən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Əmək Məcəlləsinin 203-cü maddəsinin tələblərinə uyğun olaraq, iddiaçı ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını almalı, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Məhkəmə kollegiyası bir məqamıda qeyd edir ki, işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər (Əmək Məcəlləsinin 203 və 205-ci maddələri). Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazımi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyanı ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. İşəgötürənə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilmişdirsə, işəgötürən bu halda da ziyan vuran işçidən ziyanın məbləğinin tutulması üçün məhkəmədə iddia qaldıra bilər. Yuxarıda sadalananlar konteksində məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf yoxlama aktında müəyyən malların əksik olduğu qeyd etsədə, əksik malların cavabdehə təhvil verilməsi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda isə, iddiaçı tərəf cavabdehdən dəymiş ziyanı tələb etməkdə haqlı olmamışdır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv araşdırmamış, tərəflər arasında yaranmış mübahisəni düzgün və iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun həll etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən iş üzrə rəy verilmiş və rəyə “ekspertiza xərclərinə dair bildiriş” əlavə edilmişdir. Həmin bildirişdən görünür ki, Mərkəz tərəfindən ekspertizanın aparılması ilə əlaqədar tədqiqatın dəyəri 124 (yüz iyirmi dörd) manat dəyərində müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, aparılmış tədqiqatın dəyəri olan 124 manat məbləğində pul Cavabdeh oğlundan tutularaq Mərkəzin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ:
Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(033)-650/2024 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 124 (yüz iyirmi dörd) manat Cavabdeh tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.