Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-350/2023 06.04.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: cehiz əşyalarının çıxarılması tələbi, mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının çıxarılması” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(035)-783/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiаçı İddiaçı Cavabdeh qаrşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, cavabdehə məxsus cehiz əşyalarının ona məxsus Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən evdən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdeh onun keçmiş gəlinidir. Belə ki, oğlu Təbriz cavabdehlə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ona məxsus Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən evə gəlin köçmüşdür. Bir müddətdən sonra cavabdehlə oğlu Bakı şəhərinə köçərək orada yaşamışlar. Sonradan Təbrizlə cavabdehin münasibətləri pisləşmiş və Zərdab Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsinə əsasən onların nikahları ləğv olunmuşdur. Həmin vaxtdan cavabdeh ata evində yaşasa da, ona məxsus cehiz əşyaları: -bir ədəd yataq dəsti (paltar yığılan şkaf, taxt), bir ədəd divan, iki ədəd kreslo, bir ədəd nahar masası, altı ədəd stul, üç ədəd balınc, üç ədəd adyal, üç ədəd döşək, üç ədəd xalça, bir ədəd çörək bişirən soba, otuz ədəd yemək boşqabı, otuz ədəd salat boşqabı, iyrimi ədəd stəkan, on ədəd nəlbəki, on ədəd böyük qaşıq, on ədəd kiçik qaşıq, on ədəd çəngəl, on ədəd bıçaq, bir ədəd vedrə, bir ədəd kül qabı, bir ədəd soyuducu, bir ədəd ütü, bir dəst qazan dəsti (5 ədəd), bir ədəd meyvə vazı, üç ədəd qəndqabı, on ədəd rumka, bir ədəd duz qabı və bir ədəd çaydan dəsti onun yaşadığı Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən evdə qalmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh yuxarıda adıçəkilən cehiz əşyalarını aparmamışdır. Cavabdehə məxsus yuxarıda adıçəkilən əşyaların onun evində qalması darısqallıq yaradır. Nəticədəartıq onunüçün tam yad olan cavabdehə görə yaşadığı evindən öz istədiyi kimi istifadə etmək hüququ pozulur. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 27 dekabr 2022-ci il tarixli, 2(035)- 783/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh məxsus cehiz əşyaları: bir ədəd yataq dəsti (paltar yığılan şkaf, taxt), bir ədəd divan, iki ədəd kreslo, bir ədəd nahar masası, altı ədəd stul, üç ədəd balınc, üç ədəd adyal, üç ədəd döşək, üç ədəd xalça, bir ədəd çörək bişirən soba, otuz ədəd yemək boşqabı, otuz ədəd salat boşqabı, iyrimi ədəd stəkan, on ədəd nəlbəki, on ədəd böyük qaşıq, on ədəd kiçik qaşıq, on ədəd çəngəl, on ədəd bıçaq, bir ədəd vedrə, bir ədəd kül qabı, bir ədəd soyuducu, bir ədəd ütü, bir dəst qazan dəsti (5 ədəd), bir ədəd meyvə vazı, üç ədəd qəndqabı, on ədəd rumka, bir ədəd duz qabı və bir ədəd çaydan dəsti iddiaçının yaşadığı Zərdab rayon Yuxarı Seyidlər kəndində yerləşən evdən çıxarılması, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar köçürülmüş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, cavabdeh iddiaçının oğlu Təbrizlə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və iddiaçıya məxsus Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən evə gəlin köçmüşdür. Bir müddətdən sonra cavabdeh iddiaçının oğlu Təbrizlə birlikdə Bakı şəhərinə köçərək orada yaşmışlar. Sonradan Təbrizlə cavabdehin münasibətləri pisləşmiş və Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən onların nikahları ləğv olunmuşdur. Həmin vaxtdan cavabdeh ata evində yaşasa da, ona məxsus cehiz əşyaları: -bir ədəd yataq dəsti (paltar yığılan şkaf, taxt), bir ədəd divan, iki ədəd kreslo, bir ədəd nahar masası, altı ədəd stul, üç ədəd balınc, üç ədəd adyal, üç ədəd döşək, üç ədəd xalça, bir ədəd çörək bişirən soba, otuz ədəd yemək boşqabı, otuz ədəd salat boşqabı, iyrimi ədəd stəkan, on ədəd nəlbəki, on ədəd böyük qaşıq, on ədəd kiçik qaşıq, on ədəd çəngəl, on ədəd bıçaq, bir ədəd vedrə, bir ədəd kül qabı, bir ədəd soyuducu, bir ədəd ütü, bir dəst qazan dəsti (5 ədəd), bir ədəd meyvə vazı, üç ədəd qəndqabı, on ədəd rumka, bir ədəd duz qabı və bir ədəd çaydan dəsti iddiaçının yaşadığı Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən evdə qalmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh yuxarıda adıçəkilən cehiz əşyalarını aparmamışdır. Cavabdeh özü də sözügedən cehiz əşyalarını iddiaçının evindən götürmək istəmədiyini məhkəmə iclasında bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, yuxarıda istinad edilən qanunvericilik normalarının tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iddia ərizəsində göstərilən Cavabdeh məxsus cehiz əşyalarının yerləşdiyi Zərdab rayonu Yuxarı Seyidlər kəndində iddiаçı İddiaçı əmlakı olduğundan onun həmin əmlaka (evə) dair öz mülahizəsinə görə sahiblik, ondan istifadə hüququ vardır. Hazırda tərəflər arasında ümumiliyə əsas verən hal olmadığı vəbaşqa yerdə yaşadığı halda cavabdehə məxsus iddia ərizəsində göstərilən cehiz əşyalarının iddiaçının iradəsinin ziddinə olaraq sonuncuya məxsus evdə qalması və cavabdehin həmin əşyaları oradan çıxartmaması iddiaçının öz əmlakından - yaşadığı evdən sərbəst istifadə və sahiblik hüququnu pozur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının öz evindən öz istədiyi kimi istifadə və sahiblik hüququna təminat verilməli və bu məqsədlə iddia tam təmin edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının tərafdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası”nın 1 saylı Protokolunun 1-ci bəndi, “Azərbaycan Respublikasında mülkiyyət haqqında” xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası qanunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.4, 157.8, 152.3-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 218.3, 14.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-783/2022 saylı qətnaməsi ilə İddiaçı ona qarşı “cehiz əşyalarının çıxarılması tələbi”nə dair iddiası təmin edilmişdir. Həmin qətnamədən narazıdır, qətnaməni ədalətsiz, qanunsuz və əsassız hesab edir və sözügedən qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılmasını zəruri hesab edir. Belə ki, qətnamə çıxarılarkən prosessual hüquq normaları kobud şəkildə pozulmuş, hüquq normaları düzgün tərtib edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin əhəmiyyəti olan hallar sübut edilməmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Mülkiyyət hüququ dövlət tərəfindən tanınan və qorunan hüquq olsada məhkəmə bu hüquqlarını müdafiə etməkdən boyun qaçırmışdır. Belə ki, birgə nikah dövründə Bakı şəhərində tikilmiş evinə iddiaçı qanunsuz olaraq daxil olmuş orada olan cehiz əşyalarını qeyri qanuni olaraq yük maşınına yükləyərək yaşadığı ünvana yəni Zərdab rayonunun Yuxarı Seyidlər kəndində yerləşən evinin həyətyanı sahəsinə açıq havada yerləşdirərək cehiz əmlakımı yararsız hala salmışdır. Onu da qeyd edir ki, cehiz əmlakının çox hissəsi qətnamədə göstərilməmişdir. Nədənsə qeyd etdiyi qanunsuzluqları məhkəmə nəzərə almamışdır. Cehiz əmlakının verilməyən hissəsinin siyahısını apellyasiya şikayətinə əlavə etmişdir. Çünki qətnamədə cehiz əmlakının çox hissəsi qeyd olunmayıb. Qeyd olunan maddəyə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Lakin məhkəmə hansısa səbəblərdən cehiz əmlakının birgə nikah dövründə tikdikləri və həmin evdə onunda də payının olmasını nəzərə almamışdır. Cehiz əmlakının iddiaçı tərəfindən qanunsuz olaraq mənzilindən çıxarılmasının məhkəmə tərəfindən nəzərə alınmaması onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxarmışdır. Qeyd etmək istəyir ki, Zərdab Rayon Məhkəməsi qətnamə qəbul etməmişdən öncə ekspertiza təyin etməli və iddiaçının onun birkə nikah dövründə inşa etdiyi evdən cehiz əmlakını qanunsuz olaraq çıxarmasını, evin nə zaman inşa olunduğu məsələsinin aşkara çıxarmalı idi və sonra cehiz əmlakının evdən çıxarılması məsələsinə baxmalı idi. Qeyd edir ki, Bakı şəhərində birgə nikah dövründə tikdikləri mənzilə iddiaçının daxil olaraq cehiz əmlakını yararsız hala salaraq yük maşınına necə gəldi yükləməsi nəticəsində onun mülkiyyət hüququnu pozulmuşdur. İddiaçının onun cehiz əmlakını mənzilindən çıxarmasına qanunla heç bir səlahiyyəti yoxdur. Həmin mənzilin iddiaçıya heç bir aidiyyəti yoxdur. İddiaçı tərəfindən törədilmiş bütün bu qanunsuz halları məhkəmə nə araşdırmamış nə də ki, nəzərə almamışdır. Hesab edir ki, yuxarıda qeyd etdiyi hallara əsasən birinci instansiya məhkəməsi prosessual normaları ilə yanaşı, maddi normaları da pozaraq səhv nəticəyə gəlmişdir. Odur ki, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-783/2022 saylı qətnaməsi ləğv olunmalı və onun cehiz əmlakım iddiaçının vəsaiti hesabına Bakı şəhərində yerləşən mənzilinə daşınaraq yerləşdirilməl idir. Çünki iddiaçının onun mənzilindən ona aid olan cehiz əşyalarını çıxarmasına heç bir hüququ yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 2(035)-783/2022 saylı qətnaməsini ləğv edilməsini xahiş edir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və Zərdab Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(035)- 783/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6. maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci mаddəsinə əsasən, mülkiyyət hüququ-subyektin onа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhibi olmаq, ondаn istifаdə etmək və onа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qorunаn hüququdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinəgörə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə görə mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-783/2022 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(035)-783/2022 saylı qətnaməsini mübahisələndirilən hissəsinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli. 2(035)-783/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya ilk növbədə iddiaçının hazırkı iddia təələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüuqu malik olub olmamamasına qiymət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Kollegiya hesab edir ki, iddiaçının belə bir iddia ilə çıxış etməyə subyektiv hüuqu var. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının keçmiş gəlinidir. Belə ki, oğlu Təbriz cavabdehlə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ona məxsus Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən evə gəlin köçmüşdür. Bir müddətdən sonra cavabdehlə oğlu Bakı şəhərinə köçərək orada yaşamışlar. Sonradan Təbrizlə cavabdehin münasibətləri pisləşmiş və Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən onların nikahları ləğv olunmuşdur. Daha sonra müəyyən edilmişdir ki, Zərdab rayonu Yuxarı Seyidlər kəndində yerləşən 0.18 hektar torpaq sahəsi X3 mülkiyyətinə verilmişdir. X7 16 dekabr 2000-ci il tarixdə Zərdab rayonu Yuxarı Seyidlər kəndində vəfat etmişdir. İddiaçı xx xxxxxxx 1965-ci il tarixdə anadan olmuşdur. X2, anası X4r. İddiaçının mərhum anası X5 məxsus 0.18 ha torpaq sahəsində tikilən bir mərtəbəli 4 otaqlı evdə oğlu İddiaçı və oğlunun həyat yoldaşı X6 yaşayır. Mülki Məcəllənin 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras vərəsəlik açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi iddiaçının yuxarıda qeyd edilən evə gözlənilən mülkiyyət hüuqu vardır. İlk olaraq məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Belə ki, cavabdehin dəlilləri formal mülahizələrə əsaslanır, heç bir hüquqi əsası yoxdur. Şikayətin ilk dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin qətnaməni ədalətsiz, qanunsuz və əsassız hesab edir və sözügedən qətnamənin ləğv olunmasını və yeni qətnamə çıxarılmasını zəruri hesab edir. Belə ki, qətnamə çıxarılarkən prosessual hüquq normaları kobud şəkildə pozulmuş, hüquq normaları düzgün tərtib edilməmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin əhəmiyyəti olan hallar sübut edilməmiş və qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Şikayətin digər dəlili ondan ibarətdir ki, Zərdab Rayon Məhkəməsi qətnamə qəbul etməmişdən öncə ekspertiza təyin etməli və iddiaçının onun birkə nikah dövründə inşa etdiyi evdən cehiz əmlakını qanunsuz olaraq çıxarmasını, evin nə zaman inşa olunduğu məsələsinin aşkara çıxarmalı idi və sonra cehiz əmlakının evdən çıxarılması məsələsinə baxmalı idi. Məhkəmə Kollegiyası şikayətin bu dəlili ilə razılaşmır. Birincisi ona görə ki, cavabdeh tərəf hər hansı bir qarşılıqlı iddia tələbi ilə çıxış etməmişdir. Digər tərəfdən iddiaçı tərəfindən evin birgə nikah müddətində tikilməsi, əmlakın qiymətləndirilməsi və s tələbi olmamışdır. Tələb yalnız cavabdehə məxsus əmlakların çıxarılması ilə bağlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Hazırkı halda isə belə bir müstəsna hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Göründüyü kimi qanunverici mülki iş üzrə ekspertiz təyin edilib edilməməsini məhkəmənin üzərinə bir vəzifə olaraq qoymamışdır. Ona hüquq kimi tanımışdır. Hazırkı işdə isə ekspertiza təyin edilməsinə hər hansı bir əsas olmamışdır. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Bundan başqa məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, hazırda tələb cavabdehin əşyalarının evdən çıxarılması ilə bağlıdır. Yəni cavabdehin evdən çıxarılması ilə bağlı deyildir. Ona görə də kollegiya cavabdehin mübahisəli fərdi yaşayış evində istifadə hüququnun olub olmamamsı məsələsinin araşdırılmasına lüzum görmür. Digər tərəfdən cavabdeh tərəf işin bu halını mübahisələndirməmişdir. Buna görə də məhkəmə kollegiyası apellyatorun apellyasiya şikayətində qeyd etdikləri ilə razılaşmır və hesab edir ki əsassızdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsaslı hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edələrkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(035)- 783/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2(035)-783/2022 saylı qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-350/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-350/2023
06.04.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver